AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə53/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   49   50   51   52   53   54   55   56   ...   96

Misra 

 

Sən hər nə buyursan hiz ürəkdən ona sadiq.



391

 

 



Nəvvab  şahzadə  buyurdu:  "Bizim  bu  məsələ  xüsusundakı 

bütün  təkidimiz  şirin  xatirinizə  yönəlməyibdir,  biz  bunu  öz 

xatirimizə  edərik,  çünki  sizi  biz  tərbiyələndirib,  şəfqətlərə  nail 

etmişik. Düşmənlər də bu barədə başqa söz deyə bilməzlər. Bu bizə 

qarşı  olan  bir  ədəbsizlik  (sui-ədəb)  və  səltənət  iqtidarının  yoxluğu 

deməkdir. Buna görə də, sözümün üstündə durub, ali xatirin razılığı 

əleyhinə  olan  heç  bir  işə  razılıq  verməyəcəyəm.  Tezliklə  hakimlər 

hakimi  olan  Allahın  köməyi  ilə  bizimlə  o  ədəbsiz  haramnəməklər 

xüsusunda hökm veriləcəkdir. Siz öz qeydinizə qalın". 

Ertəsi  gün  ali  bargahda  heyrətamiz  bir  hadisə  baş  verdi. 

Qızılbaş fitnəkarlarından olan və həmişə fitnə-fəsad törədən Hüseyn 

Əli bəy Əlkəsənoğlu Zülqədərin qardaşı oğlu İsmayılqulu özü kimi 

bir neçə fitnəkarla, o cümlədən Şahsuvar bəy Qapıçıbaşının qardaşı 

Təhmasibqulu  bəy  Qapıçı  Əfsar,  Xəlifə  Qacar,  keşik  çəkən  bəzi 

əzəmətli  qorçilər  və  başqaları  əyinlərini  dövlətxahlıq  libasları  ilə 

bəzəyib yaltaqlıqla danışıq aparmağa gəldilər. 

Xülasə,  onlar  dedilər:  "Padşah  dərgahında  ən  ümdə 

mülazimlər əzəmətli qorçilərdirlər və onlar dövlətin hər işinə qarışa 

bilirlər  və başqalarının onlara tabe olmaqdan  özgə əlacları  yoxdur. 

İndi  bizim  önümüzə  bir  çətinlik  çıxmışdır.  Heç  bilmirik  ki,  niyə 

Əliqulu  xan  Fəthoğlu  və  Məhəmmədi  Sarı  Solağı  incitməməkdən 

ötrü  qızılbaş  tayfaları  iki  dəstəyə  ayrılmışlar  və  döyüş  baş 

verməkdədir.  Nə  üçün  bütünlüklə  yığışıb  gələn  təkəli,  türkman  və 

zülqədər  əmirləri  xidmətə  yetişib  rumilərin  qalasını  tutmaqdan  və 

sizin köməkçiləriniz olmaqdan ötrü bir yol tapa bilmirlər?" 

Qızılbaş sufilərindən "pirə" və "xəlifə" adlanan bəzi ağılsız 

və  sadəlövh  adamlar  bu  söhbəti  "sufigərilik"  və  "sədaqət" 

adlandıraraq,  onları  alqışladılar,  sözü  bir  yerə  qoyub  bu  qərara 

gəldilər ki, nəvvab şahzadənin yanına gedib onun müridləri kimi öz 

                                                           

391

 Misranın farscası: 



Ma del nehadeim be hər çiz rəye-tost. 

556 

 

çətinliklərini ərz və bu işin həllini xahiş etsinlər. Qorçilərin cahil və 



müxalif  olan  bəzi  nümayəndələri  isə  belə  fikrə  düşdülər  ki,  əgər 

kamkar  şahzadədən  bir  razılıq  olmasa,  hamılıqla  Əliqulu  xan  və 

Məhəmmədinin  üstünə  gedib  onları  və  bu  işə  maneçilik  edənlərin 

hamısını qətl etsinlər. Onlar bu fəsadlı xəyal ilə qışqırıq salıb dedilər 

ki, kim şahı sevən  və bu dövlətin  xeyrxahıdırsa qoy bizə qoşulsun. 

Böyük  bir  dəstə  hücuma  keçdi.  Xalq  arasına  "şahısevənlik  sədası" 

düşdü və o adamların böyükləri nəvvab şahzadənin sarayına doğru 

yollandılar. 

Cahil və şər adamlar sözün işə keçməsindən ötrü əvvəlcə, 

Əliqulu xanın rikabxanə (qoşunların qaldığı yer - Ş.F.) və biyutatına 

(evlərinə - Ş.F.) hücuma keçib, onun sərkarının çoxlu silah-sursatını 

qarət  etdilər.  Onların  öldürülmə  xəbəri  şəhərə  yayıldı.  Həmin 

yerlərdə  olan  Əliqulu  xan,  Məhəmmədi  və  ustaclı  əyanlarının 

mülazimlərinin əksəriyyətinə  məxsus evlər tarac olundu. Bu müjdə 

təkəli və türkman əmirlərinə çatdıqda, xeyli sevindilər. 

Xülasə,  şahısevənlərin  üsyan  və  qovğasından  ali  məclis 

adamlarının  əhvalı  dəyişdi.  Onlar  pəncərə  önündə  yığışdılar. 

Üsyançıların mötəbər adamları öz iddialarını ərz etməyə başladılar, 

amma  üstüörtülü  danışıb,  kimsənin  adını  çəkməyə  cürət  etmədilər. 

Nəvvab şahzadə söhbətin başlanğıcında barışıq diləyi ilə ərz etdi ki, 

bizim  və  sizin  padşah  və  mürşidimiz  İsgəndər  şanlı  nəvvabdır  ki, 

özü də buradadır. Siz onun yanına gedib iddianızı ərz edin. Mən isə 

padşahın və mürşidin qayimməqamı və vəliəhdi kimi sizə bildirirəm 

ki, bizim əsas mətləbimiz dövlətxahlıqdan başqa bir şey deyildir. 

Nəvvab  şahzadə  İsmayılqulu  xan  Şamlıya  əmr  etdi  ki, 

onların yanına gedib danışıq aparsın və əsas məqsədlərini öyrənsin. 

İsmayılqulu  xan  elə  həmin  pəncərə  arxasından  onlarla 

danışığa  girib  təskinedici  tərzlə  dedi:  "Allahın  köməyi  ilə  dövlətin 

istəyini  həyata  keçirib,  imkan  verməyəcəyik  ki,  qızılbaş  əsgərləri 

arasında  fitnəkarlıq  və  döyüş  başlasın.  Elə  nəvvab  şahzadə  də  razı 

deyil  ki,  bir  dərgahın  mülazimləri  olan  o  iki  dəstə  arasında  fitnə-

fəsad  baş  qaldırsın.  İmkanımız  qalana  qədər  düşmənçilik  əhvali-

ruhiyyəsinin dəf edilməsinə çalışacağıq". 

O ipəyatmaz adamlar səslərini daha da ucaltdılar. Nəvvab 

şahzadə bir daha onların mətləbini öyrənməyə cəhd edib onların kim 

ilə işləri olduğunu soruşdu. Əliqulu xan söhbətə başlayıb ərz etdi ki, 

onlar  üstüörtülü  danışırlarsa  da  işləri  mənlədir.  Məqsədləri  mənim 

və  Məhəmmədinin  arasına  düşmənçilik  salmaqdır  ki,  üsyankar 



557 

 

əmirlər  özlərində  təsəlli  hasil  edib  qorxusuz-hürküsüz  xidmətə 



başlasınlar.  Biz  dəfələrlə  ərz  etmişik  ki,  həyatımızı  şahzadənin 

mübarək xatirinə görə istəyirik, sözümüz də elə şahzadənin sözüdür. 

Nəvvab şahzadə buyurdu ki, belə olan halda onların işi sizinlə yox, 

mənimlədir,  çünki  Əmir  xanın  qətli  mənim  fərmanımla  olmuş  və 

sizin hərəkətinizə bais mən olmuşam. 

İsmayılqulu  xan  onları  barışıqla  xatircəm  edib  geri 

qaytarmağa  çox  cəhd  etsə  də,  buna  nail  ola  bilmədi  və  həyasızlıq 

daha  da  çoxaldı.  Qalalardan  çıxıb  uca  səslə  Əliqulu  xan  və 

Məhəmmədiyə  xitabən  qışqırıq  saldılar  ki,  nə  üçün  iki  fitnəkar 

adamın xətrinə görə əbədi dövlət qəsrinin təməli laxlasın? 

Onlar İsmayılqulu xanı təhqirə keçib dedilər: "Öldürülməli 

fitnəkarların  biri  elə  son  özünsən  və  əvvəlcə  səni  qətl  etmək 

lazımdır". 

O  dəstənin  həyasızlığı  və  qiyamının  belə  həddə  çatdığını 

görən  nəvvab  şahzadə  əzəmətli  anasının  qətlində  səyı  olan 

Hüseynəli 

Əlkəsəndən 

tamamilə 

üz 

döndərdi, 



onların 

ədəbsizliklərindən  onun  qəzəb  atəşi  zəbanə  çəkdi,  həmin 

fitnəkarların  cəzalanmaları  üçün  eşiyə  çıxdı,  əlini  qılınca  atıb  o 

dəstənin  arasına  gəldi.  Əvvəlcə  gözlərini  qan  tutan  Hüseynəli  irəli 

çıxdı  və  şahzadə  bir  Heydəri

392


  zərbəsi  ilə  onun  işini  bitirdi.  Bu 

qətldən sonra Təhmasibqulu bəy Qapıcı və mat-məəttəl qalan hər bir 

kəs  həmin  şərbətdən  içdi.  Yerdə  qalanlar  peşiman  olub  pərtlik 

zaviyəsinə qaçdılar. 

Bu  hadisədən  sonra,  şahzadə  Əliqulu  xanı  yenidən  şahlıq 

nəvazişi ilə sərfəraz etdi. Nəvvab şahzadə rikabxanədə tac və dostarı 

(çalması)  taraca  gedən  Əliqulu  xana  öz  qızıl  tikməli  tacını,  zərli 

çalmasını  və  ciqqəsini  inayət  etdi.  Hökm  olundu  ki,  bütün  ustaclı 

əmirləri  və  əyanı  Əliqulu  xanla  birlikdə  atlanıb  şəhərin  bütün 

məhəllələrinin  yan-yörəsini  düz  xiyabanın  başınadək  seyr  etsinlər. 

Əliqulu xan şadyanalıqla hovaxah adamların bir dəstəsini də götürüb 

şəhriyar  lütfkarlığından  vəcdə  gəldi,  bir  qədər  seyrdən  sonra  geri 

qayıtdı.  Ertəsi  gecə  çox  əcayib  bir  hadisə  və  olduqca  qəribə  bir 

qəziyyə baş verdi ki, onun şərhi qısaca olaraq belədir: 

Məhəmməd  xan  öz  niyyətinin  baş  tutmadığını  görərək, 

adlı-sanlı şahzadələrdən birini hiylə yolu ilə ələ keçirib İraq səmtinə 

qayıtmaq,  orada  səltənət  havası  ilə  nəvvab  şahzadəyə  qarşı 

                                                           

392

 Qeyd: "Heydər" - Əli-əleyhüssəlamın kiinyələrindən (adlarından) biridir - Ş.F. 



558 

 

müxalifət  bayrağı  qaldırmaq  qərarına  gəldi.  Öz  adlı-sanlı  anası  və 



böyük  qardaşının  yanında  Əmir  xan  qalasında  yaşayan  Əbu  Talib 

Mirzə  və  Təhmasib Mirzə gündüzlər  mülazimlik edir, axşamlar isə 

öz  lələ  və  dədələri  ilə  birlikdə  İsgəndər  şanlı  nəvvabın 

xəlvətxanasına  yaxın  otaqlarda  dincəlirdilər.  Baxmayaraq  ki,  Əbu 

Talib Mirzənin lələ  və dədəsi təkəli tayfasından idi, lakin mirzənin 

lələsi  Xəlil  bəy  Təkəli  İraqda  qalmışdı  və  hadisələr  zamanı  o 

camaatın (əmirlərin - Ş.F.) arasındaydı. 

 

Üsyankar əmirlərin şahzadə Təhmasib Mirzəni oğurlamaları: 

 

Amma cənab mirzə ağıl və düşüncə sahibi olduğundan, onu 



aldatmaq çətin məsələ idi. Təhmasib Mirzənin lələsi Keyxosrov bəy 

Gürcü  sadəlövh  və  kütbeyin,  mirzə  isə  azyaşlı  olduğundan,  bir-iki 

türkman  qorçisi  ələ  alındı,  onlara  dedilər  ki,  hümayun 

dövlətxanadan  Keyxosrovu  çağırıb  ona  əyalət,  yüksək  mənsəb  və 

bol ənam vəd etsinlər, fürsət olan kimi bir gecə qoy mirzəni də özü 

ilə götürüb əmirlərin yanına aparsın. 

Həmin  qorçilər  mübarək  dövlətxanada  o  əbləh  və  talesiz 

adamı  əfsunlu  dillə  yoldan  çıxarıb,  razılaşdırılan  bir  gecədə 

şahzadənin  yataq  otağına  yaxın  qala  bürclərinin  birinin  yanına  iki 

baş at çəkdilər. Keyxosrov isə o vaxtlarda on yaşı olan mirzəni uşaq 

təbiətinə  xas  olan  yuxu  məstliyi  zamanı,  yaxud  oyaq  vaxtı,  yataq 

otağından cəfa bürcünə qaldırdı, sonrasa çuval  və kəndir  vasitəsilə 

yerə  endirib,  özü  də  aşağı  düşdü.  Onlar  belə  işi  görməklə  izzət  və 

dövlət  zirvəsindən  zillət  quyusuna  yuvarlandılar  və  qorçilərlə 

birlikdə  həmin  atlara  minib  mirzəni  qucağa  oturtdular  və  nabələd 

yolla təkəli və türkman əmirlərinin yanına apardılar. 

Bəzi  adamların  fikrincə  Məhəmməd  xan  bu  hadisədən 

xəbərsizdi  və  bu  iş  qorçilərin  düzüb-qurduqları  bir  əməliyyat  idi. 

Amma  heç  ağıla  sığışmır  ki,  əgər  bu  əmirlərin  tədbiri  olmasaydı, 

belə  böyük  bir  hadisə  baş  verə  biləydi.  Ola  bilsin  ki,  müxalif  və 

inadkar olmaları üzündən onlar bu işi düşünmüş və elə bir düşüncə 

ilə gecələrini gündüzlərə qatmışlar. 

Məhəmməd  xan  elə  o  gecə  özünə  yoldaş  olan  əmirləri 

məsələdən  xəbərdar  etdi  və  onlar  bu  işi  öz  dövlətlərinin  uğuru  və 

bəxtlərinin  təsdiqi  sandılar.  Şahzadənin  qədəmini  alqışlayıb, 

şadyanalıq  etdilər.  Onunla  (şahzadə  Təhmasiblə  -  Ş.F.)  eyni  adda 

olan  cənnətməkan  şahın  da  on  bir  yaşında  səltənət  və  şahlıq 


559 

 

rütbəsinə  çatmış  olduğunu  xatırlayıb,  onu  taxta  çıxarmaq  qərarına 



gəldilər. Onlar bu məsələdən qafil oldular ki, cənnətməkan şah yeri 

cənnət  olan  Süleyman  şanlı  xaqanın  (Şah  İsmayılın  -  Ş.F.)  böyük 

oğlu idi, öz atasının  vəfatından sonra irsi səltənət taxtına çıxmışdı. 

Bu  şahzadəninsə  adlı-sanlı  atası  sağdır,  dövlət  və  şahlıq  taxtında 

əyləşmişdir.  Vəliəhdlik  rütbələri  olan  ondan  böyük  qardaşları  da 

sağ-salamatdırlar. Belə olan halda elə bir iddia nə təhər həyata keçə 

bilər,  əql  mürşidi  və  zəka  piri  (yəni  Şah  Məhəmməd  Xudabəndə  - 

Ş.F.) nə yolla və hansı qayda-qanunla bu işə razılıq verə bilər? 

Xülasə, elə ki, şahzadə onların yanına gətirildi, ləngimədən 

köç  təbili  çalındı,  İraqa  tərəf  üz  tutdular.  Sübh  açılanda  İsgəndər 

şanlı nəvvab, aləm şahzadəsi və səadətli saray əhli hadisədən xəbər 

tutdular,  əhvalları  kədərli  və  pərişan  oldu.  Bəzi  dayaz  düşüncəli 

adamlar elə təsəvvür etdilər ki, bu iş İsgəndər şanlı nəvvabın rəyi və 

məsləhəti  ilə  həyata  keçmişdir.  Ustaclı  və  şamlı  əmirləri  bu  batil 

təsəvvürü  təsdiqlədilər  və  bununla  da  nəvvab  şahzadəni  öz  böyük 

atasına qarşı bədgüman etdilər. 

Bunun  səbəbi  aşağıdakı  kimi  idi:  İsgəndər  şanlı  nəvvabın 

əzəmətli anası türkman tayfasının hörmətli qızlarından olduğundan, 

onun çoxlu qohum-əqrəbası həmin tayfa içərisində yaşayırdı, onların 

İsgəndər  şanlı  nəvvabla  qohumluqları  vardı  və  şah  həmişə  onlara 

diqqət yetirir, lütfkarlıq edirdi. Müseyib xan Təkəli o həzrətin xalası 

oğlu,  atası  Məhəmməd  xan  Şərəfəddinoğlu  isə  Heratda  şahın 

(Məhəmməd  Xudabəndənin  -  Ş.F.)  hələ  mirzə  olduğu  illərdə  onun 

lələsi idi. Buna görə də, o həzrət  həmin tayfa içərisində boya-başa 

çatmışdı. Harada Məhəmməd xan Təkəlinin adı çəkilirdisə İsgəndər 

şanlı nəvvab ondan razılıq edirdi, amma bunun əksinə olaraq şahın 

Məhəmməd  xan  Təkəlidən  sonra  lələsi  olmuş  Şahəli  Sultan 

Ustaclıdan  xoşu  gəlmirdi.  Buna  görə  də  o,  təkəli  tayfasını  özünə 

yaxın tayfa hesab edirdi. O iki tayfadan belə pis işlərin baş verdiyi 

vaxtda  İsgəndər  şanlı  nəvvab  yuxarıda  söylənilən  qohumluq 

əlaqələri  üzündən  və  həmçinin  mötəbər  qızılbaş  oymağının  o  iki 

dəstəsinin  ondan  narazı  qalmalarını  istəmədiyindən,  ara-sıra 

tərəfkeşlik havası duyulan sülhamiz sözlər dilə gətirirdi. Bu bir-iki il 

ərzində dəlğunlaşıb kamal yaşına yetişən nəvvab şahzadə də dövlət 

və  cahandarlıq  işlərinə  başlayıb  bütün  işləri  öz  rəyinə  müvafiq 

olaraq, yəni cavanlıqdan irəli gələn tərzdə və hətta öz böyük atasının 

razılığı  olmadan  həyata  keçirirdi.  Hamı  elə  təsəvvür  edirdi  ki, 

İsgəndər şanlı nəvvab bu cəhətdən öz əziz fərzəndlərindən incikdir. 



560 

 

Amma  həqiqət  belədir:  Baş  verən  bu  hadisələr  zamanı 



İsgəndər  şanlı  nəvvabın  nəvvab  şahzadəyə  məhəbbəti  o  qədər 

çoxalmışdı  ki,  o,  heç  bir  böyük  işin  həllində  öz  razılıq  ifadə  edən 

fikrini  bildirmir  və  elə  özü  də  öz  parlaq  düşüncəsini  bütün  dövlət 

işlərinə yönəldirdi. Belə olan halda, yəni bütün ata-oğul münasibəti, 

vəliəhdlik rütbəsinin verilməsi və əziz fərzəndindən bu qədər razılıq 

etməsi onların arasında nifaq olduğuna şübhə yaratmaya bilmir. 

Bu  hadisələrin  cərəyan  etdiyi  vaxt  müddətində  nəvvab 

şahzadə  və  əzəmətli  əmirlər  baş  verənlərin  fikir  və  əndişəsinə 

dalaraq,  böyük  fəsadlar  törədən  o  adamların  fitnə-fellərinin 

qarşısının  alınması  və  Təbriz  qalasının  geri  qaytarılmasını  ən 

mühüm  və  başlıca  məsələ  hesab  etdilər.  Buna  görə  də,  o  həzrətin 

məqsədyönlü  fikri  belə  oldu  ki,  ləngimədən  o  aqibətsiz  adamların 

üzərinə  hücuma  keçsin  və  onlar  hələ  öz  məqsədlərinə  yetişməmiş 

şərlərini dəf etsin. Belə halda, öz böyük atasının xidmətində dayanıb 

şüarı  zəfər  olan  bütün  ordunu  onların  ardınca  yollamaq  zəruri  idi, 

çünki  o  dəstənin  yolunu  elə  yolda  ikən  kəsmək  lazımdı.  Onların 

əlaqəsini  Təbriz  məmləkətindən,  bəlkə  də  bütün  Azərbaycandan 

kəsmək  gərəkdi,  çünki  calal  bayraqları  İraqa  tərəf  qaldırılan 

təqdirdə,  Azərbaycan  əmirlərindən  bir  nəfər  də  o  diyarda  qala 

bilməyəcəkdi.  Yox,  əgər  ordunun  bir  hissəsini  əmirlərlə  birlikdə 

qala  mühasirəsində  saxlayıb  özü  o  dəstənin  ardınca  yollansaydı,  o 

adamları  cəzalandırmaqdan  ötrü  hümayun  ordudakı  əsgəri  qüvvə 

kifayət etməzdi. 

Zərurət üzündən savablı rəy belə oldu ki, əziz qardaşı Əbu 

Talib  Mirzəni  öz  adlı-sanlı  atasının  xidmətində  Təbrizdə  saxlayıb, 

Məhəmmədi xan Toxmağı, Qarabağ bəylərbəyisi İmamqulu xam və 

başqa  Azərbaycan  əmirlərini  də  bütün  əzəmətli  qorçilərlə  birgə 

qalanın mühasirəsi üçün onların yanında qoysunlar, şahzadənin özü 

isə  öz  xüsusi  mülazimləri,  Əliqulu  xan  və  İraqda  ülkaları  olan 

əmirlərlə  birlikdə  Ərdəbil  və  Xalxal  yolu  ilə  hücuma  keçib  İraq 

düzəngahına  getsin,  oradakı  tərəfdarlarını  toplayıb  üsyançıların 

fitnəsini dəf etsin. Şahzadə həmin məqsədlə İsgəndər şanlı nəvvabın 

icazəsindən  sonra  elə  o  gün  İsmayılqulu  xan  Şamlını  alitəbar 

şahzadə  İsmayıl  Mirzənin  lələsi  təyin  etdikdən  sonra  onu  Qəzvinə 

gedən üsyançıları qabaqlamaq  məqsədilə Tarom  və Xalxal yolu ilə 

irəli göndərdi ki, onlardan daha tez özünü Qəzvinə çatdırsın. Əksər 

qızılbaş  tayfa  ailələri  o  şəhərdə  yaşadıqlarından,  qızılbaşlar  tez-tez 

onları  yoluxmaqdan  ötrü  ora  üz  tuturdular.  Buna  görə  də  qərara 



561 

 

alındı  ki,  İsmayılqulu  xan  hamını  öz  başına  toplayıb  məhəllələrdə 



səngər  qazsın,  ali  ordunun  gəlişinədək  şəhəri  və  mübarək 

dövlətxananı  qorusun.  Belə  bir  ehtimal  da  var  idi  ki,  əgər 

İsmayılqulu xanın gəlişi xəbəri Qəzvində üsyançılara çalarsa, onlar 

İraqa getməkdən vaz keçər və əmirlərin hər biri öz ülkalarına üz tuta 

bilərlər. 

İsmayılqulu  xan  ali  işarədən  sonra  elə  o  günün  axırında 

şamlı  tayfası  ilə  yola  düşdü,  amma  şahzadəni  (İsmayıl  Mirzəni  - 

Ş.F.)  özü  ilə  aparmadı.  Beləliklə  ali  məiyyət  "Allaha  təvəkkül" 

deyərək onun ardınca hərəkət etdi. 

 

ALƏM ŞAHZADƏSİNİN (HƏMZƏ MİRZƏNİN - Ş.F.) 



ÜSYANÇILARIN FİTNƏSİNİ YATIRMAQ ÜÇÜN  

İRAQ SƏMTİNƏ GETMƏSİNİN, HƏMİN QƏDDAR 

(ŞƏQAVƏTNİŞAN) ADAMLARLA HƏRBİNİN  

VƏ ALLAHIN İNAYƏT KÖMƏYİ İLƏ  

QƏLƏBƏ ÇALMASININ ZİKRİ 

 

İraq  səmtinə  hücuma  keçilməsi  və  o  nifaq  əhlinin 



cəzalandırılması  qərara  alındıqdan  sonra  nəvvab  şahzadə 

Məhəmmədi  xan  Toxmağı  Təbriz  hakimliyinə  təyin  edib,  Qarabağ 

bəylərbəyisi İmamqulu xan və başqa Azərbaycan əmirlərini  qalanın 

mühasirəsinə  yolladı.  O,  qorçiləri  və  dərgah  mülazimlərininin  bir 

dəstəsini İsgəndər şanlı nəvvabın və dövlətxananın keşiyini çəkmək 

üçün təyin edib, Əbu Talib Mirzəni böyük atasının yanında saxladı. 

Bu  səfər,  qalanın  alınmasını  təxirə  saldığından,  təbrizlilərin  bərk 

narahatlıqları  başlandı.  Nəvvab  şahzadə  ürəkaçan  vədlərlə  onlara 

ürək-dirək  verib  söylədi  ki,  Allahın  köməyi  ilə  üç  aydan  sonra 

üsyançıların işini bitirib Təbrizə qayıdacaqdır. 

O,  qadir  Allah  dərgahına  təvəkkül  edib  öz  xüsusi 

mülazimləri və sayı üç mindən çox olan əmir və qorçilərlə birlikdə 

niyyətə  doğru  üz  tutdu.  Yeddi  mənzil  yol  gedib  Ərdəbil 

darülirşadına  gəldi,  həzrət  övliya  sultanının,  əzəmətli  şeyxlərin  və 

ali  məqam  əcdadının  qəbirlərini  ziyarət  etməklə  şərəfləndi.  İl  başa 

çatdıqdan  və  doqquz  yüz  doxsan  beşinci  (miladi  1585)  hicri  ilinə 

bərabər olan it ilinin novruzu yaxınlaşdığından, bir həftə o şərafətli 

yerdə  gözləyib,  novruz  günlərini  işrət  və  şadlıqla  keçirdi.  İlahi 

dərgahı  bəndə  dualarının  müstəcəb  yeri  olan  həmin  müqəddəs 

astanada  üsyan  və  tüğyan  edənlərin  cəzalandırılmasını  niyyət 



562 

 

(məsələt) etdi, ilin başlanğıcında o müqəddəs adamların ruhlarından 



kömək  istədi.  Xalxal  yolu  ilə  İraqa  yollandı.  Ali,  əsgərlər  olduqca 

az,  üsyançılar  isə  sox  olduqlarından,  sürətlə  getmək,  vaxtın  və 

dövlətin  məsləhətinə  görə  münasib bilinmədi  və dövlətxahlarını  və 

şücaət  sahiblərini  toplamaq  məqsədi  ilə  qorçiləri  irəli  yollayıb  özü 

isə yavaş-yavaş irəliləməyə başladı. 

Amma,  onlarla  yoldaşlıq  etmək  arzusunda  olan  az  adam 

tapıldı. Sayca çox olan şeyxavənd camaatı da bu xidmətə gəlməkdən 

boyun  qasırdı,  hətta  onların  cahil  adamları  ayaqlarını  ədəb 

dairəsindən kənara çıxarıb, arxadan gələn bir çox saraya xas (xassə) 

tövlə  atlarına  tamah  salaraq  onları  oğurladılar.  Tarom  ülkasına 

çatdıqda  əsgər  toplamaqdan  ötrü  bir  neçə  gün  gözlədilər.  Orada 

Tarom hakimi Pir Qeyb xan Ustaclını körpü başının mühafizəsindən 

ötrü təyin etdi. Qızılüzən çayı suyunun aşıb-daşmasına görə ali ordu 

xidmətinə az dehqan gəlirdi. Azuqə də azlıq etdiyindən, əsgərlər bir 

neçə  gün qıtlıqdan əziyyət çəkdilər. Buna görə də, nəvvab şahzadə 

ali  sərkarın  bütün  qızıl  və  gümüş  silah  alətlərini  sındırıb  qızılbaş 

qaziləri arasında payladı. 

O  əsnada  Təhmasib  Mirzənin  və  əmirlərin  Qəzvinə 

çatmaları,  İsmayılqulu  xanın  Rudbara  yürüşü  və  məğlub  olub 

Deyləmana  fərarı  xəbəri  şahzadəyə  gəlib  çatdı.  Məsələ  belə 

olmuşdu: Elə ki, İsmayılqulu xan, öhdəsinə görürdüyü kimi, Tarom 

və  Xalxal  yolu  ilə  gedib  Qəzvin  darüssəltənəsinə  çatdı, 

döyüşçülərdən və şəhər əhalisindən ibarət adamları bir yerə toplayıb 

məhəllələrdə  küçəbənd  düzəltdi,  hər  küçəbəndə  işə  yararlı 

qızılbaşlardan, şəhərdəki tüfəngçi və kamandarlardan ibarət adamlar 

müəyyənləşdirdi.  Elə  ki,  Təhmasib  Mirzə  ilə  təkəli  və  türkman 

əmirləri  Əbhərə  yaxınlaşdılar,  eşitdilər  ki,  İsmayılqulu  xan  artıq 

Qəzvinə daxil olmuşdur və müdafiəyə hazırlaşmaqdadır. Üsyançılar 

dəftərxana  daruğəsi  Əlixan  Sultan  Türkmanı  elçi  sifətilə  şəhərə 

yollayıb  İsmayılqulu  xana  təslim  olmaq  təklifi  etdilər  və  dedilər: 

"Allaha  həmd  olsun  ki,  bizim  şah  və  mürşidimiz  İsgəndər  şanlı 

nəvvabdır  və  dövlət  və  səltənətə  o  başçılıq  edir.  Bizim  o  dərgaha 

dövlətxahlıq etməkdən və sədaqət göstərməkdən başqa yadımıza heç 

nə  gəlməz.  O  əziz  adamı  da  (İsmayılqulu  xanı  -  Ş.F.)  sərvətli, 

xeyirxah, düzgün düşüncəli şəxs kimi tanıyırıq. Ondan (İsmayılqulu 

xandan  -  Ş.F.)  xahişimiz  bu  idi  ki,  bizim  aramızda  baş  verən 

məsələni  Təbriz  yaxınlığında  gərək  elə  həll  edəydi  ki,  nəvvab 

şahzadə  bizim  təvəqqe  sinəmizə  əl  vurmayaydı.  Həmin  həzrətdən 



563 

 

məyus olub o dərgaha yol tapa bilmədiyimizə görə çarəsiz qaldıq və 



zərurət  üzündən  geri  qayıtdıq.  İndi  də  o  əzizdən  (İsmayılqulu 

xandan  -  Ş.F.)  xahiş  edirik  ki,  aramızda  barışıq  büsatını  razılıq 

qapılarının  işığı  ilə  elə  açsın  ki,  bir-birimizi  dostcasına  qarşılayaq, 

əgər din, dövlət və o əzizin hər cürə məsləhəti olmuş olarsa, həyata 

keçirək. Məqsədimiz vəfa və ittifaqdan başqa heç nə deyil və onun 

məsləhətinə əməl edəcəyik". 

Adı çəkilən elçi öz işini bitirdikdə əmirlər onu yola saldılar, 

dayanmadan  onun  ardınca  at  sürüb  şəhərin  bir  fərsəxliyində 

dayandılar. 

O  dəstənin  əməl  və  fellərinin  dedikləri  sözlərin  əksi 

olduğunu görən  İsmayılqulu xan daha onlara  etimad  etmədi  amma 

özündə o camaata müqavimət göstərmək gücünü də görmədi. Onlar 

Əlixan  Sultanı  yenidən  göndərib  sülhpərvər  və  dostanə  sözlər 

danışdılar. Amma, həmin gecə İsmayılqulu xan öz fərzəndləri, əhli-

əyalı  və  şamlı  tayfasının  qüdrətli  adamlarını  Rudbar  meşəsinə 

gətirib yaxşı bir yerdə iqamət etdi. Qəzvin  mütəssədisi*  Mir Cəfər 

Qəzvini  və Qəzvinli pəhləvanların başçısı Pəhlivan Sultan Mahmud 

nəvvab  şahzadənin  dövlətxahlığı  və  İsmayılqulu  xanın  razılığı  ilə 

ona qoşulub getdilər. 

Türkman  və  təkəli  camaatı  isə  maneçilik  görmədən  və 

dava-dalaşsız  Qəzvin  darüssəltənəsinə  daxil  olub  hümayun 

dövlətxananı  Təhmasib  Mirzənin  iqamət  yeri  etdilər.  Əmirlərinsə 

hər  biri  layiqli  evlərdə  yerləşdilər,  xoş  bir  saat  seçib  Təhmasib 

Mirzəni hakimlik məqamında əyləşdirdilər  və onu atasının vəliəhdi 

adlandırdılar. Fərraşxanada, padşaha xas yaraq-yasaq ambarlarında, 

nəvvab şahzadənin şəhərdə və dövlətxanasında qalan hər şeyi tarac 

etdilər.  Onlar  həmçinin  nəvvab  şahzadənin  mülazimətindəki 

əmirlərin, vəzirlərin və əyanların bütün əşyalarını tapıb zəbt etdilər. 

Cənnətməkan şahın  vəziri olmuş Qazi Cahanın qız nəvəsi 

Şah Təqiəddin Məhəmməd Sədr  İsfahaninin oğlu Şah Qəvaməddin 

Hüseyn  elə  o  vaxtda  nəvvab  şahzadə  ilə  görüş  üçün  İsfahandan  ali 

orduya gəldikdən sonra Qəzvinə çatdı. Ona dərhal təzim və ehtiram 

edib  Təhmasib  Mirzəyə  vəzir  təyin  etdilər,  "etimadüddövlə"  ləqəbi 

verdilər.  Cənnətməkan  şahın  müstovfisi  Mirzə  Şükrüllahın  oğlu 

Mirzə  Məhəmməd  Hüseyni  müstovfi  etdilər  və  başqa  adamlara  da 

müxtəlif  vəzifələr  verdilər.  Amma  vəkalət  mənsəbi  üstündə 

türkmanlar  və  təkəlilər  arasında  dava-dalaş  oldu.  Nəhayət 


564 

 

Məhəmməd xan lələ olduqdan sonra vəkalət vəzifəsinə Müseyib xan 



Şərafəddinoğlu Təkəli keçdi. 

Amma  mütləq  ixtiyar  sahibi  Məhəmməd  xan  idi.  İsfahan 

darülsəltənəsinə, İraqın hər tərəfinə və başqa yerlərə adam yollayıb 

şahzadə Təhmasib Mirzənin cülus etməsi xəbərini çatdırdılar. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin