V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121
Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022 Mustafasadə / ss 16-38 29
Telekanal aparıcısının hərbi münaqişədə Türkiyənin iştirakı barədə sualının cavabında
prezident qeyd etdi ki, Türkiyə regionda sabitləşdirici rol oynayır. Türkiyə dövlət başçısı və
digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini bildirib. Türkiyənin
münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat
xarakteri daşıyır, indiki dildə desək bu feyk-nyusdur. Azərbaycan ordusu öz xalqının və
ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Aparıcı, prezidentin
danışığına müdaxilə edib guya Türkiyə Hərbi Hava qüvvələrinin Ermənistan Hərbi Hava
qüvvələrinə məxsus təyyarəni vurduğunu söylədikdə İlham Əliyev Türkiyə HHQ-yə məxsus
“F-16” təyyarələrinin döyüş əməliyyatlarında heç bir halda iştirak etmədiyini, müasir
texnologiyaların bunu təsdiq etmədiyini söyləyərək, erməni tərəfin bu cür yalan xəbərlər
yaymaqda məqsədinin əvvəla, Azərbaycan ordusunun döyüş qabiliyyətini süni şəkildə
azaltmaqdan, həmçinin münaqişənin genişlənməsi barədə təsəvvür yaratmaqdan ibarətdir ki,
öz təxribatına mümkün qədər çox ölkə cəlb edə bilsin.
31
Müsahibədə İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi Minsk qrupunun və onun
həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prosesinə sadiqdir,
Ermənistan isə qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozur. Ermənilər təxribata
şüurlu surətdə gedirlər. Prezident bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından
çıxış edərkən Ermənistanın müharibəyə hazırlaşdığını və onu dayandırmaq lazım gəldiyini
demişdir.
32
Dövlət başçısı müsahibəsində ermənilərin ardıcıl hərbi təxribatlarından, nümayişkaranə
şəkildə Livandan olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində, Şuşa şəhərində
məskunlaşmasını elan etməsindən bəhs edərək bunun da müharibə cinayəti olması, Cenevrə
Konvensiyasının pozulması demək olduğunu dedi.Ermənilərin Şuşada-Azərbaycan
mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının
qondarma innuqurasiyasını keçirdiyini və bununla da Azərbaycan xalqının heysiyyətinə
toxunduqlarını diqqətə çatdırdı.
33
Videogörüş zamanı İlham Əliyev suallara sərrast,məntiqi cavabları iləəksər izləyicilərin
rəğbətini qazandığı halda, Ermənistan Baş naziri Nikol Paşinyan qırıq-qırıq,məntiqsiz
cavabları ilə öz cılızlığını, misginliyini nümayiş etdirərək gülünc vəziyyətə düşürdü.Təsadüfi
deyil ki, tanınmış rusiyalı politoloq, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor
Korotçenko dedi: “Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə
dinlədim.İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqi,düzgün,ardıcıl çıxış etdi...”
34
31
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanakının “60 dəqiqə” proqramında, 29 sentyabr 2020-ci
il, Zəfər salnaməsi, s.30-31;https://president.az/articles/41172(10.10.2022); Zəfər yolu, s. 149.
32
Zəfər salnaməsi, s. 31; https://president.az/articles/41172(10.10.2022), Zəfər yolu, s. 151.
33
Zəfər salnaməsi, s. 32-33; Zəfər yolu, s. 151; https://president.az/articles/41172 (10.10.2022).
34
https://president.az/articles/41172(10.10.2022); Zəfər yolu, s. 155.