AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Misra    Mülkü xərab eyləyən ölsün gərək! 460     Şiraz hakimi Mehdiqulu xanın öldürülməsi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə63/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   59   60   61   62   63   64   65   66   ...   96

Misra 

 

Mülkü xərab eyləyən ölsün gərək!



460

 

 



Şiraz hakimi Mehdiqulu xanın öldürülməsi: 

                     

Əlahəzrət,  atası  cənnətməkan  şahın  zamanında  Şiraz 

hakimi  olan,  özü  isə  Xorasanda    şahzadənin    [Abbas  Mirzənin  - 

Ş.F.]  xidmətində  dayanan  və  sonradan  humayun  məiyyətlə  birgə 

Xorasandan  qayıdan  Yaqub  bəy  İbrahim  oğlu  Zülqədərə  Şiraz 

hakimliyini  vəd  edib,  Mehdiqulu  xanın  işini  bitirməyi  ona  həvalə 

etdi.  O  da,  şahın  məclisində  Mehdiqulu  xanın  əllərini  bağladı, 

başındakı tacını çıxardı, şahın işarəsi ilə onu qətl etdi və həmin ləhzə 

Şiraz əyaləti ona verildi. Mehdiqulu xanın qətlindən sonra əlahəzrət 

[bir vaxtlar] İsgəndər şanlı nəvvabın möhrdan olan, Əbu Talib Mirzə 

tərəfdarları  tərəfindən  vəzifəsindən  çıxarılıb  cəzalandırılan,  var-

dövləti  müsadirə  olunan  Əsəlməs  xan  ibn  Şahrux  xan  Tatioğlu 

Zülqədərə  Əliqulu  Sultan  Möhdarın  möhdarlığının  inayət  etdi, 

Xüləfa  olmuş  Qorxmaz  xanın  vəzifəsinə  dəymədi.  İsgəndər  xanın 

                                                           

460

 Misranın farscası: 



Rəxnegəre-molk sərəfkənde beh! 

 


666 

 

qardaşı Bədr xan Əfşarı qorçibaşı təyin edib, onu Yusif xanı, Ədhəm 



xan  Türkmanı  isə  Əbülməsum  xanı  həbs  etməyə  göndərdi.  Ustaclı 

əmirləri  Pir  Qeyb  xanı    və  qardaşlarını  dəf  etməyə  boyun  olub, 

şahsevənlərlə birlikdə Qorxmaz xanın evinə tərəf üz tutdular. 

 

Fitnəkar əmirlərin fərar etmələri və öldürülmələri: 

 

Heç  bunu  ağıllarına  belə  gətirməyən  qiyamçı  əmirlər  



məsələdən  agah olub, adamlarının əksəriyyəti dağılışdığından daha 

orada  qala  bilməyib  hövlnak  halda,  hətta  bəziləri  silahlanmadan 

atlara  minərək,  özlərini  bəlkə  Gilana  çatdırmaqdan  ötrü,  Qəzvin 

dağının  ətəklərinə  üz  tutdular.  Əbülməsum  xan  Türkmanla 

türkmanların  mirzəsi  İmamqulu  onlardan  ayrılıb,  başqa  yolla 

Həmədana  tərəf  qaçdılar.  Qiyamçıların  əksər  hissəsi  dağa  tərəf 

getdiklərindən  məğlub  edilməz  tərəflər  onları  təqib  edərək  həmin 

istiqamətə  yollandılar. Heç kim Əbülməsum xanın ardınca  getmədi 

və  o  sağ  -  salamat  Həmədana  çatıb  oradan  Bağdada  getdi.    Dağ 

səmtinə qaçan əmirlər hələ şəhərdən çıxmamışdılar ki, ləşkər onlara 

çatdı.  Cəngə  başlayanlar    yerlərindəcə    öldürüldülər,    döyüşməyin  

mənasız olduğunu anlayanlarsa əsir alındı. Hal-hazırda Rumda olan 

və  Mürşidqulu  xanla  dostluq  edən  Qulu  bəyin  oğlu  Yusif  xan 

Qorçibaşının  qətlinə  Mürşidqulu  xan  razı  olmadı.  Şahın  şəfqət 

bəslədiyi Əmiraslan xan Pir Qeyb oğlundan və Yusif xandan başqa 

əmirlərin  hamısı  qətl  olundu,  bu  iki  nəfər  isə  öldürülmədilərsə  də 

həbs  olunub  qalaya  salındılar.  Qalada  bir  müddət  qaldıqdan  sonra 

Kirmanda  hakim  olan  əmisi  oğlu  Vəli  xanın  xahişi  ilə  Yusif  xan 

nicat tapdı, Əmiraslan xan isə öldürüldü. 

Bu fitnəkarlığın baiskarı olan Mirzə Abdulla Mirzə Salman 

oğlu  qardaşı  Mirzə  Nizamülmülk  ilə  birlikdə  tutuldu.      Tacik 

olduqları  üçün  onları  fəqət  cərimə  etdilər.  Müəyyən  məbləğ  pul 

ödəməyə  boyun  olduqdan  sonra  onlar  həmin  pulu  ödəmək  üçün 

mühəssillərlə  birlikdə  Şiraza  göndərildilər.  Cənnətməkan    şahın  

zamanında Azərbaycanın   və  Şirvanın  vəziri olmuş  Mirzə Ətaulla 

İsfahaninin  nəvəsi,  Mirzə  Əhmədin  isə  oğlu  olan  Mirzə  Şah  Vəli, 

həmçinin  Mirzə  Əhməd  Mürşidqulu  xanın  vəziri  oldular  və  Mirzə 

Əhməd [sonradan]   Türbət qalasında  öldürüldü.  Mürşidqulu  xan 

etdiyi    xidmətkarlıq  müqabilində  Mirzə  Əhmədi    atasının  yerinə 

vəzir  qoymuşdu  və  o,  bu  arada  şahın  şəfqətinə  yetişib  baş  vəzir 

rütbəsinə  çatmış,  etimadüddövlə  ləqəbinə  layiq  görülmüşdü.  Əbu 


667 

 

Talib Mirzənin vaxtında onun səyi ilə sədr olan Mir Əbülvəli Əncu 



baş sədr rütbəsi iə şərəfləndi. Möhrdarlıq  vəzifəsi isə cənnətməkan 

şahın vaxtında olduğu kimi Seyid bəy Kəmunəyə verildi. 

Bu  hadisələrdən  sonra  Mürşidqulu  xanın  başı  əlahəzrətin 

şəfqəti və iltifatı ilə göylərə ucaldı və o, ali divanın müstəqil vəkili   

kimi      dövlət      işlərinin      nizamlanmasına      başladı.  Əlahəzrət 

zilləllah şah bu güclü dövlətin məsləhəti ilə onun qüvvətlənməsi və 

işlərinin nizamlanmasından (ləmsiyət) ötrü daim onu təltiflərə layiq 

görürdü. 

 

İmamqulu xan Qacarın vəfatı: 

 

Qarabağ  bəylərbəyisi  İmamqulu  xan  Qacar  Gəncədə  təbii 



ölümlə bu il vəfat etdi. O vilayətin idarə olunması isə cənnətməkan 

şahın  zamanında  Qarabağın  bəylərbəyi  olan  Şahverdi  Sultan 

Ziyadoğlu  Qacarın  nəvəsi  Xəlil  xanın  oğlu  Məhəmməd  xana 

tapşırıldı.  Qacar  tayfasının  yəvə  oymağından  olan  İmamqulu  xanı 

İsmayıl  Mirzə  yetişdirmiş  (tərbiyət)  və  onu  Qarabağa  hakim 

göndərmişdi.  İsgəndər  şanlı  nəvvabın  və  onun  əziz  oğlu  Sultan 

Həmzə Mirzənin  hökmranlığı zamanında, birinci səhifədə yazıldığı 

kimi, o, rumiyyə ilə döyüşlərdə igidliklər etmişdi. [Sonradan] on il 

Qarabağın müstəqil əmirülümərası oldu. 

 

HUMAYUN CÜLUSUN İKİNCİ İLİ OLAN DOQQUZ YÜZ 



DOXSAN YEDDİNCİ (MİLADİ 1588/89; SİÇAN İLİNDƏ BAŞ 

VERƏN HADİSƏLƏRİN ZİKRİ, ÖZBƏKLƏRİN GÖZƏL 

HERAT ŞƏHƏRİNİ İSTİLA ETMƏLƏRİ, ƏLİQULU XAN 

OVÇUNUN ÖLDÜRÜLMƏSİ, ŞAMLI TAYFASININ 

CƏZALANDIRILMASI VƏ XORASANIN  

SAKİTLƏŞMƏSİNİN BƏYANI 

 

Qış  sona  yetdikdə  aləmi  işıqlandıran  novruz  xoşbəxtlik 



(fərroxi) və mübarəkbadlığa başladı. 

 

Şer 



 

Şadlığa üz tutdu bahar yelləri,  

Qızdı hava, etdi sevincək yeri.  

Şeh o təhər qondu yerin üstünə,  



668 

 

Bağe-behist oldu çəmənlər yenə.



461

 

 



Mürşüdqulu  xan  Xorasana  yürüş  üçün  silah  tədarükünü 

edib,  hər  gününü  döyüşçülərin  yanında  keçirirdi.  Qızılbaşların 

fitnəsindən uzaq olmaq üçün İsgəndər şanlı nəvvabın və Əbu Talib 

Mirzənin qalına yerini vəziyyətin başlanğıcında Təhmasib Mirzənin 

də salındığı Ələmut qalasında müəyyənləşdirdilər ki, [şah] Xorasan 

səfərindən  qayıdana  qədər  qoy  orada  yaşasınlar.  Amma,  sonradan, 

Gilan  bu  qalaya  yaxın  olduğu  üçün,  ora  məsləhət  görülmədi  və 

onları İraqın ortasında yerləşən və yaxşı evləri olan Reyin Vəramin 

qalasına  apardılar.  Ustaclı  tayfasının  hörmətli  adamlarından  və 

etibarlı şəxs olan Əhməd bəy Kərampanı həmin qalanı qorumaq və 

onlara  xidmət  etmək  üçün  Vəraminə  göndərdilər.  Mürşidqulu  xan 

isə  zahirdə  Xorasan  yasaqı  və  Herat  qalasındakı  mühasirədə 

qalanların  xilas  olmaları  barədə  hər  gün  söhbət  etməsinə 

baxmayaraq, batində isə Herat hakimi olan  və şahın ehtiram etdiyi 

Əliqulu xanın yenidən  vəkil  və rüknüssəltənə ola bilmək  və ondan 

intiqam  almaq  ehtimalını  düşünüb  Xorasan  yürüşünü  gün-gündən 

təxirə salırdı. 

Bu  iş  o  qədər  davam  etdi  ki,  daha  taqət  tükəndi,  Herat 

qalasında  mühasirədə  qalanlar  azuqə  çatışmazlığı,  havanın  üfunəti 

və  xəstəliklər  üzündən  tabdan  düşdülər,  onlarda  müqavimət  və 

qaladarlıq  imkanı  qalmadı,  özbəklər  qalanı  tutdular  və  o  gözəl 

məkan düşmənlərin əlinə keçdi. 

Bu  hadisənin  yığcam  şərhi  belədir:  Abdulla  xan  [Özbək] 

Əliqulu  xanın  itaət  etməsindən  məyus  olub,  Herat  qalasının  fəthi 

üçün  belinə  himmət  kəmərini  bağladı.  Özbək  tayfası  qalanın 

mühasirəsinə  başlayaraq  oranı  mərkəz  kimi  əhatəyə  aldı.  Əliqulu 

xan və şamlı tayfası öz səbat ayağını möhkəm şəkildə yerə dirəyib, 

qaladarlıq  ləvazimatının  tədarükünə  başladılar.  Hər  gün  tərəflər 

arasında atışma olur, savaş bazarı qızışırdı. Ox və tüfəng səfiri əcəl 

salamı  yetirməkdəydi.  Ali  hümayunun  (yəni  Şah  Abbasın  -  Ş.F.) 

Xorasandan  İraqa  getməsi  və  o  həzrətin  İranda  öz  irsi  səltənət 

taxtında əyləşməsi xəbəri şamlı tayfasına gəlib yetişdi. Əliqulu xan 

                                                           

461


 Şerin farscası: 

Bade-bəhari tərəbəngiz şod,  

Ruye-həva ləxləxeamiz şod.  

Əz əsəre-jaleye-Kovsərsereşt.  

Səhne-çəmən gəst ço bağe-beheşt. 


669 

 

aralarında  olan  inadkarlıq  səbəbindən  Mürşidqulu  xandan  imdad 



gözləmədiyinə  baxmayaraq,  bu  uca  dövlətə  mümkün  qədər  xidmət 

etdiyinə  görə  cəhd-cəhd  edərək,  özbəklərin  buraya  qədəm 

basmalarının  qarşısını  alırdı. Bir  neçə  dəfə  hücuma  keçib  xəndəqə 

çatmış,  üç-dörd  dəfə  də  üç-dörd  yüz  özbək  şəhərə  girə  bilmişdi. 

Amma, qaladakılar  müdayiyəyə qalxmış, adlı-sanlı bahadırların bir 

çoxunu yerə sərərək, şəhəri əldə saxlaya bilmişdilər. 

Mühasirə müddəti çox uzandı və heç yandan imdad küləyi 

əsmədi. Azuqənin çatışmaması və havanın üfunətindən şəhərdə bərk 

xəstəlik  yarandı,  mülki  adamlar  və  ləşkər  də  xəstəliyə  yoluxdular. 

Türk  və  taciklərdən  hər  gün  dəstə-dəstə  adam  yoxluq  yoluna 

yollanırdı.  Buna  görə  də  qaladakıların  arasına  çaxnaşma  düşdü, 

savaşa bilmədilər. Qalada olan bəzi xorasanlılar, xüsusilə illərlə bu 

dövlətin çörəyini yeyən  Molla Mir Baxərzi  haramnəməklik edərək, 

qorunması ona tapşırılan şəhər bürclərindən birini boş qoydu, gedib 

qala  eşiyindəkilərə  qoşuldu.  Qalanın  idarə  olunması,  döyüşçülərin 

acizlik  və  iztirabları,  qüvvət  və  qüdrətin  yoxluğu  onların  yadına 

Abdulla  xanı  saldı.  Onlar  özbəklərə  dövlətxahlıq  izhar  etdilər. 

Qalanın  fəth  edilməsinə  cəhd  artdı.  Əliqulu  xan  şamlı  tayfası 

əyanlarından Pirbudaq Sultanı özünə yaxın adam olan müstövfi Əbu 

Talib bəy Ordubadi və daha bir neçə nəfərlə birlikdə Abdulla xanla 

sülh  bağlamaqdan  ötrü  qaladan  eşiyə  çıxardı,  qızılbaşlara 

məmləkətdən çıxmaları üçün yol verməsini və əhl-əyalları ilə çıxıb 

getmələrini  xahiş  etdi.  Buraya  hücumunun  ilk  vaxtlarında  bunu 

istəyən Abdullah xan indi Molla Mirin və haramnəmək fəsad əhlinin 

təhriki,  xüsusən  ərbabların  mirzəsi  və  Əbülhəsən  Guryaninin  təsiri 

ilə bu təkliflə razılaşmadı. 

 

Şer 

 

Padşah ayinləri, Kəyan adəti  

Yol vermir elçiyə zülm-əziyyəti

462


 

 

Hər  zaman  elçilərin  öldürülməsi  yolverilməz  sayılmış, 



şövkətli  sərkərdələrin  heç  biri  bu işə  baş qoşmamış,  bunu  edənləri 

                                                           

462

 Beytin farscasr. 



Dər ayine-şahan-o rəsme-keyan  

Pəyamavəran eymənənd əz zeyan. 



670 

 

məzəmmət  etmişlər.  Amma,  Abdulla  xan  isə  bu  qəbahətli  əmələ 



iqdam  edərək  qaladan  yanına  göndərilən  adamları  topun  ağzına 

qoyub,  qalaya  tərəf  atdı,  o  biçarələrin  ömür  xərməninə  zülm  atəşi 

vurdu, əslində belə hərəkətlə öz namusunu yandırmış oldu. 

Xülasə, Əliqulu xan və şamlı əyanları sülhdən məyus olub, 

xilas  qapılarını  bağlı  gördülər.  Daha  iki  ay  həmin  qaniçən  ləşkərə 

müqavimət  etdilər  və  qalanı  qorudular.  Amma,  qala  bürclərinin 

əksəriyyəti  qoruyucularsız  qalmışdı.  Ayın  on  birində,  bir  gecə, 

Əliqulu  xan  öz  bürcünü  tərk  edib  evinə  getmiş,  qızılbaşların 

əksəriyyəti  də  elə  həmin  gecə  öz  mənzillərinə  qayıtmışdı. 

Adamlardan kimsə bürclərin birindən özbəklərə qışqırdı ki, bu bürcü 

qoruyan yoxdur. Həmişə hücuma hazır olan özbək bahadırlarının bir 

neçə  nəfəri  bürc  ayağına  çataraq  kəndirlə  yuxarı  dırmaşdılar, 

başqalarını da yuxarıya çəkdilər.Onlar habelə daha iki bürcün başına 

bu  işi  gətirdilər.  Əliqulu  xan  və  qızılbaş  ləşkəri  hələ  məsələdən 

xəbərsiz  idilər.  Birdən-birə  qəfildən  bürc  və  barılardan  kərənay 

səsləri gəlməyə başladı. Özbəklər şəhərə tökülüşdülər. Çaşqınlıq və 

qüvvətsizlikdən  mühafizəçilərin  bircəsi  də  müdafiəyə  qalxmadı, 

çarəsizlikdən  bürc  və  barıların  qorunmasından  ol  üzüb,  iztirabla 

şəhərin  orta  hissəsindəki  Qum  məmləkətinin  qalası  olan 

İxtiyarəddinə  gedib  çatdılar,  Herat  şəhəri  özbəklərin  əlinə  keçdi. 

Şəhərdə qətl, qarət  və tarac başlandı, nə başlandı. Zülmkarlıq atəşi 

elə alovlandı ki, odun dili fələyə ucaldı. 

İxtiyarəddin  qalasına  pənah  aparan  Əliqulu  xan,  şamlı 

tayfası  və  başqa  adamlar  orada  pərişanlıq  və  iztirab  içərisində  iki 

gün  vaxt  keçirdilər.  Qalada  azuqə  və  qaladarlıq  ləvazimatı 

qalmadığından  bu  günlərinə  heyran  qaldılar.  O  qalanın 

vəziyyətindən məlumatı olmayan Abdulla xan elə təsəvvür edirdi ki

onların  sayı  orada  çox,  azuqələri  isə  boldur,  buna  görə  də  həmin 

qalanı  ələ  gətirmək  çətin  olacaq,  məsələ  uzanacaqdır.  Atalığı 

Məhəmməd  Baqinin,  Qulbaba  Kukəltaşın  və  mötəbər  özbək 

əmirlərinin  vasitəçiliyi  ilə  Əliqulu  xana  bildirdi:  "Əgər 

qaladarlıqdan  əl  çəkib  qalanı  təslim  etsə,  ona  bütün  var-yoxunu 

peşkəş verəcək, qızılbaşlarla birlikdə istədiyi yerə getməsindən ötrü 

izn  almış  olacaqdır.  Şərt  isə  budur  ki,  yanımıza  gəlib  bizimlə 

görüşsün". 

Əliqulu  xan  və  yoldaşları,  hərçənd  ki,  Abdullah  xanın 

özbək  tayfasının  sözlərinə  inanmırdılar,  amma  əzəl  qüdrətin 

(Allahın  –  Ş.F.)  istəyi  onların  şəhadətə  yetmələri  olduğundan  və 



671 

 

azuqənin olmadığından qalanı tərk etməkdən başqa çarə tapmadılar, 



Yaradanın qəza-qədərinə razılıq verdilər, üçüncü gün qaladan çıxıb 

Abdulla  xanın  əmirləriylə  birlikdə,  Sultan  Hüseyn  Mirzə 

mədrəsəsində  iqamətgah  olan  yerə  yollandılar  və  özbəklər 

İxtiyarəddin qalasını işğal etdilər. 

Abdulla  xanın  oğlu  Əbdülmömin  xan  şəhər  bağında 

(Bağşəhr)  idi.  Onunla  görüş  üçün  əmirlər  Əliqulu  xanı  oraya 

apardılar.  O  peymanı  süst  olan  oğlan,  ya  öz  istəyi,  yaxud  atasının 

işarəsi,  ya  da  oğul-uşaqları  və  qohumları  mühasirə  zamanı 

qızılbaşların  əlləri  ilə  öldürülmüş  özbək  bahadırlarının  təhriki 

nəticəsində  qızılbaşlardan intiqam  aldılar.  Əliqulu  xan  və  adamları 

Abdulla  xanın  olduğu  yerə  çatdıqda  əmirlər  onlara  xanın  yanına 

silahla  getməyin  məqbul  olmadığını  bildirib,  qılınclarını  onların 

bellərindən  açdılar.  Elə  o  əsnada  da  bir-iki  nəfər  özbək  şəmşirini 

çıxarıb  şamlılara  tərəf  atdı.  Şah  Məhəmməd  Çəyan  əlini  Əliqulu 

xanın məndilinə (çalma  - Ş.F.) apardı ki, onu çıxarsın. Qazi Sultan 

Şamlı  onun  əliuzunluğuna  mane  olaraq  xəncərini  ona  çəkdi. 

Özbəklərin  başqa  bir  dəstəsi  də  yoldaşlarını  himayə  etmək  niyyəti 

ilə  öz  şəmşirlərini  ələ  götürdü.  Vəziyyəti  belə  görən  qızılbaşlar 

məsələnin  nə  yerdə  olduğunu  bildilər,  öz  kəlmeyi-şəhadətlərini 

oxuyub fəna qılıncı ilə öldürdülər. 

Xülasə, qaladan çölə çıxanların hamısı şirin canlarından əl 

üzüb  həmin  vəhşətli  hadisə  günü  şəhadət  şərbəti  içdilər.  Bundan 

sonra Abdulla xan bütün qızılbaşların qətli xüsusunda hökm  verdi. 

Özbəklər belə qətllərdə elə canfəşanlıq etdilər ki, tazik (tacik - Ş.F.) 

adamlarının  çox  hissəsi  də  qızılbaş  övliyalarının  məzhəbi  ilə 

razılaşdığına  görə  öldürüldülər.  Özbəklər  şamlı  tayfasının  qız-

qadınını  əsir  götürüb  Mavərənnəhrə  göndərdilər.  Onlar  xəzinələri 

ələ  keçirməkdən  ötrü  əzəmətli  şamlı  xatunlarına  işgəncə  verib,  bu 

işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu 

mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az 

adam  nicat  tapa  bildi.  Künc-bucaqda  gizlənən  az  miqdar  adam 

gecələr, olduqları yerlərdən çıxaraq, piyada və üryan halda səhraya 

üz  tutub  fərar  yolunu  qət  etdilər.  Rafezilər  (qızılbaşlar  -  Ş.F.)  bir 

müddət həmin  mülkdə adam öldürməyə izn  verdikləri üçün, kimin 

kiməsə qədimdən  ədavəti   vardısa özbəklər onu rafeziliyə  mənsub 

edir,  iki  cahil  və  nadan  adamı  şahid  kimi  çağırır,  hənəfi  məzhəbli 

din qazisi dərhal o biçarənin yandırılması və qətli xüsusunda hökm 

çıxarırdı.  Azacıq  varlı  olmağı  güman  olunan  həp  kəsin  var-dövləti 



672 

 

özbəklər  tərəfindən  müsadirə  edilirdi.  Xülasə,  rəiyyət  və  aciz 



adamlar  bir  müddət  əzab-əziyyətə  düçar  oldular,  o  vaxta  qədər  ki 

Abdulla  xan  o  vilayətin  hakimliyini  Səmərqənd  əyanlarından  olan 

fəzilətli,  qabiliyyətli,  xana  qarşı  köhnə  xidmətlərinə  görə  etibar 

sahibi  olub  əmirliyə  və  ali  sədarət  vəzifəsinə  layiq  görülən  Mir 

Qulbaba  Kukəltaşa  verdi.  O  da  get-getə  mülkdarlıq  və 

rəiyyətpərvərlik  yolunu  davam  etdirib  zülm  və  tarac  qapılarını 

bağladı,  məzhəb  təssübkeşlərini  incitməyi  və  başqa  camaata  əzab 

verməyi  qadağan  etdi,  biçarələrin  qeydinə  qaldı,  həmin  mülkdə 

nizam-intizam yaratdı. 

Xülasə,      Heratın    fəthindən    sonra  Abdulla    xan    atının 

yürüş cilovunu müqəddəs Məşhədə tərəf yönəltdi. Mürşidqulu xanın 

qardaşı olan Məşhəd hakimi  İbrahim xan hüsni-tədbirlə özbəklərin 

şərini bu il o şərif məscidin sakinlərindən uzaqlaşdırmaq məqsədiylə 

xanın vəkillərinin üzünə ülfət və tanışdıq qapılarını açdı, xana töhfə 

və hədiyyələr yollayaraq belə ərz etdi: "Özbək ləşkəri uzun müdətdir 

ki, vətənlərindən uzaq  düşmüş  və  Herat  qalasının  fəthində  çox  

əziyyət  çəkmişdir.  Onlar  əgər  müqəddəs  Məşhədin  mühasirəsinə 

başlayarlarsa,  bilsinlər  ki,  bu  vilayət  adamlarının  qaladarlıq 

istedadları böyükdür. Buna görə də onlar həzrət imamın  müqəddəs 

rövzəsini hifz etməkdən ötrü qaladarlıqda Herat camaatından da çox 

səy  edəcəklər.  O  zaman  gərək  sizin  ali  ordunuz bu  vilayətdə  uzun 

müddət  dayanmalı  olsun.  Belə  olası  halda  ləşkərlər  xeyli  zəhmət 

çəkməli olacaqlar. Bundan başqa bizim padşahımız artıq irsi səltənət 

və  şahlıq  taxtındadır  və  o,  bütün  qızılbaş  qoşunlarıyla  birlikdə 

hümayun  paytaxtdan  çıxıb  Xorasana  gəlməkdədir.  Əgər  müqəddəs 

Məşhədin  mühasirəsi  zamanı  o,  bu  vilayətə  qədəm  basarsa,  hələ 

məlum  deyildir  ki,  özbək  tayfası  bu  il  Xorasana  qoşun  çəkərək 

qızılbaşların saysız-hesabsız ləşkərinə müqavimət edə biləcəklər, ya 

yox?  Məsləhət  belədir  ki,  onlar  bu  il  buradan  çıxıb  öz  səltənət 

paytaxtlarına  getsinlər  və  bizə  möhlət  versinlər  və  gələn  il  əgər 

bizim  padşahımız  Xorasanda  olarsa,  onlar  öz  dövlətlərinin 

məsləhətinə uyğun hərəkət etsinlər. Buna  görə də ali qoşununuzun 

buraya  yürüşə  ehtiyacı  yoxdur.  Qoy  özbək  əmirlərindən  kimi 

istəsələr  göndərsinlər  və  biz  məmləkəti  onlara  verib  öz  yolumuzla 

gedək". 

Bu  sözlər  Abdulla  xanın  beyninə  batdı.  Çünki,  artıq 

hümayun  ordunun  buraya  yürüş  xəbəri  də  gəlib  ona  çatmışdı. 

Təkrar-təkrar  məsləhətləşmədən (kənqaş) sonra qayıtmağı  məsləhət 



673 

 

bilərək,  müqəddəs  Məşhədin  mühasirəsindən  əl  çəkdi,  göndərilən 



peşkəşlərlə kifayətlənib qayıdış təbilini çaldı, Sərəxsə yollandı. Elə 

ki,  Sərəxs  qalasının  yanına  gəlib  çatdı,  şəhər  darvazalarının 

yaxınlığında  dayandı.  O  vilayətin  hakimi  Mir  Hüseyn  Sultan 

Firuzcəngin  oğlu  Mir  ibn  Hüseyn  xan  cənnətməkan  şahın 

hakimiyyəti zamanı Xorasanın cığatay əmirləri silkindən idi və elə o 

vaxtlarda  da  Sərəxsin  hakimi  olmuşdu.  O,  şəhər  və  qala  qapılarını 

bağlayaraq  müdafiəyə  başladı.  Onun  cığatay  mülazimləri  böyük 

mərdlik  göstərərək  özbəkləri  şəhər  qapılarına  yaxın  qoymadılar. 

Abdulla xan orada qırx günədək dayandı və heç nə edə bilmədi. Ara 

yerdə  onun  özbək  döyüşçülərinin  çoxu  öldürüldü  və  onlar  döyüşü 

gələcək  vaxta  saxladılar.  Abdulla  xan  azacıq  peşkəşlə  qənaətlənib 

köç təbilini çaldı. 

Onun gedişindən sonra qızılbaş əmirləri o yerləri  Ğuryana 

kimi  zəbt  etdilər,  amma  Guryandan  Mürğabın  yanına  qədər  olan 

yerlər özbəklərin əlinə keçdi, Mir Qulbaba hakim və fərmanlar oldu. 

Abdulla xan müqəddəs şəhərin (Məşhədin - Ş.F.) yanında olan vaxt 

özbəklər  öz  adətlərincə  məmləkəti  qarətə  və  dağıntıya  məruz 

qoydular.  Müqəddəs  Məşhədin  sülh  tərəfdarları  və  nəqibləri  ona 

nəsihətamiz  məktub  göndərdilər  və  ola  bilsin  ki,  elə  buna  görə  də 

xan dağıntılardan əl çəkdi, əksər hissəsi sərkara və müqəddəs rövzə 

işçilərinə mənsub olan məhsullara dəymədi. Özbəklərin alim və fazil 

adamları  onların  məktubuna  cavab  olaraq  nəqiblərə  məktub 

yollayılar.  Mövlana  Məhəmməd  Müşəkkək  Rüstəmdari  də  cavab 

naməsi  yazdı.  Hər  iki  məktubu  bu  kitabda  dərc  edirik  ki,  ağıllı  və 

pak adamlar onları oxuyub faydalansınlar, kimin haqq, kimin nahaq 

olması aşkara çıxsın.  



 

MÜQƏDDƏS MƏŞHƏD RÖVZƏSİNİN XADİM VƏ 

NƏQİBLƏRİNİN MƏKTUBUNA MAVƏRƏNNƏHR 

ÜLƏMASININ CAVAB MƏKTUBU 

 

"Gizli  deyildir  ki,  gözəl  "Lailahə  üləl-l-lah  və 



Muhəmmədən rəsuli-l-lah" deyən dünya möminləri başqa yerin var-

dövlətinə  və  əhalisinə  zərər  yetirməz,  onlardan  küfrə  səbəb  ola 

biləcək əməl baş  verməz, öz sələf  və imamlarının ləyaqətli işlərini 

davam  etdirərlər.  Amma,  sünnət  əhli  məzhəbindən  bu  gözəl 

kəlamdan,  həmçinin  üləmaların  sözlərindən  kənar  düşən  kəslərə, 

möminləri  öz  ilk  imanlarından  sapdıranlar,  küfrə  uyub  iyrənc  şiə 



674 

 

təriqətini izhar edənlər, gecə-gündüz şərafətli iki şeyxi (yəni həzrət 



Əbubəkri və  Öməri  - Ş.F.),  həmçinin iki nur sahibini (zi-n-nureyn) 

yəni  xəlifə  Osmanı  -  Ş.F.)  və  peyğəmbərin  bəzi  pak  zövcələrini 

yamanlayanlar  gərək  islam  padşahı  və  başqa  möminlər  tərəfindən 

hökmən  qətlə  məruz  qalsınlar.  Habelə  gərək  onların  evləri 

uçumlsun,  var-dövləti  əllərindən  alınsın.  Əgər  dövrün  padşahı  və 

dövranın  xəlifəsi  cəhad  vaxtı  üləmaların  ittifaqından  və  həzrət 

risalətpənahın  (Məhəmməd  Peyğəmbər  -  Ş.F.)  təriqətindən  öz 

qüdrəti  və  imkanı  ola-ola  üz  döndərərsə,  Allahın  (yəni  mütəal 

məlikin)  sual-cavabının  "Qorxun  o  gündən  ki  heç  kəs  heç  kəsin 

karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən 

fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin"

463


 və bu 

şərafətli ayənin "[özlərinə] peyğəmbər göndərilən ümmətləri sorğu-

suala çəkəcək"

464 


öhdəsindən necə gələ bilər? 

Ağlın ardınca gedən ayələrə və hədislərə əməl edən hər bir 

ağıllı  adama  bəllidir  ki,  risalət  söhbətini  dinləmək  şərəfi  ilə 

şərəflənənlər, beyət və xidmət yolunu tutanlar illərlə "haqq" kəlməsi 

ilə o həzrətin yanında (rikab) kafirlərlə döyüşmüşlər, nöqsansızdırlar 

və  cənnətə  (cinan)  layiqdirlər,  xüsusən  bu  ayədə  -  "And  olsun  ki, 

ağac  altında  sənə  beyət  etdikləri  zaman  Allah  möminlərdən  razı 

qaldı"


465

  -  işarə  olunan  insanlar  Allahın  (məliki-mənnanın)  rizvan 

şərəfi ilə müşərrəf olublar. Xüsusən bu şərafətli ayədə buyurulduğu 

kimi:  "Onlar  Allahın  doğru  yola  yönəltdiyi  kimsələrdir,  sən  də 

onların haqq yolunu tutub get"

466


. Şəkk yoxdur ki, həzrət şeyxlər və 

iki  nur  sahibi  onlardandırlar.  O  əziz  və  kəramətli  sərvər  (yəni 

Məhəmməd peyğəmbər - Ş.F.) siddiqe-əzəmi (yəni həzrət Əbubəkri 

-  Ş.F.)  "kəlam  bilicisi  və  sahib"  adlandırmışdır.  Necə  ki,  Quran 

buyurur:  "Hər  ikisi  mağarada  olduğu  vaxt  və  öz  dostuna  "Qəm 

yemə,  Allah  bizimlədir!"

467 

dediyi  zaman,  həmçinin  "O,  keyfi 



istəyəni danışmır. Bu, ancaq nazil olan bir vəhydir" ayəsinə əsasən o 

həzrətin bütün əməl  və sözləri  vəhy  əsasında deyilmişdir. O həzrət 

                                                           

463


  "Yovmun  la  təcza  nəfsun  ən-nəfsi  şeyən  və  la  yuqbəilu  minhə  şəfaətən  və  lə 

yuxəzu minhə ədlun minhə və la hum yunsərunə". 

464

 Ərəbcəsi: "və linəsələnnələ əlləzinə irsilə ileyhim və ğeyruhə" 



465

  İfadənin  ərəbcəsi:  "və  ləqəd  radiyəllah  əni-l-mömininə  əzibən  yənnukə  təhtə-l-

şəcərəti" 

466


  İfadənin ərəbcəsi: "Ulaikə-l-ləzinə hədiyəhum-əl-lahu fə bi hədidihim iqtədəhu". 

467


  Ərəbcə:  "Kəmə  yəqulu  iz  yəqulu  li-sahibihi  lə  təhzin  innə-l-lahu  məanə  və  bi 

moqtəda və mə yəntiqu əni-l-həva iz həva-l-ovha yuhi əqval və əfal". 



675 

 

onların  kəmalı  və  ehtiramıdır,  onların  hər  birinin  vəsfində  çoxlu 



hədislər  vardır.  Demək,  onların  kamalını  inkar  edən  kəs  tamamilə 

azğınlıqda  və  zəiflikdədir,  həqiqətən  Quranı  inkar  edir.  İns  və  can 

sərvərinə  (Məhəmməd  peyğəmbərə  -  Ş.F.)  naqislik  nisbəti  verən 

adam  azğındır,  onu  sevən  və  ona  etiqad  bəsləyən  isə  o  sərvərin 

mütisidir  və ondan razı olan şəxsdir. Allah-təalanın -  "De, əgər siz 

Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və 

[günahlarınızı]  bağışlasın"

468


  buyruğuna  əsasən  ümid  vardır  ki, 

Sübhanın (Allahın - Ş.F.)  məhbubiyyət şərəfinə yetişsinlər və onun 

tərəfindən  bağışlansınlar.  Həmçinin  həzrət  əmirəl-möminin  Əli 

kərəmullahın - Allah onun üzünü nurlu etsin  - Allah məqamınadək 

yüksəldilməsi  hamıya  məlum  olan  məşhur  bir  əməldir.  O,  cənab 

xalqın  ona  beyəti  və  tabe  olması  zamanı  xalqla  birlikdə  idi  və  elə 

onun özü də bəyan etmiş və tabe olmuşdur. 

O      həzrətə  naqislik  nisbəti  verən  adamlar  o  cənabın 

naqisliyini gərək sübut etsinlər, amma bundan qafildirlər. Həmçinin, 

hamı tərəfindən qəbul olunmuşdur ki, [Ayişə] Siddiqə - Allah ondan 

razı olsun - o həzrətin xanımı olmaqla şərəflənmişdi, onun sevimlisi 

(məhbubə)  idi.  Eşidilməsi  cayiz  olan  bəzi  işlər,  Qurani-məciddə 

deyildiyi kimi "Xəbis qadınlar xəbis kişilər üçün, xəbis kişilər xəbis 

qadınlar üçün, pak qadınlar pak kişilər üçün, pak kişilər pak qadınlar 

üçün"dür.

469


  Mülahizə  etmək  lazımdır  ki,  ona  xəbislik  nisbəti 

vermək  düzgürdümü?  Həmçinin  əgər  bazar  qulunun  zövcəsinə 

"iyrənc iş görən qadın" nisbəti verilsə həmin qul dəhşətə gələr. Belə 

olan  halda  necə  ola  bilər  ki,  insanların  ən  yaxşısının  zövcəsinə  və 

onun  kimi  olanlara  şiə  məzhəbindən  olan  bəzi  adamlar  yaxşı  fikir 

söyləmirlər? 

[Bu  deyilənlərdən]  Allaha  pənah  aparıram.  İbrət  alın,  cy 

ağıl sahibləri!

470

 Bəziləri deyirlər ki, bizdən belə iş baş verməyib və 



verməyəcəkdir də. Şəkk yoxdur ki, onlar bu bihudə danışıqları eşidir 

və  bunu  qadağan  etmirlər.  Yuxarıdakı  hökm  onlara  da  şamildir. 

"Bir-birinizin  mallarını  haqqınız  olmadığı  halda  yeməyin"

471


 

ayəsinin  hökmü  "müsəlman  şəxsin  nəfsi  paklanmazsa  onun  malı 

                                                           

468


    İfadənin  ərəbcəsi:  "Qul:  İn  kuntum  tuhibbunə -1-lahə  fə-t-təbini  yuhibbikum-ul-

lahu və yəğfir ləkum". 

469

  İfadənin  ərəbcəsi:  "Əl-xəbisatu  l-il-xəbisinə  və-l-xəbisunə  l-il  xəbisati,  və-1-



təyyibatu  l-il-təyyibinə, və-t-təyyibunə l-it-təyyibati" 

470


 İfadənin ərəbcəsi: "Nəuzu bi-l-lahi min zalikə fəitəbəru, ya ovlə-l-əlbab!" 

471


 

 

İfadənin ərəbcəsi: "Və la təkulu əmvaləkum beynəkum bi-l-batel". 



676 

 

halal  olmaz"



472

  hədisinə  əsasən  müqəddəs  Məşhədin  məhsullarını 

necə yemək olar? Cavabı budur ki, bu ayə və hədisdə müsəlmanların 

və möminlərin mallarından söhbət gedir. Geniş şəkildə sübuta yetib 

ki, rəzil şiələr islam və iman əhli olmaqdan xalidirlər. 

Bəzi  üləma  tərəfindən  etibar  olunan  bu  ayə  və  hədisin 

müxalif məfhumuna və yazılmasına ehtiyac olmayan başqa hədis və 

ayələr  buna  dəlalət  edir  ki,  küfr  əhlinin  mallarının  qarət  olunması, 

onların  bağ  və  əkinlərinin,  imarətlərinin  yandırılıb  viran  edilməsi 

cayizdir  və heç kim bunun əleyhinə deyil. Həmçinin islam padşahı 

və xəlifəsinə beyət etməyən kəslərlə hərb etmək cayizdir. Üləmanın 

nəzərincə, o camaatın tövhid kəlməsini söyləmələrinə və müsəlman 

olmalarına  baxmayaraq,  onlar  yuxarıda  deyilənlərlə  razıdırlar. 

Allahın  qalib  şiri  (əsədüllahül-ğaleb)  olan  Əli  ibn  əbi-Talebin  - 

Allah  onun  üzünü  nurlu  etsin  -  öz  xilafəti  dövründə  etdiyi  bəzi 

müharibələr də bu qəbildəndir. Əlahəzrət xaqanın (yəni Şah Abbasın 

-  Ş.F.)  bəzi  müsəlmanlarla  etdiyi  müharibələr  [də  bu  qəbildəndir]. 

Yazılanlara  əsasən,  müqəddəs Məşhədin ətrafındakı bağlar  və  əkin 

sahələri  "faizül-ənvar  sahibinə"  (İmam  Rza  əleyhüssalama  -  Ş.F.) 

həzrətül-xaqaninin  əcdadları  tərəfindən  vəqf  edilmişdir.  Bu  diyar 

"darül-hərb"  ("hərb  diyarı"  -  Ş.F.)  olduğundan  və  islam  ordusunun 

müəyyən  vəqfləri  olmadığından  o  ərazi  də  başqa  bağ  və  əkin 

yerlərinin  hökmündədir.  [O  yerlərin]  taleyi  və  imtiyazının  təyin 

olunmasından  sonra  onların  istifadəsi  müsəlmanlara  aid  olacaqdır. 

Əgər  o  yerlər  istifadə  olunmazsa  xəlifənin  haqqı  vardır  ki,  onları 

islam ordusuna və döyüşçülərinə halal etsin. Yazılanlara əsasən, bu 

diyar  sakinlərinin  əksəriyyəti  peyğəmbər  (s.)  nəslindəndirlər. 

Onların  guya  ki,  bu  ayədən  xəbərləri  yoxdur:  "O,  sənin  əhlindən 

deyil və saleh olmayan əməl sahibidir".

473


 

Yazılanlara  istinadən  məlumdur  ki,  onların  hamısı  saleh 

adamlardır və səlah islamın qullarındandırlar. Yazırlar ki, Məkkədə, 

Mədinədə və Şamda üləma ilə onların söhbətləri olmuşdur. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin