Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı


Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix11.01.2023
ölçüsü0,88 Mb.
#78983
1   ...   14   15   16   17   18   19   20   21   22
V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121

 
Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022
Mustafasadə / ss 16-38 
33 
gəlməsinə heç bir ehtiyacı yoxdur.
48
Daha sonra aparıcı soruşanda ki, İsraildən alınan hərbi 
avadanlıqlar sizin üçün önəmlidirmi və onlar sizə hərbi irəliləyişi əldə etməyə imkan 
verirmi?, Prezident Azərbaycanı hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil, 
Rusiya olduğunu vurğuladı.
49
2020-ci il oktyabrın 25-də Prezidentin ABŞ-ın «Fox News» televiziya kanalına 
videomüsahibəsində də diqqəti çəkən məqamlar çoxdur. Aparıcı əvvəlcə etiraf etdi ki, 
müsahibələrini dinlədiyinə görə bilir ki, İlham Əliyev regionun üzləşdiyi mürəkkəb 
məsələləri təfərrüatı ilə səlis izah edir.
50
Sonra isəaparıcı,Azərbaycan qoşunları Dağlıq 
Qarabağa daxil olarsa erməniləri oradan qovub çıxaracaq və yenə məcburi köçkünlər 
olacağını iddia edərək dedi ki, Dağlıq Qarabağın «müstəqilliyi» saxlanıla və ermənilər 7 ətraf 
rayonu qaytara bilər, çünki masada bu diplomatik həll var. Prezident cavabında aparıcının 
söylədiyinin yalan olduğunu qeyd edib, bildirdi ki, vasitəçilər heç vaxt Dağlıq Qarabağa 
müstəqillik verilməsi ilə bağlı təklif irəli sürməyiblər, hətta muxtariyyətlə bağlı da təklif 
olmayıb.
51
Müsahibənin gedişində aparıcı guya Azərbaycanın iki atəşkəsi pozduğunu söyləyəndə 
Prezident qətiyyətlə bunu təkzib edib, atəşkəsin Ermənistanın pozduğunu qeyd edərək, 
Azərbaycanın yenə də atəşkəsə hazır olduğunu bildirdi, qoy Ermənistan, onun Baş naziri əsas 
prinsiplərə sadiqliyini bəyan etsin, dedi. Çünki, iki gün bundan əvvəl Paşinyan Dağlıq 
Qarabağ münaqişəsinin həll yolunun olmadığını bəyan etmişdir. İndi Azərbaycanın yeni 
atəşkəsə razılaşması üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, 
Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair 
öhdəlik götürməlidir.
52
Aparıcı, yenə də qərəzli yanaşma göstərərək guya Azərbaycan iqtidarının bu 
müharibədən ölkənin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, 
korrupsiya, COVİD-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə etdiyini iddia etdi. 
Cavabında İlham Əliyev faktlar gətirməklə bu mülahizənin tamamilə yanlış olduğunu 
göstərdi. Birincisi, Azərbaycanın iqtisadi göstəriciləri dünyada ən yaxşılardan biridir, on ay 
ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən də az olmuşdur, bu ABŞ və digər Qərb 
ölkələri ilə müqayisədə çox yaxşıdır. Azərbaycanda işsizlik səviyyəsi cəmi 7 faiz, yoxsulluq 
səviyyəsi 5 faizdir. COVİD-19-la mübarizə ilə bağlı məsələyə gəldikdə isə ÜST 
(Ümumdünya Səhiyyə Təşkilatı) Azərbaycanı bu işdə nümunə kimi göstərir.
53
48
Zəfər salnaməsi, s. 252; Zəfər yolu, s. 347; https://president.az/articles/44170(10.10.2022). 
49
Zəfər salnaməsi, s. 252; Zəfər yolu, s. 347; https://president.az/articles/44170(10.10.2022). 
50
Azərbaycan Prezidenit İlham Əliyevin ABŞ-ın “Foxs News” televiziya kanalına müsahibəsi, 25.10.2020, 
https://president.az/articles/44279(10.10.2022); Zəfər salnaməsi, s. 259; Zəfər yolu, s. 354. 
51
Zəfər salnaməsi, s. 260; Zəfər yolu, s. 355-356; https://president.az/articles/44279(10.10.2022). 
52
Zəfər salnaməsi, s. 261; Zəfər yolu, s. 358; https://president.az/articlec/44279(10.10.2022). 
53
 https://president.az/articles/44279(10.10.2022); Zəfər yolu, s. 360; Zəfər salnaməsi, s. 263. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin