AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Vəzir Mirzə Salmanın Heratda qətli



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə47/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   43   44   45   46   47   48   49   50   ...   96

Vəzir Mirzə Salmanın Heratda qətli: 

 

Elə ki,  İsgəndər şanlı nəvvab  və  aləm şahzadəsi əmirlərin 



xəyanət  və  nifaqlarının  baş  verməyəcəyindən  xatircəm  oldular, 

Mirzə  Salmandan  narazı  olduqları  üçün  razılaşdılar  ki,  əmirlərin 

onun  barəsində  gəldikləri  fikirlə  razılaşsınlar.  Ertəsi  gün  bir  dəstə 

əmir  Qulu  bəy  Qorçibaşının  evinə  yığılıb,  şahın  yanına  bir  adam 

göndərdilər,  Mirzə  Salmanı  aparıb  qorçibaşının  evində  məhbus 

etdilər, var-dövləti zəbt olundu. Oğlanları Mirzə Abdullah və Mirzə 

Nizamı  da  həbs  edib  nəzarətdə  saxladılar.  Bir  neçə  gün  də  Mirzə 

Salmanın  varının  axtarışına  həsr  olundu,  xatircəmlik  yarandıqdan 

sonra,  Salman  xanın  sağ  saxlanmasının  özləri  üçün  təhlükəli  ola 

biləcəyini  başa  düşərək  onu  qorçilərə  verdilər.  Türkman  yüzbaşısı 

Təhmasibqulu  bəy  Mosullu  onu  yaraladı,  başqaları  isə  işini 

bitirdilər. 

 

Əcəb soyuqlatdı bu qəsr səni,  



İsindin, dedilər: Tərk et məskəni!

360


 

 

Sübhanallah!  Adəm  övladının  xeyir  güman  etdiyi  bir  iş 



şərlə  nəticələnir  və  o  öz  səyi  ilə  özünü  əməl  bostanına  yetirməyə 

çalışırsa,  bəla  tikanlığına  (xarestan)  düçar  olur,  xəta  və  zillət  gülü 

dərir.  Mirzə  Salman  özünün  dövlət  bünövrəsini  güclü  təsəvvür 

edərək,  nəvvab  şahzadəni  özünə  damad  seçdi  və  bu  qohumluq 

üzündən  dövlət  gəlininə  (ərus)  üç  dəfə  təlaq  deyərək  həyat  ipinin 

qırılmasına səbəb oldu. Cəsədi iyrənc halda yoxluq torpağına atılıb-

qalmışdı.  Nəhayət,  sədr  və  üləmaların  təsiri  ilə  onun  nəşini 

müqəddəs Məşhədə aparıb müqəddəs rövzədə dəfn etdilər. 

Mirzə 

Salman 


İsfahan 

oyanlarının 

cabiriyyə 

təbəqəsindəndir  və  öz  şəcərəsini  Cabir  ibn  Abdullah  Ənsariyə* 

çatdırırdı.  Onun  həyatının  bir  dövrü  cənnətməkan  şahın 

                                                           

360

 Beytin farscası belədir: 



Əcəb sərd aməd in qəsre-delaviz  

Ke, ta ca gərm kərdi guyədət: Xiz! 



495 

 

hakimiyyətdə  olduğu  illərə  təsadüf  edir.  O,  həqiqətən  də 



qabiliyətinin, fəzilətinin və kamalının çoxluğuna görə başqalarından 

üstün idi. İsgəndər şanlı nəvvabın vaxtında bəxt ulduzunun köməyi 

ilə dövlət  və iqbal meracına qədəm basdı,  vəzirlər arasında iqtidarı 

və istiqlalı artdı. Elə düşünürdü ki, illər ötdükcə, qulam, xidmətçi və 

qoşununun çoxluğu sayəsində qəza qılıncını və qədər qalxanını dəf 

edə biləcəkdir. Elə bu əbəs xəyalla da ayağını qələm əhlinə xas ədəb 

dairəsindən  kənara  çıxarıb  dünya  nəfsinə  tabe  oldu,  qoşun,  ləşkər, 

təbil  və  bayraqla  şərəfləndirildi.  O,  şan-şöhrətli  əmirlərlə  qalib  bir 

şəxs  kimi  davranır,  onlardan  üstün  olduğunu  nümayiş  etdirirdi. 

Savabdan  uzaq  əməllərinin  nəticəsində  onda  özündən  razılıq 

yarandı.  Şairlik  və  söz  demək  məharətini  kamal  dərəcəsinə 

qaldırmışdı, yüksək fəhmə, sağlam təbə, müstəqim zövqə malik idi, 

bədahətən  duzlu  şerlər  deyərdi.  Çox  vaxt  vəzarət  işləri  ilə  məşğul 

olduğu  əsnalarda  ehtiyacı  olanların  ərizələrinə  şerlə  cavab  yazar, 

bədahətən,  yüksək  bəlağət  və  gözəlliyə  malik  qitələr,  qəsidələr 

qələmə alardı. Qətl olunmazdan bir neçə gün əvvəl bir qəzəl yazdı 

ki, məqtə (başlanğıc) beyti belədir: 

 

Beyt 



 

"Ey gözəllər, dediniz qətl eləyək Salmanı  

Yaxşıdır ki, bu isi ləngimədən tezcə edin".

361


 

 

Bu  bir  neçə  beyt  şeri  də,  Türbət  [qalasının]  mühasirəsi 



zamanı demişdi: 

 

Beyt[lər] 

 

"Yardan yenə də vədeyi-didar gəlib-çatır,  



Öylə döyünür qəlb, məgər yar gəlib-çatır? 

 

Salman əgər gələrsə bəla, nalə eyləmə,  



Əlbət, bəla sən aşiqə besyar gəlib-çatır''.

362


 

                                                           

361

 Beytin farscası: 



Xubruyan ço səre-koştəne-Səlman darənd  

Behtər anəst ke, əndişeye-u zud konid. 

362

 Beytin farscası: 



Bazəm ze yar vədeye-didar mirəsəd?  

496 

 

 



Mirzə  Salman  bu  qəzəli[ni]  Mövlana  Möhtəşəm  Kaşinin 

qəzəlinə  cavab  olaraq  olduqca  yaxşı  deyibdir.  O  qəzəlin  mətlə 

(başlanğıc) və son beyti (hosne-mətlə) belədir: 

 

Qəzəl 



 

Sən gözəllik cilovun, baxsa fitnəkar, vermə,  

Fitnəli kəslərə heç vədə ixtiyar vermə,  

Laləgun surətinə pərdə salan zülfündən

Səadət xəznəsini istəsə də mar, vermə.

363


 

 

Əliqulu xanın əmirlərlə sülhə gəlməsi: 

 

Xülasə,  bu  hadisənin  baş    verməsindən    sonra  əzəmətli  



əmirlər  öz gələcəklərini (aqibət - Ş.F.) fikirləşib nəvvab şahzadədən 

xahiş etdilər ki, onların xatircəmliyindən ötrü Mirzə Salmanın qızını 

boşasın. Nəvvab şahzadə əmirlərin iltimasını qəbul edib talaqa razı 

oldu.  Mal  və  mülkünün  bir  hissəsi  ali  divana  mənsub  edildi,  bir 

hissəsi  isə  əzəmətli  qorçilərə  verildi.  Bir-iki  ay  mühasirə 

məsələsinin  həll  olunmasında  hamı  tərəddüd  edirdi.  Elə  bu  əsnada 

Azərbaycandan vəhşətli xəbərlər gəlib çatdı. Rum sultanı tərəfindən 

Fərhad paşa adlı bir şəxs o ölkənin sərdarı təyin edilmiş, hal-hazırda 

Azərbaycana  ləşkər  çəkərək  sərhəddə  qətl  atəşini  yandırmaqdadır. 

Güclü  dövlətin  başçıları  bu  xəbərdən  narahat  olaraq  belə  məsləhət 

gördülər  ki,  Əliqulu  xanla  sülh  bağlayıb  yürüş  cilovunu  İraq  və 

Azərbaycana  tərəf  yönəltsinlər.  Şahrux  xan  Möhrdar  təlaşın 

(ğayele),  kobudluğun  (koloft)  və  dava-dalaşın  bitməsi  naminə  elə 

özü  birbaşa  qala  ayağına  getdi,  Əliqulu  xanla  görüşdü,  sülh 

məsələsini  ortaya  gətirdi.  Xanın  özü  də  elə  bu  işi  gözləyirdi.  Bir 

qədər  mübahisədən  sonra  tərəflər  arasında  sülh  aşağıdakı  şərtlərlə 

                                                                                                               

Del dər təpidənəst məgər yar mirəsəd?  

Səlman, əgər rəsid bəlayi, əz an mənal,  

Gər aşeqi, bəla be to besyar mirəsəd. 

363

 Beytin farscası: 



Ənane-hosn be çeşmane-fetne bar mədeh,  

Be dəste-mərdome-porfetne exteyar mədeh.  

Ze zolf pərde be roxsare-laləğun mətkən,  

Kelide-gənce-səadət be dəste-mar mədeh. 



497 

 

imzalandı: Əliqulu xan o vaxt on iki yaşındakı böyük oğlu Vəlixan 



Mirzəni  bir  yalvarış  məktubu  (zəriətnamə)  ərizəsi  ilə  şahın  yanına 

göndərsin;  ərizədə  ərz  olunsun  ki,  bütün  bu  fitnə-fəsadın  mayası 

(xəmirmayə)  Mirzə  Salman  olmuşdur,  indi  ki,  o,  aradan  götürülüb 

bizlər  yenə  də  əvvəlki  kimi  bu  dərgahın  qulamları  və 

qulamzadələriyik;  [Əliqulu  xan]  sabiq  taxsırlarının  [əfvi  üçün]  üzr 

istəsin;  ədəbə  riayət  edilsin,  səfəvi  [xanədanının]  sufiyəsindən 

olduğunu  sübut  etmək  yolu  (təriq)  ilə  [Abbas  Mirzənin]  məşhur 

atasının və böyük (bozorqvar) qardaşı [Həmzə Mirzənin] hörmətini 

hifz  etməkdən  ötrü  Xorasanda  əvvəllər  olduğu  kimi  səltənət  və 

padşahlıq  xütbəsi  İskəndər  şanlı  nəvvabın  adına  oxunsun  və  onun 

böyük oğlu nəvvabi-cahanbanini şahlığın vəliəhdi bilsinlər; Xorasan 

məmləkəti    yenə  əvvəlki  kimi  ölkələr  tutan  (gitisetan)  şahzadəyə, 

yəni əlahəzrət şaha  verilsin  və o, layiqli peşkərlər göndərib, hər nə 

xahişləri  (moltəməsat)  olarsa  ərz  etsin  ki,  onlar  xeyirxah  adamlar 

vasitəsilə  o  izzət  sahibin  (be  ezze-əncahe-əqtəran)  [padşaha] 

çatdırılsın. 

Təkəli  əmirlərinin,  xüsusilə  Vəlixanın  narazılığına 

baxmayaraq  bu  sülh  sənədində  bir  çox  məsləhətli  (səlahəndişi) 

məqamlar  olduğundan,  təkəli  tayfasının  ağsaqqalı  və  böyüyü, 

nəfsitox  və  sülhpərvər  nümayəndəsi  Müseyib  xan  Şərəfəddinoğlu 

Təkəlini həmin sülhə rəğbətləndirdilər, o da öz növbəsində Vəlixanı 

inadından çəkindirdi. 

Atası  Vəli  Xəlifənin  qətli  xüsusunda  İsmayılqulu  xanla 

Əliqulu  xan  arsında  düşmənçilik  olduğu  üçün  Əliqulu  xanın  atası 

Sultan  Hüseyn  xan  da  ona  əvəz  olaraq  qətlə  yetirilmiş,  Guryan 

cəngində  çoxlu  adam  öldürülmüşdü.  Bir-biriləri  ilə  qohum-əqrəba 

olan şamlıların ovçu, qəbiləsinin bir çox üzvü həmin öldürülmüşlər 

zümrəsinə daxil idilər və onların inadkarlıqları fitnə-fəsaddan başqa 

heç  bir  nəticə  vermirdi.  Buna  görə  də  İsmayılqulu  xan  və  Əliqulu 

xan  da  bu  sülhü  faydalı  bilib  onun  şərtlərini  qəbul  etdilər.  Amma, 

Əliqulu  xan  xahiş  etdi  ki,  onlarla  Mürtəzaqulu  xan  arasında 

inadkarlıq  öz  həddini  aşdığı  üçün  vəziyyətin  düzəlməsi  mümkün 

deyildir.  Qoy  onu  İraqa  aparıb,  müqəddəs  Məşhəd  hökumətini 

dövlətin xeyirxah əmirlərindən birinə versinlər. 

Xülasə,  Şahrux  xan  sülh  meydanına  qədəm  atdı.  Əvvəlcə 

əmirlərin  vasitəçiliyi  ilə  ağılabatan  dəlillər  söyləyib,  nəvvab 

İsgəndər  şanlı  xaqanın  və  nəvvab  şahzadənin  sülhə  qaytarmalarını 

və  Azərbaycan işlərinin dövlətin  məsləhəti ilə qaydaya salınmasını 



498 

 

faydalı  əməl  saydılar.  Sonra  Şahrux  xan  icazə  alaraq  İsmayılqulu 



xanı qalaya apardı  və onları Əliqulu xanla sülhə gətirdi. Ertəsi gün 

Əliqulu  xan  şahzadəyə  özünün  sadiqliyi,  həmçinin  keçmiş 

xidmətləri və hüququ barədə bir məktub göndərib, öz yazısında baş 

vermiş  hadisələr  xüsusunda  ondan  üzr  istədi,  bu  güclü  dövlətin 

başçıları  tərəfindən  ona    şəfəqqətin    olmamasından    gileyləndi,  

Mirzə    Salmanın  müdaxiləsindən,    Mürtəzaqulu    xanın    bəd  

rəftarından  cümlələr  yazdı,  sülh  şərtlərinin  zəruriliyini  təsdiqlədi. 

Amma, əlahəzrət zilləllah şahın xilafət və hökmranlığı hələ divanda 

padşah  tərəfindən  qəbul  edilmədiyi    üçün  sülhün  şərtləri  yerinə 

yetirilmədi, quru söz və səsdən başqa bir şey olmadı.  

 

Şah Sultan Məhəmmədin Heratdan qayıtması: 

 

Sözün  qısası,  əmirlərin  və  dövlət  başçılarının  xahişləri  ilə 



Əliqulu  xanın  mətləb  və  iltimasları  onun  istəyinə    uyğun  şəkildə 

qəbul  olunma  şərtinə  yetişdi,  ona  fəxarətli  ziyafətlər  verildi. 

İsgəndər  şanlı  nəvvab  tərəfindən  şahzadə  "fərzənd"  (burada 

"vəliəhd" - Ş.F.) kimi uca ləqəbə layiq görüldü və əlahəzrət üçün öz 

qiymətli atasından yaxşı hədiyyələr və sovqatlar göndərildi. Əliqulu 

xanın  oğlu  Vəlixan  Mirzə  nəvvab  şahzadənin  ali  sarayının 

mülazimləri silkinə daxil olundu. Həmin novruzdan dörd aya yaxın 

bir  vaxt  keçmişdi  ki,  onlar  köç  təbilini  çalıb  Herat 

darüssəltənəsindən  çıxdılar.  Elə  ki,  müqəddəs  Məşhədə  gəlib 

çatdılar,  gedib  mələklər  yuvasının  astanası  olan  rövzənin  sultanı 

İmam  Rza  əleyhüssalamın  -  ona  və  əcdadlarına  salam  olsun  – 

məzarını  ziyarət  etməklə  şərəfləndilər.  Əliqulu  xanın  razılığından, 

Mürşüdqulu  xanın  və  ustaclı  tayfasının  qəlbini  ələ  almaqdan  ötrü 

Mürtəzaqulu  xanı  Məşhəd  hakimliyindən  çıxarıb,  bu  vəzifəni  o 

tayfanın böyüklərindən Abdulla xanın nəvəsi Salman xana verdilər, 

Astrabad əyalətinin idarəsi isə Mürtəzaqulu xana tapşırıldı, Damğan 

vilayəti, Bostam, Biyaremənd Ərəbamiri və Hezarcərib də Astrabad 

əyalətləri  də  Astrabadə  əlavə  olundu.  Ustaclı  tayfasının 

böyüklərindən  olan  ağıllı  və  işbilən  Şahqulu  Sultan  Qarıncaya 

Salman  xanın  lələliyi  və  atalığı  vəzifəsi  tapşırıldı  və  Cam  vilayəıi 

ona verildi. 

Xülasə, güclü dövlətin başçıları Xorasanı və xorasanlıların 

işlərini  zəmanəyə  uyğun  tərzdə  həll  edirək  İraqa  yola  düşdülər. 

Uzaqgörən  və  agah  adamlar  şahın  geri  qayıtmasından  belə  nəticə 



499 

 

çıxardılar  ki,  Xorasan  mülkünün  sultanlığı  yenidən  cahanıstan 



şahzadəsinə,  yəni əlahəzrətə aid olacaq, onun dövlət bayrağı yaxın 

vaxtda  ucalacaq,  iqbal  günəşi  bütün  məmləkətlər  üzərində 

parlayacaqdır.  İsgəndər  şanlı  nəvvabın  cəlal  qoşununun  yürüşü 

zamanı  şaha  meyllənmiş  Xorasan  əmirləri  və  əhalisi  onun 

imdadından  məyus  olaraq,  öz  işlərinin  aqibətini  fikirləşib  hazırlıq 

işləri görməyə başladılar. Şaha itaət  və bağlılıq qapılarını bağlayan 

və müxalifət edən ilk şəxs Səbzvar darülmömininin hakimi Sevindik 

bəy  Qorçibaşının  oğlu  Hüseyn  bəy  Əfşar  oldu.  O,  hümayun  ordu 

Səbzvara  yaxınlaşan  vaxt  şahsevənlik  izhar  edib  pişvaza  çıxmış, 

İsgəndər şanlı nəvvabın  və aləm şahzadəsinin diqqətini cəlb etmiş, 

Qulu  bəy  Qorçibaşının  səyi  ilə  Səbzvar  əyaləti  əvvəl  olduğu  kimi 

ona verildi. Lakin, elə həmin vaxtda da o, üsyan edib şəhər və qala 

qapılarını  möhkəmləndirdi,  tüfəng  ələ  götürüb  qaladarlıq  etməyə 

başladı.  Nəvvab  şahzadə əzəmətli əmirlərə xitabən hökm etdi ki, 

Xorasan işləri barışıqla həll olunmalıdır, gəlin sülh yolunu tutaq. Bir 

halda  ki,  Hüseyn  bəy  kimi  bir  kişi  padşaha  ağ  olub  qalanı 

bağlayaraq  cəsarət  və  ədəbsizlik  əlini  uzada  və  hümayun  orduya 

top-tüfəng  atmağa  başlaya,biz  ona  diqqət  yetirməliyik.  Yox,  əgər 

ona  göz  yumsaq,  bu  hərəkət  dövlətə  layiq  səltənət  namusuna 

münasib  məsələ olmaz. Əfşar tayfasının ağsaqqalı, əzəmətli dövlət 

başçılarından biri və həmin bəxti dönük, səadətsiz adamın (Hüseyn 

bəyin - Ş.F.)  vəzifə sahibi olnıası öhdəçiliyini öz üzərinə götürmüş 

Qulu  bəy  Qorçibaşı  öz  xəcalət  başını  aşağı  əyib,  o  həzrətin  ürək 

sözlərini  dinlədi,  həmin  ağılsız  adamın    cəzalanmasına    razılığını  

verdi.    Nəvvab    şahzadə  məşhur  əmirləri  və  bütün  müzəffər 

əsgərləri,  xüsusiylə  Vəli  xanı  və  təkəli  əmirlərini  o  şəhərin  və 

qalanın  fəthinə  yolladı.  Onlar  fərmana  əməl  edib  elə  həmin  gün 

şəhərə  və  qalaya  yürüşə  başlayaraq  hər  tərəfdən  hücuma  keçdilər. 

Qala camaatı gün qürub edən vaxta qədər müdafiə ilə məşğul oldu. 

O  bəxtiqaraların  və  qaragünlərin  şam  yeməyinin  vaxtı  yetişəndə 

onlar döyüşdən yoruldular. Ali ordunun bahadırları isə qala ayağına 

yanaşıb bürclərə və barılara dırmaşdılar, gecə qaranlığında sel kimi 

şəhərə  doldular,  qalanı  da  tutdular.  O  tayfaya  idbarlıq  üz  verdiyi 

üçün onların çoxu fəna qılıncına tuş oldu. 

 

 

 


500 

 

Səbzvar hakimi Hüseyn bəyin qətli: 

 

Hüseyn  bəy  qala  qapısında  yaxalandı.  Ali  qoşunun 



mülazimlərindən  olan  səbzvarlı  bir  beldar  (bel  ilə  işləyən  şəxs  - 

Ş.F.)  ona  belin  arxası  ilə  elə  bir  zərbə  endirdi  ki,  hərəkət  qüvvəsi 

qalmadı,  öz  xəcalət  başını  bir  bel  zərbəsi  ilə  aşağı  əydi.  Onun 

cəzalanmasına  hökm  olundu  və  baxanlara  ibrət  olunsun  deyə

364

 

Hüseyn  bəyi  şəhər  darvazasından  asdılar.  Amma,  nə  deyim  ki,  o 



ağılsız  adamın  küfrü  və  sui-tədbirinə  görə,  həmin  hövlnak  gecə, 

ordunun  müxtəlif  siniflərdən  olan  üzvləri  tərəfindən  Səbzvarın  şiə 

əhali və əyanlarının başına nələr gətirilmədi?!. 

 Xülasə,  qarət  və  tarac,  həmçinin  başqa  əməllərdən,  bircə 

dəqiqə  də  əl  çəkilmədi.  Nəvvab  şahzadənin  qəzəb  məşəlinin 

alovlanmasının  sönməsinə  baxmayaraq,  o,  əmr  etdi  ki,  heç  kim 

Səbzvar rəiyyət  və əhalisinə sədəmə  yetirməsin.  Amma,  artıq gecə 

düşdüyündən  döyüşçülər  rəiyyət  evlərinə  soxulur,  aciz  və  biçarə 

adamlar  çoxlu  əzab-əziyyətə  düçar  olurdular.  Şahzadə  ertəsi  gün 

rəiyyətin  vəziyyətini  öyrənməyə  yollandı,  onların  mətləb  və 

şikayətlərini  dinlədi.  O  vilayətin  idarəsi  Əhməd  Sultan  Təkəliyə 

tapşırıldı.  Köç-köç  oradan  çıxıb  İraqa  yollandı.  Astrabad  işlərini 

yoluna  qoymaqdan  və  sonra  onlara  gəlib  çatmaqdan  ötrü 

Mürtəzaqulu xanı Damğanda qoydular. Hümayun məiyyət qələbə və 

iqballa  Qəzvin  darüssəltənəsinə  çatıb  əbədi  səltənətin  paytaxtında 

dayandı.  Şiraz  hakimi  Ümmət  xan,  həmçinin  Kirman  hakimi 

Vəlixan,  Həmədan  hakimi  Vəlixan,  habelə  Xorasan  səfərinə 

yığışmış  başqa  əmir  və  hakimlər  izn  alıb  hər  biri  öz  ülkasına 

yollandı. 

 

İSGƏNDƏR ŞANLI NƏVVABIN HÜMAYUN MƏİYYƏTİNİN 



OLMADIĞI MÜDDƏTDƏ AZƏRBAYCANDA BAŞ VERƏN 

HADİSƏLƏR VƏ İRƏYANIN RUMİLƏR TƏRƏFİNDƏN 

FƏTH OLUNMASI BARƏDƏ SÖHBƏT 

 

Huşyarlıq  məclisinin  bəzəyənlərdən  gizli  qalmasın  ki, 



əvvəlki  səhifələrdə  yazılmışdı:  Sərdar  Sənan  paşa,  yuxarıda 

deyildiyi  kimi,  sülh  yaratmağa  cəhd  etmiş,  İbrahim  xan  Təkəli  bu 

                                                           

364


  "İbrətu-n-nazirin" (ərəbcə). 

 


501 

 

tərəfdən elçi sifətilə Rum  məmləkətlərinin hökmdarı  Sultan Murad 



xanın  yanına  İstanbula  yollanmışdı.  Osman  paşa  [isə]  Dərbənddən 

sultana ərz etmişdi: "Sinan paşanın qorxaqlıq üzündən Azərbaycana 

gəlmək cürəti yox idi, mən isə bütün Şirvanı ələ keçirmişəm və [bu 

ölkə]  hal-hazırda  osmanlı  əsgərlərinin  əlindədir.  Sinan  paşanın 

dediyi  "Dərbənd  qalasından  başqa,  rumilərin  əlində  heç  bir  yer 

yoxdur"  sözləri  həqiqətə  uyğun  deyildir.  Əgər  qızılbaşlar  şahının 

Xorasanda olduğu bu il ərzində siz bu tərəfə başqa sərdar yollasanız, 

əlinizə  həm  yeni  məmləkət  keçər,  həm  də  Şirvan  vilayəti  qızılbaş 

hücumundan qurtular". 

Rum sultanı Sinan paşanı məzəmmət edib, ikinci vəzir olan 

Fərhad paşanı sərdar təyin edərək, ağır qoşunla bu tərəfə yolladı. O, 

İbrahim  xanı  [isə]  İstanbulda  saxladı.  Sultan  sülh  bağlanmasını  bu 

şərtlərlə məqbul saydı: Osmanlı əsgərlərinin daxil olduqları və Rum 

padşahı  adına  xütbə  oxunan  hər  yer  ale-Osman  adamlarının  yeri 

sayılır  və  [qızılbaşlar] həmin yerlərdə  münaqişəyə  yol  verməsinlər. 

Əgər  qızılbaşların  padşahı  bu  şərtlə  razılaşmazsa,  biz  [başqal 

məmləkətləri də almaqdan əl çəkməyəcəyik. 

Xorasana,  şah  sarayına  İbrahim  xanın  bir  adamı  gəlib 

elçinin yuxarıdakı məzmunlu məktubunu şaha təqdim etdi. İbrahim 

xan  bu  dövləti  istəyən  bir  şəxs  kimi  aydın  şəkildə  yazmışdı:  "Bu 

işdə  inadkarlıq  etmək  əql  müftisinin  mühakiməsinə  görə  dövlətin 

nöqsanına  və  nəticədə  müxtəlif  peşmançılığa  səbəb  olacaq,  ilbəil 

məmləkətlər  əldən  gedəcəkdir.  Sülh  şərtləri  dəyişilməz  qalır.  Nə 

qədər  ki,  vilayətlərin  əksəriyyəti  əlimizdədir,  ale-Osman  əsgərləri 

tərəfindən zəbt edilən Şirvan məmləkətindən əl çəkib sülh bağlamaq 

bizim  dövlətimiz  üçün  sərfəli  və  məsləhətli  olar".  Xudpəsənd 

qızılbaş əmirləri tayfalar arasında çəkişmələr, nifaq  və ittifaqsızlıq, 

özlərində  isə  birlik  olmamasına  baxmayaraq  sui-tədbirləri  üzündən 

həmin  şərtə  razı  olmadılar  və  İbrahim  xana  belə  cavab  yazdılar: 

"Əgər sülh bundan əvvəlki şərtlərimiz nəzərə alınmaqla bağlanarsa, 

biz  razıyıq,  yox  əgər  elə  olmazsa,  onda  qismətimizə  əzəli  yazılan 

yazı necədirsə elə də olacaqdır". 

Xülasə, Fərhad paşa çoxlu qoşunla Ərzuruma gəldi, sərhəd 

ləşkərini və kürd tayfa əmirlərini [öz ətrafına] toplayıb, Qars yolu ilə 

Çuxur-Sədə  yollandı.  Çuxur-Səd  bəylərbəyi  olan  Məhəmməd  xan 

Toxmaq hücumu dəf etməkdən ötrü Əmir xanı və İmamqulu xanı bu 

vəziyyətdən  xəbərdar  etdi,  əmirlər  öz  tabeliklərində  olanları  və 

sərhəddə  yaşayan  adamları  topladılar.  Azərbaycanda  və 



502 

 

Qarabağdakı  əzəmətli  xanlar  və  qızılbaş  bəylərbəyiləri  üçün 



osmanlıların  saysız-hesabsız  döyüşçüləri  ilə  döyüşmək  qüvvət  və 

qüdrət  imkanından  xaric  olduğundan,  habelə  İraqdan  qüvvə 

gələcəyinə  ümı  etmədiklərindən,  heç  bir  vəchlə  baş  verəcək  o 

hadisəni  də  edə  bilmədilər,  onların  heç  bir  tədbiri  uğurla 

nəticələnmədi.  Məhəmmədi  xan  İrəvandan  çıxıb  öz  adamları  ilə 

rumi qoşununun həndəvərində bir sıra igidlik göstərir, onlara tez-tez 

faydasız hücumlar edirdisə də bunun təsiri olmadı. 

Fərhad  paşa  İrəvana  çataraq,  orada  bir  neçə  gün  qaldı, 

qalanı  olduqca  möhkəmləndirdi,  ehtiyaca  uyğun  miqdarda  gözətçi 

və  yeniçəri qoydu, bir illik azuqə, yaraq  yığdı, topxana düzəltdi və 

geri qayıtdı. Məhəmmədi xan istər-itəməz həmin məmləkətlərdən əl 

çəkərək  Naxçıvana  gəldi,  qazilərin  əhl-əyalını  Ələnciq  qalasına 

köçürdü.  O  zaman  Əmir  xandan  və  türkman  əmirlərindən  ona  heç 

bir  köməklik  göstərilmədi.  Onlar  Təbriz  darüssəltənəsinin 

mühafizəsini  hər  şeydən  mühüm  bilib,  kürdələrin  yaxınlaşdığını 

görərək Təbrizdən kənara addım atmadılar. 

Kiçik  Erməniyyənin*  böyük  və  abadan  vilayəti  olan 

Çuxur-Səd  müxaliflərin  əlinə  keçdi.  Şirvan  vilayətində  də  qızılbaş 

əmirlərindən  heç  kim  qalmadı  və  o  vilayət  tamamilə  rumiyyənin 

əlində qaldı. 

Bu ilin hadisələrindən biri də budur: Əmir xan Türkmanın 

arvadı cənnətməkan şahın qızı Fatimə Sultan həyim bu il xəstələnib 

vəfat  ctdi,  onun  nəşini  Ərdəbil  darülirşadına  aparıb  öz  ata-

babalarının  pak  rövzəsində  dəfn  etdilər.  Bu  hadisə  Əmir  xanın 

pərişanlığına səbəb oldu. 

 

İSGƏNDƏR ŞANLI NƏVVABIN HÜMAYUN MƏİYYƏTİNİN 



QAYIDIŞINDAN SONRA XORASANDA BAŞ VERƏN 

HADİSƏLƏRİN ZİKRİ 

 

Hadisələrdən  bəhs  edən  qələm  bu  kitabın  yuxarıdakı 



səhifələrində  yazdı  ki,  Əliqulu  xanın  iltimasına  əsasən  və 

Mürşüdqulu xan ilə Xorasan əmirlərinin könlünün alınması naminə 

Mürtəzaqulu  xanı  müqəddəs  Məşhəd  hakimliyindən  kənar  edilmiş, 

həmin vilayətin idarə olunmasını cənnətməkan şahın bacısı oğlu və 

ustaclı tayfasının məşhur böyüklərindən olan və bu dudmana xidmət 

etməklə  şərəflənən  Abdulla  xanın  nəvəsi  Salman  xan  ibn  Şahəli 

Mirzəyə  verilmişdi,  həmin  tayfa  böyüklərindən  Şahqulu  Sultan 


503 

 

Qarıncanı  isə  onun  lələsi  və  atalığı  təyin  edib  Cam  vilayətinin 



hakimi  elan  etmişdilər  ki,  o,  müqəddəs  Məşhəddə  həmişə  Salman 

xanl  birlikdə  olsun  ki,  hər  nə  baş  verərsə,  Şahqulu  Qultan  onları 

xanın adından  həyata  keçirsin. 

İsgəndər  şanlı  nəvvabın  hümayun  ordusunun  Xorasandan 

İraq yürüşünə  yollanmasından sonra, Mürşüdqulu xan Mürtəzaqulu 

xanın  getməyindən  və  Salman  xanın  [onun  yerində]  qalmağından 

şad  oldu,  heç  bir  qorxu  bilmədən  müqəddəs  Məşhədə  gedərək, 

cinlərin  və  insanların  imamı  olan  (imaməl  cenn  və-l-ons)  İmam 

Rzanın behiştə bənzər rövzəsini ziyarət etməklə şərəflənmək istədi. 

O, sədaqət diliylə Salman xana belə  yazdı:  "Bu  müddət  ərzində o, 

Mürtəzaqulu  xan  və  tayfasının  uğursuzluğu  (şəamət)  və  inadı 

üzündən himmətli imamın  mələklər  yuvası olan rövzəsinin ziyarəti 

şərəfindən  məhrum  olmuşdur.  Hazırda  isə,  Allahın  həmdi  ilə, 

Xorasan  işləri  dostların  ürəkləri  istəyincə  öz  yoluna  düşmüşdür. 

Buna  görə  də  bu  xeyirxah  bəndəniz  İsmayıl  Mirzənin  hakimiyyəti 

dövründə  baş  verən  hadisələrin  güdazına  gedən  və  məğlub  olan 

ustaclı el və əşirətinin izzət və etibarının qorunmasından ötrü şamlı 

el  və  əşirətindən  olan  Əliqulu  xana  xidmət  edirdim.  O  cənab  isə 

(Salman  xan  -  Ş.F.)  qədim  vaxtdan  bəri  bütün  ustaclıların  rəhbər 

oğludur (məxdumizadə). Mən ona xidmət etməyimi özümün iftixar 

və  etibar  sərmayəm  hesab  edib,  nökərlik  və  xidmətçilik  yoluna 

düşmüşəm, o cənabın razılığı, el və oymağın asudəliyi naminə sizin 

məsləhət bildiyiniz hər istəyinizi yerinə yetirməyə hazıram". 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin