AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə50/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   46   47   48   49   50   51   52   53   ...   96

Beyt[lər] 

 

Fələyin qələmi yazıbsa əgər,  



Onun yazdığım kim poza bilər?  

Rəbb verdiyi üçün təqdirə qərar,  

İtirdi ağlını aqil adamlar.  

Onların səyləri xeyirsiz oldu,  

Surət aynasında əks pozuldu.

369


 

 

Bu  yerdə  münasib  olardı  ki,  Təbriz  və  təbrizlilərin 



düşdükləri  vəziyyətlərin  bəzilərini  zirək  (nokfepərdaz)  qələmlə 

yazaraq mətləbə başlayaq. 

                                                           

369


 Beytlərin farscası: 

An ke kelke-qəza qədəm sazəd,  

Kəs be təğyire-an nəpərdazəd.  

Çon ze təqdire-kerdgare cəhan,  

Şod təbəhkar an nekuxeradan,  

Səy-o tədbireşan mofid nəbud,  

Əndər ayine surəti nənəmud. 

 


525 

 

Aləmin  vəziyyətindən  xəbərdar  (mostəxbər)  olanlardan 



gizli deyildir ki, fəxarətli Təbriz şəhəri uzun müddət İranın paytaxtı 

və  fərman  verən  padşahların  səltənət  mərkəzi  olmuşdur.  Orada  ali 

imarətlər,  məscidlər,  mədrəsələr,  dövran  sultanları,  vəzirlər  və 

hakimlərin inşa etdikləri binalar, kəndlər, tarla və tərpənməz əmlak 

vəqf  olunan  xeyriyyə  müəssisələri,  ürəkaçan  bağlar  və  bostanlar  o 

qədərdir  ki,  dili sınıq  qələm  onların  bir  neçəsini  belə  yaza  bilməz. 

Təbriz  camaatı  ev  və  mənzillərinin  inşasına,  bəzək-düzəyinə, 

avadanlıqla təchiz olunmasına və yaraşıqlı görünməsinə o qədər səy 

edir  ki,  ən  kasıb  bir  bazar  adamının  evi  aliqədr  bir  əmirin  orada 

qalmasına  layiqdir.  Cənnətməkan  şahın  zamanında  Rum  padşahı 

Sultan Süleyman bir-iki dəfə bu mülkü tutmaq üçün gələndə şiəliyə 

(təşəyyö  -  Ş.F.)  və  müqəddəs  səfəviyyə  xanədanına  ürəkdən 

bağlanan  Təbriz  əhalisi  bu  dövlətin  yolunda  çox  xidmətlər 

göstərdikləri üçün şəhərin bütün xalqı cənnətməkan şahın diqqət və 

iltifatına layiq görülmüşdü. Bu fəxarətli şəhər əhalisinin əksəriyyəti 

tacir,  peşəkar  və  sənətkar  olduğundan  [Şah  Təhmasib]  onların 

üzərinə  qoyulan  male-möhtərifəni*  onlara  bağışlamış,  şəhəri 

təkalife-divanidən" azad etmişdir. O, təbrizlilərə o dərəcədə ehtiram 

bəsləyirdi ki, onlara "qaziye-ehdas " təyin etmiş və qərar çıxarmışdı 

ki,  daruğələr  hadisələri  "qaziye-ehdasın"

370

  iştirakı  ilə  şəri  sorğu-



sual yoluyla həll etsinlər, günahkarlara etdikləri  günah  müqabilində 

şəri cəza versinlər və onların heç birindən cərimə almasınlar. 

O    şəhərin  adamları  bir  neçə  il  əmin-amanlıq  içində 

yaşamış,  imarətlərin,  ev  ləvazimatları  və  bəzək  əşyalarının,  qadın 

zər-zivərlərinin gözəl olması üçün lazım olduğu qədər çalışmışdılar. 

Şəhərin abadlığı  və əhalisinin çoxluğu elə bir həddə gəlib çatmışdı 

ki, bütün İslam şəhərləri arasında o əzəmət, cəmiyyət  və abadlıqda 

yer  yox  idi.  Amma  fələyin  yaralı  gözü  onlara  [da]  nəzər  saldı,  o 

abad şəhər  viranəyə döndü, əhalisi qətl  və qarətə  giriftar oldu, sağ 

qalanları isə yüz həsrətlə vətəndən aralı düşdü. Təbrizin əyan-əşrafi 

və əhalisi möcüzbəyan [Quranda] bəyan olunan "Məliklər bir şəhərə 

və  sairəyə  (iləx)  girdikdə  oranı  viran  edər,  əhalinin  əzizlərini  zəlil 

edərlər"

371


  ayəsinə  uyğun  şəkildə  izzət  zirvəsindən  məzəllət 

nöqtəsinə yuvarlandılar. 

                                                           

370


 Qaziye-ehdas - mübahisəli işlər qazisi - Ş.F. 

371


  İfadənin  ərəbcəsi:  "İnn-əl-mülukə  iza  dəxəlu  qəryətən  və  iləx..."  Qeyd:  Qurani-

Kərimin əksər  nüsxələrində bu ayənin son sözü "iləx" kimi yox "əfşədənə" şəklində 



526 

 

Xülasə, Fərhad paşanın Təbrizə  gəlişi xəbəri dəqiqləşəndə 



də  şahm  və  adlı-sanlı  şahzadənin  qızılbaşlara,  xüsusilə  təkəli  və 

türkman  tayfalarına  bu  yürüşün  dəf  edilməsi  xüsusunda 

məsləhətamiz hökmlər  göndərmələrinə baxmayaraq heç bir faydası 

olmadı.  Təkəli  və  türkman  tayfaları  inadkarlıq  etdilər  və  həmin 

tayfalar  və  Fars,  Kirman  və  İraq  ləşkərlərindən  heç  biri  gəlib 

hümayun əsgərlərə qoşulmadı. 

İsgəndər şanlı nəvvab ordu ləvazimatı ilə (əğrəq) Urumdula 

və Zemara  getdi, şahzadə isə ixtiyarında olan az  miqdarda əmirlər, 

dövlət başçıları, qorçilər və xasseye-şərifə* mülazimləri ilə birlikdə 

rum  ləşkəri  ilə  hərb  etmək  üçün  hümayun  ordudan  və  adlı-sanlı 

atasından ayrıldı, [arama] qorçibaşı bir dəstə qorçi ilə İsgəndər şanlı 

nəvvabın  xidmətində  qaldı.  Şahzadə  sayı  on-on  iki  minədək  olan 

iqbal  əmirləri  ilə  Təbrizin  dağətəyi  şəhəri  olan  Mərənddə  dayanıb, 

Təsuc  yolu ilə  gəlib-gedən saysız-hesabsız rum ləşkərini  müşahidə 

edərək  fürsət  intizarında  idi.  Rum  ləşkəri  həddən  ziyadə  çox 

olduğundan,  ali  orduda  olan  belə  az  döyüşçü  ilə  onların  qarşısına 

çıxıb döyüşmək mümkün deyildi. Osman paşa [isə] köç-köç gələrək 

Təbrizin Şurab adlı yerində dayandı. 

Təbriz    əhalisinin    gözü      o    böyük    qoşuna    sataşdıqda, 

onların  canına  bərk  qorxu  düşdü.  Osmanlılar  iki-üç  dəfə  hücumla 

şəhərin küçəbəndinə, dövlətxana yaxınlığına gəlib çatdılarsa da qarşı 

tərəfdən  müdafiəyə  başladılar.  Arada  kiçik  savaş  oldu.  Rumiyyə 

[qoşunu]  qələbə  çalıb  top  və  zərbzənlə

372


    küçəbəndləri  dağıdaraq 

Sahibabad  meydanına  gəldilər. [Qızılbaş] döyüşçülərinə  və əhaliyə 

məlum  oldu  ki,  rumilərin  hücumunu  dəf  etmək  onların  gücündən 

yuxarı  bir  məsələdir.  Buna  görə  də  təlaşa  düşdülər  və  bir  yerə 

toplaşıb müdafiə oluna bilmədilər. Hüseynqulu Sultan, Pir Qeyb xan 

və şəhərdə olan hər qızılbaş kənara çıxıb ali orduya birləşdilər. 

Qızılbaşların  köməyindən  məhrum  olan  təbrizlilər  iztiraba 

düşərək, özlərinin və əhli-əyallarının mühafizəsi üçün qazi Kamran 

bəy Əvhədini  və  müfti  və şeyxüislam olan Mövlana Məhəmmədəli 

Mövlana  İnayətoğlunu  xahişlə  Osman  paşanın  yanına  yolladılar, 

itaət  və  tabeliklərini  bildirdilər.  Osman  paşanın  onlara  əvvəlcə  bir 

neçə məsləhət verməsinə baxmayaraq o, sonradan, Təbriz əhalisinin 

                                                                                                               

yazılmışdır:  Bax.  Qurani-Kərim.  Bakı,  Şərq-Qərb  mətbəəsi,  1996,  s.  379;  həmçinin 

Qurani-Kərim. Tehran, hicri 1376, s. 379 - Ş.F. 

372


 Qaladağıdan silah - Ş.F. 

527 

 

igidliyini  çox  görmüş  olduğundan  ehtiyatlandı,  onda  ağıl  və  mülk 



ələ  keçirtmək  fikri  üstünlük  təşkil  etdi,  [elçilərə]  bildirdi  ki,  qoy 

təbrizlilər  çox  da  çaxnaşmaya  düşməsinlər,  öz  qeydlərinə  qalsınlar 

onlar bundan sonra xondgarın rəiyyətləridirlər. 

Elçilər  şəhərə  qayıdıb  bütün  görüb-eşitdiklərini  Təbriz 

əhalisinə danışdılar. 

Amma, ağıllı və dərrakəli adamlar bilirdilər ki, rumiyyənin 

ürəyində Təbriz əhalisinə qarşı kin vardır və məzhəb ayrı-seçkiliyinə 

görə  onlar  bunlarla  barışa  bilməzlər.  [Buna  görə  də]  onlar  öz 

haylarına  qalıb  var-dövlətlərini  zirzəmilərdə,  evlərdə  və  quyularda 

gizlətdilər, bir-bir, iki-iki öz əhli-əyallarının əllərindən tutaraq gecə 

vaxtı  piyada-atlı  fərar  vadisinə  tərəf  üz  tutdular.  Belə  bir  günün 

gəlişini gözləyən alçaq adamlar onların yanlarındakı pulları yollarda 

əllərindən alır və onları lüt-üryan qoyurdular. 

Osman  paşa  [isə]  asudəliklə  şəhərə  daxil  olub,  Təbriz 

dövlətxanasını qala üçün münasib bildi, Şurabdan keçib, Təbrizin ön 

tərəfində yerləşən Cərəndaba gəldi, qala inşa etməyi qərara aldı. O, 

[görüləsi işləri] əsgərlərin arasında böldü və iş başlandı. Rumilərin 

qala  tikməklə  məşğul  olduqları  qırx  gün  müddətində  qızılbaş 

qaziləri,  Surxab  dağını  özlərinə  dayanacaq  yeri  seçmələrinə 

baxmayaraq,  gecələrin  və  gündüzlərin  əksər  vaxtında  rumiyyə 

ordusunun  yaxınlığına  gəlib,  onlara  əl  uzadırdılarsa  (dəstbordi)  da, 

belə hücumlar rum leşkərinin çoxluğundan nəticəsiz qalırdı. Rumilər 

[isə]  qalanın  inşasını  başa  çatdırdılar.  Onlar  şəhərdə  əllərinə 

keçirtdikləri  bol  azuqəni,  topu,  zərbzəni  və  başqa  yaraq-yasağı 

qalanın  içinə  yığdılar  və  Axta  Cəfər  paşanı  qala  mühafizəsinə 

təhkim və Təbrizə hakim etdilər. 

Qala inşası vaxtı Osman paşa Təbrizdə əhalini qətliam etdi. 

Bunun zahiri səbəbi Təbriz əhalisinin rumilərlə yola  getməməsində 

idi.  Gecələr  Təbriz  yolkəsənləri  rumilərin  xeymələrinə  basqınlar 

edir,  onların  mallarını  əllərindən  alır,  özlərini  isə  fürsət  düşdükcə 

öldürürdülər.  Qalaya  da  hücumlar  edib,  rumilərin  gündüz 

tikdiklərini  gecə  uçurdurdular.  [Beləliklə]  Osman  paşaya 

təbrizlilərin  belə  əməlləri  haqda  məlumatlar  verildi.  Günlərin  bir 

günü Pəskuçək hamamında çimənlər bir  rumini qətl edib hamamın 

quyusuna  atmışdılar.  Bu  xəbəri  eşidən  Osman  paşanın  qəzəb  atəşi 

şöblənmiş və o, türkcə belə demişdi: "Təbriz xalqı əcəb fərəsətli (?) 

tayfadırlar",  yəni  "Təbriz  əhli  fitnəkar  tayfadır  və  bütünlüklə 

qırılmalıdır,   çünki   üsyan   və   tüğyan   əlamətləri   onların üz-



528 

 

gözlərindən  (bəşəre)  görünür".  Bu  hökm  qəzanın  hökmü  ilə 



imzalandı  və  Osman  paşa  tərəfindən  sadir  oldu.  Həmin  sözləri 

eşidən  rumilər  qılınclarını  çəkərək  şəhərə  tökülüşüb  qırğına 

başladılar.  Təbrizlilər  gizli  yerlərdə  gizlənməkdən  və  gecələr  öz 

başlarına  nə  isə  bir  əlac  etməkdən  başqa  bir  çarə  tapa  bilmədilər. 

Rumilər  isə,  çöldə  kimi  görürdülərsə  qətl  edirdilər.  Rumilər  sonra 

evlərə hücum edib kişiləri bəla  qılıncına  yem edir,  var-dövlətlərini 

talayır,  qadın  və  qızları  əsir  gölürürdülər.  Uşaq  və  övrətlərin 

fəryadları fələyədək ucaldı. Rumi əhalisindən bir dəstə xeyirxah və 

Allahdan  agah  olan  adam  Osman  paşanın  yanına  gedərək  onunla 

danışıq apardılar və paşanı bu qəbahətli əməldən çəkindirdilər. 

Osman  paşa  günün  axırında  əsgərlərə  qətl  və  qarəti 

qadağan etdi. Amma, sağ qalan [təbrizlilər] canlarının qorxusundan 

mallarını  şəhərdə  qoyub,  öz  əhli-əyallarının  əlindən  tutaraq  gecə 

şəhərdən  çıxdılar,  bələd  olmadıqları  çöllərə,  biyabanlara 

səpələndilər.  O  gözəlikdə  memarlığı  və  avadanlığı  olan  [Təbriz] 

şəhəri  isə  müxaliflərin  əllərinə  keçdi  və  rumilər  evlərdə  və  gizli 

yerlərdə  (nihanxanə) qalan saysız-hesabsız  var-dövlətə  və dəfinəyə 

sahib oldular. 

Çoxlu  var-dövlət  axtarıb-tapmaq  naminə  bəs  qədər  təhqiq 

və  təftiş  etdilər.  Belə  ki,  əhalinin  ev  əşyalarının  (əsasəlbeyt) 

gizlədildiyi  və  dərinliyi  iyirmi  zər  olan  quyuların  üstünü  örtüb 

üstündə  ev  tikmələrinə  baxmayaraq,  rumilər  həmin  yerlərə  də  yol 

tapır  və  quyu  dibindəki  şeyləri  ələ  keçirirdilər.  Amma  bu  əməllər 

Osman  paşa  üçün  yaxşılıqla  nəticələnmədi  və  o,  məzlumların  və 

əhli-beyt şiələrinin

373


 ah-nalələrindən Allahın qəzəbinə gəldi, heç bir 

xəstəliyi  olmadığı  halda  xonaq

374

  xəstəliyinə  giriftar  olaraq,  öz 



varlıq  libasını  fəna  küləyinə  verdi.  Rumilərin  Təbriz  şəhərində 

qaldıqları  qırx-əlli  gün  ərzində  künc-bucaqda  baş  verən  kiçik 

döyüşlərdən  başqa  qızılbaşlar  və  rumiyyə  arasında  daha  üç  böyük 

hərb oldu və hər üç hərbdə qalibiyyət müzəffər ləşkərə (qızılbaşlara 

- Ş.F.) qismət oldu. 

 

                                                           



373

  Qeyd:  Məhəmməd  peyğəmbərə,  onun  qızı  Fatiməyə  və  12  imama  beyət  edən  şiə 

əhalisi. Onlara "Peyğəmbər ümməti" də deyirlər – Ş.F. 

374


 Qeyd: Boğaz xəstəliyi, difterit - Ş.F. 

529 

 

QIZILBAŞ VƏ RUMİ LƏŞKƏRLƏRİ ARASINDAKI 



HƏRBLƏRİN ZİKRİ. QULU BƏY QORÇİBAŞININ 

SƏRDARLIĞI İLƏ BAŞ VERƏN BİRİNCİ DÖYÜŞ 

 

Məsələnin  bəyanı  belədir:  Rumi  döyüşçüləri  Təbrizi  ələ 



keçirdikdən,  qızılbaşlar  şəhərdən  çıxıb  şahzadənin  ali  ordusuna 

birləşdikdən sonra onların qüvvələri məlum oldu. Müəyyənləşdi ki, 

rumilərin  güclü  olmaları  bilindikdən  sora  bu  qədər  az  adamla  o 

hədsiz-hesabsız  ləşkərlə  cəng  etmək  [qızılbaşların]  işi  deyildir. 

Şahzadə  geri  qayıdıb  Urumdulda  hümayun  orduya  birləşdi.  O, 

orduda  qalan  ağıllı  və  tədbirli  Qulu  bəy  Qorçibaşı  Əfşarla 

məsləhətləşdi. Başa düşdülər ki, elə məsələnin başlanğıcında şəhərin 

əhalidən  boşaldılmaması  səhv  hərəkət  olmuşdur.  Belə  qərara 

gəldilər:  "Şəhər  rumilərin  əlində  olduğundan  təbrizlilər 

dağılışmışlar. Belə bir vəziyyətdə ləşkərin və köməyin azlığından və 

müxaliflərin çoxluğundan cəngə girişmək sərfəli deyildir. Gözləyək 

ki,  onlar  qalanın  inşasını  bitirib  getsinlər  və  gediş  vaxtı  gizlincə 

onların arxalarından hücuma keçib, bacardığımız əməliyyatı həyata 

keçirək.  Onlar  çıxıb  öz  ölkələrinə  getdikdən  sonra  isə  biz  geri 

qayıdıb  qalaya  hücum  edərik,  Azərbaycanın  rəiyyət  və  qoşunlarını 

toplayıb  Allah-təalanın  köməyi  ilə  qalanı  ələ  keçirərik.  Belə  bir 

vaxtda bundan qeyri bir tədbir düşünmək münasib deyil". 

Şahzadə  ona  xas  olan  qeyrət  və  namus  hissinin 

çoxluğundan  özlərinin  vaxtı  qəflətdə,  rumilərinsə  istirahət  və  qala 

tikmək  ilə  keçirmələrinə  imkan  verilməsinə  heç  vəchlə  razı  ola 

bilmirdi. Qərara gəldilər ki, onun özü şəxsən müharibəyə yollansın, 

"Allahın  istəyi  ilə  çox  zaman  olar  ki,  az  dəstə  çox  dəstəyə  qələbə 

çalsın"

375


  ayəsinə  uyğun  olaraq  Allahın  inayətinə  arxalanıb, 

mümkün qədər səy göstərsin. 

Qorçibaşı  və  ağsaqqallar  o  həzrətin  hərbə  getməsinə  razı 

olmurdular. Qorçibaşı xahiş etdi ki, əvvəlcə onun özü (qorçibaşının 

-  Ş.F.)  bir  dəfə  cəngə  gedib  ləşkəri  çınaqdan  keçirsin.  Əgər  bu 

cəngdən sərfəli bir əməl baş verərsə, ikinci dəfə qoy şahzadə döyüşə 

getsin  və  bir  qədər  döyüşdükdən  sonra  qayıdıb  özünü  saray 

əsgərlərinə  çatdırsın.  Ağıl  sahibləri  bu  fikri  bəyəndilər.  Hümayun 

ordu  hərəkət  edib  şəhərdən  dörd  fərsəx  aralıda  yerləşən 

                                                           

375

 Ayənin  ərəbcəsi:   "Kəm-min-fiətin  qəlilətin   ğələbət   fi-ətən kəsirətən bi-izn-il-



lahi". 

530 

 

Dərənəhəngə  gəlib  orada  dayandı.  Şahzadə  qorçibaşını  ləşkərə 



sərdar  təyin  edib  irəli  yolladı,  Məhəmmədi  xan  Toxmaq  [isə]  ali 

məiyyətlə qaldı. 

Qorçibaşı  bəzi  əmir  və  işə  yararlı  adamları  çərxçi  sifətilə 

irəliyə  göndərdi.  Onlar  yolun  şərq  tərəfindən  Fəhusfənc  çayından  

keçərək,  İraq  yolu  ilə  yuxarı  çıxıb  özlərinin göstərdilər. Rumiyyə 

qızılbaş ləşkərinin gəlişindən xəbərdar oldu. Osman paşa o vaxtlarda 

rumilərin on şücaətli döyüşçüsü olan Cığaloğlunu sərdar təyin edib 

bir  dəstə  paşa  və  sərhəd  əmiri  ilə  onların  qarşısına  yolladı. 

Rumilərin  qızılbaş  ləşkəri  barədə  az  məlumatları  olduğundan, 

Cığaloğlu  qızılbaş  ləşkərinin  qolunun  çayın  ortasında  olduğunu 

bilmədi, yalnız çərxçilərin qolunu gördü. O, topxana və ərradədən* 

ayrılıb  cəsarətlə  irəli  cumdu  və  döyüşə  başladı.  Bu  tərəfdən  də 

çaydan  keçib  yuxarı  tərəfə  gələn  qızılbaş  igidləri  rumilərin  qolunu 

görüb  atlarının  yüyənlərini  onlara  sarı  döndərdilər.  Rumilərdən  bir 

həmlədə  on  min  nəfərədək  əsgər  qətl  edildi.  Qızılbaş  ləşkərinin 

mərdanə  sədəmələrindən  lərzəyə  düşən  Cığaloğlunun  əsgərləri   

məğlubiyyətə  uğradılar,      qızılbaş  qazilərinə  isə  fəth  və  zəfər 

müyəssər  oldu.  Rumilərin  mötəbər  adamlarından  bir  neçəsi  əsir 

götürüldü.  Cığaloğlu  isə,  məğlubiyyət  vaxtı  özünü  belə  vəziyyətin 

ola biləcəyi təqdirdə, amadə olan bir itiqaçan madyana minib aradan 

çıxdı. 

Kor  Seydi  Xəbuşlu  iddia  edirdi  ki,  mən  Cığaloğlunu  nizə 



ilə yaralamışam, amma onun sözü sübut olunmadı. 

Osman  paşa  cəng  barədə  hər  saat  məlumat  almaqda  idi. 

Xəbər  aparanlar  ona  bildirirdilər  ki,  qızılbaşlar  şücaət  göstərirlər. 

[Buna görə də] Osman paşa qoşun-qoşun kömək yollayırdı. 

Qorçibaşı müxaliflərin məğlubiyyətindən və onların sərdarı 

Cığaloğlunun  fərarından  sonra  rumilərdən  kömək  gələcəyindən 

çəkinərək,  qızılbaşların  geri  qayıtmalarına  əmr  etdi.  Gün  sona 

yetdiyindən geri dönərək elə həmin çay kənarında dayandılar. Onlar 

ertəsi gün orduya çatıb, kəsilən başları, ələ keçirilən şeyləri və əsir 

tutulan  adamları  aləm  şahzadəsinin  nəzərinə  yetirdilər  və  şahanə 

mükafatlara layiq görüldülər. Osmanlı ordusunun etdiyi qətliamdan 

sonra  qaçıb  [hümayun]  orduya  gəlmiş  təbrizlilərdən  belə  sözlər 

eşidildi:  Bu  cəngdə  rumilər  qızılbaşlardan  gördüklərini  gördülər. 

Osman  paşa  Cığaloğlunu  danlayaraq  onu  qorxaqlıq  (cəbən), 

ürəksizlik (bəddeli) və sui-tədbirsizlikdə ittiham etdi. 

 


531 

 

ALƏM ŞAHZADƏSİ SULTAN HƏMZƏ MİRZƏNİN 



SƏRDARLIĞI ALTINDA BAŞ VERƏN İKİNCİ VƏ  

ÜÇÜNCÜ DÖYÜŞLƏR 

 

Dörd-beş  gündən  sonra,  ləşkər  bir  qədər  dincəldikdə, 



nəvvab  şahzadənin  özü  ali  ordudan  on-on  iki  min  döyüşçüsü  ilə 

birgə  rumilərlə  hərbə  yollandı.  Rumilər  elə  ki,  qızılbaş  ləşkərini 

gördülər, Osman paşa bu dəfə Qaraman bəylərbəyi Murad paşanı və 

Diyarbəkr bəylərbəyi Məhəmməd paşanı sərdar təyin edib, Anadolu 

ləşkəri  ilə  qızılbaşlarla  döyüşə  yolladı.  Hər  iki  tərəfin  çərxçiləri 

Fəhusfənc  çayı  kənarında  biri-birlərinə  yetişdilər,  hərb  mərəkəsi 

qızışdı, qarşılıqlı və ardı-arası kəsilməz həmlələr baş verdi. Rumiyyə 

üstünlük  əldə  etməkdə  idi.  Şahzadə  onların  qələbəsinə  dözə 

bilməyib  öz  igidlik  atını  mübarizə  meydanına  sürdü.  Qorçibaşı  və 

dövlətxah  ağsaqqallar  ehtiyat  üzündən  şahzadənin  irəli  getməsinə 

mane olmaq istədilərsə də, bunun faydası olmadı. Şahzadə hümayun 

qolu  irəli  apardı,  ali  məiyyətin  (yekə!)  cavanları  o  dövlət  və  iqbal 

taxtının bəzəyi olan şahzadənin mübarək nəzəri altında canlar üzən 

ox  və  nizələrlə  bir  çox  rumi  döyüşçünü  yəhər  üstündən  həlak 

torpağına atdılar. Döyüş gün batanədək davam etdi. Aləm şahzadəsi 

rumi  səfini  (tip)  dağıtmağa  və  qırıb-çatmağa  bel  bağladı  (himmət) 

Havanın  abbasi  köynəklərinin  rəngi  kimi  qaralmasına  baxmayaraq 

qızılbaş  ləşkəri  hərbdən  əl  çəkmirdi.  Paşalar  da  öz  səbat  və  qərar 

ayaqlarını yerə dirəyib məşəl yandırdılar. 

 

Qızılbaşların rumiyyə ilə ikinci cəngi və 



müxaliflərin yeni məğlubiyyəti: 

 

Bu  əsnada  nəvvab  şahzadə  Şahrux  xanı  sol  cinahdakı  



qoldan ayırdı və müxalifərin sağ qoluna həmlə etməsini əmr etdi. O,   

əmirlər,  zülqədər,  Qaracadağ,  şeyxavənd  camaatı  və  sol  qoldakı 

döyüşçülərlə ali ordudan ayrıldı. Çayın ortasına çatdıqları vaxt artıq 

onlar  rumi  qoşununun  qəlb  hissəsinin  arxasına  gəlib  yetişmişdilər. 

Elə  ki,  arxadan  rumilərin  qulaqlarına  qızılbaş  qoşununun  şeypur 

(nəfir) səsləri çatdı, ali ordu mülazimləri və şahzadə də atlarını irəli 

qovdular.  Qızılbaş  döyüşçülərinin  azlığına  və  döyüşkən  qazilərin 

çatışmazlığına  baxmayaraq,  rumilər  hələ  nəfir  səslənməzdən  və 

igidlər döyüşmək üçün irəli şığımazdan əvvəl qorxuya düşdülər  və 

onların qoşun qolları pozuldu. Qolda olan paşalar bir qədər davam 



532 

 

gətirib,  nə  qədər  vuruşdularsa  da,  faydası  olmadı,  mərəkə 



meydanına arxa çevirib fərar etdilər. Amma, onların keçəcəyi yolun 

üstündə  qızılbaş  ləşkəri  çox  olduğundan  fərar  vaxtı  özlərini  onlara 

çatdırdılar.  Diyarbəkr  bəylərbəyisi  Məhəmməd  paşa  və  Qaraman 

bəylərbəyi Murad paşa əsir götürüldülər. Bərk yaralı olduğundan və 

yaşamaq  ehtimalı  qalmadığından  Məhəmməd  paşanın  başını 

kəsdilər,  Əlixan bəy Şəmsəddinlinin əsir tutduğu Murad paşanı  isə 

diri  halda  başqa  əsirlərlə  birlikdə  şahzadənin  yanına  gətirdilər.  Bu 

döyüşdə  bir  çox  rumi  ölüm  şərbəti  içdi.  Qızılbaş  qaziləri  rumiyyə 

ordusunun  olduğu  Cərəndaba  qədər  onları  təqib  etdilər,  bir  neçə 

rumini isə yaşadıqları xeymənin içindən çıxarıb gətirdilər. 

Elə  ki,  rumilər,  qazilər  və  döyüşdən  qaçanlar  arasına 

qaranlıq  gecə  düşdü,  əzəmətli  əmirlər  və  intiqama  həris  əsgərlər 

fələk ehtişamlı şahzadənin ali ordusunda döyüşdən kənara çəkildilər

sabahkı  gün  üçün  [kəsilən]  başlar,  talan  olunan  mallar  və  hər  bir 

kəsdən zahir olunacaq şücaəti görmək barədə düşündülər. [Mələlik] 

hifz  olunmaları  zəruri  olan  Murad  paşanı  və  bir  neçə  başqa  əsiri 

orduya göndərdilər, oradansa Qəhqəhə qalasına apardılar. Atların bir 

qədər  dincəlmələri  və  döyüşçülərin  yenidən  döyüşə  hazırlaşmaları 

üçün iki-üç gün Fəhusfənc çayında gözlədilər. Rumilər tərəfdən də, 

Osman paşa öz ordusunun önündə keşik çəkmək və irəli getməmək 

əmri ilə qırx-əlli  min döyüşçü saxladı. Rumilər nəvvab şahzadənin 

az  adamla  onlarla  igidlik  və  mərdanəliklə  döyüşməsinə 

təəccüblənmişdilər. 

Rumilər bir yandan hərb və qətl-qarətlə məşğul olur, başqa 

yandan qala tikirdilər. Döyüşçülərin və minik heyvanlarının üç-dörd 

günlük dincliyindən sonra yenidən cəng hazırlığına başladılar. Belə 

qərara gəldilər: "Osman paşanın özü hərbə getmədiyindən, sultanlıq 

cəngi


376

  baş  tutmayacaqdır,  əgər  Allahın  yardımı  ilə  bu  dəfə  də 

müxaliflərə qalib gəlsək, düz rumiyyə ordusunun içinədək atımızın 

cilovunu  geriyə  döndərməyəcəyik,  orduya  şəbxun  edəcəyik.  Əgər 

müxaliflər qələbə əldə edərlərsə, döyüşə-döyüşə özümüzü bir kənara 

çıxarıb, hər gün döyüş atəşini alovlandırarıq  və düşmənlərə dinclik 

vermərik." 

Bahadırlar  bu  məqsədlə  "Əliyullaha  təvəkkür  deyərək 

döyüşə  yollandılar,  fələk  kimi  hərəkətsiz  qalmayan  atlarına 

(səmənd)  süvar  oldular,  zəfər  bayraqlarını  yuxarı  qaldırdılar. 

                                                           

376


 Qeyd: Cənge-soltani - Ölkə başçılarının şəxsən üzbəüz döyüşü – Ş.F. 

533 

 

Aləmlər  şahzadəsinin  başı  üstündə  hümayun  fallı  çətir  qaldırıldı, 



müzəffər  məiyyət  bahadırları  igidlik  və  atqovma  meydanının 

(mezmar)  süvarisi  olan  şahzadənin  üzərində  əjdaha  əndamlı 

(əjdəhapeykər)  [rəsm  olan]  ələminin  kölgəsi  altında  yığışaraq, 

ləyaqətli  tərzdə  qətl  meydanına  (mərəkeye-qetal)  şığıdılar.  Zəfərli 

ləşkərin  çərxçiləri  rumiyyə  ordusuna  yaxınlaşdılar,  amma  ordunun 

mühafizəsi  üçün  ayrılmış  rumi  döyüşçülərinə  hücum  etməyə  cürət 

etmədilər,  bu  tərəfdən  də  rumilər  ehtiyatkarlıq  edib  işin  önünü  və 

gcrisini fikirləşdilər ki, məbadə qızılbaşlar tərəfdən yeni qələbə əldə 

olunsun.  Beləliklə,  gündüzü  axşam  etdilər  və  tərəflər  arasında 

vuruşma  olmadı.  Günün  sonunda  qızılbaşlar  həmin  yerdən  ətrafa 

qarovullar yollayıb hökm etdilər ki, bu gecə döyüşçülər qoy istirahət 

etsinlər, sübhə yaxın isə rumilərin üzərinə fədailər kimi tökülüşüb, 

rumiyyə ləşkərinin bir yerə toplaşmasınadək qətldən bir dəqiqə də əl 

çəkməsinlər. 

Gecədən  bir  az  keçmişdi  ki,  qarovuliyə  gedən  qazilər 

igidliklə  müxalif  orduya  çataraq,  özlərini  rumiyyənin  xeymələrinə 

vurdular, bir neçə nəfəri tutub qayıtdılar və onları şahzadənin yanına 

gətirdilər. 

Şahzadə  onlardan  soruşdu:  "Dünən  niyə  rumiyyə 

[döyüşçüləri] döyüş üçün irəli çıxmadılar?" 

Onlar cahil adamlar olduqlarından vəziyyətin dərinliyindən 

xəbərləri yox idi. Şahzadə belə qərara gəldi: "Ola bilsin ki, bir neçə 

məşvərət  məclisi  keçirən  baş  sərdar  (Osman  paşa  -  Ş.F.)  sakitcə 

köçməyə hazırlaşır və [buna görə də] paşalar və döyüşçülər ordunu 

qorumaqdan başqa heç bir işə baş qoşmurlar. 

Elə  bu  əsnada  rumiyyə  ordusundan  bərk  ataş  səsləri 

eşidildi.  Sanki  xırmanlara  od  vurmuşdular.  Təcrübəli  adamlar 

dedilər  ki,  bu  köç  əlamətidir  və  [rumi  əsgərləri]  öz  xeymələrinə 

odun  yığaraq  onları  yandırmışlar.  Vəziyyətin  belə  olduğunu  əsir 

tutulmuş həmin adamlar da təsdiq etdilər. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin