AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə77/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   73   74   75   76   77   78   79   80   ...   96

Misra 

 

Bircə an da hamı şah olsa, qənimətdir ki!

575

 

 



Və  əlahəzrət  həmin  üç  gün  müddətində  özünün  iki-üç 

cilovdarı  və xidmətkarı ilə ata süvar olub səltənət işlərinə qətiyyən 

dəxalət etmədi. 

Mövlana  Yusifi  (Yusif  Tərkeşduz  -  Ş.F.)  at  sürərkən 

Mövlana  Cəlaləddin  Münəccimi  görüb  demişdi:  "Ey  həzrət  molla, 

nə  üçün  mənim  qanımın  tökülməsini  istəyirsən?"  Zarayfatcıl 

adamların  biri  cənab  mövlanaya  (Cəlaləddin  Münəccimə  -  Ş.F.) 

zarafatla belə demişdi: "Padşahlığın əlamətlərindən biri hökmün icra 

olunmasıdır, amma bu süni padşahdan indiyəcən heç bir hökm sadir 

                                                           

575

 Misranın farscası: 



Səltənət gər həme yek ləhze bovəd, moğtənəməst. 

804 

 

olmamışdır.  O,  sizi  öz  [gələcək]  qətlinin  günahkarı  bilir.  O, 



öldürülməzdən  əvvəl  sizin  qətlinizə  fərman  verə  bilər.  Padşahın 

əmri yerinə yetirilməzdən əvvəl gərək siz də iki-üç gün tam ehtiyatlı 

olasınız". Mövlana sadəlövh adam olduğu üçün bərk iztirab keçirdi 

və həmin iki - üç gündə çox narahat oldu. Həkim Roknaye-Kaşi bu 

barədə bir qitə yazmışdı ki, onu burada yeririk: 

 

Beyt 



 

Təkcə sənsən ki, qılıncınla, şəha, islamda  

Yusifi tək neçə bidini müsəlman elədin.  

Yusifi barədə, həm səltənəti haqqında  

İki beyt qitəni yazmağıma imkan elədin.  

Hamı yollandı onun səcdəsinə aləmdə  

Həmin andan ki, onu sən şəhe-İran elədin.  

Deməyib Rəbb ki, edə adəmə şeytan səcdə,  

Amma ki, adəmi sən bəndeyi-şeytin elədin.

576


 

 

Həqiqətən  də  Yusifi  olduqca  şeytansifət  bir  adamdı. 



"Səyatinən nas" ("İnsan şeytanlar") deyimi (kəlam) ona yaraşırdı və 

xarici görünüşündən və batinindən şeytanlıq (şeytənət) zahir idi. 

Xülasə,  üç  gündən  sonra  o,  həyatın  süni  libasından  üryan 

olub,  taxt  üstündən  düşdü,  taxta  üstündə  uzandı.  Baş  verən  bu 

hadisədən  sonra  əlahəzrət  yenidən  hökmranlıq  taxtına  əyləşdi  və 

surət aləmini görən adamların etiqadı  və tədbiri ilə həmin bəla dəf 

olundu.  Amma,  məna  aləminin  tərki-dünya  adamlarının 

(xəlvətgəzinan)  və  batini  aləmlərdən  xəbərdar  olanların  nəzərində 

elə  bir  parıltı  (celve)  göründü  ki,  belə  bəlanın  aradan  götürülməsi 

şəhriyarın iqbal köməyi olmadan mümkün ola bilməzdi. 

 

                                                           



576

 Qitənin farscası: 

Şəha, toyi ke dər eslam tiğe-xunxarət  

Hezar molhed çon "Yusefi" mosəlman kərd.  

Fetad dər deləm əz Yusefi-yo səltənətəş  

Do beyt qete mesali ke şərh nətvan kərd.  

Cəhaniyan həme rəftənd pişe-u besocud,  

Dəmi ke hokme - toəş padşahe-İran kərd. 

Nəkərd səcdeye-adəm be hokme Həqq şeytan,  

Vəli be hokme-to adəm socude-şeytan kərd 

 


805 

 

Şer 



 

O şəxsin ki, Tanrı ola yavəri,  

Daim onun şö lə saçar ülkəri.

577


 

 

Həmişə  böyüklük  iddiasında  olan  Dərviş  Kiçik  Qələndər 



çoxlu  tiryək  ataraq,  başını  xirqəsi  ilə  örtüb,  mühafizəçilərə  qorxu 

içərisində belə demişdi: "Getdik ki, başqa bir vaxt gələk". 

 

Misra 

 

Getdi, getdi, getdi, getdi hər gedən

578

 

 



[Əlahəzrət]  Luristan  səfərindən  qayıtdıqdan  sonra  cənab 

Dərviş Xosrovu hüzuruna çağırdı, üləmaları topladı, onun haqqında 

məlumat  toplamağa  başladılar.  Dərvişin  təkyəsində  şərab  küpləri 

tapıldı. Məlum oldu ki, o, çox şərab içdiyi üçün şəriət qaydalarına 

etiqad etmir.  [Həmçinin] onun nöqtəvi olması şahın mübarək batini 

məhkəməsində  sübuta  yetdi,  o,  işıqlı  (ğorra)  şəriətin  rəvacı  üçün 

dərvişin  qətl  olunması  üçün  hökm  verdi:  Onu  dəvənin  boynundan 

(cehaz) asıb Qəzvin şəhərinin bütün yerlərində dolandırdılar. 

 

Dinsizlərdən olan Süleyman Təbib Savecinin qətli: 

 

Onlardan  biri  də  o  təbəqənin  alimlərdən  olan  Mövlana 



Süleyman  Təbib    Savəcidir  ki,    məşhur  adam  idi.  Onu  da  tutub 

gətirdilər.  Nəvvab  şah  onun  işinə  baxılmasını  üləmalara  tapşırdı. 

Üləmalar  şəriətə  əməl  edərək  məhəllədəki  cahil  adamları 

həyacanlandırmamaqdan  ötrü  həbs  qərarı  çıxardılar.  Bir  neçə  gün 

həbsdə 

qaldı. 


Əlahəzrət 

etiqadı 


və 

şəriətpərvərliyi 

möhkəmləndirməkdən ötrü (rosux) onun qətlini məsləhət bildi və o 

da gedərək öz yar-yoldaşına qoşuldu. 

 

                                                           



577

  Şerin farscası: 

Kəsi-ra ke izəd bovəd yavərəş,  

Həmişe derəxşan bovəd əxtərəş. 

578

 Misranın farscası: 



Rəf-o rəft-o rəft-o rəft anəst ke rəft. 

806 

 

Mir Seyid Əhməd Kaşinin və başqa dinsizlərin 



cəzalandırılmaları: 

      


O    tayfanın  böyüklərindən    biri  də  alçaq  təbiətli   

nadanların   çoxunu zəlalət tiyəsinə düçar etmiş Mir Seyid Əhməd 

Kaşi  idi.  Pak  nejadlı,  saf  etiqadlı  padşah  Kaşanın  Nəsrabad  adlı 

yerində  öz  mübarək  əli  ilə  onun  bədənini  iki  yerə  böldü.  Onun 

kilablarının  arasında  nöqtə  elminə  dair  yazdığı  risalələr  tapıldı. 

Nöqtəvilər* hükəmaya (hikmət sahiblərinə - Ş.F.) əsaslanıb, dünyanı 

qədim  dünya  sayırlar  və  qətiyyən  məhşər  gününə  və  qiyamətdə 

ölülərin  diriləcəklərinə  inanmırlar,  yaxşı  və  pis  əməllərinin 

mükafatını  dünyanın  rifahında  (afiyət)  və  pis  günündə  (məzəllət) 

görür, behişt  və cəhənnəmi də öz dünyaları ilə  əlaqələndirirlər. Bu 

puç etiqadlarına görə həmin təbəqə üzvlərindən olan Dərviş Kamal 

Əqlidini  və  Dərviş  Binyanini  İsfahanda  fəaliyyət  göstərən  üç-dörd 

nəfər  müridləri  ilə  birlikdə  Xorasan  yolunda  ədəm  yoluna 

göndərdilər. Fars [vilayətinin] o təbəqədən olan bir neçə alimini də 

gətirib,  öz  yoldaşlarına  yoldaş  etdilər.  Həmçinin,  dinsizlikdə 

şübhələndikləri hər kəs cəzalandırıldı. O təbəqə türklərindən Dərviş 

Xosrovun  müridi  Budaq  bəy  Dinoğlu  Ustaclı  da  qətlə  yetirildi.  Bu 

zaman  məlum  oldu  ki,  məhrusə  məmləkətlərində  onların  sayı 

olduqca  çoxdur  və  zəlalət  törədirlər.  Hind  diyarının  Vardin  adlı 

yerindən  xəbər  gəldi  ki,  hind  vilayətində  ali  məqamlı  padşah 

Cəlaləddin  Məhəmməd  Əkbərin  xidmətində  çalışan  və  padşah 

yanında tam yaxınlığa və etibara malik olan Şeyx Əbülfəzl ibn Şeyx 

Mübarək  də  həmin  məzhəbin  üzvlərindəndir.  O,  padşahı  da  öz 

vahiməli söhbətləri ilə şərabı çox içməyə şirnikləndirilmiş və şəriət 

yolundan  döndərmişdi.  [Əkbər  şahın]  Mir  Seyid  Əhməd  Kaşiyə 

ünvanladığı bir məktubunun onun risalələrinin içərisindən tapılması 

buna sübutdur. 

Bu    tayfa    böyüklərindən    olan      və    cəfəngiyyatla    dolu 

məqalələr yazan Şərəf Ameli dövr fəqihlərindən qorxub fərar etdi və 

Hind[istan]a getdi. Həzrət padşah (Əkbər şah - Ş.F.), onun əmirləri 

və  əyanları,  Şərif  Ameliyə  böyük  hörmət  edir  və  onunla  müridanə 

bir adam kimi rəftar edirdilər. 

Xülasə,  o  camaatın  cəzalandırılmasından  sonra  onların 

təbəqəsindən olan adamlar ya bu diyardan qaçdılar, ya da bədnamlıq 

(xəmul)  güşəsinə çəkilib özlərini şöhrətdən saldılar. İranda tənasüx 

cərəyanı* cərəyan etməyə başladı. 



807 

 

 



XORASANDA BAŞ VERƏN MÜXTƏLİF HADİSƏLƏR 

 

Bu  il  baş  vermiş  hadisələrdən  biri  Süleyman  Xəlifə  və 

qızılbaş  əmirləri  ilə  Yetim  Sultan  və  özbək  döyüşçüləri  arasında 

Xorasanın Tərşiz mahalının Ərğənd adlanan yerində olmuş cəngdir. 

Bütün  dünya  adamlarına  məlumdur  ki,  müqəddəs  səfəviyyə 

xanədanına qarşı  iradət  yolunun yolçuları  və hüsni-etiqad bəsləyən 

uca  qızılbaş  tayfalarının  şüarı  və  rəftarı  belədir:  Vəlinemət 

tərəfindən  [özlərinə  qarşı]  inayətsizlik  müşahidə  edən  hər  hansı 

tayfa  üzvləri  əgər  mürşide-kamilə  (Şah  Abbasa  -  Ş.F.)  qarşı  qəhr 

edər  və uzaqlaşarsa  (səxət) bu zaman irşad təriqətinə  meyl edənlər 

(taleban) və pak etiqadlı sufilər sədaqətli adamların yolu ilə gedərək, 

həmin adamları nöqsan sahibləri (nəqs) bilir, onları nəfs təmizliyinə 

(təzkiyə) və əxlaq paklığına çağırırlar. Bu şerdə deyildiyi kimi: 

 

Şer 



 

Kəssən də başımı xəncərinlə sən,  

Başımdan keçərəm, keçmərəm səndən.

579


 

 

[qızılbaşlar]  hər  cür  zahiri  və  mənəvi  əziyyətlər  və  qəm-qüssə 



çəksələr də, dözmüşlər, etdikləri səhvi xəcalət və zülal təri axıdaraq 

pak  xidmətlərini  artırmış  və  mürşidi-kamil  dərgahından  əl 

üzməmişlər.  Onlar  etdikləri  nöqsanları  xəcalət  təri  ilə  yumuş, 

özlərini  zahiri  və  batini  diqqətə  amadə  etmişlər.  Söhrab  Xəlifə 

Türkmanın oğlu Süleyman Xəlifə  və Fulad Xəlifə Şamlının qardaşı 

oğlu  Sultanəli  Xəlifə  xəlifə  və  xəlifəzadə  olduqlarına  və  illərlə 

cənnətməkan şah tərəfindən tərbiyələndiklərinə görə, bəzən dünyəvi 

tələbatlarının bir neçə günlüyə təxirə salınmasına baxmayaraq, şaha 

öz  yaxınlıqlarını  itirməmək  naminə  ayaqlarını  sədaqət  dairəsində 

saxlamış, azacıq da olsa, bu astanədən üz döndərməmiş, batil xəyal 

və boş istəklərlə Rüstəm Mirzə ibn Sultanhüseyn Mirzə ibn Bəhram 

Mirzə səmtinə yönəlməmişlər. Onu gətirmək və bir neçə gün şadlıq 

bayrağını göyə qaldırmaqdan ötrü Süleyman Xəlifə bir neçə nəfərlə 

                                                           

579

  Şerin farscası: 



Əgər gərdəd sərəm bər xəncər əz to,  

Be sər gərdəm, nə gərdanəm sər əz to.  



808 

 

Qəndəhara getdi. Heç bir lüzum olmadan (bi rahə) [tərki-vətən olub] 



getdiklərinə  görə  öz  niyyətlərinə  çatmadılar  və  özbəklərlə  cəng 

zamanı  əcəlin  cənginə  keçdilər.  Buradan  yuxarıda  yazılmışdı  ki, 

Sultanhüseyn  Mirzənin  əhvalatı  və  Sistan  vaqiələri  əvvəldən-

axıradək əlahiddə şəkildə yazılacaqdır, buna görə də, vəd etdiyimiz 

kimi, münasib bilindi ki, əvvəlcə onlar haqqında yazılsın və onların 

əmirlərlə etdikləri hərb bəyan olunsun. 

Buna  görə  də,  söz-söhbətli  qələm  onların  əhvalatını 

yazmağa başladı. 

 

BƏHRAM MİRZƏNİN OĞLU SULTANHÜSEYN MİRZƏ 

ÖVLADLARININ QƏNDƏHARDA VƏ ZƏMİNDAVƏRDƏ 

HAKİMİYYƏTLƏRİNDƏN BAŞLAYARAQ, O MƏRHUM 

ATANIN VƏFATI, XORASANIN ZƏİFLİYƏ DÜÇAR 

OLMASI, ÖVLADLARININ HİNDİSTANAGETMƏLƏRİ, 

ORADA GÖRDÜKLƏRİ İŞLƏR VƏ SİSTAN 

VAQİƏLƏRİNİN ŞƏRHİ 

 

Müşahidəçi agah adamlardan və xəbərlərə meyl edənlərdən 



[bu  məsələlər]  qoy  gizli  qalmasın:  Cənnətməkan  şahın  dövründə 

Sultanhüseyn Mirzə fərman alıb Qəndahar, Zəmindavər və Hirmənd 

kənarındakı Gərmsirat vilayətlərinin valisi olub, uzun müddət həmin 

mülklərdə  öz  əmirlərinin  tərbiyət  uğuru  [yəni]  sayəsində, 

kamranlıqla  hökm  sürmüş,  yuxarıda  işarə  olunduğu  kimi,  İsmayıl 

Mirzənin  hakimiyyəti  zamanı  fani  cahana  əlvida  etmişdi.  Ondan 

həyatda  beş  qiymətli  oğul  qaldı:  Birincisi,  Məhəmmədhüseyn 

Mirzədir  ki,  cənnətməkan  şahın  dövründə  bacısı  ilə  birlikdə  onun 

xidmətinə  gəlmişdi.  Şahzadələrin  qətl  günü  İsmayıl  Mirzə  onu  da 

axirət  aləminə  göndərdi    ki,    [bu  haqda]    onun  cülus  etmə  

hadisələrinin şərhində yazılmışdı. İkincisi, Müzəffər Hüseyn Mirzə, 

üçüncüsü Rüstəm Mirzə, dördüncüsü Əbu Səid Mirzə, beşincisi [isə] 

Səncər  Mirzədir.  Sultanhüseyn  Mirzənin  vəfatından  sonra  İsmayıl 

Mirzənin  məqsədi  səfəvi  nejadlı  şahzadələri  məhv  etmək 

olduğundan  əhali  arasında  belə  danışılırdı  ki,  İsmayıl  Mirzə  başqa 

şahzadələrin  də  qətl  olunmaları  hökmünü  vermişdi,  Elə  o  vaxt 

İsmayıl Mirzənin özü axirət aləminə yollandı. 

Sultanhüseyn Mirzənin o zaman ali orduda olan gurxani eli 

mülazimlərindən  Qərayi  adlı  bir  şəxs  işıq  və  külək  sürəti  ilə 

Qəzvindən  Qəndəhara  gələrək,  İsmayıl  Mirzənin  vəfatı  xəbərini 



809 

 

gətirdi  və  adları  çəkilən  mirzələr  fəna  girdabından  nicat  sahilinə 



çıxdılar.  İsgəndər  şanlı  nəvvab  İran  hökmdarlığı  taxtına  cülus 

etdikdə Qəndəhan [Bəhram Mirzənin] böyük oğlu Müzəffər Hüseyn 

Mirzəyə, Gərmsiratla Zəmindavəri isə Rüstəm Mirzəyə  verdi. Belə 

qərara alındı ki, Rüstəm Mirzənin ana bir qardaşları olan Əbu Səid 

Mirzə  və  Səncər  Mirzə  onunla  birlikdə  Zəmindavərdə  yaşasınlar. 

Sultanhüseyn  Mirzənin  vəkili  olan,  Kor  Həmzə  kimi  tanınan  və 

Məhəmməd  Hüseyn  Mirzə  ilə  ali  dərgaha  gələn  Həmzə  bəy 

Zülqədəri  fərmanla  kiçik  mirzələrin  vəkili  və  lələsi  vəzifəsinə 

qoydular,  onu  şahanə  şəfəqqətli  hökm  və  padşahanə  xələtlrlə 

Qəndəhara  göndərdilər.  Adı  çəkilən  Həmzə  bəy  hümayun  hökmə 

əməl    edərək  Rüstəm  Mirzəni  kiçik  qardaşlarıyla  Zəmirdavərə 

ararıb,  özünü  onların  lələsi  və  vəkili  etdi.  O,  Müzəffər  Hüseyn 

Mirzəni Qəndəharda saxlayaraq, hökumət və   məmləkət   işlərinin   

nizamlanmasına    başladı,      mütləq  sahib-ixtiyar  oldu.  Həmzə  bəy 

Zülqədər  hər  iki  vilayəti  elə  ələ  almışdı  ki,  mirzələrin  hakimlikdə 

fəqət adları qalmışdı. Onların heç birinin xəyalına belə gəlmirdi ki, 

onun işlərinə qarışsınlar. Oturub padşah əmrlərini gözləməkdəydilər. 

Sistanın qədim nəslindən olan  və nəsəb etibarilə Səffarilərə* gedib 

çatan  Məlik  Mahmud,  İsmayıl  Mirzənin  vəfatından  sonra  Sistan 

vilayətini  qızılbaş  əmirlərindən  xali  görüb,  bu  dəftərin  səhifəsində 

yazıldığı kimi, Sistanın məlik  və  mirzələrinin təhriki ilə istiqlaldan 

dəm  vurdu,  Sistan  hökumətini  tələb  etdi.  O,  ali  dərgah  tərəfindən 

Sistan hakimi olan Cəfər Sultan Əfşarla cəng edib qələbə çaldı və o 

mülk  hakimliyində  müstəqil  oldu.  Məlik  Mahmud  öz  qol  gücü  və 

böyük-kiçik  ehsanlarla  Sistan  vilayətini  özünə  elə  tabe  etdi  ki, 

həmin  mülkün  heç  bir  güşəsindən  müxalifət  səsi  eşidilmədi.  Bu 

xəbər İsgəndər şanlı nəvvabın nurlu qəlbinə gəlib çatdıqda, o, qədim 

sülaləni yenidən bərpa etmək  və başqa  mülki işlərlə məşğul olmaq 

fikrinə düşüb, Sistan əyalətinin idarə olunması barədə hökm  verdi, 

Məhəmməd  xan  Türkmanın  səyilə  oranı  Məlik  Mahmudun  adına 

yazdı. 

Amma,  onun  hakim  olması  xəbəri  Qəndəhara  çatdıqda, 



hələ ali dərgahın dövlət məktubu gəlib onlara çatmamışdı ki, Həmzə 

bəyin üzündən qeyrət təri axmağa başladı. Elə  mirzələrin özləri də 

öz  əmiləri  Bədiüzzaman  Mirzəni  məliklərin  mülazimətində 

dayandığı  üçün  görmək  istəmirdilər.  Onlar  Qəndəharın  və  ətraf 

yerlərin ləşkərini toplayıb, ağır qoşunla Sistana yollandılar. Sistanın 

Köhnə Şəhr adlı  yerinə gəlib çatdıqda, Mahmudun,  məlikzadələrin 



810 

 

və Sistan əmirlərinin sığnaq yeri olan Poştzərə adasında dayandılar, 



adaların  möhkəmliyini  və  Nimruz  vilayətinin  igid  adamlarını 

müşahidə etdilər. Həmzə bəy onlara tərəflərarası pis vəziyyətin islah 

olunması və münaqişənin həlli xüsusunda bir məktub yazdı. 

Məliklər  zümrəsindən  Məlik  Mahmudun  əmisi  Məlik 

Qiyasəddin  Məhəmməd  o  mirzələrin  yanına  gəldi,  çoxlu  qiylü-

qaldan  sonra  belə  qərara  gəldilər:  Müzəffər  Hüseyn  Mirzə,  Məlik 

Mahmudun  izzət  sarayında  yaşayıb  boya-başa  çatan  qızını  öz 

nikahına  gətirsin,  Həmzə  bəyin  qızı  isə  Məlik  Mahmudun  oğlu 

Məlik  Cəlaləddinə  verilsin,  Sistanı  Məlik  Mahmuda  verib  geriyə 

dönsünlər  və  [bundan  sonra]  Məlik  Mahmud  qoy  mirzələrə  qarşı 

razılıq  və  tabeçilik  yolunu  tutsun.  Məlik  Mahmud  bu  məsləhətə 

əməl  etdi  və  tərəflər  arasında  anlaşma  yarandı.  Müzəffər  Hüseyn 

Mirzə şad-şadiman Sistandan Qəndəhara qayıtdı. 

Amma, bu işə görə Rüstəm Mirzə qardaşından narazı oldu. 

O, istəyirdi ki, öz ölkəsi qardaşının ölkəsinə nisbətən olduqca kiçik 

olduğundan,  habelə  onun  və  qardaşlarının  məişətini  ödəyə 

bilmədiyindən, Sistanı işğal edib özünə götürsün. Həqiqətən də, bu 

fikrə  əsasən,  həmçinin  mülkün  itaətə  gətirilməsindən  ötrü  Sistan 

məmləkəti də Qəndəhara əlavə olundu. 

Beləliklə  də,  qardaşlar  arasındakı  ziddiyyət  aradan 

götürüldü.  Bu  əsnada  bir  neçə  qızılbaş  və  kürd  oymağı  Müzəffər 

Hüseyn  Mirzəyə  təsir  etdilər  və  o,  Həmzə  bəyə  qəsd  etdi.  Cənab 

mirzə  Həmzə  bəyin  böyük  iqtidar  və  istiqbala  malik  olması, 

özününsə  onun  işlərinə  dəxalət  edə  bilməməsi  səbəbindən,  həmin 

oymaq  adamlarının  sözləri  ilə  razılaşdı,  onun  qətlinə  qərar  verdi. 

Bundan  agah  olan  Həmzə  bəy  özünü  Qəndəhardan  Zəmindavərə 

çatdırdı, Rüstəm Mirzəni özü ilə götürüb Qəndəhara yollandı. Qarşı 

tərəfdən  də  Müzəffər  Hüseyn  Mirzə  bəzənmiş  ləşkərlə  qardaşı  ilə 

cəngə əzm etdi. Ərğəndab çayının kənarında aralarında bərk döyüş 

baş verdi. Cəng vaxtı Həmzə bəylə müttəfiq olan Müzəffər Hüseyn 

Mirzə  ləşkərinin  bir  dəstə  adamı  Rüstəm  Mirzənin  mərdanə 

həmləsindən  qorxub,  fərar  etdi.  Buna  görə  də,  Zəmindavər 

ləşkərindən  zəif  olan  Müzəffər  Hüseyn  Mirzə  qoşunu  qorxuya 

düşərək az miqdar döyüşçü tərəfindən məğlubiyyətə uğradıldı və o, 

Qəndəhara  qayıtdı.  Rüstəm  Mirzə  və  Həmzə  bəy  isə  şəhərin 

yaxınlığına çataraq Maşur qapısında ləşgərgah qurdular. [Bu zaman] 

bir neçə oymaq ağsaqqalı mirzə və Həmzə bəy ziddiyyətinin aradan 

qaldırılmasından ötrü bir yerə yığışdı. Onlar arada xeyli ucalmış kin 



811 

 

və  qorxunu  əhd-peyman  suyu  ilə  yudular  və  aralarında  anlaşma 



yarandı.  Rüstəm  Mirzə  istər-istəməz  həmin  sülh  əhd-peymanı  ilə 

razılaşdı, öz ülkasına qayıtdı, Həmzə bəysə şəhərə gedərək, əvvəlki 

qaydada mirzənin vəkalət və Qəndəharın mülkiyyət işləri ilə məşğul 

oldu.  O,  bir  ilədək  cənab  mirzənin  yanında  mülk  və  mal  işlərinin 

müstəqil  icraçısı  oldu.  Amma,  bir  dəstə  qızılbaş  cahili  və 

Qəndəharın  fitnəkar  adamları  gizlicə  olaraq  mirzə  ilə  tanışlığa  yol 

tapdılar,  Həmzə  bəyin  qətlini  məsləhət  gördülər.  Həmzə  bəy  də 

gizlicə Rüstəm Mirzənin yanına adam yolladı və Rüstəm Mirzə sübh 

vaxtı qəfildən şəhərə daxil oldu. Bir dəstə əmir və Qəndəhar camaatı 

Həmzə  bəylə  birlikdə  onun  yanına  cumub,  Qəndəhar  hökumətinin 

gəlinini  onun  nəzərində  cilvələndirdi  və  onların  məsləhəti  ilə 

Qəndəharın hakimliyi Rüstəm Mirzəyə keçdi. Həmzə bəyin damadı 

və bayat tayfasının ağsaqalı olan  Məhəmməd bəy Bayatı  Müzəffər 

Hüseyn  Mirzəyə  lələ  təyin  edərək,  mirzəni  həmin  vilayətin  və 

Qəndəharın  Həzarecat  mahalının  ən  məşhur  qalası  olan  Qollaha 

yolladılar. Qollahın və Həzarəcatın məhsullarını mirzənin məişətinin 

ödənilməsi  üçün  yığıb,  qərara  aldılar  ki,  həmin  qalada  qalanlar 

rahatlıqla  ömür  sürsünlər.  Bayat  camaatının  beş  yüz  nəfər 

döyüşçüsü həmişə mirzənin yanında qalmaqdaydı. 

Beləliklə, altı ay ötdü. Mirzə  və Məhəmməd bəy arasında 

tam  bağlantı  yarandı,  bayat  tayfası  mirzənin  hökmranlığı  uğrunda 

canfəşanlıq etdilər. Onlar belə qərara gəldilər ki, Qollah qalasını iki 

yüz bayata tapşırsınlar və yerdə qalan üç yüz nəfərlə biyaban yolunu 

keçib,  Sistana  yollansınlar.  Bu  məqsədlə  də  hərəkətə  başlayıb  bir 

neçə  məsafə  yol  qət  etdikdən  sonra  Sistana  yaxınlaşdılar.  Cənab 

mirzənin  gəlişindən  agah  olan  Məlik  Mahmud  istiqbal  mərasimi 

qurdu, mizbanlıq və xidmətkarlığa başlayaraq, bir neçə gün eyş-işrət 

və  layiqli  toy  mərasimi  hazırladı.  Bundan  bir  qədər  əvvəl  Məlikin 

qızını mirzəyə nikah etdikləri üçün gəlini bəyə tapşırdılar və  mirzə 

ilə Məlik Mahmud  arasında altı ay  yaxınlıq oldu. Nəhayət, həmişə 

fitnəkar  və  düşmənçilik  atəşi  yandırmaqla  məşğul  olan  Sistan 

əmirləri mirzəni məlikdən döndərdilər. [Belə ki,] günlərin bir günü, 

şikar  əzmi  ilə  məlikin  evindən  atlara  süvar  olub,  Pəştərə  adasına  - 

Sistanın böyük əmirlərinin yaşadıqları  və  məlikin həsəd dairəsində 

olan  Tağrun  qalasına  getdilər  və  bir  həftə  müddətində  Zərə  və 

Əmrudun  mir  və  nəqibləri,  həmçinin  Sistanın  qəbilə  başçıları 

onların yanına yığışdılar. Dəyişkən xasiyyətli və hər sözə qulaq asan 

adam  olan  o  nadan  mirzə  Fərah  və  ətraf  yerlərdən  mirzənin 



812 

 

köməyinə gələn xüsusi mülazimlərinin, sistanlıların və qızılbaşların 



təhriki  ilə  məlikin  dəf  olunması  və  məlik  təbəqəsinin 

cəzalandırılması  məqsədiylə  istiqlal  xəyalına  düşdü.  Onlar  əvvəlcə 

Carunək qalasında olan Məlik Mahmudun əmisi Məlik Nəsirəddinin 

üstünə hücüm etdilər, bir ay həmin qalanı mühasirədə saxladılar. O 

müddət  ərzində  Hirmənd  çayı  kənarındakı  Daslək  adlı  yerdə 

yaşayan  və  mirzənin  gedişindən  sonra  yanında  bir  adamı  da 

qalmayan  Məlik  Mahmud  tezliklə  zor,  silah,  at  və  yaraq 

bağışlamaqla  böyük  bir  ləşkər  hazırladı,  öz  qohumlarına  kömək 

etmək  əzmi  ilə  Carunək  qalasına  yollandı.  O,  oğlu  Məlik 

Cəlaləddini  əmisi  oğlanları  Məlik  Mahmudi  Məlik  Şahhüseyn  və 

başqa  qohumlarıyla  birlikdə  irəli  göndərdi,  özü  isə  qalın  qoşunla 

onların  arxasınca  hərəkət  etdi.  Məlik  Mahmud  doqquz  yüz 

doxsanıncı  ilin  səfər  ayının  onunda  (miladi  1582,  16  mart), 

pəncşənbə  günü  qala  ayağına  çatdı  və  aralarında  cəng  başlandı.  O 

günün  sonunda  cənab  mirzənin  yoldaşları  döyüşdən  əl  çəkərək, 

mirlərlə  birgə  meşələrə  və  adaya  tərəf  qayıtdılar,  qələbə  Məlik 

Mahmuda  çatdı.  Bir  həftədən  sonra  o  diyarın  bir  dəstə  seyid, 

sülhsevər  və  xeyrxah  adamı  mirzənin  yanına  gələrək  və  tərəflər 

arasındakı xoşagəlməz işlərdən ötrü bir-birindən üzr istəyərək, xahiş 

etdilər ki, qoy düşmənçilik büsatı göz nuru ilə, söz-sov (dəğdəğə) və 

vahimə  isə  görüşlə  aradan  silinsin  və  bir-birlərini  sevindirsinlər. 

Xahiş  müqabilində cənab  mirzə öz  mənzil  və  məqamına  getdi. Bir 

neçə gündən sonra söhbətə və eyş-işrətə başladılar. Məlik Mahmud 

Sistanın bir nəfər mötəbər adamını Həmzə bəyin yanına elçi sifəti ilə 

yola  saldı,  onu  mirzənin  xoşuna  gəlməyən  rəftar  lərzindən  əl 

çəkməyə çağırdı, nəsihətlər etdi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin