AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə61/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   57   58   59   60   61   62   63   64   ...   96

 

ON BİRİNCİ MƏQALƏ   

 

HƏZRƏT TƏRƏFİNDƏN XEYRİYYƏ TƏSİSATLARI  

VƏ İMARƏTLƏR İNŞASININ ZİKRİ 

 

Ruzigarın  qoynunda  o  həzrətdən  çoxlu  xeyriyyə  təsisatı 



yadigardır. O, təbiətinə uyğun olaraq müxtəlif xeyriyyəçilik işlərinə 

(xeyrat),  yaraşıqlı  binalar  (məbərrat)  tikilişinə,  sədəqə  ocaqlarına 

(təsədəqat)  və  imaərətlər  inşasına  maildir.  Əcdadlarından  miras 

qalmış  (mövrusi)  və  orta  dəyəri  yüz  min  tümən  olan  vəsaiti, 

həmçinin  özünün  əldə  etdiklərini  on  dörd  məsuma  -  onlara  salam 

                                                           

435

 Elme-ədvar:  Bu elm  haqqında d-r M.Moin yazır: "Gərdişlər.  Zəmanənin (fələyin) 



gərdişləri. Yeddi z-ul ərbəə (?) və on üç z-ul xoms (?)dan ibarət 91 musiqi növü (Bax: 

M.Moin. Göst. lüğət, c. I, s. 182). 



640 

 

olsun  -  vəqf  etmişdir.  O  həzrət  öz  məsrəflərindən  sonra  artıq  qalan 



yeddi-səkkiz  min  tümən  məbləğindəki  pulu  şərafətli  məkanların 

sakinlərinə - üləmalara, xeyirxah insanlara (soləha) və sair xərclərə 

məsrəf  edir.  Sərkare-hümayunun  bütün  mülkiyyəti  və  əmlakı  [o 

həzrət]  tərəfindən  vəqf  malı  (vəqfiyyət)  hesab  edilmişdir,  onların 

sərf  olunmasına  məhz  özünün  məsrəfi  kimi  diqqət  yetirir.  Bclə 

hərəkət  padşahlar  arasında  (beynəs-səlatin)  məhz  o  həzrətin 

bəyənilmiş  (həmide)  zatına  məxsus  sifatına  aiddir  ki,  belə iş sabiq 

vaxtlarda  və  ötən  qərinələrdə  az-az  baş  vermişdir.  O  əksər 

məmləkətlərdə  məscid,  mədrəsə,  xeyriyyə  büqələri,  fərəhbəxş  və 

ürəkaçan mənzillərdən ibarət ali imarətlər inşa etdirmiş, cənnət kimi 

gözəl bağ və bostanlar saldırmış və bu işlərin tamamlanmasına nail 

olmuşdur.  Bütün  bunların  hər  biri  haqqında  müfəssəl  məlumat 

verilmişdirsə  də,  uzunçuluq  etməkdən  çəkinməyərək  bu  dəftərin 

əvvəlində  həmin  işlərin  xülasəsi  bir  daha  yazılır.  Xülasə,  səliqə-

sahmanlı  ali  imarətlərin  inşasına,  şəhər  və  vilayətlərin  (belad) 

abadlaşdırılmasına  o  həzrət  olduqca  hərisdir  (şəreh).  Müqəddəs 

Məşhəddə:  İmam  Rza  ziyarətgahı  meydanının  genişlərdirilməsi, 

hündür  qəsrlərin  inşası,  ətrafındakı  binaların  tikilməsi,  möhtərəm 

hərəmxananın  rəssamlıq  işləri  və  bəzədilməsi,  xiyabanların 

salınması,  xiyaban  arası  nəhr  çəkilməsi,  geniş  (sodra)  rövzə 

ziyarətçilərinin  və  sakinlərin  daim  xeyir-duasına  səbəb  olan  böyük 

hovuzun  inşası,  şəhər  kənarındakı  gözəllik  və  bər-bəzəkdə  tayı-

bərabəri  olmayan  rəbbani  arif  Xacə  Rəbiəl-Xəysəmin*  şərafətli 

gümbəzinin  tikilişi,  həmçinin  Şahpur  Kəsra"  qədəmgahının  binası 

və  ona  bitişik  imarətlər,  uca  dağdan  çəkilən  və  suyun  fəvvarə 

vurduğu hovuzun yaradılması, həmin fələk əzəmətli yerdə küçələrin 

salınması  və  ağacların  əkilməsi  o  alicənabın  gördüyü  işlərdəndir. 

Ərdəbil darülirşadındakı - övliyalar nəhəngi

436

, haqq, həqiqət və din 



səfisi

437


  -  onun  var-dövləti  bol  olsun

438


  -  Şeyx  Səfiəddinin  şərafətli 

atası və əlahəzrət zilləllah şahın onuncu babası - Allah onun izzətli 

sirrini müqəddəsləşdirsin

439 


-  mərhum  Seyid  Cəbrayılın  astanasının 

(türbəsinin)  inşası, Şeyx  Səfiəddin  məzarı  qarşısındakı  qızılı  zərih, 

gümüşü  məhəccər,  mübarək  bəst  divarına  (həzire)  vurulan  başqa 

                                                           

436

 İfadənin ərəbcəsi: "Qutbu-l-ovliyai" 



437

 İfadənin ərəbcəsi: "Şeyx səfiu-l-həqqi və-l-həqiqət və-d-din" 

438

 İfadənin ərəbcəsi: "Tabə sərahu" 



439

 İfadənin ərəbcəsi: "Qəddəsə-l-lahi sirrəhu-l-əzizə" 



641 

 

bər-bəzəklərin  həyata  keçirilməsi,  rəbbani  ariflərdən  olan  Şeyx 



Zahid  Gilaninin  məzarı  yerləşən  məqbərənin  təmiri  və  həzrət 

sultanül-övliya Şeyx Şəhabəddin Əhərinin* - onların ikisinin də sirri 

müqəddəs olsun

440


 - türbəsinin bərpası  və həmin feyzli  məqbərənin 

behiştə  bənzər  bağının  salınması  o  həzrət  tərəfindən  görülən 

işlərdəndir.  Cənnətnişan  İsfahanda  bu  işlər  inşa  olunmuşdur: 

Əvvəla,  orada,  Nəqşe-cahan  meydanının  cənubunda  ali  bir  came 

tikilmişdir.  Onun  ən  kiçik  tağı  (taqe-məqsure)  fələyin  doqquz 

qübbəli  tağına  bənzəyir,  sanki  hərəman

441

  gümbəzlərindən  bir 



nişanədir və onlarla eynilik təşkil edir. Bu məscidə o qədər mərmər 

işlənmişdir  ki,  sanki  burada  ikinci  bir  beytül-məmur

442

  tikilmişdir. 



Dünyanın  səyyahları  ona  oxşar  çox  az  binanı  misal  göstərirlər. 

Xülasə, cənnət görkəmli (firdövsnişan) o məbəd gözəllik, ziynət və 

yaraşıqda Əqsa məscidinin həsədinə gəlməkdədir. Dövlətxana binası 

qarşısındakı orduqca yaraşıqlı başqa bir məscid, mədrəsə, xəstəxana 

(darüş-şəfa),  hamamlar,  qeysəriyyə,  meydan  kənarındakı  bazargah, 

həmçinin  balaxanələr  (müsafirxanalar  -  Ş.F.)  və  ali  karvansaralar, 

dövlətxananın beş mərtəbədən ibarət dərgahı, Sərvistan, Nigarıstan, 

Güldəstə  adlanan  bər-bəzəkli  xəlvətxanalar,  beşmərtəbəli  imarət, 

hovuzlar,  Çaharbağ  adlanan  və  təqribən  bir  fərsəx  uzunluğu  olan 

xiyaban, onun ətrafında salınmış təsəvvürə sığmaz bağ  və bostanlar 

[o həzrətin işlərindəndir]. Hər bir bağda çox sayda bina tikilmişdir. 

Bu xiyabanın ortasında Zayəndərud çayı üzərində qırx çeşmədən (?) 

ibarət bir körpü salınmışdır ki, dünya səyyahları onun bənzərini heç 

                                                           

440

 İfadənin ərəbcəsi: "Qəddəsə sirruhumə" 



441

 Hərəman ehramı - Misirin on  məşhur fironlarının dördüncü sülaləsinin üç padşahı 

hakimiyyətdə olmuşdur: Keops, Kefren və Mirkinus. Onlar  hicri-qəməri tarixlə 28-ci 

qərinədə  yaşamışlar.  Onların  hər  üçünün  özləri  üçün  "daimi  məskən"  kimi 

ucaltdıqları  möhkəm  sərbabələrindən  qüdrətlərinin  böyüklüyü  açıq-aşkar  görünür. 

Həmin  üç  bina  ehram,  yaxud  "üç  ehram"  ("ehrame-solase")  adı  ilə  məşhurdur.  O 

ehramlar  Menfisin  şimalından  10  min  zər  məsafədə,  Cizzə  kəndinin  yaxınlığında 

yerləşir.  Bunların  ən  böyüyü  Keops  ehramıdır  ki,  hündürlüyü  146  zər  olmuşdur  (bu 

gün  həmin  ehramın  ucalığı  137  zərdir).  Uzunluğu  isə  228  zor  ölçüsünə  bərabər  idi. 

Kerps ehramı daşlardan inşa olunmuş on böyük ehramdır ki, bütün ehramların dörddə 

bir  hissəsini  (rəbe-məskun)  təşkil  edir.  Kefren  ehramı  Keopsdan  kiçikdir  və  onun 

hündürlüyü  cəmi  66  zərdir.  Bu  ehramın  xarici  səthi  əhəng  daşı  ilə  örtülüdür,  amma 

hal-hazırda,  demək  olar  ki,  tamamilə  pis  vəziyyətdədir.  "Hərəman",  yaxud 

"hərəmeyn"  istilahlan  üç  ehramın  iki  böyük  ehramına  aiddir  (Bax:  M.Mlin.  Göst. 

Lüğət, cild I, səh. 202). 

442


 Beytül-məmur: Deyilənə  görə, asimanın 4-cü qatında olan və  Kəbəyə bərabər bir 

evdir (Bax: M.Moin. Göst. Lüğət, cild I, səh. 307). 



642 

 

bir  vilayətdə  görməmişlər.  [O  həzrət]  təbrizlilərdən  ötrü  İsfahan 



şəhərinin  qərbində  Abbasabad  şəhərini  bina  etmişdir.  Bu  şəhər 

olduqca səfalı, təmiz  və  yaşıldır, belə ki, cənnət oraya həsəd aparır 

və  bütün  cahanda  məşhurdur.  Sanki  suyu  və  gülüstanları  eyş-

işrətdən  yoğrulmuş  Bağe-Kumə  adlı  elə  bir  bağ  da  yaratmışdır  ki, 

elə  bil  oraya  şadlıq  toxumları  əkiblər.  Bağe-vəhş  (heyvanxana  - 

Ş.F.),  Gavxani  rübati  və  başqa  rübatlar  da  [onun  tikdirdiyi 

yerlərdəndir].  İsfahanın  Bərzənə  və  Didestan  adlı  məskənləri  ilə 

Yəzd  [vilayətinin]  Nəduşən  adlanan  yeri  arasındakı  Xərquşi 

biyabanında inşa olunan başqa bir rübati [da o həzrət tikdirmişdir]. 

Həmişə  yolçuların  gediş-gəlişləri  zamanı  quldur  təhlükəsi  yaradan 

bu  yerlər  hal-hazırda  əmin-amanlıqdadır.  Qəzvin  darüssəltənəsi; 

Dövlətxana  dərgahı,  İmarəte-nov  adlanan  və  iki  təbəqədən  ibarət 

olan zərnigar bir xəlvətxana, həmçinin ali bir karvansara  və  Səadət 

(Səadətabad ?)  meydanının şərq və qərb səmtlərindəki imarətləri də 

[o həzrət] inşa etmişdir. Kaşanda: Bir neçə imarətdən ibarət behiştə 

bənzər  dövlətxananın  ev  və  eyvanları  (rəvaq),  həmçinin  ürəkaçan 

bağlar,  hamamlar  və  karvansaraların  salınması,  Qəhrud  bəndi, 

Rübate-Səngin,  Rübate-Siyahkuhun  tikilməsi,  bir  neçə  fərsəx 

uzunluğu olan, daş  və əhənglə bərkidilən bir yolun çəkilişi, habelə 

inşasına  on  min  tümənə  yaxın  pul  xərclənən  Nəməksar-Siyahkuh 

yolunun  döşənməsi  yolçuların  xeyir-dualarına  səbəb  olur. 

Cənnətnişan  Mazandaranda:  [O  həzrət]  orada  dərya  kənarında 

cənnət  görünüşlü  Fərəhabad  [adlı  şəhər]  saldırmışdır  ki,  Təcinərud 

adlı  çay  onun  içərisindən  keçir.  Həmin  şəhərdən  Sari  şəhərinədək 

uzanan  dörd  fərsəx  uzunluğundakı  yolda  ali  bir  körpü  və  xiyaban 

inşa etmişdir. [O həzrətin] oradakı hər bağda tikdirdiyi ali imarətlər 

saysız-hesabsızdır.  O  cənnətməkan  şəhərdə  dövlətxana,  bazargah, 

hamamlar inşa olunmuş, cənnətmisal bağlar salınmışdır. O şərafətli 

şəhərin  paklığından  əhali  [kütlələri],  ortabab  camaat  və  neçə  min 

müsəlman  və qeyri-müsəlman oraya gələrək, əyyam hadisələrindən 

qurtulmuş, hümayun ədalət kölgəsi altında zülm və zəlalətdən nicat 

tapmışdır.  Hal-hazırda  islam  şəhərləri  arasında  bu  cür  çoxsaylı 

əhalisi  olan  böyük  şəhər  yoxdur.  Amildə  və  Saridə  dəryaçələr, 

imarətlər  və  gözəl  bağlar,  Barforuşdehdə  və  Əşrəfdə  bər-bəzəkli 

evlər, bağlar, çeşmələr  və hovuzxana tikilmiş, balaxanaədə isə, adı 

çəkilən  hovuza  qəribə  üsullarla  su  gətirmiş  və  Nöqrə  hovuzuna 

axıdılmışdır. Bağat adlanan qəsəbənin yüksək yerində, yarım fərsəx 

sahədə  bağlar,  hamamlar  və  imarətlər  inşa  etdirmişdir.  Həmin 



643 

 

məkanda  qonaq  otaqları,  qəsrlər,  dəryaçə  və  fəvvarələr,  hamam, 



behiştə  bənzər  bağça  yaratmışdır  ki,  görənləri  heyrətə  gətirir. 

İsfahandan Əşrəf qəsəbəsinədək hər dörd fərsəxdən bir elə imarətlər 

inşa  etmişdir  ki,  onların  əksəriyyətində  hamamı  olan  gecələmə 

otaqları,  mənzillər,  həmçinin  bağçalar  vardır.  Buradakı  bütün 

evlərdə hümayun şahın qalması üçün lazımi hər şərait yaradılmışdır. 

Astrabad  qəsəbəsində:  Dövlətxana  imarəti,  Nətənzdə  içərisində 

dərgah  evləri,  balaxanələr,  hamam  və  sair  olan  Tacabad  bağını 

saldırmış,  Nətənz  ilə  Kaşan  arasında  isə  Bağe-Abbasabadı 

[yaratmışdır].  Təbriz  darüssəltənəsində:  Məzare-Eynəli  və  Məzare-

Zeynəli  adlı  məzargahlar  salınmış,  məscide-şahe-cənnətməkan 

imarətləri  təmir  olunmuşdur.  Həmədan  hüdudunda:  Təzə  Çəmçal 

şəhərini  salmış,  Bistun  dağı  ətəyində  ətəbate-aliyyat  ziyarətinə 

gedən zəvvarların qalmaları üçün bir rübat inşa etdirmişdir. [Bu işlər 

haqqında]  yazdıqlarımız  tamamlandı.  Ümidvarıq  ki,  [o  həzrətin] 

inşa etdiyi hər bir xeyriyyə binası uğur səbəbi olacaq, bütün tikililər 

ruzigarda ondan yadigar qalacaqdır. 

 

ON İKİNCİ MƏQALƏ  

 

O HƏZRƏTİN HUMAYUN HAKİMİYYƏTİ VAXTI 

BAŞ VERƏN HADİSƏLƏR, MÜHARİBƏLƏR VƏ 

QƏLƏBƏLƏRİN ZİKRİ 

 

O  həzrət  bütün  işlərini  İlahi  dərgaha  bel  bağlayaraq  icra 



edir.  Elə  buna  görə  də  ona  fəth,  qalibiyyət  və  zəfər  qismət  olur. 

Səadət  qismətli  (mənus)  cülusunun  başlanğıcından  (bədayət)  bu 

günədək  fütuhat  qapıları  onun  üzünə  açıq  olubdur.  O  həzrətin 

cahandarlığı  vaxtı  baş  verən  mühüm  hadisələr,  qızğın  müharibələr 

və  qol  gücü  ilə  ələ  keçirdiyi  yerlərin  hər  birisi  barədə  bu  dəftərin 

zeyl  [hissəsində]  öz  məqamındaca  məlumat  veriləcəkdir.  Bu  kitab 

baş verən hadisələrin icmalıdır. Xülasə, [şahın] taxta cülus etməsinin 

əvvəlində dövlət gülüstanı çör-çöp ilə dolmuş, öz paklıq və tərafətini 

itirmişdi. Bəzi   aqibətsiz  və  təkəbbürlü   insanlar  başlarını  günah 

cibindən  çıxarıb  (yəni  itaətsizlik  edib  -  Ş.F.)  təkəbbür  və  cəbr 

bayrağını  göyə  ucaltmışdılar.  Buna  görə  də  o  həzrət  daxili  

düşmənin    (döşməne-xanəgi)    aradan    qaldırılmasını  vacib  saymış, 

paytaxtdan  İsfahana,  oradan  isə  Şiraza  gedərək  Estəxr  qalasına 

sığınan Yaqub xan Zülqədəri və Kirman qalasında daldalanan Yusif 



644 

 

xanı  dəf  edərək  geri  döndü,  sonra  Dövlətyar  Siyahmənsurun 



qalasının  alınmasına,  o üsyankar zəlilin (məxzul)  məğlubiyyətinə 

başladı,  qələbə  əldə  etdikdən  sonra  qalanı  viran,  özünü  isə  məhv 

etdi. Rum padşahına üz tutan  və onunla qayıdaraq ixtilafa başlayan 

Lahican  Gilanın  valisi  Xan  Əhmədin  üstünə  həmin  vilayəti 

almaqdan  ötrü  qoşun  göndərdi.  Onu  o  məmləkətdən  çıxardı,  oranı 

[da] fəth edərək  vilayət torpağına əlavə  etdi,  bütün Gilanatı tüğyan 

orbabının  üsyan  tör-töküntüsündən  təmizlədi.  Sindan  qalasını  ələ 

keçirərək  müstəqillikdən  dəm  vuran  Bayandur  xanın  oğlu  Əmir 

Həmzə xanı öz hüsni-tədbiri və nurlu ağlının sərrast işləməsinə görə 

məğlubiyyətə  uğratdı,  həmin  qalanı  [da]  fəth  etdi.  Öz  irsi  mülkü 

olan  Mazandaranın  və  Rüstəmdarın  qalalarını  ki,  həmişə  üsyankar 

məlikləri*  arasında  bölüşdürülmüş  və  üsyan  məkanı  olmuşdur, 

onların  hər  birinin  qülləsinə  himmət  kəməndi  ataraq  iqbal  gücü 

sayəsində tutdu, onları məhsurə məmləkətlərə daxil edib əminlik və 

amanlıq  məkanlarına  çevirdi.  Luristana  qoşun  çəkərək,  [orada] 

tüğyan və üsyana başlayan Şahverdi xan Lur Abbasini ələ keçirdi, o 

dudmanın  başından  tüstü  (dud)  çıxardı.  Məmləkətlərin  və  yolların 

hər  tərəfini  hər  bir  tayfa  aqibətsizlərinin  tör-töküntüsündən 

təmizlədikdən sonra Xorasan yürüş tədarükünə başladı. AbduUaxan 

Özbəkin  oğlu  Əbdülmömin  xan  bir-iki  dəfə  Xorasana  gəlmiş, 

Nişapur  və  İsfərayin  qalalarını  tutmaq  əzmində  olmuşdu.  Qələbə 

ayəli  qoşun  onunla  savaşa  şığıdı,  xanın  müqavimət  gücü 

olmadığından  müzəffər ləşkərin qarşısına çıxmadı. Nəhayət,  vaxtın 

tələbinə müvafiq

443

  və  vaxta  münasib  olaraq  cahanı  fəth  edən  ordu 



Herat  darüssəltənəsinə  yürüş  etdi,  Pole-Salar  və  Robate-Pəryan 

yaxınlığında Canı bəy Sultanın oğlu, Dinməhəmməd xanınsa bacısı 

oğlu  olan  və  Əbdülmömin  xanın  öldürülməsindən  sonra  Herat 

darüssəltənəsində  hökmdarlıq  taxtında  qərar  tutan  Dinməhəmməd 

xan ilə  vuruşdu, ona qələbə çaldı, xan  meydanda  yaralanaraq axirət 

dünyasına  yollandı.  Nəticədə,  Xorasan  mülkü  bu  əbədi  dövlət 

övliyalarının əlinə keçdi. O həzrət oradan çıxaraq qiyam qaldırmış 

Astrabad  vilayinə  hücuma  başladı  və  "qarageyimlilər  dəbini" 

("rəsme-siyahpuşi") aradan qaldırdı. Ertəsi il, o həzrətin köməyi ilə 

öz  irsi  mülkünə  sahiblənən  Şahican  Mərvinin  (Mərve-Şahican) 

valisi Nurməhəmməd xan üsyana qalxıb  müxaliflik əlamətləri zahir 

etdi.  [Buna  görə  də],  müzəffər  ordu  ona  qarşı  döyüşə  yollanaraq 

                                                           

443


 İfadənin ərəbcəsi: "bi moqtəda əl-ümuri mərhunətuhu bi ovqatihə". 

645 

 

xanı  tutdu,  Əbivərd,  Nisa,  Bağbad,  Dərun  və  Mərv  qalalarmı 



Xorasana  əlavə  etdi.  Min  onuncu  ilə  müvafiq  gələn  pələng  ilində 

(miladi  1601)  özbəkləri  cəzalandırmaq  və  onların  vilayətini  viran 

etməkdən  ötrü  Bəlx  səmtinə  ləşkər  göndərdi.  Möhkəmlikdə  dünya 

şöhrəti  qazanan,  əvvəlki  sultanların  oranı  altı  aydan  az  vaxtda  ələ 

keçirə  bilmədikləri  Əndxod  qalasını

444


  cəmi  bircə  gün  mühasirədə 

saxladı,  ikinci  gün  fəth  etdi.  Bəlxdə  iyirmi  günədək  qalaraq  orada 

iqamət  çadırları  qurdu  (yəni  dayandı  -  Ş.F.),  Mavərənnəhr  və 

Türküstanda padşah olan Dinməhəmməd xan Özbəkin qardaşı  Baqi 

xan  şəhərə  pənah  aparıb  onunla  qarşı-qarşı  gəlməyə  cürət  etmədi, 

[şah isə] həmin vilayəti hadisələrin taracına verib (yəni qarət edib  - 

Ş.F.) geri döndü. Rumilərin işğalına  məruz qalan, amma neçə-neçə 

illər  qızılbaşların  məskənləri  (gurxanə)  olan  Azərbaycan  və  Şirvan 

torpaqlarının  onların  əllərində  qalmasına  o  həzrətin  şahlıq  qeyrəti 

razılaşa  bilmirdi.  Həmçinin  əmirlər  və  sərhəd  hakimləri  də  cəlali 

olmuş, xoşagəlməz hərəkətlərə başlamışdılar ki, bu da əvvəlki əhd-

peymanın pozulması demək idi. Min on birinci ilə (miladi 1602/03) 

bərabər  olan  dovşan  ilinin  payız  fəslində  həmin  şəhərləri  geri 

qaytarmaq  əzmi  ilə  yürüşə  keçən  o  həzrət  Təbriz  şəhərinin 

kənarında bəylərbəyi Əli paşa ilə savaşıb onu məğlubiyyətə uğratdı 

və  əsir  götürdü,  qoşununu  isə  şəmşirə  yem  etdi,  [bir  qədər] 

mühasirədən  sonra,  Təbriz  qalasım  tutdu.  Oradan  Naxçıvana  getdi 

və  oranın  fəthindən  sonra  İrəvan  qalalarını  mühasirəyə  aldı, 

mühasirə  müddəti yeddi ay uzandı. Üç qaladan ibarət olan olduqca 

möhkəm  İrəvan  qalası  nəhayət  bəxtin  gücü  ilə  fəth  edildi,  Çuxur-

Səd vilayəti  və oranın ətraf yerləri ələ keçirildi. Min on üçüncü ilə 

(miladi  1604/05)  bərabər  olan  ilan  ilində  Van  bölgəsində  iqamət 

edən rum ordusunun sərdarı  Cığaloğlu  məğlub olub, fərar  vadisinə 

çəkildi.  Yenə  həmin  ilin  payızının  sonlarında  Cığaloğlu  təzədən 

Rum  məmləkətlərinin  ləşkərini  toplayaraq,  Təbrizə  doğru  hərəkət 

etdi. Şah ağır ləşkəri olan rum sərdarı ilə Təbriz yaxınlığında döyüşə 

başladı,  həmin  hədsiz-hesabsız  ləşkər  üzərində  qələbə  çaldı, 

Cığaloğlu isə məğlub olub pərişan halda Diyarbəkrə qaçdı və orada 

varlıq  libasını  yoxluq  küləyinə  verdi.  Bu  məşhur  fəthin  baş 

verməsindən  sonra  şah  ləşkərini  Qarabağ  səmtinə  çəkərək  Gəncə 

qalasını  mühasirəyə  aldı. Dörd-beş  aydan sonra o, başı  göyə çatan 

                                                           

444

  Qeyd:  Əndxod  qalası  hal-hazırda  şəhərdir,  qalası  yoxdur,  "Əndxoy"  adlanır.  Bu 



sətirlər müəllifi Əfqanıstanda işlədiyi vaxt dəfələrlə orada olmuşdur - Ş.F. 

646 

 

qalanı  fəth  etdi.  Qaladarlıq  ctməklə  məşğul  olan  qala  hakimi 



Məhəmməd  paşanı  qaladakılarla  birlikdə  öldürdü,  oradan  çıxıb 

Tiflis,  Tumanus  və  Lori  qalaları  üzərinə  yollandı.  Qiyamət  təsirli 

ləşkərin  hücumundan  o  qalaların  paşaları  və  mühafizləri  qorxuya 

düşərək  aman  istəmək  və  qalaları  təhvil  verməkdən  başqa  çarə 

tapmadılar.  Həmin  qalalardan  xatircam  olduqdan  sonra  Şirvan 

məmləkətinin  qalaları üzərinə üz tutdu. Qışın oğlan çağında,  yağış 

və qarın güclü yağdığı bir vaxtda Şamaxı qalalarını mühasirəyə aldı, 

başı fələklər fələyi ilə yarışan uca Şamaxı qalasını qol gücü və iqbal 

qüvvəti ilə fəth edərək, qala hakimi Əhməd paşanı mühasirədə olan 

bütün  rumilərlə  birlikdə  aradan  götürdü,  həmçinin  Dərbənd  və 

Badkubə  qalalarını  Şirvanın  başqa  qalaları  ilə  birlikdə  zəbt  etdi. 

Rumiyyələr  padşahın  bir  neçə  yol  qüvvət  və  hücumunu  müşahidə 

edərək, ona qarşı heç nə edə bilmədikdə baş vəzir Murad paşa sərdar 

olub  Təbrizə  gəldi,  amma  Təbriz  qalasını  tuta  bilmədi  və  sülh 

xahişində  oldu. Paşalar,  xüsusiylə  Nəsuh  paşa,  elçilər  göndərib  bu 

tərəfdən sülh (mosalehe) irəli sürünməsini təmənna etdilər. O həzrət 

də  (Şah  Abbas  -  Ş.F.)  əldən  getmiş  irsi  məmləkətləri  geri 

qaytarması,  məmləkətdə  sabitliyi  təmin  etməsi,  hərbiçilərin  və 

rəiyyətin əhvalının yoluna qoyulması baxımından sülhə meyilləndi, 

tərəflər arasında gediş-gəliş başlandı və xənnətməkan şahı dövründə 

olan  sülh  [sazişi]  yenidən  bağlandı.  Bu  vəlayət  nişan  dudmana 

mənsub adamlar olan Gürcüstan valisi Luvarsab və Təhmurəs üsyan 

qaldırdılar.  Gürcü  kafərlərinin  cəzalandırılması  zəruri  olduğundan, 

şah qəza  və cihad niyyəti ilə Gürcüstana ləşkər çəkdi,  Luvarsab  və 

Təhmurəsin  oğlanları  tutulub  cəzalandırıldı,  Təhmurəsin  özü  isə 

Başıaçığa  tərəf  qaçdı,  Ruma  tabe  olan  gürcü  hakimlərinə  pənah 

apardı. Rumilərlə bağlanan və hələ möhkəm olmayan sülh sazişi bir 

ncçə  yol  Təhmurəsin  fitnəkarları  və  bəzi  Şirvan  üsyançılarının 

təhriki  ilə  pozuldu.  Hümayun  məiyyət  [Gürcüstan]  qayıdışından 

sonra,  Təhmurəsin  islam  əhalisi  ilə  olduqca  pis  davrandığına  görə 

[şah] təzədən qəza və cihad bayrağını qaldırıb o diyara ləşkər çəkdi, 

Təhmurəsin  vilayətindəki  gürcü  kafərlərini  intiqam  qılıncından 

keçirdi.  Gürcülərin  yüz  min  nəfərdən  çox  qız-qadını  əsir  alınıb 

islamı qəbul etməklə şərəfləndi [Şah] əhalisi çox olan həmin vilayəti 

dağıtdı, o diyarın dinən (samet)  və dinməyən (nateq) adamlarından 

nişan  qalmadı,  oradan  küfr  və  cəng  səsləri  [bir  daha]  eşidilmədi. 

Sözün qısası o dudmanın tüstüsü (dud) başlarından uçdu. Təhmurəs 

qaçıb  idbar  diyarında  sərgəran  oldu.  Rumiyyə  isə  əhd-peymanı 



647 

 

pozaraq  "Öküz  Məhəmməd"  adı  ilə  məşhur  olan  baş  vəzir 



Məhəmməd  paşanın    sərdarlığı      ilə    qızılbaşlar    üzərinə    böyük   

ləşkər  göndərdi.  İrəvana  gələn  paşa  İrəvan  qalasını  iki  ay 

mühasirədə  saxladı,  dəfələrlə  böyük  hücumlara  başladı.  Amma, 

onlar qəhrli döyüşçülərin   döyüşləri,   qala   əhalisinin   mərdanə 

müqaviməlləri  və  rumiləri  rahat  qoymayan  iqbal  ordusunun 

igidlikləri  səbəbindən  heç  bir  iş  görə  bilməyərək  xəsarətlə  geri 

qayıtdılar,  onların  bir  neçə  min  əskəri  məhv  edildi,  mötəbər 

sərdarlar qətlə yetirildi. Abbasın hümayun cülusundan başlayaraq bu 

kitabın yazıldığı bu min iyirmi beşinci (miladi  1016) ilədək səadətli 

ulduzların bir-birinə yaxınlaşma (eqteran) dövrü oldu. Bütün bunlar 

o həzrətin hökmranlığı   altında   həyata   keçirilən   hadisələrdir   və   

həmin hadisələr bu kitabın ikinci cildində mükəmməl  yalmışdır. O 

həzrətin  hakimiyyətinin  ikinci  qərninin  qəziyyələri  isə  qarşıya 

qoyulan məqsəd kimi ikinci cildin ikinci hissəsində yazıldı. İndi isə 

ikinci qərnin hadisələri bu iqbal dibaçəsinə əlavə olunaraq səhifələri 

bəzəyən  qələm  vasitəsilə  yazılmağa  başladı.  Xülasə,  [qızılbaşlarla] 

sülh sazişi bağlayan, əhd-peymanın möhkəmlənməsindən sonra onu 

pozan  rumilər  əcəm  diyarına  Iəşkər  çəkərək  məqsədə  çatmadan 

İrəvandan geri qayıtdılar. Onlar bununla kifayətlənməyib Qara Qrım 

tatar  qəbiləsinin  padşahı    Cam  bəy  Gəray  xam  özlərinə  köməyə 

çağırdılar  və  min  iyirmi  yeddinci  ildə  (miladi  1618/19)  yenidən 

Rum,  Misir,  Şam  məmləkətlərindən  və  sərhəd  kürdlərindən 

topladıqları böyük ordunu, baş vəzir Xəlil paşanın sərdarlığı altında 

iyirmi  min  tatar  döyüşçülərı  və  adı  çəkilən  Canı  bəy  Gəray  ilə 

birlikdə  qızılbaşlar  üzərinə  hücuma  göndərdilər.    Əzəmətli  

hümayun Xosrovun (Şah Abbasın - Ş.F.)  məiyyəti də İraqdan çıxıb 

qarşılaşmaq üçün  Ərdəbil    darülirşadında   dayandılar,   əlahəzrət   

qüvvətli  döyüşçü  dəstələrini  İran  sipəhsaları  Qərçiqay  xanın 

sərdarlığı  altında  onların  qarşısına  göndərdi.  Məğlubedilməz 

[qızılbaş] əskərləri həmçinin Ərzrum bəylərbəyi  Həsənpaşa  və Canı 

bəy Tatanın əlli min nəfərdən ibarət birləşmiş rum və tatar qoşunları 

Sərab  vilayətinə  gəlib  çıxdılar,  əqbə  Şeblinin  bu  tərəfində  döyüş 

səfləri bəzədilər. Böyük hərb başlandı, qeybdən gələn döyüşçülərin 

köməyi nəticəsində müxaliflər  məğlub edildilər. Həsən paşa Sərdar 

mötəbər  paşalarla  birlikdə  öldürüldü,  həmçinin  çoxlu  tatar 

mirzadələri  və kürd döyüşçüləri qətlə  yetirildi, Canı bəy  Gəray isə 

yaralanıb  aradan  çıxdı.  Belə  məlallı  vəziyyətin  baş  verməsindən 

Xəlil paşa çaş-baş qaldı və yenidən sabiq sülh sazişinin bağlanması 



648 

 

xahişində  oldu.  Tərəflərin  elçiləri  və  xeyirxah  adamları  yenidən 



gediş-gəlişə  başladılar,  sülh  [sazişi]  yenidən  bağlandı.  Qəndəhar 

vilayəti,  habelə  Zəmindavər  Xorasandan  qoparılaraq  Hindistan 

hökmdarının  zəbti  altındaydı.  Aradakı  qədim  dostluğa  görə  [hind 

tərəfinə]  hərçənd  ki  geri  qayıtmaq  təklif  olundusa  da,  buna  əməl 

olunmadı.  Şahanə  qeyrət  bu  etinasızlığa  (mosamehe)  dözmədi  və 

min  otuzuncu  ildə  (miladi  1620/2  l)  o  vilayətə  qoşun  çəkildi, 

Qəndəhar  və  Zəmindavər  Hindistan  hökmdarı  olan  Şah  Səlim  ibn 

Cəlaləddin  Əkbərin  işğalından  qurtuldu.  Habelə,  o  həzrət  həmişə 

İran padşahlarının əlində olmuş Süleyman şanlı xaqan Şah İsmayıl 

zamanında  və  cənnətməkan  şah  [Təhmasibin]  hakimiyyətlərinin 

əvvəllərində  də  qızılbaşlarm  əllərində  olan,  sonrasa  rumilər 

tərəfindən  ələ  keçirən  İraqi-Ərəb  vilayətini  də  geri  aldı.  Bağdad 

qoşunu [isə həmin  vaxt] Rum padşahına düşmən kəsildi  və qələbə 

(təğəlləb)  çaldı.  [O  həzrət]  Bağdada  qoşun  çəkərək  darüssalam 

qalasının [rumilərdən]  geri aldı, İraqi-Ərəbi öz əlinə keçirdi, Nəcəf 

torpağındakı  həzrət  şahənşahın  (İmam  Əlinin  -  Ş.F.)  müqəddəs 

rövzəsinin,  həmçinin  Ale-əbanın  beşinci  seyyidüş-şühədasının 

(İmam  Hüseynin  -  Ş.F.),  Kazımeynin  və  Əskəreynin  -  onların 

hamısına salam olsun

445 


- məzarlarını ziyarət etməklə şərəfləndi. Bu 

zaman illərlə şahın yanında qalmaqla əziz və

 

mötəbər olan Mouravi 



adlı  aqibətsiz  bir  gürcü  [yağı  oldu].  Min  otuz  üçüncü  siçan  ilində 

(miladi  1623/24)  Qəceçiqay  xan  Sipəhsalar  Gürcüstanın  zəruri 

nizam-intizamını  qaydaya  salmaqdan  ötrü  Şirvan  və  Qarabağ 

bəylərbəyiləri  və əmirləri ilə birlikdə oraya göndərildi, yuxarıda adı 

çəkilən  o  aqibətsiz  adamı  da  (Mouravini  -  ş.F.)  həmin  vilayətin 

işlərinə  bələd  olan  və  şahın  etimadını  qazanan  adam  kimi  onlarla 

həmrah  etdi.  Amma  o  bədbəxt  nəməkharamlıq  edərək,  bir  dəstə 

gürcü  fitnəkarı ilə birlikdə Qərçiqay xana  və  əmirlərə xiyanət etdi, 

fürsət  tapıb  qəflətən  hücuma  keçərək  adı  çəkilən  sipəhsaları  və 

Şirvan  bəylərbəyi  Yusifxanı  qətlə  yetirdi,  üsyana  başladı. 

Sərhədyanı  yerlərdə  ondan  və  onun  üsyankar  dəstəsi  tərəfindən 

çoxlu  azğınlıq  zahir  oldu.  [Mouravi]  rumilərə  birləşib,  Rum 

padşahına öz itaətini bildirdi.  Mesq və  Axəsqə Gürcüstanın  valiləri 

nəslindən  olan,  şahənşahın  iti  qılıncının  şöləsindən  qorxaraq  fərar 

edən Təhmurəs Gürcü və Əta bəy Ruma tabe olan gürcülər arasında 

sərgəran  vəziyyətdə  yaşamaqdaydılar.  [Onlar]  Mouravinin  çağırışı 

                                                           

445


İfadənin ərəbcəsi: "Əleyhuməs-səlam". 

649 

 

ilə  geri  qayıdıb  onunla  birləşdilər.  Rumilər  əlahəzrət  şah  ilə  sülh 



sazişinə gələn Sultan Osman paşanı tutub qətlə yetirdilər, onun kiçik 

qardaşı Muradı padşah etdilər. Onlar Rum padşahının iqtidar əlindən 

çıxarılan  və  üsyançılar  tərəfindən  zəbt  olunan  İraqi-Ərəbi... 

[yenidən] tutmaqdan ötrü

446

 baş  vəzir  Hafiz Əhməd paşanı özlərinə 



sərdar  təyin  edərək,  oraya  getmək  məqsədiylə  çoxlu  qoşunla  artıq 

Diyarbəkr  gəlmişdilər.  Əlahəzrət  şah  əvvəlcə  qəhrli  qoşunların  və 

dərgah mülazimlərinin bir dəstəsinin sonra isə qulam, qorçi, tüfəngçi 

və  başqalarının  həmçinin  İsa  xan  Qorçibaşının  sərkərdəliyi  altında 

Azərbaycan  əmirlərini  Mouravinin  fitnəkarlığını  dəf  etmək 

məqsədilə  təyin  edib  irəli  göndərdi.  Müzəffər  əskərlər  Gürcüstana 

çatdıqda nəməkharam Mouravi, Təhmurəs və Ətabəy xan iyirmi min 

nəfər  güclü  süvari  və  piyadanı  toplayıb  zəfərli  qızılbaş  ləşkərinin 

qarşısına  çıxdılar.  Tərəflər  arasında  böyük  hərb  oldu,  iqbalın  gücü 

ilə gürcülər məğlub edildilər, min nəfərədək piyada və süvari gürcü 

kafiri  müzəffər  qazilərin  iti  qılıncı  ilə  öldürüldü,  Mouravi  qaçaraq 

Rum  diyarına  yollandı,  Təhmurəs  və  Əta  bəy  isə  hərə  bir  yana 

gedərək  Gürcüstanın  meşə  və  cəngəlliklərində  ömür  sürməyə,  öz 

hallarının  qeydinə  qalmağa  başladılar.  Hafiz  Əhməd  paşa  saysız-

hesabsız  rum  döyüşçüsüylə  Mouravinin  təhriki  və  gürcü 

fitnəkarların təklifi ilə yerindən qalxıb Bağdad darüssalamı üzərinə 

ləşkər  çəkdi,  yüz  əlli  min  nəfər  döyüşçü  ilə  oraya  çataraq  qalanı 

əhatə  etdi,  oranı  ələ  keçirməyə  çalışdı.  Əlahəzrət  zilləllah  şah  bu 

böyük hadisənin qarşısını almağa cəhd etdi, hələ müzəffər əskərlərin 

əksəriyyətinin Gürcüstan yürüşündən geri dönmələrinə baxmayaraq, 

öz  qeyrətinin  çoxluğundan  aləmi  tutan  (cahanqoşa)  bayrağını 

qaldırdı. Müzəffər  əskərlər hər tərəfdən gələrək hümayun  məiyyətə 

qoşuldular.  [O  həzrət]  təxminən  qırx  min  adamla  darüssalama 

gedib-çatdı  və  onlar  Bəhri  çay  kənarında  dayandılar.  Tərəflər 

arasında  bir  neçə  dəfə  güclü  hərb  oldu.  Daxildən  qalanı  qoruyan 

mübarizlər, arxadan iqbal döyüşçüləri, xaric tərəfdən (birun) isə şah 

qoşununun şücaətli əskərləri həmin çoxsaylı ləşkərlə döyüşürdülər. 

Qalaya  toplar  düzən  rumilər  bürclərin  dağıdılması  və  qalatutma 

vasitələri hazırlığına başladılar  və dəfələrlə  yürüş etdilər. Mühasirə 

müddəti  doqquz  ay  çəkdi,  rumilər  bir  iş  görməyi  bacarmadılar. 

Onların  bir  dəstəsinin  əksəriyyəti  qala  çəngində  öldürüldü,  başqa 

                                                           

446

  Qeyd:  Bu  cümlədəki  nöqtə  işarələri  ya  İskəndər  bəy  Münşi,  ya  da  İrəc



 

Əfşar 


tərəfindən qoyulmuşdur - Ş.F. 

650 

 

dəstəsi öldürülmə təhlükəsindən ətraf yerlərə dağılışdı, sağ qalanlar 



isə  döyüşü  tərk  edib  aradan  çıxmağı  qənimət  saydılar.  Acizanə 

yalvarışla  [şahın]  yanına  adam  yollayan  rumilər  bağışlanmalarını 

(canbəxşi)  xahiş  etdilər.  Şahanə  mürüvvət  onlara  mərhəmət 

olunması  və  maneçilik  göstərilməməsinə  yönəldi,  yəni  kiçik  bir 

hücumla  bütün  rumilərin  müzəffər  əskərlər  tərəfindən  əziləcəyinə 

baxmayaraq,  [şah]  onların  geri  qayıtmalarına  icazə  verdi.  Rumilər 

özləriylə  aparmaq  imkanı  olmayan  topları  öz  yerlərində  qoyaraq 

yarımcan  halda  çıxıb  getdilər,  İraqi-Ərəb  yenidən  bu  güclü  dövlət 

övliyalarının  əlinə  keçdi.  Əvvəlki  əməllərindən  peşiman  olan 

Təhmurəs  Gürcü  günahlarının  əfv  olunmasını  rica  edərək  xəbər 

göndərdi:  "Bundan  sonra  bəndəlik  sırğası  qulağımda,  qulamlıq 

kəməri  çiynimdə  olacaqdır".  Onun  barəsində  belə,  bir  əfv  hökmü 

yazıldı:  "Əgər  öz  istək  üzünü  bu  cahanpənah  dərgaha  gətirib  ayaq 

öpmə  şərəfinə  yetərsə,  şahanə  əfvə  layiq  görüləkdir”.  Gürcüstana 

hücum  (fetrət)  zamanı  rumiyyənin  əlinə  keçmiş  Axəsqə  qalası  İsa 

xan  Qorçibaşının  səyi  ilə  zəbt  olunub  qaladar  mübarizlərə  verildi. 

Özbək sultanları da o həzrət ilə tərəfdarlıq və bağlılıq (həvaxahi və 

cnqeyad)  məqamına  galərək  ard-ardınca  elçilər  göndərir,  ona  öz 

meyllərini  (əqidət)  izhar  edirdilər.  Xülasə,  [şahın]  dövlət  bayrağı 

gündən-günə  ucalmaqda,  o  həzrətin  cahandarlıq  qabiliyyəti  və 

böyüklüyünün  sorağı  bütün  dünyaya  yayılmaqda  idi.  İstər  dost, 

yaxud  düşmən  olmasına  baxmayaraq  heç  kim  şahın  [fərmanı] 

qarşısında söz deyə bilmirdi. Hamı onun qəzəbi (qəhhari) və sərtliyi 

(səlabət)  qarşısında  qayğıya  düşmüşdü.  O  həzrətin  hakimiyyəti 

dövründə  baş  verən  bütün  bu  hadisələrin  şərhi  onları  müfəssəl 

şəkildə ehtiva edən ikinci səhifədə yazılacaqdır. 

Allaha  həmd  və  minnətdarlıq

447


  olsun  ki,  bu  kitabı  yazan 

[İskəndər  Münşi]  "Tarixe-aləmaraye-Abbasi"nin  birinci  səhifəsini 

tamamlamağa  müvəffəq  oldu.  Qələm  bu  səhifədə  dəfələrlə  bəyan 

etmişdir ki, bu şərafətli kitab min iyirmi beşinci (miladi 1616) ildə 

yazılmışdır,  lakin  bundan  sonra  da  həzrət  zilləllah  [şahın]  səadətli 

hakimiyyəti vaxtı bir sıra vaqiələr baş verdiyindən onlar ikinci cildin 

ikinci məqsədi kimi qələmə alındı. Buna görə də, müəllif lazım bildi 

ki,  həmin  hadisələrin  müxtəsər  şərhini  yazdığı  məqalələrə  əlavə 

etsin və beləliklə də, onun hakimiyyətinin (Şah Abbasın -Ş.F.) qırx 

illik  hadisələrinin  xülasəsi  bu  cildin  mütaliəsi  vaxtı  [oxuculara] 

                                                           

447


 İfadənin ərəbcəsi: "əl-həmdu-l-lah və-l minnə" . 

651 

 

məlum  olsun  və  qoy  tarix  vadisinin  təşnə  adamları  təşnəlikdən 



qurtulsunlar.  Yuxarıda  qeyd  etdiyimiz  bəzi  çatışmazlıqları  aradan 

qaldırmaq  üçün  biz  təkrarçılıq  barədə  düşünməyərək  kitabın 

sonunda  da  müəyyən  məsələləri  yazdıq  ki,  [kitabımız]  qoy  etiraz 

edənlər  (motəərrezan)  tərəfindən  etirazla  qarşılanmasın.  Elmsizlik 

səhrasının  hasili  olmuş  bu  pərakəndə  və  natamam  məqalələr 

(fəqərat)  fəzilət  və  kamal  bəhrlərindən  (bəhhar)  zühur  sahilinə 

çıxmış  mənəviyyat  (seyər)  və  məlumat  sahiblərinin  yazdıqları 

kitablarla bərabər tutula bilməsə də, bazar dükanlarında (rəste) alçaq 

və  rəzil  (forumaye)  saxsı  qab  satanlar  (xəzəffəruşan)  öz  qiymətsiz 

və satılmayan mallarını, özlərinin kasıb olmalarına baxmayaraq, heç 

kəsə  havayı  verməmişlər,  həmçinin  onları  etibar  dükanlarının 

mayası  sanaraq,  qiymətli  cəvahir  də  zənn  etməmişlər.  Xüsusən  ki, 

[bizim  kitabımızda]  yüksək  (səfvətneşan)  səfəvi  xanədanının 

qiymətli  məlumatları  və  Cəm  qədir-qiymətinə  malik  olan  və 

məmləkətlər  alan  xaqanın  (Şah  Abbasın  -  Ş.F)  xoşbəxt  (fərxənde) 

əhvalatları  qələmə  alınmışdır.  Əgər  o  iki  böyük  səadətdən  (Cəm 

qədir-qiymətinə  malik  olan  və  məmləkətlər  alan  Şah  Abbasa  işarə 

olunur  -  Ş.F.)  bəhs  edən  bu  kitabı  bu  dövrün  “Mətləüs-sədeyn” 

bilsələr  rəvadır,  həmçinin  o  iki  yüksək  cəhətinə  görə  onu  dövrün 

"Zəfərnamə"si**  adlandırsalar  layiqdir  (seza).  Fərasət  (fetnət)  və 

zəka  sahiblərindən  xahişimiz  budur  ki,  bu  kitaba  inayət  və  iltifat 

gözü ilə baxsınlar, mütaliə zamanı onun hər hansı bir yerində olur-

olsun  nəsə  səhv  və  qüsur  görsələr,  həmin  yerləri  alicənablığın 

(fotovvət) lütf pərdəsi ilə örtüb onları islah etsinlər. Onlar qoy 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin