AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Müzəffər Hüseyn Mirzənin əmri ilə Həmzə bəyin qətl olunması



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə78/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   74   75   76   77   78   79   80   81   ...   96

Müzəffər Hüseyn Mirzənin əmri ilə Həmzə bəyin qətl olunması: 

 

Qarşı tərəfdən də adamlar gəldilər və mirzə və Həmzə bəy 



arasında yenidən əhd-peyman bağlandı. Bir neçə qızılbaş ağsaqqalı   

mirzəni  gətirməkdən  ötrü  Qəndəhardan  Sistana  gedərək,  o  cənabın 

razılığını aldı. Məlik Mahmud isə Sistanın üç min döyüşçüsünə bir 

dəstə  qohumunu  da  əlavə  edib  mirzəni  Qəndəhara  yolladı.  Həmzə 

bəyin məsləhətindən çıxa bilməyən Rüstəm Mirzə böyük qardaşının 

və  ağsaqqalların  məsləhətini  nəzərə  aldı  və  təzədən  Zəmindavərə 

tərəf  getdi.  Cənab  Müzəffər  Hüseyn  Mirzə  isə  Qəndəhara  çatdı, 

Sistan  camaatı  geri  qayıtmaqdan  ötrü  ondan  rüxsət  aldı.  Mirzənin 



813 

 

Qəndəharda  qalmağından  altı  ay  keçdi  və  o,  Həmzə  bəyin 



iqtidarından  və  özünün  müstəqilliyinin  olmamasından  təngə  gəldi, 

Mahmud  bəy  Bayata  Həmzə  bəyin  əvəzinə  vəkalət  və  canişinlik 

təklif etdi, onu Həmzə bəyin qətli üçün rəğbətləndirdi. Məhəmməd 

bəy  də  cənab  Mirzənin  əmri  ilə  Həmzə  bəyi  öldürərək,  vəkalət 

taxtına  çıxdı,  mülk  və  mal  işlərində  tam  müstəqilliyə  malik  oldu. 

Rüstəm  Mirzə  Həmzə  bəyin  qətlindən  istifadə  edib  öz  qardaşı  ilə 

savaşa  ürəkləndi,  ləşkər  yığdı,  Qəndəhar  üzərinə  getdi.  Qəndəhar 

qoşununun  Zəmindavər  ləşkərindən  zəif  olmasına  baxmayaraq, 

Müzəffər  Hüseyn  Mirzə  üzbəüz  döyüşdən  ehtiyat  etdi,  bürc  və 

barıları  möhkəmləndirməyə  başladı.  Rüstəm  Mirzə  şəhər  kənarına 

çatıb  Maşur  dərvazəsində  dayandı.  Onların  arasında  iki  ay 

müddətində  döyüş  davam  etdi.  Bu  hadisədən  agah  olan  Məlik 

Mahmud  üç  min  döyüşçünün  köməyi  və  Sistandan  Qəndəhara 

imdad  göndərən  əmisi  oğlu  Məlik  Qəribin  sərkərdəliyi  altında 

vuruşa  yollandı.  Sistan  ləşkəri  Qəndəhara  çatan  gün  Qəndəhar 

ləşkəri  də  qaladan  çıxdı  və  tərəflər  arasında  böyük  cəng  başlandı. 

Sistanlı ox atanlar, mərəkə zamanı Rüstəm Mirzənin atını vurduqları 

üçün, mirzə səflər arasına düşüb piyada döyüşürdü. Cəng səhərdən 

axşamadək  davam  etdi.  Ox  və  qılıncdan  qopan  atəş  hər  böyük-

kiçiyin  ömür  xırmanını  yandırıb-yaxırdı.  Nəhayət,  Rüstəm  Mirzə 

Sistan  ləşkərinin  Qəndəhar  ləşkərindən  üstün  olduğunu  gördü, 

döyüşdən əl çəkdi və öz məqsədinə yetmədən Zəmindavərə qayıtdı. 

Məhəmməd bəy bir müddət Həmzə bəyin əvəzinə mülk və 

malın sahib-ixtiyarı oldu. İstiqlalı həddən artıqdı. Müzəffər Hüseyn 

Mirzə  də  ondan  məyus  oldu,  onu  dəf  etmək  gücü  olmadığından 

Sistana qayıtmaq qərarına  gəlib bir neçə xüsusi mülazimi ilə oraya 

yollandı. Mahmud bəy isə məmləkətin hər işini öz əlinə aldı və heç 

kimə dəxalət imkanı vermədi. 

Cənab  mirzə  Sistana  çatdıqda,  Məlik  Mahmud,  onunla 

razılaşdığı kimi, onun yanına gələrək, mehribanlıq vəzifəsini yerinə 

yetirməyə  başladı,  bir  dəqiqə  belə  onun  xidmətindən  yayınmadı, 

malını  və  ülkasını  da  ondan  müzayiqə  etmədi.  Amma,  Sistan 

fitnəkarları mirzəni yenidən fəsada sürüklədilər və o, məlikin böyük 

adamlarını  dəf  etməyə  başlayaraq,  düşmənçilik  və  savaş  qapılarını 

açdı. Cənab mirzə öz xasiyyətinin dəyişikliyindən (tələvvon) etdiyi 

işi  heç  düşünmürdü  də.  O  yenidən  məlikin  adamlarına  arxa 

çevirərək,  əvvəllər  də  getmiş  olduğu  həmin  qalanın  üstünə  yürüş 

etdi.  Məlik  Mahmud  oğlu  Məlik  Cəlaləddini  və  qohumlarını  qala 



814 

 

camaatının  köməyinə  yolladı.  Mirzənin  də  adamları  cəng  əzmi  ilə 



onları  qarşıladılar  və  Deh  Əli  kəndində  aralarında  böyük  hərb 

başlandı. Birinci gün məlikin ləşkəri basıldı və onlar kəndin evlərinə 

doluşub, özlərini müdafiə etməklə  məşğul oldular. Günorta namazı 

vaxtı  Məlik  Mahmudun  özü  çoxsaylı  ləşkərlə  gəlib  mərəkə 

meydanına girdi. Onun əmisi Məlik Nəsirəddin də oğlanları və min 

nəfər igid əskərlə Carunək qalasından çıxıb onun imdadına yetişdi, 

cəngə  hazırlaşdı.  Onlar  mirzənin  və  sistanlıların  ləşkərini  araya 

aldılar,  böyük  hərb  başlandı.  Məlikin  ləşkərindən  üç  yüz,  Sistan 

mirlərindən  min  nəfərədək,  mirzənin  mülazimlərindən  isə  xeyli 

adam qətlə yetirildi. 

Nəhayət,  döyüşməkdən  təngə  gələn  mirlər  mirzəni 

meydanda qoyub, özlərini uca dağlara və meşələrə çatdırdılar. Məlik 

Mahmud  cəng  əsnasında  mirzənin  yanına  adam  yollayıb  ona  bu 

sözləri  çatdırdı:  "Aralıqda  fəsada  bizi  təhrik  edən  adamlar  basılıb 

qaçdılar. İndi siz hər iki ləşkərin sahibisiniz. Biz isə 

 

Misra 



 

Dost ilə etdiyimiz mehrü vəfadə qalırıq.

580

 

 



Əgər  düşmənçilik  və  savaş  büsatını  pozub  dostların 

mənzilinə  vüsal  kölgəsi  salsan,  belə  əməl  sən  cənabın  vəziyyətinə 

daha  münasib  olar".  Mirzə  etdiyindən  xəcil  və  qayınatasından 

utanmış  (monfəel)  halda  hərbi  davam  etdirmədi,  öz  xüsusi 

mülazimləri  ilə  mülkün  ləşkərinə  tərəf  üz  tutdu.  Məlik  dostluq  və 

sədaqət məqamına gəldi. O gecə məlikin evinə [vəsaq] gələn mirzə 

öz arvadının otağında gecələdi. Bu minvalla o, iki ay Sistanda qaldı. 

Məhəmməd bəy Bayat isə Mirzənin tərəfində olan bir dəstə qızılbaş 

oyan  və  Qəndəhar  böyüyünü  onun  yanına  üzrxahlığa  göndərdi. 

Onlar  mirzəni  [Qəndəhara]  dəvət  etdilər.  Cənab  mirzə  onların 

üzrünü qəbul edib zövcəsi ilə birlikdə yola rəvan oldu. Cənab məlik 

əlində olan bütün var-dövlətini onlara verdi, elə mərdanəlik göstərdi 

ki,  cənab  mirzə  xəcalət  çəkdi,  Özünün  bütün  əskərlərini  götürüb 

Qəndəhara  yollandı.  Qarşı  tərəfdənsə,  Məhəmməd  bəy  Bayat 

qılıncını  boynundan  asaraq,  Gərmsir  yaxınlığında  onları  qarşıladı, 

                                                           

580

  Misranın farscası: 



Be həman mehr-o vəfayim ke bəstim bedust. 

815 

 

cənab  mirzə  gedib sağ-salamat  yenidən Qəndəhara çatdı, öz böyük 



atasının  sarayında  (hökumətgah)  iqamət  etdi.  Məhəmməd  bəy 

mirzəni  razı  salmaqdan  ötrü  çalışır,  cənab  mirzə  isə  eyş-işrət, 

istirahət,  şikar  və  söhbətlərlə  məşğul  olur,  dövlət  işlərinə  qətiyyən 

qarışmırdı.  Amma,  həmişə  Məhəmməd  bəyin  dəf  olunması 

xüsusunda  düşünür,  onun  qətli  barədə  fikirləşirdi.  Nəhayət  bəzi 

qızılbaş əyanını bu işdə özünə müttəfiq etdi, fürsət tapıb onu aradan 

götürdü, mülk və mal işlərində müstəqil oldu. 

Buna  baxmayaraq,  Qəndəhar  işlərindən  narazı  olan  mirzə 

bir  neçə  vaxt  Zəmindavərdə  yaşadı.  Onun  Sistan  mülkü  üstündə 

Müzəffər  Hüseyn  Mirzəyə  qarşı  qəlbində  bəslədiyi  kin  daha  da 

çoxaldı  və  o,  daim  fürsət  gözləməyə  başladı.  Və  elə  o  vaxtlarda, 

əlahəzrət  zilləlah  şahın  səadətli  cülusu  zamanı,  qələmin  yazdığı 

kimi, özbəklərin işğalı başlandı, Xorasanın əksər şəhərləri tutuldu və 

o diyarın torpaqlarının əksəriyyəti hadisələrin tapdağı altına düşdü. 

Herat  darüssəltənəsinə  yaxın  olan  Fərahın  əhalisi  özbəklərin 

mütəmadi  hücumlarından  təngə  gəldi.  Fərahda  olan  əfşar  tayfası 

torpaqların  geri  qaytarılmasından  və  özbək  şərinin  dəfindən  aciz 

oldu.  Onların  hakimi  Yegan  xan  mal  və  əhli-əyalın  hifzindən  ötrü 

əfşar ağalarının məsləhətinə görə Rüstəm Mirzəni çağırmaqdan ötrü 

adam  göndərdi,  onu  dəvət  etdi.  Xorasandakı  hərc-mərclikdən, 

əlahəzrət  zilləllah  şahın  İraqa  gedişindən  və  qızılbaş  əmirlərinin 

arasındakı  çaxnaşmadan  agah  olan  mirzə  bu  təklifi  qənimət  saydı, 

dərhal  Fəraha  yollandı.  Oraya  daxil  olduqda,  sadədil  bir  türk  olan 

Yegan  xan  Hakim  onu  qarşıladı  və  əfşar  tayfa  üzvləri  xidmət 

kəmərlərini bellərinə bağladılar. 

Cənab  mirzə  ertəsi  gün  Yegan  xanı  tutub,  malına 

sahiblənməkdən  ötrü  onu  qətl  etdi,  əfşar  tayfasının  bütün  əyan  və 

böyüklərini  cəzalandırdı,  onların  sərkarında  olan  hər  şeyi  özünə 

götürdü. Onlar daxilən mirzədən incidilərsə də, özbəklərin istilasına 

görə və onların şərini dəf etmək naminə əllərini mirzədən üzmədilər, 

itaətdən  başqa  çarə  tapmadılar.  Bu  əsnada  özbəklər  ona  tərəf  üz 

tutub hücuma keçdilər və mirzə ilə özbəklər arasında bir neçə hərb 

baş  verdi.  Hərblərin  birində  o,  bir  dəstə  qızılbaş  igidi  ilə 

Səmərqənddən gəlmiş min nəfər məşhur bahadıra qarşı döyüşdü və 

qalib gəldi. 

Düzgün  danışan  adamlardan  eşitdim  ki,  o  gün 

qızılbaşlardan  cürbəcür  mərdanəliklər  göründü,  səkkiz  yüz  özbək 

qətlə yetirildi, qalanlarsa fərar etdilər. 



816 

 

Xülasə,  mirzə  bir  müddət  Fərahda  yaşadı.  Əlahəzrət 



zilləllah  şahın  qəzəbinə  gəlmiş  bir  dəstə  adam,  xüsusilə  onların 

başçıları Süleyman Xəlifə Türkman və şamlı tayfasından İslam bəy, 

həmçinin  başqa  cahillər  və  aqibətsiz  adamlar  Xorasandan  onun 

yanına  gələrək,  Xorasan  mülkünün  gəlinini  onun  nəzərində 

cilvələndirdilər,  mirzəni  həmin  vilayəti  tutmağa  təhrik  etdilər. 

Rüstəm  Mirzənin  yenə  də  ondan  döndüyünü  bilən  Məlik  Mahmud 

onun Fəraha gəlişi, qızılbaşların toplaşmaları və mirzənin qüdrət və 

istiqbalından  vahiməyə  düşdü,  yaşadığı  yerdən  çıxıb  hər  tərəfdə 

məşhur  yer  olan  Məhkəməyə  getdi,  Nimruz  tör-töküntülərini 

ətrafına  toplamağa  başladı,  başına  on  minədək  adam  yığıldı  və  o, 

yeddi ay orada qaldı. Havanın üfunətindən onun adamlarına böyük 

bəla  üz  verdi,  buna  görə  də,  adamlarının  çoxu  dağılışıb  öz 

vətənlərinə qayıtdı. 

[Yenidən]  Rüstəm  Mirzə  Sistan  hakimliyinə  həvəs 

göstərdi.  Sistan  məliki  ilə  qohumluğu  olan,  amma  mirzə  ilə  yaxın 

münasibət  yaradan  Məlik  Abdulla  Fərahi  boyun  oldu  ki,  Sistana 

gedib Məlik Mahmudun qohumlarını aldadaraq ondan döndərəcək, 

onları  mirzə  ilə  müttəfiq  edəcək.  Dərrakədən  zay  və  ağıldan  xali, 

iddialı adam olan Məlik Mahmudun əmisi oğlu Məlik Nasirəddinin 

oğlu Məlik Zərif Rüstəm Mirzənin gözəl vədlərinə aldanaraq, Məlik 

Mahmuda  qarşı  hiyləgərlik  (ğədr)  yoluna  düşdü.  Su  və  havanın 

dəyişikliyi  nəticəsində  vəba  yarandığı  vaxt  o,  məliki  özünün 

yaşadığı  yer  olan  Carunəg  qalasına  dəvət  etdi,  məlik  də  onu 

incitməməkdən ötrü təklifi ilə razılaşdı. 

Amma,  onun  oğlu  Məlik  Cəlaləddin  və  qohumlarını 

sadiqlikdən  uzaq  görüb,  fikrindən  daşındı,  Fəth  qalasına  getdi. 

Məlik Mahmud qardaşı oğlu  Məlik Əli, Məlik Mahmudi  və  Məlik 

Şahhüseyn  öz  qohumlarının  ziyafətində  iştirak  etməkdən  ötrü 

Carunəg qalasına yollandılar. Onlar bahar fəslinin əvvəllərində bağ 

və  gülşənin  seyri  ilə  məşğul  idilər  ki,  Rüstəm  Mirzə  adı  çəkilən 

Məlik  Zərif  və  Məlik  Mahmudun  bəzi  mötəbər  mülazimləri  ilə, 

həmçinin  Xorasandan  gəlmiş  və  onun  başına  toplaşmış  əfşar  və 

başqa tayfalardan olan döyüşçülərlə Fərahdan Sistana hücuma keçdi

gəlib  Carunəg  qalasının  bir  fərsəxliyində  dayandı.  Məliki 

mehribanlıq  libasına  bürüyən  Məlik  Zərif  onu  aldadırdı,  amma  o, 

Rüstəm  Mirzə  tərəfdarlarından  qorxuya  düşərək,  öz  yalanından 

(xode)  peşiman  oldu,  qaladarlıq  etmək  fikrinə  düşdü.  Övladının, 


817 

 

qohumlarının  və  onun  xeyrini  istəyən  xeyirxahlarının  sözünə  əməl 



etməyən Məlik Mahmud qəflət yuxusundan oyandı. 

Xülasə,  Rüstəm  Mirzə  Carunəg  qalasını  mühasirəyə  aldı, 

Məlik Zərif  və qardaşları isə etdikləri peymana xilaf olaraq on altı 

gün  hərb  və  qaladarlıqla  məşğul  oldular.  Rüstəm  Mirzə  Süleyman 

Xəlifə Türkmanı elçi sifətilə o qalaya yolladı. Məlik Abdulla Fərahi 

də gəlib Məlik Zərifi aldatdı, [nəticədə] özü və qardaşları ertəsi gün 

Məlik  Mahmudla  məsləhətləşmədən  mirzənin  yanına  getdilər. 

Vəziyyəti belə görən Məlik Mahmud qala darvazalarını qohumlarına 

tapşırıb,  istər-istəməz  Rüstəm  Mirzənin  yana  getdi.  Onun  gəlişini 

eşidən  mirzə  zahirdə  yumşaq  rəftar  etdi  və  bir  dəqiqə  də  olsun 

ondan  ehtiramını  əsirgəmədi.  [Hətta]  onu  xatircəm  etməkdən  ötrü, 

ona  qarşı  düşmənçilik  eləyən  Məlik  Zərif  və  qardaşları  ilə 

hörmətsizcəsinə davrandı. Elə həmin gün o, ləşkər bəzəyərək atlandı 

və onlar qalaya daxil oldular, Məlik Mahmud da insanlıq qapılarını 

açıb mehmannəvazlığa başladı. 

Amma, qürur və qəflət badəsindən məst və cənab mirzə ilə 

hömsöhbət olan bir dəstə cahil və nadan qızılbaş şərab nuş etdikləri 

vaxt  məstliyə  qapıhb,  mirzə  ilə  belə  qərara  gəldilər  ki,  Məlik 

Mahmudu  Sistan  hökmranlığının  dadını  görüb  təkəbbürlənən, 

həmçinin  Müzəffər  Hüseyn  Mirzə  ilə  yaxınlıq  edən  bir  neçə 

məlikzadə  ilə  birlikdə  aradan  götürsünlər  və  o  vilayətə 

sahiblənsinlər.  Mirzə  də  onların  məsləhətinə  əməl  edərək, 

gəldiklərinin ikinci günü Məlik Mahmudu Məlik Nasirəddin, Məlik 

Zərif  və başqa  məliklərlə birlikdə həbs etdi. O, Məlik Nasirəddini, 

Məlik Zərifi, onun qardaşlarını və əksər məlikzadələri qətlə yetirdi, 

amma  Məlik  Mahmudu  bir-iki  qohumu  ilə  birlikdə  zindana  saldı. 

Mirzə bir dəstə döyüşçünü Məlik Mahmudun oğlu Məlik Cəlaləddin 

ilə  Fəth  qalasının  üstünə  göndərdi.  Amma,  bir  gecə  Məlik 

Şahhüseyn  və  onun  qardaşı  Məlik  Əli  zənciri  qırıb  həbsdən  fərar 

etdilər, bəxtləri gətirdiyindən onların yanına gəlməkdə olan bir dəstə 

sistanlı ilə birləşib Sistan adasına gəldilər, oradan da zerəhi tayfasına 

doğru  yollandılar. Rüstəm Mirzə başlarına on  min nəfərədək adam 

toplaşmış  vəhşisifət sistanlıları insaniyyət  və  ehsan təriqi ilə özünə 

ram  etmək  əvəzinə, özündən ürkütmüşdü. Onlar da qohumlarından 

birini  min  nəfər  döyüşçü  ilə  Mahmudun  oğlu  Məlik  Cəlaləddinin 

köməyinə  Fəth  qalasına  göndərdilər.  Həmin  qalanın  mühasirəsi  ilə 

məşğul  olan  Rüstəm  Mirzənin  bir  dəstə  mülazimi  [sistanlılarla] 

döyüşüb məğlub oldular və fərar etdilər. Bu xəbər Rüstəm Mirzəyə 



818 

 

yetişəcək o, Məlik Mahmudun  qətlinə   fərman  verdi,   səadətli   və  



xoşəxlaq  məliki  aradan  götürdü.  Ertəsi  gün  Məlik  Cəlaləddin  və 

Sistan məlikləri zerəh tayfası ilə birlikdə gəlib çatdılar. Mirzə onlara 

müqavimət  göstərə  bilməyib,  Hirmənd  çayını  keçərək,  Sərayana 

tərəf  getdi  ki,  oradan  Zəmindavərə  yollansın.  Lakin  onun  ardınca 

gələn ləşkər Zerəh təpəsi yaxınlığında gəlib ona çatdı. 

 

Rüstəm Mirzənin Hindistana getməyi: 

 

Sistan  qoşununun      yaxınlaşdığını  müşahidə  edən  mirzə 



məcbur  olub  gedişini  saxladı  və  aralarında  hərb  başlandı.  Çoxlu 

savaşdan  sonra,  Sistan  ləşkərinin  çoxluğuna  görə  mirzənin  qoşunu 

məğlub olub, Sərayana tərəf getdi, amma sistanlılar onları təqibdən 

qalmadılar  və ertəsi  gün cəng Sərayanda oldu. Bu dəfə də  məğlub 

olan mirzə pis halda Zəmindavərə tərəf götürüldü. Məlik Cəlaləddin 

hökuməti  ələ  almaq  istəyən  başqa  məliklərlə  Sistan  işlərini 

tənzimləməklə  məşğul  oldu.  Rüstəm  Mirzənin  Sistan  fəaliyyəti 

bitdiyindən,  onun  başına  toplaşmış  xorasanlıların  əksəriyyəti  onu 

Xorasanı  tutmağa  rəğbətləndirdi.  Onlar  onda  bilik  cövhərinin,  uca 

himmətin  və  hökmranlıq  iddiasının  daha  qalmadığını  görərək, 

məyus  oldular  və  bir  çoxu  ondan  aralandı.  Mirzə  tamamilə  sındı, 

gözlərə  görsənmədi.  [Vəziyyəti  görən]  özbək  ləşkəri  yenidən 

Zəmindavər  qalasını  tarac  elməyə  gəldi.  Mirzəyə  heç  bir  kömək 

etməyən  Müzəffər  Hüseyn  Mirzə  qalanı  bir  dəstə  adama  tapşırıb 

Qəllat  və  Hezarecata  tərəf  getdi,  Qəllatda  altı  ay  dayandı.  Orada 

olan  bayat  qaziləri,  mirzənin  şikara  getdiyi  vaxt,  qalanı  Müzəffər 

Hüseyn  Mirzənin  yoldaşlığı  ilə  zəbt  etmək  istədilər,  amma  bunu 

bilən mirzənin anası qalanın giriş qapılarını bağlayaraq xacəsəralar 

və büyutat* əmələləri ilə birlikdə qalanı qorumağa başladılar. 

Bu əsnada bayat camaatından bir nəfər o zəif  məxluqa bir 

güllə atdı və mirzənin əziz anası bəqa aləminə yollandı. 

Bu  hadisələrin  baş  verdiyi  və  cənglərin  vaqe  olduğu  bir 

zamanda  şikardan  qayıdan  mirzə  hiyləgərliklə  özünü  qalaya  saldı. 

Onun gəlişindən xəbər tutan bayat camaatı qaladarlıqdan əl çəkib öz 

peşmanlıqlarını  izhar  etdilər.  Onlara  əl  uzadan  Rüstəm  Mirzə  bu 

yersiz qətlə  görə  və anasının qanını almaqdan ötrü, başlarını üsyan 

ciblərindən  çıxarmış  bayat  tayfasının  əksər  üzvlərini  intiqam 

qılıncından keçirdi. 



819 

 

Amma,  öz  gələcəyinə  nəzər  salan  mirzə,  ləşkərindəki 



dağınıqlığı gördü və bildi ki, onun ətrafında artıq heç kimsə yoxdur. 

O,  [həmçinin]  özbəklərin  iqtidarını  müşahidə  edərək  daha  həmin 

vilayətdəki  mühitin  onun  istədiyi  kimi  olmadığını  gördü.  Habelə, 

Müzəffər  Hüseyn  Mirzə  tərəfdən  də  çoxlu  cəncal  görünməkdəydi. 

[Buna  görə  də]  məcbur  olub  Hindistan  diyarına  doğru  üz  tutdu. 

Əvvəlcə Bikar vilayətinə gəldi. Orada, hind hökmdarına layiqli itaət 

etməyən  və  o  vaxtlarda  ətrafına  padşah  əmirləri  toplaşmış  Bikar 

valisi  Mirzə  Canı  bəy  Ərğunla  görüşdü.  Mirzə  onu  da  itaətə 

rəğbətləndirərək, onunla birlikdə Hindistana tərəf irəlilədi. 

Mirzə  o  diyara  gəlib  çatdıqdan  sonra,  kamkar  və  uca 

məqamlı  padşah  Cəlaləddin  Məhəmməd  Əkbərlə  görüş  izzətinə 

yetişdi  və  o  uca  məqamlı  padşah  onu  ehtiramla  qəbul  etdi, 

məsələnin elə başlanğıcında mirzəyə Multan tərəfdə yer verdi. O ali 

məqamlı  xosrovun  şəfəqqətinə  layiq  görülən  mirzə  bir  müddət 

Hindistan  məmləkətlərində  qaldı.  Müzəffər  Hüseyn  Mirzəni  də 

özünə cəlb etmək istəyən o müdrik padşah (Cəlaləddin Məhəmməd 

Əkbər  -  Ş.F.)  Zəmindavəri  və  Hindistanı  tutmaqdan  ötrü  Rüstəm 

Mirzəyə elə çox insaniyyət  və  ehsan lütf etdi ki, Müzəffər  Hüseyn 

Mirzə də Hindistana getməyə meylləndi. Çünki, Xorasandakı özbək 

əmirləri  xüsusilə  Dinməhəmməd  Sultan,  Baqi  Sultan,  yərliğlə*  o 

vilayəti  fəth  etmək  əmri  alan  Canı  bəy  Sultanın  bacısı  oğlu  Turan 

valisi  Abdulla  xan  o  diyarın  (Xorasanın  -  Ş.F.)  hər  yerini  öz 

tapdağına çevirdikdən sonra yenidən Qəndəhar  və Sistan hüduduna 

ləşkər  göndərmişdilər.  [Buna  görə  də,]  onlarla  Müzəffər  Hüseyn 

Mirzə  arasında  güclü  müharibələr  baş  verdi.  Həmin  hərblərin 

əksəriyyətində qızılbaş tayfaları zəfər çaldılar, özbək döyüşçüləri isə 

əzildilər.  Məhz  buna  görə  də,  o  ölkənin  ətraf  yerləri  (həvaşi)  heç 

vaxt o tayfanın (özbəklərin  – Ş.F.) qarət və taracından xali deyildi, 

asayiş  və  əmin-amanlıq  o  camaatdan  uzaqdı.  Qızılbaşların  böyük 

adamlarının  əksəriyyəti  və  Sultan  Hüseyn  Mirzənin  etibarlı  və 

bacarıqlı  mülazimləri,  yuxarıda  yazıldığı  kimi,  həmin  mərəkələrdə 

qətlə yetirildi, dövlət çəməni tamamilə solmağa başladı. 

Müzəffər  Hüseyn  Mirzə  də  öz  vəziyyətinə  münasib 

Hindistana  getməyi  məsləhət  görüb,  bundan  başqa  heç  bir  fürsət 

(məfərr) görə bilmədi. Baxmayaraq ki, Rüstəm Mirzənin gedişindən 

sonra,  Turan  elçisi  Abdulla  xan  ona  töhfə  və  hədiyyələrlə  elçi 

göndərmiş  və  belə  bir  nəvazişnamə  (estemalətnamə)  də  yazmışdı: 

"Özbəklərin  və  qızılbaşların  dava-dalaşının,  habeh  turanlılar  və 



820 

 

iranlılar arasındakı ədavətin çox qədim olmasına baxmayaraq, qoy o 



möhtəşəm  sülalə  sahibi  rahət  olsun  ki,  bizim  onunla  məhəbbət  və 

dostluqdan  başqa  heç  bir  fikrimiz  yoxdur.  Siz  Hindistana  getmək 

xəyalını ürəyinizdən  çıxarıb xatircəmliklə Qəndəharda qalın, çünki 

cığatayların sizin ata məskəninizi tutmaq fikri yoxdur". 

Qəndəhar  və  özbək  ləşkərləri  arasında  dəfələrlə 

müharibələr  olub  qanlar  töküldüyündən,  Mirzə  Abdulla  xanın 

sözlərinin  yalan  olduğunu  düşünən  Müzəffər  Hüseyn  özbəklərə 

inanmadı, vahimə ona üstün gəldi və türklərə (torkan) meyl etmədi. 

Mirzənin səyi (hemmət) hind qumaşına və qızıl toplamağa yönəldiyi 

üçün,  o,  məmləkətdarlıq  və  Qəndəhar  vilayətini     zəbt     etməkdən   

tamamilə    əl     çəkdi,     Hindistan  məmləkətlərini öz rahətliyindən 

ötrü pənah bildi. Müzəffər Hüseyn Mirzədən əvvəl Hindistana gedib 

orada əmirlik və quşbəyişik (quşbəyigəri) mənsəbinə çatan və Sultan 

Hüseyn Mirzənin qədim nökəri olan  Qara bəy  Kurçayi  ali  məqamlı 

Hindistan hökmranına boyun olmuşdu ki, mirzəni (Müzəffər Hüseyn 

Mirzəni  -  Ş.F.)  Hindistana  gətirəcək  və  Qəndəharı  o  ali  məqamlı 

padşahın işğalı üçün hazırlayacaqdır. 

Qara  bəy  Kurçayi  xoşxahlıq  və  halalnəməklik  libasına 

büründü,  mirzə  ilə  həmfikir  olan  bir  dəstə  adamı  da  özünə 

birləşdirdi. Xülasə, onun hiyləgərlik (dəmdəme)  və əfsungərliyi bir 

səbəb  oldu  və  mirzə  Hindistana  getmək  fikrinə  düşdü.  O,  əvvəlcə 

anasını  və  böyük  oğlunu  [oraya]  yolladı,  sonra  isə  özü  bir  neçə 

yazışmadan  və  əhd-peyman  etdikdən  sonra  Hindistana  doğru  yola 

düşdü.  Ali  məqamlı  padşahsa  Qəndəhar  hakimliyini  o  vaxtlarda 

Multanda  olan  böyük  əmirlərdən  birinə-pənehezari  (?)  vəzifəsini 

daşıyan  Bəngeş  hakimi  Şahibəyxan  Kabuliyə  namizəd  etdi. 

Qəndəhar  məsələsini  ürək  istəyincə  həll  etdiyindən  və  mirzəni 

Hindistana  getməyə  həvəsləndirdiyindən  xəbər  tutan  Şahibəy  xan 

Kabuli  özünün  on  min  nəfərlik  ləşkəri  və  tabeliyindəki  adamlarla 

Qəndəhara  gəldi,  padşahın  adından  mirzəyə  ehtiram  göstərdi,  ona 

yaxşı-yaxşı  vədlər  verdi.  Cənab  mirzə  də  öz  adamlarıyla  birgə 

qaladan yola düşdü. 

 

 

 


821 

 

Müzəffər Hüseyn Mirzənin Hindistana getməsi: 

 

Şahibəy xan  və cığatay ləşkəri hicri birinci



581

  ildə  (miladi 

1592/93)  Qəndəhara  daxil  oldu.  Cənab  mirzə  və  onun  yoldaşları 

artıq  çöldə  xeymə  və  xərgah  quran  qızılbaşları  müşahidə  etdilər. 

Sultan Hüseyn Mirzənin vəfatından on iki ilə yaxın bir vaxt ötmüşdü 

və  bu  illər  ərzində  həmin  qoşun  zəifləmiş,  işə  yararlı  əmirlər  və 

başqa  adamların  sayı  çox  azalmışdı.  Cənab  mirzə  öz  qarşısında 

[özbək  qoşunlarından  ibarət]  möhkəm  bir  ordu  və  saysız-hesabsız 

ləşkər  gördü.  Elə  o  ləhzə  də  etdiyindən  peşman  olub  təəssüfləndi. 

Ona olduqca çətin  gəldi ki, həmin  gözəl  vilayətdən,  Tibetin, Çinin 

(Xəta)  qibtə  etdiyi  və  özünün  də  yaşadığı  və  böyüyüb  boya-başa 

çatdığı  bir  yerdən  əl  çəksin,  səltənət  və  hökmranlığı  biganələrə 

mülazimət və nökərliklə əvəz etsin. 

İş  əldən, ox kamandan  çıxdığı üçün onun peşmançılığının 

heç  bir  faydası  olmadı.  Lakin  mirzə  öz  batil  gələcəyini  düşünüb, 

Şahibəy  xan  və  cığatay  əmirlərindən  ötrü  mehman  ləvazimatı, 

qiymətli xələtlər və başqa şeylər hazırladı, onlara bir adam yollayıb, 

bir  günlüyə  mirzənin  qonaqları    olmalarını  və  bəzi  məsələləri  həll 

etmələrini  xahiş  etdi.  Rəyinin  zəifliyi  və  ağlının  nöqsanlı  olması 

üzündən belə düşüncülərə dalmışdı: "Şahibəy xan gələn kimi ondan 

üzrxahlıq  edəcəyəm  və  necə  olur-olsun  özümü  qalaya  salıb 

[Qəndəharı]  qorumağa  başlayacağam".  Şahibəy  xan  da  köhnə  və 

bacarıqlı  hərbiçi  olduğu  üçün  asanlıqla  düzüb-qoşduğu  bir  işi 

çətinlik  kələfinə  salmaq  istəmədi,  mirzənin  sözünə  etibar  etmədi, 

gəlməyəcəyi  üçün  üzrxahlıq  edib  bildirdi:  "Mən  uğurlu  bir  saatda 

qalaya daxil olduğum üçün, indi mənim oradan çıxmağım  münasib 

olmaz.  Əgər  sizin  zəruri  bir  sözünüz  varsa,  onu  yazışma  yolu  ilə 

bizə  bildirin".  Mirzə  başını  əldən  tam  verdiyinə  görə  Qəndəhar 

hakimliyindən  əl  üzdü,  qarşılıqlı  hədiyyələr  təqdimatından  sonra 

oradan çıxıb böyük dəstə ilə Hindistana rəvan oldu. Padşahın yanına 

gələn  mirzə  onun  tərəfindən  şəfqətlə  qarşılandı,  "fərzənd" 

adlandırıldı,  ali  yerlərdə  qərar  tutdu.  Elə  onun  özü  də  padşaha 

şahanə  peşkəşlər  nəfis  cəvahirlər,  daş-qaşlarla  bəzədilmiş  əşyalar, 

alətlər təqdim etdi. 

Amma,  Hindistanın  vəziyyəti  və  o  bostandan  gül  dərmək 

mirzənin  xoşuna  gəlmədi.  Heç  bir  şeydən  xoşlanmırdı.  Nəhayət 

                                                           

581


 Hicri 1001-ci il tarixi yazılmalıdır - Ş.F. 

822 

 

onunla  padşah  arasında  pis  münasibət  yarandı.  Padşah  ona  başqa 



şahzadələrdən az diqqət yetirməyə başladı. Get-gedə o, ona  verilən 

şeylərdən  əl  üzdü,  onda  padşaha  qarşı  ikrah  hissi  baş  qaldırdı,  o 

alişan  xosrov  da  ondan  incidi,  hətta  onu  təhqir  etmək  (estexfaf) 

məqamına gəldi. Aralarındakı küdurət əlamətləri gün-gündən artırdı. 

Mirzə [orada] bir neçə belə qara il keçirdi. 

O,  həmişə  İranı  arzulayır,  təzədən  Səfəvi  şahənşahının  ali 

sarayının  mülazimi  olmağını  istəyirdi.  Hərdənbir  də  Həcc 

beytullahülhəramına getmək fikrinə düşürdü, amma bunun üçün ona 

icazə  verilmirdi.  Nəhayət  ona  nəfsani  qəm-kədər  üz  verdi, 

natəvanlıq  yatağına  düşdü,  min  səkkizinci  ildə  Həqqin  dəvətini 

qəbul  edərək  təbii  əcəli  ilə  vəfat  etdi.  Hindistanda  onun  üç  oğlu 

qaldı: Sultan Heydər Mirzə, İsmayıl Mirzə, Bəhram Mirzə. 

Amma,  Rüstəm  Mirzə  dünyəvi  (donyadar)  adam 

olduğundan  özünə  yaxşı  həyat  qurdu,  padşaha  mülazimlik  və 

nökərlik  yolu  ilə  hərəkət  etdi.  O,  bütün  qohumları  qızılbaşların 

arasında  yaşayan  Bayram  xan  Türkmanın  oğlu  Xanxanan  ilə 

yaxınlıq edir, onun köməyi ilə vaxtaşın hansısa bir vilayətin hakimi 

olurdu.  Əkbər  padşahın  vəfatından  və  onun  oğlu  Səlim  şahın 

cülusundan sonra da o, ehtiramlı  adam idi. Rüstəm Mirzənin kiçik 

qardaşları  Əbu  Səid  Mirzə  min  beşinci  ildə  (miladi  1596/97) 

rəhmətə qovuşdu və həmin ilin sonunda isə Səncər Mirzə vəfat etdi. 

Oğlu  Murad  Mirzə  (Rüstəm  Mirzənin  oğlu  -  Ş.F.)  hal-hazırda 

Xanxananın damadıdır.  İndi  min on beşinci (miladi 1606/07) ildir. 

Rüstəm Mirzə  və Müzəffər  Hüseyn Mirzənin oğlanları, onların bir 

neçə  nəfər  kişi  və  qadın  cinsindən  olan  övladları  hazırda  Hind 

vilayətində  yaşayırlar.  Bundan  sonra  onların  vəziyyətləri  haqqında 

yazmaq İran hadisələri tarixi üçün münasib deyildir. 

Rüstəm  Mirzənin  gedişindən  sonra  Sistanın  və  Məlik 

Cəlaləddinin  vəziyyəti  pisləşdi,  həmin  vilayətə  özbəklərin  dəxaləti 

daha da çoxaldı. Əksər vaxtlarda özbəklər və Sistan əhalisi arasında 

müharibə gedirdi. Onun (Məlik Cəlaləddinin - Ş.F.) qohumları olan 

məliklər  hələ  bir  müddət  da  özlərini  həmin  vilayətdə  saxlayaraq, 

qalanı və özlərinin yaşadıqları yerləri möhkəmləndirə bildilər. Bəzi 

məmləkətləri  işğal  edən  özbəklər  onun  da  qalasını  tutmağa 

girişdilər.  O,  çox  cidd-cəhddən  sonra,  adamlarını  qalada  qoyaraq, 

Kirman  yoluyla  şahın  sarayına  yollandı,  İsfahan  darüssəltənəsində 

onun  xidmətinə  yetişdi,  xüsusi  məclislərdə  şaha  yaxın  şəxslərdən 

biri oldu. Həmin ilin hadisələrinin şərhində yazılmışdı ki, hümayun 



823 

 

nəvvab  onunla  dost  kimi  rəftar  edirdi.  Bir  müddət  şahın  yanında 



qaldıqdan  sonra,  onda  Sistana  getmək  və  fərzəndlərini  görmək 

həvəsi  baş  qaldırdı,  getmək  üçün  izn  aldı.  Sistana  gəlib-çatdıqda, 

orada Abdulla xan tərəfindən Sistan əyalətinə və Nimruz vilayətinin 

alınmasına göndərilən Canı bəy Sultanın övladları artıq tam iqtidar 

sahibləri  idilər.  Özündə  onlarla  döyüşməyə  güc  görməyən  Məlik 

Cəlaləddin  zilbllah  şahın  Xorasana  gəlişinədək  Sistanda  qala 

bilmədi, öz fərzəndlərini də götürüb Qəndəhara getdi, bir neçə vaxt 

orada  qaldı,  sonra  Hindistana  getmək  və  Əkbər  padşaha  mülazim 

olmaq  fikrinə  düşdü.  Elə  bu  zaman  da  əlahəzrət  zilləllah  şah 

məiyyətinin  Xorasanda  ildırım  ahəngli  nağarası  çalınmağa  başladı. 

Xorasan 

məmləkətləri 

fəth 

olundu, 


[qızılbaşlar] 

Herat 


darüssəltənəsində  iqamət  etdilər.  Məlik  Cəlaləddin  Qəndəhardan 

gələrək,  Heratda  şahla  görüş  şərəfinə  yetişdi,  uca  xan  ləqəbi  ilə 

sərbülənd oldu və Sistan vilayəti ona verildi, indiyə qədər də həmin 

mülkdə kamranlıqla yaşamaqdadır. 

Bu  sətirlər  müəllifi,  yazdığı  bu  hadisələrin  təfsilatını  elə 

həmin vilayətin adamlarının söhbətlərindən

582

 eşitmişdir. 



 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin