Misra
Gedib öz şəhrinə olsun özü öz şəhriyarı.
537
Əgər Bəktaş xan Kirmana gedərsə bədxahlarının cəza
vermək imkanı olmayacaq və Yaqub xan Kirmana gəlməyəcəkdir.
Əgər o hətta Kirmana qoşun çəksə belə, orada onu dəf etmək asan
olacaqdır".
Bəktaş xan qeyrətə qısılıb arxasını düşmənə tərəf çevirmək
istəmədi ki, xalq arasında bir fərari kimi töhmətə məruz qalsın.
Həmin vilayətdə ona yardım etməklə şövkət və iqtidar bayrağını
qaldıran mirmiran da onun getməyinə mane oldu.
Yaqub xanın Bəktaş xan ilə cəngi və
Bəktaş xanın məğlub olması:
Xülasə, cahil və nadan adamların təhriki ilə Bəktaş xan
yanındakı adamın az olmasına baxmayaraq, Yaqub xanla hərb
etməyə hazırlaşıb şəhərdən çıxdı, onun qarşısında döyüş səfi qurdu.
537
Misranın farscası bebdir:
"Be şəhre-xod rəvəd o şəhriyare-xod başəd".
727
Hər iki tərəf hərb alətlərinə əl atdı. Şiraz ləşkərinin çərxçiləri
aramsız həmləyə keçdilər. Əfşar qoşununun dilavərləri onların
sədəmələrinə tab gətirə bildi və Yəzd qoşununa qorxu üz vermədi.
Öz ləşkərinin mərkəzi hissəsini (qəlb) və düşmənin çoxluğunu
müşahidə edən Bəktaş xan anladı ki, əgər cəng qayda-qanununa
riayət edərsə, həmin saysız-hesabsış ləşkərə müqavimət edə
bilməyəcəkdir. Abbas Sultanla hərb zamanı əl atdığı üsula əməl
edib, qoşununun hamısını hərəkətə gətirdi və onlar bütövlükdə Şiraz
ləşkəri üzərinə hücuma keçdilər. Bəktaş xan qoşunun qol hissəsini
yürüş üçün öz etibarlı adamlarına tapşıraraq, ləşkərin özünə məxsus
şücaətli döyüşçülərini qoldan ayırdı, sürətlə hücuma keçdi, çərxçi
döyüşçülərinin səfini dağıtdı, Şiraz əskərinin səbat və dözüm
bünövrəsinə zəlzələ saldı. Yaqub xan çaş-baş qalıb, əfşar qazilərinin
məharətli bir sədəməsindən sonra öz əskərlərində acizlik və sınıqlıq
müşahidə etdi. Elə iztiraba düşdü ki, bayrağının yanından uzaqlaşıb
ehtiyatını əldən vermədi. Fars əmirləri zümrəsindən olan
Mürtəzaqulu xan Pornakın oğlu Məhəmmədqulu xan ürək-dirək
verərək onu səbr və dözümə rəğbətləndirməkdəydi.
Amma, Bəktaş xan təmtəraqla irəliləyərək, Yaqub xan
ləşkərinin qoluna yaxınlaşan vaxt əfşar qazilərinin bir dəstəsi onların
sayının çoxluğunu görərək döyüş fikrindən döndü, Bəktaş xanın
cəsarətlənməsinə mane oldu. Onlar fəqət qol ləşkərinin qarşısında
bir ləhzə dayandılar. Zülqədərlər onların dayanacaqlarını müşahidə
etdilər, bir qədər inamları artdı, öz səbat qədəmlərini irəli atdılar.
Yusif xan mülazimlərinin bir dəstəsi döyüş vaxtı döyüşçülərin
arasında olan Bəktaş xanı tanıyıb, Yaqub xana xəbər verərək xanın
orada olduğunu bildirdilər. Bəktaş xanın qolda olduğunu güman
edən Yaqub xan isə bir qədər təşviş içərisindəydi. Amma, xanın
qoldan uzaq düşdüyünü və irəli gəldiyini öyrəndi, döyüşçülərini onu
mühasirəyə almağa və qaçış yolunu bağlamağa rəğbətləndirdi.
Döyüşçülər Bəktaş xanın hər tərəfindən gəlib onu araya aldılar. Xan
vəziyyəti belə görüb özünün artıq bəla dəryasında batacağını başa
düşdü, səbəbsiz yerə ləngiməyindən pərt oldu və peşimançılıq
barmağını həsrət dişi ilə dişlədi, əgər cəngi davam etdirərsə ələ
keçəcəyini anladı, məcbur olub meydandan qaçmaq və qola
birləşmək istədi, amma buna fürsət tapa bilmədi. Səflər yaran igidlər
müxaliflərin səflərini, Bəktaş xanınsa ön və arxasını dövrələdikləri
üçün o, qorxudan şəhər yolunu önə tutdu, döyüşçüləri də onun
məğlub olduğunu görüb fərar yoluna rəvan oldular. Bəktaş xan
728
şəhərə daxil olub, öz etibarlı adamlarına darvazaları bağlamağı
tapşırdı, Kirmana getmək, yaxud Yəzddə dayanmaq və qaladarlıqla
məşğul olmaq barədə məsləhətləşməkdən ötrü mirmiranın yanına
getdi.
Bəktaş xanın şəhərə gələn xeyrxahlarının bir dəstəsi onun
gəlişini bəyəndilər və dedilər: "Gərək elə indi Kirman yoluna
getmək lazımdır, çünki həqiqətən də əqlin məsləhəti belədir. İndi
ləngimək vaxtı deyil və səhərədək ön fərsəx yol getmək olar. Gərək
elə bu ləhzə çıxıb gedək". Bəkdaş xan qeyrətləndi, çünki o,
mirmiranın qızı olan möhtərəm hərəmini Yəzddə qoyub aradan
çıxmaq istəmirdi. Onu özü ilə aparmaq da çətin idi. Başqa yandansa,
Yaqub xan böyük bir dəstə adamını Kirman yoluna yollaya bilərdi.
Bundan başqa xan öz adamlarından da şübhələnərək, onlara etibar
edə bilmirdi.
Amma, Yaqub xan və zülqədər ləşkəri Bəktaş xan
ləşkərinin məğlubiyyətini müşahidə etdikdən sonra bir qalib kimi
zəfərlə şərəfləndilər. Artıq axşam düşdüyü üçün məğlubiyyətə düçar
olanları təqibə başlamadılar, gecə qaranlığı [məşəqqətinə] giriftar
olmadılar və elə orada da qaldılar. O gecə Bəktaş xanın şəhərə
getdiyi aydınlaşdı. Yaqub xan onu hiyləgərliklə ələ gətirmək fikrinə
düşdü, çünki onun elə bu gecə Kirmana gedəcəyindən qorxurdu.
Buna görə də o, elə həmin ləhzə özünün iki-üç ağsaqqal adamını elçi
sifətlə mirmiranın yanına şəhərə göndərdi. Yaqub xanın
məktubunun qısa məzmunu beləydi: "Bəktaş xan dövlətə müxalif
olduğu üçün aləmpənah şahın dustağıdır. Biz onu sizə tapşırmışıq.
Əgər çıxıb hansı bir tərəfə gedərsə, siz cənab şah tərəfindən
cəzalanacaqsınız". Məktub bir qədər təhdidamiz tərzdə yarılmışdı.
Alişan seyid və ehtiramlı adam olan mirmirana qarşı əmir
və əyanlar heç vaxt ədəbdən kənar bir hərəkət etməmişdilər. O,
bilirdi ki, Yaqub xan cahil bir cavan və məğrur bir şəxsdir, onunla
mübahisə məqamında dayanmaq olmaz. Mirmiran onun təhdidindən
qayğılandı və elə Bəktaş xanın yanına gələn elçilərə dedi: "Bəktaş
gördüyünüz kimi mənim yanımdadır və heç yana getməyəcəkdir,
inşaallah. Xeyirli və məsləhət görülən bu təklifə əməl olunacaqdır".
O, Bəktaş xanın aradan çıxacağından, özününsə
cəzalandırılacağından qorxub, ona nəzarət etmək, əgər şəhərdən
çıxmaq istərsə mane olmaq məqsədiylə bir neçə adama əmr verdi.
Bununla kifayətlənməyib, öz adamları tərəfindən qorunan darvaza
mühafizəçilərinin yanına adam yollayaraq, Yaqub xanın bir dəstə
729
adamını şəhərə gətirdi, evinin qapısını onların üzünə açdı.
Mirmiranın bivəfalığını müşahidə edən Bəktaş xan ona
güvənməkdən əlini üzdü və başa düşdü ki, bürc və barıların
möhkəmləndirilməsi və qaladarlıq daha mümkün deyildir, bunun
heç faydası da yoxdur. Bundan başqa o, öz adamlarından da
şübhələnmişdi və onlara etibar etmirdi. İztirab işgəncəsinə qapılıb
nə edəcəyini bilmədi. Nə qalmaq fikri, nə də getmək ayağı
qalmamışdı. Mirmiranın adamları onun hər tərəfini kəsmişdilər,
gediş-gəlişinə göz qoyurdular. Həyat badəsi dolduğundan əcəl onun
ətəyindən tutub, heç yana hərəkət etməyə qoymurdu.
Bəktaş xanın öldürülməsi:
Adamlarının hərəsinin öz hayında olduqları o qaranlıq
gecə çağı Bəktaş xan bərk iztirab hissi ilə evdən eşiyə çıxır, yenə də
içəri qayıdırdı. Hər dəm bir xəyal, hər ləhzə bir fikir edirdi. Var-qəl
edə-edə gördü ki, bir neçə nəfər biganə adam yaraqlanıb evin
qapısını qorumaqdadır. Onların Yaqub xanın adamları olduqlarını
anladı. Başa düşdü ki, onlar mirmiranın işarəsi ilə buraya gəlmişlər.
Əlini qılınca atıb onlara tərəf getdi. Elə bu əsnada qoluna bir güllə
dəydi və əli hərəkətdən qaldı. Məlum oldu ki, ya onun fikrini bilən
kimsə onu yaralamışdır, ya da əli tüfəngli öz xidmətçilərindən
birinin əlindən təsadüfən güllə açılmış və onun həyat xırmanını
yandırmışdır.
Xülasə, o adamlar onu yaralayaraq özlərini çatdırıb həbs
etdilər. Bəktaş xan özünü dost və düşmənə giriftar gördü, qeyrətə
sığınıb əli-qolu bağlı halda Yaqub xanın yanına aparılmasını
istəmədi. Onları əfşar tayfası ilə qorxudaraq, onu qətl etmələrini
xahiş etdi, həmin adamlar da dərhal Bəktaş xanı qətlə yetirib,
arxayınlaşdılar. Bu hadisə gecə yarısı baş verdi. Bəktaş xanın qətli
xəbəri Yaqub xana çatdıqda, onun şadlığı əndazəyə sığmadı, əzəmət
və iqtidarı asimana yüksəldi. Bəktaş xanın başını ali dərgaha yolladı,
məsələnin necə baş verdiyini məktubla ərz etdi. Bəktaş xanın
mülazimləri və yoldaşları öz hallarının qeydinə qalıb arxayın
yerlərdə gizləndilər. Hələ sübhi-sadiq açılmamışdı ki, zülqədər
ləşkəri şəhərə tökülüşdü, onların qarət və tarac əlləri əfşarların
evlərinə uzatdı. Müxalifətə qarışmayan və dostu düşməni ayırmayan
avara adamlar da əl atdıqları hər yeri qarət süpürgəsi ilə
süpürürdülər.
730
Xülasə, bu qəziyyələr zamanı Yəzd camaatını müxtəlif
sıxıntılar və təşvişlər bürüdü, qarmaqarışıqlıq və qovğalar iki-üç gün
çəkdi. Yəzd əhalisinin çox evi tərac olundu, mir-miranın təbəələri də
qarət edildilər. Onun böyük Övladı olan cənab Şah Xəlilullah
həmişə atasının ziddinə gedirdi, Bəktaş xana qarşı da müxaliflik
edirdi. Onunla Yaqub xan arasında yazışma vardı. O, o zaman
Yaqub xanın yanına gəlib izzət və ehtirama layiq görüldü. Amma,
Yaqub xan mirmiranı və onun başqa övladını Bəktaş xanla
müvafiqət, özünə qarşı ilə üsyankarlıq və müxalifətdə ittiham edib,
onlara ehtiram göstərmədi, hətta onlara təhqir məqamında dayandı,
Bəktaş xanın xəzinələrinin zəbti üçün göndərdiyi adamlara
mirmiranın da evinə göz yetirmlərini tapşırdı. Mirmiranın evində
bir-iki qız görən qızılbaşlar onlara qarşı çox da nəzakətsizlik
etmədilər, mirmiran xanədanına mənsub olan evlərə çox da əl
uzatmadılar. Amma, ona çoxlu xiffət və üzgünlük nəsib oldu. Yaqub
xanın təvəqqəsi ilə rəsme-peşkəş və rəsme-tərcüman vergisi adı
altında ondan küllü miqdarda pul alındı. Bu sətirlərin müəllifi bu
qəziyyələr baş verən zaman orada olmuş cənab Asəfsifət Hatəm
bəydən baş verənlər barədə məlumat aldığına görə, ondan
eşitdiklərinə və həmçinin sözlərinə şübhə olmayan adamların
təsdiqinə əsaslanıb, mətləbi uzatmaq istəməyərək həmin hadisələri
qısaca və nöqsansız qələmə aldı. Xülasə, Yaqub xan Yəzd
darülibadəsində və cənnət kimi gözəl bağ-bostanlarda bir neçə gün
eyş və xürrəmlikdə gün keçirdi. Şah Xəlilullah ona şahanə ziyafəllər
verirdi. Yaqub xan təbiətən xəsis bir adamdı. Bəktaş xanın iyirmi il
ərzində topladığı xəzinə və mallara göz dikdi, onlara heyran oldu,
sədaqət və bəndəlik yolundan dönərək onları özünə götürdü. Nəfis
malları özünə ayırdı, onların az bir hisəssini ali dərgaha göndərdi.
Əgər sədaqətli adam olsaydı, belə bir xidmət etdiyinə görə iftixar
hissi keçirməklə kifayətlənər, dünya xəzinələrini “səadətli adamların
ən aşağı mərtəbəsi (ədna) sədaqət mərtəbəsidir” [deyərək], böyük
razılıqla öz vəlineməti ilə bərabər bölüşdürməzdi, gözünü onun
dirhəm və dinarına dikməzdi. Əgər doğru hərəkət etmiş olsaydı,
şahm nəzərində bir zərrə də olmayan Bəktaş xanın sərvətinin
hamısını şaha göndərərdi. Onda belə bir səadətli əməlin bəhrəsi
olmadığı üçün, dünya malına aldandı, özünü hər cəhətdən təmin etdi
və qəflət badəsindən elə məst oldu ki, gözü etmiş oduğu qəbahətli
əməlləri görə bilmədi, qürur nəşəsindən sərxoş olmağa başlayıb,
hətta cürət edərək bəzi işlərə də baş qoydu. Məsələn, Yusif xanı öz
731
məsləhəti ilə Kirmana hakim etdi, onunla şərtləşdi ki, sözündən
çıxmasın və oranın bütün var-dövlətini ona versin; Əbrquhu öz
qardaşı oğlu Bəndər xana verib, şaha xidmət etmək səadətindən
uzaqlaşdı; İstiqlal xülyası ilə Şiraz darülmülkünə gedib cəhalət və
xudpəsəndlinə görə sultanlardan fərqləndi; Bəktaş xanın zövcəsi
olan mirmiranın qızına evlənməyi vəd etdi, onu zorla Şiraza aparıb
kəbin kəsdirdi; Əmirlərin ülkalarında dəyişiklik aparıb bütün Fars
məmləkətini özünün irsi mülkü güman etdi. Öldürdüyü bütün
zülqədərlərin əmlakını təmamən zəbt edib özünə götürdü. Beyni
bərk pozulmağa başladı. Cah-cəlalı elə həddə gəlib çatdı ki, Lar
valisi üçün xələt yolladı. Adamlar Yaqub xanda şahanə kamal
dərəcəsi nıüşahidə edib, onun böyük olduğunu qəbul etdilər və hər
fərmanına tabe oldular. Lar valisi özünü onun nökəri kimi təqdim
edərək, göndərdiyi xələti əyninə geydi.
Xülasə, Yaqub xan bir neçə vaxt Şirazda kama yetdi,
günlərini eyş və şadyanlıqla keçirdi. Elə bir gün gəldi ki, ruzigarın
ona gözü dəydi, alçaq əməlləri və ədəbsiz hərəkətləri onun qədrinin
bilinməməsinə gətirib çıxardı, cəzasına çatdı. Bu haqda gələn ilin
hadisələrinin təsviri zamanı, inşaallah, bəyan ediləcəkdir.
HÜMAYUN ZİLLƏLLAH ŞAH ORDUSUNUN BEHİŞTNİ-
ŞAN İSFAHANA YÜRÜŞÜNÜN ZİKRİ, HƏMİN XEYİRLİ
SƏFƏR VAXTI BAŞ VERƏN HALLAR VƏ
QƏLƏBƏLƏRİN BƏYANININ ZİKRİ
Bundan əvvəl sözümüzün dibaçəsi əhvalatlar yazan
qələmlə belə bəzəndi: Bəktaş xanın üsyanı nəticəsində Yəzd və
Kirman vilayətlərində baş vermiş qarışıqlıq xəbəri şahın cəlal
qulağına gəlib çatdığından, hümayun ordunun oraya yürüşü lazım
gəldi. Buna görə də hərəkətə başlayıb, iqbalının həmrahlığıyla
səltənət paytaxtından İsfahan darüssəltənəsinə yollandı. Bu xeyirli
səfərdə İsgəndər şanlı nəvvaba da yoldaşlıq etmək təklif olundu. O
həzrət buna raztlıq verdi və birlikdə yola düşdülər.
Misra
"Ay ilə günəşin yolu bir oldu".
538
538
Misranın farscası belədir:
732
İsfahan hakimi olan xasseyi-şərifə qulamı Yolu bəy həmin
vilayətin aqibətini həyacanlı görərək Təbərrük qalasını təmir etdi,
bürc və barıları möhkəmlətdi, qaladarlıqdan ötrü qalanın ehtiyacı
miqdarında azuqə və yaraq topladı. Səfehliyinin çoxluğu və
ağılsızlığının bolluğundan özünü cənnətnişan İsfahanın mülkədarı
güman edib, müstəqillikdən dəm vurmağa başladı. Qoşun-ləşkər
bəzəyərək onlan özünün müdafiəsindən ötrü nizama saldı, iqtidar
bayrağını göyə qaldırdı. Zəfər ayəli xanın öldürülməsi xəbəri,
yuxarıdı yazıldığı kimi, gəlib çatdı və dövlətxah adamlarının
ürəklərini coşdurdu. Yaqub xan faxir xələt, celdu (?) və başqa gözəl
şeylərlə şərəfraz oldu. İsfahana adam yollayaraq Yolu bəyə
mehmanların qəbuluna hazırlaşmasını tapşırdılar ki, elə indicə onun
mehmannəvazlığından danışılacaqdır. İstimalətnamələr və ardı-
ardınca xələtlərin göndərilməsi onu ürəkləndirdi və həmin tərəfə
rəvan oldu. Bəktaş xanın öldürülməsindən və müzəffər ordunun
yürüşündən xəbərdar olan Yolu bəyin itaətdən başqa yolu
qalmamışdı, buna görə də, qalanı etibarlı adamlarına tapşırıb özü
tək-tənha hümayun məiyyətin istiqbalına yollandı. Kaşan və İsfahan
arasında şahla görüş şərəfinə yetişib hədsiz-hesabsız şəfəqqətlərə
layiq görüldü. Elə həmin gün izn alaraq, xasseyi-şərifə sərkarının
zəruri mallarının və mehmandarlıq ləvazimatının tədarükündən ötrü
İsfahana qayıtdı. Müzəffər ordu isə xoşbəxt bir saatda İsfahana
yetişdi və o mülkün əhalisi tərəfindən istiqbal olundu. Şəhərin üç
fərsəxliyində
yerləşən
Dövlətabaddan
Nəqşi-cahanın
539
dövlətxanasına qədər xalılar döşənmişdi. Bir neçə yerdə hümayun
orduya qızılla dolu tabaqlar səpələyirdilər. Əlahəzrət böyük
şadyanlıqla şəhərə daxil olub, dövlətxanada dayandı. O mübarək
məkan qürurlanıb hümayun qədəmin oraya dəydiyinə görə
cənnətin həsədinə gəldi, eyş və şadyanalıq qapıları bu güclü dövlət
adamlarının amal və əmin-amanlıq çöhrəsinə açıldı. Yolu bəy də
onlara xidmətkarlıq mərasiminə hazırlaşdı.
"Qran kərde bahəm məh-o afitab"
539
İsfahanın adlarından biri - Ş.F.
733
Yolu bəyin Təbərrük qalasına fərar etməsi:
Amma, o, Təbərrük qalasını möhkəmlədərək, oranı öz
etibarlı adamlarına tapşırmışdı, heç kimi qalaya qoymurdu.
Alnında bəndəlik möhürü (dağ) olan Yolu bəyin bu hərəkəti
bəyənilməzdi. Əlahəzrət şah bu barədə ona heç bir söz demir, hər
gün ona yeni-yeni lütfkarlıq göstərirdi. Yolu bəy hümayun şahın
işarəsi ilə evinə gedib bayram və şadimanlıq mərasimi tərtib etməyə
başladı ki, o ali məclisin qonaqlığını ləyaqətlə yerinə yetirsin.
Əlahəzrət öz yaxın adamları ilə birlikdə təşrif gətirib, onun evini öz
gəlişi ilə işıqlandırdı. Şahanə bayram və padşahanə söhbət başlandı.
Şah büsatına və müqəddəs məclisə təşrif gətirən yaxın adamlar
Zöhrə hüsnlü saqilərin əllərindən mey alıb onu özlərinin arzu
kamına süzürdülər. Yolu bəy xainliyindən şahın ona etdiyi
lütfkarlığa baxmayaraq, qorxu hissindən uzaqlaşa bilmirdi. Həmin
məclisdə ona bərk vahimə üz verdi və o, iki-üç gündə bir dəstə
etibarlı adamı ilə qalaya qaçdı, top-tüfəng gətirərək bürc və barıları
möhkəmlətdi, qaladarlıq etməyə başladı. Onun ağılsızlığına dəlalət
edən bu yersiz hərəkəti hamının təəccübünə səbəb oldu. Əlahəzrət
onun lütfkarlıq və bəndəpərvərliyinə görə bir dəstə əmiri, xüsusən
həzrət cənnətməkan şahın vaxtında əzəmətli əmirlərin ən böyüyü
olan Seyid bəy Kəmunəni, Yolu bəydən ona üz verən vahimənin
səbəbini soruşmaq, xoş nəsihətlərlə müxalifət vadisindən geri
qayıtmaq və düzgün sədaqət yoluna gətirməkdən ötrü, qalaya
göndərdilər. Yolu bəy qulağına qəflət və nadanlıq pambığı basaraq,
həmin xoş nəsihətləri qulağardına vurdu, gələn elçiləri həbs edib,
onları etibarlı adamlarına tapşırdı. Elə nadan bir qulamın müxalifət
xəbəri cahan şahının iqamət etdiyi İsfahan şəhərində dövlət əleyhinə
yönələn nöqsan və fitnəkar bir əməl idi. Onunla hərb etməkdən
çəkinmək, şahanə qəflətə qapılmaq, ona şəfəqqət göstərib günahını
bağışlamaq dövlətə sərf etməyən bir iş idi. Yaxınlarının arasında öz
yaxınlığı ilə seçilən və hələ mərhum Sultan Həmzə Mirzə
zamanında Yolu bəylə sədaqət və dostluqdan dəm vuran Fərhad xan
Qaramanlı qalaya gedib şahdan onun nəsihət yolu ilə aradan
çıxarmasını xahiş etdi. Onun xahişi qəbul olundu və Fərhad xan bir
neçə mülazimi və xidmətçisi ilə birlikdə qalaya getdi. Yolu bəy
birinci gün Fərhad xanla dostanə söhbət etdi və qonaqpərvərlik
qayda-qanununu yerinə yetirdi. Amma, ertəsi gün yanındakı bir
dəstə fintəkarın təsiri ilə Fərhad xanı qalada həbs etdi, onun və
734
mülazimlərinin qılınc və başqa alətlərini bellərindən çıxardı,
mülazimlərini hüsyar adamlarının nəzarəti altında saxladı, amma
Fərhad xanla onun arasında bir neçə gün görüş davam etdi. Fərhad
xanın həbs olunma xəbəri əlahəzrətə gəlib yetişəndə, belə bir cəsarət
və ədəbsizlikdən onun şahanə qeyrət məşəli alovlandı. Hökm olundu
ki, əzəmətli qorçilər, dərgah mülazimləri və İsfahan əyanları qalanı
mühasirəyə alıb qalatutma ləvazimatı hazırlasınlar. Fərmanı alanlar
padşah fərmanına əməl edərək qalanın hər tərəfinə əhatəyə aldılar.
Hər iki tərəf arasında bir neçə gün hərb qapıları açıldı. Bəsirət gözü
xarab (xərabül-bəsrə) olan Yolu bəy çox götür-qoydan sonra öz
aqibətini fikirləşib, anladı ki, onun bu rəftarı neməti tapdamaqdır, o,
bu dünyada və axirətdə lənətlənəcəkdir. Buna görə də, qalada
Fərhad xanla görüşüb dedi: "Əgər əlahəzrət bu qulamın etdiyi
rəzalətə əfv qələmi çəkib İsfahan hakimliyini fərmanla mənə
verərsə, qaladarlıqdan əl çəkərək qaladan çıxaram". Fərhad xan
zəmanəyə uyğun olaraq, onun xahişini qəbul edib, dediyini şaha ərz
etdi. Əlahəzrət zilləllah şah Fərhad xanın məsləhətiylə Yolu bəyin
iddiası ilə razılaşdı və ona faxir xələt yolladı, cürbəcür şahanə
vədlərlə arxayın etdi. Yolu bəy Fərhad xanın onunla etdiyi əhdə
etimad göstərib, qaladan çıxdı, şahın yanına gəlmək şərəfi ilə
şərəfləndi. Əlahəzrət zahirdə ona diqqət yetirib izzət və ehtiram
göstərdisə də, mübarək xatiri batində onun yersiz hərəkətlərindən
incik idi. Necə də incik olmasın? Vəlinemətə qarşı üsyana qalxmaq,
elə pis əmələ cəsarət etmək, sonra nicat tapmaq [şaha görə] böyük
səfehlik və ağılsızlıqdır.
Şer
"Üzünə ağ olmaq vəline mətin
Göydən düşmək kimi bir işdir çətin ".
540
Nəticədə bu şerin mənası onun vəziyyətinə uyğun
gəldi. Yolu bəyin başında bir neçə gün İsfahan hakimliyi havası
dolandı, qalanı verməklə şahın incikliyinin rəf olacağına düşündü və
qalanı təhvil verdi. Qala zəbt olunduqdan sonra İsfahanın əhalisi
540
Beytin farscası belədir:
"Ba vəlinemət ər borun ayi,
Gər sepehri ke, sərnegun ayi"
735
onun hakimliyi ilə razılaşmayaraq deyinməyə başladı. Yolu bəy
çarəsizlikdən İsfahan hakimliyindən gözünü çəkdi, özünün sağ-
salamat qalması ilə razılaşdı, Fərhad xana ümid etdi, öz aqibətini
ona tapşırdı. Fərhad xan bir müddət onunla insan kimi davrandı.
Aralarında bərk dostluq da vardı. Amma, bu gün neməti tapdamağı
Yolu bəyin vəziyyətinə uyğun oldu və onun həyat ipi fələyin qəhr
qılıncı ilə qırıldı.
Dostları ilə paylaş: |