AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


QıZILBAŞ ƏMİRLƏRİNİN TƏBRİZİN ƏRĞƏND ADLI



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə79/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   75   76   77   78   79   80   81   82   ...   96

QıZILBAŞ ƏMİRLƏRİNİN TƏBRİZİN ƏRĞƏND ADLI 

YERİNDƏ YETİM SULTAN ÖZBƏK VƏ ONUN 

QARDAŞLARIİLƏ ETDİYİ HƏRBİN ZİKRİ VƏ 

QIZILBAŞLARIN MƏĞLUB OLMALARI 

 

Məlum olmayan  (mezmar) hadisələri  yazmaq  meydanında 



gərdiş  edən  müşk  qoxulu  qələm  sirr  səhifəsini  belə  yazmışdı:  Öz 

günahkar  əməllərinə  görə  şahın  diqqətindən  və  şahənşahlıq 

inayətindən mərhum olan bəzi Xorasan əmirləri, xüsusən Süleyman 

Xəlifə  Türkman  və  Sultanəli  Xəlifə  Şamlı  eşidəndə  ki,  Rüstəm 

Mirzə öz böyük qardaşı Müzəffər Hüseyn Mirzə ilə hərb etmiş, ona 

qalib  gəlmiş  və  Qəndəharda  səltənət  bayrağını  ucaldaraq,  özü-

özünün  sədaqət  və  etiqadını  gücsüzlük  əli  ilə  yox  etmişdir,  dərhal 

mürşide-kamildən  üz  çevirib  ona  (Rüstəm  Mirzəyə  -  Ş.F.)  meyl 

etdilər.  Sultanəli  Xəlifə  özbaşınalıq  edib,  şahın  hökmüylə  Əliqulu 

xan  Ustaclıya  verilən Qayin ülkasına  getdi, cəng  etdi  və onu qətlə 

yetirdi,  saxtakarlıqla  Qayin  ülkasını  tutub,  Rüstəm  Mirzəyə 

tərəfdarlığını  izhar  etdi.  Bundan  əvvəl  söylənilmişdi  ki,  Süleyman 

                                                           

582


 İfadənin ərəbcəsi: "əl-uhdətu alə-r-ruvat". 

824 

 

Xəlifə  öz  adamlarıyla  Qəndəhar  və  Zəmindavərə  tərəf  yollandılar. 



Qızılbaş əyanlarından isə özbəklərin törətdikləri həyəcan  (aşub)  və 

fitnəkarlıqdan  vəziyyətləri  pisləşən  İslam  bəy  Şamlı  və  hər 

təbəqədən olan başqa Xorasan camaatı əmirlərin getmələrindən agah 

olub  Rüstəm  Mirzənin  yanında  əminlik  olacağını  düşündülər,  o 

tərəfə üz tutdular. Mirzənin ətrafında çox adam toplaşdı. Amma hələ 

onlar  gedənədək  qardaşlar  arasında  sülh  yarandı  və  Qəndəhar 

əvvəllər  olduğu  kimi  Müzəffər  Hüseyn  Mirzəyə  verildi.  [Buna 

baxmayaraq] Zəmindavərdən başqa onun əlində heç bir vilayət yox 

idi.  Adları  çəkilən  əmirlər  isə  onu  Xorasan  səltənəlini  ələ  keçirib 

oraya  gəlməyə  rəğbətləndirirdilər.  O,  əfşar  camaatının  xahişi  ilə 

Fəraha  gədi  və  oradan  Sistana  yürüş  etdisə  də,  yuxarıda  onun  və 

qardaşının  barəsində  yazılacağı  kimi,  onun  işləri  yoluna  düşmədi, 

Xorasandan  qayıtdı  və  ətrafına  yığışan  adamlar  məyus  oldular. 

Nəhayət  Süleyman  Xəlifə  Xorasan  əyanlarının  adına  məktublar  və 

nəvazişnamələr yazıb, hərəni bir vilayətə hakim təyin etdi, Xorasana 

üz tutaraq, özü isə ülkası olan Tun və Cənabəd vilayətinə yollandı. 

Sultanəli  Xəlifə  Şamlı  artıq  Qayini  tutmuşdu.  Onların  Xorasanda 

qalmış  qədim  mülazimləri  və  qızılbaş  təbəqəsinin  çox  hissəsi  də 

gəlib onun ətrafına yığıldı və onların hər biri özünə qoşun düzəltdi. 

