Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı


Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix11.01.2023
ölçüsü0,88 Mb.
#78983
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121

 
Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022
Mustafasadə / ss 16-38 
27 
müqəddəratını təyin etmə istəyirsə, qoy onlar (yəni fransızlar-T.M.) demək olar ki, 
sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər. Qoy Korsikaya 
müstəqillik versin, qoy basklara müstəqillik versin. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün 
müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var?”
24
5. Bitərəf KİV-lərlə iş 
Azərbaycan Prezidentinin Yaponiya və Qərbin nisbətən bitərəf mövqedə duran media 
qurumlarına müsahibələri xüsusi əhəmiyyət daşıyırdı. 
Belə müsahibələrdən Yaponiyanın “Nikkei” qəzetinə müsahibəni (21 oktyabr), 
İtaliyanın “RAİ-1” telekanalına videomüsahibəsini (26 oktyabr), yenə İtaliyanın “La 
Republika” qəzetinə müsahibəsini (22 noyabr), İspaniyanın “Efe” agentliyinə müsahibəsini 
(04 noyabr) qeyd etmək lazımdır.
Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibəsində müxbirin “Ermənistan desə ki, 
onlar, ilkin olaraq, beş rayonu boşaltmağa hazırdır, siz danışıqlara getməyə razı olarsınızmı?” 
sualının cavabında Prezident dedi ki, Azərbaycanın bütün rayonları boşaldılmalıdır, hansı 
mərhələdə hansı rayonun birinci, hansısa rayonun ikinci mərhələdə boşaldılması haqqında 
müzakirə aparmaq olar. 
25
“RAİ-1” telekanalının aparıcısı oktyabrın 26-da, sayca üçüncü, Vaşinqtonda 
razılaşdırılmış humanitar atəşkəsin qüvvədə qalıb-qalmayacağı barədə soruşduqda Prezident 
bunun Ermənistanın özünü necə aparacağından asılı olduğunu bildirdi. Çünki iki əvvəlki 
atəşkəsi məhz Ermənistan pozmuşdu.
26
Müsahibənin gedişində İtaliyada regional 
separatizmin dinc yolla nizamlanmasına dair Alto-Adic (Ziyudtirol) nümunəsinin olduğunu 
bildirən aparıcı, İtaliya Qarabağ münaqişəsinin həll edilməsi üçün öz təcrübəsi ilə konkret 
kömək edə bilərmi? sualını verdi. Prezident bu sualın cavabında qeyd etdi ki, Minsk qrupu 
yaradılan zaman onun ilk sədri İtaliya olub. Həmsədrlər təsisatı yaradıldıqdan sonra Minsk 
qrupu, əslində ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu 
fəaliyyəti özlərinin inhisarına götürüblər.
27
«La Repubblica» qəzetinin müxbiri onunla söhbətində N.Paşinyanın Dağlıq Qarabağda 
guya yeni soyqırım olmasından qorxduğunu söylədikdə Prezident bunun tamamilə yalan 
olduğunu, Azərbaycanda minlərlə erməninin yaşadığını, Ermənistanda və ya Dağlıq 
Qarabağda isə bir nəfər də azərbaycanlının qalmadığını qeyd etdi.
28
24
https://president.az/ articles/41712(10.10.2022); Xalq qəzeti, 6 oktyabr 2020-ci il; Zəfər yolu, s.175. 
25
Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi, 21 oktyabr 2020-ci il, 
https:president.az//articles/43836(10.10.2022); Zəfər salnaməsi, s. 233; Zəfər yolu, s. 331. 
26
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın "RAİ“1”televiziya kanalına müsahibəsi, 26 okryabr 2020-ci 
il//https:president.a./articles/44279(10.10.2022); Zəfər salnaməsi, s. 287; Zəfər yolu, s. 369. 
27
Zəfər salnaməsi, s. 350; Zəfər yolu, s. 372. 
28
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın” La Repubblica” qəzetinə müsahibəsi, 02.11.2020-ci 
il//https:president.az/articles/453399(10.10.2022); Zəfər salnaməsi, s. 340-341; Zəfər yolu, s. 415. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin