V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121
Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022 Mustafasadə / ss 16-38 23
informasiya müstəvisində də aparıldığından Azərbaycanın Müzəffər Ali Baş Komandanı
İlham Əliyev düşmənə qarşı informasiya savaşında hamıdan öndə gedir, erməni yalanlarının
ifşa olunmasında, xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol
oynayırdı.
II Qarabağ (Vətən) müharibəsinin getdiyi 44 gün ərzində İlham Əliyev Türkiyə,
Rusiya ABŞ, Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Yaponiya və Qətərdən olan
tanınmış, on milynyonlarla, yüz milyonlarla auditoriyası olan nəhəng media qurumlarının
əməkdaşlarına 30-a yaxın müsahibə verərərək xalqının haqq səsini dünyaya çatdırdı, dünya
ictimai fikrində dövlətimizə qarşı mənfi reaksiyanın yaranmasına imkan vermədi.İlham
Əliyev müsahibələrində jurnalistlərin müxtəlif səpkili suallarına səlist, məntiqli cavablar
verir, dünya ictimaiyyətinə Ermənistanın işğalçı üzünü tanıdır, Azərbaycanın haqq işi uğrunda
mübarizə apardığını nəzərə çatdırırdı.
Tədqiqatçılar hesablamışlar ki,bu müharibə zamanı Azərbaycan Prezidenti 600-dan
çox sualı cavablandırmışdır.
11
Azərbaycan Prezidenti öz müsahibələrində konkret dəlillərə,
beynəlxalq təşkilatların qərarlarına, beynəlxalq hüquq prinsiplərinə, tarixi faktlara istinad
edirdi. İlham Əliyev xarici media qurumları nümayəndələrinə verdiyi müsahibələrdə həm
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə
çatdırır, ATƏT-in Minsk qrupunun, xüsusən də həmsədrlərin hərəkətsizliyini, təcavüzkarı
işğal etdiyi əraziləri boşaltmaq üşün heç bir təsirli vasitəyə əl atmadığını, BMT Təhlükəsislik
Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4
qətnaməsinin yerinə yetirilmədiyini diqqətə çatdırırdı. İlham Əliyev Ermənistanın Baş naziri
Nikol Paşinyanın danışıqları pozduğunu, üstəlik Azərbaycana qarşı açıq təxribatlar
törətdiyini, müharibənin Ermənistan tərəfindən başladıldığını, Azərbaycanın adekvat cavablar
verdiyini, Ermənistan ordusununAzərbaycandakı mülki əhaliyə və mülki obyektlərə ballistik
raketlərlə zərbələr endirdiyini bildirirdi.
Azərbaycan Respublikası Prezidentinin müsahibə verdiyi media qurumları
nümayəndələrini şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Azərbaycana dost münasibətdə olanlar-Türkiyə və Qətər telekanallarının
nümayəndələri;
2.Bitərəf mövqedə duran media qurumlarının nümayəndələri;
3.Rusiya KİV-lərinin nümayəndələri;
4.Azərbaycana qarşı qərəzli mövqedə olan media qurumları nümayəndələri.
Azərbaycan Prezidenti müsahibə verdiyi hər bir şəxsin nə məqsəd güddüyünü anlayır
və buna uyğun cavablar verirdi.
11
Zəfər yolu, s. 7.