Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022
Mustafasadə / ss 16-38
31
İlham Əliyevin verdiyi müsahibələr informasiya müharibəsində göstərilən yüksək
ustalığın,fitri istedadın bariz nümayişi idi.
Belə müsahibələrdən “Evronews” telekanalına müsahibəni (07 Oktyabr), “CNN
İnternational” telekanalının “Conncekt the Word” verilişinə videomüsahibəni(09
oktyabr),Fransanın “Franse 24” telekanalına videomüsahibəni (14 oktyabr), “Sky news”
telekanalına vidtomüsahibəni(9 oktyabr),Fransanın “Figaro” qəzetinə müsahibəni(24
oktyabr),ABŞ-ın “Fox News” telekanalına videomüsahibəni(25 oktyabr),Almaniyanın “ARD”
telekanalına müsahibəni(28 oktyabr), “BBC News” agentliyinə müsahibəni(06 noyabr) qeyd
etmək olar.
Qərbin aparıcı media qurumlarının bir çox nümayəndələri təxribatçı suallar verməklə
İlham Əliyevi çətin vəziyyətə salmaq istəyirdilər. Prezidentimiz isə bu sualları onların
özlərinə yönəldərək aparıcıları və müxbirləri çətin vəziyyətə salır, öz ismarıcını
sərt şəkildə
çatdırırdı.
Müsahibələrdə Prazident ilk növbədə müharibənin Azərbaycan xalqının seçimi
olmadığını, beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə
yetirmək istəmədiyindən Azərbaycanın öz haqqını hərbi yolla reallışdırmağa məcbur
olduğunu bildirirdi.
40
2020-ci il oktyabrın 9-da Prezidentin “CNN İnternational” televiziya kanalının “Connect
the World” verilişinə videomüsahibəsi zamanı guya Türkiyənin Dağlıq Qarabağda döyüşmək
üçün
Azərbaycana öz zabitlərini, generallarını, muzdluları, terrorçu cihad döyüşçülərini
gətirməsi
41
haqqında iddialara münasibət bildirən İlham Əliyev həmin informasiyanın
tamamilə yanlış olduğunu, Türkiyənin Azərbaycana yalnız siyasi
dəstək göstərdiyini qeyd
etdi, həm də vurğuladı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil.
Türkiyə Azərbaycanın yanındadır” kimi açıq və qəti bəyanatı olmasaydı, çox güman ki,
Ermənistan münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu
münaqişəyə cəlb edilməsinə, onların döyüş meydanında ermənilərə yardım göstərməsinə nail
olardı.
42
9 oktyabr 2020-ci il tarixdə “Sky News” televiziya kanalı
ilə video müsahibəsində
43
aparıcının təxribat səciyyəli “25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qaytarılmasına
icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsız?” sualına cavabında Azərbaycan
40
Azərbaycan Prezidenti İlham Əliyevin “Evronews” televiziya kanalına müsahibəsi, 07.10.2021-ci il ,
https://president.az/articles/42101(10.10.2022); Zəfər salnaməsi, s.106; Zəfər yolu, s. 212.
41
Azərbaycan Prezidenti İlham Əliyevin “CCN İnter National” televiziya kanalının “Connect the World”
verilişinə video müsahibəsi, 09 oktyabr 2020-ci il.//https://president.az/articles/42434(10.10.2022); Zəfər
salnaməsi, s. 118; Zəfər yolu, s. 216.
42
Zəfər salnaməsi, s. 118;
Xalq qəzeti, 2020-ci il, 19 oktyabr, № 208) (29473), s. 2; Zəfər yolu, s. 216.
43
Azərbaycan Prezidenti İlham Əliyevin “Sky News” televiziya kanalına video müsahibəsi, 09.10.2020,
https:president.az/articles/42435(10.10.2022); 09.10.2020; Zəfər salnaməsi, s. 126; Zəfər yolu, s. 226.