AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə68/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   64   65   66   67   68   69   70   71   ...   96

Şer 

 

Araya gəlsə smaq imtaham çox xoşdur,  

Üzü qoy qarə ola söyləsə hər kim ki, yalan.

534


 

 

                                                           



534

 Şerin farscası: 

Xoş bovəd gər məhəke-təcrobe ayəd be miyan  

Ta siyəhruy şəvəd hər ke dər u ğəşş başəd. 



718 

 

 



Məhəmməd  xan  iki  tirəli  o  adamların  fitnəsindən  çəkinib 

bu tərəfə gəlmədi, Kür çayını keçib, Aleksandr xanın təklifini qəbul 

edərək  onun  yanına  getdi.  Aleksandr  xan  isə  mürüvvətsizlik  edib 

xanı  tutaraq  rumilərə  verdi,  onu  İstanbula  apardılar.  O,  bir  neçə 

müddət  orada  məhbus  oldu.  Əsirləri  azad  etmək  barədəki  sülh 

şərtinə  əməl  edərək  Sultan  Murad  onu  azad  etdi.  Məhəmməd  xan 

oradan  Bağdada  gəldi,  sonra  isə  Şüştərə,  Mehdiqulu  xan Şamlının 

yanına  getdi.  Şüştərdən  çıxıb  ali  dərgaha  yetişdi,  Ərdəbil  darül-

irşadında sakin oldu. Belə söyləyirlər ki, Məhəmməd xan Ərdəbildə 

həmişə  [belə]  deyərdi:  "Gəncə  yenə  də  bu  yaxınlarda  övliyalar 

sultanının  müqəddəs  ruhunun  köməyi  ilə  bu  dövlətin  (səfəvilərin  - 

Ş.F.)  əlinə  keçəcək  və  oranın  hökuməti  (hakimliyi  -  Ş.F.)  şah 

tərəfindən mənə veriləcəkdir." 

O,  sədaqətli  adam  əlahəzrət  zillallah  şaha  sadiq  bir  şəxs 

olduğundan,  Gəncə  vilayətinin  rumiyyənin  əlində  qalmasından 

iyirmi  il  keçəndən  sonra  xanın  dedikləri  həyata  keçdi  və  talenin 

qüvvəti və bəxtin köməyi ilə min on dördüncü ildə (miladi 1605/06) 

ki,  həmin  ilin  hadisələrinin  şərhi  vaxtı  bu  barədə  məlumat 

veriləcəkdir,  həmin  vilayət  əbədi  dövlət  övliyalarının  (səfəvilərin  - 

Ş.F.)  əlinə  keçdi,  müxtəlif  əzab-əziyyət  və  təşviş  keçirmiş 

Məhəmməd xan isə öz sədaqəti üzündən yenidən o vilayətin başçısı 

olmaqla  şərəfləndi,  zillət  nöqtəsindən  izzət  ucalığına  yetişdi.  Öz 

sədaqətlərini  zahirə  çıxartmış  olan  hər  tayfa  yenidən  Gəncədə  öz 

işrət  bayraqlarını  ucaltdı,  amma  o  vaxtlarda  müxalifət  ahəngini 

çalaraq  İraqa  gəlməyən  və  vətənlərini  tərk  edən  bəzi  sədaqətsiz 

kəsləri  şah  məcburən  öz  diyarlarından  kənarlaşdırdı,  onları 

Mazandarana köçürtdü ki, həm oranın abadlığı ilə məşğul olsunlar, 

həm də nifaq hissindən təmizlənib öz əməllərinin cəzasını çəksinlər. 

Qoy  bu  ifadə  məşhur  sultanların  karnaməsi  və  dövran 

xaqanlarının  dəsturül-əməli  olsun.  Bir  halda  ki,  bu  haqda  öz 

məqamında  danışılacaqdır,  buna  görə  də  bu  ilin  hadisələrinin 

bəhsində  ondan  danışmaq  münasib  deyildir.  Amma  buna 

baxmayaraq,  əhvalatların  yazılışı  əsnasında  sözlər  düzən  qələm 

ixtiyarsız olaraq təkrarçılıq nöqsanı (şayebe) barədə düşünməyərək 

o baradə yazmağa başladı. 

Bu  ildə  baş  vermiş  hadisələrdən  biri  də  Məhəmmədşərif 

xan  Cavuşlunun  fərar  etməsidir.  O,  cənnətməkan  şahın  tirü  kaman 

qorçisi  olmuş  Xəlil  bəy  ibn  Hüseyn  bəyin  oğlu  və  Məsum  bəy 



719 

 

Səfəvinin qız nəvəsidir. Məhəmmədşərif şahın hümayun xidmətində 



özünün  irsi  mənsəbini  daşımaqla  izzətli  və  möhtərəm  bir  şəxs 

olmuşdu.  Cəlal  ordusu  (qızılbaşlar  -  Ş.F.)  Xorasana  yürüş  edərkən 

Mürşidqulu xan ona Qəzvin əyalətinin xanı olacağını vəd etmişdisə 

də, həmin mənsəbi öz əmisi oğlu Məhəmməd Sultan Kutvalıx verdi. 

O  da,  məhz  Mürşidqulu      xanın      razılığı,      özününsə      boş   

düşüncəsinə, vəzifəpərəstliyinə qapılıb əlahəzrətə xidməti tərk etdi, 

irsi  mülkündən  əl  çəkərək  hakim  və  xan  oldu.  Hümayun  ordunun 

qayıdışına  kimi  o,  Qəzvin  hakimi  idi.  Bu  ilin  əvvəllərində 

Məhəmmədşərif  xan,      iltifatsızlıq      etməsinə    baxmayaraq,  xain 

olduğu  üçün,  şahın  razılığını  almadan  xidməti  tərk  etdi,  amma  bu 

əməlindən qorxub özünün bir neçə nəfər yaxın və etibarlı adamıyla 

birlikdə  Qəzvindən  qaçaraq  Gilana  getdi.  İsmayılqulu  Sultan 

Şamlının  qardaşı  Mürşidqulu  Sultan  da,  İsmayılqulunun  qardaşı 

olduğuna  və  Əbu  Talib  Mirzənin  vaxtında  müxalifət  etdiyinə  görə 

qayğılanıb  fərar  etdi  və  Gilana  getdi.  Əlahəzrət  zilləllah  şahdan 

qorxan  bir  neçə  başqa  adam  da  bu  əməli  etdi.  Gilan  valisi  Xan 

Əhməd Gilanda yer verərək onlarla çox yaxşı davrandı. Nəvvab şah 

buna son qoymaqdan ötrü onları Xan Əhməddən geri istədi. O, bunu 

etməyib  onların  əfvi  xüsusunda  xahişdə  oldu.  Əlahəzrət  isə  sorğu-

sual vaxtı olmadığından şahanə etinasızlıqla həmin il onların işi ilə 

məşğul  olmadı.  Bu  il  isə,  İsfahan  hakiminin  qulamı  Fərhad  ağa 

cəzalandırıldı.  O,  cənnətməkan  şahın  və  nəvvab  Sultan  Həmzə 

Mirzənin  bir neçə illik tərbiyə haqqını nəzərə almayaraq,  İsfahanın 

hakimi  olmaq  firki  ilə  Mürşid-qulu  xan  xidmətini  seçdi  və 

cəzalandırıldı.  Bütün  İsfahan  işləri  və  darugəliyi  mərhum  nəvvab 

şahzadənin qulamı olan  və əlahəzrətin ehtiramı ilə şərəflənən Yolu 

bəyə verildi. 

 

FARS, KİRMAN VƏ YƏZDDƏ QIZILBAŞ ƏMİRLƏRİ 



ARASINDA BAŞ VERƏN ƏHVALATLAR VƏ 

MÜHARİBƏLƏR BARƏDƏ SÖZ 

 

Bədii dilli qələm bundan əvvəl baş vermiş gizli hekayətləri 



saf-çürük  edərək  belə  yazdı:  Fars  vilayətinin  bir  neçə  ağası  həmin 

vilayətin  əmirülümərası  olan  Yaqub  xanla  düşmənçilik  edib,  izn 

olmadan ordudan fərar etmişdi. Yəzd yaxınlığında Bəktaş xan Əfşar 

onları ələ gətirib, Yəzdin daruğəsi olan  və oranın qalasını qoruyan 



720 

 

tərkeş  qərçibaşısı  Əliqulu  bəy  Şamlıya  verdi,  bu  hadisəni  özünün 



dövlətxahlığı adlandırdı. 

Amma, hiyləgər və özündən razı olduğundan, belə hərəkət 

etməklə həmin zülqədər ağaları vasitəsiylə Fars vilayətini özünə ram 

etmək  və  orada  ixtiyar  sahibi  olmaq  fikrində  idi.  Qaynatası  və 

fitnəkar bir adam olan mirmiranın təhriki ilə o, bütün Fars, Kirman 

və  Yəzddə  özünün  iqtidar  bayrağını  dalğalandırmaq  və  həmin 

yerlərdə  hökmran  olmaq  istəyirdi.  Buna  görə  də,  qüvvətli  padşah 

dövlətinin başçıları ilə kifayət qədər hesablaşmırdı. Onların hər ikisi 

qəflət və qürur badəsi ilə məst olduqlarından, bu işin təhlükəli bir iş 

olduğu  barədə  düşünmürdü.  Yaqub  xan  onları  təqib  edərək  Yəzdə 

gəlib  çatdıqda  onların  hərəkətlərində  kin  və  ziddiyyət  olduğunu 

öyrəndi və tutulan ağaları geri qaytarmaq haqda danışığa başladı, elə 

o  dəm  Yəzddən  çıxaraq  Şiraz  yolunu  önə  tutdu.  Bəktaş  xan  onun 

ardınca bir dəstə adam yolladısa da, onlar heç onun tozuna belə çata 

bilmədilər.  Yaqub  xan  Şiraza  çatan  kimi  Bəktaş  xana  imdad  edən 

zülqədər tayfasının fəsadlı adamlarına qarşı çıxdı, istədi ki, Bəktaş 

xanın şan-şöhrətini aşağı salsın, onun iqtitar şöləsini tədbir zülalı ilə 

elə  söndürsün  ki,  o,  bir  daha  zülqədərlərdən  kömək  ala  bilməsin. 

Şah  tərəfindən  ona  Fars  vilayətinin  tənzimlənməsi  üçün,  özünün 

məsləhət  bildiyi  işləri  icra  etmək  tapşırıldığından,  əlahəzrət 

hümayun padşahın təhrikini Bəktaş xanın əmisi Abbas Sultan Əfşara 

çatdırdı və  Kirmandakı əfşar tayfasına elan etdi ki, Abbas Sultanın 

ətrafına  yığışsınlar,  çünki  nəvvab  şah  Bəktaş  xanı  düz  işlərdən 

sapdığına  və  özbaşına  hərəkətlərinə  görə  həmin  vilayəti  Abbas 

Sultana  vermişdir.  Həmişə  bu  arzuda  olan  Abbas  Sultan  bu  təklifi 

bərk  şadyanalıqla  qarşıladı,  həmin  əyalət  və  mülklərin  idarə 

olunması tədbirlərini hazırladı və özünün zəbt əlini divan mallarına 

tərəf  uzatdı.  Nəqdi  faydasız  yerə  nisyə  ilə  əvəz  etməyin  ziyan 

olduğunu düşünən o vilayətin bütün döyüşçüləri ənamlar  almaq  və 

münasib  mənsəblərə  çatmaq  ümüdiylə  onun  başına  toplaşdılar, 

Abbas  xan  da  vilayətin  idarə  olunması  ilə  məşğul  olmağa  başladı. 

Bu  xəbər  Yəzdə  çatdıqda  Bəktaş  xanın  canına  vəlvələ  düşdü, 

Yəzddə  onunla  birgə  olan  ağsaqqallara  [daha]  heç  bir  etibarı 

qalmadı. 

Amma,  atasının  orduda  olduğunu  və  bu  məsələ  barədə 

ondan  səs-soraq  gəlmədiyini  görən  Bəktaş  xan  bütün  bunların 

Yaqub  xan  tərəfindən  uydurulduğunu  başa  düşdü.  Məsələnin 

həqiqətini əfşar ağsaqqalarına söylədi,  yanında olan beş yüz  adamı 



721 

 

ilə birlikdə Yəzddən Kirmana yollandı. Onun gəlişini eşidən Abbas 



Sultan  həmin  vilayətin  əfşar  tör-töküntüsünü,  sərdarlarını,  ərəb  və 

həşəmini topladı, üç min süvari ilə Bəktaş xanla döyüşə hazırlaşdı. 

Bəktaş xan bundan xəbər tutdu, amma əfşar tayfasından və Kirman 

camaatından heç kim onun yanına gəlmədi. O tayfanın başbilənləri 

və Bəktaşın yaxşılığını istəyən bəzi şəxslər ona xatırlatdılar: "Abbas 

Sultanın təbiətinə xəsislik olduqca doğmadır və elə bir alış-verişi də 

yoxdur,  bir  halda  ki,  əfşar  camaatı  illər  boyu  bu  tayfanın  duz-

çörəyini yeməkdədir, fəqət zərurət üzündən onun başına toplaşıbdır. 

Hələ məlum da deyil ki, onlar onun xatirinə xanla mübarizə etməyə 

meylli  olsunlar.  Əgər  dərhal  yola  düşməsək,  bizim  yubanmağımız 

qorxaqlığımıza, Abbas Sultanın adamlarınınsa qorxmazlığına səbəb 

olar." 


Bəktaş xan şücaətli, igid və himmət sahibi olan bir ada idi. 

O, rəy sahibi olan ağıllı şəxslərin məsləhətinə əməl edərək, döyüşə 

hazırlaşdı, şəhərə çatanadək heç yerdə dayanmadı. Abbas Sultan da 

qarşı  tərəfdən  yaraq-yasaqlı  qoşunla  şəhərdən  çıxdı.  Onun  sağ-

solunda  çoxlu  tüfəngçi  vardı.  Şəhərin  xaricindəki  qoşunu  şəhər  və 

qalanı qorumağa başladı. Bəktaş xan onun qarşısına çıxdı və tərəflər 

bir-birinə  yaxınlaşdılar.  Xan  öz  təbəə  və  camaatı  ilə  atını  onun 

üstünə  sürdü  və  cəsarətli  bir  həmlə  ilə  Kirman  qoşununun  səfini 

dağıtdı. Ağıllı adamların fikirləşdiyi kimi, Abbas Sultanın təbəələri 

cəngdə  süstlük  göstərərək,  sədəmə  almadan  arxalarını  döyüş 

meydanına çevirib fərar vadisinə üz tutdular. Bu vəziyyəti müşahidə 

edən  Abbas  Sultan  fərardan,  qalaya  sığınmaqdan  və  müdafiə 

olunmaqdan  başqa  heç  bir  çarə  görmədi,  oğlanları  və  etibarlı 

adamları ilə birgə qalaya getdi, Bəktaş xan isə müzəffər və şad halda 

şəhərə  gəlib  qalatutma  silahlan  tədarükünə  başladı.  O  vaxtlarda 

münasib  məsləhətləri  olan,  Süleyman  Peyğəmbərin  vəziri  timsallı 

cənab Hatəm bəy Məlik Bəhram oğlu (məşhur Hatəm bəy Ordubadi 

-  Ş.F.)  Bəktaş  xanın  vəziri  idi.  O,  həmin  sülalənin  duz-çörəyini 

unutmayıb belə məsləhət gördü: "Qoy əmi və qardaşoğlu müxvlifətə 

qayıtmayaraq biri digərinə qarşı inadkarlıq etməsin.        Hatəm bəy 

Bəktaş  xandan  icazə  alıb  qalaya  getdi,  Abbas  Sultanı  şirin  dil  və 

ürəkaçan  nəsihətlərlə  sülhə  rəğbətləndirdi.Abbas  Sultan  bu  fikirlə 

razılaşdı, amma belə bir şərt qoydu: 

"Qoy  Bəktaş  xan  and  içsin  ki,  mənə,  oğlanlarıma  və 

bizimlə    yoldaşlıq    edən    başqa    adamlara    qarşı    qəddarlıq 


722 

 

məqamında olmayacaq, pislik barədə düşünməyəcək, bundan əvvəl 



əlimdə olan ülka və tiyuluma dəyməyib onları özümdə saxlayacaq. 

 

Bəktaş xanın öz əmisi Abbas Sultanı  



və onun oğlanlarını öldürməsi: 

   


 

Bəktaş xan əmisinin şərtlərini yalan dolu imanla qəbul etdi. 

Onun zəif əhd-peymanına   arxalanan   Abbas 

Sultan,  oğlanları  və  başqa  adamları  ilə  belə  razılaşmadan  sonra 

qaladan çıxdılar. Amma, Bəktaş xan əhd-peymana əməl etməyərək, 

elə həmin bir neçə  gün  ərzində əmisi  və əmioğlanlarını tutub həbs 

etdi,  bunula  kifayətlənməyib  onları  cəzalandırmaq  qərarına  gəldi, 

atası  yerində  olan  əmisini  və  əmioğlanlarını  vəzirin  və  həmin 

sülalənin başqa üzvlərinin xəbəri olmadan aradan götürdü.Etdiyi bu 

əməlin  nəticəsi  elə  Bəktaş  xanın  özü  üçün  də  yaxşılıqla 

nəticələnmədi, tezliklə qəddar zəmanə öz idbar tozunu onun sifətinə 

çırpdı, nakamlıq kasasını həlak şərbəti ilə doldurub üstünə tökdü. 

Xülasə,  Bəktaş  xan  Kirman  işlərindən  xatircam  oldu  və 

yenə də Yezdə qayıtdı. Amma Yaqub xan Fars vilayətində öz şövkət 

və  iqtidar  bayrağını  qaldırıb,  fitnəkar  zülqədərləri  həbs  etməyə 

başladı,  ona  xilaf  olan  hər  bir  adamı  tutub  qətlə  yetirdi.  Ağaların 

Yəzddəki evlərini zaminə  götürüb onların əmlak  və ləvazimatlarını 

zəbt etdi. Vəli Xəlifə Şamlının  və  İsmayılqulu xanın böyükqardaşı 

Şahverdi  Xəlifə,  Mürşidqulu  xanın  vəkilliyi  dövründə,  Fars 

vilayətinin İc və Nəyərz (?) adlı yerlərinin hakimi idi və iki-üç yüz 

şamlı tayfasının üzvü onun qədim mülazimləri kimi həmin yerlərdə 

yaşayırdılar. Şahın o tayfaya qarşı pis münasibətdə olduğunu billən 

Yaqub xan onu həmin vilayət hakimliyindən kənarlaşdırdı. Şahverdi 

Xəlifə  onunla  razılaşmadı.  Yaqub  xan  öz  fikri,  yaxud  onların  hər 

hansı birinin fikrinə əsaslanıb

535


, şikar bəhanəsi ilə Şirazdan çıxaraq 

qəfildən ona hücum etdi. Şahverdi Xəlifə  müqavimət edə bilməyib 

ələ  keçdi.  Yaqub  xan  onun  və  bir  neçə  övladının,  qohum-

əqrabasının  qətlinə  başlayaraq,  qarətkarlıqdan  bir  dəqiqə  də  əl 

çəkmədi, yerdə qalan başqa adamlarını da həmin vilayətdən qovdu. 

O mərəkədən xilas olan Şahverdi Xəlifənin böyük oğlu Hüseyn bəy 

bir  neçə  adamla  əliboş  və  qarət  olunmuş  bir  halda  Yəzdə  gəldi. 

                                                           

535

 İfadənin ərəbcəsi: 



"bi işərəti həmyunin alə eyyi-t-təqdireyn". 

723 

 

Bəktaş xan onlara ehtiram edib, hamısını öz himayəsi altına götürdü, 



amma  Yaqub  xanla  olan  müxalifətindən  əl  çəkmədi.  Onun  günü 

Yaqub xanı cəzalandırmaq fikri ilə keçirdi. O, tərkeş qorçisi Əliqulu 

bəyin əlində olan və qalada məhbus vəziyyətdə saxlanılan zülqədər 

ağalarını  da  hiylə  yolu  ilə  özünə  tabe  etdi.  Habelə,  Həmzə  bəy 

Camillini  (?)  öz  tərbiyəsi  altına  götürüb  Şiraz  əyalətini  ona 

verəcəyini bildirdi, Həmzə bəyin  adından ali saraya bir  məktub da 

yazdı, rəsmi-tərcüman

536


 vergisi kimi böyük məbləğ pul boyun oldu, 

məktubda bu sözləri yazdı:  "Yaqub xanla zülqədər tayfası arasında 

fitnə-fəsad  olduğu  üçün  o  tayfa  ağsaqqalları  onunla  yola  getmirlər 

və onun hakimliyini tanımırlar. Əgər padşahın inayəti olarsa, Yaqub 

xanı  Fars  hakimliyindən  çıxarıb,  həmin  vəzifəni  dərgah 

qulamlarından birinə verə bibr". 

Bəktaş  xan  beləliklə  istəyirdi  ki,  belə  bir  yolla 

arxayınlaşsın  və  o  vilayətin  ixtiyar  cilovu  özünün  iqtidar  əlində 

olsun. Baxmayaraq ki, xeyirxah  adamlar  və  məsləhətçilər, xüsusilə 

vəziri  Hatəm  bəy  onu  bu  alçaq  işdən  daşındırmaq  istəyir  və  belə 

deyirdilər:  "Əfşar  tayfasından  olan  cənab  xan  padşahın  hökmü  ilə 

Kirman hakimidir, Yəzd işlərinin və zülqədər tayfasının sizə heç bir 

dəxli  yoxdur.  Belə  olan  halda  münasibdir  ki,  Yəzddən  Kirmana 

gedərək  o  vilayətin  işləri  ilə  məşğul  olub,  padşahın  və  dövlət 

başçılarının  xoşlamadıqları  belə  alçaq  işlərlə  məşğul  olmasın". 

Orduda  olan  atası  Vəlixan  da  tez-tez  onun  yanına  adam  göndərib 

ona həmin hərəkətləri qadağan etməkdəydi. 

Amma,  sədaqətli  adam  olduğundan  Bəktaş  xan  heç  kimin 

sözünə  qulaq  asmadı.  Onun  bütün  hərəkət  və  əməlləri  tüğyan  və 

üsyandan  xəbər  verirdi.  Nəhayət,  puç  bir  xəyala  düşüb  bu  qənaətə 

gəldi  ki,  əgər  ali  divan  onun  istəyinə  özü  istəyən  kimi  razılıq 

verməzsə,  öz  bildiyi  kimi  hərəkət  edəcək,  bütün  Fars  və  Kirman 

vilayətini özünə götürəcəkdir. 

Bəktaş xan şərab az içirdisə də, tiryəkə adətkərdə olmuşdu. 

Amma paxıllıq və qürur badəsi ilə elə sərməst idi ki, müstəqillik və 

məğrurluqdan başqa bir söz dilinə gətirmirdi. O hərdən bir tiryəkin 

nəşəsi  başlayarkən  belə  deyirdi:  "Mən  Əmir  Məhəmməd 

Müzəffərdən əskik deyiləm ki, o, şəhnəlikdən səltənət və padşahlığa 

qədər  ucaldı".  Bəktaş  xan  bu  qəbildən  hədyanlar  danışır,  onun 

dediklərini də sədaqətsiz mirmiran təsdiq edirdi. 

                                                           

536


 Rəsmi-tərcüman- cəzadan qurtulmaq vergisi - Ş.F. 

724 

 

Xülasə,  Şiraz  ağaları  onun  öhdəsinə  qoydular  ki,  Fars 



vilayətinə getsin və hər oymaq öz adamlarını toplasın. Çünki, Yaqub 

xanın  istilasından  cana  doyan  o  vilayət  əhalisi  ondan  qorxur  və 

Bəktaş  xana  deyirdilər  ki,  qoy  onu  öz  yanına  çağırsın  və  o 

vilayətdən qovsun. 

Bəktaş  xan  onların  əməldən  uzaq  sözlərinə  inanıb  Fars 

əyalətini Həmzə bəy Camilliyə vəd etdi, onu ağalar və yüz əlli nəfər 

əfşar  qazisi  ilə  birlikdə  Fars  tərəfə  yolladı,  özü  isə  Yəzd  qalasını 

Əliqulu  bəy  Şamlıdan  almaq  və  özünə  tabe  etmək  fikrinə  düşdü. 

Əliqulu bəy ona itaətdən boyun qaçırıb qalanı zəbt etdi. Bəktaş xan 

qalanı tutmağa israr edərək, bir dəstə adama oranı mühasirəyə almaq 

əmrini verdi. Onların aralarında hər gün dava getməkdəydi. Nəhayət 

bu  əhvalat  padşahın  qulağına  çatdı,  qərara  alındı  ki,  hümayun 

məiyyət  həmin  qarışıqlığın  dəf  olunmasından  ötrü  Farsa  tərəfə 

yollansın.  Onlar  Qəzvin  darüssəltənəsindən  çıxıb  İsfahan  səmtinə 

hərəkətə  başladılar.  Kaşan  ölkəsi  (xotte)  müzəffər  ordunun  iqamət 

yeri olan vaxt Bəktaş xanın öldürülməsi xəbəri gəlib orduya yetişdi 

və onlar cəng fikir-xəyalından rahat oldular. Həmin məsələ belə baş 

vermişdi:  Elə  ki,  zülqədər  ağaları  Fars  vilayətinə  qədəm  atdılar, 

Yaqub  xan  ömrünü  [bir  qədər]  uzadan  dövlətin  qüvvəti  ilə  həmin 

vilayəti elə zəbt etdi ki zülqədər tayfaları qorxuya düşdülər  və heç 

kim  onun  əleyhinə  söz  deməyi  heç  xəyal  səhifəsinə  belə  gətirə 

bilmədi. Həmzə bəy ayrı-ayrı hakimlərin hakimiyyəti vaxtı onun və 

Camillu tayfasının ixtiyarındakı Şulestana  getdi  və  əfşar tayfasının 

xahişi ilə əlini oranın ətraf yerlərinə uzatdı. O, əvvəlcə Sefid qalasını 

tutaraq onu Ümmət ağa adlı bir etibarla adama verdi, bu niyyətlə ki, 

əgər  onlara  bir  hadisə  üz  verərsə  ehtiyac  üzündən  özlərini  həmin 

qalaya 

salıb 


ruzigar 

bəlalarından 

qorunsunlar. 

Qalanı 


möhkəmlədəndən  sonra  bir  neçə  gün  orada  dayandısa  də  zülqədər 

tayfasının  üzvləri  onun  başına  toplaşmadılar,  beləliklə  də,  onların 

istəkləri mətləbləri ilə düz  gəlmədi. Onların  gəlişindən xəbər tutan 

Yaqub  xan  bir  dəstə  dövlətxah  adamı  ilə  onların  üzərinə  yürüşə 

keçdi.  Əfşar  ağaları  özlərinə  qarşı  onların  pis  niyyətini  müşahidə 

edərək  geri  dönməyə  əzm  etdilər.  Yaqub  xanın  bir  dəstə  zülqədər 

adamı  gedib  onlara  çataraq,  cəng  etməyə  başladı,  əfşarların 

adamlarının  əksəriyyəti  öldürüldü,  nicat  tapanlarsa  Yəzdə  gəlib 

Bəktaş  xanı  [məsələdən]  agah  etdilər.  Xanda  bir  qədər  xiffət  və 

etibarsızlıq hissi baş qaldırdı.  



725 

 

Xülasə, əfşarlara üz verənlərdən və Yaqub xanın gəlişindən 



xəbər  tutan  Həmzə  bəy,  İshaq  Xəlifənin  oğlu  İsmayıl  Xəlifə  və 

yoldaşları  yanlarına  ürəkləri  istəyən  qədər  adam  toplaşmadığı  və 

Yaqub xana müqavimət edə bilməyəcəklərini bildiklərindən,  qalaya  

sığınmağı   və  qaladarlıqla  məşğul olmağı qərara alıb qala ayağına 

çatdılar.  Həmzə  bəyin  etibarlı  adamı  olan  Ümmət  ağa  Kutval 

zəmanəyə  uyğun  olaraq  qala  qapılarını  bəxt  və  iqbal  qapıları  kimi 

onların üzünə bağladı, gəlmələrinə imkan vermədi. 

 

Yaqub xanın Yəzdi tutmağa gəlməsi: 



 

Həmzə bəy  və  yoldaşları qalaya sığınmaqdan  məyus olub, 

başqa  bir  çarə  axtarmağa  başladılar,  çünki  qəfil  bəla  kimi  gələn 

Yaqub  xan  onların  əl-ayaq  tərpətmələrinə  imkan  vermədi.  Həmzə 

bəy  və  yoldaşları  Kuh-Giluyə  tərəfə  getdilər.  Yaqub  xan  bir  adam 

göndərib  onları  tələb  etdi.  Qaçanları  himayə  edə  bilməyən  Kuh-

Giluyə hakimi onları xana verməli oldu, camilli camaatı pərən-pərən 

düşdü. Yaqub xanın adamlarına verilən Həmzə bəy və yoldaşlarının 

hamısı  qətl  olundu.  Öz  düşmənlərini  bacardığı  qədər  ələ  keçirən 

Yaqub xan onların hamısını öldürdü, şübhələndiyi hər bir ona zidd 

olan  adamı  aradan  götürdü.  O,  düşmənlərindən  arxayınlaşdıqdan 

sonra  bütün  Fars  məmləkətlərində  hökm  və  fərman  sahibi  oldu, 

Ümmət  ağa  qalanı  Yaqub  xanın  ixtiyarına  verdi.  O  bu  hadisələrin 

baş  verməsindən  sonra  Bəktaş  xanı  dəf  etmək  istəyi  ilə  Fars 

vilayətinin on iki min nəfər əmir, əyan və başqa adamlarını toplayıb, 

Yəzdə tərəf hərəkətə başladı. 

Hümayun cülusdan (Şah Abbasın cülusundan - Ş.F.) əvvəl 

Əbrquh hakimi olmuş Qulu bəy Qorçibaşının oğlu Yusifxana cülus 

günlərində qorçibaşı vəzifəsi verildi, lakin sonra üsyankar əmirlərlə 

birlikdə  qalada  məhbus  oldusa  da,  Bəktaş  xanın  atası  Vəli  xanın 

xahişi  ilə  həbsdən  nicat  tapdı,  hümayun  məiyyət  Xorasanda  olan 

vaxt  Yəzdə  gəldi,  Əbrquhda  olan  özünün  və  atasının  sabiq 

mülazimləri  onun  başına  toplaşdılar,  Bəktaş  xana  imdad  etmək 

məqsədiylə  Əbrquh  qalasını  zəbt  edərək,  vilayətin  hakimi  oldu. 

Amma, Bəktaş xanın özünü yüksək tutmaq əzəməti  və iqtidarı heç 

də  onun  ürəyindən  deyildi.  Bəktaş  xan  isə  Yusif  xanla  qohumluq 

əxlaqəsinə  və  atası  Qulu  bəydən  tərbiyə  aldığına  görə  onunla  dinc 

münasibətdə idi. Yaqub xan Əbrquha yaxınlaşıb, onun yanına adam 

yolladı  və  bildirdi:  "Bəktaş  xan  dövlətin  ziddinə  olduğu  üçün  onu 


726 

 

dəf etmək lazımdır. Sədaqət yolu budur ki, oymaq təşəbbüskeşliyinə 



qapılmayaraq  bizim  əskərlərimizə  qoşulasınız,  inşaallah.  Əgər 

birlikdə gedib Bəktaş xanın səfini dəf etsək Kirman hakimliyi o əziz 

şəxsə (Yusif xana - Ş.F.) veriləcəkdir". 

Yusif xan Kirman əyaləti xəbərini muştuluq kimi qarşılayıb 

öz  qoşun  –  ləşkəri  ilə  Yaqub  xana  birləşdi,  ona  itaətini  bildirdi. 

Yaqub xan əfşar tayfa böyüyünün oğlu olan Yusif xanla hazırlaşıb, 

böyük qoşun - ləşkərlə Yəzdə rəvan oldu. Bəktaş xan Yəzd qalasını 

mühasirəyə aldığı zaman onunla qala kutvalı tərkeş qorçisi Əliqulu 

bəy Şamlı arasında döyüş getməkdəydi və elə o vaxt da Yaqub xan 

Yəzdə  gəlib  çatdı.  Onun  gəlişindən  xəbər  tutan  Bəktaş  xan  öz 

qoşun-ləşkərinin  əksər  hissəsinin  Kirmanda  olması  səbəbindən 

döyüşə  hazır  deyildi.  Pərişan  olub  əfşar  ağsaqqalları  ilə  məşvərətə 

başladı. Həmin xanədanın xeyrxah adamları ona dedilər: "Nə qədər 

ki,  xan  Yəzddədir,  onun  yaxın-uzaq  adamlarını  gərək  üsyan  və 

tüğyana cəlb edəsən və Yəzdi tərk edib Kirmana rəvan olasan. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin