AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Osman paşanın xonaq (difterit) xəstəliyindən ölməsi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə51/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   47   48   49   50   51   52   53   54   ...   96

Osman paşanın xonaq (difterit) xəstəliyindən ölməsi: 

 

Gecə yarısı rumiyyə ordusundakı tanışının himayəsi altında 



olan  və  həmin  tanışı  tərəfindən  rumi  sədəməsindən  qorunan  bir 

təbrizli  şəxs  gələrək  dedi:  "Osman  paşa  iki  gün  idi  ki,  boğaz 

tutmasından  evdən  eşiyə  çıxa  bilmirdi.  Keçən  gecə  əcəli  gəldi  və 

onu apardı. Bu məsələni bir gün xalqdan gizli saxladılar. Cığaloğlu 



534 

 

sərdarlığa  boyun  oldu  və  günün  sonunda  paşaları  və  ağsaqqaları 



yığıb baş verən qəziyyəni onlara danışdı. Hamının rəyi belə oldu ki, 

gərək köç etsinlər və sabah köçüb gedəcəklər". 

Amma  [Osman  paşa]  Cəfər  paşanı  bir  neçə  gün  əvvəl 

qalaya  göndərmiş,  ona  illik  ərzaq  tədarükünün  miqdarını 

müəyyənləşdirməyi tapşırmışdı. Bir dəstə paşa dedi:  "Hələ qalanın 

təchizatı  başa  çatdırılmayıb.  Biz  [buradan]  gedəndən  sonra 

qızılbaşlar qalanı asanlıqla alacaqlar. Nə üçün iki-üç min adamımızı 

ölümə verək?". 

Cığaloğlu,  Cəfər  paşanı  qalada  qalmağa  ixtiyar  sahibi 

etmişdi.  Cəfər  paşa  isə  ona  belə  dedi:  "Əgər  mən  qalaya  daxil 

olmasaydım, yəqin ki, oraya bundan sonra getməzdim. İndi ki, daxil 

olmuşam, oradan çıxmaq Osman paşanın  vəfatından sonra dövlətin 

və  padşahımızın  ziyanına  yönələ  bilər.  Mən  Allahın  təqdiri  ilə 

razılaşıb qalada qalıram, siz isə köç edin". 

O  şəxs  (təbrizlinin  rumi  dostu  -  Ş.F.)  bunları  eşitdikdən 

sonra  öz  evinə  gəlib,  məsələni  təbrizliyə  danışdı  və  dedi  ki,  biz 

sabah köçüb gedirik, çünki qızılbaş ləşkəri yaxınlıqdadır və ehtimal 

ki,  sabah  böyük  bir  cəng  baş  verəcəkdir.  Sən  isə  orada  öldürüb 

bilərsən.  Əgər  imkan  edə  bilsən,  bu  gecə  vaxtı  özünü  qızılbaş 

ordusuna çatdır. 

[Təbrizli  deyir  ki]  o,  bir  neçə  başqa  adamı  da  mənə 

qoşmuşdu.  Elə  ki,  qızılbaş  qarovullarının  qaraltısı  göründü,  onlar 

geri qayıtdılar. 

Təbrizli  [əlavə  edib]  dedi:  "Rumilər  Osman  paşanın 

vəfatından,  şahzadənin  cəsarətindən  və  qızılbaşların  məharətindən 

qorxuya  düşmüşlər.  Yeniçərilərin  və  qala  müdafiəçilərinin  qalada 

qala  biləcəkləri  çətin  məslədir.  Əgər  onlar  qaladan  çıxsalar,  Cəfər 

paşa da məcbur olub qalanı tərk edəcəkdir". 

Bu xəbər həqiqətdən uzaq olmadığından, bəyənildi, ləşkər 

arasında  şadyanalıq  başlandı.  Sübh  cəng  hazırlığı  göründü. 

Humayun qol (yəni şahzadənin olduğu qol - Ş.F) az miqdar qazilərlə 

hərəkət edib çox miqdar müxalif döyüşçüləri ilə döyüşə yollandı. 

Sərdarlıq  etməyə  vəzifədar  edilən  Cığaloğlu  ölkəsinə 

qayıdış əzmi ilə köçməyə hazırlaşdı, önə çoxlu, arxaya isə az sayda 

əsgər düzüb, tam ehtiyatla qayıdış yoluna düşdü. 

Rumilərin  dayanacaq  yerləri  olan  Çərəndabdan  keçən 

müzəffər  ləşkərin  çərxçiləri  Şənbqazan  yaxınlığında  rumilərə  çatıb 


535 

 

silaha  əl  atdılar.  Qarşı  tərəf  də  dəstə-dəstə  irəli  çıxdı  və  döyüşə-



döyüşə irəliləməyə başladı. 

Şahzadə hümayun qolu Çərəndabdan keçirib qaziləri hərbə 

rəğbətləndirdi  və  iqbal  ordusunun  bahadırları  müxaliflərin  ardına 

düşərək  mərdanəlik  göstərdilər,  onları  arabalara  və  dəvələrə  tərəf 

qovdular. 

Doğrudan  da,   Osman  paşanın   vəfat   etdiyi   və   rum 

ləşkərinin sərdarsız qaldığı bu gün, əgər qızılbaş qoşununun sayı bir 

qədər  çox  olsaydı,  cəngi  tamamilə  başa  çatdıra  bilər,  müxalifləri 

böyük  məğlubiyyətə  uğradar,  birdəfəlik  qələbə  əldə  edərdilər. 

Məsələnin  belə  şəkil  ala  bilməməsinə  üç  şərt  mane  oldu:  Birinci, 

qızılbaş  ləşkərinin  sayı  çox  az  idi  və  qarşı  ləşkərin  keyfiyyət  və 

kəmiyyəti barədə rumilərin  məlumatları  var idi. Onlar bilirdilər ki, 

nəvvab aləm şahzadəsinin on-on iki mindən çox döyüşçüsü yoxdur. 

Bundan  əlavə,  əzəmətli  əmirlər  arasında  nifaq  bazarı  

rövnəqlənmişdi.    Əmirlərin  əksəriyyəti  şahzadənin  iltifatına  layiq 

görülən  Əliqulu  xan  Fəthoğlunu  sevmirdi  və  [əsla]  istəmirdilər  ki, 

qızılbaşların  arasında  onun  adamlarının  nüfuzu  çoxalsın,  onlar 

qələbə əldə etsinlər. İkincisi, qızılbaşlar qorxusuz-hürküsüz özlərini 

müxaliflərin  dəvələri  və  malları  içərisinə  vurub  onlardan  xeyli 

qənimət ələ keçirdikdən sonra, həmin ləşkərin (qızılbaş ləşkərinin - 

Ş.F.)  təbiətinə  xas  olan  tamahkarlıq  çoxaldı,  var-dövlət,  dəvə  və 

yaraq-yasaq  əldə  etmək  üçün  hücumlar  başlandı  və  onlar  əllərini 

döyüşdən  çəkdilər.  Beləliklə,  get-gedə  ləşkərin  sayı  və  uğurları 

azaldı. Üçüncüsü, yarım fərsəx yol qət edən Cığaloğlu Çərəndabdan 

Şənbqazana gəldikdə, qızılbaşların rumiyyə qoşunu üzərində tezliklə 

qələbə  əldə  edəcəyini  görüb,  özünün  kamil  əqlinə  və  tədbirinə 

rəğmən  dərhal  həmin  yerdə  dayandı,  ordusunun  ətrafına  xeymə  və 

arabalardan səf çəkdi, arabaların önünə yeniçəriləri düzərək müdafiə 

işləri  görməyə  başladı.  [Amma]  qızılbaşlar  heç  bır  hərəkət 

etmədilər, araba cənginə (cənge-ərrabə) yollanmadılar və əzilməkdə 

olan  rumilər  cürətə  gəlib  qorxu-təlaş  içindən  çıxdılar.  Nəvvab 

şahzadə  vəziyyəti  belə  görərək,  qızılbaş  ləşkərinin  dağılmasından 

agah  oldu.  Buna  baxmayaraq,  o,  ordunun  qəlbindəki  ləşkərlə 

qəfildən  irəli  cumub  döyüşə  başlamaq  fikrinə  düşdü.  Əzəmətli 

əmirlər  və  dövlətxahlar  araba  döyüşünü  məsləhət  görməyib 

şahzadəni bu hərəkətdən çəkindirdilər. Şahzadə dövlətxah adamların 

onun qorunmasına  yönəlmiş bu  məsləhətinə əməl  edib, cəngdən  əl 

çəkdi, gəlib Çərəndab yaxınlığında dayandı. Bu cəng zamanı kəsilən 



536 

 

başlar az oldusa da, bol qənimət ələ keçdi. Rumiyyə Şənbqazandan 



köçdükdən  sonra  nəvvab  şahzadə  ali  ordunun  mülazimləri  ilə 

dayandığı yerdən atlanıb heç bir yerdə rumilərə asudəlik verməmək 

niyyəti  ilə  rum  ləşkərinin  qəlb  hissəsinə  hücum  və  onları  Təsuc 

qəsəbəsinədək  təqib  etdi.  Qazilər  fürsətdən  istifadə  edərək  özlərini 

rumiyyə  döyüşçülərinə  çatdırıb  döyüşür,  çoxlu  adam  həlak  edir, 

kəsilən başları şahzadənin xoşbəxt nəzərinə yetirirdilər. Mayan adlı 

bir  yerdə  böyük  cəng  baş  verdi.  İsmayılqulu  xan  və  şamlı  tayfası 

özlərinin  igidlik  atlarını  irəli  sürüb  cəngə  girişdilərsə  də,  rumilər 

üstün  gəldilər,  onları  geri  döndərdilər.  İlahidən  gələn  bəla  kimi 

həmin  səhrada  sulu  bir  yer  vardı.  Şamlı  tayfasının  yolu  həmin  su 

içərisindən  keçdi  və  atlar  döşlərinədək  palçığa  batdılar.  Rumilər 

hücuma  keçdilər.  Əgər  qızılbaşlara  bir  ləhzə  belə  gec  kömək 

gəlsəydi,  şamlıların  ən  bacarıqlı  cavanları  palçıq  içində  qətl 

olunacaqdılar.  Ali  ordunun  mülazimlərindən  Zeynal  bəy 

Şərbətdaroğlunun oğlu Şahhüseyn bəy  və saraya  yaxın adamlardan 

olan  Div  Sultan  Zülqədərin  oğlu  Qorxmaz  xan  Cəbadar

377

  qətlə 


yetirildilər. Xülasə, [qızılbaşlar] həmin gün elə bir iş edə bilmədilər. 

Əliqulu xan Fəthoğlu vəzifəli ərbabların  və dövlət adamlarının bir-

birinə  qarşı  bəslədikləri  paxıllıq  və  həsəd  ucbatından  İsmayılqulu 

xana  kin  bəsləyirdi.  O,  Pir  Qeyb  xana  küdurətlə  dedi:  "Sən  niyə 

şamlı[lara] imdad edib qoymadın ki, [İsmayılqulu xan] öz adamları 

qabağında  xəcalətlə  məğlubiyyətə  uğrasın?  Əgər  ləşkər  başçıları 

arasında  belə  nifaq  və  ittifaqsızlığın  mövcud  olması  belə  davam 

edərsə, vəziyyətin nə ilə nəticələnəcəyi məlumdur". 

Nəvvab şahzadə isə Təsuca qədər rumiləri təqib etməkdən 

dayanmadı. Həqiqətən də bu savaşlarda onun heç bir taxsırı yox idi. 

Şahzadə  cəngə  yollandığı  on  dörd  gün  müddətində  libasını 

soyunmayıb  hər  gün  sübhdən  axşamadək  vaxtını  insan  ovuna  sərf 

edərək o tayfanı (rumiləri - Ş.F.) ədəmə yollayırdı. 

Amma,  müxaliflərin  sayı  hədsiz-hesabsız  olduğu  üçün 

həmin  müqayisəolunmaz  ləşkərlə  qarşı-qarşıya  gəlmək  ali  ordu 

mülazimlərinin  imkan  xaricində  idi.  Qızılbaşlara  xas  olan  nifaq 

barədə isə deyə bilərəm ki, onların bəsirət gözü belə halın  malı ilə 

qapanmışdı.  Onlarda  şeytanı  ürəklərindən  qovub-çıxarmaq  və 

                                                           

377


  Div  Sultanın  bu  oğlunun  adına  əlavə  kimi  yazılan  "Cəbadar"  ifadəsinin  mənası 

bizə məlum olmadı - Ş.F. 

 


537 

 

sədaqət  yoluna  qədəm  basmaq  əlaməti  yox  idi.  Məhz 



inadkarlıqlarına  görə  də  onlar  bu  hadisələr  zamanı  biri-birləri  ilə 

yoldaşlıq etmədilər, biri-digərinə həmrah olmadılar. 

Xülasə,  rumilər  öz  ölkələrinə  yaxınlaşmaqda  idilər  ki, 

onlarda [qızılbaşlarda] geri qayıtmaq, qala almaq həvəsi yarandı və 

geri  qayıtdılar,  Təbriz  yaxınlığındakı  Şənbqazın  yaxınlığına  gəlib 

şəhərin xaricində dayandılar. 

Şahzadə  adlı-sanlı  atasının  yanına  bir  adam  yollayıb 

vəziyyəti ona ərz etdi. İsgəndər şanlı nəvvab əğrəq ordusu ilə şəhərə 

çatıb  Mir  Əsədulla  Şüştəri  Sədrin  evində  yerləşdi.  Hümayun 

dövlətxana  orada  qərar  tutdu.  Əmirlərin  və  dövlət  başçılarının  hər 

biri  də  şəhərin  xarababad  (uçuq-sökük  -  Ş.F.)  mənzillərində 

yerləşdilər.  Bu  sətirlərin  müəllifi  (İsgəndər  bəy  Münşi  Türkman  - 

Ş.F.)  [də]  ali  orduda  idi.  Mən  şəhərə  gələndə  şəhərin  acınacaqlı 

vəziyyəti  nəzərimi  cəlb  etdi.  Qızıl  və  lacivərdlə  örtülü  olan  bütün 

evlər  dağıdılmış,  naxışlı  qapı-pəncərələr  çıxarılıb  odun  əvəzinə 

yandırılmışdı.  Ağaclar  kəsilmiş,  bağlar,  bağçalar  viran  edilmiş, 

qalaya  bir  illik  odun  yığılmışdı.  Bir  neçə  min  yaraşıqlı  evdən 

yaşamağa  yararlı  olan  bircəsi  də  salamat  qalmamışdı.  Bütün 

dükanlar,  ikimərtəbəli  kaşı  evlər,  hamamlar  dağıdılmış,  öldürülən 

təbrizlilərin  cəsədləri  küçələrdə,  evlərdə  və  bazarlarda  tökülüb 

qalmışdı. Xülasə, fərəhnak Təbriz şəhəri tamamilə viran olmuşdu ki, 

belə  mənzərəni  müşahidə  edərkən  adamın  halı  pərişan  olurdu. 

Mövlana Foruği Təbrizi bu beyti o vəziyyətə münasib demişdir: 

 

Beyt: 



 

Mənim dərdimə təskinlik edir bəxş Kərbəla dərdi,  

Ürək Təbriz üçün viran olub Təbrizdən artıq.

378


 

 

İsgəndər  şanlı  nəvvab  və  aləm  şahzadəsi  tərəfindən 



möhtəsəbül-məmalik olan Mir Cəfər Mir Rasti oğluna bir neçə gün 

ərzində  vaxtını  qətl  olunanların  kəfənlənmələrinə  və  dəfnlərinin 

təşkilinə  sərf  edilməsi  tapşırıldı.  Küçə  və  məhəlləri  yem 

                                                           

378

 Beytin farscası: 



Voque-Kərbəla təskine-dərdəm midəhəd v-əz ne,  

Deləm dər həsrəte-Təbriz virantər ze Təbrizəst. 



538 

 

yoxluğundan  ölmüş  və  bir-birinin  üstünə  qalaqlanmış  heyvanların 



leşlərindən təmizlədilər. 

Kənd  və  çöllərə  dağılışan  Təbriz  əhalisi  tədriclə  şəhərə 

qayıdıb, öz evlərini viran və talan edilmiş gördülər. Hərəsi bir evdə 

yerləşən əmirlər, dövlət başçıları və başqa şəxslərin hər birisi evlərin 

təmirinə  girişib  onları  yaşamaq  üçün  yararlı  hala  gətirdilər  və 

beləliklə Təbriz şəhəri ordu üzvlərinin  və əhalinin səyi ilə başdan-

başa  təmir  olundu.  Həmin  qış  hümayun  qışlaq  o  cənnətəbənzər 

yerdə oldu. 

 

TƏBRİZ QALASINDA SAVAŞ VƏ BU İLİN SONUNADƏK 

QALA ƏTRAFINDA VƏ ONUN MÜHASİRƏSİ ZAMANI 

ALLAHIN TƏQDİRİ İLƏ BAŞ VERƏN HADİSƏLƏRİN 

ZİKRİ 

 

Allah-təalanın  əzəli  iradəsi  buna  yönəlmişdi  ki,  Təbrizin 



fərəhlər  yağdıran  torpağı  gərək  rumilərin  işğalına  keçsin,  o  gözəl 

şəhərdə çoxlu dağıntılar (xərabi) baş versin, bir neçə il orada əmin-

amanlıqla  vaxt  keçirib  qürur  və  təkəbbür  badəsindən  məst  olmuş 

əhali  vətəndən  ayrılıb  müxtəlif  möhnətlərə  düşsünlər,  elə  bərbad 

şəraitin (extelal) necə olacağını o zaman bilməyən adamların başına 

gələnlər  başqalarına  ibrət  dərsi  olsun.  Bu  gün  İranın  qələbə  bəxtli 

taxtının  işıqlı  vücudu  ilə  asimana  qədər  ucalan  və  iki  cahanlıq 

ziynəti  olan  həzrət  zilləllah  şahın  hakimiyyəti  və  cahangirliyi 

nəticəsində,  o  qarmaqarışıqlıq  aradan  götürülmüş,  hadisələr  çör-

çöpünün  axını  ilə  öz  paklıq  və  yaşıllığını  itirən  həmin  ürəkaçan 

məkan, o hökmdarın iqbalı sayəsində yenidən canlanmış, yenidən bu 

zavalsız dövlətin əlinə keçmiş, fitnəkarlıq zülmətabadı [o padşahın] 

atəşlər  yağdıran  qılıncının  şöləsi  ilə  [təzədən]  işıqlanmış,  əmin-

amanlıq  aləmi  daha  da  aydınlaşmışdır.  Baxmayaraq  ki,  o  zaman 

fəlakətlərin  dəfi  xüsusunda  çox  cəhd  edilmişdi,  amma  nəticəsi  az 

olmuşdu. Nəhayət ki, pərdə ilə örtülmüş bəzi işlər üzə çıxdı ki, layiq 

işlərə maneçilik (ayeq) yaratmış oldu. 

Xülasə,  hümayun  ordu  Təbrizə  yetişəndə  əzəmətli  əmirlər 

qalanın dörd tərəfini ehtiyat üzündən yoxladılar, bir neçə yerə sebə 

çəkilişi  müəyyənləşdirdilər.  Qalanın  Sahibabad  meydanı  və  Həsən 

padşah  məscidi  istiqamətində  olan  şərq  hissəsinin  seybəsi  cahan 

nəvvabının,  o  həzrət  mülazimlərinin,  Əliqulu  xan  Fəthoğlunun, 

keşikçilərin  və  Təbriz  camaatının  öhdəsinə  qoyuldu.  Qalanın 


539 

 

Səhharan  məhəlləsinə  və  Təcunə  kəndinə  baxan  ön  hissəsində 



qorçibaşının, 

qorçilərin 

və 

bəzi 


əmirlərin 

seybələri 

müəyyənləşdirildi.  Şahrux  xan,  zülqədər  tayfası,  Məhəmməd  xan 

Toxmaq, İmamqulu xan Qacarın adamları və Qarabağ camaatı da bir 

seybəni öhdəyə götürdülər. 

Amma,  əsgərlərin  azlığı  üzündən  qalanın  qərb  və  şimal 

hissələri  boş  qaldı  və  mühasirə  baş  tutmadı.  Hərdənbir  türkman, 

təkəli  və  fars  zülqədər  qoşunlarının  gəlmələri  barədə  səslər 

eşidilirdi. Belə qərara alındı ki, əgər gəlib çatarlarsa, onları qalanın 

boş  qalan  səmtlərinə  də  seybələr  çəkilsin.  Azərbaycan 

torpaqlarından  [çoxlu]  əli  bel  və  külünglü  adam  yığışdı.  Top 

hazırlığına  başladılar  və  Murad  bəy  Topçubaşı  toptökmə  işinə 

girişdi. Topun hazırlanması bitənədək qərara alındı ki, Həsən padşah 

mədrəsəsindən  qalanın  ortasına  qədər  dəmir  biləkli  nəqbəçilər

379

 

lağım atmağa başlasınlar və lağım qalanın ortasına çatdırılsın. 



Amma,  həmin  mühasirə  vaxtı  bütün  qoşunun  vahiməyə 

düşməsinə  və  bədbinliyinə  səbəb  olan  qəribə  hadisələr  baş  verirdi. 

Şahı  və  döyüşçüləri  qəmləndirən,  qızılbaşları  sarsıdan  və 

mühasirədə  qalanları  cürətləndirən  məsələlərdən  biri  dövlətin  adlı-

sanlı  adamlarından  və  zülqədər  tayfasının  böyüklərindən  olan 

Şahrux xan Möhrdarın  [rumilər ərəfindən] ələ keçməsi oldu ki, bu 

ibrətamiz hadisə Allahın təqdiri ilə baş verdi. Bu ibrətli hadisə belə 

olmuşdur: 

 

Şahrux xanın rumiyyə tərəfindən əsir alınması: 

 

Şahrux  xan  şücaətli,  igid  və  mərd  bir  adam  idi.  Onun 



qeyrətinə toxunurdu  ki, qızılbaşların yüz ildən bəri evi olan Təbriz 

şəhərinin  mərkəzində,  eyni  zamanda  bütün  əzəmətli  dövlət 

başçılarının  bir  yerə  toplaşdıqları  bir  zamanda  axta  və  səfeh  bir 

adam  olan  Cəfər  paşa  kimi  bir  şəxs  padşah  sarayında  və  "Həşt 

heheşt" imarətində oturub, Rum xandgarının adına xütbə oxutdurur. 

Buna  görə  də  o,  oranı  ələ  keçirtmək  fikrinə  düşərək,  hər 

gün deyirdi ki, bu qalanı fəth etməsək, qoy yuxumuz, həyatımız və 

asayişimiz  bizə  haram  olsun.  O,  çılğınlığının  çoxluğundan 

ehtiyatsızlıq  edərək,  elə  ilk  həftə  seybəni  mərtəbə-mərtəbə  irəli 

aparıb  qala  divarlarına  yaxın  bir  yerə  çatdırdı.  Nəvvab  şahzadə  bu 

                                                           

379


 Nəqbçilər, yaxud nəqbəçilər - lağımatanlar - Ş.F. 

540 

 

cəsarət,  mərdanəlik  və  səbirsizliyi  bəyənmədi,  iki  dəfə  adam 



göndərib  bu  işi  ona  qadağan  etdi,  seybəni  asta-asta  aparıb, 

irəlilədikcə  öz  arxasını  tüfəngçilərlə  möhkəmlədərək  arxayınlıqla 

getməsini  məsləhət  gördü.  O,  xana  adam  yollayıb  cahanı  bəzəyən 

şahzadənin bu təklifini məqbul sandığını bildirdi, amma dedi ki, bir 

halda  ki,  qalaya  gəlib  çatmışıq,  geri  qayıtmağı  özümə 

yaraşdırmıram. Bu iki-üç gündə  

 

Beyt 

 

Ya bas əyəcəyik çərxin hökmünə,  



Ya da düşəcəkdir düsmən pis günə.

380


 

 

Şahrux xanın əsir düşəcəyi qəza lövhəsində yazıldığı üçün, 



o,  orada  qalmaqda  israr  elədi.  Nəvvab  şahzadə  ertəsi  gün  onu 

nəsihətlə  oradan  geri  qaytarmaqdan  ötrü  eşikağasıbaşı  Piri  bəy 

Şamlını göndərdi. O, Şahruxun yanına gəlib onunla söhbət etməkdə 

idi, lakin əksər döyüşçülərin və gecə keşikçilərinin dağılışdıqları və 

gündüz keşikçilərinin hələ gəlmədikləri bir  vaxtda rumilər qəfildən 

qaladan  çıxıb  o  seybənin  üstünə  hücum  etdilər.  Bir  dəstə  yeniçəri 

gediş-gəliş  yeri  olan  küçənin  ağzını  tutub,  tüfəngdən  atəş  açaraq 

buraya gələsi kömək  yolunu bağladı, başqa dəstə isə o evi əhatəyə 

aldı. Qapı-pəncərələrdən çoxlu atəş açıldı, nəhayət evə daxil oldular. 

Şahrux   xan     və     mötəbər    igid    əmirlərdən    sayılan 

"Zəhrmar"  ləqəbli  oğlu  Əbülqasım  Sultan,  həmçinin  eşikağasıbaşı 

Piri  bəy  və  orada  olan  başqa  bir  neçə  nəfər  mərdanə  döyüşdülərsə 

də,  Şahrux  xan  yaralanıb  əsir  düşdü,  qalanları  isə  şəhadət  şərbəti 

içdilər.  Rumilər  onun  Şahrux  xan  olduğunu  bildikdə,  dərhal  geri 

qayıdıb  qalaya  apardılar.  Rumilərin  hücumu  və  Şahrux  xanın 

seybəsinin cəngi xəbəri şəhərdə yayılan vaxt qızılbaşlar hər tərəfdən 

hücuma keçdilər. Onlar    gəlib çatanadək rumilər qayıdıb Şahruxu 

qalaya  çatdırmışdılar. Buna görə də qaladan scvinc sədaları ucaldı, 

çöldəkilərin  isə  məlalı  çoxaldı.  Mühasirəçilər  ürəkləndilər, 

qızılbaşlar pərişan oldular. Nəvvab şahzadə isə bu məsələdən özünü 

sındırmayıb  dedi:  "Kim  ki,  inadkarlıq  edib  vəlinemətin  sözünü 

                                                           

380

 Beytin farscası: 



Ya bər morad bər səre-gərdun nəhim pay,  

Ya mərdvar bər səre-hemmət konim sər. 



541 

 

eşitməzsə,  bu  inadkarlığın  nəticəsi  peşimançılıqdan  başqa  bir  şey 



olmayacaqdır".  Amma,  Şahrux  xan  din  və  dövlət  yolunda 

vuruşduğundan  onun  yerdə  qalan  adamlarına  ehtiram  göstərdi: 

"Möhrdarlıq  vəhifəsini  onun  oğlu  Əsilməs  xana

381


  inayət  etdi. 

Həmçinin  Əbülqasım  Sultanın  vəzifəsi  onun  oğlu  Təhmasibqulu 

Sultana  verildi.  Gözəl  bir  oğlan  olan  Rzaqulu  bəy  Piri  bəy  oğlu 

atasının  yerinə  eşikağasıbaşı  oldu.  Əmrə  görə  zülqədər  tayfası  elə 

həmin  seybədə  qaldı,  lakin  onlar  keşik  çəkməkdən  və  seybəni 

mühafizə etmək işlərindən başqa heç bir işə baş qoşmamalı idilər. 

İcrasına izn  verilməyən  məsələlərdən biri də bu idi ki, on 

beş  mən


382

  ağırlığında  daş  atan  və  cənnətməkan  şahın  qalalarının 

birindəki  topxanasında  olan  "Kəlləguş  "  adlı  məşhur  topu  qala 

ayağına  gətirib  ön  tərəfdəki  bürclərin  birində  yerləşdirərək  ondan 

atəş açırdılar. Nəticədə bürcün yarısı o topun gülləsinin lərzəsindən 

uçulmuşdu.  Rumilər  günorta  çağı  seybəyə  hücuma  keçib,  adamları 

tüfəng  zərbələri  ilə  pərakəndə  saldılar,  topun  halqalarına  kəndir 

salıb,  qarşı  tərəfdən  kömək  gələnədək  topu  divarın  ayağına  tərəf 

çəkdilər və dartıb qalaya apardılar. 

Baş  verən  başqa  hadisələrin  biri  də  bu  idi  ki,  toptökmə 

alətlərinin hazırlanmasından iki ay keçəndən sonra qızılbaş əyanları 

yığışıb  əmr  gözləyirdilər.  Qış  soyuğunun  şiddəti  və  günəşin 

çıxmamasına  görə  topun  qəlibi  hələ  yaxşı  qurumadığı  vaxt  kürəyə 

tökülən  misi  qəlibə  axıtdılar,  məhlul  qaynadı  və  qəlibdən  çıxıb 

havaya  sıçradı,  ətrafa  dağıldı.  Nəticədə  müqəddəs  zati-alinin  gözü 

yaralandı  və  beləliklə  misdən  fəqət  zərər  gəldi  və  Allah-təala  bu 

dəfə  onu  qorudu.  Amma,  ona  yaxın  adamlardan  bir  neçəsi  misdən 

qopan qəlpələrdən bərk sədəmə gördülər. Beləliklə, top tökülməsini 

iki  ay  gözlədikdən  sonra  bu  iş  baş  tutmadı.  Bu  hadisədən  sonra 

saraya  yaxın  adamlardan  Heydər  bəy  Ənisin  oğlu  Bərxurdar  bəy 

Topçubaşı toptökmə işinə təyin olundu. O, qırxəlli gün ərzində bu iş 

üçün  lazımi  ləvazimat  hazırladı.  Münəccimlərin  müəyyən  etdikləri 

xoş bir saatda ali məclis yığıldı. İyirmi beş mən daş (mərmi) atmaq 

imkanına  malik  yeni  tökülmüş  böyük  bir  topu  nəvvab  şahzadənin 

                                                           

381


 Qeyd: Ehtimal ki, "Əzilməz xan" olmalıdır - Ş.F. 

382


 Mən: Batman (3 kq-dan 12 kq-a qədər ağırlıq ölçüsü - Ş F.) 

 

 



542 

 

seybəsinə  aparıb  yerləşdirdilər  və  topçular  öz  işləri  ilə  məşğul 



olmağa başladılar. 

Lağım atmaq işi də irəliləyirdi.  Həmin işdən  agah  və hali 

olan adamlar belə təklif etdilər ki, artıq qalayadək lağım atılmışdır. 

Şahzadə, gecə, işə yararlı adamlardan üç yüz nəfərini seçdi və divarı 

yarıb qalaya daxil olmaqdan ötrü onları irəli yolladı. 

Kərəney  çalındı.  Elə  ki,  səs  ətrafa  yayıldı,  seybələrin  hər 

yönündən yürüş başlandı. Qalanın ələ keirilməsi bu zaman qəzavü-

qədərin  qələmi  ilə  hələ  yazılmadığından  və  bu  məsələnini  icrası 

kamyab  hümayun  zilləllah  şahın  hökmdarlığı  və  cahanı  bəzəməsi 

vaxtına qədər təxirə salınmalı olduğundan o zaman böyük hadisələr 

və  qalanın  alınmasının  yubadımasına  səbəb  olan  işlər  baş  verirdi. 

Xülasə, elə ki, lağım atan əsgərlər lağım dəliyini açdılar, gördülər ki, 

onların  təxmini  hesabları  düzgün  çıxmamışdır.  Şirhacını

383


 

hazırlayıb  qalaya  çatdırmaqdan  ötrü  hələ  bir  neçə  gün  də  işləmək 

lazımdır.  Əmr  alaraq  lağımın  başını  müəyyən  vaxtadək  bağladılar. 

Elə  o  vaxt  dövlət  böyüklərindən  biri  olan  Qulu  bəy  Qorçibaşı 

Əfşarın və onun qardaşı oğlu Cabbarqulu bəyin - nəvvab şahzadənin 

qorçibaşısının - qalaya getmələri, qalanın fəth olunma işini ləngitdi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin