AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə55/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   51   52   53   54   55   56   57   58   ...   96

Beyt[lər] 

 

Elə yürüdülər süvarilər ki,  

Silahlar töküldü əyinlərdəki.  

İgidlər cumdular vadiyə sarı. 

Qaldırdı torpaqdan qanad-oxları.  

Qoşuna rəhbərlik edən şəxslər.  

İzzət məqamından yerə düşdülər.

401


 

 

Ali  qoşunun  mülazimləri,  həmçinin  ustaclı  camaatının, 



türkman  təbəqəsinin  və  şamlı  tayfasının  əksər  döyüşçüləri  təkəli 

qoşununu  təqib  etməyə  başladılar.  Məhəmməd  xan  Təhmasib 

Mirzənin  çətirinin  yanında  dayanmışdı.  Söhbət  yasovulu  Ruhullah 

Zülqədər onu atdan yerə saldı. Əliqulu Sultan Zülqədər Məhəmməd 

xanın  üstünə  şığıyıb  onu  tutdu,  tacını,  xəncər  kəmərini  və  başqa 

silahlarını  Ruhullah  bəy,  xəncər  kəmərini  və  başqa  yaraqlarını  isə 

Əliqulu  Sultan  götürdü.  Atından  yıxılan  Təhmasib  Mirzəni 

Mehdiqulu  Sultan  Talış  tutub  saxladı.  Ustaclı  və  şamlı  tayfa 

döyüşçüləri  isə  müxalifləri  qılınclayıb,  çatdıqları  hər  kəsi  qətl 

edirdilər. 

Qələbə  və  zəfər  nəsimi  elə  əsdi  ki,  "Allah  yardımından 

başqa  heç  bir  yardım  yoxdur"

402

  -  ifadəsinə  uyğun  oldu  və  həmin 



qələbə  Allah-taalanın  məhəbbəti  sayəsində  nəvvab  şahzadənin 

fələyə ucalan bayrağını dalğalandırdı, o, etdiyi əhdə sadiq qalıb öz 

şahanə  mürüvvətini  göstərdi.  Ali  əmr  alan  carçılar  car  çəkdilər  ki, 

bundan  belə  qoy  heç  kimi  qətl  etməsinlər,  əsirləri  isə  diri  halda 

şahzadənin  şərafətli  nəzərinə  yetirib,  məğlubiyyətə  düçar  olanlar 

                                                           

401

 Beytlərin farscası: 



Səvaran ze hər su gorizan şodənd,  

Səlah əz təne-xiş rizan şodənd.  

To guyi dər an vadiye-səhmnak  

Ze tire-yəlan pər bəravərd xak.  

Bozorgane - ləşkər, sərane-sepah  

Bexari fətadənd əz ezz-o cah. 

402

 İfadənin ərəbcəsi: 



"Və min ən-nəsri ilə mən ində-l-lahi". 

574 

 

təqib  olunmasınlar.  Basılan  türkmanların  bir  dəstəsi  dağa  tərəf 



cumub aradan çıxdı. Ədhəm xan Quma, Sultan Məsum xan Savəyə 

qaçdı,  Ümmət  xan  Zülqədər  isə  Şiraza  getmək  niyyəti  ilə  bir  neçə 

nəfərlə  Yəzdə  qədər  gedə  bildisə  də,  orada  əfşarların  əli  ilə  qətlə 

yetirildi. Əmir xanın qardaşı İsmayıl Sultan, oğlanları Sultan Murad 

xan  və  Gülabı  xan,  habelə  qohumu  Şahbudaq  Sultan  Rum  tərəfə 

getdilər.  Sultan  Murad  xan  və  Şahbudaq  Sultan  yoldan  qayıtdılar, 

İsmayıl  Sultanla  Gülabi  xan  isə  çıxıb  getdilər.  İsmayıl  Sultan 

sonradan  əlahəzrət  zilləllah  şahın  xoşbəxt  hökmranlığı  zamanı 

Rumdan geri qayıdıb qızılbaşların yanına gəldi, Gülabi xan isə Əmir 

xanın damadı Şərəfxan Kürdün yanına - Bitlisə getdi ki, onların hər 

biri  haqqında  əlahəzrətin  uğurlu  hakimiyyətinin  şərhi  zamanı 

məlumat veriləcəkdir. 

Təkəli tayfası Əbhər səhrasına dağıldı. Əbu Talib Mirzənin 

lələsi  Xəlil  bəy  və  təkəlilərin  əksər  arif  adamları  öldürüldülər, 

ləşkərlərinin  sağ  qalan  döyüşçüləri  Həmədana  üz  tutdular,  onların 

böyük bir hissəsi isə Bağdada getdi. Müseyib xan Şərəfəddinoğlunu 

İsmayılqulu  xanın  qardaşı  Mürşüdqulu  bəy  tutub  gətirdi.  Məğlub 

olanların çoxusunu o yerlərin rəiyyəti elə atsız və paltarsız qoydu ki, 

qoy heç kim onların  günündə olmasın. Onlar sağ qalmağı qənimət 

bilib,  üryan-üryan  nicat  yolu  ilə  getməyə  başladılar.  Türkman  və 

təkəlilərin dağ peykərli dəvələrin üstünə yüklənmiş və döyüş yerinin 

yarım  fərsəxliyində  saxlanılmış  bütün  malları  və  yaraqları  qazilər 

tərəfindən  tarac  edildi.  Vəzir  və  etimadüddövlə  olmuş  Şah 

Qəvaməddin Hüseyn İsfahani döyüşdə öldürüldü, amma onun qatili 

məlum olmadı. Məhəmməd xanı hər tərəfdən araya alıb lənətləməyə 

başladılar. Yüz nəfərədək adam qılınclarını çəkərək, onu qətl etmək 

üçün  hazır  dayanmışdı.  Nəvvab  şahzadə  vaxtında  yetişib  həmin 

adamları  ondan  uzaqlaşdırdı,  ona  əfv  nəzəri  saldı  və  etibarlı 

adamlara tapşırdı ki, aparıb orduya çatdırsınlar. 

Xülasə,  qələbədən  sonra  nəvvab  şahzadə  özünün  xəzinə 

müşrifi  olan  Xacə  Ağaşah  Əbhərini  qələbə  muştuluğu  (moştoloqe-

fəth) almaq üçün orduya - Bilqeys* məkanlı ali möhtərəm bibisinin 

və başqa səltənət xanımlarının yanına yolladı. O, elə bir vaxt orduya 

gəlib  fəth  və  zəfər  xəbərini  gətirdi  ki,  şahzadənin  bibisi  və  başqa 

qadınlar  əvvəllər  gəlib-çatan  dəhşətli  xəbərlərdən  oldunca  pərişan 

idilər.  Ali  orduda  şadmanlıq  nağaraları  çalındı.  Novvab  şahzadə 

Allahın  lütfünə  şükr  edib,  şövkət  və  şan-şöhrətlə  ali  orduya  gəldi. 

Asiman-dan  və  yerdən  bu  fəthi  münasibətilə  "Mübarək  olsun" 



575 

 

səsləri  gəlir,  yer  kürəsinin  sakinlərinin  qulaqlarına  və  fələklərdə 



yaşayanlara "Əhsən" və "Afərin" sədaları gedib yetişirdi. Bu böyük 

qələbənin  əldə  olunmasında  nəvvab  şahzadəyə  Allahın  lütf  və 

inayətindən  savayı,  heç  bir  əmirin  və  müzəffər  əsgərin  köməyi 

dəyməmişdi. 

Elə  ki,  ali  dövlətxanaya  gəlib  çatdılar,  nəvvab  şahzadə 

hərəmxanaya  təşrif  apardı.  Müqəddəs  dudmanın  xanımları  o 

müqəddəs  zatın  sağ-salamat  və  qələbə  ilə  dönüşünü  şükrlə 

qarşıladılar, şad və xoşhal oldular. İki gecə və gündüz yatmadıqları 

üçün  bir  qədər  istirahət  etdilər.  Günün  sonunda  eyş-işrət  məclisi 

qurub,  görənlərə  ibrət  dərsi  verməkdən  ötrü  müxaliflərin  başlarını 

sarayın önündə yerə düzdülər. 

Həmin  gecə  söhbət  yasovulu  Şahverdi  bəy  Bayburdlunu, 

bu  zəfər  xəbərini  Təbrizə  -  İsgəndər  şanlı  nəvvaba  aparmaq  üçün 

yola  saldılar.  Ertəsi  gün  də  böyük  bir  məclis  qurdular.  Nəvvab 

şahzadə  qiymətli  daş-qaşlarla  örtülmüş  taxtda  əyləşdi,  əmirlər  və 

alişan xanlar, xüsusilə Əliqulu xan, İsmayılqulu xan, Pir Qeyb xan 

və Əsilməs xan onun sağ-solunda qərar tutdular. Müzəffər dilavərlər 

və qalib həvaxarlar başları, tacları və əsirləri bir-bir ona göstərdilə r. 

Şahzadə  əvvəlcə  günahsız  tifil  olan  qardaşı  Təhmasib 

Mirzəni  öz  mehribanlıq  ağuşuna  aldı,  ona  öz  yanında  yer  verdi. 

Sonra ali əmrə görə bağlı əlləri açılan Məhəmməd xan və Müseyib 

xana oturmaq üçün məclisdə yer verdilər və şahzadə onları əfv etdi. 

Amma  günahkar  olan  bəzi  adamlar  mallarının  müsadirə  olunub 

götürülməsindən  ötrü,  mühəssillərə*  tapşırıldı,  amma  bəziləri  azad 

buraxılaraq  intiqama  məruz  qalmadılar.  Məhəmməd  xanı  Əliqulu 

xana,  Müseyib  xanı  isə  İsmayılqulu  xana  tapşırdılar  ki,  onları 

mehman kimi izzət və ehtiramla saxlasınlar. Onlar xəcalət dənizinə 

qərq  olub,  etdiklərindən  peşiman  halda  alişan  əmirlərin  evlərində 

yaşamağa  başladılar.  Əliqulu  xan  Məhəmməd  xanla  ata-oğul  kimi 

davranırdı.  Şamlı  oymağından  olduğu  üçün  müxalif  ləşkərdə  olan 

Bilməz bəy  Asanoğlu Eynallı  və nəvvab şahzadənin qorçibaşılığını 

tərk  etmiş  Keçəl  Mustafa  Əfşar  cəzalandırıldılar.  Onlara  inək  yağı 

çəkdilər  və  neçə  gün  yağ  içində  qaldılar,  amma  ölüm  sərhədinə 

yaxınlaşdıqda  Bilməz  bəy  –  İsmayılqulu  xan  Şamlının  şəfaəti  və 

Keçəl Mustafa - Əliqulu xanın xahişi ilə ölümdən xilas oldular. 

Bütün  kama  yetən  sultanların  fəthlərinə  bərabər  olan  bu 

məşhur  fəthdən  sonra  nəvvab  şahzadə  dövlətin  paytaxtına  doğru 

yola  düşdü  və  xoşbəxt  bir  saatda  hümayun  dövlətxana  aləm 



576 

 

şahzadəsinin  qədəmlərindən  cənnət  bağına  döndü.  Həmin  döyüşdə 



igidlik  göstərən  və  vəfadar  olan  adamlara  bol  nəvazişlər  olundu, 

onlar çoxlu ənamlarla mükafatlandırıldılar. 

Bir neçə gündən sonra Ədhəm xan Qumdan, Sultan Məsum 

xan  isə  Savədən  paytaxta  gəlib,  boyunlarına  qılınc  qoyaraq, 

günahkarlar kimi nurlu nəzər önündə dayandılar. 

Həmişə  Ədhəm  xana  xüsusi  şəfqətlə  baxdığından  şah 

(şahzadə?) arabir deyirdi ki, Ədhəm xan o üsyankarlara  ikrah hissi 

ilə qoşulubdur. Buna görə də, onun keçmişdəki sədaqətini və layiqli 

xidmətini  nəzərə  aldılar  və  onu  əfv  edərək  bu  beytin  məzmununa 

əməl etdilər. 

 

Beyt 

Dəstlarından niyə oldun məhrum?  

Niyə düşmənlərə meyl eylərsən?

403


 

 

Amma,  hələ  bu  hadisələr  baş  verməzdən  əvvəl  yasaqdan 



yayınan, qəbahətli işlər görən və Savənin rəiyyəti, aciz adamları və 

əlinin altındakılarla pis davranan Sultan Məsum xan cəzalandırıldı, 

onun  bütün  var-dövləti  və  mülkləri  divana  verildi.  İraqın  ən  yaxşı 

yerlərindən olan Rey ülkası Təbriz əvəzinə Əliqulu xana, Həmədan 

ülkası Pir Qeyb xan Ustaclıya verildi. 

 

Beyt 



 

Baş şəhərdir və səxavətli şəhər Reydir, Rey, 

Bütün aləmdə Reyin bənzəri yoxdur şəksiz.

404


 

 

Başqa  ustaclı  əmirlərindən  Əliqulu  xanın  qardaşı 



Hüseynqulu Sultan, Cəfər Sultanın oğlu Allahqulu Sultan Kəngərli, 

Əhməd Sultan  Asayişoğlu, Ənut (Ayqut) Sultanın oğlu Mehdiqulu 

Sultan  Çavuşlu  və  başqalarına  ülka  və  yaxşı  vilayətlər  inayət 

olundu.  "Yoldaş"  adlanan  və  ali  təvaçibaşı  mənsəbində  olan 

                                                           

403


 Beytlərin farscası: 

Dustan-ra koca koni məhrum?  

To ke ba dəşmənan nəzər dari. 

404


 Beytlərin farscası: 

Mədəne-mərdəmi-yo kane-səxa, şahe-belad 

Rey bovəd, Rey ke ço Rey dər həme aləm nəbovəd 


577 

 

İsmayılqulu  xana  isə,  qərara  görə  divan  sənədlərinin  və  hökmlərin 



üstündə  möhür  vurmaq  vəzifəsi  (möhrdar  -  Ş.F.)  verildi.  Onun 

qardaşı  Mürşüdqulu  Sultana  Fərahan  ülkası  mərhəmət  olundu. 

Möminlər şəhəri Qum isə Şahqulu Xəlifə Möhrdarın nəvəsi Əliqulu 

Sultan Quroğluya çatdı. Sabiqdəki kimi Fars əmirülüməralığı Əlixan 

Şadi  Təkəlı  Zülqədərə  şəfqət  olundu.  Qərara  alındı  ki,  əzəmətli 

əmirlər  tezliklə  ləşkər  bəzəyib  müzəffər  orduya  birləşsinlər. 

Təhmasib  Mirzəni  bir  neçə  müddət  qalmaqdan  ötrü  kütvalı  Əliqli 

xanın  qohumlarından  olan  və  qicli  (?)  tayfası  tərəfindən  qorunan 

Ələmut qalasına yolladılar. 

İt ilinin novruzundan iki-üç ay keçmişdi və Rum ləşkərinin 

hərəkətə  başlamasından  isə  daha  bir  iki  ay  keçirdi  ki,  nəvvab 

şahzadə  müdam  Təbriz qalası barədə fikirləşirdi  və narahat idi. O, 

məmləkətlərdən gələcək ləşkərlərin toplanmasını gözləmədən atının 

yüyənini Təbriz darüssəltənəsinə doğru çevirdi. 



 

NƏVVAB ŞAHZADƏNİN TƏBRİZ TƏRƏFƏ YÜRÜŞÜ, RUM 

LƏŞKƏRİNİN GƏLİŞİ, CALAL ORDUSUNUN QARABAĞA 

GEDİŞİ, ORADAN İRAQA QAYIDIŞI VƏ BAŞ VERƏN BƏZİ 

HADİSƏLƏRİN ŞƏRHİNİN ZİKRİ 

 

Nəvvab  şahzadə  iki  aya  qədər  Qəzvin  darüssəltənəsində 



zəruri  işləri  nizama  salmaq  və  müzəffər  ləşkərin  vəziyyətini 

yaxşılaşdırmaqdan  ötrü  qaldıqdan  sonra  Təbrizə  təşrif  buyurdu.  O 

ali  himmətli  şəxsin  bütün  fikri-zikri  oraya  Rum  ləşkəri  gəlməzdən 

əvvəl  Təbriz  qalasını  tutmaq  və  oranı  yerlə-yeksan  etməyə 

yönəlmişdi.  Bu  arada  qızılbaş  tayfaları  gərək  öz  qeyrət  və 

birliklərini  üzə  çıxarıb  din  və  dövlət  düşmənlərinin  dəfini  öz 

qayələri  edə  biləydilər,  bir-biriləri  ilə  mütəffiq  olub  bellərinə 

himmət  kəməri  bağlayaraq  o  güclü  düşməni  əzəydilər.  Belə  bir 

niyyətlə ləşkərin şahzadənin istəyincə bir yerə toplanmasından ötrü 

onlar  bir  neçə  gün  Sultaniyyə  çəmənliyində  gözlədilər.  Amma, 

hələlik  qızılbaşların  bəxt  ulduzu  parlamadığmdan,  iqbal  səadəti 

onlardan  kənar  idi.  Mirzənin  arzuladığı  ləşkər  yığılması  mümkün 

olmadı,  çünki  şahzadə  ilə  yaxşı  münasibətələri  olan  türkman  və 

təkəli  tayfaları  üzvlərinin  bir  hissəsi  ya  öldürüldülmüş,  ya  da  əsir 

düşmüş,  başqaları  isə  şahzadənin  mürüvvət  və  əfvinə  baxmayaraq, 

dağışılıb ətraf yerlərə səpələnmişdilər. 



578 

 

İsfahan,  Yəzd,  Əbrkuh,  Kirman,  Kuh-Giluyə  və  o 



ətraflardakı əfşar əmirləri və tayfası Qulu bəy Qorçibaşının xəyanəti 

və  qalaya  fərarından  sonra  qorxuya  düşmüşdülər.  Onların  bəziləri 

ayaqlarını  rahatlıq  və  əmin  -  amanlıq  ətəyinə  yığmışdı  və 

başqalarının  da  gəlişi  gözlənilirdi.  Amma  vaxtın  darlığı  dayanıb 

onlan  gözləməyə  imkan  vermirdi.  Buna  görə  də  şahzadə  onların 

qayıdışını və ləşkərə birləşmələrini gözləmədən, ali orduda toplanan 

on  min  nəfərlə  Sultaniyyə  çəmənindən  çıxıb  köç-köç  Təbriz 

darüssəltənəsi  yaxınlığına  çatdı,  xoşbəxt  bir  saatda  sağ-salamat 

həmin cənnətməkən yerə yetişdi. 

İsgəndər şanlı nəvvab öz səadət nişanlı fərzəndini istiqbal 

etmək  ücün  şəhərdən  çıxıb  bir  fərsəx  yol  gəldi.  Əvvəlcə  qiymətli 

şahzadə  Əbu  Talib  Mirzə  irəli  çıxdı,  atından  düşdü,  öz  böyük 

qardaşı  ilə  görüşmək  səadətinə  çatdı.  Elə  ki,  nəvvab  şahzadənin 

gözü İsgəndər şanlı padşahın hümayun çətirinə düşdü, ədəblə atdan 

yerə düşərək alimiqdar atasının əl-ayağını öpdü. Şahzadə hümayun 

məiyyətlə  birgə  şəhəra  gəlib  Pirə  Məhəmməd  xan  Çavuşlunun 

mənzilinə düşdü. İsgəndər şanlı nəvvab isə ertəsi gün həmin şərafətli 

evə  təşrif  gətirdi,  oğluna  mehribanlıq  göstərdi.  Nəvvab  şahzadə 

şahanə  bir  məclis  qurdu,  layiqli  tərzdə  payəndazlar,  müxtəlif 

yeməklər,  növbənöv  içkilərdən  ibarət  ziyafət  və  mehmannəvvazlıq 

ləvazimatlarını  gətirdib  "Bəndə  və  ona  məxsus  hər  şey  onun 

mövlasından  ötrüdür"

405

  misalına  uyğun  olaraq  atasına  qiymətli 



hədiyyələr təqdim etdi. Amma o həzrət özünün iltifat alicənablığına 

(hemməte-eltefat)  görə  hədiyyələrə  diqqət  yetirmədi,  öz  səadətli 

fərzəndi  inciməsin  deyə  çox  az  hədiyyə  ilə  kifayətlənib,  yerdə 

qalanını isə ali sərkara verilməsini buyurdu. 

Bayram,  şadyanalıq,  eyş-işrət  bitdikdən  sonra  qalanı 

tutmağa  yollandılar.  Həsən  padşah  türbətinin  yanına  böyük  bir  top 

gətirdilər və topçular top atmağa başladılar. 

 

Qızılbaş qoşunun rumilərin qalasına  



yürüşü və məqsədə yetə bilməmələri: 

 

Sahibabad  səmtindən  hücuma  keçib,  gecə-gündüz  qalanı     



tutmaqdan ötrü çoxlu səylər etdilər. Amma, uruşu və məqsədə rum 

                                                           

405

 İfadənin ərəbcəsi: 



"Əl-abd və mə fi yədihi kənə mavləhu". 

579 

 

ləşkərinin sərdarı olan Fərhad paşaya   aləm şahzadəsinin təkəli və 



türkman  tayaları  üzərində  qələbəsi,  onun  Azərbaycana  qayıdışı  və 

Təbriz qalasını ələ keçirmək naminə səyi xəbəri gəlib çatan kimi, o 

qalanın tutulacağından narahat oldu, Cəfər paşaya kömək və imdad 

göstərməsindən  ötrü  sürətlə  tez-tələsik  Təbrizə  doğru  üz  tutdu. 

Müzəffər  ləşkər  qalanı  tutmaq  üçün  əlləşən  zaman  rum  ləşkərinin 

hərəkətə başlayıb Təbrizə yaxınlaşma xəbəri gəlib çatdı. Qalibiyyət 

əsgərləri fikir  və təlaşa düşdülər. Qalaya yürüşün ləşkərin boş yerə 

vaxt  itirməsinə  səbəb  olacağını  bildiklərindən,  bunu  məsləhət 

bilmədilər, çünki yürüş ləvazimatı hələ hazır deyildi. Amma, rəy və 

tədbir sahibləri  vaxtın darlığından  yürüşə keçməyə razılıq  verdilər. 

Belə qərara alındı ki, qalaya hər tərəfdən ümumi bir hücum həyata 

keçirilsin.  Əgər  [belə  olan  halda]  fəth  və  zəfərin  çöhrəsi  murad 

güzgüsündə görünərsə, ağıllı adamlar və döyüş meydanının igidləri 

[sonradan]  onları  heç  cür  günahlandıra  bilməzdilər.  Hamının 

razılaşmadığı  bu  xam  istəklə,  istər-istəməz,  ertəsi  gün  sübh  tezdən 

nəvvab  şahzadə  şərafətli  Həsən  padşah  məscidinə  təşrif  gətirdi, 

döyüşçülərin,  razılaşdıqları  kimi  yürüşə  başlamaları  əmrini  verdi. 

Şüarları  sədaqət  olan  igidlər  özlərinin  həyat  nəqdini  qurbanlıq 

sikkəxanasına gətirərək əllərinə, igidlik nərdivanlarını isə çiyinlərinə 

götürdülər və hər tərəfdən qalaya üz tutdular. 

Amma  rumilər  əvvəlki  günlərdən  başlayaraq  daha  çox 

ehtiyatkar  olmağı  nəzərdə  tutaraq  qala  yolunu  bir  ləhzə  də  olsun 

nəzarətsiz  qoymurdular.  Onlar  bürc  və  barılar  üstünə  çıxaraq 

müdafiə olunmağa və döyüşməyə hazır idilər. 

Hər  tərəfdən  tüfəng  güllələri  yağmağa  başladı. 

Tüfənglərdən  çıxan  tüstü  havanı  qap-qara  qaraltdı.  İgidlərin  bu 

nərələrindən  səsləri  fələklər  qalasınadək  gedib  çatırdı  Ölənlərin  və 

daş,  nizə  ilə  yaralananların  çoxluğundan  xəndəklər  büsbütün 

dolmuşdu.  Qaniçən  Bəhram  heyrətlə  o  meydanın  bütün 

döyüşçülərinə baxırdı. Güllə dəyməyən bir dəstə şücaətli əsgər qala 

ayağına  nərdivanlar  gətirərək  onlan  dikəldib  divara  qalxmağa 

başladılar.  Onlar  qala  qoruyucularının  silahlı  müqaviməti  ilə 

rastlaşıb  nərdivanın  başından  xəndəyə  dığırlanırdılar.  Xülasə 

müzəffər  əsgərlərin  coxusu  bu  yürüşdə  aciz  qalıb  yoxluq  (ədəm) 

yoluna düşdələr və yürüşdən heç nə əldə olunmadı. 

Qüvvətli  dövlətin  övliyaları  küskün  və  pərişan  oldular, 

Təbriz əhalisi iztiraba düşdü. Cinlərin və insanların xaliqi bu göylərə 

baş  vuran  qalanın  alınmasını  xoşbəxt,  səadətli  və  zəfərli  əlahəzrət 



580 

 

şəhriyarın  (Şah  Abbas  -  Ş.F.)  hakimiyyət  vaxtına  saxladığından, 



aləm şahzadəsinin və zəfər nişanlı qazilərin heç bir səyi baş tutmadı. 

Xülasə, qalanın fəth oluna bilməməsinə görə ləşkərə böyük 

dərd  və  ümidsizlik  üz  verdi.  Rum  qoşununun  şəhərə  girməsinə  az 

məsafə  qalmışdı.  Buna  görə  də  ali  əmr  olundu  ki,  şəhərin  əhalisi 

çıxarılıb  Qəzvin  darüssəltənəsinə  aparılsın,  ali  ordunun  əmir  və 

əyanları isə dəvələr və ulaqlarla onlara köməklik etsinlər. Əmrə tabe 

olan  sahibkar  və  əyanlardan  ibarət  bir  dəstə  adam  (ərbabe-yəqin) 

fərmana əməl edib Qəzvinə rəvan oldular, çox miqdar ortabab adam 

isə  şəhər  və  mahallara  elə  səpələndilər  və  şəhər  elə  boşaldı  ki, 

"evdən  başqa  diyar  yoxdur"

406

  deyimi  həmin  cənnət  misal  yerin 



halına  münasib  oldu,  bir  gecə-gündüz  müddətində  həmin 

cənnətməkan şəhər boşaldı. 

Təbrizlilər  şəhərdən  çıxdıqdan  sonra  cah-calal  ordusu  da 

Urumdul və Zəmmar tərəfə yollandı ki, rum ləşkərinin kəmiyyəti və 

keyfiyyəti barədə məlumat alandan sonra vaxta münasib və dövlətin 

istəyinə müfaviq olaraq onlarla hərb etmək üçün geri qayıtsınlar. 

Ertəsi  gün  Fərhad  paşa  şəhər  ətrafına  çatıb  Çərəndabda 

yerləşdi, özü ilə gətirdiyi illik azuqəni və silahı qalaya yığdı. Qalaya 

edilən  hücumlardan  təngə  gələn  bir  dəstə  əsgəri  yeniləri  ilə  əvəz 

etdi.  Qalanı  lazımi  hər  şeylə  təmin  edərək,  ləngimədən  geriyə 

qayıtdı.  O,  Təbrizdə  olduğu  bir  neçə  gün  ərzində  ali  orduya  elçi 

göndərib  Əliqulu  xana  və  qızılbaş  əmirlərinə  sülh  barədə  məktub 

çatdırmışdı. 

 

Sülh barədə Fərhad paşanın Əliqulu xana naməsi: 

 

Məzmunu  belədir:  "O  gündən  ki,  fəsad  əhli  olan  müfsid 



adamların  hərəkətləri  nəticəsində      padşahlar  arasında  çaxnaşma 

(şureş)  başlandı,  bir  neçə  min  adam  həlak  olmuşdur.  Bizim 

tərəfimizdən  sülh  məsələsi  ortaya  gətiriləndə.  Xatırlatmışıq  ki, 

Osmanlı  padşahlarının  qanununa  əsasən  ale  -  osmanın  əlinə  keçən 

hər  bir  yer  onun  olmalıdır  və  həmin  yerlərdən  əl  çəkmək  bu 

sülalənin  qanunu  deyildir,  siz  isə  çalışın  ki,  yerləriniz  əlinizdən 

çıxmasın.  Amma,  inadkar  qızılbaşlar  bununla  razılaşmırdılarsa  da, 

hər il bir vilayəti əldən verirdilər və nəhayət onlar İran padşahlarının 

paytaxtı olan Təbriz şəhərini əldən çıxardılar. Əgər inadkarlıq həmin 

                                                           

406

  İfadənin ərəbcəsi: "Leysə fi-d-dari qeyruhu diyarun". 



581 

 

qaydada davam edərsə, gələn il Ərdəbil və İraqı itirəcəksiniz. Sizlər 



o  xanədanın  (səfəvilərin  -  Ş.F.)  yetirdiyi  adamlar  olduğunuzdan, 

bizim xeyirxah nəsihətimizi qəbul edib, sülhə razı olun və adlı-sanlı 

şahzadəni də sülhə rəğbətləndirin. Ona bildirin ki, qızılbaş tayfaları 

arasında  birliyin  olmaması  və  onların  vəziyyətinin  pisləşməsi  rum 

əhlinə  məlum  olmuşdur.  Buna  görə,  belə  güman  edirik  ki,  İran 

mülkünü  almaq  bizə  asan  bir  işdir.  O  böyük  xanədanın  rəhbərlik 

etdiyi dövlətin ağıllı işi bu ola bilər ki, inadkarlıqdan əl çəkib, həzrət 

xandgar  ilə  dostluq  sazişi  bağlasınlar.  Onlar  gərək  nə  yolla  olursa-

olsun  özlərindən  dəstluq  əlaməti  zahirə  çıxarsınlar  ki,  bu  tərəfin 

xeyirli düşüncəsi olan adamları da dotluğa razı olsunlar. Biz gərək 

Allah  qullarının  və  əhalinin  asayişi  naminə  xeyirxahlıq  nümayiş 

etdirib sülh müamiləsini qüvvətləndirək ki, bundan sonra dava-dalaş 

və inadkarlıq tərk olunsun". 

Fərhad paşanın naməsi çatdıqda qürurlu və cahil olan bəzi 

əmirlər  dedilər:  "Belə  söhbətdən  Fərhad  paşanın  mətləbi  budur  ki, 

əgər  rum  ləşkəri  geri  qayıtsa,  qızılbaşlar  Təbriz  qalasına  hücum 

etməsinlər  və  qala  bu  tədbirin  sayəsində  onların  əllərində  qalsın. 

İndi biz gərək fürsəti əldən  verməyək  və onlar geri qayıdanda qala 

ayağına  gedib,  onu  ələ  keçirməyə  cəhd  edək.  [Təbriz]  qalasının 

fəthindən  sonra,  rumilərin  qalalarda  daldalandıqları  qış  fəslində 

onların vilayətlərinə hücuma keçib, o diyara qətl-qarət atəşi vuraq". 

Qızılbaş  tayfaları  arasında  razılaşmanın  və  biri-birinə 

ehtiramın  olmamasından  incik  qalan  nəvvab  şahzadə  məsələyə 

tədbir  və  səbir  gözü  ilə  baxıb  dedi:  "O  zamandan  bəri  ki,  rumilər 

üzümüzə  dava-dalaş  qapılarını  açmış  və  bizim  hər  il  bir 

məmləkətimiz  əldən  getmişdir,  qızılbaş  tayfaları  bir-birilə  nifaqda 

olmuşlar. Onlar rumilərin fəth etdikləri bircə yeri belə geri qaytara 

bilməmişlər. Əgər bu minval ilə bir-iki il də keçsə, bu dövlətdə tam 

zəiflik  (fotur)  olacaqdır"  O,  gələcəyi  nəzərə  alıb  inadkarlığa  yol 

verməyərək əmirlərin məsləhətinin əksinə getdi. Elçilərlə dəstcasına 

danışdı,  cavab  məktubu  yazdı,  sülh  sazişinə  razı  oldu,  amma  belə 

şərt qoydu: "Təbriz vilayəti qızılbaşların qədim gurxanəsi (gor evi  - 

Ş.F.)  olduğundan,  rumilərin  o  şəhərdən  ötrü  gücləri  çatınca 

vuruşacaqlarına baxmayaraq, biz də bacardığımız qədər çalışacağıq 

ki, onlar oradan əl çəksinlər". 

Fərhad  paşa  yenidən  adam  yollayıb  izhar  etdi:  "Qoy 

kamkar  şahzadələrdən  birini  dostluğumuzun  möhkəmləndirilməsi 

naminə  xandgarın  hüzuruna  göndərsinlər  ki,  o,  padşahın  başqa 



582 

 

fərzəndləri silkinə qatılsın. Əgər belə olarsa  mümkündür ki, Təbriz 



vilayətini  həmin  şahzadəyə  verələr,  yox  əgər  belə  olmazsa,  sizin 

təklifiniz qəbul olunmayacaq". 

Bu məsələ ağla sığdığı üçün nəvvab şahzadə bir şahzadənin 

gönlərilməsinə  razılıq  verdi,  Əliqulu  xan Fəthoğlu  da  bu  xüsusdan 

onunla  həmfikir  oldu.  Qərara  aldılar  ki,  nəvvab  şahzadənin  lələsi 

Fəthoğlu  olan  on  kiçik  oğlunu  -  sultan  Heydər  Mirzəni  xandgarın 

yanına  yollasmlar.  Baxmayaraq  ki,  bu  qərar  şahın  və  ordunun 

istəyinə  müfaviq deyildi, amma o  vaxtlarda şiələrin  vəziyyətlərinin 

mühafizəsi  və  pərişanlığı  son  həddə  çatan  başqa  rəiyyətin  asayişi 

naminə buna razılıq verildi. 

Elçi  qayıtdıqda,  Fərhad  paşa  onlan  öyrəndi  ki,  nəvvab 

şahzadə  qızılbaşların  əks  rəylərinə  baxmayaraq,  xondgarla  dostluq 

və  birlik  məqamına  gəlib  çatmışdır.  O  həzrətin  hərəkətini  bəyənib 

belə  dedi:  "Kaş  ki,  Təbriz  fəth  olunmazdan  əvvəl  bu  məqama 

gələydilər". 

Fərhad paşa işin belə gedişini özünə iftixar sərmayəsi zənn 

edib  düşünürdü  ki,  məhz  onun  vasitəsilə  müqəddəs  Səfəvi 

xanədanının bir şahzadəsi rum padşahının xidmətində   qalaraq ale-

Osman  şahlarının  ucalığını  və  əzmini  daha  da  artıracaqdır.  O,  bu 

məsələdə  israr  edib  mötəbər  rum  ağalarından  olan  Vəli  ağa 

Çaşnigirbaşını    alimiqdar  şahzadənin  gətirilməsi  və  sülh 

bağlanmasından ötrü nəvvab şahzadənin xidmətinə yolladı. 

Vəli  ağa  Gəncə  şəhərində  ali  saraya  gəlib  elçi  olduğunu 

bəyan etdi. Onu Əliqulu xanın evində yerləşdirərək izzət və ehtiram 

göstərdilər.  Fərhad  paşa  Ərzruma  qayıdıb  orada  qışladı.  O,  elçinin 

geri  qayıdışını  və  şahzadənin  gəlişini  gözləyirdi.  Fərhad  paşa 

dəfələrlə məktub yazıb belə göstəriş verdi: "Gələn il rum ləşkərinin 

yürüşü  başlamazdan  əvvəl  elə  olmalıdır  ki,  elçi  dostluq  naməsi, 

töfhə  və  hədiyyələrlə  birgə  adlı-sanlı  şahzadəni  də  özü  ilə  gətirsin 

ki,  biz  ali  padşahın  dərgahına  gedərək  sülh  danışıqlarını 

qüvvətləndirək və çalışaq ki, həzrət xandgar Təbriz vilayətini təhvil 

versin". 

Nəvvab  şahzadə,  yuxarıda  qeyd  olunduğu  kimi,  faydalı 

sülh işinə meyilli olduğundan belə qərara gəldi ki, İraqa gedib orada 

şahzadənin  yar-yarağının  və  əşyalarının  tədarükünü  görsün  və  onu 

sədaqət izhar edən namə ilə məqsədə doğru rəvan etsin. 

O, özünün ali sərkarına tapşırılan və cahanın pak, İranınsa 

məşhur şəhərlərindən olan İsfahanı görməyə çox meyil edirdi. Buna 



583 

 

görə də oraya yollanmaq istədi. İstədi ki, o ürəkaçan yerdə bir neçə 



gün eyş-işrətə qurşanıb özünü həyat qayğılarından azad etsin. İstədi 

ki, əfşar və zülqədar tayfalarının iqtidarı altında olan Fars, Kirman, 

Yəzd  və ətraf  yerlərin işlərini nizama salsın, çünki həmin  yerlərdə 

hər  cür  pozğun  (moxtəll)  əməllər  baş  verir,  həmin  mahalların 

özlərindən  razı  hakimləri  öz  başlarını  özbaşınalıq  və  üsyan 

yaxasından yuxarı qaldırmışlar. 

O,  İmamqulu  xanı  gözəl  xələtlərlə  nəvazişləndirib 

Qarabağın  bütün  işlərinin  icrasını  onun  öhdəsinə  qoydu. 

Azərbaycanla  bağlı  başqa  məsələlərin  icrası  isə  faydalı  sülh 

sazişlərinin  imzanlanmasına  qədər  saxlanıldı  ki,  sonradan  din  və 

dövlətin razılığı ilə həyata keçirilsin. Beləliklə, o, Gəncə şəhərindən 

çıxaraq  Əbu  Şəhmə  adlı  bir  yerdə  dayandı.  Həmin  əsnada  isə, 

şəbədbaz fələyin kələyi sahəsində o kamkar şahzadə şəhid edildi. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin