AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


XORASANIN VƏZİYYƏTİ, HÜMAYUN ZİLLƏLLAH ŞAH



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə58/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   54   55   56   57   58   59   60   61   ...   96

XORASANIN VƏZİYYƏTİ, HÜMAYUN ZİLLƏLLAH ŞAH 

MƏİYYƏTİNİN İRAQAGEDİŞİ VƏ ONUN İRAN 

SƏLTƏNƏT TAXTINA ÇIXMASININ ZİKRİ 

 

Yuxarıda  qələm  belə  yazmışdı  ki,  Herat  hakimi  Əliqulu 



xan  Şamlı  və  müqəddəs  Məşhəd  hakimi  Mürşidqulu  xan  arasında 

cəng  olan  və  Herat  ləşkərinin  basıldığı  ildə  əlahəzrət  zilləllah  şah 

azyaşlı  idi  və  Əliqulu  xan  o  iqbal  bağının  sərvinin  lələsi  olmaq 

səadəti ilə şərəflənmişdi. Qeyb aləminin köməyi və tezliklə nəticəsi 

bəlli  olacaq  gizli  sirlərin  yardımı  ilə  həmin  döyüş  vaxtı  [o  azyaşlı 

şahzadə]  Mürşidqulu  xanın  əlinə  düşmüş,  Əliqulu  xan  isə 

məcburiyyət  və  pərişanlıqla  Herata  qayıtmışdı.  Əliqulu  xan  o  cür 

qiymətli  sərmayəni  əldən  verdiyi  üçün,  Mürşidqulu  xandan  bərk 

qorxurdu və onun İraqdan başqa bir köməyi ala bilməsi təsəvvürünə 

belə  gəlmirdi.  Buna  görə  də,  o,  bir  nəfəri  Qəndəhar  mirzələrinin 

yanına,  ikincisini  isə  Buxaraya,  Abdullah  xan  Özbəyin  yanına 

göndərib dostluq etməyə başladı, onlarla birləşdi, özünü onların hər 

birinin mənsubu sandı.  Abdullah xan bu  məsələni özü üçün böyük 

müvəffəqiyyət  (fovz)  hesab  etdi,  onun  tərəfindən  də  zahiri  iltifat 

zahir  olsa  da,  mirzələr  rahatlıq  və  salamatlıq  (fərağat  və  afiyət) 

baxımından  onun  bu  hərəkətini  bəyənmədilər.  Həmin  tanışlardan 

Abdullah xanın tamahı hərəkətə gəldi və o, gecə-gündüz fikirləşdiyi 

cənnətəbənzər  Heratı  tutmaq  barədəki  arzu  ilə  yaşadı,  Xorasana 

hücum  etməyi  qərara  aldı,  nəticədə  yürüş  hazırlığına  başladı. 

Beləliklə  doqquz  yüz  doxsan  altıncı  donuz  ilinin  (miladi  1587/88) 

əvvəllərində  saysız-hesabsız  özbək  döyüşçüləri  ilə  Xorasana  gəldi. 

Əvvəlcə,  Əliqulu  xanın  yanına  adam  yollayıb  xatırlatdı:  "Xan  bir 

neçə vaxt bundan əvvəl adam yollayıb onunla ülfət və dostluq etmiş

öz  dostluq  və  nökərlik  təklifini  bildirmişdi.  Budur,  indi  Xorasan 

mülkünü  tutmaqdan  ötrü  [bizim]  ali  məiyyət  həmin  tərəfə 

gəlməkdədir. Xan əgər öz sözünə sadiqdirsə, yubanmadan ali orduya 

birləşib görüş səadətinə yetişsin, həmin mülkdə xütbə və sikkəni öz 

adı  və  xanlıq  ləqəbi  ilə  ziynətləndirilsin  ki,  bizim  lütfkarlığımıza 

yetişmiş  olsun  və  biz  o  vilayətin  idarə  olunmasını  fərmanla  ona 

tapşıraq.  Əgər  o  həmin  vilayəti  [bizim]  ali  divana  verərsə,  biz 

Mavərənnəhr,  Türküstan  və  Bədəxşan  məmləkətlərindəki  ürəyi 


609 

 

istəyən hər hansı bir yeri ona verərik. Yox, əgər o, öz sözünə sadiq 



olub  bizə  mülazimlik  etmək  istəməzsə,  artıq  gecdir.  Biz  o  tərəfə 

yürüşü  qərarlaşdırmışıq  və  məqsədə  yetmədən  geri  qayıtmaq, 

səltənət namusuna  münasib olan bir  əməl deyildir. Əgər bu təklifə 

əksdirsə, qoy Herat şəhərini boşaldıb qızılbaşlara tərəf getsin". 

Məsələnin  belə  hal    almasından  Əliqulu  xan    narahat 

olmuş,  zərurət  və  məcburiyyət  (ezterar)  üzündən  Abdullah  xanla 

etdiyi  aşinalıqdan  pərişanlanmışdı.  Çünki  qızılbaş  tayfasının 

özbəklərlə  eyş-işrət  etməsi  və  birləşməsinin  mümkünsüz  oduğunu 

anlamışdı. Buna görə də o İranın böyük şəhərlərindən olan və cənnət 

bağının  (rövzeye-rizvan)  həsəd  çəkdiyi  Herat  mülkünün 

hakimliyindən ayrılmaq istəmirdi, həmçinin İraq əhalisinə də etimad 

bəsləmirdi.  Buna  görə  də  zərurət  üzündən  İlahi  qəzavü  qədərə 

razılıq verərək, Heratı möhkəmləndirməyə, qaladarlıqla məşğul olub 

oranı  döyüş  ləvazimatı  ilə  təmin  etməyə  başladı.  Abdullah  xan  da 

onun  itaət  və  bağlılığından  məyus  olub,  sürətlə  Heratın  ətrafına 

yetişdi,  oranı  mühasirəyə  aldı.  Onların  arasında  hər  gün  hərb  və 

sədəmə baş verməkdə idi ki, o vəziyyətin şərhi uğurlu bəxtin izni ilə 

bu kitabın ikinci səhifəsində yazılacaqdır. Müqəddəs Məşhəddə bu 

məsələdən  xəbərdar  olan  Mürşid-qulu  xan,  Xorasan  ləşkərinin 

Abdullah xana müqavimət gücünün olmadığını bildiyi üçün, habelə 

mərhum şahzadə Sultan   Həmzə   Mirzənin   İraqda  başına   gələn   

dəhşətli  hadisəsi  səbəbindən  İraqa  bir  adam  göndərmişdi  ki, 

İsgəndər  şanlı  nəvvabın    əmirlərindən  və  dövlət  ərkanından  bunu 

öyrənsinlər:  Əgər  padşah  əlahəzrət  [şahzadənin]  səltənəti  və 

vəliəhdliyinə  razı  olarsa,  o,  müxalifət  və  inadkarlığını  vəft  və 

ittifaqla  əvəz  edəcək,  İraqa  gəlib  oranın  ləşkəri  ilə  din  və  dövlətə 

müxalif olanların dəfi ilə məşğul olacaqdır. 

Amma,  göndərdiyi  şəxs  geri  qayıdıb  onun  istəyinin  əksi 

olan cavab gətirdi. 

Mütrəzaqulu  xan  Pornak  isə  İraqdan  qayıtdıqdan  sonra 

gəlib  Damğana  çatdı,  qardaşı  Kazımqulu  Sultanı  Bəstam  ağa  və 

Məhəmməd  xan  Türkmanın  oğlu  Bəktaş  bəylə  birlikdə  Müqəddəs 

Məşhədə  -  Mürşidqulu  xanın  yanına  göndərdi,  birlik  və  sədaqət 

izhar etdi, onu İraqa yürüşə rəğbətləndirdi. Yuxarıda yazıldığı kimi, 

[buna  görə  də]  Fars,  Kirman  və  Yəzd  tərəflərdən  daim  adamlar 

gələrək, ona öz itaət və bağlılıqlarını izhar edirdilər. 

Ağıllı  və  işbilən  adam  olan  Mürşidqulu  xanın,  türkman 

tayfasının ustaclılara olan inadına görə, Mürtəzaqulu xana qarşı elə 



610 

 

bir etimadı yox idi və o, özünün dövlət sərmayəsi olan əlahəzrəti iki-



üç  min  nəfərdən  ibarət  olan  türkman  elinə  aparmaq  istəmirdi,  elə 

buna  görə  də,  Damğan  yolunu  üstün  tutur,  fərasətli  adam 

olduğundan İraqa getməyə də cürət etmir, həmçinin Abdullah xanın 

qorxusundan dövlət və iqbal bağının o çəmənlər bəzəyini müqəddəs 

Məşhəddə  saxlamaq  da  istəmirdi.  O,  gecələri  bu  fikirlə  gündüz 

edirdi. Belə qərara gəldi ki, Yəzd, Kirman və Şirazda olan əfşar və 

zülqədər  əmirləri  dalbadal  elçi  yollayıb  onlara  öz  bağlılıqlarını 

bildirdikləri üçün, hümayun zilləllah şah məiyyətini Təbəs və Yəzd 

yolu  ilə  aparsın,  o  camaatı  özünə  birbşdirib  səylə  İraq  vilayətinə 

qədəm qoysun, Mürtəzaqulu xan da türkman tayfası ilə Damğandan 

Kaşana  gəlib  Vəlican  xanı  özünə  birləşdirərək  İraqda  hümayun 

orduya  qoşulsun.  Qardaşı  İbrahim  xanı  müqəddəs  Məşhədə  hakim 

edib,  Əsfərayin  hakimi  Əbu  Müslüm  xan  Cavuşlu,  Cam  hakimi 

İğvət Sultan  Çavuşlunun oğlu  Məhəmməd xan,  Xəbuşan hakimi 

Budaq  xan  Çekənini  onun  yanında  qoyaraq,  sanki  Herat  səmtinə  - 

özbək  qoşununu  dəf  etməyə  yollandı,  əslində  isə  İraqa  getmək 

məqsədi ilə üfüqlər padşahının məiyyətindən müqəddəs Məşhəddən 

çıxdı. Təbriz yaxınlığına çatdıqda ona bəzi xəbərlər gəlib çatdı və o, 

düşündü ki, əvvəlki fikrindən əl çəksə, İraqa Damğan və Semnandan 

getsə daha yaxşı olar. 

Əvvəlcə xəbər gəldi ki, Mürtəzaqulu xan Damğanda varlıq 

paltarını  fəna  köhləninə  bağlayıb  dünya  evindən  iqba  sarayına 

köçmüşdür.  Onun  ölümü  ilə  Mürşidqulu  xanın  türkmanlardan 

qorzusu  və  ustaclı  camaatının  Damğandan  keçib-getmə  xofu  zayil 

oldu. İkinci xəbər bu idi ki, İraq əmirlərinin İsgəndər şanlı nəvvabın 

və  Əbu  Talib  Mirzənin  ordusunda  İsfahana  gələrək  oradan  Fars, 

Kirman  və  Yəzd  işlərini  nizamlamaq  üçün  gedəcəkləri  xəbəri 

eşidildi.  Belə  olan  surətdə,  əfşar  və  zülqədər  əmirlərinin  onların 

qorxusundan gəlib ali məiyyətə birləşməsi təsəvvürə belə sığmazdı 

və  arzu  olunan  işlər  düşünüldüyü  kimi  baş  tuta  bilməzdi.  Çünki, 

böyük  xilafətin  paytaxtı  olan  Qəzvin  darüssəltənəsi  boşalmış,  İraq 

əhalisinin    əksəriyyəti,    xüsusilə    hümayun    paytaxtı    qorumaqla 

məşğul olan şamlılar  Aşur ağaya dövlətxahlıqla belə demişdilər ki, 

İraqa gəlməyə qoy tələssinlər, tez gəlsinlər ki, görüləsi işlər Allahın 

köməyi ilə istənilən tərzdə həyata keçməkdədir. Həm də Əbu Talib 

Mirzə  tərəfdarlarından  və  Əliqulu  xan  Fəthoğlunun  yetirməsi, 

etibarlı  adamı  və  xeyirxahı  olan  Simnan  hakimi  Şahverdi  Sultan 

Beytoğlu Zülqədər artıq ölmüşdür. 



611 

 

Məhz  dövlətin  böyüməsinə  (ezdeyad)  və  genişlənməsinə 



yönələn bu  vəziyyətin baş  verməsi  və Damğandan keçib  İraq  yolu 

ilə getmək fikri bütün dövlətxahların ürəyincə oldu. Şah dövlətinin 

tərəfdarları  bu  təklifi  bəyəndilər  və  dayandıqları  yeri  tərk  edib 

müqəddəs Məşhədə qayıtdılar. O, bir neçə gün vaxtını qala təmiri və 

bürc-barıların  möhkəmlənməsinə  sərf  etdi.  Nəhayət,  Məşhəd 

qalasının  zəruri  işlərinin  görülməyindən  arxayın  olub,  ondan  ötrü 

canından  keçməyə  hazır  olan  beş-altı  yüz  mülazimi  ilə  müqəddəs 

rövzədən  və  cinlərin  və  insanların  imamı  [həzrət  Rzanın]  -  ona  və 

əcdadına Allahın salamı olsun - pak ruhundan mədəd istəyərək, İlahi 

iltifat  qoşununun,  xoşbəxt  talenin  və  müzəflər  bəxtin  köməyi  ilə 

müqəddəs  Məşhəddən  çıxdı.  Aya  baxıb  sürətlə  getməyi  istixarə 

etdilər,  buna  görə  də  heç  yerdə  dayanmadılar.  Elə  ki,  Damğana 

çatdılar,  Mürtəzaqulu  xanın  orada  olan  qardaşları  və  oğlanları 

bellərinə  xidmətkarlıq  kəməri  bağlayıb  şahzadənin  qoşununa 

qoşuldular.  Oradan  bir  adamı  Semnan  zülqədərlərinin  yanına 

yollayaraq,  Şahverdi  Sultan  Beytoğlunun  vəkili,  onun  vəfatından 

sonra  isə  ağsaqqalların  məsləhəti  və  Əliqulu  xan  Fəthoğlunun 

icazəsi  ilə  hakim  olan  Əhməd  Sultanı  itaətə  dəvət  etdilər.  O, 

razılaşmağı  münasib bilib öz etibarlı adamlarını  hümayun ordunun 

pişvazına  yolladı,  Semnan  qalasının  qapılarını  bəxt  və  dövlət 

qapıları  kimi  onun  üzünə  açdı  və  təmtəraqlı  qoşunu  və  mülazimət 

səadəti  ilə  müşərrəfləndi,  şahanə  iltifat  və  şəfqətə  yetdi.  Oradan 

Qəzvin  darüssəltənəsinə  adam  yollayaraq  Qorxmaz  xan  Şamlını, 

şəhərin  əhalisini  və  əyanlarını  müzəffər  ordunun  qarşılanmasına 

təşviq  etdilər.  Qorxmaz  xan  Qəzvin  darüssəltənəsində  olan 

İsmayılqulu  xanın  qardaşını,  şamlı  ağalarını  və  tayfa  böyüklərini, 

həmçinin  oradan  Çərəndab  Sultanın  oğlu  Abbasəli  Sultanı  və 

göstərilən  şəhərin  camaatını  toplayıb  onlarla  itaət  və  ya  müxalifət 

barədə məsləhətləşdi. İsmayılqulu xanın qardaşları və Vəli Xəlifənin 

təbəələri və övladları itaətə razı olmadılar, amma sadə qoşun üzvləri 

və  rəiyyət  hücum  çəkərək  şahzadənin  mübarək  gəlişinədək  hədsiz 

sevinc  izhar  edərək,  şadyanalıqla  Abbasi  şüarları  söyləməyə 

başladılar. 

Xülasə, hamı tabeçilik məqamına gəlib müxalifət qapılarını 

bağlayaraq,  iqbal  rəhbərinin  (qayede-eqbal)  dəlaləti  və  onları 

[düzgün  yola]  yönəltməsinə  görə  dəstə-dəstə  ali  məiyyətin 

istiqbalına  tələsdi.  Qardaşı  tərəfindən  Rey  hakimi  olan  Əliqulu 

xanın qardaşı Hüseynqulu Sultan Fəthoğlu müqəddəs ordunun təşrif 



612 

 

gətirməsi  və  qorxubilməz  əhalinin  hücumu  xəbərini  eşidib,  orada 



dayanmadı,  öz  var-dövlətinin  çoxunu  tullayıb,  kutvalları  fəthoğlu 

tayfası  olan  və  Təhmasib  Mirzənin  saxlandığı  Ələmut  qalasına 

getdi,  məğlubedilməz  səltənət  havadarları    isə  ali  qoşunla  birlikdə 

əlahəzrətin  məiyyətində  heç  bir  maneə  görmədən  Qəzvin 

darüssəltənəsinə yollandılar. Şahzadə xoşbəxt bir saatda şəhərə daxil 

olaraq öz böyük babasının mübarək dövlətxanasında səadətlə nüzul 

etdi,  səltənət  və  padşahlıq  paytaxtı  şahənşahlıq  taxtının  (məsnəd) 

işığından  və  [Şah  Abbasın]  səadətli  qədəmlərinin  parıltısından  

rəngarəng  (buqələmun)    fələyədək  yüksəldi.  Əhalinin  vəziyyət 

dilləri bu məqamda belə deyirdi: 

 

Şer: 

 

Dövrandan kam alan ey şahi-kamkar,  



Dünya sultanları qulamın olar.  

Əyləş sevinc ilə şahlıq təxninə,  

Dövlətin sikkəsi məxsusdur sənə.

416


 

 

Xülasə,  elə  ki,  hümayun  paytaxt  Xosrov  əzəmətli  və 



yüksək məqamlı həzrətin şərafətli qədəmi ilə şərəfləndi, Mürşüdqulu 

xan  ali  divan  vəkalətini  heç  bir  etiraz  görmədən  özünə  götürdü  və 

hümayun  dövlətin  hər  bir  tərəfindən  qızılbaş  tayfalarının  əmir  və 

ağsaqqalları  cahana  pənah  verən  dərgaha  axışmağa  başladılar. 

Vəlican  xan  Kaşandan  çıxıb  Rey  yoluyla  sürətlə  Qəzvinə  gələrək 

ayaq  öpmə  şərəfi  ilə  şərafətləndi.  Mürşidqulu  xan  Əhu  Talib 

Mirzəçilərin  əmir  və  xanlarından  qorxur,  bir  ləhzə  də  onların 

[gələcəkdə] görəcəkləri tədbirlərin fikrini başından çıxara bilmir, hər 

bir  məsələdə  ehtiyatkarlığı  unutmurdu.  O,  şəhər  kənarında  və 

İsfahan  yolu  üstündə  olan  Pirəsufiyan  kəndində  dayanaraq  həmin 

yoldan  xəbərdar  olmalarından  ötrü  bütün  türkman  əmirlərini  Pir 

Qeyb xan Uctaclı və qardaşları ilə birgə [irəli] göndərdi. 

Amma  Əliqulu  xan,  İsmayılqulu  xan  və  Əbu  Talib  Mirzə 

tərəfdarları  olan  əzəmətli  omirlər  İsgəndər  şanlı  nəvvabın  və 

                                                           

416


  Beytin farscası: 

K-ey şahe-kamkar ke dövran be kame-tost,  

Soltane-çarbaleşe-gərdun qolame-tost.  

Xoş təkye zən be məsnəde-şahane-namdar,  

K-əndər zəmane sekkeye-dövlət be name-tost. 


613 

 

mirzənin  məiyyətində  Cərpadqandan  keçib  darülmöminin  olan 



Quma  çatdıqda,  əlahəzrət  zilləllah  şahın  hümayun  məiyyətinin 

gəlmə  xəbəri  onlara  çatdı,  bərk  qorxuya  düşərək,  Qum  hakimi 

Əliqulu Sultan Zülqədəri çağırmaqdan ötrü  adam  yolladılar, amma 

o,  gəlməkdən  vaz  keçib  qala  qapılarını  bağladı,  onlara  müxalif 

münasibət  bildirdi.  Əliqulu  xan,  Əliqulu  Sultanın  belə  hərəkət 

edəcəyini  təsəvvür  etmədiyindən  və  onu  fədəvilərdən  biri  güman 

etdiyindən  bu  məsələni  olduqca  təəccüblü  (estebad)  saydı. 

İsmayılqulu  xan  və  əmirlərlə  həzrət  Məsumə*  əleyhanın  -  ona  və 

əcdadına  salavat  və  salamlar  (təhiyyət)  olsun  -  nurlu  məzarını 

ziyarət etmək bəhanəsilə ordudan ayrıldı və Quma gəldi. 

Əmirlər  [Əliqulu  Sultanın]  yanına  dilli-dilavər  və  etibarlı 

bir adam yollayıb ona müttəfiqlik etməsini və geri qayıtmasını təklif 

etdilər.  Belə  məktub  yazdılar:  "Biz  sənin  yanına  mehman  kimi 

gəlmişik.  Belə  olan  halda  mizbanlıq  şərtinə  əməl  et.  Bəzi  zəruri 

söhbətlər  vardır  ki,  gərək  səninlə  üzbəüz  danışaq".  O,  cavabında 

belə yazdı:  "Qoroğlu tayfası  mənim  gəlməyimə  mane olmuşdur  və 

onların  başlarında  abbasilik  havası  vardır.  Mənim  buna  ixtiyarım 

yoxdur".  Əmirlər  bu  haldan  məyus  olub  müqəddəs  rövzəni 

ziyafətdən sonra orduya qayıtdılar. 

O  vaxtlarda  əmirlər  elə  təkəbbürlü  idilər  ki,  Mürşidqulu 

xanı  və Xorasan camaatını heç saya salmırdılar  və həmin  günlərdə 

onların  az  bir  dəstəsi  qəflət  yuxundan  və  qürur  badəsindən  ayrılıb 

hüşyar  ola  bildi.  Qum  yaxınlığındakı  Savəyə  çatdıqları  zaman 

ailələri  Qəzvində  olan  orta  təbəqəli  ordu  əsgərləri  icazə  almadan 

dağılışıb  öz  evlərinə  getməyə  başladılar.  Əzəmətli  xanlar 

İsmayılqulu xanın qardaşı Mürşidqulu Sultan Şamlıya tapşırdılar ki, 

öz qoşunu ilə yolu kəssin və icazəsiz şəhərə gedən hər bir kəsi qətl 

və qarət etsin. Bu tədbirin onlara heç bir xeyri olmadı və gedənlər öz 

var-yoxlarını  yerə  tökərək  gecələr  naməlum  yollarla  qaçıb  getməyə 

başladılar.  İş  o  yerə  çatdı  ki,  Mürşidqulu  Sultan  onların  qarşısını 

almaqdan  aciz  oldu.  Qızılbaş  əyanları  məsələnin  üstündən  pərdəni 

götürüb  açıq-aşkar  əmirlərə  dedilər:  "Əzəmətli  qorçilərin,  xasseye-

şərifə  mülazimlərinin  və  başqalarının  xanəköçləri  Qəzvin 

darüssəltənəsindədir,  əgər  bu  iki  dəstə  arasında  müxalifət  başlansa 

məsələ  qırğına  səbəb  olacaqdır.  Əgər  elə  olarsa,  etimal  ki, 

Mürşüdqulu xan və onun adamları bu ordunun xanəköç və alilərinə 

əl  uzadacaqlar.  [Adamlar]  bu  narahatlığı  rəf  etməkdən  ötrü 

hövsələsizlik edirlər". 



614 

 

Bu  iki  dəstə  arasında  başlanacaq  qırğının  əksər 



qızılbaşların ürəyindən olmadığını görən əmirlər hər ləhzə bir fikirə 

və  hər  dəm  bir  əndişəyə  düşürdülər.  Bundan  başqa  Əliqulu  xan 

İsmayılqulu  xanın  yekdilliyi  və  sadiqliyindən  xatircəm  deyildi  və 

onların  bir-birləri  ilə  münasibətləri  razılaşma,    birlik  və  dostluq 

əsasında  qurulmamışdı.  Əliqulu  xanın  hər  hansı  bir  hərəkəti 

İsmayılqulu xan tərəfindən bəyərilmirdi. Əliqulu xanın iddiası belə 

idi:  "Qızılbaşlar  arasında  ixtilafların    kəskinləşdiyindən    camaatın  

əksəriyyəti  Qəzvinə  üz  tutmuşlar,  biz  isə  belə  gərgin  bir  vaxtda 

əlahəzrətin  mənsubları  olan  xorasanlılara  müqavimət  göstərə 

bilmərik. 

Padşah  və  şahzadə bizim hansımızı  istəyərsə,   Savədən 

Həmədana gedib orada da dayanarıq. Bu zaman İraq camaatı bizim 

Həmədanda  olmağımızdan  bir  nəticə  çıxarıb  Qəzvinə  getməkdən 

vaz keçərək öz yerlərindən tərpənməyəcək. O zaman belə bir xəbər 

yayılacaq ki, Xorasandan gələnlər əliboş və pərişanhaldırlar. Amma 

bizim  xəzinəmiz  və  bütün  şeylərimiz  öz  yanımızdadır.  Bunu  bilən 

əsgərlər onlardan üz döndərib bizim ətrafımızda cəm olacaqlar. İndi 

biz gərək bir neçə gün özümüzü qoruyaq və "Əl-leyl hobla ma təbla 

sərayere"

417


 misrasına uyğun olaraq 

 

[Misra] 

 

"Hamilədir gecə, görək nə doğar"



418

 

 



deyərək,  özümüzü  bir  güşəyə  çəkək  və  gözləyək  ki,  qeyb  pərdəsi 

arxasından nə görsənəcəkdir". 

İsmayılqulu  xan  bu  fikri  rədd  edib  belə  söylədi:  "Hazırda 

bu  orduda olan camaatın hamısının xanəkiçu və ailəsi Qəzvindədir, 

buna görə də onlar oraya  gedib öz əhl-əyalı başları üstündə olmaq 

istəyirlər.  Əgər  Həmədana  tərəf  getsə  bu,  məğlubiyyət  əlaməti 

olacaqdır,  çünki  indi  bizimlə  yoldaş  olanlar  bizə  mat  qalıb  bəzi 

işlərə əl atacaqlar və yanımizda bircə adam da qalmayacaqdır. Əgər 

elə olarsa, biz tamamilə məhv olarıq. Gərək əvvəlcə, Qəzvinə gedək. 

                                                           

417

 Misranın ərəbcədən təzcüməsi: 



"Görək nə dəğacaq hamilə gecə" 

418


 Misranın farscası: 

"Bebin ta çe zayəd, şəb abestənəst" 



615 

 

Mürşidqulu  xanın  adamları  çox  deyil,  eşidirik  ki,  onun  adamları 



zorla  ona  tabe  ediliblər,  qoy  onda  bizim  istəyimizlə  hərəkət  etsin. 

Bizim  gücümüz  və qüdrətimiz ondan  çox,  İraq ləşkəri isə Xorasan 

ləşkərindən artıqdır. Onu aradan götürüb, ürəyimiz istəyən hörmətli 

şahzadələrdən birini vəliəhd kimi səltənət taxtına çıxardarıq". 

Əliqulu  xan  isə  heç  vəchlə  onunla  razılaşmır  və  deyirdi: 

"Əgər  Qəzvinə  gedib  öz  ixtiyar  cilovumuzu  bircə  günlüyə  də 

Mürşidqulu  xana  versək,  o,  elə  həmin  gün  bizi  aradan  çıxaracaq, 

sabahkı günə sağ çıxmayacayıq. Zəruri tədbir və ehtiyat üzündən biz 

gərək ondan uzaq olaq və bir neçə gün yanına adam yollayıb onunla 

yazışaq,  görək  bu  şəbədəbaz  fələk  daha  nə  kimi  şəbədə 

hazırlayacaq". 

Xülasə, onlar tədbirin kökünü əldən vermişdilər, çünki bir-

biriləri ilə əlbir deyildilər. Onların arasındakı çaxnaşma hamıya bəlli 

oldu.  Aşağı  və  orta  təbəqədən  olan  adamların  fərar  etməyi 

başqalarına  da  sirayət  etdi.  Hər  gecə  bir  dəstə  ayıq  qızılbaş  əyanı 

fərar  edirdi.  Onlar  səy  edirdilər  ki,  şaha  mülazimlik  etmək  işində 

bir-birilərini üstələsinlər. 

Əmirlərin  Qəzvinə  getməkdən  başqa  qeyri  fikirləri 

olmadığından  belə  qərara  gəldilər  ki,  ordudakı  əmirlər,  yüzbaşılar, 

qızılbaş tayfa əyanları və hər oymağın hörmətli adamları və onların 

əzəmətli  başçıları  Əliqulu  xan  Fəthoğlu,  İsmayıl  qulu  xan  Şamlı, 

Şahvcrdi  Xolifo  Eynalh  Şamlı,  Əsəlməs  xan  Zülqədər  Möhrdar, 

Ədhəm  xan  Türkman,  Şahqulu  Xəlifə  Rumlu,  Seyid  bəy  Kəmunə, 

İsmayıl  Sultan  Alplı  Əfşar,  Şirazın  hakimi  olmuş  Şahqulu  Xəlifə 

Zülqədər,  Həmzə  Xəlifənin  oğlu  Mehdiqulu  Sultan  Talış  və  başqa 

ustaclı,  şamlı,  bayat  əmirləri,  mosullu  türkman  əmirzadələri, 

İsgəndər şanlı nəvvabın anası Sultanım və başqaları bir yerə toplaşıb 

belə əhd və şərt etdilər ki, qoy hamı bir-biri ilə dəst və əlbir olsun, 

bir-birilərinin  məsləhətindən  çıxmasın,  özünün  istəyi,  ya

 

qeyrisinin 



təhriki ilə bir-birilərinə qəsd etməsinlər  və hər kəs onlardan birinin 

(İsmayılqulu və Əliqulu xanın  - Ş.F.) cəzasını versin, bu işdə hamı 

birləşib onu dəf etsin. 

Bütün  əmirlər,  yüzbaşılar  və  qızılbaş  mötəbərləri  vəzir 

Mirzə Məhəmmədin evinə yığışıb Quranı orlaya gətirdilər yuxarıda 

zikr olunan tərzdə hamı Allahın kəlamına and içdi. 

Hələ Qəzvinə getmək barədə qəti qərara gəlməmişdilər ki, 

Əliqulu  xanla  dəst  olan  və  onun  etimadını  qazanan  əmirlərdən 

əvvəlcə Mehdiqulu Sultan Talış və Allahqulu Sultan Talış Kəngərli 


616 

 

fərar  etdilər  və  heç  kimdən  icazə  almadılar.  Ustaclı  tayfasının 



əksəriyyəti də qaçdı və Əliqulu xanla çox az adam qaldı. 

Amma şamlı tayfası səbat addımı ataraq İsmayılqulu xanın 

yanından  dağılışmadı.  O  zamanlar  onun  çoxlu  əyanları  və  başqa 

adamları  olduğundan,  xan  onun  məsləhətindən  çıxa  bilmədi.  Buna 

görə  də,  Mürşidqulu  xan  adam  yollayıb  [İsmayılqulu  xana]  belə 

yazmışdı:  "Sən əziz adama  məlumdur ki, şamlı  və ustaclı tayfaları 

arasındakı dostluq qədimdir və onlar həmişə müxtəlif hadisələr baş 

verərkən birlikdə olmuşlar  və heç zaman ayrılmamışlar. Buna görə 

də, gərəkdir ki, bu dövlətdə şamlı tayfasının əzəmətli əmirlərindən 

biri və ağsaqqalı dövlət adamlarının başçılarından biri olsun. Bu gün 

şamlılar  arasında  seçilən  adamların  biri  Durmuş  xanın  nəvəsi  və 

Herat hakimi olan Əliqulu xan, ikinci isə sənsən. Onun bizimlə  və 

səninlə etdiyi ədavət hamıya  məlumdur  və düşmənin düşməni dost 

deməkdir.  Buna  görə  də  mənimlə  sən  əziz  arasında  məhəbbət  və 

dostluq etməkdən başqa çarə  yoxdur. Biz ki, Əliqulu xan Fəthoğlu 

ilə  bir  oymaqdanıq,  o,  vəkalət  mənsəbini  tutmaq  və  ağsaqqallıq 

etməkdən  ötrü  bizim  qorxumuzdan  bu  tərəfə  gəlmək  istəmir.  Belə 

olan halda, bəs sən əziz nədən qorxursan?" 

Xülasə, Mürşidqulu xan şəraitə uyğun olaraq şirin dilini işə 

salmaqda idi, amma onun sözlərində sədaqət yoxdu. Amma, zahirən 

doğru  sözlər  kimi  göründüyündən,  İsmayılqulu  xan  ona  inanıb, 

Qəzvinə getməkdən başqa heç nə söyləmirdi. Əliqulu xan isə bunu 

başa  düşürdü,  amma  belə  deyirdi:  "Mürşidqulu  xan  mənim 

oymağımdandır.  Mən  onu  səndən  daha  yaxşı  tanıyıram.  Onun 

mülayim rəftarına və məsləhətli sözlərinə qətiyyən inanmaq olmaz. 

Əgər  əlinə  düşsək,  bir  gün  bizi  cəzalandıracaq.  Şamlı  camaatı 

arasında  iddialı  adamlar  çoxdur,  buna  görə  də  o,  başqa  bir  adama 

vəzifə  verəcəkdir  ki,  onun  özünün  yetişdirməsi  olsun.  O,  məndən 

çox səni dəf etmək istəyəcək. Gərək özümüz haqqında düşünək". 

Sözün  qısası,  əlahəzrətin  dövlət  büsatını  bəzəyən  qeyb 

aləminin  iş  düzəldənləri  tədbir  yolunu  onların  bəsirət  gözlərindən 

gizlətdilər.  Onlar  da  [buna  görə]  heyrət  səhrasında  sərgərdən 

qaldılar.  O  tayfanın  ixtiyar  cilovunun  təqdir  rəhbəri  (qayed)  onları 

mətləblərinə  müxalif  olan  və  başı  göylərə  ucalan  dövlət 

övliyalarının məqsədlərinin yerinə yetməsi yoluna sövq etdi. 

Xülasə, İsmayılqulu xan istər-istəməz onun yanına getməyi 

qərara aldı, çünki başqa bir çıxış yolu tapmağa razılıq vermirdi. Çox 

danışıqdan sonra belə qərara aldılar ki, onların hər biri özünün bir 



617 

 

nəfər ağıllı və etibarlı adamını Qəzvinə göndərsin, şahzədəyə səcdə 



etsin, Mürşidqulu xanla görüşüb ona desin: "Əmirlər və xanlar əbədi 

dövlətin səbatı naminə öz mətləblərindən keçib, o iki dəstə arasında 

dava-dalaş  olmasını  istəmirlər,  xeyirxah  adamların  sözlərindən 

çıxmırlar,  buna  görə  də  onların  vəziyyətlərini  bəsirət  gözü  ilə 

müşahidə  edərək  qayıtmağı  qərara  almışlar  ki,  oranın  vəziyyətini 

öyrəndikdən sonra Mürşidqulu xanın istədiyi kimi hərəkət etsinlər. 

Əliqulu  xan  tərəfindən  Əhməd  bəy  Beyi,  İsmayılqulu  xan 

tərəfindənsə Əhməd bəy Begdeli Şamlı Qəzvinə getməyə hazırlaşdı. 

Onlar  yola  düşərək,  Mürşidqulu  xanla  görüşüb  ağıllı  və  işgüzar 

söhbətlər etdikdən sonra ondan mülayim rəftar, yağlı dil və arxayın 

əhval-ruhiyyə görüb geri qayıtdılar, orada görüb-eşitdiklərini bəyan 

etdilər. 

Xülasə,  istər-istəməz  Qəzvinə  getmək  qərarına  gələrək 

Savədən çıxdılar. Xoşkruda çatdıqda, Qəzvindən ustaclı ağsaqqalları 

cənab  Mir  Seyid  Hüseyn  Müctəhid,  Abbasəli  Sultan  Şamlı  və 

Əhməd  bəy  Eşikağası  elçi  sifətilə  gələrək,  Mürşidqulu  xanın 

adından əzəmətli xanlara  gəlişlərinin səbəbini bildirdilər. Dedikləri 

müxtəsər şəkildə belə idi: "Fələyin məsləhəti ilə qızılbaşlar arasında 

iki  tirəlik  başlamışdır  ki,  bunun  nəticəsində  aralıqda  şər  və  fəsadlı 

əməllər baş vermişdir. Buna görə də, dinin düşmənləri ürəkləndilər 

və  qızılbaşlara  xas  neçə  məmləkət  rumiyyənin  əlinə  keçdi.  Hal-

hazırda  isə  Xorasan  səmtində  özbəkiyyə  qoşunu  fürsət  tapıb  oranı 

tutmaq üçün hücuma keçmişdir. Əgər qızılbaşların arasındakı ixtilaf 

aradan götürülməsə, nə Xorasan ləşkərinin özbəklərə qüdrəti, nə də 

İraq qoşununun rumiyyəyə qüvvəti çatacaqdır. Əgər bu minvalla iki-

üç  il  də  ötsə,  din  və  dövlətə  böyük  xəsarət  yetişəcəkdir.  Mən, 

Abdullah xanın Xorasana gəlib çatdığı bu vaxtda dövlətə bunu layiq 

bilmədim ki,  İsgəndər şanlı nəvvabın böyük fərzəndi  və qızılbaşlar 

dövlətinin sərmayəsi olan, hümayunlarında  günəş kimi cahandarlıq 

nurları  (ənvar)  parlayan  bir  padşahzadəni  Xorasanda  saxlayıb 

özbəkiyyə  əsgərlərinin  mühasirəsinə  rəva  bilək.  Buna  görə  də  bu 

vəlayətnişan xanədanın bizə bəxş etdiyi haqqını nəzərdə saxlayıb o 

həzrəti 

bura 


gətirdik. 

Məqsədimiz 

birlikdən, 

dinin 


qüvvətlənməsindən  və düşmənlərin dəfindən başqa heç nə deyildir. 

Əzəmətli  xanlardan  və  bu  qüdrətli  dövlətin  ağsaqqallarından 

istəyimiz  budur  ki,  inad  və  qərəzi  tərk  etsinlər,  [biz  də]  bir-

birilərimizlə birləşib dövlətə layiq olan əməlləri qarşılıqlı məsləhət 

yolu ilə həyata keçirək. [Mürşidqulu xan] göndərdiyi adamlara belə 


618 

 

demişdi: "Əgər əmirlər və xanlar razılıq və birliyə (vəfaq və ettefaq) 



razı olarlarsa, onlar mənlə dəst olacaqları və mənə qarşı qərəzkarlığa 

yol  verməyəcəklərinin  [sübutu  üçün]  and  içsinlər".  Buraya  təşrif 

gətirənlər əvvəlcə Əliqulu xanın evinə  getdilər, İsmayılqulu xan və 

başqa  əmirlər  və  ağsaqqallar  da  onun  evinə  yığışıb  onlarla 

görüşdülər.  İsmayılqulu xan başqalarından tez öz razılığını bildirib 

Mürşidqulu  xanın  təşrif  gətirməsini  alqışladı.  Ağıllı  və  dərrakəli 

cavan olan Əliqulu xan bilirdi: "Hər ikisi eyni ustaclı tayfasından və 

vəkilüssəltənə  olduqlarından,  onların  ikisinin  bir  evdə  yaşaması 

mümkün deyildir, buna görə də onların hansı qüvvətlənə bilsə, o biri 

ilə yola getməyəcək". Başqa əlacı olmadığından, habelə İsmayılqulu 

xanın onunla nifaqı aydın olduğundan tam narazılıqla təklif olunan 

şərtlə  razılaşdı.  Buna  görə  də,  başqa  bir  əlacı  olmadığından  və 

İsmayılqulu xan ona qarşı nifaqının aydın olduğundan, ikrah hissi ilə 

olub-olacaqla  razılaşdı  və  edilən  təkliflə  əlaqədar  and  içdilər.  Bu 

qərara  gəldilər  ki,  əzəmətli  xanların  hər  biri  onlara  öz  etibarlı 

adamlarını qoşub şəhərə  getsinlər  və Mürşidqulu xana da kini tərk 

etməsi xüsusunda and içdirsinlər, görüş səadəti ilə  müşərrəf olaraq 

müxalifət qapılarını bağlasınlar. 

Bundan sonra əmirlər  və xanlar  elçilərlə birlikdə  İsgəndər 

şanlı  nəvvabın  yanına  getdilər.  Abbasəli  Sultan  və  cənab 

müctəhidüz-zəmani

419


  isə  əlahəzrət  [Şah  Abbas]  adından  böyük 

ataya  (Şah  Məhəmməd  Xudabəndəyə  -  Ş.F.)  dua  ərz  etdilər, 

mehribanlıq göstərdilər. Onlar Mürşidqulu xanın adından vəziyyətə 

münasib sədaqət və dövlətxahlıq ifadə edən sözlər ərz etdilər. Belə 

ikrahlı  tərəddüdlər  [İsgəndər  şanlı  nəvvabın]  şərafətli  xatirinə  xoş 

gəlmirdi.  O,  artıq  səltənət  işlərindən  yorulub  bezmişdi.  Buna  görə 

də,  İsgəndər  şanlı  nəvvab  əziz  fərzəndinin  təşrif  gətirməsindən 

şadlandı  və  Mürşidqulu  xanın  təklifini  bəyəndi.  Elçilər  öz 

məqsədlərinə nail olaraq yola düşdülər. Məhəmmədi bəy Sarı Solaq 

Mürşidqulu  xanla  görüşüb  Əliqulu  xanla  yaxşı  rəftar  etməsi  və 

aradakı nifaqın götürülməsi üçün ona and içdirtmək niyyətilə şəhərə 

getdi.  Ordunun  bütün  əyanları  da  adam  yollayıb  şahzadənin 

mübarək  qədəmlərinə  "mübarək  olsun"  dedilər.  Elə  ki,  İraq 

ləşkərinin  biri-birinə  dəyməsi,  əmirlərdəki  dəyişiklik  və  onlar 

arasında  ittifaqın  olmaması  xəbəri  Mürşidqulu  xana  məlum  oldu, 

ondan  müharibə baş  verəcəyi, qan axıdılacağı barədəki qorxu hissi 

                                                           

419


 Müctəhidüz-zəmani, yəni dövrün müctəhidi. 

619 

 

dağıldı,  beləliklədə,  o,  elə  böyük  işi  əlahəzrət  zilləllah  şahın  xəta-



bəladan uzaq olan iqbalı sayəsinda asanlıqla həll etdi. 

Amma,  buraya  gələcək  adamların  böyük  bir  toplum 

şəklində  yetişəcəklərindən  və  ona  bir  sədəmə  toxunacağından 

qorxdu.  Gecə-gündüz  onların  bir  yerə  toplanmasının  qarşısını 

almaq,  əmirləri  tək-tək  şəhərə  gətirmək,  Əliqulu  xan,  İsmayılqulu 

xan  və  Məhəmmədi  Sarı  Solaqla  ayrı-ayrı  görüşmək,  mümkün 

olduqca,  tez  bir  zamanda  onları  dəf  etmək  və  özünü  onların 

bəlasından qurtarmaq barədə düşünürdü. 

Cənab müctəhidüz-zəmani, Abbasəli Sultan və Əhməd bəy 

Eşikağası geri qayıdıb İraq əmirlərinin əhvalını və Məhəmmədi Sarı 

Solağın  gəlişini  dedilər,  Mürşidqulu  xan  hal-hazırkı  saatın  bəd 

olduğunu  bəhanə  gətirib  görüş  üçün  yaxşı  saatın  yetişəcəyi  vaxta 

qədər  Məhəmmədi  bəyin  tirə-kaman  qorçisi  Məhəmməd  Şərif  bəy 

Cavuşlunun  evində  qalması  barədə  sərəncam  verdi.  O,  sonra  ali 

hümayun  möhürünü basıb hər bir əmirin  və  vəzirin adına ayrı-ayrı 

məktublar  yolladı  ki,  onlar  əlbir  ola  bilməsinlər,  ayrı-ayrılıqda 

şahzadəyə mülazimət şərəfinə nail olsunlar. Bu halı müşahidə edən 

Məhəmmədi  bəy  bildi  ki,  Mürşidqulu  xan  və  onlar  arasında  saziş 

olmayacaqdır. 

Amma,  İsgəndər  şanlı  nəvvabın  ordusunun  vəziyyəti  belə 

idi: Məhəmmədi bəyin getməsindən sonra orduda tam ayrı-seçkilik 

başlandı.  Böyük  və  kiçik  döyüşçü  təbəqələri  heç  kimsənin  əmrinə 

tabe  olmayaraq  qorxu-hürküsüz  qaçdılar.  Ordu  dağılmağa  başladı. 

Hətta  şaha  məxsus  evlərin  əmələləri  öz  iş  yerlərini  atıb  getdilər. 

Nağaraxana  əmələləri  isə  kərənay  və  şah  nağaralarını  özləri  ilə 

götürüb  şəhərə  apardılar,  orada  əlahəzrətin  adını  nəvazişlə  çəkərək 

bərk səs-küy saldılar. 

Oradan  çıxıb  irəli  gəldikləri  gün  əmir-axurlardan, 

cilovdarlardan  və tövlə əmələlələrindən iki-üç nəfər də qalmamışdı 

ki, İsgəndər şanlı nəvvab və Əbu Talib Mirzəni ata mindirmək üçün 

cilov  çəkilsin.  Xidmət  əhlindən  Zeynal  bəy  Şərbətdardan,  bir  neçə 

usta  şagirdindən  və  qulamlardan  başqa,  Əbu  Talib  Mirzənin 

xidmətində  heç  kimsə  yox  idi.  Həmişə  səltənət  sarayının  ətrafında 

toplaşıb padşah və şahzadənin ata süvar olduqları vaxt kərənayçaları 

əzəmətli  əmirlər  bu  dəfə  dövlətxana  qapısına  gəlmədilər.  Onlar 

beləliklə  bir-birilərindən  şübhələnib  o  köç  zamanı  bir-biri  ilə 

görüşmədilər, hətta şəhərə gedən Məhəmmədi bəyin onlara nəsə bir 

xəbər  çatdıracağını  da  gözləmədilər,  şəhərə  gəlməkdə  səbirsizlik 



620 

 

edib dörd fərsəxlikdəki Məntərə adlı yerə çatdıqları gecə əmirlər bir-



birilərindən  xəbərsiz  şaha  baş  əymək  (səcdə)  və  Mürşidqulu  xanla 

görüşməkdə  biri-digərindən  qabağa  düşmək  istəyində  oldular. 

İsmayılqulu  xanın  qoşununun  sayı  və  adamları  çox  olduğu  üçün 

Əliqulu  xan  ondan  qorxurdu.  O,  gecədən  bir  qədər  keçmiş 

İsmayılqulu xandan xəbərsiz Əhməd Sultan Asayişoğlu, Qənbər bəy 

Gözüböyüklü  və  yanında  olan  bir  dəstə  adamla  şəhərə  rəvan  oldu. 

Elə İsmayılqulu xan da bu fikrə düşüb, Şahverdi Xəlifə Eynallı  və 

qardaşı  oğlu  olan  qorçiye-şəmşir  Həsən  bəy,  Piri  bəy  Eynallının 

oğlu  Rzaqulu  bəy  Eşikağasıbaşı  və  beş  yüz  nəfərə  yaxın  şamlı 

camaatı  ilə  birlikdə  atlara  süvar  olub  şəhərə  yollandı.  Hal-hazırkı 

vəzir Mirzə Məhəmməd və vəzirlikdən kənar edilmiş Mirzə Lütfi və 

onun  müstövfiəl-məmalik  olan  oğlu  Mirzə  Məhəmməd  Zaman 

narahat  oldular  ki,  məbadə  Əliqulu  xan  və  İsmayılqulu  xan  başqa 

fikrə düşüb tacik olan bu kəslərdə qızıl (zər) ola biləcəyi gümanı ilə 

onların var-dövlətinə əl uzadaraq başqa səmtə gedərlər düşüncəsi ilə 

həmin  gecə  nabələd  yollarla  şəhərə  yollandılar,  Qorxmaz  xan 

Şamlının evinə getdilər və ondan xahiş edib özləri ilə dövlətxananın 

qapısına  gətirdilər  ki,  elə  həmin  gecə  onun  vasitəsi  ilə  şərafətli 

ayaqöpmə  mərasiminə  yetib,  Mürşidqulu  xanla  görüşsünlər. 

Təsadüfən, onların hamısı, yuxarıda yazıldığı kimi, mübarək Qəzvin 

dövlətxanasında toplaşmışdılar. 

 

"Gördüyün hər kəsi görməkdəsən eyni dərddə"



420

 

 



misrasında  deyildiyi  kimi  orada  bir-birilərinin  yığışıb  gəldiyini 

gördülər.  Mübarək  dövlətxana  qapılarını  möhkəm  bağlayan 

Mürşidqulu  xan  onların  mühafizəsini  Xorasandan  gələnlərə 

tapşırmışdı. Elə ki, bu qədər camaatın gəlişindən xəbər tutdu, həqiqi 

məqsədi  o  iddialı  adamların  bir  neçəsini  aradan  götürmək 

olduğundan, bu beytin məzmununa uyğun olaraq: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin