V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121
Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022 Mustafasadə / ss 16-38 21
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu
istiqamətində 2020-ci il iyulun 12-də başlamış hərbi təxribatı ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 13 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası
Təhlükəsizlik Şurasında etdiyi çıxışda düşmənin növbəti təxribatı nəticəsində bir neçə
hərbçimizin, eyni zamanda mülki şəxslərin həlak olduğunu, düşmən təxribatının qarşısının
qətiyyətlə alındığını qeyd edib, Ermənistanın hərbi-siyasi rəhbərliyinin ikiüzlü və riyakar
fəaliyyətini ifşa edərək bütün məsuliyyətin onun üzərinə düşdüyünü sübut etdi. Respublika
Prezidenti Ermənistan rəhbərliyinin bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejimini möhkəmləndirmək üçün
kömək xahiş etdiyini, digər tərəfdən də hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə
basqın etmək, mövqelərimizi zəbt etmək istədiyini, mülki əhalini, kəndlərimizi atəşə
tutduğunu bildirdi, eyni zamanda bu çirkin və məkrli siyasətin Ermənistanı uçuruma
aparacağı barədə xəbərdarlıq etdi.
5
Prezident bəyan etdi: “… mən dəfələrlə demişəm, bir daha
demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə
barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa
etsin.”
6
Bu əslində Ermənistan rəhbərliyinə ünvanlanmış bir mesaj, xəbərdarlıq idi.
Ermənistan rəhbərliyinə öz çirkin, məkrli siyasətindən, təxribatlardan əl çəkib məsələni dinc
yolla nizamlamağa son çağırış idi və belə hərəkətlərinə davamın onun sonunu gətirəcəyi
haqqında xəbərdarlıq idi.
Ermənistanda daxili vəziyyət böhran həddinə çatmışdı, eyni zamanda Azərbaycanın
son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar erməniləri çox narahat edir, onlarda paxıllıq
hisslərini daha da gücləndirirdi. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin beynəlxalq
təşkilatlar çərçivəsində uğurlu fəaliyyətini, son müddət ərzində bütün aparıcı beynəlxalq
təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş
açıqlamalar, qəbul edilmiş qərarlar, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi
Ermənistanın münaqişə ilə bağlı mövqelərinə ciddi zərbə vurmuşdu. Azərbaycan rəhbərinin
mötəbər kürsülərdən müntəzəm olaraq həm müharibənin tarixi ilə, həm bölgənin tarixi ilə
bağlı gətirdiyi konkret faktlar ermənilərin təbliğatını alt-üst edirdi.Azərbaycan Prezidenti
qeyd etdi ki, bütün dünya Dağlıq Qarabağın əzəli, tarixi Azərbaycan torpağı olduğun bilir və
Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bir müddət əvvəl burada
keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmamışdır, hətta bütün
aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə bağlı olan ölkələr həmin
seçkiləri pisləmişdir.
7
Son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlar
qazanması, onun təşəbbüsü ilə beynəlxalq təşkilatların zirvə görüşlərinin keçirilməsi, BMT
5
Azərbaycan
Prezidenti
İlham
Əliyevin
Təhlükəsizlik
Şurasının
iclasında
çıxışı.13.072020//https:president.az/articles/40969(10.10.2022) ; Zəfər salnaməsi, s. 15.
6
https://president.az/articles/40969 (10.10.2022); Zəfər salnaməsi, s. 15
7
https://president.az./articles/40969(10.10.2022); Zəfər salnaməsi, s. 16.