Şer
Araya gəlsə smaq imtaham çox xoşdur,
Üzü qoy qarə ola söyləsə hər kim ki, yalan.
534
534
Şerin farscası:
Xoş bovəd gər məhəke-təcrobe ayəd be miyan
Ta siyəhruy şəvəd hər ke dər u ğəşş başəd.
718
Məhəmməd xan iki tirəli o adamların fitnəsindən çəkinib
bu tərəfə gəlmədi, Kür çayını keçib, Aleksandr xanın təklifini qəbul
edərək onun yanına getdi. Aleksandr xan isə mürüvvətsizlik edib
xanı tutaraq rumilərə verdi, onu İstanbula apardılar. O, bir neçə
müddət orada məhbus oldu. Əsirləri azad etmək barədəki sülh
şərtinə əməl edərək Sultan Murad onu azad etdi. Məhəmməd xan
oradan Bağdada gəldi, sonra isə Şüştərə, Mehdiqulu xan Şamlının
yanına getdi. Şüştərdən çıxıb ali dərgaha yetişdi, Ərdəbil darül-
irşadında sakin oldu. Belə söyləyirlər ki, Məhəmməd xan Ərdəbildə
həmişə [belə] deyərdi: "Gəncə yenə də bu yaxınlarda övliyalar
sultanının müqəddəs ruhunun köməyi ilə bu dövlətin (səfəvilərin -
Ş.F.) əlinə keçəcək və oranın hökuməti (hakimliyi - Ş.F.) şah
tərəfindən mənə veriləcəkdir."
O, sədaqətli adam əlahəzrət zillallah şaha sadiq bir şəxs
olduğundan, Gəncə vilayətinin rumiyyənin əlində qalmasından
iyirmi il keçəndən sonra xanın dedikləri həyata keçdi və talenin
qüvvəti və bəxtin köməyi ilə min on dördüncü ildə (miladi 1605/06)
ki, həmin ilin hadisələrinin şərhi vaxtı bu barədə məlumat
veriləcəkdir, həmin vilayət əbədi dövlət övliyalarının (səfəvilərin -
Ş.F.) əlinə keçdi, müxtəlif əzab-əziyyət və təşviş keçirmiş
Məhəmməd xan isə öz sədaqəti üzündən yenidən o vilayətin başçısı
olmaqla şərəfləndi, zillət nöqtəsindən izzət ucalığına yetişdi. Öz
sədaqətlərini zahirə çıxartmış olan hər tayfa yenidən Gəncədə öz
işrət bayraqlarını ucaltdı, amma o vaxtlarda müxalifət ahəngini
çalaraq İraqa gəlməyən və vətənlərini tərk edən bəzi sədaqətsiz
kəsləri şah məcburən öz diyarlarından kənarlaşdırdı, onları
Mazandarana köçürtdü ki, həm oranın abadlığı ilə məşğul olsunlar,
həm də nifaq hissindən təmizlənib öz əməllərinin cəzasını çəksinlər.
Qoy bu ifadə məşhur sultanların karnaməsi və dövran
xaqanlarının dəsturül-əməli olsun. Bir halda ki, bu haqda öz
məqamında danışılacaqdır, buna görə də bu ilin hadisələrinin
bəhsində ondan danışmaq münasib deyildir. Amma buna
baxmayaraq, əhvalatların yazılışı əsnasında sözlər düzən qələm
ixtiyarsız olaraq təkrarçılıq nöqsanı (şayebe) barədə düşünməyərək
o baradə yazmağa başladı.
Bu ildə baş vermiş hadisələrdən biri də Məhəmmədşərif
xan Cavuşlunun fərar etməsidir. O, cənnətməkan şahın tirü kaman
qorçisi olmuş Xəlil bəy ibn Hüseyn bəyin oğlu və Məsum bəy
719
Səfəvinin qız nəvəsidir. Məhəmmədşərif şahın hümayun xidmətində
özünün irsi mənsəbini daşımaqla izzətli və möhtərəm bir şəxs
olmuşdu. Cəlal ordusu (qızılbaşlar - Ş.F.) Xorasana yürüş edərkən
Mürşidqulu xan ona Qəzvin əyalətinin xanı olacağını vəd etmişdisə
də, həmin mənsəbi öz əmisi oğlu Məhəmməd Sultan Kutvalıx verdi.
O da, məhz Mürşidqulu xanın razılığı, özününsə boş
düşüncəsinə, vəzifəpərəstliyinə qapılıb əlahəzrətə xidməti tərk etdi,
irsi mülkündən əl çəkərək hakim və xan oldu. Hümayun ordunun
qayıdışına kimi o, Qəzvin hakimi idi. Bu ilin əvvəllərində
Məhəmmədşərif xan, iltifatsızlıq etməsinə baxmayaraq, xain
olduğu üçün, şahın razılığını almadan xidməti tərk etdi, amma bu
əməlindən qorxub özünün bir neçə nəfər yaxın və etibarlı adamıyla
birlikdə Qəzvindən qaçaraq Gilana getdi. İsmayılqulu Sultan
Şamlının qardaşı Mürşidqulu Sultan da, İsmayılqulunun qardaşı
olduğuna və Əbu Talib Mirzənin vaxtında müxalifət etdiyinə görə
qayğılanıb fərar etdi və Gilana getdi. Əlahəzrət zilləllah şahdan
qorxan bir neçə başqa adam da bu əməli etdi. Gilan valisi Xan
Əhməd Gilanda yer verərək onlarla çox yaxşı davrandı. Nəvvab şah
buna son qoymaqdan ötrü onları Xan Əhməddən geri istədi. O, bunu
etməyib onların əfvi xüsusunda xahişdə oldu. Əlahəzrət isə sorğu-
sual vaxtı olmadığından şahanə etinasızlıqla həmin il onların işi ilə
məşğul olmadı. Bu il isə, İsfahan hakiminin qulamı Fərhad ağa
cəzalandırıldı. O, cənnətməkan şahın və nəvvab Sultan Həmzə
Mirzənin bir neçə illik tərbiyə haqqını nəzərə almayaraq, İsfahanın
hakimi olmaq firki ilə Mürşid-qulu xan xidmətini seçdi və
cəzalandırıldı. Bütün İsfahan işləri və darugəliyi mərhum nəvvab
şahzadənin qulamı olan və əlahəzrətin ehtiramı ilə şərəflənən Yolu
bəyə verildi.
FARS, KİRMAN VƏ YƏZDDƏ QIZILBAŞ ƏMİRLƏRİ
ARASINDA BAŞ VERƏN ƏHVALATLAR VƏ
MÜHARİBƏLƏR BARƏDƏ SÖZ
Bədii dilli qələm bundan əvvəl baş vermiş gizli hekayətləri
saf-çürük edərək belə yazdı: Fars vilayətinin bir neçə ağası həmin
vilayətin əmirülümərası olan Yaqub xanla düşmənçilik edib, izn
olmadan ordudan fərar etmişdi. Yəzd yaxınlığında Bəktaş xan Əfşar
onları ələ gətirib, Yəzdin daruğəsi olan və oranın qalasını qoruyan
720
tərkeş qərçibaşısı Əliqulu bəy Şamlıya verdi, bu hadisəni özünün
dövlətxahlığı adlandırdı.
Amma, hiyləgər və özündən razı olduğundan, belə hərəkət
etməklə həmin zülqədər ağaları vasitəsiylə Fars vilayətini özünə ram
etmək və orada ixtiyar sahibi olmaq fikrində idi. Qaynatası və
fitnəkar bir adam olan mirmiranın təhriki ilə o, bütün Fars, Kirman
və Yəzddə özünün iqtidar bayrağını dalğalandırmaq və həmin
yerlərdə hökmran olmaq istəyirdi. Buna görə də, qüvvətli padşah
dövlətinin başçıları ilə kifayət qədər hesablaşmırdı. Onların hər ikisi
qəflət və qürur badəsi ilə məst olduqlarından, bu işin təhlükəli bir iş
olduğu barədə düşünmürdü. Yaqub xan onları təqib edərək Yəzdə
gəlib çatdıqda onların hərəkətlərində kin və ziddiyyət olduğunu
öyrəndi və tutulan ağaları geri qaytarmaq haqda danışığa başladı, elə
o dəm Yəzddən çıxaraq Şiraz yolunu önə tutdu. Bəktaş xan onun
ardınca bir dəstə adam yolladısa da, onlar heç onun tozuna belə çata
bilmədilər. Yaqub xan Şiraza çatan kimi Bəktaş xana imdad edən
zülqədər tayfasının fəsadlı adamlarına qarşı çıxdı, istədi ki, Bəktaş
xanın şan-şöhrətini aşağı salsın, onun iqtitar şöləsini tədbir zülalı ilə
elə söndürsün ki, o, bir daha zülqədərlərdən kömək ala bilməsin.
Şah tərəfindən ona Fars vilayətinin tənzimlənməsi üçün, özünün
məsləhət bildiyi işləri icra etmək tapşırıldığından, əlahəzrət
hümayun padşahın təhrikini Bəktaş xanın əmisi Abbas Sultan Əfşara
çatdırdı və Kirmandakı əfşar tayfasına elan etdi ki, Abbas Sultanın
ətrafına yığışsınlar, çünki nəvvab şah Bəktaş xanı düz işlərdən
sapdığına və özbaşına hərəkətlərinə görə həmin vilayəti Abbas
Sultana vermişdir. Həmişə bu arzuda olan Abbas Sultan bu təklifi
bərk şadyanalıqla qarşıladı, həmin əyalət və mülklərin idarə
olunması tədbirlərini hazırladı və özünün zəbt əlini divan mallarına
tərəf uzatdı. Nəqdi faydasız yerə nisyə ilə əvəz etməyin ziyan
olduğunu düşünən o vilayətin bütün döyüşçüləri ənamlar almaq və
münasib mənsəblərə çatmaq ümüdiylə onun başına toplaşdılar,
Abbas xan da vilayətin idarə olunması ilə məşğul olmağa başladı.
Bu xəbər Yəzdə çatdıqda Bəktaş xanın canına vəlvələ düşdü,
Yəzddə onunla birgə olan ağsaqqallara [daha] heç bir etibarı
qalmadı.
Amma, atasının orduda olduğunu və bu məsələ barədə
ondan səs-soraq gəlmədiyini görən Bəktaş xan bütün bunların
Yaqub xan tərəfindən uydurulduğunu başa düşdü. Məsələnin
həqiqətini əfşar ağsaqqalarına söylədi, yanında olan beş yüz adamı
721
ilə birlikdə Yəzddən Kirmana yollandı. Onun gəlişini eşidən Abbas
Sultan həmin vilayətin əfşar tör-töküntüsünü, sərdarlarını, ərəb və
həşəmini topladı, üç min süvari ilə Bəktaş xanla döyüşə hazırlaşdı.
Bəktaş xan bundan xəbər tutdu, amma əfşar tayfasından və Kirman
camaatından heç kim onun yanına gəlmədi. O tayfanın başbilənləri
və Bəktaşın yaxşılığını istəyən bəzi şəxslər ona xatırlatdılar: "Abbas
Sultanın təbiətinə xəsislik olduqca doğmadır və elə bir alış-verişi də
yoxdur, bir halda ki, əfşar camaatı illər boyu bu tayfanın duz-
çörəyini yeməkdədir, fəqət zərurət üzündən onun başına toplaşıbdır.
Hələ məlum da deyil ki, onlar onun xatirinə xanla mübarizə etməyə
meylli olsunlar. Əgər dərhal yola düşməsək, bizim yubanmağımız
qorxaqlığımıza, Abbas Sultanın adamlarınınsa qorxmazlığına səbəb
olar."
Bəktaş xan şücaətli, igid və himmət sahibi olan bir ada idi.
O, rəy sahibi olan ağıllı şəxslərin məsləhətinə əməl edərək, döyüşə
hazırlaşdı, şəhərə çatanadək heç yerdə dayanmadı. Abbas Sultan da
qarşı tərəfdən yaraq-yasaqlı qoşunla şəhərdən çıxdı. Onun sağ-
solunda çoxlu tüfəngçi vardı. Şəhərin xaricindəki qoşunu şəhər və
qalanı qorumağa başladı. Bəktaş xan onun qarşısına çıxdı və tərəflər
bir-birinə yaxınlaşdılar. Xan öz təbəə və camaatı ilə atını onun
üstünə sürdü və cəsarətli bir həmlə ilə Kirman qoşununun səfini
dağıtdı. Ağıllı adamların fikirləşdiyi kimi, Abbas Sultanın təbəələri
cəngdə süstlük göstərərək, sədəmə almadan arxalarını döyüş
meydanına çevirib fərar vadisinə üz tutdular. Bu vəziyyəti müşahidə
edən Abbas Sultan fərardan, qalaya sığınmaqdan və müdafiə
olunmaqdan başqa heç bir çarə görmədi, oğlanları və etibarlı
adamları ilə birgə qalaya getdi, Bəktaş xan isə müzəffər və şad halda
şəhərə gəlib qalatutma silahlan tədarükünə başladı. O vaxtlarda
münasib məsləhətləri olan, Süleyman Peyğəmbərin vəziri timsallı
cənab Hatəm bəy Məlik Bəhram oğlu (məşhur Hatəm bəy Ordubadi
- Ş.F.) Bəktaş xanın vəziri idi. O, həmin sülalənin duz-çörəyini
unutmayıb belə məsləhət gördü: "Qoy əmi və qardaşoğlu müxvlifətə
qayıtmayaraq biri digərinə qarşı inadkarlıq etməsin. Hatəm bəy
Bəktaş xandan icazə alıb qalaya getdi, Abbas Sultanı şirin dil və
ürəkaçan nəsihətlərlə sülhə rəğbətləndirdi.Abbas Sultan bu fikirlə
razılaşdı, amma belə bir şərt qoydu:
"Qoy Bəktaş xan and içsin ki, mənə, oğlanlarıma və
bizimlə yoldaşlıq edən başqa adamlara qarşı qəddarlıq
722
məqamında olmayacaq, pislik barədə düşünməyəcək, bundan əvvəl
əlimdə olan ülka və tiyuluma dəyməyib onları özümdə saxlayacaq.
Bəktaş xanın öz əmisi Abbas Sultanı
və onun oğlanlarını öldürməsi:
Bəktaş xan əmisinin şərtlərini yalan dolu imanla qəbul etdi.
Onun zəif əhd-peymanına arxalanan Abbas
Sultan, oğlanları və başqa adamları ilə belə razılaşmadan sonra
qaladan çıxdılar. Amma, Bəktaş xan əhd-peymana əməl etməyərək,
elə həmin bir neçə gün ərzində əmisi və əmioğlanlarını tutub həbs
etdi, bunula kifayətlənməyib onları cəzalandırmaq qərarına gəldi,
atası yerində olan əmisini və əmioğlanlarını vəzirin və həmin
sülalənin başqa üzvlərinin xəbəri olmadan aradan götürdü.Etdiyi bu
əməlin nəticəsi elə Bəktaş xanın özü üçün də yaxşılıqla
nəticələnmədi, tezliklə qəddar zəmanə öz idbar tozunu onun sifətinə
çırpdı, nakamlıq kasasını həlak şərbəti ilə doldurub üstünə tökdü.
Xülasə, Bəktaş xan Kirman işlərindən xatircam oldu və
yenə də Yezdə qayıtdı. Amma Yaqub xan Fars vilayətində öz şövkət
və iqtidar bayrağını qaldırıb, fitnəkar zülqədərləri həbs etməyə
başladı, ona xilaf olan hər bir adamı tutub qətlə yetirdi. Ağaların
Yəzddəki evlərini zaminə götürüb onların əmlak və ləvazimatlarını
zəbt etdi. Vəli Xəlifə Şamlının və İsmayılqulu xanın böyükqardaşı
Şahverdi Xəlifə, Mürşidqulu xanın vəkilliyi dövründə, Fars
vilayətinin İc və Nəyərz (?) adlı yerlərinin hakimi idi və iki-üç yüz
şamlı tayfasının üzvü onun qədim mülazimləri kimi həmin yerlərdə
yaşayırdılar. Şahın o tayfaya qarşı pis münasibətdə olduğunu billən
Yaqub xan onu həmin vilayət hakimliyindən kənarlaşdırdı. Şahverdi
Xəlifə onunla razılaşmadı. Yaqub xan öz fikri, yaxud onların hər
hansı birinin fikrinə əsaslanıb
535
, şikar bəhanəsi ilə Şirazdan çıxaraq
qəfildən ona hücum etdi. Şahverdi Xəlifə müqavimət edə bilməyib
ələ keçdi. Yaqub xan onun və bir neçə övladının, qohum-
əqrabasının qətlinə başlayaraq, qarətkarlıqdan bir dəqiqə də əl
çəkmədi, yerdə qalan başqa adamlarını da həmin vilayətdən qovdu.
O mərəkədən xilas olan Şahverdi Xəlifənin böyük oğlu Hüseyn bəy
bir neçə adamla əliboş və qarət olunmuş bir halda Yəzdə gəldi.
535
İfadənin ərəbcəsi:
"bi işərəti həmyunin alə eyyi-t-təqdireyn".
723
Bəktaş xan onlara ehtiram edib, hamısını öz himayəsi altına götürdü,
amma Yaqub xanla olan müxalifətindən əl çəkmədi. Onun günü
Yaqub xanı cəzalandırmaq fikri ilə keçirdi. O, tərkeş qorçisi Əliqulu
bəyin əlində olan və qalada məhbus vəziyyətdə saxlanılan zülqədər
ağalarını da hiylə yolu ilə özünə tabe etdi. Habelə, Həmzə bəy
Camillini (?) öz tərbiyəsi altına götürüb Şiraz əyalətini ona
verəcəyini bildirdi, Həmzə bəyin adından ali saraya bir məktub da
yazdı, rəsmi-tərcüman
536
vergisi kimi böyük məbləğ pul boyun oldu,
məktubda bu sözləri yazdı: "Yaqub xanla zülqədər tayfası arasında
fitnə-fəsad olduğu üçün o tayfa ağsaqqalları onunla yola getmirlər
və onun hakimliyini tanımırlar. Əgər padşahın inayəti olarsa, Yaqub
xanı Fars hakimliyindən çıxarıb, həmin vəzifəni dərgah
qulamlarından birinə verə bibr".
Bəktaş xan beləliklə istəyirdi ki, belə bir yolla
arxayınlaşsın və o vilayətin ixtiyar cilovu özünün iqtidar əlində
olsun. Baxmayaraq ki, xeyirxah adamlar və məsləhətçilər, xüsusilə
vəziri Hatəm bəy onu bu alçaq işdən daşındırmaq istəyir və belə
deyirdilər: "Əfşar tayfasından olan cənab xan padşahın hökmü ilə
Kirman hakimidir, Yəzd işlərinin və zülqədər tayfasının sizə heç bir
dəxli yoxdur. Belə olan halda münasibdir ki, Yəzddən Kirmana
gedərək o vilayətin işləri ilə məşğul olub, padşahın və dövlət
başçılarının xoşlamadıqları belə alçaq işlərlə məşğul olmasın".
Orduda olan atası Vəlixan da tez-tez onun yanına adam göndərib
ona həmin hərəkətləri qadağan etməkdəydi.
Amma, sədaqətli adam olduğundan Bəktaş xan heç kimin
sözünə qulaq asmadı. Onun bütün hərəkət və əməlləri tüğyan və
üsyandan xəbər verirdi. Nəhayət, puç bir xəyala düşüb bu qənaətə
gəldi ki, əgər ali divan onun istəyinə özü istəyən kimi razılıq
verməzsə, öz bildiyi kimi hərəkət edəcək, bütün Fars və Kirman
vilayətini özünə götürəcəkdir.
Bəktaş xan şərab az içirdisə də, tiryəkə adətkərdə olmuşdu.
Amma paxıllıq və qürur badəsi ilə elə sərməst idi ki, müstəqillik və
məğrurluqdan başqa bir söz dilinə gətirmirdi. O hərdən bir tiryəkin
nəşəsi başlayarkən belə deyirdi: "Mən Əmir Məhəmməd
Müzəffərdən əskik deyiləm ki, o, şəhnəlikdən səltənət və padşahlığa
qədər ucaldı". Bəktaş xan bu qəbildən hədyanlar danışır, onun
dediklərini də sədaqətsiz mirmiran təsdiq edirdi.
536
Rəsmi-tərcüman- cəzadan qurtulmaq vergisi - Ş.F.
724
Xülasə, Şiraz ağaları onun öhdəsinə qoydular ki, Fars
vilayətinə getsin və hər oymaq öz adamlarını toplasın. Çünki, Yaqub
xanın istilasından cana doyan o vilayət əhalisi ondan qorxur və
Bəktaş xana deyirdilər ki, qoy onu öz yanına çağırsın və o
vilayətdən qovsun.
Bəktaş xan onların əməldən uzaq sözlərinə inanıb Fars
əyalətini Həmzə bəy Camilliyə vəd etdi, onu ağalar və yüz əlli nəfər
əfşar qazisi ilə birlikdə Fars tərəfə yolladı, özü isə Yəzd qalasını
Əliqulu bəy Şamlıdan almaq və özünə tabe etmək fikrinə düşdü.
Əliqulu bəy ona itaətdən boyun qaçırıb qalanı zəbt etdi. Bəktaş xan
qalanı tutmağa israr edərək, bir dəstə adama oranı mühasirəyə almaq
əmrini verdi. Onların aralarında hər gün dava getməkdəydi. Nəhayət
bu əhvalat padşahın qulağına çatdı, qərara alındı ki, hümayun
məiyyət həmin qarışıqlığın dəf olunmasından ötrü Farsa tərəfə
yollansın. Onlar Qəzvin darüssəltənəsindən çıxıb İsfahan səmtinə
hərəkətə başladılar. Kaşan ölkəsi (xotte) müzəffər ordunun iqamət
yeri olan vaxt Bəktaş xanın öldürülməsi xəbəri gəlib orduya yetişdi
və onlar cəng fikir-xəyalından rahat oldular. Həmin məsələ belə baş
vermişdi: Elə ki, zülqədər ağaları Fars vilayətinə qədəm atdılar,
Yaqub xan ömrünü [bir qədər] uzadan dövlətin qüvvəti ilə həmin
vilayəti elə zəbt etdi ki zülqədər tayfaları qorxuya düşdülər və heç
kim onun əleyhinə söz deməyi heç xəyal səhifəsinə belə gətirə
bilmədi. Həmzə bəy ayrı-ayrı hakimlərin hakimiyyəti vaxtı onun və
Camillu tayfasının ixtiyarındakı Şulestana getdi və əfşar tayfasının
xahişi ilə əlini oranın ətraf yerlərinə uzatdı. O, əvvəlcə Sefid qalasını
tutaraq onu Ümmət ağa adlı bir etibarla adama verdi, bu niyyətlə ki,
əgər onlara bir hadisə üz verərsə ehtiyac üzündən özlərini həmin
qalaya
salıb
ruzigar
bəlalarından
qorunsunlar.
Qalanı
möhkəmlədəndən sonra bir neçə gün orada dayandısa də zülqədər
tayfasının üzvləri onun başına toplaşmadılar, beləliklə də, onların
istəkləri mətləbləri ilə düz gəlmədi. Onların gəlişindən xəbər tutan
Yaqub xan bir dəstə dövlətxah adamı ilə onların üzərinə yürüşə
keçdi. Əfşar ağaları özlərinə qarşı onların pis niyyətini müşahidə
edərək geri dönməyə əzm etdilər. Yaqub xanın bir dəstə zülqədər
adamı gedib onlara çataraq, cəng etməyə başladı, əfşarların
adamlarının əksəriyyəti öldürüldü, nicat tapanlarsa Yəzdə gəlib
Bəktaş xanı [məsələdən] agah etdilər. Xanda bir qədər xiffət və
etibarsızlıq hissi baş qaldırdı.
725
Xülasə, əfşarlara üz verənlərdən və Yaqub xanın gəlişindən
xəbər tutan Həmzə bəy, İshaq Xəlifənin oğlu İsmayıl Xəlifə və
yoldaşları yanlarına ürəkləri istəyən qədər adam toplaşmadığı və
Yaqub xana müqavimət edə bilməyəcəklərini bildiklərindən, qalaya
sığınmağı və qaladarlıqla məşğul olmağı qərara alıb qala ayağına
çatdılar. Həmzə bəyin etibarlı adamı olan Ümmət ağa Kutval
zəmanəyə uyğun olaraq qala qapılarını bəxt və iqbal qapıları kimi
onların üzünə bağladı, gəlmələrinə imkan vermədi.
Yaqub xanın Yəzdi tutmağa gəlməsi:
Həmzə bəy və yoldaşları qalaya sığınmaqdan məyus olub,
başqa bir çarə axtarmağa başladılar, çünki qəfil bəla kimi gələn
Yaqub xan onların əl-ayaq tərpətmələrinə imkan vermədi. Həmzə
bəy və yoldaşları Kuh-Giluyə tərəfə getdilər. Yaqub xan bir adam
göndərib onları tələb etdi. Qaçanları himayə edə bilməyən Kuh-
Giluyə hakimi onları xana verməli oldu, camilli camaatı pərən-pərən
düşdü. Yaqub xanın adamlarına verilən Həmzə bəy və yoldaşlarının
hamısı qətl olundu. Öz düşmənlərini bacardığı qədər ələ keçirən
Yaqub xan onların hamısını öldürdü, şübhələndiyi hər bir ona zidd
olan adamı aradan götürdü. O, düşmənlərindən arxayınlaşdıqdan
sonra bütün Fars məmləkətlərində hökm və fərman sahibi oldu,
Ümmət ağa qalanı Yaqub xanın ixtiyarına verdi. O bu hadisələrin
baş verməsindən sonra Bəktaş xanı dəf etmək istəyi ilə Fars
vilayətinin on iki min nəfər əmir, əyan və başqa adamlarını toplayıb,
Yəzdə tərəf hərəkətə başladı.
Hümayun cülusdan (Şah Abbasın cülusundan - Ş.F.) əvvəl
Əbrquh hakimi olmuş Qulu bəy Qorçibaşının oğlu Yusifxana cülus
günlərində qorçibaşı vəzifəsi verildi, lakin sonra üsyankar əmirlərlə
birlikdə qalada məhbus oldusa da, Bəktaş xanın atası Vəli xanın
xahişi ilə həbsdən nicat tapdı, hümayun məiyyət Xorasanda olan
vaxt Yəzdə gəldi, Əbrquhda olan özünün və atasının sabiq
mülazimləri onun başına toplaşdılar, Bəktaş xana imdad etmək
məqsədiylə Əbrquh qalasını zəbt edərək, vilayətin hakimi oldu.
Amma, Bəktaş xanın özünü yüksək tutmaq əzəməti və iqtidarı heç
də onun ürəyindən deyildi. Bəktaş xan isə Yusif xanla qohumluq
əxlaqəsinə və atası Qulu bəydən tərbiyə aldığına görə onunla dinc
münasibətdə idi. Yaqub xan Əbrquha yaxınlaşıb, onun yanına adam
yolladı və bildirdi: "Bəktaş xan dövlətin ziddinə olduğu üçün onu
726
dəf etmək lazımdır. Sədaqət yolu budur ki, oymaq təşəbbüskeşliyinə
qapılmayaraq bizim əskərlərimizə qoşulasınız, inşaallah. Əgər
birlikdə gedib Bəktaş xanın səfini dəf etsək Kirman hakimliyi o əziz
şəxsə (Yusif xana - Ş.F.) veriləcəkdir".
Yusif xan Kirman əyaləti xəbərini muştuluq kimi qarşılayıb
öz qoşun – ləşkəri ilə Yaqub xana birləşdi, ona itaətini bildirdi.
Yaqub xan əfşar tayfa böyüyünün oğlu olan Yusif xanla hazırlaşıb,
böyük qoşun - ləşkərlə Yəzdə rəvan oldu. Bəktaş xan Yəzd qalasını
mühasirəyə aldığı zaman onunla qala kutvalı tərkeş qorçisi Əliqulu
bəy Şamlı arasında döyüş getməkdəydi və elə o vaxt da Yaqub xan
Yəzdə gəlib çatdı. Onun gəlişindən xəbər tutan Bəktaş xan öz
qoşun-ləşkərinin əksər hissəsinin Kirmanda olması səbəbindən
döyüşə hazır deyildi. Pərişan olub əfşar ağsaqqalları ilə məşvərətə
başladı. Həmin xanədanın xeyrxah adamları ona dedilər: "Nə qədər
ki, xan Yəzddədir, onun yaxın-uzaq adamlarını gərək üsyan və
tüğyana cəlb edəsən və Yəzdi tərk edib Kirmana rəvan olasan.
Dostları ilə paylaş: |