Şer
Əgər düşmən verə badə, ya da dost,
Onun mərdanə qaşları çatdmaz.
596
Beytinə çatdıqda şahın müqəddəs məzacı duruldu, belə [gözəl] bir
məddahlıq və beytin məzmunu onun alovlu (vəqqad) təbini
coşdurdu, mövlanaya qarşı şahın xislət bəhrinin alicənablığı (hemət)
dalğalandı, əmr etdi ki, tərəzinin bir gözünə çoxlu zər, o biri gözünə
isə mövlananı qoyub həmin miqdar pul bu beytə görə ona əta
olunsun. Bu hadisədən dövrün başqa şairləri də ümidvar olub,
onların hamısı cahan şəhriyarını bu məzmunda şerlə mədh etməyə
başladılar:
Beyt
Yol torpağına bərabərdi bir şair,
Qaldırdın onu, zərə bərabər elədin.
597
Amma, şair tayfası kin [həqd] və həsəd sahiblərinin ən
üstünü olduğu üçün, [Mövlana Şəninin] bu yüksək mükafata layiq
görülməsinə görə, başqa şairlərin ürəklərində ona kin yarandı. Bu
məsələ uzun müddət nifaq məclislərində söhbət mövzusu oldu.
Zarafatcıl (həzzal) və şirin kəlam bir adam olan və məzhəkə tərzində
596
Beytin farscası:
Əgər doşmən keşəd sağər və gər dust
Be taqe-əbruye-mərdaneye-ust.
597
Beytin farscası:
Şaer ke bexake-rəh bərabər şode bud,
Bərdaşti-yo be zər bərabər kərdi.
864
zarafatyana şerlər yazan Mövlana Həsən Vəhməddin Qum vəziri
üçün yazdığı bir qitəsinin bir beytində belə demişdir:
Şer
Həsəne-Vəhme-din, bu müflis kəs,
Şahı da zərlə öldürər, Şəni.
598
Amma, [əlbəttə] onun bu şeri padşaha ərz olunmadı.
İri bədənli və uca boylu adam olan Mövlana Əczi Təbrizi
qəzəl deməkdə özünü bənzərsiz şair sayırdı. O, iki-üç aşiqanə beyt
yazıb, Mövlana Əli Rza Xosnevisin vasitəsilə bir neçə gün hümayun
məclisə ayaq açdı. O, zarafatla, lakin ədəbsiz sözlərlə (gostaxane)
yazdığı misralarını ürək edib məclisdə oxuyurdu. Buna görə də,
[mövlana] izzət büsatından uzaqlaşdırıldı və şah məclisinə gəlmək
səadətindən məhrum oldu. Bir gün Qəzvin tövləsi meydanında
Mövlana Şəniyə zər verilməsi barədə söhbət düşdü. Mövlana Əczi
ədəbsizcəsinə dedi: "Niyə elə padşah iltifatı mənə nəsib olmur?".
Əlahəzrət zilləllah şah zarafatla (motayebe) buyurdu: "Biz tövlədə
olduğumuz üçün, əgər məsləhət görülsə sizi peyinlə (sərgin)
mükafatlandırarıq". Müqəddəs məclisdə olanlar gülüşdülər və bu
mükalimə uzun müddət dillər əzbəri oldu. Söz düzəldən şairlər və
hazırcavab (noktepərdaz) zarafatcıl adamlar bu söhbəti bəzəyərək
məclislərdə hallandırdılar, bundan sonra Mövlana Şənidən əl çəkildi
və Mövlana Əczidən danışmağa başladılar.
İSGƏNDƏR ŞANLI NƏVVABIN BAŞINA GƏLƏN
QAÇILMAZ HADİSƏNİN ZİKRİ
Bu il, hümayun yürüş Əsfərayinə tərəf başladıqda hümayun
Qəzvin dövlətxanasında İsgəndər şanlı nəvvab xəstələndi və xəstəlik
ishala səbəb oldu. Əcəl gəlib yetişdiyi üçün təbiblərin (hokəma)
müalicələrinin faydası olmadı və o, mərhəmətli (ğəfur) Allahın
rəhmətinə qovuşdu, təzimə layiq pak İmamzadə Hüseyn astanasında
dəfn olundu. Oradansa onun vücudu ətəbate-aliyyata, yəni
598
Beytin farscası:
Həsəne-Vəhme-din, çenin mofles
Padşəh mikoşəd bezər, Şəni.
865
müqəddəs şəxslərin məzargahına [İraqda yerləşən imamların
məzarlarının yanına -Ş.F.] aparıldı. Biz Allaha məxsusuq və ona da
qayıdacağıq.
599
Şer
Yüz il də yaşasan, bircə gün də şən,
Bu xoş mülkdən gərək çıxıb gedəsən.
600
O ali moqamlı padşahın layiqli vəsfi barədə birinci
dəftərdə bir qədər yazıldığı üçün bu məqamda ənbər qoxyan qələm
sözdən qaldı.
HİCRİ TARİXLƏ TÜRKİCƏ MEYMUN İLİNİN - MİN
BEŞİNCİ İLİN (MİLADİ 1596/97), ƏLAHƏZRƏT HÜMAYUN
ŞAHIN SƏADƏTLİ CÜLUSUNUN HÜMAYUN FALLI
ONUNCU İLİNİN BAŞLANMASI
Bu il də oldu novruz ərzə sultan,
Ətirləndi çəmən gül çoxluğundan.
Bahar naz ilə bir də gəldi-yetdi,
Qışın zülmü yenə yan oldu-getdi.
Bu il də tapdı bağ-bostan təravət
Və gülləndi, çiçəkləndi təbiət.
601
Bu xoşbəxt ilin aləmi bəzəyən novruzu rəcəb ayının iyirmi
birinə (10 mart), düşənbə gününə təsadüf etdi, ürəkaçan bahar
qocalan və cavanları sevindirdi, təzə gəlinlər gəzintiyə çıxdılar, işrət
və şadkamlıq məclislərini bəzədilər. Ətirli güllərin (rəyahin)
599
İfadənin ərəbcəsi: "innənə li-l-ləhi və innənə ileyhi raciunə".
600
Beytin farscası:
Əgər səd sal mani və-z yeki ruz,
Bebayəd rəft əz in kaxe-deləfruz.
601
Beytlərin farscası:
Ço şod novruz soltane-gitiaray,
Çəmən şod əz rəyahin ənbərasay.
Bəhare-aləmara çilvəgər gəşt,
Əsase-zolme-dey zir-o zəbər gəşt.
Təravət yaft əz nov bağ-o bostan,
Şod əz lotfe-həva aləm golestan.
866
üzərindən bahar nəsimi əsməyə başladı, bir küncə qapılıb-qalmış
ürəyisınıq adamlar cahan gülşənlərində bülbüllər kimi nəğmə
oxumağa başladılar.
Əlahəzrət
zilləllah
şah
əvvəlki
kimi,
Qəzvin
darüssəltənəsinin Çehelsütun qəsrində novruz bayramı şənliyinə
başlayıb malikanə və xosrovanə məclis bəzədi, bir neçə gününü yeni
ilin mübarəkbadlığı və zəfərli novruzun qədəmini o bayram eyş-
işrətinə sərf etdi. Şənlik əyyamı bitdikdən sonra onun hümayun
ürəyində Gilanın və Qızılağacın seyirinə getmək və şikarla məşğul
olmaq istəyi baş qaldırdı, Qəzvin darüssəltənəsindən çıxdı. O,
əvvəlcə Kuhdəm yoluyla Rəştə təşrif gətirdi, sonra isə Fumən və
Kəskər qiymətli şəhriyarın gəliş məkanına çevrildi. Fumənin
Əlyabad adlı yerində, qəribəlikləri və cazibəsi ilə yuxarıda məlumat
verdiyimiz qaban (zəngul) ovuna başladı, sonra Qızılağac o taxt-tac
sahibi üçün məclis bəzədi, bir neçə gününü dərya sahilində keçirtdi.
Seyr və şikardan sonra Ərdəbil darülirşadına təşrif apardı, sultanül-
övliyanın və qiymətli səfəvi şeyxlərinin məzarlarını ziyarət etdi,
sonrasa geri qayıtdı, Qəzvin darüssəltənəsi yenidən o ədalət ayinli
xosrovun iqamət məkanı oldu.
PƏRVƏRDİGARIN KÖMƏYİ İLƏ BEHİŞTNİŞAN
MAZANDARAN VİLAYƏTİNİN FƏTHİ VƏ HƏMİN PAK
VƏ TƏRAVƏTLİ DİYAR HAKİMLİYİNİN FƏRHAD XANA
VERİLMƏSİNİN ZİKRİ
Əlahəzrət zilləllah şahın ana babası Mir Abdulla xanın
övlad və əcdadının irsi mülkü olan Təbəristan vilayəti behişt-nişan
Mazandarandan ibarətdir. Mir Abdullanın əsl-nəsəbi, birinci
səhifənin əvvəlində yazıldığı kimi, Təbəristandan qılıncla çıxıb o
məmləkətin sahibi olan "Mirbozorg" ləqəbli Seyid Qəvaməddinə
çalır. Bu vaxt isə, o uca sülalənin kişi övladından bu irsi mülkü öz
əlində saxlamağa layiq olan adam yox idi. O yaraşıqlı məkan irsən
bu səadətli şəhriyara layiq olduğuna baxmayaraq, Seyid Müzəffər
Mürtəzayi, Əlvənd Div və Məlik Bəhmən Laricani arasında
bölüşdürülmüşdü. Onlardan tez-tez Mirbozorg sülaləsinə qarşı
ədəbsizlik və yedikləri çörəyi unutmaq əlamətləri baş verirdi. Hərəsi
həmin vilayətin bir yerini özünə götürüb, saxtakarlıqla əldə
saxlamaqdaydı. Onlar ali divana ödənilməli olan bac və xəracdan da
hərdən yayınırdılar və onların hərəkətlərindən hiylə, yalan və nifaq
867
əlamətləri büruzə çıxmaqdaydı. [Buna görə də,] o ədalətli şahın
fikrinə həmişə həmin mülkün fəthi və o vilayətin onların əllərindən
çıxarılması gəlirdi. Bu il cahanı bəzəyən şahın fikri o camaatın
saxtakarlıq əllərini həmin irsi mülkdən uzaqlaşdırmağa və oranı
məhrusə məmləkətlərə qatmağa yönəldi. Fərhad xanın xahişinə
görə, Mazandaran vilayətinin idarəsi ona tapşırıldı və o, ləşkər və
qoşun bəzəyib məqsədinə doğru rəvan oldu. Əmirlər və sərdarlara
istimalətnamələr yollayan Fərhad xan onların hamısını elliklə
tabeçiliyə dəvət etdi. Həmin vilayətin əhalisi, xüsusilə başında
özbaşınalıq sevdası olan Seyid Müzəffər qaibanə şəkildə öz
tabeçiliyini bildirirdisə də, amma vəhşi kimi, Fərhad xanın yanına
gəlməkdən yayınır, qətiyyən ram olmurdu. Təkrar yazışma və elçi
gediş-gəlişindən sonra yağlı dilləri olan kəslər görüşə razı oldular,
Seyid Müzəffər və başqa sərdar və əyanlar Fərhad xanın yanına
gəldilər. Xan seyidə çoxlu təzim etdi, ehtiram göstərdisə də, onun
geri qayıtmasına razılıq verməyib, ali saraya getməyini təklif etdi.
Seyid Müzəffər buna bu şərtlə razı oldu ki, qoy Fərhad xan da
onunla birlikdə gedib şahdan onun təqsirinin əfv olunmasını xahiş
etsin, Mazandaran barədə şahın gövhərlər səpən dilindən nə kimi
sözlər çıxarsa, ona da əməl etsinlər. Bu təklifi etməkdən onun
məqsədi, nə yolla olur-olsun, bac və xəracı qəbul etməklə
Mazandaran işlərinə rəng verib, elə özü əvvəlki kimi orada hakim və
hökmran olmaq idi.
Vaxtın tələbinə görə, Fərhad xan onun xahişini qəbul etdi,
seyidi özü ilə götürüb ali saraya gətirdi və seyid Qəzvin
darüssəltənəsində şahın yanında olmaqla şərəfləndi. Əlahəzrət, mülk
və dövlətin mənafeini nəzərə alıb zahirən onun barəsində bəzi xoş
sözlər dedisə də, batinən səfəvi sülaləsi ilə üsyan və küfranda olan
və Mirbozorg ailəsinə qarşı ədəbsizlik edən bu seyidə qarşı şahda
lütfkarlıq yox idi. Seyid Müzəffər Fərhad xanın evində qalırdı. Xain
adam olduğundan bərk qorxu içərisində yaşayırdı. Ona çatdırdılar
ki, zilləllah şahın uca himməti o mülkün bütün ərazisini çör-çöpdən
təmizləmək, oranı özbaşına və saxtakarlıqla ələ keçirən adamlardan
geri almaqdır. Seyid zərurət üzündən hökümətdən məyus olub, bu
qərara gəldi ki, bu dəfə Fərhad xanla Mazandarana gedib, oranın
əhalisini özünə tabe etsin, oradan öz ailəsi və adamları ilə İraqa
getsin, ömrünün qalan hissəsini şahla razılıq şəraitində başa vursun.
Amma [Əlvənd] Divin başında hökmranlıq sevdası elə yer tutmuşdu
ki, ürəyinin sözünü eşidə bilmirdi.
868
Xülasə, [Seyid Müzəffər] şahın xidmətindən mürəxxəs
olub, Fərhad xanla birlikdə Mazandarana rəvan oldu. Cənab xan isə
Mazandaranın başqa vəhşisifət adamlarının ürəklərini ələ almaq
üçün seyidlə banş mövqeyində durdu və o, yenə də xanın yanında
izzətli və möhtərəm adam sayıldı. Onlar Təbəristanın qədim
şəhərlərindən olan və Məlik Bəhmənin əlində qalan Amel şəhərinə
çatdıqda, məlikin mülazim və adamları qalanı möhkəmlədib,
qaladarlıq məqamında durdular. Fərhad xan qalatutma işlərinə
başladı. Lahicanda olan Məlik Bəhmən xasiyyətindəki məkr və
hiyləgərliklə (xədiət) zahirən sədaqət, qulamlıq və itaət nümayiş
etdirdi. O, qala xüsusunda deyirdi ki: "[Onu sizə vermək] ixtiyarım
yoxdur, çünki Amelin inadkar camaatı qızılbaş hakimiyyətini
istəmədiyi üçün qaladarlıq etməkdədirlər". Amma, batinən
müxalifət və üsyan yolunu tutub, əksəriyyəti onun müvazimləri olan
qala əhlini nəvazişləndirir, onları qaladarlıqda mərdanə olmağa və
qızılbaşların buraya gəlmələrinə yol verməməyə rəğbətləndirirdi.
Sözün qısası, Fərhad xanın o qala ayağında dayanması
uzun çəkdi. Məlik Bəhmənin adamları, o cümlədən məlikin
mülaziminə çevrilmiş bir neçə təkəli tayfasının adamları
qaladaydılar və qaladarlıqda israr edirdilər. Elə bu vəziyyətdə Seyid
Müzəffər öz ixtilafını zahirə çıxanb Fərhad xanın ordusundan fərar
etdi, öz adamlarının əlindəki Sari vilayətinə getdi, Əzdarə Kələ
qalasının möhkəmlədib orada yerləşdi, ondan ixtilaf və üsyan
əlamətləri görünməyə başladı. Fərhad xanın yanına gəlmiş bir neçə
nəfər Mazandaran böyüyü Seyid Müzəffərə arxalanaraq, hər biri
xandan uzaqlaşıb öz hökümətgahına getdi, onlarla qızılbaş[lar]
arasında gediş-gəliş kəsildi.
Bu hadisələrdən cənab xan qətiyyən qorxub-çəkinmədi,
əvvəlkindən də artıq o qalanı almağa girişdi. O, öz səy və alış-verişi
ilə Amelin vəhşisifət adamarını ehsan və ənamlarla şirnikləndirdi və
nəhayət İlahinin təqdiri və şah iqbalının köməyi ilə həmin qalanı
tutdu, qaladakı fitnəkarları aradan götürdü, Amelə hakim təyin etdi,
başqa mahalları fəth etməyə yollandı. Fərar etmiş olan əzəmətli
adamlar bir-bir gəlib üzrxahlıq etməyə başladılar. Onlarm
üzrxahlığını qəbul edən cənab xan qüdrət və iqtidarla Əzdarə Kələ
qalasının fəthindən sonra Sariyə tərəf yollandı. Bərk qorxuya düşən
Seyid Müzəffər daha özündə qaladarlıq qüdrəti görmədi, iztirab və
qorxuya düşüb dağınıq halda qalanı tərk etdi, cəngəlliyə qaçdı.
Tiryək çəkməkdən pis hala düşmüş Seyid Müzəffər [hər gün] yarım
869
misqal
602
tiryək qəbul edirdi. Bir gün mülazimləri ona həmin tiryəki
çatdıra bilmədilər və seyid meşədə tiryəkin ona çatmaması
səbəbindən iki-üç gecə narahat oldu və buna görə də xəstələndi, bu
vəziyyətdə meşədə qala bilmədi, nəticədə zərurət üzündən olduqca
zəiflədi, bimar oldu və ümidsiz qalıb xanın yanına getdi. Üzərində
qələbə çalmış nəfsani tamahkarlığına görə əldən düşdü, başını
natəvanlıq yatağına qoydu, heç bir müalicə və dava-dərman xeyri
olmadı, onda gün-gündən ishal xəstəliyi şiddətləndi və bu
xəstəlikdən də keçindi. Onun vəfatından sonra Fərhad xanın
adamları Mazandaranda istiqlala nail oldular və oranın əksər
mahallarını zəbt ctdilər. [Scyid Müzəffərin] qardaşı Əlvənd Sultanı
Mazandaranda özünün naibi vəzifəsində qoyan Fərhad xan
əlahəzrətin yanına gəlib məsələni ona ərz etdi.
Amma Səvadkuh hakimi olan Əlvənd Div [qardaşı]
Müzəffərin ölüm xəbərini eşidərək elə zənn etdi ki, onu qəsdən
aradan götürmüşlər, buna görə də qızılbaşlara qarşı etimadını itirdi,
canına bərk qorxu və təşviş düşdü. Fitnəkar və dalaşqan adam olan
Məlik Bəhmən isə Mazandaranı Əlvənd Sultana qarşı qaldırır, fəsad
törədirdi. O istəmirdi ki, Əlvənd Div və Mazandaranın əzəmətli
adamları qızılbaş ləşkəri ilə barışığa gəlsinlər. Başında hakim olmaq
sevdası dolaşan Əlvənd Divə bu istəkdən asanlıqla əl çəkmək
mümkün olmurdu. O, Məlik Bəhmənin təhriki və fəsadı üzündən
heç cür itaətə gələ bilmirdi. Məsələni belə görən şah bildi ki, əgər
Məlik Bəhmən dəf olunmasa, Təbəristan ölkələri bu əbədi əsaslı
dövlət övliyalarının əlinə keçməyəcək, Div öz pislik və fitnə-
fəsadından əl çəkməyəcəkdir. Buna görə də şahın düyünlər açan
məsləhəti belə oldu ki, onu aradan götürsün. Əlahəzrət Fərhad xanı
Məlik Bəhmənin üzərinə yolladı.
FƏRHAD XANIN LAHİCANA GETMƏYİ VƏ MƏLİK
BƏHMƏNİN ZAMAN KEYXOSROVUNUN QÜVVƏSİ İLƏ
ƏLƏ KEÇİRİLMƏYİNİN ZİKRİ
Məlik Bəhmən Məlik Kəyumərsinin oğlu Kavnsun
oğludur. Onun nəslindən olan Kəymərs ibn Bistun Göstəhəm Əmir
Teymur Gurəkanın hakimiyyəti vaxtı bütün Rüstəmdarın valisi və
Nur qalasının kutvalı idi. Kəyumərsin vəfatından sonra Rüstəmdar
602
Təxminən 2,5 qram - Ş.F.
870
vilayəti onun Cahangir və İsgəndər adlı iki oğlu arasında bölündü.
Bir hissəsi Nur və ətrafı, ikinci hissəsi Kəcur və ona tabe olan yerlər
indi Məlik Bəhmənindir və bu yerlər Kəyumərs övladları arasında
bölünmüş ən yaxşı torpaqlardır.
Amma, cənnətməkan şahın dövründə onların əmioğulları
olan üç təbəqəsi hakimliyə və məlikliyə başladı. Nur valisi Məlik
Əziz, Kəcur valisi Məlik Sultan ibn Cahangir və yuxarıda adı
çəkilən Lahican valisi Məlik Bəhmən. Lahican qədimdən bəri
Kəcura daxil olan torpaqlardandır ki, Nur və Kəcur məlikləri
haqqında Rüstəmdarın fəthi xüsusda verəcəyimiz məlumatlarda
yazılacaqdır.
Ülka və vilayət baxımından Məlik Bəhmən onlardan kiçik
olmasına baxmayaraq əqlinin çoxluğu, inkişafı, bacarığı və
hakimiyyətinin uzun müddətli olması səbəbindən, həmçinin əzəmət
və sərvətinə (məknət) görə onlardan üstün olmuşdur. Əlahəzrət
zilləlah şahın İraqa yürüşü vaxtı o, cah-cəlalı ordunun istiqbalına
gəlmiş, həmçinin bir-iki dəfə də Lar yaylağında şahın astanasını
öpmək səadətinə çatmaqla səadətlənmiş, öz sədaqətini şaha izhar
etmiş, şəfəqqət və iltifata yetmişdi. Amma, hiyləgər, fitnəkar və
üsyankar adam idi. Hiylə və yalançılıqda tay-tuşlarından baş və
hamıdan irəli idi. Əlahəzrətin dəfələrlə onu sınamasına baxmayaraq
Məlik Bəhmənin sədaqət nəqdi imtahan məhəkində tam əyara malik
ola bilməmişdi. O həmişə Təbəristanda fitnəkarlığa səbəb olmuşdu.
Həmin vilayət adamlarından kimsə dərgaha gedib-gəlirdisə Məlik
Bəhmən o adamla ədavətə başlayır onu sıradan çıxarır (qəl), yaxud
cəzalandırırdı. O cümlədən onunla yaxınlığı olan Məlik
Sultanhüseyn Ləvasani şahın yanına getmiş və ona öz sədaqətini
bildirirmişdi. Məlik Sultanhüseynin qardaşı da şahın mülazimətində
olması ilə sərəfraz olmuşdu. Bunları bilən Məlik Bəhmən inada
düşmüş, Ləvasan qalasına hücuma keçərək Məlik Sultanhüseynin
qardaşını ələ keçirib qətlə yetirmiş, onun nəslindən olan başqa
uşaqları və qadınları Lahicana aparmış, bütün adamlarına qarşı
cürbəcür rüsvayçı hərəkətlər (fəzihət) etmişdi. Elə buna görə də,
tezliklə etdiklərinin bəlasını çəkməli oldu, kimə qarşı nə etmişdisə
elə özünün də başına gəldi.
Əlahəzrət
ardı-ardınca
adam
yollayıb
Məlik
Sultanhüseynin yetim-yesirlərini ondan istəmişdisə də, Məlik
Bəhmən buna əməl etməmiş və onları saraya göndərməmişdi.
Mazandaranın tayfa məlikləri olan adamlarının hərəsi özlərini bir
871
yerə hakim etmişdi. Onlar Məlik Bəhməni, özlərinə yaxın olduğu
üçün, öz hakimləri etmiş, Təbəristanın məşhur şəhərlərindən və
onun ülkasına yaxın olan Amel vilayətini ona vermişdilər.
Əlahəzrətin öz himmət kəməndini irsi mülk olan Mazandaranın fəth
zirvəsinə atdığı bu vaxtlarda Məlik Bəhmən Amelə olan
tamahkarlığı səbəbindən əql və səvab yolundan çıxmış, yuxarıda
deyildiyi kimi, gündən-günə ömrü çoxalan (ruzəfzun) bu dövlətin
övliyaları ilə məkr və hiyləgərliklə rəftar etmiş, ondan nifaq xislətli
əməllər baş vermişdi. Buna görə də, şahanə qəzəb tonqalı daha da
şölələndi və Məlik Bəhmən öz irsi mülkünü də Amelə olan xam
tamahına qurban verdi.
Şer
İstədi şəkərə bata çörəyi,
Dilədi bal-şəkər ola yeməyi.
Amma ki, qarışdı işinə rüzgar,
Məkriylə hiyləsi etdi onu zar.
Dövləti, iqbalı ondan yan durdu,
Fələk əməlini cəzalandırdı.
Onun xam tamah və bəxtinə rəğmən
Bişmiş çörəyi də çıxdı əlindən.
603
Xülasə, onun sürtülmüş qəlbi (zərəndud), yəni nifaqlı və
yalançı sözlərlə dolu ürəyi şahın hümayun parlaq istək məhək daşı
müqabilində az əyarlı olduğu üçün, Fərhad xanı onun üstünə
yolladılar.
603
Şerin farscası:
Xast ta nan beşəkkər alayəd,
Bəd əz in şəhd ba şəkər xayəd.
Dəhr əsbabe-dovlətəş pərdaxt,
Aqibət məkr o hiyle karəş saxt.
Dovlət-o bəxt ruy əz-u bərtaft
Ke, cəzaye-əməl ze giti yaft.
Təməe-xam-o bəxte-xofteye-u
Z-u gereftənd nane-poxteye-u.
872
Lahican hakimi Məlik Bəhmənin qətli:
Xan fərmana əməl edərək Lahicana yollandı, qalatutma
ləvazimatı hazırlamağa başladı. Ali dərgahdan da topçular və
tüfəngçilər göndərildi, qaladöyən topları sıra ilə düzdülər. Onlar
qalanı tutmağa və mühasirəyə düşənlərə cidd-cəhdlə təzyiq
göstərməyə başladılar. Lahican əskərlərinə başçılıq edən bir əmirin
adamları Fərhad xanla əlbir olub, savaşda tərəddüd etməyə
başladılar. Onlara etimadını itirən Məlik Bəhmən onların Əmir
Vərdan adlı ağsaqqalını tutub, [əvvəlcə] quyuya saldı, sonrasa qətlə
yetirdi. Buna görə də, əmirin tayfasının üzvləri Məlik Bəhmənə
qarşı müxalifətə başladılar və qalanın məxfi keçid yerlərini
axtarmağa başladılar. Tezliklə qala divarının aşağı hissəsinə
seybələr gətirildi. Qəmginləşən Məlik Bəhmən itaəti izhar etdi.
Məliki şahın inayətinə həvəsləndirən Fərhad xan onunla görüşmək
istədi. Əhd-peymandan sonra qaladan çıxan Məlik Bəhmən ona xas
hiyləgərlik və yağlı dillərlə qızılbaşların şərini özündən
uzaqlaşdırmaq diləyib, dünya barədə sözlər danışdı və heç vaxt əməl
etməyəcəyi vədlər verməklə qızılbaşları qala ayağından qaytarmaq
fikrinə düşdü, Fərhad xanın qalaya gəlməsini və ona mehman
olmasını təklif etdi, amma Fərhad xan buna razı olmadı. O, tora
düşmüş ovu tordan buraxmaq istəmədi, ona ali dərgaha getməyi və
şahın mülazimətinə yetməyi təklif etdi. Qaladan çölə çıxmağından
peşman və qəmgin olan Məlik Bəhmən sözü keçmədiyi üçün
istər-istəməz şahın yanına getməyə razılıq bildirdi. Fərhad xan
zəmanəyə uyğun hərəkət edərək, qalanı yenə də onun adamlarının
ixtiyarına verib, onları qalada saxladı, məliki isə özü ilə götürüb ali
saraya gətirdi, İsfahan darüssəltənəsindəki behişt ayinli şah
məclislərində toplaşmış hər tərəfdən gələn adamların yanında onu
şahın xoşbəxt nəzərinə çatdırdı. Əlahəzrət şah məliklə məzəmmət
(etab) və danlaq (sərzəneş) diliylə danışığa başlayıb bu əbədi ömürlü
dövlətə qarşı etdiyi qüsur və xəyanətlərini bir-bir saydı. Öz xəcalət
və peşmançılıq başını aşağı salıb şahı dinləyən Məlik Bəhmən onun
qəzəb və məzəmmət şöləsinin alovlanmağını (əfruxtegi) görmək
əlini həyatdan üzdü.
Amma əlahəzrət, Fərhad xanın Məlik Bəhmənə söz verdiyi
kimi, onun işini hələlik bitirmədi və məlik bir neçə gün xanın evində
qaldı. Min altıncı (miladi 1597/98) toyuq (təxaquy) ilində cah-cəlal
ordusu İsfahandan Qəzvinə qayıdanda isə, şah məliki dövlətxananın
873
təzə binasına tələb etdi, söhbət və məzəmmət vaxtı onu Məlik
Sultanhüseyn Ləvasaniyə verdi ki, qardaşının qan qisası kimi qətlə
yetirsin. O da məlikin işini bilirdi. Məlikin övladlarının vəziyyətləri
və onun qalasının fəthi barədə gələcəkdə yazılacaqdır, inşallah.
Dostları ilə paylaş: |