Əbdülmömin xanın fərar etməsi:
Onlar gecə yarısınadək cəngin təşkili barədə düşünüb-
daşındılar, iqbal ordusunun mülazimlərinə at və silah payladılar.
Özbəklərin mühasirə etdikləri qalada olan Mirzə Məhəmməd Sultan
Bayat qızılbaş qoşunları ilə birlikdə həmin gecə hümayun orduya
854
gəlib-çatdı, şahın ayağını öpməklə şərəfləndi. O, özbəklərin fərar
xəbərini çatdırdı, baş verənlərdən belə danışdı: Cacərm
meydanından qaçan bir neçə nəfər adam piyada halda dağlara
gedərək, çılpaq və ayaqları qabarlı vəziyyətdə orduya çatdılar,
ləşkərin məğlubiyyəti və əmirlərin əsir tutulduqları xəbərini
Əbdülmömin xana çatdırdıldar. Ləşkər əyanları [bunu bilib] bir-
birilərinə dəydilər, onların arasına bərk çaxnaşma düşdü. Verilən
möhlət vaxtından altı gün keçmişdi ki, Şahməhəmməd İləçiyan ata
süvar olub qala ayağına gəldi və Mirzə Məhəmməd Sultanın yanına
adam yollayaraq, qalanın təhvil veriləcəyi möhlətin sabah bitəcəyini
bildirdi, dedi: "Yaxşısı budur ki, qalanı bir gün də əvvəl təhvil verək
ki, padşahın inayətinə layiq görülək". Mirzə Məhəmməd Sultan
dedi: "Ümidvarıq ki, sabah müzəffər şah ordusunun günəşi bu
vilayəin üfüqündən tülu edəcəkdir. Əgər nəvvab xan burada qalarsa,
biz vədimizə vəfa edib qalanı verərik". Özbəklər anladılar ki, Mirzə
Məhəmməd Sultan qızılbaş padşahının buraya gələcəyi gün üçün
yeddi gün möhlət qoymuşdu. [Buna görə də] qalanın fəthinə məyus
olub, məsələni Əbdülmömin xana ərz etdilər: "Ləngimədən çıxıb
getmək lazımdır". Elə həmin gün çıxıb Radkan yoluyla müqəddəs
Məşhədə gəldilər.
Ertəsi gün zəfər ayəli şahın ordusu gələrək qalaya çatdı,
orada dayandı. Bəzi tədbirli adamlar belə məsləhət gördülər:
"Əbdülmömin xanı təqib edib müqəddəs Məşhədə getmək lazımdır,
çünki, əgər onun qüvvəti olsaydı Əsfərayində qarşıya çıxardı.
Məlumdur ki, o, yenə də bizimlə qarşılaşmadan çıxıb gedəcəkdir.
Ehtimal edirik ki, özbəklərin müqəddəs Məşhəddə qaladarlıq etmək
gücləri yoxdur, orada [da] dayana bilməyib gedəcəklər, müqəddəs
Məşhədin fəthi bizə nəsib olacaqdır".
Bu fikrin əleyhinə olan Fərhad xan iki səbəbə görə bu
məsələni məsləhət bilmirdi. O, dedi: "Biri budur ki, bu yürüşdən
mətləb Əsfərayində mühasirədə qalanların xilas olunmaları idi ki, bu
iş yerinə yetirildi, özbəklər böyük məğlubiyyətə uğradılar, onların
əzəmətli əmirləri əsir düşdülər, padşahları isə bədnamlıqla qaçdı.
Gərək bir neçə gün burada gözləyərək bu vilayətin işlərini yoluna
qoyaq və sonra geri qayıdaq. İkincisi isə budur ki, qarşıdan çıxıb
getməyin din və dövlətə nöqsan gətirən başqa görüntüsü ola bilər.
Fərz edək ki, Əbdülmömin xan Məşhədi boşaldıb oradan fərar etdi.
[O, belə olan halda] bizə abadan bir şəhər verməyəcəkdir. Çünki,
Məşhəddə çoxlu qətl və qarətkarlıq törədəcək, bizim olmamağımıza
855
görə müqəddəs Məşhəd şiələri cürbəcür əzab-əziyyətə düçar
olacaqlar. Amma, getməyimizdən dinə və dövlətə heç bir nöqsan
yetişməyəcəkdir".
Bu haqda hərə öz fikrini bildirirdi. Nəhayət, Fərhad xanın
fikrinə əməl olundu, təqibdən əl çəkdilər, bir neçə gün Əsfərayində
gözləyib, o vilayət işlərinin tənzimlənməsi ilə məşğul oldular. Mirzə
Məhəmməd Sultan və bayat tayfası mühasirə əziyyəti
çəkdiklərindən və qaladarlıq səriştəsinə malik olmadıqlarından [şah]
Əsfərayin hakimliyini Budaq xan Çekəniyə verdi, həmin yerin
işlərini onun öhdəsinə qoydu. Orada, qalanın möhkəmləndirilməsi
və xandaq qazılması üçün çalışıb, şəhərin nizam-intizama
gətirilməsinə on gün vaxt sərf etdikdən sonra, çıxıb getdilər.
Hümayun orduda olan Xarəzm padşahı Hacı Məhəmməd istədi ki,
Astrabadda yerləşən və özünə mənsub olan türkman sayinxani eli
(il) içərisinə gedib, onlardan kömək alsın və özünü öz ülkasına
çatdırsın. Əlahəzrət isə bilirdi ki, Abdulla xanın işğalı və iqtidarına
baxmayaraq, onun istəyi yerinə yetməyəcəkdir, çünki hələlik onun
getmək vaxtı gəlib-yetişməmişdir. Amma, Hacı Məhəmmədin bu
məsələdə təkid etməsinə görə razılıq verib, onu mürəxxəs etdi,
imkan daxilində mümkün olan hər cür şahanə silahda ona verdi.
Hacı Məhəmməd oğlu Ərəb Məhəmməd Sultan və Babacanla
birlikdə yola rəvan oldu. Onun gedişi və yenidən ali saraya geri
qayıdışı haqqında gələn ilin hadisələrində yazılacaqdır.
Əlixan Gəraylı bu yürüşdən yayınıb hümayun məiyyətə
qoşulmadığı üçün şahın qərarı belə oldu ki, gəraylı [eli] içərisinə
getsin, əgər Əlixan sədaqət iddiası edib üzr istəsə, onu özü ilə
götürsün, Astrabada getsin, neçə vaxtdan bəri qızılbaşların əlindən
çıxan, sayinxani və qara geyimli Aymurd (Aymurd (?) - Ş.F.)
(Aymurde-siyahpuş) tayfalarına bölünən o vilayətin işlərini
tənzimləsin, yox, əgər Əlixandan üsyan və tüğyan əlaməti
görünərsə, əvvəlcə, onu dəf etməkdən ötrü Astrabada yollansın.
Şah bu məqsədlə Əsfərayindən çıxdı. Bəhryan çölü
(Dəşte-Bəhryan) ordunun məkanına çevriləndə qərara alındı ki,
əzəmətli əmirlər öz ağruqlarını və yüngül-ağır şeylərini, əllərində
zəif (zəbun) atlar olan əsgərlərə verib, onları İraqa tərəf yollasınlar,
işə yararlı subay (cəride və subay) adamlar isə humayun orduda
qalsınlar. Elə bu yerdə gəraylı ağsaqqalları ali taxt ayağına, gələrək
dedilər ki, Əlixan qala ayağındadır, gəlməyə cürəti yoxdur və
üzrxahlıq edir. Hüseyn xan şamlı tayfası ilə Payhəsar qalasının
856
fəthinə yollanıldı. Şahın zavalsız iqbal gücü ilə Payhəsar qalası
Hüseyn xan tərəfindən alındı, Əlixan isə Ruğd qalasına qaçdı.
Şah istəyirdi ki, bu qalanın üstünə də adam yollayıb Əlixanı tutsun,
onun işini tamamilə bitirib Astrabada getsin. Elə bu əsnada
Əbdülmömin xanın Səbzvara tərəf gəlişi və oranın qalasını
mühasirəyə alma xəbəri gəlib çatdı.
Əbdülmömin xanın Səbzvara gəlişi:
Əsgərlərin çoxu rüxsət alıb İraqa tərəf getdiklərindən, şahın
ordusunda az adam qalmışdı. Bu da məlum idi ki, Əbdülmömin
xana Bəlxdən və Mavərənnəhrdən kömək gəlmiş və o, təzə ləşkər
hazırlayıb cürətə gəlmişdir.
Rəy və tədbir sahiblərinin bir hissəsi qızılbaş ləşkərinin
dağınıq olmasına və Əbdülmömin xanın qüvvət və qüdrətinə görə
hümayun ordunun Səbzvara yürüşünü məsləhət bilmirdi. Bu vaxt
xəbər çatdı ki, Əbdülmömin xan Səbzvar şəhərini tutmuş və orada
qətliam törətmişdir. Şəhərin hakimi Mirzə Məhəmməd Mömin
Sultan qalaya sığınmışdır, amma onun qaladarlıq istedadı yoxdur,
özbəklər isə qalanı mühasirəyə alıb, onun fəthi üçün çalışırlar və
qala tezliklə alınacaqdır.
Əlahəzrət Gəraylı hakimliyinin bir yarısını Mənsur xan
Gəraylıya, o biri yarısını isə Təvəkkül xana verib Əlixanın
fitnəkarlığının dəf olunmasını onların öhdəsinə qoydu. O, qazi və
bir neçə nəfər gəraylı əyanını müqəddəs ordunun mülazimi edərək,
Səbzvara getməyi və o qaladakı mühasirəyə düşənləri xilas
etməyi qərara aldı, yanında olub-qalan adamlarla birlikdə
"Allaha təvəkkül"
595
deyib müzəffər bayrağını o səmtə tərəf
dalğalandırdı ki, qoy Allahın təqdiri nə isə o da yerinə yetsin.
Əsfərayin qalasından qaçan, Müqəddəs Məşhəd yaxınlığına gedən,
[sonra] Bəlxə yollanan Əbdülmömin xan eşitdi ki, əlahəzrət məhz
Məşhəd sakinlərinin dinc olmaları xatirinə onun təqibindən vaz
keçmiş və Astrabada tərəf getmişdir. Əbdülmömin xan özünü fərar
arından xilas etmək istəyirdi. O, [həm də] bilirdi ki, Əsfərayin
qalası yaxşıca möhkəmləndirilmiş, təcrübəli adamlara tapşırılmış,
oraya ehtiyat azuqə və silah toplanmışdır. Anladı ki, hal-hazırda o
qalaya hücuma keçmək məsləhət deyildir. [Həm də] Musa Mirzə və
595
İfadənin ərəbcəsi: "mutəvəkkilən alə-l-ləhi.
857
yoldaşlarının tutulmaları vaxtı Səbzvar əhalisində olan fitri təşəyyö
istəyi və cürətini o, unuda bilmirdi. Səbzvarın özbək əyanlarından
birinə çevrilmiş və Əbdülmömin xanın xidmətinə keçmiş Mir
Məhəmməd Kəskəninin oğlu Mir Əli Əsgərin Səbzvar hakimi
Məhəmməd Mömin Sultan və Mir Şəmsəddin Əli Sultanın övladları
ilə irsi ədavəti olduğundan o, Əbdülmömin xanı Səbzvarın fəthinə
təhrik etdi.
Artıq əlahəzrətin Astrabad hüduduna yürüş etməsi
məlum olmuşdu. Əlahəzrətin bir daha Xorasana qayıtmasına
Əbdülmömin xanın gümanı yox idi. O, Səbzvara yürüşə keçdi. Adı
yuxarıda çəkilən Mir Əli Əsgər çərxçi olub Səbzvar üzərinə yollandı
və qəflətən şəhər xaricində göründü, hər tərəfdən şeypur çaldıraraq
hücuma başladı.
Əbdülmömin xanın Səbzvar əhalisini qətli-am etməsi:
Yürüşdən xəbərsiz olan səbzvarlılar təşvişə düşmüşdülər
və müdafiə oluna bilmədilər. Mirzə Məhəmməd Mömin Sultan bir
dəstə əyan və yüz həyacan ilə özünü qalaya saldı, qalanı və öz əhli-
əyalını qorumağa başladı, şəhərdən əl çəkməli oldu. Şəhəri tutan
özbəklər əhalinin üstünə tökülüşdülər. Allahdan bixəbər olan o
tayfa, müsəlmanları qırmağa başladı. Əbdülmömin xan öz fərarının
və arının əvəzini Səbzvarın fəqir və zəif adamlarının qətlində gördü,
şəhəri qətli-ama məruz qoydu. O, hətta südəmər uşaqları
öldürməkdən də əl çəkmədi. Bu sətirlərin müəllifi hümayun şah
məiyyətinin tərkibində həmin şəhərə gəlib-yetişdi. Gördü ki,
südəmər balaları anaları ilə birlikdə qətlə yetirib iki hissəyə
bölmüşdülər. Əbdülmömin xan şəhəri qətli-am və tarac etdikdən
sonra qalanı tutmağa yollandı, onun fəthindən ötrü bərk cidd-cəhd
etdi. O, əmirlərin birini üç-dörd min qaniçən özbəklə Sədəxrəv (?)
qalası üzərinə yolladı. İgid, mərdanə və bu dövlətin tərəfdarı olan
Xacə Məhəmməd Sədəxrəvi isə üzünə müqavimət qalxanı tutaraq,
qalasını mərdliklə müdafiə etməyə başladı və bu vəziyyəti
bildirməkdən ötrü ali saraya adam göndərdi.
Şah Abbasın qorxusundan Əbdülmömin xanın fərar etməsi:
Xülasə, özbəklər vuruşmaqda idilər ki, başı fələyə uclan
hümayun çətir qələbə və iqballa Səbzvar diyarı üzərinə gəliş kölgəsi
858
saldı. Məsud şah məiyyətinin gəlişi xəbəri Sədəxrəvdə olan
özbəklərə yetişdikdə onların səbat ayaqları sustaldı və əsməyə
başladı, orada dayana bilməyərək, Əbdülmömin xana qoşuldular.
Humayun məiyyət Azad və Əzfərivməd (?) kəndlərinə çatdıqda,
Əbdülmömin xan bu dəfə də fərar arından çəkinmədi, əvvəllər etdiyi
kimi qayıdış təbilini çaldı, Şah Məhəmməd İləçiyam Nişapur
qalasına göndərdi ki, gedib oranı qorusun, özu isə Təbriz yoluyla
Bəlxə tərəf yollandı, heç yanda bir an da dayanmadı, sürətlə aradan
çıxdı. Səbzvar şəhərinə gələn qalibiyyətli ordu Səbzvar əhalisinin
sağ qalan adamlarının qayğısına qaldı, öldürülələrin dəfni ilə məşğul
oldu, o məzlum adamların intiqamını almağı həqiqi intiqamçıya
(Allaha - Ş.F.) həvalə etdi ki, bu haqda öz məqamında məlumat
veriləcəkdir. Əbdülmömin xan həyatdan ləzzət ala bilmədi.
Sözün qısası, əlahəzrət o şəhərin hakimliyini təcrübəli və
qaladar adam olan, özbəklərə müqavimət göstərib Estena qalasını
qoruyan o qalanın hakimi Budaq Sultan Qacara verdi. Oradan
hərəkət edib Nişapura tərəf getdi.
Şah Abbas Qəzvinə qayıdışı:
[Əlahəzrət] Nişapura məxsus Bəhrabad yaxınlığında
dayandı. Orada məlum oldu ki, Əbdülmömin xan çıxıb getmişdir.
Onu təqib etməyin mənası olmadığından və qışın yaxınlaşması
səbəbindən, həmçinin şaxtanın şiddəti, azuqənin isə yoxluğuna görə
Xorasanda qalmaq və Nişapur qalasını mühasirəyə almaq məsləhət
görülmədi. [Buna görə də] əlahəzrət geri qayıtmağı qərara aldı,
Astrabadın intiqamını almağı gələcək vaxta saxladı, qayıdış
cilovunu İraq səmtinə yönəltdi.
At yeminin qıtlığı və azuqənin çatışmazlığına görə bu səfər
zamanı çoxlu at, qatır və dəvə tələf olmuşdu. Cah-cəlal ordusu zəfər
və iqlal ilə Qəzvin darüssəltənəsinə qayıtdı və ona etdiyi yaxşılıqlara
(məhamed) görə İlahiyə dualar etdi.
ZÜLFÜQAR XANIN ELÇİ SİFƏTİLƏ RUMA
GÖNDƏRİLMƏSİ VƏ O DİYARIN VƏZİYYƏTİNİN ZİKRİ
Cah-cəlal ordusunun yürüşündən əvvəl [şah] Lahican
hakimi Dərviş Məhəmməd xan Rumlunu Ruma elçi təyin edib,
mərhum Sultan Murad xanın təziyəsi və oğlu Sultan Məhəmməd
859
xanın cülusu münasibətilə sədaqət məzmunlu məktub, habelə layiqli
töhfə və hədiyyələr də hazırlamışdı. Dərviş Məhəmməd xan hələ
həmin səfərə yollanmamışdı ki, əlahəzrət şah məcbur olub Xorasan
səfərinə yollandı və buna görə də Dərvişin səfəri təxirə salındı.
Zülfüqar xanın Rum eliçiliyinə getməsi:
Xeyirli Xorasan səfərindən geri qayıdıb bu ədəbi səltənətin
paytaxtı Qəzvinə çatdığı vaxt şah Ruma elçi rəvan etmək fikrinə
düşdü. Fərhad xan iltimas edib dedi: "Cənnətməkan şahın
hakimiyyəti vaxtı elçilik xidməti sərhəd bəylərbəyinə tapşırıldığı
üçün, indi həmin qaydaya əməl edib bu vəzifəni [mənim qardaşım]
Zülfuqar xana vermək lazımdır". Şah, Fərhad xanın xahişinə görə,
bu xidməti Zülfüqar xana tapşırdı və xan tam hazırlıqla Ruma
yollandı, həqiqətən də öz vəzifəsini ləyaqətlə yerinə yetirdi.
Zülfüqar xan ləşkərin ən seçilmiş adamlarından olan üç yüz
mülazimini təmtəraqla bəzəyib özü ilə apardı və həmin səfərdə çox
məsələni [lazımi kimi] başa çatdırdı. Belə ki, rumiyyənin bəzi alçaq
xislətli adamları xanı səfehlik və israfda günahlandırsalar da, Rum
padşahı, vəzirlər və paşalar xana cənnətməkan şahın vaxtında
olduğundan da böyük ehtiramla yanaşmışdılar. Bu il Avropa
[ölkələri] (firəngiyye) hücüm edib saysız-hesabsız ləşkərlə Rum
məmləkətlərinə qoşun çəkdilər, Sultan Murad xanın hakimiyyəti
zamanı [osmanlıların] avropalılardan aldıqları qala və başqa yerləri
geri almaq istədilər. Sultan Məhəmməd xan özü şəxsən onlara qarşı
yollandı. Zülfüqar xan İstanbula çatdıqda xandgar həmin səfərdəydi.
[Buna görə də, Zülfüqar xan] Sultan Muradın gəlişinədək İstanbulda
gözlədi.
Sözün qısası, onunla (Sultan Məhəmməd xanla - Ş.F.)
Avropa sultanları arasında qarşılaşma oldu. Əvvəlcə, rumilər
məğlub edildilər. Firənglər əzəmətli orduya qarşı dəstə-dəstə
hücuma keçib qarətkarlıqla məşğul olurdular. İsa Peyğəmbər
əleyhüssalam millətinin başçısı (xəlife) və Avropa padşahlarının
itaət etdikləri (mota) şəxs olan Roma (Rim) papasının adamları ilə
macar padşahı arasında xandgarın xəzinəsi üstündə savaş başladı,
çünki onların hər biri özünü həmin xəzinənin sahibi hesab edir, onu
öz haqqı bilirdi. Bu vaxt İlahinin inayət nəsimi islam qoşunu
üzərində əsməyə başladı, kafirlərin küfr və zülm bayraqları yerə
endi. Rum ordusunun süvari üzvləri hücuma keçib, dəyənək
860
(mətraq) və çomaqlarla o qəddarları (ərbabe-şeqaq) qovub qələbə
çaldılar, o qarabəxtlərin çoxu o biri dünyaya yollandı. Firəng
padşahları əzildilər və onların cəmiyyətləri parçalandı, hər tayfaları
öz vilayətlərinə çəkildilər. Sultan Məhəmməd xan zəfərlə İstanbula
qayıtdı və Zülfuqar xan, padşahla görüşdü. Həzrət xandgar o qələbə
barədə əlahəzrətə məktub yazaraq, onu hələ Zülfüqar xanın
[İstanbula] gəlişindən əvvəl göndərmiş, bu tərəfdən də sultana
dostluq və məhəbbət [hissləri ilə] dolu məktub yola salınmışdı.
Zülfüqar xana izzət və ehtiram göstərildi və o, layiqli töhfə və
hədiyyələrlə geri döndü, gələn il [Qəzvinə] çatdı, xandgar tərəfindən
əlahəzrətə məhəbbət üslublu və ədəbli müraciətlərlə dolu sözlərlə
yazılan məktubu, həmçinin töhfə və hədiyyələri təqdim etdi.
LAHİCAN GİLANININ BİR DƏSTƏ FİTNƏKARININ
DÜŞMƏNÇİLİKLƏRİN, HƏMZƏNİN ÜZƏ ÇIXMASI,
ZAMANIN TƏLƏBİNƏ GÖRƏ ONUN VƏ BƏZİ
DÜŞMƏNLƏRİN QƏTLƏ YETİRİLMƏLƏRİNİN ZİKRİ
Bu ilin hadisələrindən biri də budur ki, Gilan cahilləri
onlara xas fikir süstlüyü, ağıl zəifliyi və fitnəkarlıqları səbəbindən
özlərini məhvə doğru sürüklədilər. Bu hadisənin təfərrüatı belə
olmuşdur: Zəfər ayəli ordu Xorasana yollanıb Əbdülmömin xanın
dəf olunması ilə məşğul olan vaxt, keçən il bu dövlətdən üz
çevirmiş, üsyana qalxmış və fərar etmiş Kəcur hakimi Məlik
Cahangir xan bir dəstə alçaq təbiətli rüstəmdarlılarla birlikdə
Tənkabon hüduduna gələrək acizlərə və rəiyyətlərə qarşı
əliuzunluluq etməkdə idilər. Lahican hakimi Dərviş Məhəmməd xan
onun fitnəsini dəf etmək üçün qoşun bəzəyib Rüstəmdara rəvan
oldu. Gəpək qəbiləsindən və Mir Abbasın qohumlarından olan
Həmzə adlı birisi, əlahəzrətin bir neçə gün səltənət paytaxtında
olmamasından istifadə etdi. Xorasandan zidiyyətli xəbərlər
gəlməkdəydi. Gilanın paytaxtı olan Lahican hakimsiz qalmışdı.
Həmzə iki günlük hakimiyyəti qənimət bilib, işin gerisinə göz
yumdu, özünü Sultan Həmzə adlandırdı, üsyandan dəm vurmağa
başladı. Ləştəneşanın bir dəstə aqibətsiz adamı da onunla birləşdi və
Lahicana gəldilər. O vilayətin böyük kəndlərindən olan Simaastanə
və Kəmaçalın fitnəkar və aqibətsiz adamları da Həmzə ilə həmrah
olub, qəflətən şəhərə girdilər. Onlar əvvəlcə karvansaraların üstünə
tökülüşüb tacirlərin və ətraf yerlərin, həmçinin Dərviş Məhəmməd
861
xan mülazimlərinin mallarını qarət etdilər və Lahicanda çoxlu
dağıntı törətdilər. [Sonra] onların hamısı birlikdə qalaya yaxınlaşıb,
onun fəthindən ötrü oranı mühasirəyə aldılar. Dərviş Məhəmməd
xanın mülazimlərindən onun evini və qohum-qardaşını qorumaqdan
ötrü orada qalmış bir dəstə adam çaş-baş olub, qala qapılarını
bağladılar və onlara müqavimət göstərməyə başladılar, bu xəbəri
çatdırmaqdan ötrü iti sürətli bir qasidi Tənkabona göndərdilər.
Lahican qalasının mühasirədə olduğu neçə gün ərzində qala əhalisi,
qaladarlıqda təcrübəsiz olmalarına baxmayaraq, müdafiə olunmağa
və onlara qarşı çıxmağa başlayıb, müxaliflərin qalaya girmələrinə
yol vermədilər. Düşmənlər isə, qaladakıların təcrübəsizliyindən
xəbərdar olub, tam cidd-cəhdlə qalanı tutmağa çalışırdılar.
Amma, bu xəbər Biyəpəsə çatdıqda xasseye-şərifə
qulamlarından Rəşt daruğəsi olan Xosrov həy Çəharyar və Fumən
hakimi Uğurlu Sultan Çəyəni (?) oranın bir dəstə adamı ilə hücumla
Lahicana gəldilər, tərəflər arasında güclü cəng oldu. Qüdrətli
dövlətin qüvvəti ilə düşmənlər əzildilər və Həmzə bəy bir dəstə
adamla qətlə yetirildi, qalan adamları isə dağılışdılar. Rüstəmdar
hüdudunda olan Dərviş Məhəmməd xan bu xəbəri eşidib hücumla
Lahicana gəldi. Hələ onun gəlişindən iki gün əvvəl Həmzənin işi
bitdiyindən, o, qalan düşmənləri axtarmağa başladı, həmin tayfanın
ələ keçirdiyi hər bir adamını ədəm yoluna yolladı. Məktub yazaraq
ulduzu nəhs olan Həmzənin başını, bu xəbəri bildirməkdən ötrü,
iqbal ordusuna göndərdi. Cah-cəlal ordusu Savucbulağa çatdığı vaxt
baş da gəlib çatdı. Bu işi yerinə yetirmiş olan Xosrov bəy Çəharyar
“əhsən” və “afərin”ə layıq görüldü. Allah göstərişindən bir nümunə
olan padşahın qəzəb atəşi üsyan və qovğa məhəli olan Ləştəneşanın
fitnəkar adamlarına qarşı alovlandı və o, qətli-am hökmü verdi.
Dərviş Məhəmməd xan hökmə əməl edib Ləştəneşaya
yollandı, rumlu tayfası orada qətl və qarətə əl uzatdı, çoxlu günahsız
adam günahkarların oduna yandı. Allahtanıyan və düşüncəli adam
olan Dərviş Məhəmməd xan [bu barədə] çox düşündü, çünki o,
çoxlu adamın qətlə yetirilməsini istəmirdi. Amma, həmin hadisə
münasibətilə bir çox adam öldürüldü, amma bundan sonra o
tayfadan heç kəs üsyn və tüğyana ürək etmədi.
862
XALİQİN TƏQDİRİ İLƏ BU İL
BAŞ VERMİŞ MÜXTƏLİF HADİSƏLƏR
Həmzənin fitnəkarlıq atəşinin yatırılması və Ləstəneşanın
qətli-amından sonra o vilayətin idarə olunması Fümən hakimi
Uğurlu Sultan Çəgəniyə verildi, bütün Biyəpəs ülkası isə Fərhad
xana şəfqət olundu, Şiraz ülkası ondan geri alındı və bütün Fars
vilayəti Allahverdi xan Qullarağasıya* tapşırıldı, Farsın bütün divan
müamiləri onun öhdəsinə qoyuldu. Qərara alındı ki, o, hər il
xasseye-şərifə qulamlarından üç yüz nəfərini Farsa aparıb, onları hər
bir vilayətin xidmətlərində saxlasın, əldə olunan mənfəət isə silah və
yasaq ləvazimatı xərclərinə yönəlsin.
Bu il Nəhavəndə məxsus Səd Vəqqas əhalisi rumilərə qarşı
çıxıb, onların Səd Vəqqasda inşa etdikləri qalanı ələ keçirdi, sonra
isə onu dağıtdı. O vilayətin lur və kürdlərindən ibarət başıpozuq
adamları onlarla birləşərək Nəhavənd qalası üzərinə gəldilər.
Nəhavənd qalasının mühafizəçiləri şahın yanına bir adam yollayıb,
bu xəbəri ona çatdırdılar. O vaxt Həmədan hakimi olan Həsənəli xan
Çegəninin bu işin baiskarı olduğunu bildrib, ondan şikayətləndilər.
Əlahəzrət zilləllah şah sülh şəraiti və əhd-peyman
qaydasına əməl edərək qorçilər göndərdi və həmin adamları
cəzalandırdı, fitnəkarların bir neçəsini qətlə yetirib onların başlarını
Bağdada yolladılar, Həsənəli xan isə Həmədan əyalətindən çıxarıldı.
Başqa hadisə isə belə olmuşdur: Abdulla xanın
tərbiyətləndirdiyi və onun fədəvilərindən biri olan Herat hakimi Mir
Qulbaba Kukəltaş ya öz fikri, yaxud da o xanın işarəsi ilə əlahəzrətlə
yaxşı münasibət və dostluqda oldu. O, öz etibarlı elçilərini layiqli
töhfə və hədiyyələrlə ali saraya göndərib, sədaqət izharı etdikdən
sonra şaha bildirdi: "Tərəflərimiz arasındakı düşmənçilik və cəng
üzündən Mavərənnəhr camaatı möhtərəm ziyarətgahları ziyarət
etməkdən məhrumdurlar, qorxudan Hicaz yoluna sədd olan İran
vilayətindən keçib Həcc beytüllahül-həramına gedə bilmirlər".
Qulbaba şahdan belə xahiş etdi: "Həccə getmək istəyən özbək
tayfasına və Mavənnəhr əhalisinə qoy izn verilsin ki, onlar
qorxusuz-hürküsüz oraya gedib-gəlsinlər, bunun savabı, əlbəttə,
böyük olar". Elçilər Qəzvin darüssəltənəsinə gəlib şah ilə görüş
səadətinə yetdilər, onunla görüşdülər, ənam və ehsanlarla geri
qayıtdılar. [Şah] İslam bəy Yüzbaşı Şamlını onlarla birlikdə Herata
göndərdi, Mir Qulbaba Kukəltaşa inayət və iltifatla dolu bir məktub
863
yazıb, Mavərənnəhr Özbəklərinin Həccə gctmələri üçün icazə
xüsusunda hökm sadir etdi.
Bu ilin başqa bir hadisəsi isə budur: Əcəm [ölkələrində]
məşhur olan şirin sözlü şair Mövlana Şəni səadətinin çoxluğu və
etiqadının təmizliyinə görə şah məclisinin nədim və məclis adamları
arasında qədir-qiymətli adam idi. O həzrət İmam Əlinin (həzrət
vəlayətpənah) mədhi xüsusunda bir neçə beytdən idarət bir məsnəvi
yazdı. Məsnəvinin
Dostları ilə paylaş: |