Ali  hümayun  fərmanla  Təbəs  hakimi  olmuş  Mustafa  xanı  yanına 

çağırdı, indiyədək özbəklər tərəfindən hələ tam surətdə tutulmayan 

və  yerli  əhali  və  əyanlar  tərəfindən  idarə  olunan  bəzi  Xorasan 

mahallarını  ələ  keçirməkdən  ötrü  hərəkətə  başlayıb  Tərşizə  gəldi. 

Orada şamlı, ustaclı, türkman, qacar  və Qubad xanın övladlarından 

ibarət  dörd  min  nəfərədək  adam  toplaşdı.  [Həmçinin]  onun 

köməyinə  kəmər  bağlayan  və  qızılbaşların  tərəfdarı  olan  Xorasan 

əhalisi  də  gəlib-yetişdi,  birlikdə  Tərşirin  Kərat  qalasına  getdilər, 

orada  Seyid  Məhəmməd  Sultan  Özbəki  mühasirə  etdilər.  Qırx  gün 

keçdikdən sonra əhd-peyman bağlayıb onu qaladan çıxardılarsa da, 

əhdlərinə  vəfa  etməyərək  arxasınca  gedib,  bir  çox  adamını  qətlə 

yetirdilər.  Onun  (Seyid  Məhəmməd  Sultan  Özbəkin  -  Ş.F.)  özü  isə 

həmin  mərəkədən  sağ-salamat  qurtulub,  Abdulla  xanın  əmri  ilə 

Xorasanda olan Yetim Sultana və qardaşlarına qoşuldu. Əmirlər isə 

oradan  çıxıb  Mir    Məhəmməd  Qasim  Ərğəndinin  əlindəki  Ərğənd 

qalasını  tutmaqdan  ötrü  hərəkətə  başladılar.  Bu  əhvalatdan  xəbər 

tutan Yetim Sultan və qardaşları onları dəf etmək məqsədilə, Herat 

hakimi  Mir  Qulbaba  Kukəltaşdan  da  kömək  alaraq,  qalın  qoşunla 


825 

 

qızılbaşlara  hücum  etdilər.  Vəziyyətin  belə  halda  olmasına 



baxmayaraq qızılbaşlar yenə də bir-birləri ilə nifaq etməkdəydilər. 

 

Təbrizin Ərğəndində qızılbaşların  



özbək döyüşçüləri ilə müharibəsi: 

 

Onlar   özbək   tayfasının   canavar kimi   tamah   dişlərini   



itilədikləri məmləkətin hər ülkasını utmaqdan ötrü pusquda  durmuş 

və bu barədə danışıq aparmaqdaydılar. 

Xülasə,  elə  ki,  özbəklərin  gəlişindən  agah  oldular,  Yetim 

Sultanın  əskərlərinin  sayının  iki  min  nəfərdən  artıq  olmadığını 

güman  etdilər.  [Buna  görə  də]  hamı  hərbə  ürək  bağlayaraq,  özbək 

döyüşçülərinə  hücuma  keçdilər.  Tərşizin  Ərğəndində  tərəflər 

qarşılaşdılar  və  döyüş  səflərini  bəzəməyə  başladılar.  Özbək 

bahadırları igidliklə döyüş meydanına qədəm basdılar və hərb atəşi 

şölələndi. Qızılbaş ləşkərinin çərxçiləri özbəklərin hücumlarına tab 

edə  bilmədilər.  Sol  qol  ləşkəri  hələ  cəng  etdikləri  halda,  sağ  qol 

məğlub  oldu  və  (özbəklər)  özlərini  [hər  iki]  qola  vurdular.  Qol 

əskərlərinə hədsiz qorxu üz verdi və onlar zəiflik göstərərək müdafiə 

oluna bilmədilər, ixtiyarsız məğlub olub qaçış yoluna düşdülər. 

 

Qızılbaş ləşkərinin sərdarı Süleyman Xəlifənin öldürülməyi: 

 

Sol  qolun  döyüşçüləri  sağ  qolun  məğlubiyyətindən 



xəbərdar olduqda, onların da səbat və qərar ayaqları sustaldı,  cəng   

etmək    və    müdafiə  olunmaq  fürsəti  tapmayaraq  fərar  etdilər. 

Ləşkərin sərdarı olan iri cüssəli Süleyman Xəlifə də qaçmaqda ikən 

meydanın  kənarında  atdan  yıxıldı  və  özbəklərin  əlinə  keçdi,  qətl 

olundu.  Sultanəli  Xəlifə  [isə]  meydandan  çıxıb  Qayinə  gəldisə  də, 

özbəklərin qorxusundan orada dayana bilmədi. Onun ağrəqi (ağruq) 

Təbəs  vilayətində olduğundan, az  miqdar adamla Qayindən  Təbəsə 

getmək istədi, [amma] yolda bir dəstə özbək döyüşçüsü ona çatdı və 

Aviz kəndinin qalasında onların arasında cəng oldu, Sultanəli Xəlifə 

məğlubiyyətə  uğrayaraq  qətlə  yetişdi.  Həmin  döyüş  meydanında 

döyüşənlərdən  biri  olan  Şahbudaq  Sultan  Türkman  meydandan 

çıxaraq, heç bir yerdə dayanmadan Təbəs yoluyla Yəzd darülibadına 

gəldi.  Xorasanda  ondan  bir  neçə  xilaf  əməl  baş  verdiyindən,  o, 

əlahəzrət  zilləllah  şahdan  qorxurdu,  buna  görə  də  Yəzddə  dayana 



826 

 

bilmədi, özbəklərin  yanına getmək  məqsədilə yenidən Xorasana üz 



tutdu, yolda özbək döyüşçülərinə gəlib çatdı. 

Mərəkədə  Mehdiqulu  Sultan  Fənadəmli  Ustaclı  və 

Süleyman  Xəlifənin  qardaşı  Məhəmməd  Sultan  qətl  olundular, 

Əliqulu  Sultan  Asayişoğlu  məğlubiyyətdən  sonra  Hindistana  tərəf 

getdi,  Mustafa  xan  [isə]  öz  adamlarının  əksəriyyəti  ilə  sağ-salamat 

Təbəsə çatdı. 

 

Mustafa xanın Yetim Sultan Özbəkin əmriylə öldürülməyi: 

 

Amma, o, Təbəsdə olduğu və o sərhədi qoruduğu bir qədər 



vaxtdan  sonra  Tuna  getdi.  Həmin  sərhəd  yerlərində  əl-ayaq  atdığı 

üçün  özbəklər  onunla  haqq-hesablaşmaq  istəyirdilər.  Onun  Tunda 

olduğunu  eşidən  Yetim  Sultan  dörd  min  nəfər  özbəklə  hücuma 

keçdi. O, şəhrbənddə idi və özü ilə tüfəngli Xorasan bənduqçiləri də 

vardı. Özbək ləşkərinin münqəlayı Mustafa xanı şəhrbənddən eşiyə 

çıxarmaq  istədi,  amma  şəhər  hüdudundan  fərar  edərək  geri  

qayıtdılar. Özbək  sərdarının  başçılıq etdiyi  ləşkərin kəmiyyət  və 

keyfiyyətindən  xəbərdar  olan  Mustafa  xan,  münqəlayın  geri 

dönməsindən  ürəkləndi,  onların  arxasınca  şəhrbənddən  çıxdı. 

Özbəklər  geri  qayıdaraq  cəngə  başladılar.  Yanında  az  miqdar 

döyüşçüsü  olan  Mustafa  xan  mərdanəliklə  sinə  gərib,  düşmənlə 

hərbə girişdi, amma Yetim Sultan ordusu mütəşəkkil halda döyüşdə 

göründü.  Xülasə,  Mustafa  xan  hərb  dəryasında  batmağa  başladı, 

özbəklərin  əlinə  keçdi  və  Yetim  Sultanın  əmri  ilə  qətl  olundu. 

Yuxarıda  yazıldığı  kimi,  bu  mərəkədə  qızılbaşların  çoxu,  o  əhd-

peymanı  pozan  və  xainlik  edən  düşmənlər  tərəfindən  ədəm  yoluna 

qədəm basdılar. 

Elə ki, bu xəbər Qəzvin darüssəltənəsində padşaha yetişdi, 

qızılbaşların  döyüşə  iznsiz  başlamaları  bəyənilmədi.  Qızılbaşlar, 

həqiqətən də, öz günahlarına görə özbəklərə giriftar olaraq qeybdən 

gələn döyüşçülər tərəfindən öz cəzalarına çatdılar. 

Amma,  əlahəzrət  şah  mərd,  igid  və  sadiq  adam  olan 

Mustafa  xanın  qəziyyəsindən,  onun  həmin  cəngdə  mərdanəlik  və 

qeyrətlə qızılbaşlara yoldaşlıq edərək məhv olmasından təəssüfləndi, 

Təbəs  əyalətini  ali  dərgahda  olan  qohumu  Teymur  Sultan 

Kəngərliyə  verdi  və  onu  oraya  yolladı.  Amma,  özbəklərin  o 

sərhədlərdə  əliuzunluq  etmələrinə  görə,  Teymur  Sultan  həmin 

yerləri əlinə keçirə bilmədi. [Buna görə də,] əlahəzrət Təbəs ülkasını 



827 

 

ikinci  dəfə,  mərdanə,  ağıllı  və  təcrübəli  adam  olan  Söhrab  xan 



Qacara  verdi,  oraya  göndərdi.  O  Xorasanın  fəthinədək  o  sərhədi 

lazım  olduğu  kimi  qorudu  və  elə  igidliklər  göstərdi  ki,  bu  haqda 

gələcəkdə  qələmə  alınacaqdır.  Bu  sətirlər  müəllifi  yazılan  bu 

hadisələri o mərəkə iştirakçılarından (həzzar) eşitmiş və yazmışdır. 

Bu il, cənnətməkan şahın möhtərəm hərəmi, İsgəndər şanlı 

nəvvabın  və  İsmayıl  Mirzənin  anası,  eləcə  də  Musa  Sultan 

Mosullunun bacısı olan Sultan Xanım* ki, əlahəzrət zilləllah şah o 

nənəyə (cədde) ehtiram edir və onunla nəzakətlə davranırdı, Qəzvin 

dövlətxanasında xəstələndi  və bəqa aləminə  yollandı. Şərafətli yaşı 

yetmişi keçmiş və həştad yaş mərhələsinə daxil olmuşdu ki, üqbanı 

seçdi. Xeyrxah, abid, zahid və aqil bir qadın idi. Cənnətməkan şahın 

həyatının  sonlarında  Həcc  ziyarətinə  getdi.  İnşa  etdiyi  yer: 

Möhtərəm  fərzəndi  Sultan  Məhəmməd  padşahın  hakimiyyəti  vaxtı 

bina  etdiyi  və  Qəzvinin  yaxınlığında  olan  Xoşkrud  karvansarayıdır 

(robat) ki, onu tamamlamağa müvəffəq oldu. 

 

HİCRİ TARİXLƏ SƏADƏT AMALLl AT İLİNƏ BƏRABƏR 



OLAN XOŞBƏXT AMALLI MİN ÜÇÜNCÜ İLDƏ (MİLADİ 

1594/95), ƏLAHƏZRƏT ZİLLƏLLAH HÜMAYUN ŞAHIN 

CÜLUSUNUN SƏKKİZİNCİ İLİNDƏ BAŞ VERMİŞ 

HADİSƏLƏR 

 

Məclis bəzədi aləmə dövran yenə də,  



Novruz çəməni etdi gülüstan yenə də.

583


 

 

Qış  fəsli  qurtardığından  cahanın  solğunluğu  (əfsordegi) 



şadimanlıqla əvəz olundu. 

 

Şer 



 

Göylər üzü şəffaf olandan bəri,  

Şənliyi artırdı bahar yelləri.

584 


                                                           

583


 Beytin farscası: 

Əyyam degər əncümənəfruzi kərd,  

Soltane-cəmən celveye-novruzi kərd.  

584


 Şerin farscası: 

Ruye-həva ləxləxeamiz şod,  

Bade-bəhari tərəbəngiz şod. 


828 

 

 



Həqiqətən  də  bahar  fəslində  havasının  xoş,  gül-çiçəyinin 

bol  olmasına  görə  başqa  məmləkətlərdən  seçilən  Gilanda  seyr  və 

şikarla məşğul olmaq meyli əlahəzrət zilləlah şahda baş qaldırdı və 

belə  bir  fikirlə  səltənət  paytaxtından  çıxdı,  atının  cilovunu  o  tərəfə 

istiqamətləndirdi.  O  vaxtlarda  Gilan  hakimi  olan  Fərhad  xan  şahı 

orada  qarşılamaq  və  ziyafət  tədarükü  görməkdən  ötrü  izn  alaraq 

ondan  əvvəl  yola  rəvan  oldu.  Tarom  ülkasına  çatan  əlahəzrət  dağ 

ətəyində  yerləşən,  evləri  bir-birinə  bitişən,  kəndləri  bağlarla 

əhatələnən,  dağının  çeşməsindən  saf  çeşmələr  axıb  bir  yerdə  çari 

olan  belə  bir  bahar  fəslində  bağlarının  hər  qarışı  cənnət  bağından 

xəbər  verən  Tarom  vilayətinin  Məncil  və  Xəzrəvil  (?)  adlı 

kəndlərində  dayanıb  eyş-işrət  büsatı  qurdu,  səhərdən  axşamacan 

onun  behişt  ayinli  məclisi  İrəm  məclisinin  munisləri  ilə  bəzəndi, 

Zöhrə  çöhrəli    saqilər  əllərdə  şərab  camları  gəzdirməyə  başladılar, 

nuşanuş  sədaları  atlasla  bəzənmiş  asiman  (fələk)  sakinlərinin 

qulaqlarına gedib çatdı. Xoş ahəngli çalğıçılar və mahir müğənnilər 

bir  ləhzə  belə  öz  oxuyub-çalmaqlarından  qalmadılar.  Həmçinin  o 

zaman  müzəffər  orduda  olan  bütün  adamlar,  istər  yaxın  olsun, 

istərsə də ağa, ya qulam, müdam içki içməklə məşğul məiyyətin və 

həmin  bir  neçə  gün  ərzində  şadyanalıq  etdilər.  Sonra  əzəmətli 

bayraqlar  qaldırıldı  və  Gilanın  Kuhdəm  ülkası  cahan  şəhriyarının 

atının  dırnaqları  ilə  ətirləndi,  Fərhad  xan  Gilan  əhalisi  ilə  birlikdə 

şahın istiqbalına çıxdı və xoşbəxt fallı bu ilin novruz  axşamlarında 

gəlib  Kuhdəm  yurdunda  hümayun  məiyyətə  çaldı,  Gilan  əhalisi 

şahın  ayağı  altındakı  torpağı  öpməklə  şərəfləndi  və  onun  iltifat 

nəzərinə  layiq  görüldü.  Kuhdəm  valisi  Hüseyn  xan  onunla 

görüşməklə  şərəfləndi,  imkanı  müqabilində  öz  xidməti  vəzifəsini 

icra  etdi,  müzəffər  əskərlərə  çoxlu  savəri*  verildi.  Ertəsi  gün, 

ulduzlar  padşahının  Hüt  ətəyindən  ümid  əlini  üzüb  həməlin 

boynundan asdığı gün əlahəzrət öz cahanı ayaqlayan (gərdünxoram) 

atını  Gukə  ülkasına  tərəf  yönəltdi  və  oradan  sonra  cənnətnişan 

Lahicana  gəldi,  hümayun  ordunun  qədəmləri  cənnət  bağının 

həsədinə səbəb oldu. O diyarın bütün əhalisi əlahəzrətin cahangəzən 

atının  tozundan  işıqlandı  və  onların  gözləri  açıldı.  Fərhad  xan  öz 

peşkəş təqdim etmək vəzifəsini icra etdi, o həzrətin bütün əmələləri, 

dövlət  başçıları  və  əyanlarına  ziyafət  verdi.  Amma,  Fərhad  xanın 

xahişi  ilə  əlahəzrət  tərəfindən  yenidən  vəzifəyə  təyin  edilmiş 

Biyəpəs  Gilanının  hakimi  Əlixan  səadətli  məiyyətin  təşrif 



829 

 

gətirməyindən  əvvəl  özünə  xas  keçmiş  üsyankarlığına  başladı, 



Fərhad  xanla  bağladığı  əhd-peyman  şərtlərini  pozdu,  Gilan 

avaralarından  ibarət  böyük  bir  dəstə  yaratdı  ki,  onun  bu  hərəkəti 

anlaşma və qayda-qanundan uzaq olan bir qədəm idi. Buna görə də, 

ondan  bac  və  xərac  almaq  üçün  göndərilən  mühəssillər  öz 

məqsədlərinə çatmadan geri döndülər. 

 

Gilan əhalisinin cəzalandırılması: 

 

Müzəffər  məiyyətin  gəlişindən  sonra  [gilanlılar]  özlərinin 



əvvəlki  hərəkətlərini  təkrar  etdilər,  tikanları  elə  özlərinə  əngəl 

törətdi  (daməndir)  ki,  onlar  əlahəzrətin  tərbiyət  haqqını  unudub 

səadət  yuvası  olan  şah  astanasından  üz  döndərdilər,  onlara  şərəf 

gətirən  əlöpmə  mərasiminə  gəlmədilər.  Kəskərdə  də,  Əmir 

Səyavuşun  qardaşı  Əmirə  Müzəffər  üsyana  başladı,  tüğyan 

meydanına  atıldı.  Buna  görə  də  şahanə  cəza  (siyasət)  burulğanı 

dalğalandı,  o  zaman  orada  olan  və  zəfər  ayəli  bayrağın  kölgəsi 

altında toplaşan bütün müzəffər əskərlər onun dəfinə yollandılar. Əli 

xanın xilas olunub vəzifəyə gətirilməsinə səbəbkar olan Fərhad xan 

bu vaxt xahiş etdi ki, həmin bəxti dönmüşün və haqqtanımazın dəfi 

üçün bü iş ona həvalə olunsun. Onun xahişi qəbul olundu və Fərhad 

xan  müzəffər  ləşkərin  sərkərdəsi  təyin  edilərək,  o  tərəfə  yollandı. 

Əmrə  görə  İsfahandan gələn  min nəfər piyada tüfəngçi ona yardım 

etməyə  təhkim  olundu.  Hökmə  görə  həmin  piyadalara  qaçaqların 

söhbət yasovulu Əlpan bəyin  məsləhətindən çıxmamaq tapşırıldı və 

qiymətli hökm belə olundu ki, Azərbaycan əmirülümərası  Zülqədər 

xan  Qaramanlı  o  vilayətin  bütün  çərxçiləri  ilə  birgə  Astara  və 

Təvaleş  yoluyla  hərəkət  etsinlər,  əvvəlcə  Kəskər  ülkasını  həmin 

üsyançıların  natəmiz  vücudlarından  təmizləsinlər  və  müxalifət 

yolunu bağlasınlar, Əmir Səyavuşun qardaşı Əmirə Müzəffəri tutub, 

Əli xanın fitnəsinin dəf olunmasına başlasınlar. Əlahəzrətin özü isə 

Lahican  şəhərində  dayandı,  bahar  fəslini  həmin  vilayətdə  seyr  və 

şikarla  keçirdi.  O,  həmişə  eyş-işrətlə  məşğul  olmaqdaydı.  Gilan 

əhalisindən  Ləstəneşa  hakimi  Mir  Abbas  və  Kuhdəm  hakmi 

Hüseynxan Fərhad xanla birlikdə Biyəpəsə getdilər. Düzgün əqidəli 

və  səmimi  adam  olan  Kiya  Fəridun  şahın  xidmətində  dayanıb  öz 

vəzifəsini  yerinə  yetirməkdəydi.  Hümayun  şahın  könlünə  bir  neçə 

gün  dəryanı  seyr  etmək  və  qaban  (xuk)  ovlamaq  düşdü.  Gilan 

meşəsində bol qaban olan bir  yer  vardır ki,  Gilan hakimləri həmişə 


830 

 

bahar  fəslində  şikar  məqsədiylə  həmin  dağlıq  yerə  gedərək  qaban 



ovlamaqla  məşğul  olurlar  və  belə  ov  "zəngül  şikarı"  adlanır. 

Həqiqətən  də,  qəribə  bir  tamaşadır.  Bu  sətirlərin  müəllifi  ovlaqda 

şahın  yanındaydı.  Mən  müşahidə  etdim  ki,  əlahəzrət  hər  biri  öküz 

böyüklüyündə  olan  on-on  beş  böyük  qabanı  oxla  ovladı.  O  gün  o 

həzrətdən  elə  cəsarət  və  mərdanəlik  göründü  ki,  heç  nəyi  gözdən 

yayındırmayan  adamların  heyrət  barmaqları  təəccüb  dişlərinin 

arasında  qaldı.  Məsələ  belə  baş  vermişdir:  Məlumdur  ki,  Gilan 

adamları  olduqca  dayaz  ağıllı,  qara  fikirli  və  aqibətsiz  adamlardır. 

Onların  qamət  nihalları  zülmət  arxından  dikəlmiş,  gilanlılara  əzəli 

qüdrət süfrəsindən hiylə və bivəfalıqdan başqa heç nə düşməmişdir. 

Mürüvvət  və  insanlıq  onlarda  yoxdur.  Hamısı  fitnəkarlıqla 

məşğuldurlar.  Belə  ki,  əgər  har  hansı  bir  əkinçi  (bərzigər)  ovladı 

müstəqil  sultan  olmaq  niyyəti  ilə  müxalifət  meşəsinə  üz  tutarsa, 

oranın bütün camaatı yubanmadan ona mülazimlik edəcək və elə ilk 

gündən onun ətrafında tərbiyəsiz adamlar toplaşacaqlar. Yaxud, elə 

həmin gün onlar özlərindən bixəbər halda hər hansı asan (səhl) bir 

işin  ardınca  gedərlərsə,  o  aqibətsizlər  dərhal  bir-birlərindən  ayrılıb 

həmin işdən əl çəkməzlər. Lap əgər ertəsi gün də elə bir məsələ baş 

verərsə, onlar  yenə də həmin hərəkəti icra  edərlər. Sabah başlarına 

nə  gələcəklərini  bilsələr  belə  o  adamlar  fəqət  bu  günü  özlərinə 

qənimət sayıb qətiyyən məsələnin aqibətini fikirləşməzlər, bircə gün 

artıq yaşamaqdan ötrü özlərini həlak  meydanına  atmağa hazırdılar. 

Duz-çörək  qazanmaqdan  ötrü  çalışan  iki  dostun  biri  o  birisindən 

şübhələnməkdədir.  O  bədəməl  (bədkerdar)  tayfanın  belə  yersiz 

hərəkətləri elə həmin mülkün suyu və havası ilə həmahəngdir. 

Neçə gündən bir o diyarda bir hakim istiqlaldan dəm vurur. 

Onların  sərdarlarını  əgər  öldürülsələr,  yerbəyerdən  fitnə  və  üsyana 

başlayırlar.  Elə  adamlardan  çəkinmək  bilikli  imamlar  məzhəbinə 

görə olduqca vacibdən də vacib bir əməldir: 

 

Şer 



 

Onların işləri bütün fənadır,  

Onlara inanmaq səhvü xətadır.

585


 

                                                           

585

 Beytin farscası: 



Həme kare-işan sərasər hobast, 

Be qovme-çenin təkye kərdən xətast. 



831 

 

 



Xülasə, 

kamkar 


şəhriyarın 

şikarda 


iştirakının 

hazırlanmasından ötrü belə qərara gəlmişdilər ki, xasiyyətləri barədə 

yuxarıda sizə bir qədər  məlumat verdiyimiz Gilan adamlarından on 

min nəfərə  yaxın adam  gərək həmin dağda cərgə

586 

düzəltsin, şikarı 



hər  iki  tərəfdən  çəpərlənmiş  yerə  qovub,  heyvanların  çıxış  yolunu 

bağlasın, başqa adamlar isə onları qovub dərəyə doldursunlar və ov 

təbillərinin avazı və güllə sədaları altında ov başlansın. 

Yığcam  halda  qeyd  olunsun  ki,  Cəm  məqamlı  həzrət  şah 

Allahın  köməyi  ilə  bir  neçə  saraya  yaxın  adam  və  Gilanın  çoxlu 

böyükləri  və  əhalisi  ilə  şikargaha  gəldi,  gecə  Gilan  sultanlarının 

dayanacaq  yeri  (dəxmə)  olan  və  dağ  ətəyində  yerləşən  Məlat 

adlanan bir yerdə dayandı. 

Orada çoxlu narınc [meyvəsi] yetişir. Həqiqətən də bu yer 

Gilanın gözəl yerlərindəndir. 

Ertəsi gün şikargah Cəm məqamlı padşahın qədəmlərindən 

yaraşıq tapdı. Dərənin ortasına çatan şah əmr etdi ki, tüfəngçilər öz 

işləri  ilə  məşğul  olsunlar.  Qulaqlar  təbil  səsləri  və  tüfəng 

atəşlərindən  kar  oldu,  barıt  tüstüsündən  meşə  qap-qara  qaraldı.  O 

həzrət  ona  böyük  əcdadlarından,  xüsusən  Seyid  Əbrardan  yadigar 

qalan  məharət  və  şücaətlə  o  adamlardan  (gilanlılardan  -  Ş.F.) 

qətiyyən  qorxub-çəkinmədən  orada  gərdiş  etməyə  başladı. 

Baxmayaraq  ki,  ağıllı  adamlar  şahın  bu  hərəkətini  ehtiyatsızlıq 

saydılar,  amma  kamkar  sultanlarının  [bəzən]  ehtiyatlanmamaları 

səltənət karxanəsinə aid olan işlərdən sayılır. 

Amma  ulu  padşah  (Allah-təala  -  Ş.F.)  o  həzrətə  dost  və 

düşmən olan adamların ürəklərində ona qarşı elə hiss yaratmışdı ki, 

onlar onun əleyhinə  yönələn başqa bir fikrə düşə bilməzdilər.  Axı, 

aydındır  ki,  ulduzlar  qoşunu  aləmi  işıqlandıran  günəşə  nə  kimi 

nöqsan  yetirə  bilər?  Axı  aləmlər  Pərvərdigarı  bu  gözəl  xislətli 

padşahın  qayğısına  qalırdı.  Şah  [buna  görə  də,]  rəbbani  himayəyə 

təkyələndi  və  o  adamların  çoxluğundan  qətiyyən  təlaşa  düşmədi. 

Onun belə hərəkətləri həmişə bu kitabda öz əksini tapmışdır: 

 

Şer 

 

Gərçi min düşmən edərsə məni öldürməyə cəhd,  

                                                           

586


 "Cərgə ovu" haqqında yuxanda məlumat verilmişdi - Ş.F. 

832 

 

Sən ki, yarsan, mənə yox qorxu-təlaş düşməndən.



587

 

 



Şah  sonra  dərya  kənarında  iki  nədim*  ilə  bir  gəmiyə 

əyləşdi,  gəminin  sükanını  bir  dəstə  aqibətsiz  güləkin**  əllərinə 

tapşırdı, Sefidrud  çayının o biri sahilinə keçməyə  meyl etdi. Çayın 

qarşı tərəfində isə o kamyab xosrovun yaxın adamlarından heç kəs 

yox idi. Buna baxmayaraq, şah xeyli vaxt çaydan ətrafı seyr etdi və 

nəhayət  onun  yaxınları  və  xüsusi  xidmətçiləri  gələrək  sükanı  gilək 

kəştibanından* aldılar və çayı keçdilər. 

Xülasə,  hümayun  nəvvab  seyr  və  şikar  yeri  olan  dərya 

kənarında  qaldıqdan  sonra  yenidən  Lahicanı  səadətləndirdi  və  ora 

onun  qədəmlərindən  behiştə  döndü.  Bu  hadisələr  baş  verən  vaxt, 

hələ  də  məhbus  olan  Kəskər  valisi  Əmirə  Səyavuşun  etibarlı 

adamlarından biri  Kəskərdən  çıxıb cahanpənah dərgaha  gəldi  və öz 

dövlətxahlığını bildirib şahənşaha dedi: 

"Əmirə  Səyavuş  özünün  həbs  olunması  səbəbini  şaha 

müxalifətində  gördüyü  üçün  öz  qardaş  və  övladlarını  üsyana  təhrik 

edir və qardaşına gizli məktublar yollayır". [Kəskərdən gələn adam] 

o  məktubların  birini  şaha  verdi.  Bu  hərəkətdən  qəzəblənən  şahın 

Əmrə  Səyavuş  xüsusundakı  mülayimləşməkdə  olan  qəzəb  atəşi 

yenidən alovlandı və onun qətlinə fərman verdi. Baxmayaraq ki, bu 

xəbəri  gətirən  şəxs  bu  hərəkəti  öz  dövlətxahlığı  naminə  etmişdi, 

amma, şah özünə xas xislətə sadiq qalaraq,  Gilan əhalisi haqqında 

yuxarıda dediyimiz mülahizələrdən çıxış etdi, bu pak etiqadlı padşah 

Əmirə  Səyavuşun  haqqı  tapdadığına  və  öz  vəlinemətinə  qarşı 

çıxdığına  görə  onun  da  qətlinə  fərman  verdi,  onların  hər  ikisi 

(qardaşlar  Müzəffər  və  Əmirə  Səyavuş  (?)  -  Ş.F.)  eyni  bir  vaxtda 

bir-birinin  gözləri  qarşısında  əcəl  saqisinin  əlindən  fəna  şərbəti 

içdilər,  hər  ikisi  nemətə  ağ  olan  kafərlər  kimi  özlərinin  cəzalarına 

çatdılar. 

Novruzdan  iki  aya  yaxın  vaxt  keçdi.  Hava  istiləşməyə 

başladı.  Qalibiyyətli  ordu  geri  dönməyə  əzm  etdi.  Şah  Gilanın 

böyüklərini,  xüsusiylə  Kiya  Fəridunu  nəvazişləndirdi  və  onu 

qiymətli xələtlər, tac və daş-qaşlarla bəzənmiş kəmərlə sərəfraz etdi, 

dövlət paytaxtına doğru üz tutdu,  vahid  Allaha inanan adamlar  evi 

                                                           

587

 Beytin farscası: 



Hezar doşmənəm ər mikonənd qəsde-həlak  

Gərəm to dusti, əz doşmənəm nədarəm bak. 



833 

 

(movəhhedan) olan Qəzvin o gözəl şəhriyarın qədəmləri ilə yaraşıq 



tapdı. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin