GİLANLILARIN ÜSYANLARININ ZİKRİ, MÜZƏFFƏR
ƏSGƏRLƏRİN ONLARIN CƏZALANDIRILMALARINDAN
ÖTRÜ VÜRÜŞÜ VƏ ALLAHIN KÖMƏVİ İLƏ
QALİB GƏLMƏLƏRİ
Gilan işləri, yuxarıda yazıldığı kimi nəzərdə tutulduğundan,
Əmir Şahməlik və yoldaşları hədsiz səfəqqətlərlə yola rəvan oldular.
Onlar amma həqşünaslıq və əql cövhərinin bəhrəsini
görmədilər, bütün Gilan əhalisinin batinlərində gizlətdikləri
xəbisliyi aşkara çıxardaraq üsyana başladılar. Biyəpəsin avara
adamlarını toplayıb Fumənin daruğəsi üzərinə gedərək onu qətlə
yetirdilər. Bu xəbəri eşidən Rəşt daruğəsi oranın əhalisindən də
müxaliflik əlamətləri görüb Rəştdən çıxdı. Əmir Şahməlik isə
fitnəkarlıq edərək biyəpişliləri də üsyana qaldırdı. Biyəpişlilər də
şah şəfqətlərinin qədir-qiymətini bilməyib özlərini üsyan təhlükəsinə
(məhləke) saldılar.
Biyəpiş Gilanının hərbçilərindən həmişə orada vəkilüs-
səltənə və Gilan sultanları dövlətinin sahib-ixtiyarı olmuş əjdər və
çəpək adlı iki tayfa vardır. Onların aralarında sipəhsalarlıq və
padşahın vəkalət mənsəbi uğrunda qədimdən ədavət olmuşdur və o
tayfaların heç biri fürsət düşdükcə həmin mənsəbləri biri-digərinə
güzəştə getmir.
Bu vaxt çəpək tayfasından və Gilan hərbçilərinin ən böyük
adamı olan Əmir Abbas fərmanla Ləştənəşa hakimi təyin
olunmuşdu. Əjdər tayfasının Bu Səid adlı bır adamı isə meşə və
cəngəlliklərə girərək, qızılbaşlara tabe olmur və Mir Abbasa qarşı
xainlik edirdi. O, elə o günlərdə Əmir Şahməlikin düşmənçiliyini
eşidərək onun yanına getdi, Xan Əhmədə istək və qızılbaşlara
müxalifət izhar etdi. Gilanın ağılsız səfehləri onun ətrafına
toplaşaraq Əmir Şahməliklə əhd-peyman bağlayıb dedilər:
"Şirvanda olan Xan Əhmədin və bu mülkün varisi Məhəmməd xan
Əmin ibn Cəmşid xanın gəlişinədək, bundan sonra biz qədimdən
bizi bu dövlət əhalisi arasında mövcud olan Biyəpişlik və Biyəpəslik
ədavətini ülfət və dostluqla əvəz edək, Biyəpişi Xan Əhməd,
783
Biyəpəsi isə Məhəmməd Əmin xan üçün saxlayaraq və qızılbaşların
[bu yerlərə] dəxalətinə imkan verməyək"
Amma, gilanlılar heç bilmirdilər ki, Məhəmməd Əmin
Şirvanda vəfat etmişdir və o vaxtadək onu bütün Gilanın ağsaqqalı
bilirdilər.
Bu xəbər Lahicana çatdı. Əhməd bəy Darüğə, qızılbaş
hakimləri və Talişə Kuli, həmçinin Kiya Fəridun Gilan
başıpozuqlarını toplayaraq onların qarşılarına - Sefidrud kənarına
getdilər. Talişə Kulinin hərəkətlərindən müxalifət meyli hiss edən
Əhməd bəy ehtiyatla qızılbaşlarla birlikdə gilanlılardan aralandı.
Talişə Kuli də ondan şübhələndi və onlar bir-birlərindən çəkinməyə
başladılar. Bu iki dəstə arasında qarşıdurma başlayan gün düz
əqidəli və xeyirxah adam olan Kiya Fəridun Əhməd bəyi və
qızılbaşları Talişə Kulinin gizli xəbisliyindən və onun Şahməlik və
başqa düşmənlərlə əlbirliyindən xəbərdar etdi, belə məsləhət gördü
ki, o əsnada sərfəli olmayan cəngə girişməsinlər və özlərini xətadan
kənar etsinlər, çünki qızılbaş tayfaları heç vaxt gilanlı olmamışlar.
Onlar, buna görə də, mərəkəyədək çəkinərək Kiya
Fəridunun məsləhətinə əsasən Deyləman yolu ilə hərəkət etməyə
başladılar, Əhməd bəyin və qızılbaşların gedişlərindən xəbərdar olan
Talişə Kuli bir adamını Əmirə Şahməlikin və Bu Səidin yanına
göndərdi. Onlar Sefidrud çayını keçərək Mizrarın Seyid Əşrəf adlı
yerinə
gəldilər,
bir-biriləriylə
əhd-peymanı
təzələyərək,
qızılbaşlara qarşı birləşdilər.
Əmir Şahməlik Biyəpişə qayıtdı. Talişə Kuli və Bu Səid isə
adamlarıyla Lahicana gəldi, Biyəpəs camaatlarından yardım
almaqdan (estezhar) ötrü Xan Əhmədin yanına Şirvana adam
göndərdi. O, Lahicanda səltənətə çıxaraq, münasib adamlara
vəzifələr verdi. Onlar hər gün Xan Əhmədin evinə yığışıb onun
divanxanasında işlərin nizama salınmasına çalışır, qəlyan çəkir, iki
günlük hakimiyyəti qənimət bilir və gələcək vəziyyətləri barədə
qətiyyən fikirləşmirdilər. Bu xəbərlər Qəzvində hümayun şahın
qulağına çatdıqda, onun qiyamət zəbanəli qəzəb şöləsi alovlanmağa
başladı. O, əvvəl istədi ki, şəxsən özü bu hadisənin dəf
olunmasından ötrü gedib o puç təbiətli adamları elə cəzalandırsın ki,
qəflət yuxusundan bidar olsunlar və bundan sonra "fitnə" sözü
onların heç birisinin dilindən çıxa bilməsin. Şahın hümayun ordu ilə
bu vaxt getmək imkanı olmadığından, o zatın möbidlər möbidi olan
ağlı onu o niyyətdən çəkindirdi. [Əlahəzrət] Fərhad xana tapşırdı ki,
784
Biyəpəs və Biyəpiş arasındakı Kuhdəm yoluyla oraya yollansın.
Allahqulu bəy Qorçibaşıya Deyləmana gedərək Əhməd bəyə və
Kiya Fəridunə birləşmək və Şeymə yoluyla getmək tapşırıldı.
Onlara həvalə olundu ki, Gilana gedərək birlikdə hər iki Gilan
düşmənlərini öz əməllərinin cəzasına yetirsinlər, o torpağı tüğyan
ərbablarının dəxalət tikanından təmizləsinlər. Fərhad xan [belə] ərz
etdi: "Biyəpiş əhalisindən görünmüş bu cürət və cəsarət Biyəpəs
camaatının çağırışı ilə olmuşdur. Əgər şahın inayəti Əlixana olarsa
və bu dəfə onun təqsirindən keçərsə, o zaman Biyəpəs hakimliyi
fərmanla ona verilər, o, bu dövlətxah şahın tərəfində durar, müxalif
kütlə isə bir-birindən ayrılar, Biyəpişin işləri ürək istəyincə asanlıqla
öz yoluna düşər. Əgər Əlixandan şaha itaətə xilaf olan bəyənilməz
hər hansı bir əməl müşahidə olunarsa, bunun dəf olunması çətin
deyildir". Fərhad xan bu barədə xeyli danışdı. Əlahəzrət istər-
istəməz onun məsləhətinə əməl edib Əli xanı həbsdən çıxardı, ona
qiymətli xələtlər verərərək Fərhad xana tapşırdı, onunla yoldaş etdi,
Biyəpiş Gilanının hakimliyi və əmirülüməralığı isə Fərhad xana
verildi. O, bu il öz yar-yoldaşları arasında "fərzənd" sözü ilə xitab
olundu və tam şövkət və əzəmətlə Kuhdəm yolu, qorçibaşı isə
Deyləman yoluyla rəvan oldular. İqbal əskərlərinin gəlişi xəbəri
Gilan üsyankarlarını bərk narahat etdi, Bu Səidi və Talişə Kulini
düşmənlərin biri olan Mənsur Mənkal ilə Deyləman ləşkərinin
qarşısına yolladılar ki, Deyləman-Lahican yolunun arasındakı
Şeymə yoluyla hərəkət etsinlər. Bu yol olduqca çətin yoldur. Onun
dar və palçıqlı olması, habelə sıx meşələri bircə nəfərdən artıq
süvarinin keçib-getməsini olduqca çətinləşdirir. Bu Səid, Talişə Kuli
və Mənsur Mənkala tapşırıldı ki, onlar həmin yolu bağlayaraq
qızılbaşların dəfinə başlasınlar. Əmir Şahməliklə birləşib Biyəpəs
camaatı ilə birlikdə Kuhdəm yolunu möhkəmləndirsinlər, Fərhad
xanın və onun adamlarının Gilana daxil olmalarına maneçilik
törətsinlər.
Talisə Kulinin Şeyməyə getdiyini, yol keçidlərinin
keçilməz etdiyini və gilanlıların "bənə" adlandırdıqları böyük
ağaclarla Şeymə yolunu bağladıqlarını eşitdikdə, Deyləman qorçiləri
irəliləyib, düşmən ləşkərinin qarovullarına çatdılar və cəngə
başladılar. Fərhad xan isə hələ Kuhdəmdə idi. [Gilanlılar]
məğlubiyyətə uğradılar. Bənə ilə doldurulmuş birinci keçiddə
onların saxladıqları tüfəngçiləri yağıların əllərindən alıb irəli
getdilər. Qorçibaşı irəli gedərək bu, güclü dövlətin qüvvəsi ilə bəd
785
niyyətli o ləşkərin qalan əskərlərini də məğlub etdi, başqaları isə
meşə və çəngəlliklərə dağılışdılar. Mənsur Mənkal öldürüldü, Talişə
Kuli isə qaçıb özünü çətin yerlərə çatdırdı. Müzəffər əskərlər o
yolların çətinliyini hərbiçilərə xas bacarıqla keçərək, Lahicana
çatanadək heç yerdə dayanmadılar, günün sonunda şəhərə çatdılar.
Talisə Kulinin məğlub olmasını, Gilan ləşkərinin dağınıq düşməsini
və qorçilərin gəlişini eşidən Səid çaşqın halda özünü Lahicandan
Gilan meşələrinə çatdırdı və gizləndi. Bütün şəhərdə çaxnaşma
başlandı və şəhər boşaldı. O, Lahicandan Fərhad xanın yanına bir
adam göndərərək, ona Lahicanın fəth olunma xəbərini çatdırdı.
Əskərlərə qarətkarlığa qurşanmalarını qadağan edən qorçibaşı
rəiyyətin nəvazişləndirilməsi ilə məşğul oldu, nəticədə şəhər əhalisi
bir-bir, iki-iki qayıdıb cəm oldular. Fərhad xan isə qorçilərin onu
qabaqlamaları və Lahicanı fəth etmələrinə görə onlardan incimişdi,
çünki istəyirdi ki, bu fəth məhz onun özü tərəfindən həyata
keçirilmiş olaydı. O, zahirdə özünü şadiman kimi göstərirdisə də,
Əlixanı bir dəstə adamla Biyəpəsə göndərdi. Şahın yanında olarkən
qulağını qorçibaşının yaxşı-pis xüsusiyyətləri barədə qiymətli
nəsihətlərlə doldurub, özünün əhd-peymanının sabitliyi haqqında,
həmrəyliyinin (yekcəhəti) və sədaqətinin möhkəmliyi (rosux) barədə
yüksək sözlər danışmışdı.
Misra
Qəlbi qarə adama varmı xeyri mövizədən?
569
Xan Lahicana yollandı, müzəffər əskərlərə qoşuldu,
məsələni şaha ərz etdi. Qorçibaşı və qorçilər bir müddət Lahicanda
qalaraq düşmənlərin axtarışı ilə məşğul oldular, dövlətin faydası
naminə böyük səy və çalışqanlıq göstərdilər. O yerlərin işləri sarıdan
xatircəm olduqdan sonra qorçibaşı və qorçilər Qəzvinə qayıtdılar.
Fərhad xan isə Gilan işlərinin nizamlanması və gilanlıların
cazalandırılmalarına aşlayaraq ədalət və məmləkətdarlıq bayrağını
qaldırdı.
Biyəpəsə gedən Əlixanı bütün Biyəpəs camaatı istədiyi
üçün, hamı onun ətrafına toplaşıb Əmir Şahməlikdən ayrıldı. Öz
569
Misranın farscası:
Ba siyəhdel çe sud goftəne-vəz.
786
halını belə müşahidə edən Əmir Şahməlik, Əlixanı xilas etməsinə
baxmayaraq, yenə də əvvəlki etimadla onun yanına gəldi. Əlixanın
isə onu tutub öldürməkdən başqa çarəsi yox idi. Bu işi yerinə
yetirməmək camaatın gözündə itaətsizlik və qeyri-səmimilik əlaməti
kimi görünə bilərdi. [Buna görə də] onu qətl edib, başını Lahicana
Fərhad xana göndərdi.
O, (Əlixan - Ş.F.) ilin sonuna qədər Fərhad xanla sülh və
barışıq yoluyla davrandı. Xanla bircə dəfədən artıq görüşə
bilməməsinə baxmayaraq, ona xidmət etməkdə idi. İlin sonlarındasa
etimadsızlığı daha da möhkəmləndi, gizli xəbisliyi və
nəməkharamlığı zahir oldu, xana qarşı davranışı dəyişildi, ona qarşı
üsyan məqamına gəldi, nəticədə Əlixanın fitnəkarlığının dəf
olunması vacib bilindi. Onun, Talişə Kulinin və Bu Səidin
əhvalatının ardı barədə gələn ilin hadisələrinin şərhində məlumat
veriləcəkdir.
ABDULLA XANIN XARƏZMƏ LƏŞKƏR ÇƏKMƏSİ,
ƏBDÜLMÖMİN XAN VƏ OĞLUNUN XORASANA
GƏLMƏLƏRİ, ÜRGƏNC VƏ XORASANDA
BAŞ VERMİŞ HADİSƏLƏRİN ZİKRİ
Özbək sultanları haqqında söz deməyin İran tarixinin
yazılmasından ötrü münasib olmamasına baxmayaraq, söhbətin
qırılmaması naminə, onlar haqda yazmamaq mümkün olmadı.
Qələm yuxarıda belə bəyan etmişdi: Özbək sultanlarının eyni
sülaləsinə mənsub və Şeyban ibn Cuci ibn Çingiz xan nəslindən olan
Ürgənc valisi Nurməhəmmədxan ibn Əbülməhəmməd xan və
Xarəzm padşahı Hacı Məhəmməd xan ibn Əta xan Nisa vilayəti
üstündə düşmənçiliyə başladılar. Nurməhəmməd xan Abdulla xana
pənah apardı, Nisa vilayətini ondan almaqdan ötrü kömək əvəzinə
Mərvi peşkəş kimi verəcəyini boyun oldu. Abdulla xan, Mərvi artıq
özünə götürdüyünə baxmayaraq, Nurməhəmməd xanın istəyinin
icrasından ötrü vaxtı uzatdı, çünki Nurməhəmməd xanla Hacı
Məhəmməd xanın arasındakı düşmənçilik Abdulla xanın məqsədinə
müvafiq idi.
Abdulla xanın ona imdad etmədiyinə görə Nurməhəmməd
məyus idi, hətta ondan daha çox oğlu Əbdülmömin xandan
çəkinirdi. Buna görə də, o, izn almadan Abdulla xanın ordusundan
ayrılıb öz vilayətinə üz tutdu.
787
Ürgənc valisi Nurməhəmməd
xanın Şah Abbasın yanına gəlməyi:
Bütün niyyəti Xorasan vilayətini və Xarəzmi ələ
keçirtmək olan Abdulla xan Ürgənc sultanlarının həzrət zillallah
şahla birlik və dostluq etmələrindən narazı idi. O, həmin sultanların
bir-birləriylə çəkişmələrini qənimət sanıb, bu il əlahəzrətin
sərhədyanı işlərlə məşğul olmasını fürsət bildi və [oğlu]
Əbdülmömin xanı Əbivərd, Nisa və Nişapur [şəhərlərini] fəth
etməkdən ötrü Xorasana göndərdi, özü isə Xarəzmə qoşun çəkdi.
Əbdülmömin xan Mərvə çatdıqda, Nurməhəmməd xanın xidmətində
olan özbəklər canlarının qorxusu və mallarının qarətə gedəcəyindən
qorxub, bivəfalıq etdilər və qala açarını ona göndərdilər. Ləşkərin
bivəfalığını və düşmənin fəthini görən Nurməhəmməd xanın daha
həmin vilayətdə qalmaq imkanı qalmadı, Hafizək Sultan
Xəbuşaninin köməyi ilə həmin vilayətdən çıxaraq özünü şah
[dərgahının] astanəsinə çatdırdı. Əlahəzrət də onun gəlişini
qiymətləndirib adlı-sanlı şahzadə Məhəmməd Bağır Mirzəni xani
qarşılamaqdan ötrü cənab etimadüddövlə, bəzi əmirlər, xüsusi
adamlar və yaxın şəxslərlə birlikdə bir fərsəx məsafəyə göndərdi.
Məhəmməd Bağır Mirzəyə gəlib-çatan Nurməhəmməd xan atdan
yerə endi və şahzadə ilə rəsmi görüş qaydasını yerinə yetirdi,
hümayun dövlətxanaya gəldi, Çehelsütun qəsrində hümayun
nəvvabla görüşməklə şərəfləndi. Əlahəzrət onunla mehribalıqla və
qardaşcasına davrandı, fərmana əməl edən divan vəkilləri onun
zəruri ehtiyacını yüksək səviyyədə təmin etdilər, xan hümayun şahın
xüsusi məclisində iştirak etdi və onunla həmsöhbət oldu.
Amma, Əbivərd, Çəhcə, Mehnə, Nisa, Bağdad, Dərun və
ətraf yerlərdən xatircam olan Əbdülmömin xan Nişapur qalası
üzərinə qoşun çəkdi. Hələ məhsulların yetişmədiyi dövr olduğundan
qalada ərzaq çox azalmışdı və belə bir məqamda o, qalanı mühasirə
etdi. İsfahan qalasının mühafizəsindən olan Dərviş Məhəmməd xan
rumlu qaziləri və İsfahan tüfəngçiləri ilə birlikdə bürcləri, divarları
və darvazaları müdafiə etməklə məşğul oldular, qalanın mühasirə
olunma xəbəri gəlib şaha çatdı.
Fərhad xan, qorçibaşı və müzəffər əskərlərin əksəriyyəti
Gilanda düşmənlərin işləri ilə məşğul olduqlarından, onların
Xorasan yürüşləri bir neçə gün yubandı. Əbdülmömin xan isə adı
çəkilən qalanın alınmasından ötrü bir neçə uğursuz yürüş etsə də,
788
qala dilavərləri üzlərinə müxalifət qalxanı tutub mərdanəliklə qalanı
qorudular, heç kimi oraya girməyə qoymadılar, özbək bahadırlarının
bir çoxu isə həmin yürüşlər zamanı ölüm torpağına sərildi. [Amma]
bürclərin birinin altına lağım ataraq, oranı barıtla doldurdular və
gecə düşən kimi onu odladılar. Barıt bürcü dağıtdı və keçid yolu
yarandı. Hücuma keçən özbəklərin üç-dörd yüz nəfəri yuxarı qalxıb
şəhərə daxil oldular.
Bürcün dağılmasını və özbəklərin qalaya daxil olma
xəbərini eşidən Dərviş Məhəmməd xan elə həmin ləhzə rumlu
igidləri, Mir Fəttah və İsfahan tüfəngçiləri ilə birlikdə məşəllər
yandıraraq, özünü həmin viran olmuş bürcə çatdırdı. Onlar özlərinə
kömək yetənə qədər tüfəng güllələrini özbəklərin üstünə dolu kimi
yağdırmağa başladılar, o viranlıqda möhkəm sədd kimi dayanıb
mərdanəliklə vuruşdular. Daha bir nəfər də Özbək içəri daxil ola
bilmədi. Amma, şəhərə daxil olmuş bir dəstə özbək arxadan kömək
gəlmədiyinə görə küçələrdə sərgərdan qaldılar. Rumlu qaziləri,
tüfəngçi və Nişapur camaatı küçə başlarını tutaraq, onları bir-bir
ayaqdan saldılar. Aralarındakı cəng gecə yarısınadək davam etdi.
Bir-ikisi sultan övladlarından və mötəbər özbəklərdən olan iyirmi-
otuz nəfər məşhur bahadırı diri-diri əsir götürdülər, yerdə qalanlar
isə qətlə yetirildilər. [Qızılbaşlar] o gecə sübhədək işlədilər və bürcü
təmir edib möhkəmləndirdilər. Abdulla xan bu vaqiədən narahat
oldu. Dost-düşmənlər isə Dərviş Məhəmməd xanın və isfahanlıların
mərdanəliklərinə və qaladarlıqlarına "afərin" dedilər. Həqiqətən də,
qədim vaxtlardan indiyənəcən baş vermiş az hadisələrdəndir ki, dörd
ay müddətində qalanı mühasirəyə alan və onun bürcünü yıxıb
yürüşə hazır olan bir padşah üç yüz nəfərlə həmin qalaya daxil ola,
hücuma keçənlər oranı yenidən ələ keçirə, mühafizə etməyə və o
böyüklükdə şəhəri yenidən düşmən şərindən qorumağa başlaya.
Xülasə, fəth və zəfərdən məyus olan özbəklər Əbdülmömin
xanın işarəsi və təhrikiylə qala ayağına gəlib qışqıra-qışqıra dedilər:
"Əgər filan sultan və filan bahadır hələ öldürülməyibsə, onları sağ
saxlayıb tələf etməyin. Belə halda mümkün ola bilər ki, [gələcəkdə]
qala əhli nicat tapsın və xanın qəzəbindən qurtarsın".
Bir neçə rumlu qazisi, o cümlədən Dərviş Məhəmməd
xanla yaxın olan rumlu qazisinin biri əhvalatın başlanğıcında
özbəklər tərəfindən əsir tutulub sağ-salamat saxlanılmışdı. Dərviş
Məhəmməd xan da vaxtında işə yaraya biləcəklərini düşünərək
tutulan özbəkləri öldürməmişdi. Bu işlər baş verən vaxtlarda
789
Şahverdi Abbasi tərəfindən şahın məhrusə məmləkətlərinə təcavüz
olundu və o, Bərucərddə olan Uğurlu Sultan Bayatın üstünə
yürüşə keçərək hərbə başladı, onu qətlə yetirdi. Bu məsələdən qəzəb
atəşi alovlanan padşah öz məmləkətlərinin yaxınlığanda yaşayan və
həqiqətən daxili düşmən (doşməne-xanəgi) olan Şahverdi Abbasini
cəzalandırmaqdan ötrü şahanə qərara gəldi, Luristana tərəf hümayun
yürüş vacib bilindi. Dərviş Məhəmməd xana şah məktubu sadir
olunub, baş verənlərdən onu hali etdilər və belə yazdılar: "Bizim
Xorasana gəlib-çıxmağımız məlum deyildir. Rumlu qazilərinin,
isfahanlıların və qızılbaşların ailə üzvləri və namusları Nişapurda
qalmışdır. Öz ağıl və düşüncən ilə hərəkət edib Əbdülmömin xanla
barışaraq, sülh yarat, hansı yolla olur-olsun özünü İraqa çatdır, əhl-
əyalları oradan çıxar, Nişapurla [hələlik] işin olmasın, o yer, Allahın
köməyi ilə, yenidən asanlıqla əlimizə geri qayıdar". Dərviş
Məhəmməd xanın qardaşı Şahqulu Xəlifəni yanıma çağıran şah bu
məktubu Nişapura aparmaqdan ötrü ona verdi.
Şahqulu Xəlifə isə bu fikri qəbul etməyərək, məktubun
göndərilməsini istəmədi, dedi: "Biz sədaqət və sufilik yolu ilə
gedərək, hətta canımızı da siz vəlinemətin və mürşidi-kamilin
yolunda verərik. Nə qədər ki, bədənində can və canında damar var,
mənim qardaşım çalışıb qalanı qoruyacaqdır. Əgər zəifləşərək qalanı
hifz etməkdən aciz qalarsa, din və dövlot yolunda şəhadət şərbəti
içəcək və cahanda yaxşı ad qoyub gedəcəkdir". Nəvvab şah öz
gövhərlər yağdıran dili ilə dedi: "Əgər bu səylər məni razı
salmaqdan ötrüdürsə və əgər mən elə bir iş etsəm, bilin ki,
vəlinemətin razılığını almaq ən yüksək səadət yoludur. Xorasan
paytaxtı Herat darüssəltənəsi, müqəddəs Məşhəd isə həzrət
səkkizinci İmam Rzanın (ə) aramgahıdır, amma [o yerlərin]
mahallarının əksəriyyəti özbəklərin işğalı altındadır. Buna görə də,
Nişapurdan ötrü bu qədər təlaşa düşmək və əhl-əyalı bada
verməkdən nə çıxa bilər? Əgər Allah-təala istəsə, bütün Xorasan
məmləkətləri asanlıqla, özü də heç kimin əqlinə gəlməyən bir
şəkildə bizim əlimizə gələ bilər. Əksinə, faydasız səy fələklə dava-
dalaş etmək deməkdir". Nəticədə, o həzrətin ilham bəyanlı dili ilə
sözlər yerinə yetirilmiş oldu. Xülasə, çox danışıqdan sonra can-fəda
sadiq adamların biri həmin iqbal məktubunu Səbzvara apardı, orada
onu məchul bir şəxsə verərək, Nişapura göndərdi, Dərviş
Məhəmməd xan məsələdən ağah oldusa da, qalada azuqə qalana
qədər var qüvvəsi ilə döyüşdü. Azuqə qıtlığından qala əhlinə çətinlik
790
üz verdikdən sonra o, sülh barədə danışığa başlayaraq, əsir
götürülmüş özbək bahadırlarını həmin danışıqdan ötrü vasitə etdi.
Qala mühasirəsinin uzun çəkməyindən və çoxlu özbək tələfatından
təngə gələn Əbdülmömin xan qələbə çöhrəsini görməyərək sülhü
böyük qənimət bilib, belə bir əhdnamə yazdı: "Əgər Dərviş
Məhəmməd xan Nişapur qalasından əl çəkib İraqa qayıdarsa, özbək
qoşunundan qoy arxayın olsun, özbəklər qızılbaşların mal, can və
namuslarına toxunmayacaqlar, onun özü də (Əbdülmömin xanın -
Ş.F.) əsir götürülmüş rumlu qazilərini sülh üçün bir vasitəçi
biləcəkdir". Belə şərtləşdilər ki, tərflərin əsirləri bir-birləri ilə
dəyişdirilsin.
Bir neçə gün bu danışığa sərf olundu. [Amma] Dərviş
Məhəmməd xan və qala əhli özbəklərin əhd-peymanına etibar
etmirdilər, çünki bu iki il ərzində onların iki min nəfərə yaxın adamı
qətlə yetirilmiş, bütün özbəklər qanlı (xuni) olmuşdular. Buna görə
də, qızılbaşlar Əbdülmömin xanın qəddarlıq və məkrindən arxayın
deyildilər. Nəhayət, imana güvənib peyman bağladılar və tərəflər
arasında əhd və peyman şərtləri imzalandı, Dərviş Məhəmməd xan
və adamları öz xanəköçləri və əhd-əyalları ilə birlikdə İraq
qapısından çıxdılar. Əbdülmömin xan bütün qoşununu bəzəyib o
gün qızılbaş ləşkərini müşahidə etmək üçün atlandı. Qızılbaşlar
onun qoşun bəzədiyini görərək əllərini canlarından üzdülər və
döyüşə hazır vəziyyətdə dayandılar. [Dərviş Məhəmməd xanla]
birlikdə olan üç yüz nəfər isfahanlı tüfəngçi tüfəng fitillərini (fətilə)
yandırıb hərbə hazırlaşmağa başladı. Bu tərəfdən də, əksəriyyətinin
oğlu, qardaşı və qohumları mühasirə vaxtı qətlə yetirilmiş özbəklər
sülh əhdini pozmaq və qızılbaşlardan intiqam almaq istədilər.
Əbdülmömin xan ağsaqqallarla məşvərət keçirdi. Onların aqil
adamları dedilər: "O camaat min nəfərdir və onların hamısı candan
əl çəkdikləri üçün, nə qədər ki, sağdırlar, döyüşəcəklər. Onların
arasında mahir bəndəkəndazlar (tüfəngçilər - Ş.F.) da vardır ki, onlar
bizim iki-üç min adamımızı öldürməyənədək öldürülməyəcəklor.
Bundan başqa, əhd və peymanı pozmaq sultanlıq rütbəsinə layiq
əməl deyildir. Yaxşısı budur ki, əhd-peymana vəfa edərək, onların
getmələrinə mane olmayaq".
Bu fikir Əbdülmömin xanın xoşuna gəldi, qəddarlıq fikrini
ürəyindən çıxardı. Amma, adanı yollayıb Dərviş Məhəmməd xanın
ata süvar olub gəlməsini və onunla görüşməsini xahiş etdi. Rumlu
camaatı və tüfəngçilər onun gedişinə mane oldularsa da xan belə
791
düşündü: "Onun [özbək padşahının çağırışına] getməməyi birdən
onlar tarəfindən qorxaqlıq kimi qiymətləndirilə bilər". Buna görə də,
şahın zavalsız iqbalına bel bağlayıb üç-dörd nəfər adamla qoşun və
ləşkərdən ayrıldı və Əbdülmömin xanın qarşısına yollandı. Əmirlər
onu [müəyyən olunan yerə] çatdırdılar və görüş başlandı. Öz əhsən
və afərin dilini açan Əbdülmömin xan dedi: " Vəlinemətinin duz-
çörəyi sənə halal olsun ki, ixlas, nökərlik və mərdanəlikdən əl
çəkmədin [və yanımıza gəldin]". Amma, Dərviş Məhəmməd xanın
atının daş-qaşlarla bəzənmiş yəhərinə tamah saldı, [əvəzindəsə] öz
yabılarından birini ona verdi. Dərviş Məhəmməd xan izn alaraq, o
gün axşamacan yol getdi və özünü Səbzvar hüduduna çatdırdı.
Oradan çıxıb İraq yolunu önə tutdu, zəfər ayəli ordu Luristandan
qayıdan vaxt o da gəlib Qəzvinə çatdı, şahın xidmətinə getməklə
şərəfləndi, göstərdiyi xidmət müqabilində Gilan əyaləti, Lahican
və oranın əmirülüməralığı ona verildi.
Dərviş Məhəmməd xanın gedişindən sonra Əbdülmömin
xan Səbzvarı tutmaq fikrinə düşdü. Qış gəldiyi üçün onun özü
müqəddəs Məşhədə getdi, bir dəstə özbək əmirini isə Səbzvar
üzərinə yolladı. O vilayətin hakimi olan Məhəmmədmömin Sultan -
Mir Şəmsəddin Əli Sultan Səbzvarinin nəvəsi şəhərə yaxın
mahallardan azacıq azuqə toplayaraq, qalanı (ərk) möhkəmləndirdi
və bir neçə gün şəhəri qorudu. Səbzvarlılar bacardıqları qədər
qaladarlıq etdilər. Amma, Əbdülmömin xan Xorasanda
gözləməkdən bezib Bəlxə tərəf üz tutdu, əmirlərin yanına bir adam
yollayıb onlara belə yazdı: "Qızılbaş padşahı bu il Xorasana gəlib-
çıxmadı. Qantökən (səffak) və qorxubilməz (bibak) bir adam olan
Əbdülmömin xan isə müqəddəs Məşhəddə əyləşmişdir. Əgər
səbzvarilər ona qarşı çıxarlarsa, o da həmin səmtə hücuma keçəcək,
həmin vilayətdə zülm atəşi yandıracaqdır. Sizə məsləhət belədir ki,
bu il onunla (Əbülmömin xanla - Ş.F.) yola gedin". Sonra belə
qərara alındı ki, Əbdülmömin xanın Səbzvara təyin etdiyi hakim qoy
onların yanına gedərək altı ay orada qonaq qalsın, məmləkət işlərinə
dəxalət etməsin. Bu müddət bitdikdən sonra qoy oraya qızılbaş
ləşkəri gəlsin və özbək hakimi öz yerinə qayılsın. İndi isə indiki
hakimi qoy özbək daruğəsi əvəz etsin.
Səbzvarlılar özlərini mühasirə əziyyətindən xilas etmək
naminə həmin sülh şərtləri ilə razılaşdılar və tərəflər arasında əhd-
peyman sazişi bağlandı. Səbzvarın hakimi və daruğəsi təyin
olunmuş özbək əyanlarından Nədr bahadır Musa Mirzə ilə birlikdə
792
əlli nəfər adamla şəhərə gəlib-çıxdı, özbək ləşkəri isə köçüb
Əbdülmömin xanın dalınca getdi, Cam hüdudunda ona çatdı. Onlar
Səbzvarda baş verənləri ona ərz etdilər. Belə deyirlər ki,
Əbdülmömin xan əmirlərə öz etirazını bildirib bu sülh sazişini rədd
etdi.
Xülasə, Məhəmmədmömin Sultan onların yaşamalarından
ötrü mənzillər hazırladı, aybaay onlardan ötrü savəri təyin etdi.
Aralarında bir-iki görüş də baş verdi. Hakimin mülazimləri azacıq
savəri yığmaqdan ötrü rəiyyətə əziyyət verirdilər, istəyirdilər ki, öz
iqtidarlarını bildirsinlər. Buna görə də, onlar hər kəsdən inciyib
hədələyir, öz vaxtlarının bitməsini gözləyirdilər. Batinən şiə olan
səbzvarlılar küçə və bazarda özbəklərə, sünni olduqlarına görə,
tənələr edir, onların cahilləri məzhəb təssübkeşliyinə qapılıb onlara
rədd cavabı (rəfz) verir, söyür, şəmşirlərini çıxarıb sərtlik
göstərirdilər. Məhəmməd Mömin Sultan Nədr bahadırın yanına iki-
üç dəfə adam göndərərək, ona öz adamlarına belə rəftarı qadağan
etməsini, küçə və bazarlarda gəzməmələrini, səbzvarlıları
incitməməyi tapşırdı. O isə, üzr istəyərək elə sərt rəftarın səbzvarlı
avam camaat tərəfindən edildiyini bildirdi.
Xülasə, onların işğal və bəd rəftarlarından səbzvarlılar
təngə gəlmişdilər və buna görə də tərəflər arasında fəsad yarandı.
Onlar heç cür bir-birlərinə qaynayıb-qarışmırdılar. Özbəklər bir neçə
vaxtdan sonra şəhərdən çıxaraq, şəhərlə Səng Kəlidər arasındakı
dörd fərsəx məsafədə yerləşən bir kənddə məskən saldılar, oranı
qala şəklinə gətirib özlərini hifz etməyə başladılar. Mirzə
Məhəmmədmömin Sultan və səbzvarlılar onların orada olmalarını
məsləhət bilməyib, gah yumşaqlıq və insani tərzlə, gah da əzab-
əziyyət verməklə onları şəhərə gəlməyə rəğbətləndirdilər və çəkib
gətirdilər. Amma, özbək cahilləri yenə də əvvəlki kimi kobudluq və
təhdid məqamında idilər. Ağsaqqallar isə barışıq yolunu
tutmuşdular. Belə bir vaxtda səbzvarlılar o camaatı dəf etmək
qərarına gəldilər, onlarsa təngə gəlib fərar yolu axtarmağa
başladılar, hücum edərək Musa Mirzəni tutdular və ixtiyarını
əlindən aldılar. Özbəklərin tutulmaları başlandı. Özbəklər
yaraqlanaraq bir qədər əl-qol atdılar, amma bir yerə toplaşıb hücum
edə bilmədiklərindən onların hamısı tutuldu. Məhəmmədmömin
Sultan bu vəziyyəti şaha ərz etdi, Nədr bahadırı saxlayıb, Musa
Mirzəni əsirlərlə birlikdə ali saraya yolladı. Nəvvab şah
səbzvarlıların əhd-peymanı sındırdıqlarını bəyənmədi. Buyurdu ki,
793
əgər sizinlə onlar arasında yaxşı münasibət (təəyyoş) olmasaydı
onlara üzrxahlıq edib öz vilayətinə göndərərdiniz.
Xülasə, o, Musa Mirzəni xeyli nəvazişləndirib ona və
yoldaşlarına qayıtma icazəsi verdi. Əzəmətli qorçilərin birinə
tapşırıq verildi ki, onunla gedərək məhrusə məmləkətlərindən onlara
ülufə və iqamət yeri versin və onu ehtiramla yola salsın. Həmin
qorçi ali əmrə əməl edib onları müqəddəs Məşhədə apardı, o vaxt
oranın hakimi olan Xodaynəzər bahadıra təhvil verdi, ondan kağız
(qəbz) alıb şaha gətirdi. Amma, səbzvarlıların qızılbaşlara olan
münasibətinə qarşı kini olan Əbdülmömin xanın [əvvəlki]
kininin üstünə köhnəsi də əlavə olundu və o, aşağıda yazılacağı
kimi, gələn il onlardan intiqam alıb, dünya və axirətin cəzasına
giriftar oldu. Amma, Xarəzmə qoşun çəkmiş Abdulla xan, təfsilatla
yazılmasının İran tarixinə aidiyyəti olmayan müharibədən sonra,
Hacı Məhəmməd xana qalib gəldi. Ürgənc özbəkləri onlardan ötrü
candan əziz olan mallarının qarət olunacağı qorxusundan, öz
padşahlarına bivəfalıq edərək, cəng zamanı heç də böyük səy
göstərmədilər, Abdulla xana məğlub olub, əksəriyyəti onun itaəti
altına girdilər.
Dostları ilə paylaş: |