Vəzir Mirzə Məhəmmədin qəzəbə düçar olmasının səbəbi:
Budaq xanın müxalif olma xəbəri eşidiləndə başqalarının
da cəsarətə gəlib belə hərəkətlər etməmələrindən ötrü şah ustaclı
tayfasının hörmətli adamlarından olan Kor Həsən Ustaclını Budaq
xana şahanə vədlər verməkdən və hüzura gətirməkdən ötrü,
Xəbuşana göndərdi. Buna görə do, orada bir neçə vaxt dayanıb
Budaq xanın gəlişini gözlədilər.
O, vahiməyə düşərək şahın hüzuruna getməkdən imtina
etdi. Elə həmin yerdə vəzir Mirzə Məhəmməd şahın qəzəbinə düçar
699
oldu. Onu Fərhad xan vasitəsilə həbs etdilər. Şahın ondan
dönməsinə səbəb başqalarına məlum olmasa da, amma aqil şəxslərə
məlum idi və ağıl bunu təsdiq edirdi: [Şah vəziri ona görə həbs etdi
ki,] əvvəla o, nəvvab şahzadə Sultan Həmzə Mirzədən sonra Əbu
Talib Mirzənin lələsi olmuş və İraq əmirləri tərəfindən əlahəzrətə
ədəbsiz sözlər yazıb Xorasana yollamışdı. İkincisi, o da istəyirdi
ki, qalibiyyətlə Mürşidqulu xanın yolu ilə gedib məmləkətlərin
işlərini, şaha ərz etmədən, öz rəyi və məsləhəti ilə həll etsin. Bundan
başqa o, mirmiran ilə görüşüb belə qərara gəlmişdi ki, Yəzdə çatdığı
vaxt Bəktaş xanla damad olsun və onu öz hamisinə çevirib əfşar
tayfasının köməyi ilə şahanə bir şəxsə çevrilsin. Budaq xan da
sonradan təsdiq etmişdi ki, bəs Mirzə Məhəmmədin təhriki və
fitnəkarlığı ilə mən də elə bir cəsarətə yol vermişəm.
Xülasə, iti nəfsli, təhrikci (mofsed) və təşəxxüslü
(boləndpərvaz) adamdı, lap bu misrada deyildiyi kimi:
Misra
Nəfsin qonan hər bir şeyə meylin vardır.
526
Mirzə Məhəmməd Vəzirin öldürülməsi:
Xülasə, onun idbar işləri sona çatdı, onu sevməyən və şaha
yaxın olanların təhriki ilə həbsə giriftar oldu. Ömür badəsi
dolduğundan yoxluq (ədəm) onun vücudunu yox etmək niyyətinə
düşdü və o, Fərhad xanın mülazimi Pirəli ağa Ərbatanın (?) əli ilə
qətl olundu. Elə həmin məkanda orduda olan Məlik Bəhmən
Laricani əsassız yerə qorxuya düşüb Laricana qaçdı.
Bu işlərin baş verməsindən sonra əlahəzrət şah əzəmətli
əmirləri yığıb məclis çağırdı və soruşdu ki, hümayun ordunun İraqa
getməsi hansı yol ilə daha münasibdir. Bəktaş xanın atası olan Vəli
xan Qorçibaşı ərz etdi: "Əgər hümayun ordu Yəzdə tərəf gedərsə,
Bəktaş xanın və mirmiranın vahiməyə düşmələrinə səbəb olar və
onlar şahın yanına gəlməyə cürət etməzlər və güman ki, [o zaman]
böy ük hadisələr törənər. Yaxşısı budur ki, hər biri bu dərgahın
mülazimi və yetişdirməsi olan onlann adamlarına güzəşt edək
526
Misranın farscası:
Həm dər səre-an rəvi ke dər sər dari.
700
(əğmaz), Tərşiz və Səbzvar yolu ilə İraqa gedib səltənət paytaxtında
əyləşək, Azərbaycan sərhədinin nizamlanması ilə məşğul olaq və
rumiləri dəf edək. [Əlahəzrət] qoy bu məsələdə şahanə başısoyuqluq
(təqofol) edib onların yersiz davranışlarını bağışlasın. Mən qoca qul
söz verirəm ki, oğlum Bəktaşın işi xüsusunda əlahəzrətin
razılığından sonra onu hüzura gətirim". Şah onun xahişini nəzərə
alıb Yəzdə getmək qərarını ləğv
etdi, Tərşiz və Səbzvar yolu ilə
İraqa yollandı. Onlar Damğana gəldikləri vaxt artıq qış qurtarmışdı.
Üç gün Damğanda qalıb novruzu bayram etdilər, sonra oradan Reyə
getdilər. Mürşidqulu xan İsgəndər şanlı nəvvabın və şahzadələrin
saxlanmalarından ötrü Vəramin qalasını müəyyən etdiyindən və şah
öz atasının oraya göndərilməsini istəmədiyindən, belə qərara aldı ki,
o həzrəti həmin qaladan çıxarıb öz həmsöhbəti etsin. Kif (Keyf - ?)
qəsrində böyük bir bayram və ali bir məclis düzəldib İsgəndər şanlı
nəvvabı gətirməkdən ötrü bir adam yolladı. Elə ki, İsgəndər şanlı
nəvvab gəlib orduya yaxınlaşdı, əlahəzrət öz məşhur atasının
məiyyətini istiqbal etməkdən ötrü ata süvar oldu. Elə ki, nəvvabın
ali qoşunu göründü, əlahəzrət atdan düşüb ədəb-ərkanla müqəddəs
atasının dizlərini öpdü və İsgəndər şanlı nəvvab alişan oğlunu
mehribanlıqla qucaqladı, onlar bir-birlərini gördüklərindən hədsiz
sevindilər. Dövlətxana xeyməsindən başlayaraq hümayun ordunun
yanınacan yerə payəndaz döşənmişdi. Qapıya çatana qədər bir neçə
yerdə camaata qızıl paylandı, günü eyş-işrət və şadyanalıqla başa
vurdular. Şah məclisdən çıxıb müqəddəs hərəmxanaya təşrif apardı,
öz möhtərəm bacısı Zeynəb bəyimlə və başqa qohum qadınlarla
görüşdü. Sonra oradan çıxıb, birlikdə Qəzvin darüssəltənəsinə çatdı,
qalibiyyət və iqballa bu əbədi dövlətin paytaxtında əyləşdi.
FƏRHAD PAŞANIN QARABAĞA LƏŞKƏR ÇƏKMƏYİ,
HƏMİN VİLAYƏTİ FƏTH ETMƏYİ, CIĞALOĞLUNUN
BAĞDADDAN ƏLİŞƏKƏRƏ QƏDƏR GƏLMƏYİ,
NƏHAVƏNDDƏ QALA TİKMƏYİ VƏ BAŞQA HADİSƏLƏR
Yuxarıda yazılmışdı ki, hələ mərhum nəvvab şahzadə
Sultan Həmzə Mirzənin sağlığında rumilərlə sülh danışığı başlanmış
və razılıq alınmışdı. [O zaman] Mürşidqulu xan bu məqsədlə
Rumdan gələn Vəli ağa Çaşnigirbaşını orduya çağırıb bu məsələni
bitirmək istəyirdi ki, mirzənin qətl qəziyyəsi baş verdi və həmin
məsələ həyata keçmədən təxirə salındı. Rumilər zəfərli ordunun
701
Xorasana yürüşünü fürsət bilib, Ərzrumda dayanan Fərhad paşanın
saysız-hesabsız əsgəri ilə Şirvan vəAzərbaycan arasında yerləşən
Qarabağı tutmaq üçün yürüşə başladılar.
Həmişə bu tərəfin (qızılbaşların - Ş.F.) tərəfdarlarından
olan və rumilərlə dəfələrlə bərk döyüşlər edən gürcü hakimlərindən
Səmayun xan onunla mülayim davranan Fərhad paşanın ümidverici
vod və qiymətli hədiyyələrinə aldandı. Ağıllı və işgüzar adam olan
və qızılbaşların düşündükləri vəziyyəti müşahidə edərək onların
köməyindən məyus qalan Səmayun xan rumilərlə ixtilafa girmək
istəməyib onlara yol verdi və bir kənarda dayandı. Fərhad paşa
ondan xatircəm olub, asanlıqla Gürcüstan torpağını keçərək Qarabağ
vilayətinə qədəm basdı. O zaman əyalət əmirliyi rütbəsinə çatan,
lakin hələlik doğru-düzgün istiqaməti olmayan Məhəmməd xan
pərişan oldu, Qarabağ əmirlərindən Nəzər Sultan Qazaqlar özünün
bütün eli ilə [qızılbaşlardan] dönüb rumilərə birləşdi və paşa
rütbəsinə layiq görüldü. Qarabağın qacar tayfası və başqa el və
oymaqları elə bir-birinə dəydilər ki, nəticədə birləşə bilmədilər, rumi
ləşkərinə müqavimət göstərmədilər, öz məmləkətlərindən əl üzüb
pərişanlıqla Araz çayını keçdilər, Arasbara gəldilər, onların var-
dövləti və başqa malları qarət olundu. Fərhad paşa Gəncə şəhərində
bir neçə gün qalıb, orada möhkəm bir qala inşa etdi, bacarıqlı
əsgərlər, döyüş ləvazimatı və azuqə qoyub geri qayıtdı. Təbriz
qalasında olan Cəfər paşa, həmin vilayətin hər tərəfinin qızılbaşların
əllərində olduğu üçün, o yerləri ələ keçirmək məqsədi ilə Təbrizdən
çıxıb Ərdəbilə yollandı, amma Səraba çatdıqda özündə irəli getmək
qüvvəsi görməyib geri qayıtdı.
Lakin, Qaracadağ hakimi Xəlifə Ənsarın oğlu Şahverdi xan
onun itaətinə keçib oğlunu onun yanında [girov qalmaq üçün]
Təbrizə göndərdi, talesizliyindən öz dövlət başını tacdan məhrum
edib rumilərin papağını başına qoydu. Bu hadisədən sonra qızılbaş
əmirləri Təbriz ətrafından əl çəkib, Ordubada, Mərəndə, Dizmara və
Zünuza tərəf çəkildilər, ətraf yerlər Cəfər paşanın əlinə keçdi.
Cığaloğlu kimi tanınan Bağdad hakimi Sinan paşanın beyninə
Əlişəkəri tutmaq fikri düşdüyündən oraya yürüşə keçdi. Həmədan
hakimi Qorxmaz xan Şamlı o yerlərin əmirlərinə xəbər göndərib
rumilərlə döyüşməyi qərara aldı. Amma, hələ qoşun toplamazdan
əvvəl Cığaloğlu o vilayətə gəlib qalibiyyətlə Həmədan yaxınlığına
çatdı. Qorxmaz xan qafillik və qürur üzündən ehtiyatsızlıq edərək,
702
ləşkərin gəlib toplaşmasını gözləmədən özünün az miqdarlı
döyüşçüləri ilə düşmənlə döyüşə cumdu.
Qorxmaz xanın yanına gələn Luristan hakimi Şahverdi xan
Abbasi döyüşçülərin azlığını görüb onu hərbdən çəkindirməyə
çalışdısa da ona etimadı olmayan Qorxmaz xan Şahverdinin təklifini
bəyənməyərək ehtiyatı əldən verdi və döyüşə başladı. Şahverdi xan
Luristan ləşkəri ilə birlikdə müharibəyə başlamayıb bir kənarda
dayandı. Rumilər azsaylı qızılbaş qoşununa həmləyə keçib onları
mühasirəyə aldılar. Çərxçiləri cəngə rəğbətləndirməkdən ötrü bir
neçə şamlı döyüşçüsü ilə qoşundan ayrılan Qorxmaz xan rumilərin
bir dəstəsi ilə qarşılaşdı. O vilayətin rumilərə birləşmiş olan bir neçə
döyüşçüsü onu [üzdən] tanıyıb, bu barədə düşmənlərə xəbər verdi.
Hər tərəfdən üstünə at sürdülər, qol-qanadını sındırıb onu əsir
aldılar. Onun ələ keçirilməsindən sonra qızılbaş döyüşçüləri hərbdən
əl çəkib qaçış yolunu önə tutdular. Şahverdi xan Luristana qaçdı.
Rumilər qarətə başladılar. Həmədan əhalisi və o vilayət biçarələri
bir-birlərinə dəydilər, öz əhl-əyalı ilə birlikdə əlçatmaz yerlərə
qaçdılar. Cığaloğlu Həmədandan keçib Nəhavəndə tərəf üz tutdu.
Bir tərəfi Luristana birləşən Nəhavənddə bir qala tikməyi qərara aldı
ki, həm Əlişəkəri zəbt etsin, həm də Lulistan ülkasını rumibrin
itaətində saxlasın.
Xülasə, o, Nəhavənd qəsəbəsində bir, Səd Vəqqasda isə
başqa qala inşa etdi, oraya mühafizəçi, azuqə və yaraq-yasaq yığıb
geri qayıtdı. Əksəri şiəməzhəb olan Nəhavənd camaatı isə rumilərlə
birlikdə olmaq istəmədədiklərindən öz ev-eşiklərini xaraba qoyub
ətrafa dağılışdı. Bu gediş-gəliş nəticəsində Əlişəkər böyük bir
viranəyə çevrildi, tamamilə qarət olundu. Cığaloğlu Qorxmaz xanı
özü ilə Bağdada aparıb vəziyyət barədə xandgara məlumat yolladı,
etdiyi əməllər bəyənildi. Bu məqalələrin müəllifi bu vaqiələri
Qorxmaz xanın sərkarının katibi olan, döyüşdə vuruşub onunla
birlikdə Bağdada gedən və oradan geri qayıdan Xacə Əbdürrəhim
Dərmənidən eşidib qələmə aldı.
XORASAN ƏMİRLƏRİNİN VƏZİYYƏTİNİN ZİKRİ
VƏ MÜZƏFFƏR ORDUNUN QAYITMASINDAN
SONRA BAŞ VERƏN BƏZİ MƏSƏLƏLƏR
Hümayun ordunun Xorasandan qayıtmasından sonra Budaq
xan və onun övladları əmirülüməralıq dükanını açaraq vicdan
703
xəzinələrində olan mətləb əşyalarını satmağa başladılar. Onlar
şahzadə Sultan Həsəni özlərinə vasitə seçərək, işdən çıxarılan və
Xorasanda qalan bəzi əmirləri öz yanına çağırıb əhaliyə dedilər:
"Əlahəzrət zilləllah şah İraqa təşrif aparmışdır və daha onun
rumilərin istilası səbəbindən Xorasana gəlmək fürsəti olmayacaqdır.
Şahzadə isə əlimizdədir. Onu müqəddəs Məşhədə aparıb dövlət
taxtına əyləşdirək, başına Toplaşaq, Xorasan mülkünü zəbt edək,
düşməndən qorunaq. Bizə itaət etməyən hər bir kəsi dəf edib, onun
ülkasını başqasına verək". Ortada şahzadənin adı hallandığı üçün bir
dəstə adam ona tərəf meyllənib Budaq xanın əmirülməralığını və
ağsaqqallığını qəbul etdi. Nişapur hakimliyindən çıxarılan Mahmud
xan Sufioğlu Ustaclı xan ilə birləşdi, onun razılığı ilə Nişapura
gəldi. Ümmət xanın qohumu, Nişapurun hakimi Şahnəzər Sultan
Kuşəkoğlunun mülazimləri olan ustaclı qaziləri Mahmud xanın
qədim mülazimləri olduqları üçün xana qarşı rəğbətlənərək Nişapur
vilayətini onun ixtiyarına verdilər.
Şahnəzər Sultan müqəddəs Məşhədə Ümmət xanın yanına
getdi, Mahmud xan isə Nişapur hakimliyinə qayıtdı. Həmçinin
özünün pis davranışına və rəiyyətin şikayətinə görə Səbzvar
hakimliyindən uzaqlaşdırılan İmamqulu xan ibn Qubad xan Qacar
öz yerinə hakim təyin olunmuş Məhəmməd Sultan Çavuşlu ibn Ənut
(Ayqut?) Sultanın üzərinə Səbzvara gələrək, o vilayəti adı çəkilən
Məhəmməd xanın adamlarından alıb işğal etdi. Əsfərayin hakimi
Əli Müslim xan da, onlarla müttəfiq oldu. Müqəddəs Məşhədin
hakimi olan və əlahəzrət zilləllah şah tərəfindən əmirülüməra təyin
edilən xan adam yollayaraq onların özbaşınalıq və xüdpəsəndliyini
qadağan etdi, amma onlar ona tabe olmayıb müqəddəs Məşhədə
hücum edərək onu şəhərdən çıxarmaq fikrinə düşdülər. Elə bu
məqsədlə bir yerə toplaşdılar ki, Əbdülmömin xanın Xorasana
hücumu başlandı, Ümmət xan mühasirəyə alındı. Onların
vəziyyətləri barədə gələn il hadisələrin şərhində məlumat
veriləcəkdir.
Cəzaya məruz qalmış və vəzifədən çıxarılmış bəzi Xorasan
əmirləri, o cümlədən Sultan Əli Xəlifə Şamlı, Süleyman Xəlifə
Türkman və bir dəstə fitnə-fəsadlı adam Bəst və Zəmindavər hakimi
olan və Qəndəharda öz böyük qardaşı ilə vuruşub ona qalib gələn
Rüstəm Mirzə ibn Sultan Hüseyn Mirzənin yanına gəlməyə
meylləndilər. Onların bəziləri, xüsusiylə Süleyman Xəlifə Şamlı,
Qəndəhara getdilər ki, onu aldadıb Xorasana gətirsinlər. Hər
704
tayfadan olan Xorasan döyüşçülərinin çoxu adı çəkilən mirzənin
mülazimi olmaq istəyi ilə bellərinə himmət kəməri bağladılar və
Qəndəhara yollandılar. Onun və qardaşı Müzəffər Hüseyn Mirzənin
vəziyyətləri, həmçinin Qəndəharda və Sistanda baş verən məsələlər,
habelə Sultan Hüseyn Mirzənin övladları haqqında məlumat
əvvəldən axıradək gələcək illərin hadisələrinin şərhində əlahiddə
şəkildə veriləcəkdir, inşallah.
TÜRKİCƏ ÖKÜZ İLİNDƏ, DOQQUZ YÜZ DOXSAN
SƏKKİZİNCİ İLDƏ (MİLADİ 1589/90), ŞAHIN CÜLUSUNUN
ÜÇÜNCÜ İLİNDƏ BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ
Yenə yaz gəldi ki, biz bir daha bostanə gedək,
Yenə mey rəngi görək, bağü gülustanə gedək.
Bütləri yad eləyib, gah baxaq sərvə tərəf
Şövqdən gah da ələ almağa peymanə gedək.
527
Bu il Aləmi bəzəyan novruz səadət ilə doqquz yüz doxsan
yeddinci ilin cəmadül-əvvəl ayının 3-də (miladi 1589, 3 mart) gəldi
və ulduzlar xosrovu dünya şahı öz məiyyəti arasında əyləşdiyi kimi
şərəf bürcündə öz yerini tutdu.
Şer
Yenə gül şövqü ilə naləyə gəlmiş bülbül,
Qoca dünya bu cahan şahı kimi oldu cavan.
528
527
Beytlərin farscası:
Bəhar şod ke degər rahe-busitan girim,
Ze badeye-ünəba* rənge-golostan girim.
Gəhi be yade-botan sərv-ra nəzare konim,
Gəhi ze şovq ləbe-came-ərğəvan girim.
* Enəb-üzüm; ünəba-üzümlər
528
Şerin farscası:
Ze şovqe - qol be səd əfgan keşid morğe-səfir,
Ço əhde-şahe-cəhan taze gəşt aləme-pir.
705
Zilləllah şahın hümayun qoşunu ədəbi olan səltənət
paytaxtına çatıb, kamranlıqla dövlət və iqbal taxtında yerləşdi. O, ali
divanın qədr-qiyməti yüksək olan vəzarət mənsəbini mərhum
nəvvab şahzadənin vəziri olmuş Mirzə Lütfulla Şiraziyə verdi.
Mirzə o vaxtlar ali sərkarın vəziri vəzifəsində işləyirdi, amma yeni
uca mərtəbəyə yüksəldi, divan işlərinin cilovu onun əlinə
tapşırıldı. Əlahəzrət zilləllah şahın zəmanə məkrinin rəf
olunması və "həyatın baharı" adlanan yenilik dövrünü başa
vurmasından ötrü gedərək bahar əyyamını Qəzvin darülsəstənəsində
şadmanlıqla keçirməsinə və bağ-bostanlar içrə gül üzlü gözəllərlə
söhbərləşərək kama yetməsinə baxmayaraq, o, agahlıq çöhrəsi
üstünə işrət və zahiri (suri) nigab çəkmiş, ağıllı və hüşyar adamlar
kimi,
olduqca
qarışıq
hala
düşən
məmləkət
işlərinin
nizamlanmasından ötrü çalışır, dövlət işlərinin aparılmasında bir
ləhzəni belə əldən vermirdi. Amma, rumilərlə sülhün bağlanması,
şahzadənin
529
o ölkəyə göndərilməsi və münaqişənin saxlanılması
[bəzi yerlərin] osmanlıların zəbtində olduğu bir vaxtda çətin bir
məsələ idi. Belə vəziyyət şah və ordu üçün olduqca ağır idisə də,
əlahəzrət öz hədəfə dəyən rəyi və uzaqgörən əqlinə söykənərək bu
məsələlərin icrasına öz razılığını verdi, çünki iki yüksək məqamlı
padşah iki tərəfdən İran ölkələrinə hücuma keçmişdi, qızılbaş
tayfaları arasında hələlik birlik yox idi, Yəzd hakimi Bəktaş xandan
müxalifət əlaməti zahir olmuşdu, fars zülqədərləri tayfası Bəktaş
xanın təhriki ilə qiyama qalxmışdı, o zamana qədər Kuh-Giluyədə
yaşayan və şaha itaət edən bəzi ərəşli əmirləri Kuh-Giluyədə
özbaşına hakim vəzifəsini qəsb edən Həsən xan Əfşarın təsiri ilə
yenidən cahana pənah verən dərgahdan üz çevirmişdi, qulaqlarında
həmişə itaət sırğaları olan İran məmləkətlərinin ətraf yerlərində
yaşayan bəzi adamlarının hər biri cənnətməkan şahın vəfatından bu
günədək keçən on beş il müddətində öz yerlərində iqtidar bayrağı
qaldırıb istiqlal və istibdaddan dəm vururdular. Belə olan halda o iki
qüvvətli düşmənə müqavimət göstərmək qorxulu idi və onların biri
ilə barışıq etməkdən başqa çarə yoxdu. Zəmanə ilə ayaqlaşmaq
məqamı idi. Əgər şaha pərvərdigarı yar, bəxt və iqbal ulduzu
mədədkar olarsa, haqq öz yerini tutacaqdır.
Şer
529
Qeyd: Rum ölkəsinə girov göndəriləcək şahzadənin - Ş.F.
706
Əql yol göstərdi vəfalı kimi,
"Tək əldən səs çıxmaz " sualı kimi.
Kimləsə döyüşmək bacarıq deyil,
Düşmənlə barışıq əql işidir bil.
530
Zərurət üzündən əlahəzrət zillallah şah sülhə razılıq verib,
şahzadənin özü ilə [Ruma] aparacağı silah və sursatın hazırlanması
ilə məşğul olaraq, o zaman Ərdəbil darülirşadının hakimi olan və
ağlı, biliyi, fəhmi, bacarığı və həşəməti ilə başqa əmirlərdən
fərqlənən Səmayun (?) Sultanın oğlu Mehdiqulu xan Cavuşlunu elçi
təyin etdi. O, mirzəni ləyaqətlə yola salaraq həzrət xandgara
dostcasına, sədaqətamiz məktub, layiqli töhfələr və hədiyyələr
göndərdi. Şah bu işlərin əncamından ötrü gəlib, iki il gözləyən Vəli
ağa Çaşnigirbaşıya da inayət nəzəri yetirdi qayıtmasına icazə verdi.
Vəli ağa belə deyirdi ki, Cığaloğlunun İraqa qoşun çəkməyi
xüsusunda xandgar tərəfindən heç bir hökm verilməmişdir və
Cığaloğlu özbaşına gəlib Nəhavənddə qala inşa etmişdir. Buna görə
də, şahın nurlu düşüncəsi belə məsləhət bildi ki, həmin qalanı fəth
etməkdən ötrü bir dəstə döyüşçü göndərərək, şahzadənin İstanbula
çatmasına qədər oranı yerlə yeksan etsin, beləliklə də sülh sazişi
bağlanarkən Nəhavənd qalası rumilərin əlində olmasın. O, Həmədan
vilayətinin əyalətlərini Təhmasibqulu Sultan Ərəşlıyə inayət edib,
onu Nəhavənd qalasını tumağa yolladı, bayat əmirlərini ona
köməkçi təyin etdi, onlar da şahın əmrinə müvafiq həmin yerə
yollanaraq qalanı mühasirəyə aldılar, və oranı bir neçə gündən sonra
fəth etməyə başladılar.
O əsnada Əbdülmömün xanın Xorasana gəlişi xəbəri gəlib
çatdı, hümayun ordunun Xorasana yollanması vacib bilindi. Adı
çəkilən əmirlər Nəhavənd qalasını ələ keçirə bilmədilər və Cığaloğlu
ikinci dəfə Nəhavəndə gəlib, qalanın ehtiyacı olan azuqə və sursatı
Bağdaddan gətirdi, orada yeni mühafizəçilər yerləşdirib geri qayıtdı.
530
Şerin farscası:
Xerəd şod be in nokteəş rəhnəmun,
Ke avaz n-ayəd ze yek kəf berun.
Setize bekəs n-əz təvanayi əst,
Modara be doşmən ze danayi əst.
707
Sülh sazişi bağlandıqdan sonra, bu iş sülh maddələrində
əks olunduğundan İraqın ortasında yerləşən həmin qalanın ələ
keçirilməsinə cəhd edilmədi və beləliklə qala rumilərin əlində
qalmış oldu, onun geri alınması, başqa yerlər kimi, başqa vaxta
saxlanıldı ki, tezliklə bu barədə Allahın iltifatı və padşahın qüvvəti
ilə öz məqamında yazılacaqdır.
Ağıllı adamlar tərəfindən bəyənilən həmin sülh sazişi bir
dəstə nadan, cahil və ağızsız adamın təəssübkeşliyinə səbəb
olduğundan, onlar məsələdən uzaq fikirlər söyləyirdilər. Şərafətli
kamyab nəvvab, cavanlara xas qəzəbə, tündməzaclığa və hirsə malik
olsa da, ağıllı və tədbirli qocalar kimi hərəkət edib, o adamların
yersiz sözlərinə əhəmiyyət vermədi. Doğrudan da, həmin sülh və
barışıq nəticəsində dinə və dövlətə külli miqdar fayda oldu, çünki
artıq rumilər tərəfindən xatircəmlik hasil olundu və şah
məmləkətlərinin qarışıqlığını aradan götürməyə başladı, nəticədə
bəxtin gücünə, tədbirin gözəlliyinə və ağıllı rəyə uyğun olaraq fitnə-
fəsad İran mülkündən uzaqlaşdırıldı, tezliklə üsyankar tayfaların hər
biri və ev düşmənləri dəf olundu, inadkar adamların başları elə itaət
çənbərinə gətirildi ki, bu əməl bəsirət gözü olan adamların heyrətinə
səbəb oldu, həmin qala və düşmənlərin əlinə keçən başqa yerlər geri
alındı, onlara bir neçə tutulmuş qala və şəhər də əlavə olundu.
Beləliklə, məmləkətlər düşmənlərdən elə təmizləndi ki, hal-hazırda
İran mülkünün ərazisi rövzeyi-rizvana çcvrilmişdir ki, tezliklə bu
barədə yazılacaqdır.
Dostları ilə paylaş: |