AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


HİCRİ TARİXLƏ DOQQUZ YÜZ DOXSAN DOQQUZUNCU



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə70/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   66   67   68   69   70   71   72   73   ...   96

 

HİCRİ TARİXLƏ DOQQUZ YÜZ DOXSAN DOQQUZUNCU 

(MİLADİ 1590/91), TÜRKİ TARİXLƏSƏ PƏLƏNG İLİNDƏ 

BAŞ VERƏN VƏ ƏLAHƏZRƏT ZİLLƏLLAH ŞAHIN 

HÜMAYUN CÜLUSUNUN DÖRDÜNCÜ XOŞ AMALLI 

İLİNƏ TƏSADÜF EDƏN HADİSƏLƏR 

 

Qışın  və  şaxtanın  şiddəti  azaldığı  üçün  bahar  şahı  (yəni 



günəş - Ş.F.) cahan gülüzarını öz qədəmləri ilə bəzədi, bahar nəsimi 

aləmin təravətini artırdı. 

 

Beytlər 

 

Yenə də yetişdi fərvərdin

541

 ayı,  


Bəzənib-düzəndi eyş sarayı.  

Yer üzü qərq oldu açan güllərə,  

Novruzun xalısı döşəndi yerə.

542


 

 

Yəni  999-cu  ilin  cəmadül-əvvəl  ayının  on  dördü  (miladi 



1591,  6  mart)  düşənbə  gününün  axşamı  bütün  sabit  və  səyyar 

ulduzların padşahı (yəni ay - Ş.F.) hut

543

 ayının xəlvətgahından eşiyə 



çıxdı və həməl

544


 taxtına əyləşdi. 

 

Beyt 

                                                           

541


  Hicri-şəmsi ayının birincisidir (20 mart-21 aprel) 

542


 Beytlərin farscası belədir: 

Baz fərraşe-eyşe-fərvərdin  

Bəst eyvane-eyşra ayin,  

Dər fəzaye-cəhan befiruzi  

Gostəranid fərşe-novruzi 

543


 Hut-balıq bürcü (19 fevral-20 mart) 

544


  Həməl - qoç bürcü (21 mart - 20 aprel). 

736 

 

 



Səhərgah xosrovu

545


 göstərib hüsnün 

Bəzədi taxtını şah ölkəsinin

546

 

 



Həzrət  zilləlah  şah  İsfahan  darüssəltənəsində  eyş-işrətlə 

məşğul idi, xoşbəxt günlərini şadyanlıqla keçirirdi. 

Bu  ildə  baş  verən  hadisələrdən  biri  Yadigar  Sultan 

Rumlunun elçi kimi Hindistana göndərilməsidir. Hamıya  məlumdur 

ki,  səmada  Şərqdən  doğan  günəş  kimi

547


  bu  əbədi  dövlətin  (yəni 

dövlətinin  -  Ş.F.)  aləmi  işıqlandıran  günəşinin  doğuşundan  (tülu) 

başlayaraq,  Məhəmməd  Bahur  padşah  ibn  Ömər  Şeyx  Mirzə  ibn 

Sultan Əbu Səid Gurəkan özbək qoşununun qorxusundan, həmçinin 

Məhəmməd xan Şeybani tərəfindən Mavərənnəhr, Əxsi, Əndican və 

dövlət  mərkəzi  olan  Fərğanənin  istila  olunmasından  sonra  öz 

ölkəsində qala bilməyib, xeyli cəng etdikdən sonra Kabul və Hisari-

Şadmanda  başını  dolandırmaqdaydı.  Bu  kitabın  birinci  cildinin 

həzrət  Süleyman  şanlı  xaqan  dövründəki  əhvalatların  şərhi  zamanı 

yazılmışdır:  O,  şah  dərgahının  mülazimləri  ilə  sədaqət  üzündən 

əlaqə saxladı, Bədəxşan hakimi olan  və  "Mirzə xan  "  kimi tanınan 

əmisi  oğlu  Sultan  Üveys  Mirzə  ibn  Sultan  Mahmud  Mirzə 

tərəfindən şahın xidmətinə göndərildi, öz irsi mülkünün qaytarılması 

üçün  o  həzrətdən  (Şah  İsmayıldan  -  Ş.F.)  kömək  istədi.  Süleyman 

şanlı  xaqan  bir  dəstə  qızılbaş  döyüşçüsünü  onun  köməyinə  verdi. 

Babur  padşah  o  qoşunun  köməyi  ilə  Mavərənnəhri  fəth  edib, 

Səmərqənd  bölgəsində  padşahlıq  taxtına  əyləşdi.  Onunla  özbək 

xanları arasında Mavərənnəhr, Türküstan və Hisari-Şadman uğrunda 

gedən bir neçə illik mübarizələrdə o, həmişə Süleyman şanlı xaqanın 

himayəsinə arxalanırdı və onların arasında sədaqət və dostluq davam 

etməkdəydi.  Özbək  qoşununun  axırıncı  hücumu  zamanı  Babur, 

Buxara  yaxınlığında  Abdulla  xan  və  başqa  özbək  xanları  ilə 

döyüşdü və məğlub edildi. Amma, yenə də adamlarını aləmə pənah 

verən dərgaha  yollayaraq kömək xahişi etdi. Süleyman şanlı xaqan 

bu  dəfə  rüknüssəltənə  olan  Mir  Nəcmi  -  Sani  İsfahanini  Xorasan 

                                                           

545

 Səhərgah xosrovu - yoni günəş - Ş.F. 



546

 Beytin farscası: 

Gəşt çon xosrove-səhərgahi Məsnədaraye-keşvəre-şahı. 

547


 İfadənin ərəbcəsi: "kə-ş-şəmsi-ş-Şəriqi min-əs-səməi" 

737 

 

əmirləri  ilə  birlikdə  köməyə  yolladı.  Gəcdovan  qalası  yaxınlığında 



özbək xanları ilə baş verən döyüşdə qələbə əldə olunmadı. 

Nəhayət  Hindistan  məmləkətlərini  özünə  tabe  etmək 

niyyəti  ilə  Kabuldan  yola  düşüb  kamına  çatdı  və  hökmdar  oldu. 

Babur padşahın səltənət taxtı ilə vidasından sonra onun böyük oğlu 

Məhəmməd Hümayun padşah öz qiymətli atasının yerinə əyləşdi. O, 

Hindistanda  böyük  fəthlər  qazandı  və  bir  neçə  il  hökmranlıq  etdi. 

İlahinin  təqdiri,  əfqan  qoşununun  hücumu  və  Şirxanın  ona  əl 

uzatması nəticəsində onun vəziyyəti pisləşdi, dövlət çəməni solmağa 

başladı, Hindistan məmləkətlərində  qalmaq imkanı qalmadı,  mülkü 

Şirxana verib məğlubiyyət və avara halda Tətəh, Sind və Qəndəhara 

üz  tutdu.  Orada  da  bəxtinin  tərsliyi  və  qardaşlarının  müxalifəti 

üzündən qala bilmədi və ümüd üzünü cənnətməkan şahın dərgahına 

tutdu.  Tarix  kitablarında,  xüsusən  "Tarixe  -  Əkbəri"də  yazıldığı 

kimi,  ona  kömək  xüsusunda  cənnətməkan  şah  tərəfindən  bircə 

dəqiqə  də  laqeyidlik  görünmədi,  şah  onu  ehtiramla  yola  saldı, 

bəxtinin  gücü  vəziyyətinin  yaxşılaşmasına  səbəb  oldu  və  bütün 

həyatı  boyu  o  həzrətlə  aralarında  məhəbbət  və  dostluq  bəraqərar 

oldu, gediş-gəliş yarandı. O gözəl etiqadlı padşahın vəfatından sonra 

əziz  oğlu  Cəlalləddin  Məhəmməd  Əkbər  padşah  sərvərlik  taxtına 

əyləşdi.  Cənnətməkan  şah  vəkilüs  -  səltənə  Məsum  bəy  Səfəvinin 

oğlu  Seyid  bəyi  layiqli  töhfələrlə  onun  cülusunu  təbrik  etmək  və 

hörmətli  atasının  başına  gələn  qəziyyəni  öyrənmək  məqsədi  ilə 

Hindistana  yolladı.  O  da  həmişə  onunla  mehribanlıq  etməkdəydi. 

Məhəmməd  Əkbər  padşahın  səltənət  və  hökmranlığı  Hindistanda 

bərqərar olandan sonra dostluq qapıları bağlandı, onlarm arasındakı 

yazışma  və  gediş-gəliş  kəsildi.  Həzrət  cənnətməkan  şahın  başına 

gələn  vaqiədən  sonra  İran  məmləkətlərində  cürbəcür  hadisələr  baş 

verdiyi üçün  yaxşı dostlara xas olan ülfət, aşinalıq  və dostanə hal-

əhval tutma ənənəsi yerinə yetirilmədi, uzun müddət aralarında get-

gəl  yolu bağlandı, o  vaxta qədər ki, aləmi bəzəyən hümayun cülus 

vaxtında  əlahəzrət  zilləllah  şah  həmin  alicah  padşahla  ülfət  və 

aşinalıq  istəyərək,  qədim  münasibəti  ehya  etmək  fikrinə  düşdü. 

Həqiqətən də, özünün əcdadları tərəfindən möhkəmlənən məhəbbət 

və  dostluğu  axı  necə  özünün  həqiqət  mahiyyətli  xasiyyəti 

müqabilində  aradan  yox  edəsən  və  dostun  dostluğundan  qaçasan? 

Xülasə, cahanı bəzəyən fikir belə oldu ki, qızılbaş silkindən olan bir 

adamı  elçi  (rəsalət)  kimi  o  həzrətin  yanına  yollasın.  İxtiyar  püşkü 

sufi təbiətli və saf etiqadlı Yadigar Sultan Rumluya düşdü. 



738 

 

Onu  layiqli  töhfələr  və  məhəbbət  ayinli  namə  ilə  yola 



saldılar. Həmin məşhur namədə şah ona (Cəlaləddin Əkbər padşaha 

- Ş.F.) biganəliyin dostluqla əvəz olunmasını, qədim əzəmət və əhd-

peymanın  dostluğun  hərəkət  verici  qüvvəsi  olduğunu  izhar  edib 

yazırdı:  "Qəza-qədərin  tələbi  ilə  Abdulla  xan  və  özbək  qoşunları 

Xorasanı  tutmuşlar.  Özbək  ləşkərinin  dəf  olunması  və  irsi 

məmləkətimiz olan Xorasanın xilas olma zərurəti hamıya məlumdur. 

Siz  əgər  bizə  zahiri  imdad  edə  bilməsəniz  belə,  batini  mərdlikdən 

(himmət) və diqqətdən kənar olmayın. 

 

Misra 

 

"Himməti mərdin yetişər imdada".

548

 

 



Yadigar  Sultan  Rumlunun  yeddi  ildən  sonra  geri 

qayıtmağının şərhi gələcəkdə öz məqamında veriləcəkdir. 

Bu  ilin  hadisələrindən  biri  də  budur  ki,  vəzir  və 

etimadüddövlə olan Mirzə Lütfulla Şirazı şahın iltifatına nail olaraq, 

vəzarətə  layiq  görüldü,  ona  adlı-sanlı  əmirlərə  xas  olan  xələt,  tac, 

qızıl  kəmər,  yəhərli  at,  qızıl  üzəngi,  qızıl  sapla  tikilən  araxçın, 

bayraq  və  nağara  verildi,  qədr-qiyməti  Keyvan  bürcünə  qədər 

yüksəldi. 

Başqa  hadisələrdən  biri  də  budur  ki,  mirmiran  və  böyük 

övladı  şahın  ayağını  öpməkdən  ötrü  Yəzddən  İsfahana  gəldi.  O, 

(yəni mirmiran - Ş.F.) pis işlər gördüyündən və Bəktaş xana kömək 

etdiyindən  şahın  lütfünə  məruz  qalmadı  və  ondan  elə  bir  ehtiram 

görmədi. Amma, Yaqub xanla müttəfiq və şahsevən olan onun oğlu 

Şah Xəlilullah müxtəlif şəfqətlərə çatdı və Yəzd mülkü ona verildi. 

Bu  hadisələrin  baş  verdiyi  vaxt  Mir  Musanın  oğlu  Şah 

Neymətullahın  evində  olan  cənnətməkan  şahın  qızı  Xanış  bəyim 

təbii əcəllə İsfahanda öldü və əlahəzrət onun təziyəsində iştirak etdi. 

Baş  verən hadisələrdən biri də budur ki, bu il  cahanı fəth 

edən  ordunun  Farsa  yollanacağı  qərara  alındığından  əlahəzrət  şah 

şahzadələrin  saxlandığı  yerin  Gilana  yaxın  olmasından  və  bəzi 

fitnəkar  adamların  onların  yanına  Vəramin  qalasına  gələ 

biləcəklərindən  ehtiyat  edib,  onları  İsfahana  gətirdi,  Təbərrük 

                                                           

548


 Misranın farscası: 

“Hər çe konəd himməte-mərdan konəd”. 



739 

 

qalasında  yerləşdirdi,  Əhməd  bəy  Kərampanı  qalanın  kütvalı  və 



şahzadələrin mühafizi təyin etdi. 

 

HÜMAYUN MƏİYYƏTİN FARS DARÜLMÜLKÜNƏ 

YÜRÜŞÜ, ŞAHIN KİRMANA LƏŞKƏR GÖNDƏRMƏSİ,  

O VİLAYƏT İŞLƏRİNİN NİZAMLANMASINDAN SONRA 

SƏADƏTLİ SƏLTƏNƏT PAYTAXTINA DÖNMƏSİNİN 

ZİKRİ 

 

Yuxarıda  yazıldığı  kimi,  Yaqub  xan  Yəzddən  Şiraza 



yollandı.  O,  qəflət  və  qürur  badəsindən  məst  və  şüursuz  olmuşdu. 

Onun hümayun şahın iqbal köməyi sayəsində qazandığı kiçik uğur 

və zəfəri təkcə Bəktaş xanla etdiyi cəng olmuşdu ki, bunu da özünün 

müvəffəqiyyəti sanaraq, lovğalıq və qürura qapıldı. Öz etdiklərindən 

xəbərdar  olan  və  müxtəlif  səbəblər  üzündən  əlahəzrət  şahın 

şübhələnməsindən  qorxan  bəzi  divanəxislət  qızılbaş  əmirləri, 

xüsusilə Budaq Qəraku Xəbuşlu, Muxtar Sultan Təkəli, Vəli İxtiyar 

Türkmanın  oğlu  Türabi  bəy,  əmiraxur  Fulad  bəyin  oğlu  Əbülfəth 

bəy Şamlı ordudan qaçaraq Şiraza - Yaqub xanın yanına yollandılar. 

Xan  isə  vəlinemət  şahın  fikrini  soruşmadan  onları  yaxşı 

qarşıladı,  onlarla  söhbətləşməyə  başladı.  Onlar  badə  nəşəsinin 

tüğyan  etdiyi  vaxtda  bir-birlərinə  sağlıqlar  söyləyir,  Bəktaş  xanın 

bədməstliyinin və bihuşluğunun daha da artmasına səbəb olur, onun 

xəzinə və var-dövlətinin oldən çıxacağı qorxusu ilə onu şaha xidmət 

etməkdən  çəkindirir  və  qəm-qüssəyə  salırdılar.  Bu  da  onu 

qayğılandırdı,  nəhayət  üsyan  və  tüğyan  etməsinə  gətirib  çıxardı. 

Fars əmirlərini özünə tabe etdi, ona itaət etməyənləri isə  vəzifədən 

götürərək, özünə yeni əmirlər təyin etdi. Əlahəzrət şah ona dəfələrlə 

səfqətamiz  məktub  göndərib,  etdiyi  alçaqlıq  və  bədnamlığın 

aydınlaşdırılmasından ötrü ali orduya və öz yanına gəlməsini təklif 

etdisə  də  bunun  heç  bir  faydası  olmadı.  Melonxoliyasının 

(malixulya) həddini aşdığı vaxt əmirlərin məclisində deyirdi ki, İran 

məmləkətlərindən  Fars  mülkü  mənə  çatır.  O,  belə  bədyanlar  və 

mənasız sözlər dilinə gətirir və onu dinləyənlər də təsdiqləyirdilər. 

Xülasə,  padşah  fərmanına  boyun  əyməyib  hərdən 

müstəqillik  xəyalına  düşür,  gah  da  qalanın  möhkəmləndirilməsinə 

çalışır,  qaladarlıq  barədə  fikirləşirdi.  Onun  belə  əməlləri  təəccübə 

səbəb  olurdu.  Şahın  Yaqub  xana  olan  şəfəqqətini  görən  zülqədər 

tayfası  və  Fars  əmirləri  ona  qarşı  elə  müti  olmuşdular  ki,  qarşı 


740 

 

çıxmağı  xəyallarına  belə  gətirmirdilər.  Bu  vəziyyət  o  vaxtadək 



davam etdi ki, bəzi əmirlər onun hərəkətlərində get-gedə üsyan əsəri 

görməyə  başladılar,  Kuşkzərd  (?)  yaylağında  Yaqub  xanın 

ordusundan  ayrılıb,  şahın  hüzuruna  gəldilər  və  vəziyyəti  ona  ərz 

etdilər.  Ona  qarşı  hücuma  keçmək  və  onu  dəf  etmək  hümayun 

orduya  layiq  iş  olmasa  da,  [şah]  ov  edə-edə  Kuşkzərd  və  məşhur 

Şiraz şəhərinə, həmçinin Fars işləri ilə məşğul olmaqdan ötrü yürüş 

cilovunu  o  istiqamətə  döndərdi.  Hümayun  ordunun  gəlmə  xəbərini 

eşidən  və  əmirlərin  ona  qarşı  çıxdığını  bilən  Yaqub  xan  öz  ağır-

yüngül şeylərini Estəxr qalasına göndərdi və bir neçə etibarlı adamı 

ilə  gedərək  qalaya  sığındı.  Zülqədər  əyanları  dəstə-dəstə  hümayun 

orduya  gəlib  Yaqub  xanın  qalaya  getdiyini  ərz  etdilər.  Kuşkzərd 

yaylağı iqbal çadırları ilə dolduqda Əsəlməs xan Möhrdarı zülqədər 

yüzbaşıları  və  qorçiləri,  həmçinin  Fars  camaatı  ilə  birlikdə  qalanı 

mühasirə  etməyə  göndərdilər.  Hümayun  məiyyət  isə  havanın 

hərarətindən  hələ  bir  neçə  vaxt  o  yaylaqda  qaldı,  sonra  Şiraz 

şəhərinə getdilər, Cəmşidin, Süleymanın və dünyada məşhur bir çox 

söz  adamlarının  məskəni  olmuş  həmin  fəxarətli  şəhərə  hümayun 

qədəmlərlə  cənnət  zinəti  bəxş  etdilər.  Vəzir  Mirzə  Lütfulla  əsl 

Şirazlı  olduğundan  onlara  xidmət  etməyə  başladı.  Fars  vilayətinin 

bütün  əhalisi  və  əyanları  gəlib  öz  sədaqətlərini  bildirərək  layiqli 

peşkəşlər təqdim etdilər. 

Lar valisi İbrahim xan layiqli tövhə və hədiyyələr göndərib, 

şaha öz bəndəlik və sədaqətini izhar etdi. Yaqub xandan belə səfeh 

əməllərin  baş  verməsinə  baxmayaraq,  yenə  də  nəvvab  şah  ona  öz 

diqqətini  əsirgəmədi.  Yaqub  xandan  qorxuya  düşən  zülqədərlərin 

inamlarını  qaytarmaqdan  ötrü,  Şiraz  vilayətinin  idarə  olunması  və 

Fars  əmirülüməralığı  zülqədər  yüzbaşıları  silkinə  məxsus  olan 

Bünyad xana verildi, əlahəzrət qalibiyyət və iqbal dincliyi ilə həmin 

cənnət  (firdovs)  timsallı  mənzərələri  seyr  etmək  və  gəzməklə 

məşğul olmağa başladı. 

 

Misra 

 

"Onu saflaşdırar Xızrın zülalı".



549

 

                                                           



549

 Misranın farscası belədir: 

"Ke  abe-Xezr  mibəxşəd  zolaləş"  yəni,  onu  Xızr  peyğəmbərin  suyu  saflaşdıra  bilər  - 

Ş.F. 


741 

 

 



Bu hadisələr baş verən vaxt bədnəzər adamların o xoşbəxt 

zata  (Şah  Abbasa  -  Ş.F.)  gözü  dəydi.  Belə  ki,  ata  süvar  olub 

gedərkən  yıxıldı  və  mübarək  qıçı  əzildi.  Cərrahlar  müalicəyə 

başladılar və Allahın inayəti ilə əzik yer sağaldı. Elə o vaxt da Yusif 

xan Əfşarın üsyan və tüğyan etməsi xəbəri gəldi. O, divan işlərinin 

icrası  üçün  Kirmanda  olan  ali  divanın  qorçi  və  mülazimlərini 

şəhərdən  çıxarıb,  qalanı  möhkəmləndirdi,  Yaqub  xanla  razılıq  və 

havadarlıqdan  dəm  vurmağa  başladı.  Əlahəzrət  onun  fitnəsini  dəf 

etməkdən ötrü Fərhad xanı Kirmanarəvan etdi. 

 

Şahqulu xanın öldürülməyi: 

 

Kirman  ləşkərinin  əksəriyyəti  Vəlixan  və  Bəktaş  xanın 



qədim mülazimləri idilər. [Əlahəzrət] sülhpərvər, xeyrxah şəxs kimi 

tanınan  və  həmişə  oğlunun  əməllərinə  və  hərəkətlərinə  qarşı  çıxan 

Vəlixana o  vilayətlərin bəzi əyalətlərinin idarə olunmasını tapşırdı, 

oranın başqa yerlərini isə İsmayıl xan Alplı Əfşara verdi, onların hər 

ikisini qulam Yolu bəylə Fərhad xana qoşub göndərdi. Şirazda baş 

verən  hadisələrdən  biri  də,  hər  ikisi  əfşarlardan  olan  Əbdüllətif 

bəyin oğlu Həsən xanın əli ilə Xəlil xan Əfşarın oğlu Şahqulu xanın 

öldürülməyi oldu. Bu kitabın birinci cildində (səhifə) yazılıb ki, hər 

başda  bir  sevda  yaranmış  qızılbaş  tayfalarının  üsyana  və  inqilaba 

qurşandıqları vaxt, həmçinin qələndərin zühuru və nəvvab İsgəndər 

xanın  (Şah  Məhəmməd  Xudabəndə  -  Ş.F.)  hakimiyyəti  zamanında 

Kuh-Giluyədə divan tərəfindən vəzifəyə təyin edilən hakim yox idi. 

Xəlil xanın kiçik oğlu Şahqulu bəy də özbaşına olaraq özünə "xan" 

adı qoyub, özünü Kuh-Giluyə hakimi adlandırdı. 

Amma  Əbdüllətifbəyin  oğlu  Həsən  bəy

550


  bu  vəzifəyə 

özünü Şahqulu bəy Əfşardan daha layiqli bilib, onunla düşmənçilik 

etməyə  başladı,  bir  dəstə  əfşarı  və  luru

551


  öz  ətrafına  yığaraq 

hakimlikdə  ona  müddəi  oldu.  Onların  hər  biri  bacardıqları  kimi 

oranın  bəzi  mallarını  zəbt  etdi.  Hümayun  şahın  cahanı  fəth  edən 

məiyətinin  gəlişinə  qədər  bir-birləri  ilə  barışıq  və  sülhlə  rəftar 

                                                           

550


  Bir  qədər  yuxarıda  Əbdüllətif  bəyin  oğlunun  adı  Həsən  xan  yazılmışdı.  Görünür 

ki, bu ya  İskəndər bəy Münşinin, ya da kitabı çapa hazırlayan  İrəc Əfşarın səhvidir  - 

Ş.F. 

551


 Lur tayfası - Ş.F. 

742 

 

etdilər, amma elə həmin  vaxtlarda onların hər ikisi gələrək səadətli 



taxta  mülazim  olmaqla  şərəfləndilər.  Onların  hər  biri  o  vilayətin 

tələbində 

idi. 

Özbaşnalığa 



adət 

etdiklərindən 

rəftarları 

tərbiyəsizliklərinə dəlalət edirdi. Amma, Xəlil xanın oğlu olması və 

özündən  razılığı  Şahverdi  xanın  beynini  dumanlandırdı.  Onda 

xidmət  və  fərmana  tabe  olmaq  şivəsi  yox  idisə  də,  Həsən  xan  bir 

qədər xidmətçilik mərhələsini keçmişdi və ondan daha sadədil adam 

idi.  Bir  dəstə  adamla  hücuma  keçib  onun  həyat  gövdəsini  öz  iti 

qılıncı ilə zir-zəbər etdi, inayət və iltifata yetdi və Kuh-Giluyə onun 

adına yazıldı. 

 

Hüseynəli Sultan Çekəninin öldürülməyi: 

 

Baş  verən  ibrətli  hadisələrdən  biri  də  şahın  xidmətində 



yaxın  və  xüsusi  yeri  olan  Budaq  xanın  oğlu  Hüseynəli  Sultan 

Çekəninin  öldürülməsidir. Bu əhvalatın bizə  məlum olan səbəbi bu 

idi: Əvvəla, o, dili  və ürəyi bir olmayan fitnəkar bir adamdı. İddia 

tələbdi. İkincisi, yuxarıda yazıldığı kimi Budaq xan və onun övladı 

Xorasanda  yersiz  hərəkət  etdilər  və  Budaq  xan  lələsi  olduğu  üçün 

şahzadəni özü ilə  götürüb Xəbişan qalasına aparmış  və bir  müddət 

dövlətə qarşı müxalifət yoluna düşmüşdü, oğlu Hüseynəli xan da bu 

səbəbdən etibarlı adam sayılmırdı. Özü gəlib öz idarə üzünü yüksək 

taxt ayağına sürtdü, şahzadə ələ keçirildi. Atası isə o vaxt öz tayfası, 

qohumları və övladları ilə Xorasandaydı. Hüseynəli xan bir müddət 

şaha xidmət etmək və ona yaxın olmaqla şərəfləndi. 

Amma, batini xəbisliyi üzündən haramzadə işləri zahir oldu 

və  bu  da  onun  cəzalandırılmasına  və  cəza  (siyasət)  şəhnəsinin 

qılıncına layiq görülməsinə gətirib çıxardı. 

Xülasə,  Kor  Həsən  Ustaclı  və  şahın  izzət  büsatının  bəzi 

yaxın adamları onu hümayun xəlvətxanaya salıb cəzasına yetirdilər. 

Ali  əmrə  görə  Qum  hakimi  Hüseyn  xan  Şamlı  Reydə  olan  Budaq 

xanın  sərdarlığı  ilə  onun  yanına  getdi  və  nəşini  Quma  gətirdi, 

ordusunun bütün varı və silahları qarət olundu. 

Budaq  xan  Xorasan  idarəçiliyini  yaxşı  bilən  adam  olduğu 

üçün bir müddətdən sonra özü  və övladı  yenidən şahın şəfəqqətinə 

yetişdi və Həmədan əyaləti böyük oğlu Həsənəliyə  verildi. Özü isə 

başqa övladları ilə yenə şaha mülazimlik etməkdəydi. 

Xülasə, Fərhad xanın getməsindən və Hüseynəli Çekəninin 

öldürülməsindən sonra, Firidun və Cəm tərəfindən əsası qoyulan və 


743 

 

möhkəmliyə görə aləmdə məşhur olan Estəxr qalasının fəthi hələ də 



müyəssər  olmurdu.  Şahda  hələ  Yaqub  xana  qarşı  mərhəmət  hissi 

qalmışdı. Qeyb aləminin  verdiyi ilham nəticəsində şahın müqəddəs 

yadına düşdü ki, gedib o qaçağan ahunu (Yaqub xanı - Ş.F.) hüsni-

tədbirlə  şikar  etsin.  Kirman  ovuna  çıxmaq  əmrini  verdi,  bir  dəstə 

xüsusi  adamı  və  nədimləri  ilə  ova  yollandı.  Estəxr  yaxınlığından 

keçərək, Yaqub xana 

 

Misra 

 

"Reyhani şərabla dolu bir qədəh"



552

 

 



göndərib onunla söhbət etmək istədiyini bildirdi, dedi: "Mən həmişə 

öz behişt ayinli məclisimdə səni xatırlayıram. Son əbəs yerə özünü 

qorxuya (vəhşət) giriftar etmisən. Əgər öz puç xəyallarım ürəyindən 

çıxarıb  mülazimətə  gəlsən,  yenidən sədaqətlə iltifat nəzərinə yetişə 

bilərsən". 

Bu  xəbərdən  sevincək  və    şadiman    olan  Yaqub    xan, 

qalaya  sığınmaqdan  və  qaladarlıq  etməkdən  təngə  gəldiyi  üçün 

dövlət  məsləhətinin  müxalifət  büsatından  üstün  olduğunu  görüb, 

şahın yanına gəlməyə və behişt ayinli məclisdə olmağa rəğbətləndi, 

itaətlə dolu sözlərini bir məktuba yazıb, şaha göndərdi. 

Amma,  sədaqətsizliyinin  çoxluğundan  və  xasiyyətinin 

codluğundan  [Yaqub  xan]  əvvəlcə  öz  vəziri  Mirzəcan  bəyi  Vəli 

İxtiyar Türkman və qardaşı oğlu Mürtəzaqulu bəylə birlikdə şəhərə 

göndərdi  ki,  şahın  yanına  gedərək  bunu  öyrənsin:  Əgər  Fars 

hökuməti  bütünlükdə  ona  verilərsə  və  o  yenidən  həmin  mülkdə 

mütləq  ixtiar  sahibi  olarsa,  qaladan  çıxar  və  şahın  ayağını  öpmək 

şərəfi ilə şərəflənər. Nə boyda səfehlik və sədaqətsizlikdir ki, dünya 

işlərindən ötrü öz vəlinemətini belə işlər görməkdən çəkindirəsən və 

dünya malında və kama yetişməkdə gözün olmuş ola! 

Amma,  Mirzəcan  bəy  Vəzir  şahın  yanına  gəlməklə 

şərəfləndikdə  əlahəzrət  Yaqub  xana  qarşı  əvvəllərdə  oduğu  kimi 

böyük  şəfqət  və  iltifatını  bildirdi.  Mirzəcan  bəy  boyun  oldu  ki, 

qalaya  qayıdıb  Yaqub  xanı  şahın  yanına  gətirsin,  lakin  Mirzəcan 

                                                           

552

 Misranın farscası belədir: 



"Yek sorahi ze-rahe-reyhani". 

744 

 

bəyin  danışığından  sonra  məlum  oldu  ki,  Yaqub  xanın  etdiyi 



hərəkətlər onun sədaqətsizliyindən xəbər verir. 

Xülasə, Mirzəcan bəy və Türabi bəy qalaya dönərək görüb-

eşitdiklərini  Yaqub  xana  danışdılar,  onu  qaladan  çıxmağa 

rəğbətləndirdilər.  Yaqub  xan  qalanı  etibarlı  adamlarının  birinə 

tapşırıb,  hömsöhbətləri  və  xüsusi  adamları  ilə  birlikdə  qaladan 

çıxaraq  izzətlə  şəhərə  rəvan  oldu.  Haşa!  Haşa!  İdbar  rəhbər  və 

nemətə xor baxan bir adam! Onun yaxasından tutub çəkə-çəkə fələk 

əzəmətli  saraya  gətirdilər.  Yaqub  xanın  haqqı  görən  gözü 

olmadığından  etdiyi  əməllərə  göz  yumaraq  yenə  də  ağılsızlıqla 

özünün Farsın müstəqil hakimi olduğunu təsəvvür edirdi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin