Beyt
Qəlbimin qüssəsini az danışıb qorxdum ki,
Səni qəmləndirərəm, yoxsa sözüm az deyil.
515
Amma haram ayların ehtiramının (hormət) qadağan (nəsx)
olunması xüsusunda sizin buyurduğunuzun cavabı belədir: "Əsil
[həqiqət] onun əksidir", çünki etimad olunan şey Quranın
nüsxələrində zahir olmalıdır. Həzrətin (Əlinin - Ş.F.) həmin ayların
bəzisində müharibə etməyi qədərə (təqdir) təslim olmaq və
zorakılığı kənarlaşdırmaq üçün idi və o həzrət hərbə ilk başlamırdı.
O həzrətin əksər hərbləri belə baş vermişdir. Şiənin küfrü sübut
olunmazsa, necə ki, bu cavabdan məlum oldu və Müqəddəs Məşhəd
əhalisinin öldürülüb-qarət edilməsini siz halal buyurdunuz ki, bu
məsələ natəmamdır. Qədərə təslim olmağınız siz cənabların heç vaxt
eşitmədiyiniz xəbər əsasında hasil olmuşdur. "Allah ürəkdə olanları
bilir"
516
. Hər halda padşahın məzacı atəş kimidir. Kəramətli
üləmalara layiqdir ki, moizə zülalı ilə o atəşin alovunu söndürsünlər
ki, Allah məxluqları (xəlqullah) yanmasınlar, elə iş etməsinlər ki,
filnə küləyi ilə həmin atəşi yaymış olsunlar, [beləliklə də,] Allah
514
İfadənin ərəbcəsi: "Ya Homeyra, həll şəniəti?"
515
Beytin farscası:
Əndəki pişe-to göftəm ğəme-del tərsidəm
Ke delazorde şəvi və-r ne, soxən besyarəst.
516
İfadənin ərəbcəsi: "və-l-lahu əlimun bi-z-zati-s-suduri eyyihalin".
689
bəndələrinin əsas və köməkçi (fəri) pöhrələrini yandıraraq onları bu
zillət torpağına salsınlar.
Beyt
Tünd olma heç zaman atəş kimi sən,
Tüstü ürəyindən çıxır yananın.
517
Məlumdur ki, o cür mülahizəsiz fitvalar verməklə və
aşinaları aradan götürməklə Allah bəndələri [ölüb] bir-birlərinə
qovuşurlar. Onları qırmaq, əgər kafər olsalar belə, ən kamil və həlim
zat olan Allah-təalanın istəyinə uyğun deyildir. Məzrət Nuh
əleyhissalam qiyamət günündə kafərlərin və [başqa] məxluqların
həlak edilmələri üzündən xəcalətli (şərməndegi) olacaqdır. Bizə
çatan xəbərlər buna sübutdur və bunun şərhi bu səhifəyə sığmaz.
Əgər hər hansı bir qoşun üləmaların fitvası bu işi görərsə, cəza günü
etdiyi əməlin cavabı həmin üləmaların boyunlarında qalacaqdır:
Şeir
Əməlin cavabını qiyamətdə sorsalar,
Ülüvvül-əzmlər
518
də titrər, pərişan olar.
Bir halda ki, xəcalət çəkər o peyğəmbərlər,
Günahının üzründən ötrü buyur sən də gəl
519
.
Qoy gizli qalmasın ki, ibn Tavus şiə üləmalarını dandı,
üsul, füru sahəsində müctəhid idi, fiqhi siniflərə ayırmırdı (təsnif
nəfərmude). Allah-təala öz dostu olan və dünyanı ondan ötrü
yaratdığı həzrət peyğəmbər barəsində buyurmuşdur: "Əgər o
özündən bəzi sözlər uydurub bir istinad etsəydi, biz ondan mütləq
517
Beytin farscası:
Ço atəş məşov tond — o, sərkeş məbad
Ke dud əz dele-mobtəlayi bərayəd.
518
Bəzi peyğəmbərlər "ülüvvül-əzm" adlanmışlar - Ş.F.
519
Şeirin farscası:
Dər an ruz ke, fel porsənd-o qovl,
Ülüvvül-əzm-ra tən lərzəd ze hovl.
Be cayi ke, şərməndeənd ənbiya,
To ozre-gonəh-ra çe dari biya.
690
şiddətli intiqam alardıq, onun şah damarını qoparardıq və heç biriniz
də onu bizim əzabımızdan xilas edə bilməzdiniz"
520
. Hərgah həzrət
peyğəmbər haqqında bu qədər təhdid və mübaliğə olarsa, əgər başqa
birisi bu məsələdə qəlizliyə (ğəlzət) yol verərsə, onların
öhdələrindən gələr. Əgər siz həzərat, peyğəmbərin təqvasını
görürsünüzsə, ehtiyatlı olun. Məhşər günü məzlumların, xüsusən
uşaqların cavabını vermək çətindir. "Məhşər günü uşaqlar, həddi-
büluğa çatmayanlar və divanələr sorğu-sual olunmayacaqlar"
521
.
Şer
Məni öldürsən əgər eşq günahım sarıdan,
Bigünah öldürülən kəslərə söylərsən nə?
Mən bu sözlərlə sənə yaxşılıq etmək dilədim,
Qabalıq etməyimin yoxsa nədir mənası?
522
Aləmin fəsadları dünyanın fəsadlarından yaranmışdır.
Münasibdir ki, fəzilət sahibləri bu fəsadlardan uzaq olsunlar
(mincəzer). Bəlkə bir ömürdən sonra Mavərənnəhr fazilləri
müqəddəs Məşhəde-müəlla tərəfə təşrif gətirsinlə, fəqir-füqəram [da
özləri kimi] xalis insan bilsinlər. Əgər Firudin məkanlı xaqanın
(özbək hökmdarı Abdulla xanın - Ş.F.) zülmündən (qəhhari) o
fəqirlər şəhərdən çıxa bilməsələr, onlar qoy həzrət imame-ənamın
(İmam Rzanın - Ş.F.) ehtiramını saxlasınlar, ziyarət səadətinə
yetişsinlər və fəqirlər o əzizlərin dövlətlərinin bərəkətindən başıuca
olsunlar. [Amma, təəssüf ki,] bu məna meydana gəlmədən [yəni
Məşhədi ziyarət etmədən] o fəqirlərin qətlinə fərman verildi.
"Barəkəllah, Allah əcrinizi böyük, əməllərinizi islah etsin"
523
.
520
İfadənin ərəbcəsi: "və təqulu aleynə bəd-əl əqavili li əxzinə minhu bi-l-yəmini
summə ləqətanə minhu əl-vətinə fə mə minkum min əhədin ənhu hazirunə".
521
İfadənin ərəbcəsi: "Rəfəə əl-qələm ən səbi, hətta bi bəlliğ və-1-mocnun".
522
Şeirin farscası:
Be corme-eşq məra gər koşi çe xahi goft
Cəvabe-xine-rəfiqan ke bigonahanənd.
Məra morad əz in comle nikxahiye-tost,
Və gər ne z-in həme goslaxiyəm çe məqsudəst?
523
İfadənin ərəbcəsi: "Barəkəllahu, əzəmə ucurikum və əsləhə umurikum".
691
Beyt
Qurşanma cövr etməyə, o yolun yoxdur sonu,
Zalım peşman olsa da, tapmaz çarə yolunu.
524
ZİLLƏLLAH ŞAH MƏİYYƏTİNİN XORASANA YÜRÜŞÜ,
MÜRŞİDQULU XANIN QƏTLİ VƏ HƏMİN SƏFƏR ZAMANI
BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ
Qələmin bəyan etdiyi kimi, Xorasanda baş verənlər İraqa
çatdıqda, oradan qaçan adamlar bir-bir saraya gəlib, baş vermiş
böyük hadisə barədə xəbər çatdırdılar. Əlahəzrət zilləllah şah
Əliqulu xanın öldürülməsi və şamlı tayfasının qətl və qarət
olunmasını eşidib çox pərişan oldu, onun mübarək xatiri kədərləndi.
Elə Mürşidqulu xan da zahirən öz qəmginliyini göstərir, əskəri
hekayətlər söyləməklə şahın xatirini kədərləndirirdi, nəticədə o,
Xorasana yürüş etməyi qərarlaşdırdı. Xoşbəxt bir saatda böyük
səltənət evindən çıxıb hümayun evə gəldi. Cənnətməkan şahın ox və
kaman qorçisi Hüseyn bəyin nəvəsi olan Məhəmməd Şərifbəy
Çavuşlu inkişaf edib hakimlik və xan rütbəsinə layiq görüldü,
Qəzvinə hakim və hümayun paytaxta mühafiz təyin edildi.
Səhra və çölün ot və güllərinin (rəyahin) çoxluğundan bu
dəyişkən fələyin həsədinə səbəb olduğu bahar [fəslinin] əvvəlində
hümayun məiyyət hərəkətə başlayıb, müzəffər ləşkərin bir yerə
toplanmasından ötrü Lar yaylaqlarına getdi. Belə qərara gəldilər ki,
məhsulların (əkin məhsullarının - Ş.F.) böyüyüb ucalmasınadək yol
getsinlər. Lar yaylağında Rüstəmdar məliklərindən hər ikisinin adı
Məlik Cahangir olan və ataları Rüstəmdar dağlarında (cəbal)
özbaşına ortaya çıxıb başqa adamları saya almayan Larican valisi
Məlik Bəhmən, həmçinin Nur və Kəcur vilayətinin [Məlik
Cahangirləri] gələrək qızılbaş əmrləri ilə görüşdülər və onlardan
olduqca qorxdular (təhasi). Onlar həmişə düşmənlik
mövqeyindədilər (yağı), qızılbaşlara lazımi kimi itaət etmirdilər.
Belə bir vaxtda humayın iqbal [sahibinin] buraya gəlməsinə görə
524
Beytin farscası:
Məkon-məkon ke, rəhe-covr-ra kənare nəbaşəd,
Məkeş-məkeş ke, peşiman şəvi-yo çare nəbaşəd.
692
həmin vəhşisifət adamlar ram oldular, bəxtlərinin göstərişi ilə
qorxu-hürküsüz humayun orduya gələrək şah ilə görüş şərəfinə
yetişdilər, qulaqlarına itaət sırğası taxıb bellərinə bəndəlik qayışı
bağladılar. Belə vəziyyətin baş verməsi həqiqətən də dünyagörmüş
şəxslərin nəzərində iqbalı təsdiq edən hal idi. Hümayun məiyyət bir
neçə gün yaylaqlarda qaldı və hər gün əsgərlər gəlib onlara
qoşulurdu. Elə həmin yaylaqda da Allah-təalanın bəxşişi kimi
kamyab nəvvabın bir oğlu doğuldu, adını Sultan Həsən Mirzə
qoydular. Amma az bir vaxtda borc verilmiş həyata vida etdi və
əbədi aləmə getdi. Ümidvarıq ki, həzrət Pərvərdiyar onun böyük
atasının ömrünü və dövlətini çoxaldacaq, hər iki cahanda murada
yetirəcək.
Xülasə, hümayun ordu Firuzkuh yolu ilə Damğana gedib
dayandı. Bəzi adamlar [bundan əvvəl] mərhum nəvvab şahzadə
[Həmzə Mirzə - Ş.F.] və Fərhad paşa arasında sülh bağlanmasına
cəhd edirdilərsə də, Vəli ağa Caşnigirbaşının elə bu məqsədlə
gəlişinə baxmayaraq, hümayun cülusun başlanğıcında bu tərəfin
bəzi xeyrxah adamları sülh işinə razılıq vermirdilər. Buna görə də,
bu məsələ indiyədək təxirə salınmışdı. Zərurət üzündən Xorasana
səfər müəyyənləşdirilən belə bir vaxtda Herat şəhərinin Abdulla xan
Özbək tərəfindən fəth olunması həyata keçdi. Anıraa, əgər qızılbaş
qoşunları Azərbaycan məsələləri və rumilərlə müharibə ilə məşğul
olsaydılar, belə olan halda, onlar gərək iki tərəfdən iki düşmənlə
vuruşaydılar ki, bu da vaxta münasib bir hal deyildi. Adı çəkilən
sülh sazişinə və onun şərtlərinə başlamaq istəyən Mürşidqulu xan
belə qərara gəldi ki, bir neçə gün Bəstam çəmənliyində dayanıb sülh
danışıqlarının təşkilinə və Vəli ağa ilə birlikdə [Ruma] mahir bir
elçinin göndərildməsinə başlasınlar ki, onlar daha Azərbaycandan
xatircəm olub, asudəliklə Xorasana getsinlər, Heratı ələ keçirsinlər.
Mürşidqulu xanın qətli səbəbinin zikri:
Damğandan çıxıb Şahrudda dayandıqları vaxt qəzavu qədərin
gərdişi və Allahın istəyi ilə Mürşidqulu xanın öldürülmə
qəziyyəsi baş verdi və sülh sazişi təxirə salındı. Bu ibrətamiz
hadisənin şərhi belədir: Yuxarıda, hadisələr yazan qələm [belə
yazmışdı]: Mürşidqulu xan Tərşizdə əlahəzrət zilləllah şahın lələsi
Əliqulu xan Şamlıya qalib gələndə, o həzrət fələyin və Allahın
məsləhəti ilə müqəddəs Məşhədə təşrif gətirdi və Mürşidqulu xan öz
693
ata lıq xidmətinə başladı. Onun xasiyyəti şahzadənin ürəyincə
deyildi və o, xanın pis rəftarından incik idi. Amma gənclik
əyyamında qocalarda olan hövsələyə malik olduğundan əbədi
dövlətin möhkəmlənməsi naminə xanla sülh yolu ilə davranırdı.
İraqa gələndən sonra elə ki, İran dövlətinin başçılığını əlinə aldı,
xanın adamlarının çoxluğundan onun bəzi yerli-yersiz hərəkətlərinə
göz yumaraq, dövlət yolundakı səylərini nəzərə aldı, səbr etdi. Xan
isə ixtiyar və iqtidar cilovunu əlinə elə götürmüşdü ki, hümayun şah
heç bir işə dəxalət edə bilmirdi. Elə ki, Qəzvin darülsəltənəsində
Herat hadisəsindən və Əliqulu xanın qətlə yetirilməsindən sonra o,
[Mürşidqulu xan - Ş.F.] ayağını ədəb dairəsindən kənara çıxarıb bu
dudmanın ən yüksək məqamına yetmək (mosaherət) istədi, bu
məsələdə istəyini ifrat sərhədinə çatdırdı. [Başqa] adlı sultanlar və
kamkar padşahlardan [elə adamlara qarşı] inayətlər görünmüşdür,
onlar vəfalı sadiq şəxslərə elə yüksək rütbə verməklə vəzifələrini
ucaltmışlar.
Amma, dərgah bəndələrinin nə həddi ola bilər ki, belə bir
iddia edə bilsinlər? Xülasə, [Mürşidqulu xan] çox şəylər etməsinə
baxmayaraq, məqsədinə deyil, ədəbsizliyə çata bildi. Xanın ustaclı
tayfasından olan bəzi tərəfdarları, xüsusilə Mahmud bəy Sufilər ona
açıq-aşkar deyirdilər ki, bu padşah səni dəf etmək barədə düşünür və
tezliklə sənin həyatını məhv edib ustaclı oymağını qara torpaqla
yeksan edəcəkdir.
Şahrudda Şah Abbasın vəziri Mürşidqulu
xanın qətl və Mirzə Məhəmmədin vəzir olması:
Əlahəzrət şah ona Allah-taalanın bəxş etdiyi fərasət və
fəhmlə, yaxud bəzi halalnəmək havadarlarının ona verdikləri
məlumata əsasən elə hərzə adamların puç xəyallarını və bihudə
sözlərini başa düşdü, öz uzaqgörən əqlinin tələbi (moqtəza) ilə şəkkə
düşərək, xanın işini bitirmək fikrinə düşdü, çünki belə böyük işlərin
həll olunmasında qəflətdə qalmaq ağıllı və ehtiyatlı adamlardan
uzaq bir məsələdir. Lakin, irəlidə Xorasan səfəri və böyük işlər
olduğundan, o həzrət böyük qorxmazlıqla səbr edib onunla zahirən
mülayim davranır, bu məsələdə məhz surət aləmini zahirən
görənlərin ona köməyi dəyirdi. O, öz vəziyyətini düşünüb gününü
keçirirdi. Elə ki, Mürşidqulu xanın pis rəftarı öz həddini aşaraq ifrat
sərhəddinə çatdı, daha bundan artıq səbr etmək öz həddini aşaraq
694
ifrat sərhəddinə çatmaq deməkdir. Elə bu vaxtlarda [əlahəzrətin]
yaşa dolma və onda qəzəb hissinin, hiddətin və tündməzaclığın
yaranması dövrü olduğundan o, öz gənclik günlərinə uyğun halətdə
idi. Daha bundan artıq səbr etmək onun havadarlarının hövsələsinə
yerləşmədi. Bu zaman şahanə namus təri hərəkətə gəldi, Hümayun
şahın nurlu ürəyində qəzəb atəşi şölələndi, onun dəf olunmasını
zəruri bildi. İraq camaatı onu sevmədiyindən İraqda sakin olan
ustaclı tayfasına mənsub Ümmət bəy Qarasarlı Kuşəkoğlu, var-
dövlətinin Əliqulu xan Fəthoğlu ilə dost olduğuna görə Mürşidqulu
xan tərəfindən müsadirə olunmasından incik düşdüyündən, xandan
üz çevirmişdi. Sədaqət üzündən şahın mübarək razılığını almaqdan
ötrü o, Xorasandan gələnlərdən və hümayun zilləllah şahı
sevənlərdən olan tir və kaman qorçisi Qara Həsən Çavuşlu,
Allahverdi bəy Zərgərbaşı və Əsəlməs bəy Saruqçibaşının oğlu
Məhəmməd bəylə ittifaqa girdi, can-başla xanın qətlini öz boynuna
götürüb fürsət gözləməyə başladı. Əbu Talib Mirzənin vaxtında
vəzir və etimadüddövlə olmuş savadlı tacik Mirzə Məhəmməd də
onlarla əlbir oldu. Belə ki, şahanə dayanacaq Bostamın Şahrud adlı
yerində olduğu vaxt, əvvəlki qaydaya görə, keşik çəkməyə gələn və
şahın xeyməsinin yanında özünə xeymə quran və orada yuxuya
gedən Mürşidqulu xana, keşikçilərin əksəriyyəti yatdıqlarından, adı
çəkilən adamlar qılınclarını çəkib hücum etdilər. Əvvəlcə, Ümmət
bəy xanı qılıncladı, sonra isə Qara Həsən və yoldaşları işini
bitirdilər.
Xülasə, xanın qətlindən sonra, elə həmin gecə şah vəzarətin
ona veriləcəyini vəd etdiyi Mirzə Məhəmmədi yanına çağırıb ali
divan vəzarətinin başçılığı ilə onu şərəfləndirdi. Mürşidqulu xanın
adamlarından olan və onun tərəfini tutaraq şahdan aralanan bəzi
adamlar cəzalandırıldı, xanın müqəddəs Məşhədin hakimi olan
qardaşı İbrahim xan vəzifəsindən çıxarılıb, cəzalandırıldı. Ümmət
bəyə yüksək xanlıq rütbəsi verildi və Mürşidqulu xanın yaraq-yasağı
ona inayət olundu, [bəy] bir neçə mülazimə sahib oldu. Əmirlik
rütbəsinə yetməklə şərəflənən Allahverdi bəy Zərgərbaşı "sultan"
ləqəbinə layiq görüldü, Cərpadqan və oraya tabe yerlər ona şəfqət
olundu. Məhəmməd bəy Saruqçi İstahan darülsəltənəsinə daruğə
təyin edildi. Qara Həsən tirü kaman qorçisi oldu və əlavə olaraq
"xan" rütbəsi də aldı. Xülasə, səltənət və padşahlıq işlərinə o qədər
də qarışmayan əlahəzrət zilləllah şahın özü şəxsən din və dövlət
işlərinin icrasına başladı.
695
Mürşidqulunun qətlindən sonra elə həmin gün köçərək
Bəstam çəmənində dayandılar. Yadına düşdü ki, özbaşınalıq və
xudbinlik edən bir dəstə fitnə-fəsadlı qızılbaşı dəf edərək dövlətin
həmişəbahar guşəsini üsyankar adamların vücudunu aradan
götürmək zillallah şahın hüsni-tədbirini və təravətini artıra bilər.
Hamıya məlum idi ki, İsgəndər şanlı nəvvabın və yeri cənnət olan
şahzadə Sultan Həmzə Mirzənin zamanında Məhəmməd xan
Türkmandan necə pis əməllər və fitnə-fəsad zahir olmuşdu. O, Əmir
xanı öldürməkdən ötrü böyük fərzənd və vəliəhd olan yuxarıda adı
çəkilən şahzadəyə qarşı qiyam qaldırmış, Təhmasib Mirzəni özünün
əl oyuncağına çevirərək o rəhmətlik şahzadənin gözləri önündə
qətllər törətmiş, müharibəyə başlamışdı. O, elə bu hadisələr zamanı
yenidən ali orduya gəldi. Mürşidqulu xanın qətli xəbərini eşidib
istədi ki, İsgəndər şanlı nəvvabın zamanında olduğu kimi divan
işləri üzrə ixtiyar sahibi olsun və mülki işlər onun məşvərət və
məsləhəti ilə həll edilsin. Ağılsızlığı üzündən əvvəlki özbaşınalıq və
xudpəsəndliklə işləmək fikrinə düşdü.
Məhəmməd xan Türkmanın öldürülməsi:
Şah belə məsləhət gördü ki, oymaqlardakı fitnəkarları
aradan götürsünlər ki, qızılbaşlar arasından fitnə-fəsad yığışsın,
məşhur qızılbaş tayfaları arasında oymaq təəssübkeşliyi qalmasın,
onların hamısı sadiq havadarlar olsunlar, şahla yekdillik etsinlər,
onun əmirlərinə müti və bağlı qalsınlar. Yuxarıda yazıldığı kimi,
Məhəmməd xanın mənsub olduğu türkman oymağı onun pis
hərəkətlərinə görə tənələrə məruz qalaraq gözdən düşmüşdü. Bu
məsələ Fərrux xan Türkman Pornaka pis təsir etdiyindən, o, şahın
xidmətinə gələrək, Məhəmməd xanın başından tacını çıxardıb onu
dövələtxana xeyməsindən kənara çəkmiş, elə oradaca qətlə
yetirmişdi. Sonra xanın şərli başını nizəyə keçirərək bütün ali
orduda nümayiş etdirdilər. Mürşidqulu xanın qətlindən vahiməyə
düşən ustaclı tayfası bu vaqiədən sevinib, şahanə şəfqətə ümidvar
oldu. Başqaları da baş vermiş bu iki hadisədən ibrət götürüb şah
cəzasından qorxdular və ayaqlarını ədəb ətəyinə doladılar.
Bəstam çəmənində baş verənlərdən biri də budur ki,
qorçibaşı mənsəbinə layiq görülən Bədr xan Əfşar Astrabad
darülmömininə əmir və hakim təyin edildi, Xar və Semnan hakimi
Əhməd Sultan Zülqədər isə ona köməkçi verildi. Ali divanın ən
696
böyük mənsəblərindən olan qorçibaşılıq Kirman darüləmanının
hakimi Vəli xan Əfşara verildi, Kirman hakimliyinə isə onun
Yəzddə olan oğlu Bəktaş xan namizəd edildi. Adına belə bir hökm
yazıldı ki, o, Yəzddən çıxıb Kirman darülamanına getsin, oranın
hakimliyinə başlasın. [Buna görə də] son bir neçə ildə xidmət və
yasaqdan uzaqlaşdırılmış əfşar tayfaları öz qoşun və ləşkərlərini
bəzəyib Xorasana gəldilər, müzəffər orduya birləşdilər və bu işlərin
nizamlanması Mehdiqulu bəy Çobanoğlu Əfşara tapşırıldı. Onlar
əsgər toplanması üçün qırx günədək Əsfərayinin Ələngində
dayandılar, sonra Əsfərayin yolu ilə müqəddəs Məşhədə gəldilər,
həzrət cinlər və insanların imamını ziyarət etmək səadətinə
yetişdilər.
Şer
Əli, Cəfər və Musa dərgəhinin torpağını
Səadət tutiyası tək aparır əhli-nəzər
525
Vəzir Mirzə Məhəmməd öz iqtidar bayrağını ucaldıb
əzəmət və iqtidarla ali divan vəzarəti işlərinin icrasına başladı. O,
Budaqxan Çekəniyə diqqət yetirib onu şahzadə Sultan Həsən
Mirzənin lələ və atabəyi etməklə başıuca və müqəddəs Məşhəd
hakimliyinə namizəd etdi, həmçinin Xəbuşan ülkası və oraya aid
olan yerləri onun övladları Həsənəli Sultan, Hüseynəli Sultan və
başqa qardaşları arasında böldü.
Bu işlər arasında, əmisi Fulad Xəlifənin əvəzinə Qayin
hakimi olmuş Sultanəli Xəlifə Şamlı Tərşizin Susfəd döyüşündə
Əliqulu xan Şamlının qoşun səfini dağıdıb Mürşidqulu xana
birləşmişdi. Bu iş şamlı qoşununun məğlubiyyətinə səbəb oldu.
Mürşidqulunun damadı və onunla əlbir olan Süleyman Xəlifə
Türkmanla Əli Xəlifə Şamlı - hər ikisi cəzalandırılaraq izzət və
etibar ucalığından zillət və zəlalətə yuvarlandılar.
Bu zaman [əvvəllər] Mürşidqulu xanla əlbir və müttəfiq
olan Budaq xan Çekəni vahiməyə düşərək, dəyişkən ağla və
müxtəlif iddialara malik olan oğlanlarının təhriki ilə sədaqət
525
Şerin farscası:
Əli, Musa, Cəfər və xake-dərgəhe – u
Ço tutiyaye-səadət bərənd əhli-nəzər.
697
yolundan döndü, şahzadəni də özü ilə götürüb Xəbuşan qalasına
qaçdı. Tun hakimi olan Şah Əli Mirzə Ustaclının oğlu Salman xan
ülka sahibinə çevrilən və Əmir xan sima türkmanlarından olan
Şahbudaq Sultandan vahiməyə düşüb Tun qalasını bağladı və bir
neçə döyüşə başladısa da, fürsət tapıb o vilayəti tərk edərək, İraqa
gəldi.
Özbaşına qiyam edib müxalifətə başlayan Şiraz
zülqədərləri də Yaqub xanla o cür rəftar edib, müqəddəs Məşhəddən
qaçdılar. Onları tutmaq tapşırılan Yaqub xan Şiraza yollandı. Amma
sərkərdələri Həmzə bəy Camuslu olan o dəstə Yəzdə çatdıqda
Bəktaş xan tərəfindən tutulub qalada saxlanılmalarından ötrü
qorçiye-tirə-kaman [dəstəsindən olan] Yəzd daruğəsi Əliqulu bəy
Şamlıya tapşırıldı. Onların ardınca gələn Yaqub xanı Bəktaş xan
qarşılayıb şəhərə gətirdi.
Amma, Yaqub xan
Bəktaş xanın hərəkətlərindən
şübhələnib düşündü ki, mirmiranın təhriki ilə onu həbs eləyib yerinə
adı çəkilən Həmzə bəyi Şiraz əyaləti əmirliyinə təyin edəcək,
zülqədər tayfasını özünə yoldaş edib müxalifət bayrağı
qaldıracaqdır. Ehtiyatı əldən verməyən Yaqub xan, elə həmin gecə
yüngüldən-ağırdan hər nəyi vardısa hətta özü ilə götürməyib,
Yəzddən Şiraza fərar etdi. Bəktaş xan bir dəstə adamı onun ardınca
yoladısa da, çatmayıb geri qayıtdılar.
Xülasə, əlahəzrət şah bu məsələlərə o qədər də baş
qoşmayıb, müqəddəs Məşhəd hökumətini Ümmət xan Ustaclıya
verdi, Mürşidqulu xanın və qardaşı İbrahim xanın ləşkərini ona
mülazim etdi. Cahanı fəth edən ordu Herata yola düşərək Cam
şəhərinin Bəndi-Fəriman adlı yerinə gəldi.
Bu hadisələr zamanı İraqdan vahiməli xəbərlər gəldiyi
üçün şahın bu yürüşdən qayıdıb İraq səmtinə yollanması vacib
bilindi. Belə bir xəbər gəldi ki, Ərzrumda olan Rum sərdarı Fərhad
paşa saysız-hesabsız ləşkərlə Qarabağa gəlib, o vilayəti qacar
əmirlərinin əlindən almış, Gəncədə qala inşa etmiş, oraya
mühafizəçi və yeniçəriləri qoymuş və geri qayıtmışdır. Başqa
xəbərsə bu idi: Bağdad hakimi olan Cığaloğlu İraqi-Ərəb ləşkəri ilə
Həmədana tərəf gəlib, oranın hakimi Qorxmaz xan və o ətrafdakı
əmirlərlə müharibə etmiş, Qorxmaz xanı tutmuş, vilayətdə isə
qarətkarlıq törətmişdi. Cığaloğlu sonra Həmədandan çıxaraq İraqa
yaxın olan Nəhavənddə qala inşa etmiş, orada azuqə və silah
saxlayıb geri qayıtmışdı. Qarabağ, Həmədan və o tərəflərdə ailələri
698
qalan qalibiyyətli əsgərlər və əzəmətli qorçilər bu xəbərləri eşidib
təşviş hissi ilə İraqa qayıtmağa başladılar.
Buna görə də, şaha pərişanlıq üz verdi və o, Herata
getməkdən imtina etdi, belə düşündü ki, əgər Herat qalasını
mühasirə edərsə, mühasirə müddəti uzana bilər.
Baharın əvvəlində Abdulla xan [Özbək] və oğlu
Əbdülmömin xan çoxlu qoşunla Xorasana gəldilər. Qalibiyyətli
əsgərlərin Xorasan yasaqının uzanması səbəbindən yığışa
bilmədiyinə görə [qızılbaşlar] müqavimət göstərə bilmədilər və
beləliklə bu dövlətə xeyli ziyan dəydi. Xorasanda ərzaq məhsulları
(məkulat) azalmağa başladığından, zəfərli əsgərlərin sayı da get-
gedə azalırdı. Bu il, Heratda qalmaqdansa İraqa tərəf getmək və
rumilərdən xatircəm olmaq daha mühüm bilindi. Cahanı bəzəyən
rəy İraqa tərəf getməyi qərara aldı. Mürşidqulu xan dövründə
vəzifələrə təyin olunmuş, amma şahanə etibara layiq olmayan bəzi
əmirlər vəzifədən çıxarıldılar və onların yerlərinə başqaları təyin
olundular. [Şah] Bəndi - Fərimandan çıxdı. O, əvvəlcə Yəzd yoluyla
İraqa getmək istədi, [amma] Yəzdin, Kirmanın və Farsın işləri
Kirman hakimi Bəktaş xanın gəlib çıxmaması, onun Yəzddə
yubanması və Şiraz ağalarını himayə etməsi səbəbindən
pozulmuşdu (moxtəll). Əlahəzrət istədi ki, oradan keçərkən işləri öz
yoluna qoysun. [Düşündü ki,] Bəktaş xan əgər bu dövlətin
yüksəlişini istərsə, mülazimətə gəlməklə şərəflənərsə, onda bu
münasibətlə sevinc müşahidə olunarsa, o zaman Şiraz ağalarını
ondan götürüb qoy cəzalandırsınlar və Bəktaş xanı Kirmana
göndərərək, Fars və Kirmandan xatircəm olsunlar, sonra Qəzvin
darüssəltənəsinə getsinlər. Elə bu fikirlə də Yəzd yolu səmtində olan
Duğamaya, Zadəyə və başqa yerlərə tərəf yollandı.
Dostları ilə paylaş: |