V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121
The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 Mustafasadəh / pp 16-38 30
6 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziya
kanalına müsahibəsində Fransa prezidentinin guya müharibədə Azərbaycan tərəfindən
muzdluların iştirak etməsi haqqında ittihamına cavab verərək söylədi ki, E.Makron ilə telefon
danışığında o, Azərbaycanın mövqeyini kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmiş,
sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr
istəməsini xahiş etmişdir. Azərbaycan Prezidenti Makrona demişdir ki, bizim muzdlulara
ehtiyacımız yoxdur, çünki Azərbaycan ordusu beynəlxalq reytinqlərə görə dünyanın 50 ən
güclü ordusunun biridir, ehtiyatda olanlar, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələr
nəzərə alınmasa Azərbaycanın nizami ordusunda 100 min döyüşçü var.
35
Prezident İlham Əliyev TASS İnformasiya agentliyinə müsahibəsində,aparıcı, yeddi
rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması, Dağlıq Qarabağın qəti statusu
müəyyənləşdirilənədək Laçın dəhlizinin Ermənistanın nəzarəti altında saxlanılması şərti ilə
nizamlamağa Azərbaycanın razı olub-olmaması barədə soruşduqda İlham Əliyev bildirdi ki,
Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir, lakin təkcə Laçın dəhlizi deyil, bütün
kommunikasiyalar,
həmçinin
Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan arasında
kommunikasiyalar açılmalı və Ermənistan bu dəhlizin təhlükəsizliyinə zəmanət verməlidir.
36
Oktyabrın 28-də İlham Əliyevin Rusiyanın İnterfaks agentliyinə müsahibəsi zamanı
aparıcı maraqlı bir sual verdi: «Bakı yalnız Dağlıq Qarabağın ətrafındakı yeddi rayonla
kifayətlənməyə hazırdırmı?».
37
Sualın cavabında Prezident bildirdi ki, azərbaycanlılar Dağlıq
Qarabağın ətrafındakı 7 rayona qayıtmaqla bərabər, Dağlıq Qarabağın özünə də
qayıtmalıdırlar.
38
Azərbaycan Prezidentinin yaxın vaxtlarda verdiyi açıqlamasında Dağlıq Qarabağda
heç bir referendum olmayacağını deməsi Azərbaycanın öz mövqeyini dəyişməsi, yaxud ilkin
mövqeyinin sərtləşməsi kimi qiymətləndirmək kimi başa düşülməlidirmi barədə aparıcının
sualına cavabında İlham Əliyev dedi ki, o, həmişə bu mövqedə olmuşdur: «…biz Azərbaycan
ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər
üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy öz ərazisinin bir hissəsində yaratsın”.
39