The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 Mustafasadəh / pp 16-38 22
Baş Assambleyasının xüsusi sessiyasının baş tutması, Ermənistanın isə beynəlxalq arenada
bütün dayaqlarını itirməkdə olması da Ermənistan rəhbərliyini qıcıqlandırır, özündən çıxarır
təxribatlara sövq edirdi.
2. Müharibənin informasiya təminatı sahəsində fəaliyyətin əsas istiqamətləri 2020-ci il sentyabrın 27-də Ermənistan .silahlı qüvvələrinin bir neçə istiqamətdən
müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış
məntəqələrini, eyni zamanda hərbi mövqeləri atəşə tutması ilə II Qarabağ (Vətən) müharibəsi
başlayan kimi Azərbaycan Prezidenti informasiya müharibəsində təşəbbüsü ələ aldı.
Hamıya məlumdur ki,müharibə dövründə rəqiblər hər vasitə ilə,ilk növbədə
dezinformasiya yolu ilə qarşı tərəfdə çaşqınlıq və vahimə yaratmağa çalışır.Bunu nəzərə alan
İlham Əliyev elə döyüşlər başlayan gün-2020-ci il sentyabrin 27-də televiziya ilə xalqa
müraciət etdi və Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ
silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış
məntəqələrini,Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğunu, mülki əhali və hərbçilər
arasında itkilər olduğunu bildirdi.
8
Müraciətinin sonunda Prezident Azərbaycanın haqq
yolunda olduğunu vurğulayaraq qələbəyə inamını ifadə etdi. “Qarabağ bizimdir. Qarabağ
Azərbaycandır!”
9
Sonuncu kəlmələr bütün xalq arasında geniş yayılan,hamı tərəfindən
təkrarlanan bir zərb-məsələ çevrildi. Sonralar da Prezidentin xalqa müraciətləri oldu.İlham
Əliyevin cəbhədə vəziyyət,qazanılan qələbələr haqqında doğru-dürüst məlumatlar verməsi
düşmənin Azərbaycan xalqı içərisində çaşqınlıq və vahimə yaratmaq cəhdlərini tamamilə
puça çıxartdı. Hamı yalnız Prezidentinə inanır və axşamlar televiziya qarşısında oturub
səbrsizliklə Prezidentin verəcəyi məlumatı, qələbə müjdələrini gözləyirdi.
Xalqa müraciətlərində cənab İlham Əliyev aparılan müharibənin Azərbaycan xalqının
beynəlxalq hüquq normalarından irəli gələn haqqı olduğunu əsaslandıraraq xalqını,eləcə də
dünyanın obyektiv düşünən adamlarını müharibənin Azərbaycan üçün ədalətli müharibə
olduğuna inandırdı. İlham Əliyev böyük liderlik keyfiyyətləri nümayiş etdirərək xalqı öz
ərafında biləşdirməyi bacardı. Xalqda görünməmiş bir coşqu vardı, hamı qələbə üçün nə isə
etmək istəyirdi. Beləliklə də əks-hücum əməliyyatları sözün əsil mənasında Vətən
müharibəsinə çevrildi.
Prezident İlnam Əlievin xalqa müraciətləri ardıcıl və sistemli xarakter
daşımış,mənasına, informasiya bazasına,təsir qüvvəsinə görə Vətən müharibəsində
Azərbaycan dövlətinin və xalqının mövqeyini açıq və aydın şəkildə əks etdirmiş,xalqı qələbə
ətrafında birləşdirmiş, onun birliyini təmin etmişdir.
10
Müasir müharibələr hibrid müharibələr
olduğundan, yəni müharibə yalnız döyüş meydanında deyil, digər müstəvilərdə, o cümlədən
8
Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, 27.09.2020-ci il//https://president.az/articles/40968.
(10.10.2022).
9
Yenə orada; Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsindək, Elm, Bakı 2021, s. 16.
10
Zəfər yolu, s. 4.