Kiyan Cəlaləddin Məhəmmədin əsassız
yerə Gilan əmirlərindən fərar etməsi:
Allah divanında müəyyənləşən hər işin yerinə yetirilməsi
zəruridir. Buna görə də, zamanın məsləhətinə və oranın rifahı
naminə İraqa tərəf qayıdış qərara alındı. Onlar Sultan
Meydanından çıxdılar. Ordudakı hər kəsdə olan azuqə Nişapur
qalasındakılara kömək məqsədiylə Dərviş Məhəmməd xana verildi.
[Qızılbaşlar] bir neçə mənzil və mərhələ yol qət etdilər. Müzəffər
ordunun günəşi qələbə və iqballa İraq üfüqündə parladı və onlar xoş
bir saatda gəlib Qəzvin darüssəltənəsinə yetişdilər. Bu xeyirli
səfərdə Gilan əmirlərindən Kiya Cəlaləddin Məhəmməd təriqət
silkinə xas heç bir səbəb olmadan fərar etdi, başqa gilanlılarsa onun
bu əməlindən xəcalət çəkdilər. Amma şəhriyar öz inayətinə görə onu
bağışladı, xosrovanə nəvazişlər etdi. Yasaqdan qayıtdıqdan sonra
Mir Abbas, Talişə Kuli və yoldaşları izn alıb özlərinin hakim
olduqları yerlərinə getdilər.
Amma, Kiya Cəlaləddin Məhəmmədə əcəl yapışdığı və
həyat badəsi dolduğu üçün gedib torpağ altına girdi.
Bu il Azərbaycan vilayətinin əmirülüməralığı və o yerin
işlərinin tənzimlənməsi, həmçinin həzrət sultanül-övliya rövzəsinin
(Ərdəbil Şeyx Səfi ziyarətgahının – Ş.F.) sərkarının tövliyyəti*
773
Fərhad xana verildi, o vilayətin bütün işlərinin ixtiyar cilovu onun
iqtidar qəbzisinə və ixtiyar pəncəsinə keçdi, o, Ərdəbil darülirşadına
getdi. Etimalüddövlə Hatəm bəyə, qorçibaşı və mənsəb sahibi olan
ərbablarla birlikdə Qəzvin darüssəltənəsində ləşkərin qayğısına
qalmaq, onların ülufə, mərsumat və başqa ehtiyaclarını ödəmək
tapşırıldı. Qərara alındı ki, qızılbaş tayfaları, döyüşçülərin el və
oymaqlarının təhqiqi ilə məşğul olsunlar, məvacib alan hər bir
mülazim və başqa adam müəyyənləşsin ki, onlar süvarilik və yasaq
işlərinə cəlb edilə bilsinlər, Xorasan yasağında xəyanət edib
gəlməyənlərsə cəzalandırılsınlar, bu dəfə onları tənbeh etmək
məqsədiylə cəriməyə məruz qoysunlar, yığılan vəsait ənam şəklində
yasaq və səfər əziyyəti çəkmiş dərgah qorçilərinə və mülazimlərinə
verilsin ki, [bu tədbir] camaat üçün xəbərdarlıq və tənbeh sayılmış
olsun, əgər bu gündən sonra yasaq elan olunarsa heç kəs ondan
yayına bilməsin, yoxsa bu işdə onlar müxtəlif təqiblərə məruz
qalacaqlar.
Fərmanı alanlar bu ali əmri dərhal yerinə yetirdilər.
Həqiqətən də bu qərar ona səbəb oldu ki, yasaq əmri alınan kimi
bütün qızılbaş tayfaları və el-oymaq əhalisi padşahın cəzasının
qorxusundan həm piyadalar, həm də süvarilər çağırış hökmü
olmadan yola düşərək səy etdilər ki, müzəffər orduya çağırış zamanı
bir-birlərindən geri qalmasınlar [və yasaq əmrinə əməl etsinlər].
Birinci səhifədə hümayun şahın davranış və hərəkətlərindən qısa
şəkildə bəhs olunarkən söylənildi ki, bu qayda-qanun hümayun
şahın hakimiyyəti zamanından ləşkər arasında yerinə yetirilir
(estemrar), padşah qəzəbinin qorxusundan heç kim onun ziddinə
gedə bilmirdi.
Xülasə, əlahəzrət bu güclü dövlət ərkanını belə işlərə
yönəltdi, özü isə bir neçə nədimi, yaxın adamı və xassə mülazimi ilə
İsfahan darüssəltənəsinə təşrif apardı, qışı həmin cənnətməkan
şəhərdə eyş-işrətlə keçirdi. Bu sətirlərin müəllifi də bu il bu astanəyə
xidmət etmək səadətinə çatdı və əzəmətli münşilər silkinə daxil
edildi. Qəzvində münasib ərbablar olduğundan, bu həqir zərrə ali
əmrə əsasən müqəddəs məiyyətin tərkibində İsfahana getdi, inşa
xidmətlərinə (kitab yazma, məktub hazırlama - Ş.F.) başladı. O,
həmin tarixdən etibarən o həzrətə qulamlıq etməklə şərəfrazdır.
774
KİRMAN LƏŞKƏRİNİN ƏFŞAR ƏMİRLƏRİNİN ÖZBƏK
ƏMİRLƏRİYLƏ XORASANIN TUN ADLI YERİNDƏ HƏRB
ETMƏSİ VƏ ALLAH-TƏALANIN KÖMƏYİ İLƏ QALİB
GƏLMƏSİ HAQQINDA SÖHBƏT
Zəfər ayəli ordu bu ilin əvvəlində Gilan fəthindən sonra
Xorasana tərəf hərəkət etdi və qorçilər ölkələrdən əskər çağırışına
təyin olundular. Vəli xana və hmayıl xana Kirman əmrlərinin o
vilayətin bütün əfşar tayfası ilə birlikdə Yəzd və Təbəs yoluyla
Xorasana gəlib müzəffər orduya birləşmələri üçün hökm göndərildi.
Adları çəkilən əmirlər Kirman əskərləri ilə birlikdə fərmana əməl
edərək rəvan oldular və Təbəsə çatdılar. Ali əmrə görə Mustafa bəy
Kənqərli Tun və Təbəs hakimiydi, özbəklərsə o yerlərin hüdudunu
ələ keçirib Tun vilayətini və onun qalasını işğal etmişdilər.
Hümayun şah ordusunun gəlişi xəbəri bu il Xorasanda eşidiləndə
Mustafa xan azı-çoxu iki yüz əlli nəfər ustaclı qazisi ilə və özünün
başqa igid mülazimləri ilə Təbəsdan Tuna hücuma keçdi, Tun
qalasının şəhərbəndini özbəklərdən alıb, Tun Hakimi olan Quzi
Mirzəni qalada mühasirəyə saldı. Qalada mühasirədə qalanlar
Herata adam göndərib [kömək] xahiş etdilər. Yetim Sultan kimi
məşhur olan Din Məhəmməd Sultan-Abdulla xanın bacısı oğlu,
özbək qoşununun nıin nəfərədək adlı-sanlı bahadırlarını Naculi
bahadırın sərkərdəliyi ilə qızılbaş ləşkərinin dəfinə və Quzi Mirzə və
Tun qalası mühasirəçilərinin köməyinə yolladı. İgid, şücaətli və
mərdanə adam olan Mustafaxan təzədən azsaylı adamıyla özbəklərin
çoxsaylı döyüşçülərinə qarşı qızğın hərblər etdi, həmin ağır qoşunun
gəlişi xəbərindən qorxmayaraq, səbat ayağını möhkəm saxladı.
Amma, xan dəstəyə qarşı gedərək müharibəyə başlamasından sonra
anladı ki, onun müqavimət taqəti yoxdur və əskərləri tələf olmaq
üzrədir. O, hərbi qaydaya əməl edib, atdan düşdü, heyvanı özünə
qalxan etdi, ox və tüfəng gülləsi atmaqla özbəklərin şərini özündən
kənar elədi, piyada halda qayıdış vadisinə yollandı. Elə həmin gün
ərzində dörd fərsəxədək yolu özbəklərlə döyüşə-döyüşə Tunun
Aysək adlı bir yerinə gəlib çatdı, kəndə girib oranın bəstində
əyləşdi. Özbəklər eşikdən gəlib çıxdılar və o gecə tərəflər istirahət
etdilər. Mustafa xanın getməyindən Təbəsdə xəbər tutan əfşar
əmirləri və Kirman ləşkəri təcili halda onun ardınca yola düşdülər.
Mustafa xanın Aysəkdə bəstə əyləşdiyi ikinci gün onlar gəlib həmin
yerə çatdılar. Gözə altı-yeddi min nəfərədək döyüşçü dəyən qızılbaş
775
qoşununun qaraltısı uzaqdan görsəndi. İztiraba düşən özbəklər fərar
qərarına gələrək geri çəkildilər. Bəstdən eşiyə çıxan Mustafa xan
əfşar dilavərlərinin münqəlayında döyüşə başladı. Onun qol hissəsi
döyüş meydanına çatdıqda cəng başlandı. Özbəklərin o döyüşkən
ləşkərə müqavimət etmək taqətləri yox idi, buna görə də, onlar elə
birinci həmlədə məğlub oldular, böyük bir dəstə özbək əskəri ox və
şəmşir yeminə çevrildi.
Canməhəmməd Divanbəyi özbəklərin böyüklərindəndi və
Yetim Sultanın divanbəyisi idi. O, bir neçə mötəbər bahadırla təqdir
pəncəsinin əlində əsir oldu. Özbəklərin az hissəsi qaçıb qurtula bilsə
də, əksəriyyəti ədəm yoluna yollandı. Bu xəbər Tun qalasındakı
özbəklərə çatdıqda onların iqamət ayaqları sustaladı və müqavimət
edə bilmədilər, qalanı boşaldıb fərar yolunu önə tutdular. Özbəklərin
qəhrindən və əzəmətli əmirlərin zəfərindən sonra onlara məlum oldu
ki, müzəffər şah ordusu İlahi kömək nəticəsində fəthdən sonra
Xorasandan İraqa tərəf geri qayıtmış, Mustafa xan Tun və
Cənabəddə qalmış, əfşar əmirləri Tərşiz və Səbzvar yoluyla İraqa
gəlmiş və İsfahan darüssəltənəsində cahangir şəhriyarın ayağını
öpməklə şərəflənmişlər. Onlar Canməhəmməd Divanbəyini və bir
neçə titulları özbəyi başqa əmirlərin başları ilə birlikdə şahın
nəzərinə yetirdilər, Canməhəmməd Divanbəyini xasseyi-şərifə
qulamı Bicən bəyə tapşırıb sağ saxladılar. Başqalarının isə
vəziyyətləri bu misrada deyildiyi kimi oldu:
Misra
Ondan ki, xəbər vardı, xəbər gəlmədi bir də.
566
Bu işlər baş verərkən, Yetim Sultan öz qardaşları və özbək
döyüşçüləri ilə birgə Sultanəli Xəlifə Şamlının üstünə hücum edib,
onu Derəxş qalasında mühasirəyə almışdı. Bu məsələnin qısa şərhi
belədir: Qələm bundan əvvəl yazmışdı ki, Sultanəli Xəlifə qəzəbə
tuş olmuşdu, çünki o icazəsiz Qayin tərəfə getmişdi. Əmir Həmzə
xan Ustaclının oğlu Əliqulu xan hökmə əsasən Qayin hakimi idi,
amma özbək qoşunu gələndən sonra qaladan çıxmış və əmələləriylə
birlikdə Cur qalasında qalmaqdaydı. Sultanəli Xəlifə Qayin
566
Misranın farscası:
An-ra ke xəbər şod xəbəri baz nəyaməd.
776
hüduduna yaxınlaşanda, nəslinin qədim mülazimləri olan bir çox
şamlı tayfa üzvləri onun başına toplaşdılar. Cah-cəlal ordusunun
Xorasana tərəf gəlməsi xəbərini eşidən Əliqulu xan bir az xəstə
olduğu üçün öz əğrəqini qalada qoyub, kəcavəyə əyləşdi və
hümayun orduya tərəf getmək istədi. Sultanəli Xəlifə və şamlı
tayfası Qayinə hakimlik etmək və var-dövlət toplamaq niyyəti ilə
onun yolunu kəsdi və onlar cəng etmək məqamına gəldilər. Ustaclı
qaziləri onları dəf etmək istədilər, aralarında qızğın hərb başlandı,
qələbə ustaclılara qismət oldu. Bu əsnada kəcavədə olan Əliqulu
xana bir güllə dəydi və onu yaraladı, günün sonunda isə xan keçindi.
Onun ölümü ilə məmləkəti xali görən Sultanəli Xəlifə o vilayətin
dövlət taxtına əyləşdi. Bu il isə, Yetim Sultan Sultanəli Xəlifənin
üzərinə qoşun çəkdi. Sultanəli Xəlifə şahın razılığı olmadan həmin
vilayətin saxta (təğəllob) hakimi olduğundan o yerin əhalisi bir o
qədər də ona kömək etmək diləyində olmadı.
Xülasə, o yerin əskər və rəiyyətindən min nəfərə qədər
adam toplayan xəlifə onun qarşısına tərəf yollandı, Qayinin Derəxş
adlanan yerində tərəflər bir-birbrinə yaxınlaşdılar və güclü savaş
başlandı. Yetim Sultan qələbə çaldı və qızılbaşlardan dörd-beş yüz
adam o mərəkədə qətb yetirildi, qalanları isə Derəxşdə bəstə
oturdular, sonra döyüşə-döyüşə özlərini qalaya çatdırdılar. Sultanəli
Xəlifəni bərk mühasirəyə salan Yetim Sultan onun işini çətinliyə
düçar etdiyi vaxt qızılbaş ləşkərinin gəlişi, əfşar əmirlərinin cəngi,
Naculi Bahadırın, Quzi Mirzənin
və Şəğan Mirzənin
məğlubiyyətləri xəbəri, yuxarıda yazıldığı kimi, gəlib yetişdi və o,
Derəxş qalasından kədərb çıxıb Xaf və Baxərzə tərəf getdi.
[Beləliklə də,] Sultanəli Xəlifə mühasirə əziyyətindən xilas olub
Qayinə tərəf yollandı. Onun əhvalatı bu dəftərin zeyl hissəsindən öz
məqamında yazılacaqdır, əgər əziz Allah istərsə.
567
BU İL ƏRZİNDƏ BAŞ VERMİŞ MÜXTƏLİF HADİSƏLƏR
Bu ilin hadisələrindən biri də budur: Şahverdi xan
Qaradağlı [şahın] Ərdəbilə gəlişi və Allahverdi xanın onun üzərinə
göndərilməsindən sonra fərar edib rumiyyə sinirinə daxil olduğu
vaxt sərhəd paşaları sülhün elə başlanğıcında sülh şərtlərinin icrasını
pozmamaqdan ötrü ona imdad etmədilər. Xan rumilərin ona
567
İfadənin ərəbcə: "vəə-l-lahu-l-əəzzu".
777
köməklik göstərməmələrindən məyus olub ali hümayun çətirin
kölgəsi altına sığınmaqdan özgə çarə tapa bilməyərək [şaha]
peşimanlıq məktubu yolladı ki, məzmunu belədir: "Müzəffər
ordunun gəlişi zamanı bu qulam şah qəzəbinin qorxusundan elə
dəhşətə gəldi ki, hətta mülazimətə gələ bilmədi. Əgər, indi şahanə
mürüvvət bu bəndənin günahları üzərindən əfv qələmi çəksə başımı
ayaq edib ali dərgaha gələrəm". Şahın adından ona əfv olunması
barədə bir iqbal məktub yazıldı və əlahəzrət onun günahını
bağışladı, Şahverdi xan əyninə müqəddəs imam libası geyib
Xorasanda müzəffər orduya gəldi. O, bir müddət müqəddəs orduda
qaldı, amma hələ də başında özbaşınalıq havası olmasına və canında
sədaqət olmamasına görə, ordu Bəstam çəmənliyində dayanarkən,
özünün daxilindəki xəbisliyini biruzə çıxardı və əmllərinə görə
vəzifədən çıxarılıb həsrət və nakamlıq içində gün keçirərək, türkman
piyadası Şahqulu Sultan, Nədr xan Əfşar, o vaxtlar abrı-həyası
olmayan Atilandilli İmamverdi xan kimi əmirlərlə [gizli] söhbətə
başladı. Onlar vaxtlarının çoxunu birlikdə keçirir və düşmənçilik
hisslərini özlərində saxlayırdılar. Onların söhbətlərindən agah olan
sədaqətli adamların biri məsələdən şahı xəbardar etdi. Əmirlər bunu
bilərək, köç zamanı ordudan geri qalıb fərar etdilər, arxada qaldılar.
Şahverdi xanın öldürülməsi:
İmamverdi Atılandilli ələ keçib cəzalandırıldıqdan sonra
öz günahını boynuna aldı və nicat tapdı. Amma, o biri səadətsiz üç
əmir isə öz cəzalarına çataraq qətl olundular. Baş vermiş hadisələrin
biri də budur:
Cah-cəlal ordusu Xorasan səfərində olarkən və əfşar
əmirləri hələ geri dönməmişkən, yasaqdan yayındıqlarına görə
cəzalandırıldılar, Kirman hakimliyi onlardan geri alındı və bu
vəzifəyə ox və qılınc qorçisi Həsən xan Ustaclı namizəd oldu. Şah
fikirləşdi ki, başlarında özbaşınalıq sevdası olan əfşar döyüşçüləri
hələ də özlərinin əvvəlki adətlərindən əl çəkməmişlər. Buna görə də
onların hamısını cəzalandırdı. Həsən xan Kirmana gedərkən əfşar
əmirləri gəlib ona çatdılar və özbəklərlə müharibədə etdikləri
məradanəlik bir daha özünü göstərdi.
Amma, əlahəzrət zilləllah şah böyük bir padşah kimi əfşar
tayfasının təqsirləndirilməsindən keçdi və onları bağışladı. Həm də
Özbəklərlə döyüşdə onlar göstərdikləri mərdanəliyə görə əfv
778
olundular. Bu il adı çəkilən ülka Həsən xana verildiyi üçün onlar
bunun əvəzində təşəkkür əlaməti kimi peşkəş adı ilə müəyyən
məbləğ pul ödəməyi qəbul etdilər və öz məramlarına doğru Kirmana
getdilər, ödənilən məbləğsə Xorasan yasağının məşəqqətlərini
görmüş müqəddəs ordu mülazimlərinə verildi. İllərlə Fars
vilayətinin hakimi olmuş zülqədər tayfaları [yasaq vaxtı] az miqdar
əskər gətirdiklərinə görə cəzalandırıldılar və onların adı çəkilən
ülkası Bünyad xan və başqa zülqədər əmirlərindən alındı və Şiraz
hakimliyi Hüseyn xan Müsahib Qaçara verildi. Təqsirlərinin əfv
olunmasını istəyən zülqədər tayfası boyun oldu ki, əgər onların
qüsurları bu dəfə bağışlanarsa və o vilayət onlara verilərsə, növbəti
yasaqlarda günahlarını yuyacaqlar. Zülqədərlərin xahişləri yerinə
yetirildi və Şiraz vilayəti elə bu il Hüseyn xana verildiyi üçün qorara
alındı ki, bu vilayət yalnız gələn il onlara verilsin. Amma, onların
hakimliyi bir ildən artıq olmadı, çünki onlar öz zülm illərini o
məmləkətin rəiyyətinə uzatdıqlarından aciz adamların və rəiyyətin
şikayətlərinə səbəb oldular və gələn il hər iki tayfa öz bəd rəftarları
üzündən Fars və Kirman hakimliyindən uzaqlaşdırıldı.
Əmir Seyid Hüseyn əl-Hüseyni Kərəki Amelinin
vəba xəstəliyindən vəfatı:
Başqa hadisələrdən biri də budur: Bu il Qəzvin
darüssəltənəsində taun və vəba xəstəliyi yayıldı, şəhər əhalisinin
əksəriyyəti başqa yer və bölgələrə getdi. Hümayun ordu Xorasanda
olduğu vaxt vəba gün-gündən çoxaldı və çoxlu adam ədəm yoluna
yolandı. O hadisədən ölənlərin biri də xatəmül-müctəhidin* olan
Əmir Seyid Hüseyn əl-Hüseyni Kərəki Ameli idi ki, o cənab barədə
birinci səhifənin əvvəlində cənnətməkan şah dövrünün seyid və
üləmaları bəhsində yazılmışdır. O şəxs, həqiqətən də alişan seyid,
doğulduğu məkanın ən üstün adamı və mərhum müctəhid Şeyx Əli
Əbdülalın qız nəvəsi idi, ərəb və əcəm üləmaları arasında öz dil və
bəyan fəsahətinə görə məşhur idi, əcəm vilayətində onun icdihad
nağarası bərkdən çalınırdı. Üsul elmində**, imamiyyə haqq
məzhəbinin şöbələrində çoxlu risalələri vardır. Hümayun ordunun
ərəb və əcəm üləma və füzəlası*** ilə dolu olduğu cənnətməkan
şahın dövründə mərhum müctəhid Şeyx Əli əleyhirrəhmənin oğlu
Şeyx Əbdülal olduqca uca oldu və bütün üləmalar ona ictihad
etdilər.
779
Cənab Mir Seyid Hüseyn onun mərtəbəsindən də yuxarı
qalxdı özünə "seyyidəl-mühəqqeqin, seyyidəl-müdəqqeqin, varese-
ülumül-ənbiya və-l mürsəlin" ləqəbi verdi. Onun möhrü ilə
imzalanan sənədlərdə məhz belə yazılırdı. Baxmayaraq ki, üləmalar
onun arxasınca bu ləqəbin əleyhinə danışırdılar, amma heç kim açıq
şəkildə bu barədə bir kəlmə də deyə bilmir, onunla mübahisəyə tab
gətirməyi bacarmadılar. Ölən anadək onu "xatəmül-müctəhidin"
adlandırdılar.
Əlahəzrət onun nəşini müqəddəs Məşhədə göndərdi və o,
həmin şərafətli yerdə dəfn olundu.
SEVİNC AMALLI MİN İKİNCİ (MİLADİ) İLAN İLİNƏ
TƏSADÜF EDƏN VƏ ŞAHƏNŞAHLIQ TAXTINA EDİLƏN
ŞAH CÜLUSUNUN YEDDİNCİ İLİNİN HADİSƏLƏRİ
Bu ilin hümayun fallı novruzu... (kitabda boş saxlanılıb -
Ş.F.) başlandı. Cəm məqamlı həzrət şah keçən ilin qışını, yuxarıda
yazıldığı kimi, İsfahan darüssəltənəsində işrət və kamranlıqla
keçirərək, aləmi işıqlandıran novruza yaxın Qəzvin darüssəltənəsinə
yollandı, mübarək dövlətxanaya düşdü və müxtəlif tayfaların ürək
torpağında ədalət toxumları əkməyə başladı.
Dey ayının şaxtası azalmağa başladığından ruzigarın
məcazi təbii yüksəlişə başladı, yəni aləmi bəzəyən bahar havanı
dəyişdi, adamların burunlarına bahar güllərinin ətri və ruzigar
gülzarının müşk ənbər qoxulu nəsimi doldu, cahan bostanları
paklandı və təravətləndi.
Şer
Bahar novruz ilə gəldi cahana,
Döndərdi aləmi bir gülüstana.
Bülbül nəvaları tutdu hər yeri, Başlandı eyş-işrət
təranələri.
568
568
Misraların farscası:
Bahar-o celveye-novruz soltan
Degər rəh kərd aləm-ra golestan.
Səfire-bolbolane-nəğmepərdaz
Nəvaye eyş-o eşrət kərde ağaz.
780
Fələk xosrovunun dördüncü dəfə işrət və kamranlıq
bayrağını həməl şərəfxanəsinə qaldırdığı və cahanı irəm gülzarına
döndərdiyi bu bahar fəslinin əvvəlində kamkar şəhriyarda Qızıl
Ağacda seyr və şikar nəşəsinə dalmaq istəyi baş qaldırdı, səltənət
paytaxtından çıxdı və Tarom ülkasına hümayun məiyyətin
qədəmlərindən rəngarəng asiman qibtə etməyə başladı. Orada o
cəlallı şahın qulağına çatdı ki, gilanlılar Mehdiqulu xanın bəd
rəftarından narazıdırlar.
Şah Abbasın Ərdəbilə getməyi və
Qızıl Ağacda seyr və şikarla məşğul olmağı:
Əlahəzrət gilanlıların qəlblərini ələ almaq məqsədiylə onu
hakimlikdən kənar edərək Əhməd bəy Begdelini Lahicana daruğə
təyin etdi.
Əhməd bəyə ona tapşırılan işin icrası üçün bir dəstə
şamlı qorçisini həmrah etilər və Asəf sifətli etimadüddövləni
(Hatəm bəy Ordubadini - Ş.F.) müstöfvilər, qələm ərbabı və
hümayun dəftərxananın daruğəsi Bəstam ağa ilə birlikdə Gilana
göndərdilər ki, o vilayətin mal və divan hüquqlarını ədalət qanununa
müvafiq tənzimləsin, əgər Xan Əhmədin və sabiq hakimlərin
vaxtında mövcud olan haqq-hesabsızlıq işləri və pul çatışmazlıqları
aşkarlanarsa, onların üstündən batillik qələmi çəkilsin, o vilayətin
işləri bu güclü dövlətin məsləhətinə müvafiq, rəiyyət vəziyyətinin
yaxşılaşmasına rəğmən və acizlərin işlərinin tənzimi kimi həyata
keçirilsin.
Şahın özü isə Ərdəbil darülirşadına və Qızıl Ağac seyrü-
şikarına yollandı. Onu istiqbal edən Fərhad xan müqəddəs məiyyətin
tərkimində ona aid olan xidmətləri yerinə yetirirdi. Əlixanı
Biyəpəsdən, Əmirə Səyavuşu isə Kəskərdən çağırıb onlara şikar
təklifi etdilər. Onlar da fərmana əməl edərək Qızıl Ağacda görüşə
yetməklə səadətləndilər. Hər iki hakim daim şahın müqəddəs
məiyyətində idilər. Cənab Asəfi yoldaşlarıyla birlikdə Gilana
gedərək, az vaxt içərisində qanuni haqq-hesab işlərini ədalət və
rəiyyətpərvərliklə elə nizama saldı ki, o vilayətin binası indiyəcən
məhz o cənabın sayəsində möhkəm qanunla yoluna qoyulmuşdur.
Bu işlər baş verərkən o cənabın (etimadüddövlənin - Ş.F.)
adına çağırış məktubu sadir oldu. Onunla yoldaş olan bu sətirlər
781
müəllifi öz yoldaşlıq şərtinə əməl edərək, Qızıl Ağacda hümayun
ayağ öpməklə müşərrəf oldu. Gilanın Biyəpəs vilayəti bu güclü
dövlət övliyalarının əlinə keçdiyindən, şahın niyyəti bu idi ki,
sərhədyanı vilayətlərin hamısı, o cümlədən Təbəristan da üsyankar
adamların işğal tikanından təmizlənsin. O vilayətlər zamanın
tələbinə müvafiq olaraq, qədim varislər tərəfindən idarə olunurdular.
Onlar da tayfa məliklərinin yolu ilə gedərək, qarışıqlıq və inqilablar
əyyamında ayaqlarını nökərlik mərtəbəsindən kənara çəkib, heç bir
dəxli olmayan işlərə əl uzatdılar, özbaşınalıq bayrağı qaldırdılar. O
cümlədən Biyəpəs təxtgahı, yuxarıda yazıldığı kimi, ishaqi
sultanları, cənnətməkan şahın damadı Cəmşid xan və o mülkün
varisi olan və Xan Əhməd xanla Şirvana gedib orada qara çiçək
(ablə) xəstəliyindən ölən Məhəmməd Əmin tərəfindən idarə
olunurdu.
O sülalə mülazimlərindən olan Əlixan ibn Karkiya Əhməd,
Cəmşid xanın oğlanlarıyla dalaşaraq, onları mülklərindən qovdu,
özü isə saxtakarlıqla həmin vilayəti istila edərək hakimlik bayrağı
ucaltdı. Onun buna heç bir xidmət və dövlətxahlıq haqqı yoxdu ki,
belə bir məmləkət ona verilmiş olsun. Şahın ilhamlı xatiri istədi ki,
Biyəpəs Gilanını da, Biyəpiş Gilanına birləşdirib dövlət
övliyalarının ixtiyarına versin. Xan Əhmədin üzərinə hücum edən
Fərhad xan, şaha bu haqda müxtəldif vədlər verməsinə baxmayaraq,
bu işin təxirə salınmasını daha münasib bilirdi.
Amma, Əmir Səyavuş xanın Əmir Həmzə xan Talışla
aralarındakı birlik və dostluğa görə etibarı yox idi, buna görə də
şahın fikri onu dəf etmək, Təvaleş və Astaraya bitişik olan Kəskər
ölkəsini ələ keçirmək və Əlixanın işləri ilə məşğul olmağı isə başqa
bir vaxta saxlamaq idi. Amma, olduqca ağır bir haldır ki, onun
tərəfdarı olan Biyəpəs əhalisi fitnəkarlıq həyəcanına düşərək itaətə
gəlməyə və onların fitnəsi Biyəpiş Gilanına da sirayət eləyə!
Məsləhələşmədən sonra məsləhət gördülər ki, əgər biz
onların hər birinin cəzalandırılması ilə məşğul olarıqsa, başqalarını
da ürküdüb qorxuya salarıq. Amma cahanı bəzəyən rəy bütün
sərhədyanı torpaqları ələ keçirmək olduğundan onların işləriylə
məşğul olmağı ləngitmək istəmədi və hümayun göstərişə görə hər
ikisi cəzalandırıldı, Əlixanın qohumlarından Əmir Şahməlik adlı bir
şəxsi, baxmayaraq ki, onun əlahəzrət şahla heç bir tanışlığı yox idi
və etibarsız bir adamdı, gilanlıları sınamaqdan ötrü bütün Biyəpəs
sipəhsalarlığının başçısı etdi.
782
Ad-sansız bir neçə Biyəpəs adamı da xasseye-şərifənin
xüsusi qulamlar silkinə daxil edildilər, onlara qəbul olunmuş
qaydadan artıq məvacib və tiyul verildi, Rəştə və Fumənə daruğələr
təyin edildi, onları adı çəkilən gilanlılarla birlikdə yola saldılar.
Dostları ilə paylaş: |