AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə71/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   67   68   69   70   71   72   73   74   ...   96

Misra 

 

Necə təsəvvore-batil, necə xəyale-məhal!

553

 

 



Belə  əmərləri,  hərəkətləri  və  sədaqətsizliyi  olan  bir  adam 

məgər  öz  canlarını  şaha  fəda  edən  və  sadiq  dövlətxahlardan  olan 

başqa şəxslər kimi özü barədə xahiş və təvəqqə edə bilərmi? Məgər 

duz-çörək  haqqını  itirən  səfeh  bir  adam  kama  yetən  adam  ola 

bilərmi? 

Xülasə,  Yaqub  xanın  gəlmə  xəbəri  gələndə  əlahəzrət  öz 

məiyyəti  ilə  birlikdə  ata  süvar  olub  seyrlə  məşğul  idi.  Xiyabanın 

başında Yaqub xan hümayun məiyyətə yaxınlaşıb onunla görüşmək 

səadətinə yetişdi, zahiri diqqətə layiq görüldü. Amma, ondan heç bir 

sədaqət əsəri və xəcalət hissi zahir olmurdu. Beləliklə, onun başında 

əvvəlki puç xəyalların qalması məlum oldu. Fars vilayətinin əhali və 

əyanı,  habelə  zülqədər  tayfaları  adət  etdikləri  kimi  yenə  də  ona 

mülazimlik edirdilər. Onlar üç gün tam şövkət və əzəmətlə onu gəlib 

yoluxdular. Üçüncü gün bu hal ali divan adamlarınm etirazına səbəb 

oldu  və  şahın  [divanda]  olmadığı  vaxt  xanın  Fars  vilayətindəki 

əməlləri  barədə  onu  sorğu-suala  tutdular.  Bu  xüsusda  belə 

deyilmişdir: 

 

Beyt 



 

                                                           

553

  Misranın farscası belədir: 



Zehi təsəvvore-batel, zehi xəyale-məhal! 

745 

 

Küləyin əsdiyi vaxt qalxsa göyə çör-çöplər  



Qayıdıb bir-ikisi bir daha torpağə düşər

554


 

 

Batinində xəbislik olduğundan 



 

Misra 

 

Kuzədən axsa yerə mey axacaqdır əlbət!

555

 

 



yenə  də  yava-yava  sözlər  danışırdı.  O,  qalanı  hələ  də  özündə 

saxlayıb vermədi. Məmləkət işlərinin nizamlanmasına kömək etmək 

lazım idi. Qarşıda böyük fəaliyyət dururdu. Əgər o həzrətin (şahın - 

Ş.F.) irəli çəkib tərbiyələndirdiyi bir adam özünü belə aparırsa, belə 

adamların  əməllərini  müşahidə  edən  başqa  adamlar  xudpəsəndliyi 

tərk edib necə itaətə gəlmiş olarlar? 

Xülasə,  Yaqub  xan  nemətə  xor  baxan  bir  adam  kimi 

cəzalanmağa  layiq  görüldü  və  ona  qarşı  qəzəb  atəşi  alovlandı.  

Dördüncü  gün  hümayun  dövlətxana  Bayazid  bəy  Qapıçıbaşı 

Ustaclıya  tapşırıldı  və  ona  buyuruldu  ki,  çağırılmadan  heç  kim 

xəlvətxanaya  girib-çıxmamalıdır.  Yaqub  xan  adəti  üzrə  gəlib 

məclisdə  qürürla  əyləşdi,  şahın  yanında  ali  divanın  vəziri  Mirzə 

Şükrullahla  xeyli  tünd  və  acı  danışıb  ona  dedi:  "Mənim  ülkamda 

sənin apardığın alış-veriş mühasibəsinin   hesabatını mənim   özümə   

verin". Mirzə Şükrullah  cavab  verdi: "Bu haqda əgər hümayun şah 

mənə işarə edərsə, elə həmin dəm onu sənə  verərəm". Elə bu  vaxt 

mötəbər  əmirlərdən  və  şaha  yaxın  adamlardan  olan  Hüseyn  bəy 

Ziyadoğlu  Qacar  şahın  işarəsi  ilə  əlini  onun  belinə  uzadıb,  yuxarı 

qaldırdı və yerə vurdu. 

Məsələnin  başlanğıcında  o  elə  təsəvvür  etdi  ki,  bu hərəkət 

məclis  nədimlərinin  hərdən  bir-birləri  ilə  etdikləri  güləşmə 

(dəstbazi) və zarafatdır. Öz mərtəbəsini Hüseyn xandan üstün bilən 

Yaqub  xan  dedi:  "Mən  burada  söz  danışmaqdayam,  bu  nə 

zarafatdır?".  Hüseyn  xan  onu  söyüb  dedi:  "Ey  haramzadə,  səndən 

zahir  olan  əməl  və  hərəkətlərinin  müqabilində  sən  mənə  nə  deyə 

                                                           

554

 

 



Beytin varscası: 

Əgər xəsi behəva rəft əz keşakeşi-bad  

Beyekdəmi do-se naçar bər zəmin oftəd. 

555


  Misranın farscası: 

K-əz kuze həman borun təravəd ke dər u-st! 



746 

 

bilərsən ki?". Yaqub xan məsələnin nə yerdə olduğunu başa düşdü, 



dərhal  yalvarmağa  başladı.  Hüseyn  xan  onun  əlini  bağlayıb 

başıyarıq  və  başıaçıq  vəziyyətdə  qəsrin  qarşısında  günəşin  altında 

saxladı. Onun dostlarını bir-bir çağırırdılar  və  gələn kimi qulamlar 

və şah fədailəri onları qılınc ilə para-para edirdilər.  İçəri  girən hər 

bir adam sabiq sərxoşluğunun xumarını sındıran bu badə ilə (ölüm 

ilə  -  Ş.F.)  məst  və  bişüur  olurdu.  Baş  verən  hadisədən  çöldə  heç 

kəsin xəbəri yox idi və elə təsəvvür edirdilər ki, xəlvətxanədə xüsusi 

məclis  qurulmuş,  eyş-işrət  düzənlənmiş  və  onlar  söhbət  etməklə 

məşğuldurlar. 

 

Şiraz hakimi Yaqub xanın 



və onun fitnəkar adamlarının öldürülməsi: 

 

Xülasə,  qalanı  tutmaq  xatirinə  Yaqub  xana  hələlik 



dəymədilər  və  o,  həmin  gün  qətl  olunmadı.  Vaxtı  ilə  günahsız 

zülqədərləri özünün qazdığı quyuda həbs  edən Yaqub xan bu dəfə 

quyuya  özü  düşdü.  Ona  bir  kağız  yazdırıb  qalaya  göndərdilər  ki, 

etibarlı  adamları  qalanı  qoy  şah  dərgahının  mülazimlərinə  təhvil 

versinlər.  Amma,  qaladakılar  həmin  yazıya  əməl  etməyib  qalanı 

vermədilər,  belə  məlum  oldu  ki,  belə  hərəkət  etməyi  Yaqub  xanın 

özü  onlara  tapşırıbmış.  Qaladakılar  bir  neçə  gün  müxalifət  və 

qaladarlıq  etməkdə  qaldılar.  Həmin  günlər  ərzində  Yaqub  xanın 

qəhr  qılıncı  ilə  öldürdüyü  zülqədərlərin  varisləri  onu  hər  gün 

quyudan  çıxarır,  quyu  başında  başı  aşağı  asıb  cəzalandırırdılar. 

Onun nalə və nifrini fələyə ucalırdı. Qalanın təhvil verilməsi xəbəri 

onun  israrlı  mülazimlərinə  çatdırıldıqdan  bir  neçə  gün  sonra 

zülqədər  ağsaqqalları  öldürülməsinə  boyun  olub  xanın  qətlini 

tələsdirdilər. Əlahəzrət şah Yaqub xanı zülqədərlərə verdi, onlar da 

günahsız adamlarının qisasını almaqdan ötrü onun işini bitirdilər. 

Yaqub xanın öldürülməsindən sonra bir dəstə Fars camaatı, 

xüsusiylə  Hüseynqulu  Sultan  Siyahmənsur  dağa  üz  tutdu,  oraya 

çıxmağın  çətin  iş  olduğunu  bilən  adamların  gözləri  qarşısında 

cəldliklə  dağa  dırmaşdı,  özünü  onun  zirvəsinə  çatdırdı. 

Qaladakılardan bixəbər şeypur və bərqu (?) çalıb qalanı tutdular və 

bəd işlər görənlər öz əməllərinin cəzasını çəkdilər. 

Bu  hadisə  baş  verən  vaxt  Kirmandan  -  Fərhad  xanın 

yanından  bir  adam  gəlib  Kirman  işlərinin  lazimi  qaydada  bitdiyini 

və qalanın fəth olunma xəbərini gətirdi. Məsələ belə baş  vermişdi: 



747 

 

Fərhad 



xan 

Kirmana 


yaxınlaşarkən, 

əfşar 


tayfalarına 

istimalətnamələr 

yollayaraq, 

qədim 


vaxtlardan 

Vəlixanın 

mülazimləri olmuş kirmanlıların indi də mülazimlik etmələri haqda 

tapşırıq  vermişdi.  Fərhad  xanın  və  Vəlixanın  gəlmələrindən  xəbər 

tutan  əfşar  tayfası  qorxuya  düşdü,  özlərinin  dincliklərini  və  sağ-

salamat  qalmalarını  Yusif  xandan  (Kirman  hakimi  -  Ş.F.)  əl  üzüb 

şahsevənlik  izhar  etməkdə  gördülər  və  dəstə-dəstə  gələnlərin 

qarşısına çıxıb onların əllərini öpməklə şərəfləndilər. 

Əy  alət  və  istiqlal  taxtında  əyləşən  Yusifxan  camaatın 

onlara  tərəf  üz  tutduqlarından  və  Fərhad  xana  birləşmələrindən 

xəbər  tutdu.  O,  həmin  adamlardan  inciyərək  özünün  iki-üç  yüz 

qədim  mülazimi  ilə  qalaya  gedib,  oraya  sığınmağı  və  qaladarlıq 

etməyi qərara aldı. Fərhad xan isə şəhərə gəlib qalanı mühasirə etdi, 

Yusif  xanın  yanına  adam  yollayaraq  xoş  sözlərlə  onu  itaət  yoluna 

dəvət etdi və boyun oldu ki, onun qüsurunun əfv olunmasını şahdan 

xahiş  edəcəkdir.  Məktublaşma,  əhd-peyman  və  təkrar-təkrar  gediş-

gəlişdən  sonra  Yusif  xan  etdiyi  əməldən  peşiman  olub  sülhə  tərəf 

rəğbətləndi,  qaladarlığı  tərk  edib  oradan  çıxdı,  Kirmanın  hakimi 

olmaq  həvəsini  başından  çıxardı,  əlini  acizlik  və  biçarəlik  ətəyinə 

uzatdı,  fəqət  canının  sağ-salamat  qalması  ilə  kifayətləndi,  inzivaya 

çəkilərək dua oxumaqla məşğul olmağı qərara aldı. Fərhad xan onun 

bu  ağıllı  çıxış  yolundan  razı  qaldı,  vəd  etdi  ki,  ağlının  azlığı, 

nadanlığı və Yaqub xanın təhriki ilə etdiyi taxsırlarının bağışlanması 

xüsusunda  şahdan  təvəqqe  edəcəkdir.  Xülasə,  qala  güclü  qazilər 

tərəfindən  zəbt  olundu.  Vəlixanı  və  İsmayıl  xanı  Kirmanda  qoyan 

Fərhad xan həmin vilayətin işlərini ürəyi istəyən kimi qaydaya salıb, 

Şiraza qayıtdı. Əlahəzrət Fars  vilayətini nizamladıqdan sonra Yəzd 

yoluyla  İsfahana  yollandığı  vaxt  Fərhad  xan  gəlib  çatdı,  şəhər 

yaxınlığında  onun  ayağını  öpməklə  şərəfləndi,  Yusif  xanı  boynu 

qılınclı,  əyni  kəfənli  halda  ali  dərgaha  gətirərək  onun 

cəzalandırılmasını  xahiş  etdi.  Yusif  xan  şahanə  mürüvvətə 

arxalandığı, yersiz hərəkətlərindən çəkindiyi, boynundan qılınc asıb 

gəldiyi  üçün  şahanə  tərzdə  əfv  olundu,  canı  əmin-amanlıq  tapdı. 

Amma,  Yolu  bəy  Kirmanda  Fərhad  xanla  düşmənçilik  vəziyyətinə 

düşdüyü  gün    Yusif  xanın  köməyi  ilə  yenidən  üsyana  başlamaq 

istəmişdi. 

 

 

 


748 

 

Yolu bəyin öldürülməsi: 

 

Amma, məsələdən xəbərdar olan bir şəxs bu xəbəri Fərhad 



xana çatdırdı və Yolu bəy onun bir mülaziminin əli ilə öldürüldü. 

Elə o günlərdə, adlı-şanlı şahzadə Sultan Heydər Mirzə ilə 

birlikdə  Rum  elçiliyinə  getmiş  Mehdiqulu  xan  Çavuşlunun 

mülazimləri  geri  qayıdıb  bildirdilər  ki,  rum  hökmdarı  məşhur 

şahzadəni  ləyaqətlə  qarşılamış  və  sülh  müqaviləsi  isdədikləri  kimi 

də  imzalanmışdır,  Mehdiqulu  xanın  özü  isə  tezliklə  sultandan  izn 

alıb  məhəbbət  ayinli  məktubla  qayıdacaqdır.  Bu  xəbər  hamının 

(kafeye-xəlayeq  və  ibadullah)  ürəyindən  olduğundan,  dövlətin 

qüdrətinin daha da artmasına səbəb oldu. 

Xülasə,  Fərhad  xanın  gəlişindən  sonra  əlahəzrət  hümayun 

ordunu  Şirazdan  İsfahana  rəvan  etdi,  özü  isə  Təbrizə  tərəf  təşrif 

apardı.  Fərhad  xan  da  müqəddəs  hümayun  ordu  ilə  birlikdə  yola 

düşdü. Elə ki, o ürəkaçan yer şahın hümayun qədəmlərindən yaraşıq 

tapdı,  mirmiranın  oğlu  Şah  Xəlilullahın  yaşadığı  Bağgülşən  din 

xosrovunun  dincəlməsindən  ötrü  onun  aramgahına  çevrildi.  Şah 

Xəlilullah  mizbanlıq  fəaliyyətinə  başlayıb  layiqli  xidmət  göstərdi. 

Elə  oradaca,  Vəlixanın  sabiq  vəziri  olan  və  Kirmanda  cidd-cəhdlə 

çalışan  cənab  Hatəm  bəyə  şahanə  bir  şəfəqqət  edildi,  ona  uca 

mənsəbli  dövlətin  baş  vəziri  vəzifəsi  (mənsəbe-rəfiülqədre-

məmalike-məhruse)  verildi.  Əlahəzrət  həmin  gözəl  yerdə  bir  neçə 

gün  eyş-işrətə  qurşandı,  mülk  əhalisinin  işlərini  yola  qoymaqla 

məşğul oldu, ürəyi sınıq adamların  yaralarını sağaltdı, rəiyyətin  və 

kasıb-kusubun  mətləb  və  iddialarını  həll  etdi  və  atının  yürüş 

cilovunu  İsfahan  darüssəltənəsinə  tərəf  çevirdi,  Nəqşi-cahan 

mübarək dövlətxanası bir daha dünyanı tutan şəhriyarın (şəhriyare-

gitisetan)  iqamət  yerinə  çevrildi.  Şalı  bir  ayadək  cənnətnişan 

İsfahandakı adamların mətləblərinin həlli ilə məşğul oldu. 

 

Təbərrük qalasının dağıdılması əmri: 

 

Həmin  ilin  tale  hadisələrindən  biri  də  budur:  Təbərrük 



qalasının  kutvalı  Əhməd  bəy  Kərampa  humayun  şahın  [İsfahanda] 

olmadığı  vaxtda  qalaya  çoxlu  azuqə  və  başqa  zəruri  şeylər 

toplayaraq,  işlərini  ləyaqətlə  idarə  edirdi  və  şahzadələr  o  qalada 

yaşayırdılar. [Amma] Əhməd bəy sözbaz adamların tənəsinə məruz 

qaldı  və  onu  əsassız  yerə  günahlandırdılar.  Əlahəzrət  bu  sözlərin 


749 

 

düzgün  olmadığını  bilirdisə  də,  amma  ehtiyatı  əldən  vermirdi. 



İsfahan  əhalisi  bu  qalanın  məmləkətin  narahatlığına  və  rəiyyətin 

əvvali-ruhiyyəsinə  təsir  edəcəyini  düşünüb  oranın  dağıldılmasında 

təkid  edirdi.  [Buna  görə  də]  nəvvab  şah  İsfahan  əhalisinin  fikri 

əleyhinə  getməyərək,  qalanın  dağıldılmasını  əmr  etdisə  də,  lakin 

şahzadələrin gələcəyi  və onların yerləşdirilmə yeri barədə tərəddüd 

içində  idi.  Amma,  dövlətxah  adamların  hamısı  beyinlərində 

hökmranlıq havası olan şahzadələrin öldürülməsini tələb edirdi. Şah 

isə mərhəmət göstərib şahzadələrin öldürülmələrinə razılıq vermirdi. 

Nəhayət  hamının  razılığı  və  onlardan  gələ  biləcək  fitnəkarlığın 

önünü  almaq  məqsədi  ilə  onların  fitnə  çıqarları  olan  iki  gözlərini 

görmək işığından məhrum etdilər, şahzadələr də bir neçə günlük fani 

həyata ümidvar oldular,  "ara-sıra"

556

  onların  beyinlərini  çulğulayan 



fikirlərdən  bir  qədər  asudələşdilər.  Onları  Ələmut  qalasına 

göndərdilər,  əmrə  müvafiq  olaraq  şahzadələrin  yaşamaları  üçün 

zəruru olan şeylər müəyyənləşdirildi və Təbərrük qalası dağıdıldı. 

 

Beyt 

 

Fələyin birinci işi deyil bu,  



Belə iş çox görüb fələk doğrusu.

557


 

 

Kor Həsən Ustaclunun öldürülməsi: 

 

Şah İsfahandan çıxıb Qəvzin darüssətənəsinə doğru yönəldi 



Kaşanda  ustaclı  tayfasının  böyüklərindən  və  şahın  xidmətində 

duranlardan biri olan Kor Həsən Ustaclı, Mürşidqulu xan dövrünün 

tərbiyət  görənlərindən  olduğu  üçün  etibarsız  çıxdı,  çətr  qorçisi 

Həsən  bəy  Qorçinin  əli  ilə  öldürüldü.  Əlahəzrət  Qəzvin 

darüssəltənəsinə  təşrif  apardı,  adlı-sanlı  atası  ilə  birlikdə  səltənət 

paytaxtında  məkan  etdi.  O  vaxtlarda  cənnətməkan  şahın  mötəbər 

əmirlərindən  və  Çuxur-Sədin  əmirülümərası  olan  Məhəmmədi  xan 

Toxmaq bir neçə  müddət rumilərin əlində qaldıqdan sonra Rumdan 

qayıdıb  Ərdəbil  və  Muğanda  yaşayırdı.  O,  şahın  yanına  gələrək 

lütfkarlıqla  qarşılandı.  Əlahəzrət  şah  qış  fəslini  Qəzvin 

                                                           

556


 İfadənin ərəbcəsi: "ənən fəənən".  

557


  Beytin tərcüməsi: 

Fələk-ra nəxostin nə inəst kar, Bəsi yad darəd əz in ruzigar 



750 

 

darüssətlənəsində  şadlıqla  keçirdi,  istirahət  və  kamranlıqla  məşğul 



oldu. 

 

XOŞBƏXTLİK VƏ SƏADƏT İLİ OLAN HİCRİ  



TARİXLƏ MİNİNCİ (MİLADİ 1591/92), TÜRKİCƏ  

İSƏ DOVŞAN İLİ VƏ HÜMAYUN CÜLUSUN  

BEŞİNCİ İLİNDƏ BAŞ VERƏN HADİSƏLƏR 

 

Qış  fəsli  sona  çatdı  və  bahar  küləyi  paklıq  və  yaşıllıq 



çağırışına  (səla)  başladı,  bağ  və  bostanların  işrət  yerləri  (eşrətsəra) 

güllərlə bəzəndi. 

 

Şer 

  

Cahan içrə elə oldu havanın təsiri ki,  



Qoca dünya bu cahan şahı kimi oldu cavan.

558


 

 

Cahanı  işıqlandıran  novruz  cəmadül-əvvəl  ayının  iyirmi 



beşində  çaharşənbə  günü  başlandı.  Dünya  xosrovu  (günəş  -  Ş.F.) 

həməl  şərəfxanasında  yerləşib  cahanı  bəzədi.  Cəm  məqamlı 

hümayun  şah  Qəzvinin  Səadətabad  bağında  şahanə  bir  bayram 

məclisi  bəzədi,  bir  neçə  gününü  həmin  kövsər  bağında  işrət  və 

şadyanalıqla  keçirdi.  Şahın  nurlu  xatiri  vəziri  Mirzə  Lütfüllahdan, 

oğlunun  nalayiq  hərəkətlərinə  görə  incidiyi  üçün,  onu  vəzirlikdən 

kənar edib, ağıllı tədbirli, əxlaqlı və müstovfülməmalik olan Hatəm 

həy  Ordubadini  həmin  yüksək  mənsəbə  təyin  etdi  və  o  etimadüd-

dövlə  ləqəbinə  layiq  görüldü.  Həmçinin  hümayun  cülusdan  əvvəl 

əzəmətli  qorçilər  silkinə  daxil  olan,  sonra  isə  yüzbaşılıq  rütbəsinə 

qədər  yüksələn  Allahqulu  bəy  Qapanoğlu  Qaçarı  şah  bu  il  şahanə 

lütflə  şərəfləndirib,  qədri  böyük  və  səltənət  işlərində  mühüm, 

əzəmətli yeri və ehtiramı olan uca qorçibaşı mənsəbinə layiq gördü. 

Elə o günlərdə də, sərhəd paşaları tərəfindən göndərilən Rum elçiləri 

gələrək, sülh sazişinin daha da  möhkəmlənməsi xəbərini gətirdilər. 

Onlardan  sonra  Ruma  elçilik  qayda-qanunu  üzrə  gedən  Mehdiqulu 

xan  sülh  sazişini  lazimi  kimi  hazırlayıb,  hakim  olduğu  Ərdəbildən 

                                                           

558

 Şerin farscası: 



Ze etedale həva, ya ze dovre-çərxe-əsir,  

Ço əhde-şahe-cəhan tazə gəşt aləme-pir. 



751 

 

şahın  ayağını  öpməyə  gəldi,  töhfə  və  hədiyyələrini  təqdim  edərək, 



xandgardan  gətirdiyi  sülh  şərtlərinin  təzələnməsi  xüsusundakı  

məktubu  hümayun  nəzərə  çatdırdı.  Rumun müsbət fikirli şəxsləri 

bu  ili  xoşbəxt  bir  il  kimi  yadda  saxladılar.  O  məktubda  abbasi 

qələmlə (xame) ən yaxşı (xame) sözlər yazılmışdı.

559

 

 



Mehdiqulu xanın öldürülməsi: 

 

Həmin  əyyamda  baş  verən  hadisələrdən  biri  də  budur:  



Mehdiqulu xan otuz - qırx gün şahın xidmətində qaldı.  O,  çavuşlu 

oymağından  həmçinin    Mürşüdqulu   xanla    Məhəmmədşərif  xanın  

qohumu olduğundan, Məhəmmədşərif  xanın   Gilana   qaçıb   bəzi   

xətalara      yol  verməsi  səbəbindən  şahın  mübarək  xatiri  bütün 

çavuşlulardan  incik  idi  və  o  çavuşluları  iddiaçı  adamlar  kimi 

tanıyırdı. 

Buna görə də şah Mehdiqulu xandan döndü. Xan isə ağıllı 

və hüşyar adam olduğundan bunu anladı. Şah xanın məsələdən agah 

olduğunu bilib ehtiyatkarlıq edərək onu həbs etdi. Qəza   qəhrəmanı 

onun  həyatının  kəsilməsi  xüsusda  fərman  verdiyi  üçün  öldürüldü. 

Qardaşlarından  dəvatdar  olan  Muradxan  bəy  fərar  edib  Rum 

ülkasına getdi. Buna görə, başqa qardaşı Əhməd bəy də öldürüldü. 

Onların  cəzalandırılmasından  sonra  ustaclı  oymağından 

olan  və  şahın  şəfqətinə  yetişən  "Caharğav"  ləqəbli  Mürşidqulu 

Sultan Qoçulunu, Məhəmmədşərif xanı və başqa fərar edənləri tutub 

ali dərgaha gətirilməsi üçün Gilana yollandılar. 

[Mürşidqulu  xana  dedilər  ki,]  əgər  Xan  Əhməd  onları 

himayə edərək ələ verməzsə, orada qalıb, məsələni ərz etsinlər. 

Xan  Əhməd  fərarilərı  geri  qaytarmaq  barədə  şahın  fikrini 

bildiyindən, onlan  mənasız himayə  etməkdən əl  çəkdi, Mürşidqulu 

xan  da  onları  tutub  ali  saraya  gətirdi.  Fərarilərin  cəzalanmalarını 

ləngitməyin  böyük  fitnə  -  fəsada  səbəb  olacağını  bilən  şah  dərhal 

onları  qətlə  yetirdi.  Buna  görə  də  şah  Xan  Əhməd  tərəfindən 

göstərilən diqqətə və xanın onun möhtərəm anası ilə qohumluğuna, 

həmçinin bu xanədana münasibətinə görə bəzi xoşagəlməz rəftarını 

bağışlayıb  şahanə  nəvazişlərlə  mükafatlandırdı,  qiymətli  xələtlərlə 

şərəfləndirdi. 

                                                           

559

  Qeyd:  İskəndər  bəy  Münşi  müxtəlif  mənalı  iki  "xame",  yəni,  "qələm"  və  "ən 



yaxşı" mənasını verən sözü işlətməklə öz məharətini göstərmişdir. 

752 

 

Bu  il  Həmədan  hakimliyi  və  Bağdadın  sərhədinə  qədər 



bütün  Əlişəkər  vilayətinin  əmirəlüməralığı  şahzadə  Məhəmməd 

Bağır  Mirzəyə  verildi,  bayat  eli  isə  onun  mülazimlərinə  təyin 

olundu, Uğurlu Sultan Bayat bu şahzadənin  vəkili kimi  Həmədana 

yollandı.  Rumillərlə  sülh  sazişi  hər  iki  tərəfin  əsir  götürülən 

adamlarına  da  aid  olduğundan,  bir  neçə  paşa  Təbriz  döyüşlərində 

giriftar olub Qəhqəhə qalasında saxlanmış Sima Murad paşanı ordan 

çıxarıb Ruma rəvan etdilər. Rum tərəfindən isə Şahrux xan Möhrdar 

Mehdiqulu xan Şamlı, Qorxmaz xan Şamlı və yoldaşlarını bir-birinə 

qoşub  bu tərəfə  yolladılar.  Şahrux  xan  yolda  xəstələnib  vəfat  ctdi, 

başqaları gəlib çatdılar. 

 

Qorxmaz xanın Şah Abbasın əli ilə öldürülməsi: 

 

Amma  Qorxmaz  xan  keçmişdə  sədaqətsizliyi,  yaxud 



dövlətxahsızlığı üzündən etdiyi bəzi əməllərinə görə, həmçinin onun 

Mərziyyə  bəyim  ilə  əhvalatı,  Mehdiqulu  xanın  atası  Hüseyn  quli 

Sultanın  Təbrizdə  Əmir  xanın  təhriki  və  vəzifəyə  gətirilməsi 

(təcviz), əlahəzrətin lələsi olmuş Əliqulu xanın atası Sultan Hüseyn 

xana  qarşı  müxtəlif  alçaq  əməllərə  giriftar  olması  səbəbindən, 

"Çehelsütun"  qəsrinin  qabağında  şahın  hümayun  gözünə  dəydiyi 

ləhzə, şahanə qəzəb şöləsi alovlandı və əlahəzrət onu öz mübarək əli 

ilə cəzasına çatdırdı. Mehdiqulu xan isə iltifata  yetib irsi eşikağası 

mənsəbinə layiq görüldü. 

 

Qara Dövlətyar xanın öldürülməsinin səbəbi: 

 

Başqa  hadisələrdən  biri  Dövlətyar  xan  Siyahmənsurun 



üsyanıdır.  O,  cənnətməkam  şahın  vaxtındakı  əmirlərdən  idi  və 

mərhum  şahzadə  Sultan  Həmzə  Mirzənin  xidmətində  dururdu. 

Türkmanlar  Qorxmaz  xanın  və  təkəlilər  arasındakı  münaqişələr 

zamanı  onun  tərəfindən  yaxşı  xidmətlər  baş  verdiyindən  əmirlik 

mərtəbəsinə  yüksəliş  Sultaniyyə  və  Səncas  tərəflərdə  ona  ulka  və 

tiyul  verilmişdi.  Mərhum  şahzadənin  vəfatı  qəziyyəsindən  sonra 

ayağını həddindən çox geniş atmış, Səcasda qala tikmiş, çoxlu azuqə 

yığaraq  həmin  vilayətdə  müstəqillik  təbili  döymüşdu.  Əbu  Talıb 

Mirzə  ona  əhəmiyyət  vermirdi,  amma  əlahəzrət  şahın  cülusundan 

sonra  öndə  Xorasan  səfəri  olan  Mürşidqulu  xan  onun  işçilərini 

görüb,  xanı  dəf  etmək  fikrinə  düşdü.  Bundan  sonra  əlahəzrət 


753 

 

zilləllah şah  Hüseynəli Sultanı  onun üstünə  göndərdi. O, qalanı bir 



neçə  müddət  mühasirədə  saxladısa  da,  bir  iş  görə  bilməyib  geri 

qayıtdı.  İraq,  Fars  və  Kirman  işlərini  yoluna  qoymaq  kimi  böyük 

işlərlə məşğul olan şah xırda işlərə baş qoşmayıb Şiraza və İsfahana 

yollandı.  Dövlətyar  xan  hümayun  ordunun  oralardan  uzaqlaşması 

səbəbindən  üsyan  etmək  fikrinə  düşdü,  yaxın  vilayətlərə  əl 

uzatmağa  başladı.  Bir  dəstə  talesiz  kürd  onun  ətrafında  toplaşıb, 

yolkəsən  quldurlar  kimi  müsəlmanların  var-dövlətini  qarət  etdi  və 

xan toplanmış malları qalaya gətirib öz mülazimlərinə payladı. 

 

Dövlətyar xanın qətli: 

 

Əlahəzrətin  Qəzvin  darüssəltənəsində  olduğu  bu  ildə 



Dövlətyar  ona  mülazimlik  etməkdən  boyun  qaçırıb  cahana  pənah 

verən dərgaha gəlmədi, hələ üstəlik də ona heç bir aidiyyəti olmayan 

Sultaniyyə,  Əbhər,  Zəncan,  Tarom,  Dərczin  və  ətrafdakı  başqa 

yerlərə öz qarət əlini uzadıb, rəiyyətə və aciz adamlara əzab-əziyyət 

verməklə məşğul oldu. 

Xülasə, xanın yöndəmsiz hərəkətləri həddini açdı və şahanə 

qərar  onun  dəf  olunmasını  zəruri  sandı.  Vəziyyətin  başlanğıcında 

Mehdiqulu  xan  Şamlını,  ardınca  isə  Qum  hakimi  Hüsyen  xan 

Qorçiye-şəmşire-Şamlını  onun  ardınca  yolladılar  və  onlar  gedərək 

qalanı  mühasirəyə aldılar. Nəhayət, Dövlətyarın  vəziyyəti çıxılmaz 

oldu  və  o,  Hüseyn  xan  Şamlıya  dcdi:  "Qızılbaşlarla,  xüsusilə  də 

şamlılarla qan düşməni olduğum üçün saraya  gedə bilmərəm. Əgər 

hümayun  ordu  bu  tərəfə  gələrsə,  mənim  barəmdə  hər  hansı  bir 

hümayun  fikrin  yerinə  yetirilməsindən  ötrü  özümü  hümayun  şahın 

ayağı altına ataram". 

Hüseyn  xan  onun  sözlərini  şaha  ərz  etdi.  Əlahəzrət 

Gözəldərəni seyr etmək və ov ovlamaq məqsədilə o tərəfə yollandı 

və qalanın  yaxınlığına  gəlib çatdı. Qalanı  müdafiə etməkdən təkgə 

gəlmiş Dövlətyar xan ona oluna biləcək kömək və mədəddən məyus 

oldu, qəflət badəsinin bihuşluğu və özünün özbaşinalığından azacıq 

huşa gəldi, qaladan çıxmaqdan başqa bir çarə görməyib, əlahəzrətin 

qala  yaxınlığına  çatdığı  elə  həmin  gün  qaladan  çıxdı.  Şahın 

cahandarlığının əvvəli olduğundan və düşmənlərin cəzalandırılması 

vacib bilindiyindən, onun qəzəb tonqalı elə şölələnmişdi ki, həmin 

tonqalı qılınc zülalından başqa heç nə söndürə bilməzdi. Dövlətyar 

əfv  xüsusunda  şöhbətə  başlayan  ləhzə  həbs  olundu  və  qala 



754 

 

məğlubedilməz dövlətin əlinə keçdi, fələyin hökmü ilə viran edildi. 



Dövlətyarı  Qəzvinə  gətirdilər  və  Səadətabad  meydanında  onun 

xırmanını yoxluq küləyi ilə söndürdülər. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin