AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Əmir Həmzə xan Talışın yağı olması



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə72/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   68   69   70   71   72   73   74   75   ...   96

 

Əmir Həmzə xan Talışın yağı olması: 

 

Həmçinin  ağıllı  və  xoşrəftar  şah  zamanında  ali  dərəcəli 



əmirlərdən  və  bu  xanədanın  sadiq  bəndələrindən  Bayandur  xan 

Talışın oğlu Əmir Həmzə xan özünü atasından daha böyük və ağıllı 

bilib,  Azərbaycanda  hakimiyyətin  zəif  olduğu  və  Əbu  Talib 

Mirzəçilərin  iqtidarı  günlərində  atasını  öz  irsi  ülkasından  məhrum 

etdi. O, habelə onun torpaqlarına yaxın məsafədə yerləşən Gilanata 

və  Kəskərə  də  dəxalət  edirdi.  Bütün  Talışın  və  o  ərazilərdə  olan 

başqa  yerlərin  hakimləri  ona  tabe  olub  istər-istəməz  öz  istəklərini 

bildirmişdilər.  Şahın  dövlətgünəşi  Xorasan  üfüqündən  göründüyü 

vaxt hələ Mürşidqulu xanın vəkalət əyyamı davam edirdi və hələlik 

səltənət  qəsrinin  qayda-qanunu  zəif  idi.  Əmir  Həmzə  xan 

başqalarından fərqlənib, o ətrafın bütün əmirlərindən tez  ali saraya 

gəldi.  Bütün  işləri  öz  əlində  cəmləşdirən  Mürşidqulu  xan  onu 

istəyinə uyğun olaraq (məqziül-məram) yenidən öz yerinə təyin edib 

geri  göndərdi.  Əlahəzrət  ölkə  işlərinin  cilovunu  artıq  iqtidar  əlinə 

aldığı  günlərdə  qoşunun  və  rəiyyətin  vəziyyətini  yaxşılaşdırmağa 

başladı, öz tərəfdarlarını bir-bir ələ gətirdi və məmləkətin hər yerini 

fitnəkar  adamlardan  təmizləməyə  başladı.  Əmir  Həmzə  xan  isə 

ixtiyarındakı  Sindan qalasının  möhkəmliyinə arxalanıb onu özünün 

əmniyyət  yeri  sandı,  əvvəlki  xasiyyətinə  uyğun  olaraq  ali  saraya 

gəlmədi.  Elə  o  günlərdə  Azərbaycan  vilayətindəki  işlərin 

nizamlanması  Fərhadxanın  qardaşı  Zülfüqarxana,  Əmir  Həmzə 

xanın  özbaşına  zəbt  etdiyi  Lənkəran  (Ləngərkonan)  ülkası  isə 

Fərhad xanın [başqa] qardaşı Əlvənd Sultana verildi. 

 

Əmir Həmzə xanın Əlvənd Sultanla  



cəng etməsi və məğlubiyyəti: 

        


Əmir  Həmzə  xan  ona  tabe  olmayıb,  müstəqilliyini  öz 

əlində  saxladı.  Şah  Ərdəbil    darülirşadında    əyalət  hakimi  olan 

Məhəmmədi  xan  Toxmağı  Sədrəddin  xan  Səfəvinin  övladları, 

şeyxavənd  tayfası  və  şahsevənlərlə  birlikdə  Əlvənd  Sultanı,  o 

yerlərin  hakimi  kimi  bərqərar  etməkdən  ötrü,  həmin  istiqamətə 


755 

 

göndərdi.  Məhəmmədi  xan  və  adı  çokibn  o  camaat  hümayun 



fərmanı  icra  etmək  məqsədlə  yola  düşdülər.  Əmir  Həmzə  xan  isə 

qürur  hissinə  qapılıb  üç-dörd  min  talış  süvarisini  toplayaraq  savaş 

məqsədilə  irəli  çıxdı.  Hər  iki  tərəf  arasında  başlanan  hərb 

məğlubedilməz dövlətin Əmir Həmzə xan üzərində qələbəsi ilə başa 

çatdı  və  onun  adamlarının  böyük  hissəsi  qılınca  yem,  oxa  hədəf 

oldu. Əmir Həmzə məğlubiyyətlə özünü Sindan qalasına atdı, oranı 

möhkəmlətdi,  eşiyə  çıxmaqdan  boyun  qaçırdı.  Cahanı  bəzəyən  rəy 

belə oldu ki, gərək qalanı onun əlindən alsınlar, əgər ondan sədaqət, 

birüzlülük  və  peşimançılıq  zahir  olarsa,  qalibiyyət  və  sadiqliyinə 

münasib  şəfqətlənsin,  yox  əgər  başında  yenə  əvvəlki  qürur  tüstüsü 

dolanarsa,  həmçinin  ondan  üsyankarlıq  əlamətləri  zahir  olarsa, 

cəzalandırılsın. Tirü kaman qorçisi  Həsən xan Çavuşlunu  bu təklifi 

yerinə  yetirməkdən  ötrü  göndərdilər.  Əmir  Həmzə  qorxub  Həsən 

xan və yoldaşlarının yanına getmədi. 

Sindan qalası böyük bir dağın yüksəkliyində yerləşdiyindən 

öz  ucalıq  və  genişliyinə  görə  fələklər  fələyi  ilə  yarışmaq  iddiası 

edirdi.  Qalanın  hündür  bürclərində  qərar  tutan  adamları  səma 

şahlığının  bürcərində  dayananlarla  dəmsaz,  gecələr  oyaq  qalan 

gözətçiləri isə asiman qalasının mühafizəçiləri ilə həmavaz idilər. 

 

Beyt 

 

Uçan daş o dağın mançağından  



Bir qərndən sonra çatar Keyvana

560


 

 

Həqiqətən də böyük bir qaladır. O hündür dağın və qalanın 



ətəyi meşə və cəngəllikdir ki, fəqət bircə yolu vardır. Elə dar yoldur 

ki, hətta bir nəfər piyada adamın belə gediş-gəlişi olduqca çətindir. 

Əmirlər  qala  ətrafındakı  münasib  bir  yerdə  dayandılar,  gediş-gəliş 

yollarını  bağlayıb,  həmin  ülkanı  zəbt  etdilər.  Talış  camaatı  öz 

dövlətxahlıqlarını  izhar  edib  əmirlərin  yanına  gələrək,  onlara 

tapşırılan  işləri  yerinə  yetirməyə  başladılar.  Əmir  Həmzə  xan  öz 

xudfəsəndliyi  və  dəyişkən  hərəkətlərindən  peşiman  oldu  şahın 

xidmətinə  yalvarışla  dolu  bir  ərizə  yollayıb  ərz  etdi:  "Hal-hazırda 

                                                           

560


 Beytin farscası: 

Ze səngəndaze-u səngi ke cəsti, 

Pəs əz qərni səre-Keyvan şekəsti. 


756 

 

Azərbaycanın müstəqil hakimi olan Hüsam bəy Qaramanlı övladı ilə 



bizim  xanədan  arasında  düşmənçilik  vardır  və  qanlar  axıdılmışdır, 

buna  görə  də  onlar  məndən  intiqam  almaq  istəyirlər,  elə  bu 

səbəbdən  qaladan  kənara  çıxa  bilmirəm.  Xahiş  edirəm  ki,  qalanı 

təhvil  verməyimdən  və  əlahəzrəti  ziyarət  etməyimdən  ötrü  mənə 

icazə versinlər". 

Əmir Həmzə xanın bu xahişi qəbul olundu və Qum hakimi 

Hüseyn  xan  Şamlını  onun  yanına  göndərdilər.  Hüseyn  xan  qala 

ayağına çatdıqda, Əmir Həmzə xanı arxayın etməkdən ötrü Zülfüqar 

xanı  və qaramanlı camaatını qala  yaxınlığından uzaqlaşdırdı. Əmir 

Həmzə xan öz vədinə əməl edib qaladan çıxdı, oğlanlarını mülazim 

yollayaraq, özü arvad  və qızları ilə birlikdə Şirvan  yolu ilə  aradan 

çıxdı.  Hüseyn  xan  fərmana  müvafiq  olaraq  qalanı  Zülfüqar  xana 

verib ali saraya gəldi. 

 

Əmir Həmzə xanın Rum ölkəsində öldürülməsi: 

 

Əmir  Həmzə  xan  imamların  qəbrini  (ətəbate-aliyyat) 



ziyarət  etdikdən  sonra  Şirvana  qayıdıb,  qədim  vaxtlardan  etibarən 

Hüsam  bəy  övladları  ilə  özlərinin  arasındakı  düşmənçilikdən 

qorxdu, bu tərəfə gəlməyə cürət etmədi, Şirvanda rumilərin arasında 

qaldı.  Nəhayət,  Əmir  Həmzə  xanın  yoldaşı  olan  talış  sufilərindən 

biri onun uzun müddət rumiyyə arasında dostcasına yaşadığını əldə 

əsas  tutaraq,  fürsət  tapıb  boynunu  baş  ağırlığından  yüngülləşdirdi, 

aradan çıxıb Əmir Həmzə xanın başını ali saraya gətirdi. Amma, şah 

onun  xanədanının  sabiq  xidmətlərini  və  qədim  sadiqliyini  nəzərə 

alıb,  Əmir  Həmzənin  oğlanlarını  şəfqətləndirdi,  onları  saray 

qulamları silkinə mənsub etdi. 

Xülasə,  bu  məsələlərin  baş  verməsindən  sonra  Həsən  xan 

Cavuşluya  hökm olundu ki, ağsaqqal, huşyar  və işbilən adam olan 

hümayun dəftərxana darüğəsi  Bəstam ağa  Türkmanı,  Azərbaycanın 

sərhədlərini təyin etmək üçün, yollasın. Bostam ağa fərmanı yerinə 

yetirməkdən  ötrü  o  istiqamətə  gedib,  Rum  xandgarı  tərəfindən 

Naxçıvan  hakimi  olan  Xızr  paşa  ilə  birlikdə  o  zamanın  tələbi 

çərçivəsində sərhədləri müəyyənləşdirərək geri döndü. 

Bu  il,  neçə  illərdən  bəri  istiqlaliyyətdən  dəm  vuran  və 

Əlişəkər sərhəddində yaşayan çoxlu el, ulus və qəbilələri köçürüb öz 

vilayətinə aparan  və özünü Ruma tabe adam hesab edən  Lurkuçek 

hakimi  Şahverdi  xan  Əbayi  Məhəmmədi  xan  oğlu  qızılbaşlar  və 


757 

 

Rum  dövləti  arasında  sülh  bağlandığını  eşidərək  ali  dərgaha  adam 



yollayıb,  belə  əhd  etdi:  "Əgər  onun  keşmişdə  etdiyi  zillətlər 

üzərindən  əfv  qələmi  çəkilərsə,  bundan  sonra  bəndəlik  və  [şaha] 

bağlılıq yolunda möhkəm dayanacaqdır." Adı çəkilən Lur sülaləsi və 

Lur  abbasiləri  qədim  dövrdən  bəri  şiə  və  əhli-beyti  sevən  adamlar 

olduqlarından əlahəzrət Şahverdi xanın keçmiş əməllərini əfv etdi və 

ona  lütfkarlıq  göstərdi.  Maqsud  bəy  Nazir  onun  ürəyini 

sakitləşdirməkdən  ötrü  Luristana  gedib,  ona  növbənöv  şahanə 

mükafatlar  verərək  geri  döndü,  Şahverdi  xan  isə  qəbul  olunmuş 

qaydadan daha artıq təltiflərlə şərəfləndi. 

 

FƏRHAD XANIN XORASANA GETMƏYİ, QAYITMAĞI, 



ƏBDÜLMÖMİN XANIN XORASANA GƏLİŞİ, ƏSFƏRAYİN 

QALASININ FƏTHİ VƏ ALLAHIN İRADƏSİ İLƏ BAŞ 

VERMİŞ BƏZİ HADİSƏLƏRİN ZİKRİ 

 

Xorasan  padşahı  Hacı  Məhəmməd  xan  həmişə  bu 



xanədanla  dostluq  və  birlik    etdiyi    üçün    cənnətməkan    şahın 

hakimiyyəti  zamanı  oğlu  Məhəmmədqulu  Sultanı  cahana  pənah 

verən dərgaha  [girov]   göndərmişdi.   Tərəflər arasında  yazışma  və 

get-gəl davam etməkdəydi. Hər il baş verən hadisələrin şərhi zamanı 

yazdığımız  kimi,  son  bu  iki  il  ərzində  Mavərənnəhr  padşahı 

Ahdullah  xan  və  onun  oğlu  Əbdülmömin  xan  Xorasan  vilayətinin 

işğalına  bel  bağlayaraq  oranı  Məşhəd  və  Nişapura  kimi  ələ 

keçirdilər.  Sədaqətli  və  qədim  dostluğun  təzələnməsinə  səy  edən 

Hacı Məhəmməd xan öz elçilərini dəfələrlə ali dərgaha göndərdi, elə 

bu  tərəfdən  də  Məhəmmədqulu  həy  Ərəhgirli  onun  yanına  elçi 

sifətiylə getmişdi. Bu ərəfədə ondan bu məzmunda məktublar gəldi: 

"Siz əgər özünüzün bir məşhur əmrini şüarları zəfər olan əsgərlərlə 

Xorasana  göndərsəniz,  mən dövlətxahınız da onlarla birlikdə gedib 

düşmənlərin şərinin dəf olunmasına çalışaram. Yoxsa, əgər Xorasan 

onların əllərinə keçərsə, onlar öz tamahlarını Xorasana bitişik olan 

Urgənc və Xarəzm vilayətlərinə də salacaqlar". 

Buna  görə  də,  bu  ilin  əvvəlində  cahanı  bəzəyən  rəy  belə 

oldu  ki,  özü  Qəzvin  darüssəstənəsində  qalıb  din  və  dövlətin  zəruri 

işlərinin  həlli  ilə  məşğul  olsun,  Fərhadxanı  isə  bir  dəstə  müzəffər 

əsgərlə  Xorasana  tərəf  yollasın.  Novruzun  əvvəlində,  xoş  bir  saat 

müəyyən  olundu  və  Fərhad  xanı  yola  saldılar.  Dünyagörmüş  və 

təcrübəli  adam  olan  Məhəmmədi  xan  Toxmaq  Əsəlməs  xan 



758 

 

Möhrdar  və  bir  neçə  əmirlə  onun  köməyinə  yollandı.  Xorasan 



əmirlərinə  bu  məzmunlu  bir  məktub  (yərlığ)  yazıldı:  "Onlar  qoy 

Fərhad  xanın  ətrafında  toplaşıb,  onun  məsləhətindən  çıxmasınlar". 

Fərhad  xana  isə  sifariş  verib  dedilər:  "Əgər  Abdulla  xanın  və 

Əbdülmömin  xanın  özləri  Xorasana  gələrlərsə,  qəbul  olunmuş 

qaydaya  görə  əmirlərin  padşah  qarısına  çıxıb  onunla  cəng  etmək 

səlahiyyətləri  olmadığı  üçün,  cəngə  girməsinlər,  bir  kənara 

çəkilsinlər, bu barədə dövlətə məlumat versinlər. Özbəklərin əlindən 

torpaqların  geri  alınması  və  bu  güclü  dövlət  övliyalarının  əlindəki 

yerlərin  məsələsi  zamanın  tələbi  və  dövlətin  məsləhəti  ilə  həll 

olunmalıdır. Bu işdə [Fərhad xan] qoy ciddi say etsin". Fərhad xan 

hümayun  fərmana  əməl  edib  məqsəd  istiqamətinə  rəvan  oldu,  öz 

gəlişindən Xarəzm padşahı Hacı Məhəmməd xanı agah etdi. Bəstam 

çəmənliyinə  yetişəndə  Hacı  Məhəmməd  xan  artıq  Nisə  və  Bağdad 

üstündə  özü  və  Nurməhəmməd  xan  ibn  Əbülməhəmməd  xan  ibn 

Din  Məhəmməd  xan  arasındakı  cəngə  görə  Bəstam  hüduduna 

gəlmişdi. 

 

Xarəzm padşahı Hacı Məhəmməd xanın Fərhad xan ilə görüşü: 

 

     O  Fərhad  xanın  gəlişindən  xəbər  tutub  Bəstama 



yaxınlaşdı.  Fərhad xan münasib bir yerdə xeymə və çadır (xərgah) 

qurmuş, şahanə bir ziyafət hazırlığı görmüşdü. O, bir-iki fərsəx yol 

gedib  xanı  qarşıladı.  Onlar  görüşdülər  va  Fərhad  xanın  dayandığı 

yerə  gəldilər.  Rəsmi  ziyafət  va  mərasimdən  sonra  bir-birlərinə 

töhfələr  və  hədiyyələr  verdilər.  Hacı  Məhəmməd  xan  bu  dövlətin 

mülazimləri  ilə  Abdulla  xanın  və  oğlu  Məhəmmədin  dəf  olunması 

xüsusunda əhd-peyman etdilər ki, bir-birlərinə 

bu  işdə  köməklik  göstərsinlər.  Sonra  ayrıldılar  və  hər  biri  öz 

ordusuna qayıtdı. 

Fərhad  xan  oradan  çıxıb  Nişapura  tərəf  üz  tutdu.  Ox  və 

kaman  qorçisi  Həsən  xanın  qardaşı  Əbu  Müslim  xan  Çavuşlu 

Əsfərayin hakimi idi. O hüdudda olan bayat və başqa tayfa əmirləri  

onun    başına    toplaşıb    Nişapur  qalasını    mühasirə  etdilər.  Fərhad 

xanın  gəlişi  və  onun  Hacı  Məhəmməd  xanla  ittifaq  etməsi  xəbəri 

Əbdülmömin xana Bəlxda çatdı. O, Bəlx, Bədəxşan, Hisari-Şadman, 

Əndxod və Sibirqan ləşkərləriylə Xorasana gəldi, ətrafa belə bir səs 

yaydı:  "Abdulla xan Mavərənnəhr və Türküstan ləşkəri ila Xarəzmə 

hücum etmişdir". Bu xəbəri eşidən  Hacı Məhəmməd xan Xarəzmə 



759 

 

tərəf  qayıtdı.  Fərhad  xan  da  Əbdülmömin  xanın  gəlməsi  xəbərini 



eşidərək bir qədər tərəddüd etdi, yanındakı əmirlər və ağsaqqallarla 

məclis  keçirtdi.  Bəziləri  cəng  etməyi  söyləyir,  başqa  aqil  və 

ağsaqqal adamlarsa cəngi məsləhət bilmirdilər. Fərhad xan fikirlərə 

qərq olmuşdu. Elə bu  vaxt onun ətraf yerlərə xəbər-ətər tutmaqdan 

ötrü  göndərdiyi  xəbər  tutanlar  (xəbərgiran)  geri  qayıtdılar  və  bu 

xəbəri  çatdırdılar:  "Əbdülmömin  xan  hücumla  gedib  müqəddəs 

Məşhədə  çatmışdır  və  hal-hazırda  işıq  və  külək  sürəti  ilə  buraya  

gəlməkdədir". 

 

Bayat tayfa başçılarının Əbdülmömin  

xanın əmri ilə öldürülmələri: 

 

Qızılbaş  ləşkərinə  qorxu  üz  verdi.  Fərhad  xana  əlahəzrət 



tərəfdən  Əbdülmömin  xanla    hərb      etmək  əmri  ilə  tapşığı 

verilmədiyindən  o,  cəngdən  daşındı,  şahın  əmrinə  qarşı  çıxmağa 

cürət  etmədi,  Xorasan  əmirlərinin  hər  birini  öz  qalalarını 

qorumaqdan ötrü ülkalarına göndərdi, Nişapura qayıtdı, bircə nəfər 

də qızılbaşı əldən vermədən Bəstama gəldi, vəziyyəti şaha ərz etdi. 

Şahın işarəsi ilə oradan Qəzvinə varid oldu. 

Əbdülmömin xan isə, o iki gün ərzində Nişapura yaxınlaşdı 

və  qızılbaşların  oradan  çıxıb-getmələrini  böyük  qələbə  sandı, 

hücumla  tez-tələsik  gəldiyindən  onun  yanında  çox  adam  yox  idi. 

Özbəklərin gəlib toplaşdıqları bir neçə gündən sonra dərhal ləşkərini 

Nişapur  və  Bölükmədən  ətrafında  yaşayan  bayat  elləri  üzərinə 

yolladı. Bayat ağsaqqalları Əbdülmömin xana itaət etməyi məsləhət 

bildilər və onların bir dəstəsi xanın yanına yollandı. Keçən ildən bəri 

ürəyində  kin  saxlayan  və  bir  çox  özbəyi  qətl  edən  xan  onların 

öldürülməyinə fərman  verdi.  Baba  İlyasın  oğlu Mahmud Sultan  və 

bayat  tayfasının  əksər  ağsaqqalı  orada  qətl  olundu,  qalanları  isə 

qarət olunub pərişan  vəziyyətdə  ətraf  yerlərə  dağılışdılar. Mahmud 

Sultanın qardaşı cahana pənah verən dərgaha gəlib müzəffər orduya 

qoşuldu. 

 

Əbdülmömin xanın Əsfərayin qalasını işğal  



etməsi və Əbu Müslim xanın öldürülməsi: 

 

Xülasə      Əbdülmömin      xan      bu      il  başqa  Xorasanın 



mahallarını da tutmaq fikri və döyüşkən ləşkəri ilə Əsfərayin qalası 

760 

 

üzərinə  gedib  oranı  mühasirəyə  aldı.  Əbu  Müslim  xan  o  qaladakı 



ustaclı, kürd və başqa qazilərlə birlikdə qalanın bürc  və barılarının 

möhkəmləndirilməsinə  başlayıb  qaladarlıq  ləvazimatı  tədarükü  ilə 

məşğul  oldu.  Əbdülmömin  xan  isə  Əsfərayin  qalasının  fəthi  üçün 

böyük səylər etdi, toplar gətirdi və qalanın mühasirə vəziyyəti dörd 

ayadək  uzandı.  Bir  neçə  yol  şiddətli  yürüş  oldu.  Qala  camaatı 

mərdanəlik göstərdi. Hər bir yürüş vaxtı özbək bahadırlarının böyük 

hissəsi  qətl  edildi  və  qalanın  xandağı  öldürülənlərin  cəsədləri  ilə 

doldu. O qala cəngində təxminən dörd minədək özbək yox oldu. Hər 

dəfə  də  Əbdülmömin  xanın  qəzəb  şöləsi  artmaqdaydı.  O,  qalanın 

fəthi  üçün  öz  səyini  daha  da  çoxaldırdı.  Yuxarıda  yazıldığı  kimi, 

əlahəzrət  başqa  zəruri  işlərlə  məşğul  olduğundan  bir  neçə  gün 

Xorasana  getmək  fürsəti  tapa  bilmədi.  İşlərini  görüb  qurtardıqdan 

sonra Əsfərayin qalasını xilas etmək fikrinə düşdükdəsə, gec oldu və 

ona qalanın tutulması xəbəri gəlib çatdı. 

Xülasə,  Əbu  Müslim  xanın  vuruşub  qalanı  saxlamaq 

cəhdindən  dörd  ay  sonra,  mühasirodokilərin  vəziyyəti  gərginləşdi. 

Onların  taqətlərinin  tükəndiyi  axırıncı  yürüş  zamanı  özbəklər 

bürclərə  dırmaşıb  qalanı  aldılar,  nəfəs  belə  dərmədən  qətl-qarətə 

başladılar. 

Əbu Müslim xan bir neçə cavanla bürclərin birində özünü 

hifz edərək üç gün döyüşdü. Kamanda oxu, yanında  güllə  və barıtı 

qalana  qədər  heç  bir  özbəkdə  onun  olduğu  bürcü  tutmaq  cürəti 

olmadı. Tüfəng səsləri kəsiləndən sonra ox səfiri atılmaq səfərindən 

qaldı. Özbəklər onların daha hərb etmək hallarının olmadığını başa 

düşdülər,  hücuma  keçərək  bürcü  ələ  keçirdilər.  O  şir  kimi  mərd 

insanlar  öz  qiymətli  can  matahlarını  sədaqət,  qeyrət  və  kişilik 

bazarında satıb, iti xəncər və qantökən qılıncla özbəklərlə əlbəyaxa 

oldular,  mərdanəliklə qaçılmaz ölüm şərbəti içdilər.  Həmin bürcün 

mühasirəyə  düşənlərindən  Keçəl  Qubad  Kolhəri  onu  tanıyan  bir 

özbək bahadırı öldürmək istəmədi və qorudu. O, buna görə də özbək 

ordusu  içərisindən  sağ-salamat  çıxıb  İraqa  gəldi,  baş  verənləri 

olduğu kimi mənə (İsgəndər bəy Münşiyə  - Ş.F.) danışdı. Yuxarıda 

tərəfimizdən  rəvayət  olunduğu  kimi,  Tərşizin  Susefid  cəngindəki 

əbədsizliyinə  göbə  əlahəzrət  şah  Əbu  Müslim  xanın  qətlindən  çox 

da təəssüflənmədi. 

Əbdülmömin  xan  Əsfərayinin  fəthindən  sonra  Səbzvarı, 

Məzinanı,   Cacərmi,   Şəğanı,   Curbədi   və   o   hüduddakı başqa 

yerləri əlinə keçirərək, oralara hakimlər təyin etdi və Bəlxə qayıtdı. 



761 

 

İlin  axırı  olduğu,  vilayətin  dağınıq  hala  düşməsi    və  azuqə 



çatışmazlığına  görə dünyanı  bəzəyən şah Xorasana getməyi təxirə 

saldı  ki,  baharın  əvvəllərində  məmləkətlərin  ləşkərlərini  toplayıb 

mülklər  alan  bayrağı  Xorasana  tərəf  dalğalandırsın.  Əlahəzrət  o 

qışda  İsfahan  darüssəstənəsinə  təşrif  apardı,  oradan  Yəzd 

darülibadəsinin  seyrinə  getdi,  yenidən  İsfahana  döndü  və  qışın 

ardını həmin cənnətnişan yerdə keçirdərək, əhaliyə qayğı göstərmək 

və  onları  kama  yetirməklə  məşğul  oldu,  qışın  sonunda  Qəzvin 

darüssəltənəsinə qayıtdı. 

 

SONU SƏADƏTLƏ NƏTİCƏLƏNƏN MİN BİRİNCİ (MİLADİ 

1592/93) BALIQ İLİNDƏ BAŞ VERƏN VƏ HÜMAYUN 

CÜLUSUN ALTINCI İLİNƏ TƏSADÜF EDƏN HADİSƏLƏR 

 

Tazəhdi hər yanı bir də bahar yelləri,  



Ruzigarın seyqəli eylədi rahət canı.  

Yağdı yağış, tərtəmiz oldu çəmən büsbütün,  

Bayrağı xoş novruzun sayələdi dünyanı  

Bimar o nərgiz gülü öldü baxıb güllərə,  

Oldu o azad süsən zülfi-yazın heyranı.

561


 

 

Bu  ilin  xoş  amallı  novruzu  cəmadüs-sani  ayının  üçündə, 



şeşənbə  gününə  təsadüf  etdi.  Cəm  məqamlı  əlahəzrətin  və  ulduz 

sanlı qoşunu olan şahın mübarək fikri həmişə düşmənləri dəf etmək 

və Xorasan ölkəsini geri almağa yönəlmişdi. İranda hümayun cülusu 

və həzrət cənnətməkan şahın taxtına əyləşməsindən bu vaxta qədərki 

dövrdə o övliyalar sultanı, pak adamların seçilmişi, haqq, həqiqət və 

din  qütbü  mərhum  Şeyx  Səftnin  və  o  həzrətin  əcdadı  olan  uca 

məqamlı şeyxlərin ziyarəti şərəfinə hələ yetişməmişdi. Əlahəzrət bu 

vaxtadək  Azərbaycanın  süst  vəziyyətdə  olması  və  rumilərin 

müxalifət etmələrinə görə həmin səadəti ləngitmişdi. 

 

                                                           



561

 Misraların farscası: 

Gəşt təravətfəza baz nəsime-bəhar,  

Zəng ze delha zodud seyqəliye-ruzgar.  

Rayəte-novruz gəşt sayefekən dər cəhan,  

Şost ze əbre-bəhar səhne-çəmən əz ğobar.  

Nərgese-bimar gəşt məhve-tamasaye-gol,  

Susəne-azade gəst şifteye-zolfe-yar. 



762 

 

Şeyx Səfinin və başqa əzəmətli şeyxlərin  



ziyarətindən ötrü Şah Abbasın Ərdəbilə getməyi: 

 

Yuxarıda  yazıldığı  kimi,  sülh  sazişinin bağlanması  həyata 



keçdi  və hamı o tərəfdən arxayınlaşdı. Şahın işıqlı fikrinə əzəmətli 

şeyxlərin pak məzarlarını təvaf etmək düşdü, səltənət taxtından çıxıb 

xoş  bir  vaxtda  həmin  müqəddəs  yerə  çatdı,  ziyarətini  təqdim  etdi, 

oranın sakinlərinə sədəqələr  verdi, şeyxlərin  müqəddəs  ruhlarından 

kömək istədi və Xorasana tərəf yola düşdü. Bu iki-üç il müddətində 

Azərbaycan  vilayəti  padşah  fərmanlarından  xali  olduğu  üçün, 

Qaracadağ hakimi Xəlifə Ənsarın oğlu Şahverdi xan özünün şövkət 

və iqtidar bayrağını orada dalğalandıraraq, iman və sədaqətdən uzaq 

işlər  görməkdəydi  və  onun  başında  hələ  də  özbaşnalıq  havası 

qalmaqdaydı. O, bundan  əvvəl rumilərlə də  münasibətdə olmuş  və 

oğlunu  Təbrizə  Cəfər  paşanın  yanına  göndərmişdi.  Şahverdi  xan 

tacını  başından  çıxarıb  rumiyyəyə  tabe  olmuşdu.  Sülh  müqaviləsi 

bağlanandan sonra sərhədlər müəyyənləşdirildi və Qaracadağ ülkası 

bu  tərəfin  əlində  qaldı.  Gərək,  ata-babadan  bu  xanədanın 

sufilərindən  və  sülalənin  müstəqim  tərəfdarlarından  olan  Şahverdi 

xan,  özünün  üsyan  və  qiyam  çirkabına  bulaşmış  sədaqət  ətəyini 

peşimançılıq  suyu  ilə  yuyub,  bu  dudmanın  səmimiyyət  tacının 

qüdrəti  ilə  təmizlənmiş  kamil  mürşidin  (qızılbaş  şahlarına  verilən 

"mürşidi-kamil"  ifadəsi  -  Ş.F.)  xidmətinə  gələydi,  rumilərlə  etdiyi 

münasibətə  vaxt  ötdükcə  "təqiyyə"  (dini  əqidəsini  gizlətmə  -  Ş.F.) 

adı  qoyaraq  sabiq  əməllərindən  peşiman  olaydı.  Amma,  o,  bu 

səadətin  uğurlu  nəticəsini  görmədi  və  əlöpmə  (ütbəbusi  -  Ş.F.) 

izzətinə yetməklə şərəflənmədi. Elə bu vaxtlarda da  

 

Şer 



 

İllərlə həmin dövləti ki, arzu edərdik,  

Tapdı özü öz məqsədimə doğru gedib yol.

562


 

 

əlahəzrət  Ərdəbil  darülirşadına  gedərək  sultanül-övliyanın  (Şeyx 



Səfiəddin  İshaqın  -  Ş.F.)  şərafətli  türbətini  ziyarət  etdi,  amma 

                                                           

562

 

 



Beytin farscası: 

An dövləti ke mitələbidim salha,  

Porside rahe-xane-vo xod bər dər aməde. 


763 

 

Şahverdi  xandan  səmimiyyət  əsəri  görünmədi  və  o,  bu  dərgahın 



torpağını öpməyə gəlmədi. 

Şahanə  himmət  qısaca  olaraq  bu  qayda  üzrədir:  bütün 

kafərlər (kafərnemətan - kafər çörəyi yeyənlər - Ş.F.) öz əməllərinə 

yetməlidirlər!  Özlərinin  özbaşınalıq  çöllərində  hava  udub  təmiz  su 

içmiş  olan  bütün  qızılbaş  əmirləri  gərək  İran  torpağından 

təmizlənsinlər!  Əlahəzrət  bir  dəstə  qulamla  Allahverdi  xanı, 

Şahverdi  Sultanı  ali  dərgaha  gətirməkdən  ötrü  göndərdi.  O,  isə  bu 

xanədanın  mülazimlərinə  üz  tutmayaraq  fərar  yolunu  tutdu,  özünü 

rumiyyə  sərhədinə  daxil  olan  yerə  çatdırdı.  Əlahəzrət  onun 

vilayətinə başqa bir hakim təyin etdi və o sərhədin ilərini öz istəyinə 

uyğun şəkildə tənzimlədi. Bu xoşbəxt ildə baş vermiş hadisələrdən 

biri  də  budur:  Hümayun  Xorasan  yürüşü  qərara  alınanda  hamının 

fikri  həmin  yürüşə  yollanmaq  oldu  və  bu  vaxt  istər-istəməz 

(biixtiyar) bu hadisə baş verdi: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin