AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Rumilərin və tatarların qızılbaşlarla hərbi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə43/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   39   40   41   42   43   44   45   46   ...   96

Rumilərin və tatarların qızılbaşlarla hərbi: 

 

Rumiyyə  və  tatar  qoşunu  qızılbaş  ləşkərinin  gəldiyini 

eşidib.  Müharibəyə  can  atdı.  Molla  Həsən  adlı  bir  yerdə  onlarla 

müzəffər  qorçilər  arasında  hərb  başlandı  Əsgərlərə  fasiləsiz  olaraq 

kömək  gəldiyindən  müxaliflər  onlarla  bacarmayıb  döyüşdən  əl 

çəkdilər:  Rumiyyə  Dərbənd  qalasına,  tatarlar  isə  öz  diyarlarına 

getmək üçün Dağıstana yollandılar. Bəylərbəyi Salman xan və onun 

əmir yoldaşları müzəffər şah məiyyətinin gəlişi və əmirlərin Şirvana 

getmələrini  eşidib  pərişan  və  dağınıq  halda  Kür  çayını  keçərək 

Şirvana  yollandılar.  Tatarlar  tərəfindən  məğlub  edilmələrinin 

əvəzini çıxmaq üçün Badkubə qalasını almaq məqsədilə gedib oranı 

mühasirə etdilər. Əmir xan və əmirlər də Şabrandan qayıdıb Salman 

xana  imdad  üçün  Badkubə  qalasına  yanaşaraq  on  səkkiz  gün  qala 

ətəyində  oturdularsa  da,  qalanı  ələ  keçirmək  onlara  nəsib  olmadı. 

Ölkənin viranəliyi və rəiyyətin əhvalının pərişanlığından ləşkər aclıq 

çəkməyə  başladı.  Bir  gündə  cəmisi  altı  misqal  gümüş  sikkələrə 

bərabər altı yüz dinarlıq arpa unu alınıb-satılırdı, son günlərdə o da 


457 

 

yoxa çıxdı. Ləşkər zərurət üzündən mühasirəni tərk edib Qaraağaca 



gəldi.  Həmin  qış  Şirvanda  qızılbaş  əmirlərindən  heç  kim  qalmadı. 

Buna  görə  də,  rumilər  Şirvanın  bəzi  mahallarına  yollandılar. 

Dərbənddə  əyləşən  Osman  paşa  əlini  uzatdığı  hər  Şirvan 

vilayətindən  (yəni  ki,  şəhərindən  -  Ş.F.)  mal  toplayırdı.  Şirvan 

əhalisi məcburiyyət üzündən ona itaət edirdi. Pirə Məhəmməd xan 

bu  səfər  zamanı  xəstələnib  öz  varlıq  libasını  yoxluq  qamətinə 

geyindi  və  axirətə  yollandı.  Onun  vəfatından  sonra  ustaclıların 

əhvalları tamamilə pisləşdi. Baxmayaraq ki, Pirə Məhəmməd xanın 

yerinə onun oğlu əmir və xanlıq [tituluna] layiq görüldü, lakin onun 

bir o qədər də etibarı yox idi. [Amma] Xorasanda olan Mürşüdqulu 

xan  Yegan  Ustaclı  ali  sarayda  olan  o  tayfanın  halının

 

daha  da 



pisləşməsinə  səbəb  olmaqda  idi.  Əmir  xan,  türkman  və  təkəli 

əmirləri o tayfaya qarşı etiraz  və  məzəmmət dillərini açaraq, onları 

"araqarışdıran"  ("mofətten  və  fitnəəngiz”)  adlandırır,  izzət  və 

etibarlarının  azalmasına  çalışır,  bəlkə  də  onları  məhv  etməyə 

çalışırdılar.  Məsələn,  Xorasandan  qayıdan  Şahqulu  Sultan  Qarınca 

oğlu  Ustaclı  ali  orduya  gələrkən,  Rcy  şəhərinin  Vəramin  adlı 

yerində Müseyib xan Şərəfəddinoğlunun  mülazimləri olan təkəlilər 

Qaraca  Sultanın  nəvəsi  Məhəmməd  bəy  Nəqarinin  sərkərdəliyi  ilə 

onun qətlinə və ustaclıların mallarının qarət olunmasına girişdi. Belə 

ki,  üç  yüz  nəfər  yaraqlanıb  onun  üstünə  getdi.  Şahqulu  Sultan 

onların  hücumundan  xəbərdar  oldu,  lakin  onun  nicat  yolu  sanki 

bağlanmışdı.  Müdafiəyə  başlayaraq  mərdliklə  döyüşdü,  az 

döyüşçüsü  ilə  Məhəmməd  bəy  Nedaqini  məğlub  etdi,  təkəlilərdən 

çoxlu adam öldürdü. Şahqulu Sultan öz ağlı və tədbiri ilə təkəlularla 

dohı olan Rey vilayətindən çıxa bildi, Qarabağ qışlağında ali orduya 

çatdı. Təkəlilərdən zahir olan bu uğursuz hərəkət bəyənilmədi. Bəzi 

fəsad  əhli  Müseyib  xanı  Şahqulu  Sultandan  intiqam  almağa  vadar 

etdisə də, Müseyib xan əməlisaleh adam olduğundan bu işə razılıq 

vermədi. Ustaclı ağsaqqalları İsgəndər şanlı nəvvabdan kömək alıb, 

şahın  əmri  ilə  Şahqulu  Sultanı  Müseyib  xanın  evinə  apardılar. 

Həmin  mərəkədə  öz  qohumlarını  itirən  təkəlilərin  onu  təhdid 

etmələrinə  baxmayaraq,  təkəlilərin  ona  hücum  etmələri  və 

ustaclıların  müdafiəyə  məcbur  olmaları  nəzərə  alındı  və  haqq 

Şahqulu Sultan tərəfində oldu. Müseyib xan buna görə də cahilliyə 

yol  vermədi,  iki  yüz  nəfər  təkəlinin  qanından  keçdi,  ona  heç  bir 

sədəmə  vurmadı.  Biri-digəri  ilə  müttəfiq  olan  türkman  və  təkəli 

tayfaları ali dərgahda olduqca etibarlı, şan-şöhrətli və iqtidarlı idilər, 


458 

 

amma,  yuxarıda  yazılan  əməllərinə  görə,  artıq  ustaclı  tayfasının 



ehtiramı  qalmamışdı.  Buna  görə  də,  Şahqulu  Sultan  Qarıncaya  və 

onun övlad və qohumlarına qarşı Müseyib xanın etdikləri yoxlanılıb 

araşdırılmadı  və  həqiqətən  də,  onun  haqqı  o  zamankı  vəziyyətinə 

görə, bəyənilməkdəydi.  

 

BU İLİN SONUNDA QARABAĞIN SULTANBUD ADLI 

YERİNDƏ BAŞ VERƏN BƏZİ HADİSƏLƏR VƏ İBRAHİM 

XAN TÜRKMANIN RUM PADŞAHINA ELÇİ 

GÖNDƏRİLMƏSİNİN BƏYANI 

 

Ustaclıların  bütün  işlərinə  başçılıq  edən  Pirə  Məhəmməd 



xan  vəfat  etdikdən  sonra  onun  yoldaşları  Salman  xan  və  başqa 

əmirlərin  Şirvanı  müdafiə  etmə  vəziyyəti  pisləşmiş  və  onlar 

Şirvandan  çıxmışdılar.  Sinan  paşa  tərəfindən  Şirvanın  vəziyyətini 

öyrənmək  və  Şirvan  vilayətlərinin  kimin  əlində  olmasını 

müəyyənləşdirmək  üçün  təyin  edilən  Ömər  ağa  gəlib  ali  orduya 

çatdı. Əmirlər və dövlət başçıları belə məsləhət gördülər ki, Şirvanı 

qorumağı  Qarabağda  yaşayan  və  sayca  çox  olan  qacar,  otuziki  və 

başqa tayfaların öhdəsinə qoysunlar və bu işin yaxşı-pis cəhətlərini 

İmamqulu  xana  həvalə  etsinlər.  Onlar  İsgəndər  şanlı  xaqan  və 

nəvvab şahzadə ilə məsləhətləşib İmamqulu xanı, könülsüz də olsa, 

bu  işə  məcbur  etdilər.  Onun  məsləhəti  ilə  Peykər  bəy  Ziyadoğlu 

Qacara əyalət və xanlıq rütbəsi verərək onu Şirvana bəylərbəyi təyin 

etdilər. Həmçinin bir neçə qacar əmirinə Şirvanda ülka verib onunla 

birlikdə Şamaxıya  göndərdilər.  Onlar  getdikdən  sonra  Ömər  ağaya 

da  bir  nəfər  qoşaraq  Şirvana  yolladılar.  Həmçinin  bir  dəstə 

döyüşçünü  Tiflis  qalasını  tutmaq  və  oranın  valisi  Səmayun  xana 

kömək  etmək  üçün  rəvan  etdilər.  Habelə  Mürşüd  bəy  Topçubaşını 

topxana  ustaları  və  toptökmə  məmulatı  ilə  qalanın  alınmasını  başa 

çatdırmaq  üçün  o  tərəfə  göndərdilər  ki,  Ömər  ağa  geri  qayıdarkən 

həmin qüwətli qalanın qızılbaşlann əlində olduğunu görsün. Amma 

onlar buna (Tiflis qalasını tutmağa - Ş.F.) nail olmadılar və bu işdən 

heç nə çıxmadı. 

Xülasə, Peykər xan  və Şirvan əmirlərinin hər biri namizəd 

olduqları  vilayətlərinə  çatıb  dayandılar.  Ömər  ağa  onları  orada 

görüb  anladı  ki,  Dərbənd  və  Badkubə  qalalarının  dörd  divarından 

başqa  heç  bir  [Şirvan]  torpağı  Osman  paşanın  əlində  deyildir. 

İsgəndər  şanlı  nəvvab  həqiqəti  Sinan  paşaya  ərz  edib  sülhə 


459 

 

gəlməkdən ötrü Ömər ağaya Şahqulu Sultan Tebetoğlu Zülqədəri də 



qoşaraq  elçi  sifətilə  yola  saldı.  Şirvan  əhalisi  tərəfindən  [aşağıdan 

məzmunda] bir sənəd (məhzər) hazırlanmışdı: "Şirvan vilayətindəki 

bəzi  yerlər  şərif      Kəbəyə      məxsus      (hərəmeyni-şərəfeyn)   

vəqflərdir. Həzrət xandgar  Kəbəyə  xas  həmin  yerlərin  "xadimul-

hərəmeyn"i,  yəni  hərəmeynin  xadimi  (başçısı  -  Ş.F.)  olduğundan  

Şirvan  əhalisi    qəbul  edir  ki,    "hərəmeyni-şərifə"  məsrəflərinə  sərf 

edilməkdən  ötrü  bir  neçə  xərvar  həcmində  olan  ipəyi  o  vilayətə 

göndərsin,  belə  bir  şərt  ilə  ki,  indiyədək  rumilərin  zəbtində  olan 

yerlərə  hücum  etməsinlər  və  onları  qızılbaşların  ixtiyarına 

verilsinlər."  Tebetoğlu layiqli töhfə  və hədiyyələrlə Ərzruma rəvan 

oldu. Amma, Sinan paşa və Osman paşa arasında nifaq olduğundan 

Sinan paşa [qızılbaşlarla]   sülh   yaratmaqdan   ötrü   Tebetoğlunu   

sülhamiz məzmunlu məktubla geri göndərdi. Qərara gəldi ki, yüksək 

rütbəli qızılbaş əmirlərindən biri məhəbbətli bir məktubla xandgarın 

yanına  gedib  sülh  qayda-qanunu  barədə  söhbətlər  aparsın. 

Tebetoğlunun  gcri  dönməsindən  sonra  Qum  hakimi  Heydər  Sultan 

Çapuq Tərxan  Türkmanın oğlu ağıllı  və işbilən  İbrahim xanı Rum 

elçiliyinə təyin edib, layiqli töhfə və hədiyyələrlə rəvan etdilər. 

Amma  elə  ki,  o  elçi  İstanbula,  Rum  xandgarı  Sultan 

Muradın  yanına  çatdı,  qərəzkar  adamlar,  xüsusilə  Şirvan 

Dərbəndində  olan  Osman  paşa  Sinan  paşanı  təqsirləndirib  sülhün 

qəbul olunmaması üçün [xandgara] bəzi sözlər  çatdırdı. Buna görə 

də İbrahim xanın İstanbul elçiliyi uğurla nəticələnmədi. 

Ertəsi il [xandgar] Fərhad paşanı sərdar təyin edərək [yola 

saldı]  və  Çuxur-Səd,  Qarabağ  və  Azərbaycan  mahallarının 

əksəriyyəti onun səyi ilə qızılbaşların əllərindən çıxdı. İbrahim xan 

yeddi ilə qədər  İstanbulda qaldıqdan sonra əlahəzrət zilləllah şahın 

hakimiyyəti zamanı rüxsət alıb geri qayıtdı ki, baş verən əhvalatların 

heç birinin şərhi yerli-yerində veriləcəkdir. 

 

ALLAHIN İRADƏSİ İLƏ BU İL BAŞ VERMİŞ MÜXTƏLİK 

ƏHVALATLAR VƏ TALE HADİSƏLƏRİNİN BƏYANl 

 

Bu  il  baş  vermiş  ibrətamiz  hadisələrdən  biri  Biyəpəs 



Gilanının  valisi  Müzəffər  Sultanın  nəvəsi  və  cənnətməkan  şahın 

damadı  (kürəkəni  -  Ş.F.)  olan  Cəmşid  xanın  bəzi  haramnəmək 

mülazimlərin  təhriki  və  Mirzə  Kamran  Kuhdəminin  əh  ilə

 

öldürülməsidir. 



460 

 

O qəribə hadisənin xülasəsi belədir: Cəmşid xan və Biyəpiş 



Gilanının  valisi  Xan  Əhməd  arasında,  həmin  iki  sülalənin  köhnə 

ədavətinə  görə,  fitnə-fəsad  tozu  artmaqdaydı.  Onlar  daim  bir-

birilərinin  məmləkətlərinə  ləşkər  çəkməklə  dövlətin  əsasını 

zəiflətməyə  çalışırdılar.  Hər  iki  ölkə  arasında  yerləşən  Kühdəmin 

valisi Mirzə Kamran, vaxtın məsləhəti ilə, həsəb-nəsəb baxımından 

daha  məşhur  olan  Xan  Əhmədin  xatirini  incitməməyə  və  onunla 

daha artıq dostluq etməyə çalışırdı. Amma, hər iki vali Cəmşid xanla 

anlaşma və dostluq məqamında idi. Cəmşid xan bu il mülayimlik və 

insansevərlik  qapılarını  açıb,  düşmənçilik  və  ya  dostluq  etmək 

xüsusunda  Mirzə  Kamrana  öz  sözlərini  izhar  etdi,  onu  yanma 

çağırdı,  dostanə  münasibət  yaratdı,  həmişə  tövhə  və  hədiyyələr 

yollamaqla məhəbbət qayda-qanununu möhkəmlətdi. Hər iki tərəfin 

etibarlı  adamlarının  gediş-gəlişi  başlandı  və  onlar  arada  olan  kin-

kidurət  sarıdan  xatircam  oldular,  Cəmşid  xan  və  Mirzə  Kamran 

müəyyən bir yerdə görüşdülər. Xan onu özü ilə Rəştə apardı, şahanə 

etiram  göstərdi.  Amma  onun  əsl  məqsədi  Kuhdəm  və  Biyəpəs 

ləşkərini bir-birilərindən ayırmaqla Xan Əhmədin istilasından yaxa 

qurtarmaq  idi.  Aralarında  belə  məhəbbət  təriqi  yarandığı  üçün 

Cəmşid  xanda  işğalçılıq  və  iqtidar  nişanələn  görünməyə  başladı, 

aradakı  vuruşun  (mabehən-neza)  səbəbi  olan  Kuçsefahanı  ələ 

keçirdi. 

Xan  Əhməd  onların  qorxusundan  Lahicanda  sakit  yaşaya 

bilmirdi.  Mirzə  Kamranın  Biyəpəs  camaatı  ilə  sülh  etməsindən 

sonra  Cəmşid  xandan  narazı  olan  bir  dəstə  adam  onu  Biyəpəs 

ülkasını  tutmağa  tərğib  etdi.  Xan  Əhməd  [beləliklə]  Cəmşid  xanla 

hiylə  və  kin  məqamında  dayandı.  Bu  əsnada  Cəmşid  xan  öz 

ləşkərinin  sipəhsaları  və  baş  verən  fitnəkarlığın  mayası  olan  Qara 

Bahaduru  Mirzə  Kamrana  qoşub  Xan  Əhmədin  üzərinə  yolladı.  O 

vaxtlarda  sipəhsalarlıq  iddiasında  olan  əmirlərindən  Çıraq  Sultan 

adlı birisinin xanla kin-küdurəti başlandı. Mirzə Kamranla bağlanan 

əhd-peyman  məsələsini  Cəmşid  xan  ona  bildirdi,  Çıraq  Sultan  isə 

ürəyə yatan sözlərlə Cəmşid xanı özündən arxayın etdi. 

Amma, elə o özü də qorxub vahiməyə düşdü  və ona qarşı 

çıxmaq  fikrinə  düşdü.  Mirzə  Kamran  Biyəpəs  ləşkəri  ilə 

Kuçsefahanda olan vaxt onun dostları olan Qara Bahadur və böyük 

adamların  çoxu  canlarının  qorxusundan  Mirzə  Kamranla  ittifaqa 

girərək, Cəmşid xanı dəf etmək qərarına gəldilər. Onlar fürsət tapıb 

Çıraq  Sultanı  Kuçsefahanda  qətlə  yetirib,  qayıtdılar  və  Rəştə 



461 

 

gəldilər. Dincəlməyi (fəraqət) və sağ-salamat (afiyət) qalmaq istəyən 



döyüşçülər sevinərək bu  məsələni böyük bir bəladan qurtuluş kimi 

qiymətləndirib  onların  qayıdış  səbəbini  heç  soruşmadan  rəvan 

oldular. 

 

Cəmşid xanın qətli: 

 

Xülasə, Mirzə Kamran, Qara Bahadur və həmkarları əvvəl 



etdikləri  əhd-peymana  qarşı  çıxaraq  qoxmadan  Cəmşid  xana  qarşı 

ittifaqa  girdilər.  Xan  isə  sadəlövhlüyündən  və  etimadı  üzündən  bu 

şəxslərin nifaqlarından qafil olub, onların geriyə qayıdışlarını zəruri 

bir işi yerinə  yetirmək istəkləri kimi qəbul  etdi. Mirzə  Kamran isə 

dərhal  xanın  tək  qaldığı  otağa  girib  onu  tutdu,  kənar  bir  yerdə 

saxlamağdan  ötrü,  etibarlı  adamlarla  Kuhdəmə  göndərdi.  Cəmşid 

xan  nə  qədər  çalışdısa  onun  sülaləsinin  nəməkharam 

mülazimlərindən  heç  biri  onu  xilas  etmək  fikrində  olmadı.  İstər-

istəməz  o  qəribə  hadisəyə  qurşanan  Mirzə  Kamran  cənnətməkan 

şahın  qızınm  az  yaşlı  oğlanları  Məhəmməd  İbrahim  Mirzə  və 

Məhəmməd  Əmin  Mirzəni  öz  yanında  saxladı  və  Qara  Bahadurun 

səyi  ilə  bütün  Biyəpəs  əhalisi  Mirzə  Kamranın  hakimliyinə  razı 

oldu,  o  vilayətin  sipəhsalarları  və  başqa  adamları  onunla  əhd-

peyman  bağladılar.  O  isə  belə  bir  razılıqdan  xatircəm  olaraq,  iki 

aydan  sonra  onların  öz  sözlərindən  sərf  nəzər  edə  biləcəkləri 

qorxusundan Cəmşid xanın qətlinə fərman verdi və onu Kuhdəmdə 

qətlə yetirdilər. 

Amma, onların axırları da öz istədikləri kimi ola bilmədi az 

bir  vaxt  içərisində  o  günahsız  padşahın  qatilləri  öz  əməllərinin 

cəzasına  çatdılar,  ömür  və  dövlətdən  fayda  görmədilər.  Belə  ki, 

Mirzə  Kamran  Cəmşid  xandan  xatircam  olan  kimi  Biyəpəs 

vilayətində hökümət və istiqlal bayrağı qaldıraraq Xan Əhmədlə də 

savaş  məqamına gəlib özünün işğalçılıq meylini zahirə çıxarmaqda 

idi. O, öz etibarlı adamlarını padşah sarayına göndərib belə ərz etdi: 

"Cəmşid  xan  üsyan  və  tüğyan  edib,  dövlət  hökmünün  ziddinə 

çıxaraq  başqalarının  məmləkətlərinə  də  dəxalət  etməkdə,  padşah 

əmrlərinə  əməl  etməməkdə  idi.  Mən  dövlətxah  adamsa  onu  tutub 

şərrini dəf etdim. Əgər şahın şəfəqqəti mən dövlətxahın halına tərəf 

yönəlsə  və  Biyəpəs  məmləkətini  mənə  versə,  peşkəş  olaraq  ali 

saraya çoxlu pul göndərərəm, hər il bac və xərac ödəməyə zəmanət 

verərəm". 


462 

 

O, Cəmşid xanın pulundan böyük məbləğdə pul da yolladı. 



Mirzə  Salman,  əmirlər  və  dövlət  başçıları  onun  dediklərini  qəbul 

edib  şahdan  təvəqqe  etdilər  ki,  cənnətməkan  şahın  Cəmşid  xanın 

arvadı olan bacısını və Biyəpəsi Mirzə Kamrana versin. 

Amma, Xan Əhməd qoçaq, ağıllı, öz sözü olan və tədbirli 

Mirzə kamrandan Cəmşid xana nisbətən daha çox çəkinir onun qaba 

davranışından şəklənirdi. O tez-tez  ali dərgaha  məktublar göndərib 

Mirzə  Kamranın xahişinin rədd edilməsini ərz etdi, dedi:  "Biyəpəs 

məmləkəti  yeddi-səkkiz  ali  qədirli  qızılbaşa  məxsusdur  və  oranın 

qətiyyən  Mirzə  Kamrana  aidiyyətı  yoxdur.  Əgər  qızılbaş  əmirləri 

buraya gələrsə, mən boyun oluram ki, o vilayəti onun işğal əlindən 

xilas edib qızılbaşların ixtiyarına verim". 

Beləliklə, Mirzə Kamranın iqtidarda olması heç vechlə Xan 

Əhmədin məzacına müvafiq deyildi. 

İsgəndər  şanlı  nəvvabın  Xan  Əhmədə  böyük  şəfəqqəti 

olduğundan  onu  narazı  salan  heç  bir  işə  razılıq  vermirdi.  Cəmşid 

xanı öldürən Mirzə  Kamranın cürət  və cəsarətinə  göz  yummaq isə 

onun  səltənət  rütbəsinə  uyğun  iş  deyildi,  elə  buna  görə  də  Mirzə 

Kamranın  xahişləri  şah  tərəfindən  qəbul  olunmadı.  Salman  xan  və 

ustaclı  əmirləri  də  orduda  ülkasız  qalmışdılar.  Qüdrətli  dövlət 

başçılarının məsləhətinə görə şah Cəmşid xanın həm də damadı olan 

Salman  xanı  Rəşt  hakimi  təyin  edib,  Biyəpəsi  ustaclı  əmirləri  və 

başqa  əmirlər  arasında  böldü,  Şahqulu  Sultan  Qarınca  Ustaclını 

Salman  xana  lələ  və  ağsaqqal  təyin  edərək,  Biyəpəs  və  Biyəpiş 

hakimlərinin savaş mayası olan Kuçsefahanı ona verdi. Ülkaya layiq 

görülən  ustaclı  əmirləri  isə  bunlardı:  Nəzər  Sultan  Lələnin  oğlu 

Hüseynqulu  Sultan,  Mustafa  Şərəfli,  Eyğus

348

  bəyin  oğlu  Mehdi 



Sultan Çavuşlu, Əhməd Sultan Asayeş oğlu, Cəfər Sultan Rumlunun 

oğlu,  Peykərli  Berdi  Xəlifə  və  Şahverdi  Sultan  Cəlaloğlu  Çekəni. 

Mirzə Kamran Cəmşid xanın sərvətindən saraya göndərdiyi qızılı isə 

əmirlərin  xərclərinə  kömək  kimi  verib,  onları  Gilana  rəvan  etdi. 

Bayandur xan Talışın, onun oğlu Əmir Həmzənin və Kəskər hakimi 

Əmir  Səyavuşun  adlarına  ehkami-motaələr  (itaət  hökmləri  -  Ş.F.) 

yazılaraq,  həmin  əmirlərə  imdad  və  köməklik  göstərmələri  üçün 

hökm  olundu.  Süleyman  xan  və  yoldaşları  Gilana  yaxınlaşdılar  və 

Şahqulu  Sultan  Qarınca  Biyəpəs  xüsusunda  Xan  Əhmədlə 

məsləhətləşməkdən  və  qərara  gəlməkdən  ötrü  Lahicana  -  Xan 

                                                           

348


 Ayğut olmalıdır - Ş.F. 

463 

 

Əhmədin  yanına  getdi.  Amma,  qızılbaş  ləşkərinin  yürüş  xəbəri 



Gilana  çaldıqda,  Fumən  vilayəti  əyanlarından  olan  Şirzad  adlı  bir 

şəxs bir qələndər oğlunu Cəmşid xanın oğlu kimi qələmə verib, onu 

Cəmşid  xanın  atasının  adı  ilə  "Mahmud  xan"  adlandırdı.  Mirzə 

Kamrana  qarşı  çıxaraq  bir  dəstə  Fumən  süvarisini  özünə  müttəfiq 

edib qəfildən onun üzərinə - Rəştə hücuma keçdi. Mirzə Kamran bu 

qəziyyəni  bilərək  Rəşt  əhalisi  ilə  vuruşun  üz  verməməsindən  ötrü 

özünü  müdafiə  etmək  istəmədi  və  buna  heç  imkanı  olmadı  da.  O, 

Cəmşid  xanın  oğlanlarını  özü  ilə  götürüb  çaşqınlıqla  var-dövlətini 

ataraq,  tanınmaz  bir  yolla  Kuhdəmə  gəldi.  Onunla  əlbir  olan  Qara 

Bahadur və adamları da Mirzə Kamrana qoşulub Kuhdəmə çatdılar. 

Şirzad  isə  "Sultan  Mahmud  xan"ı  Cəmşid  xanın  ülyacənab  hərəmi 

olan  [dul]  şahzadə  qadınla  görüşdürməkdən  ötrü  Rəştə  gəlib  çatdı. 

Cəmşid  xanın  fəqət  iki  oğuldan  qeyri  digər  uşağı  olmadığını 

bilməsinə  baxmayaraq  şahzadə  xanım  zəmanəyə  uyğun  hərəkət 

edib,  Şirzadın  məsləhətinə  əməl  edib  onun  Biyəpəs  Gilanının  zəbt 

etməsini rəğbətlə qarşıladı. Şirzad bir adamını Xan Əhmədin yanına 

göndərib Gilan hakimlərinini sabiq hökmünün əksinə getdi, itaətdən 

dəm  vurdu  və onunla birləşdi, çünki, Xan Əhməd Mirzə Kamranın 

vəziyyətinin pisləşdiyini bildiyindən bu məsələni özü üçün münasib 

sandı, qızılbaş ləşkərini buraya çağırdığından peşiman oldu, [Mirzə 

Kamran  ilə]  intiqam  və  qarşılaşma  məqamına  gəldi,  onun  üstünə 

qoşun yolladı. [Beləliklə,] Biyəpiş ləşkəri Mirzə Kamranın məskəni 

olan  Kuhdəm  qəsəbəsinə  çataraq  oranı  viran  etdi,  onun  ardınca 

Rüstəmabad və Taroma qədər getdi. Amma, bu əsnada Salman xan 

artıq  Məncilə  gəlib  çatmışdı.  Bunu  bilən  Mirzə  Kamran  Xan 

Əhmədin  döyüşçülərindən,  lakin  özünün  yaxını  olan  bir  nəfəri 

qızılbaşların  yanına  yolladı.  Hüseynqulu  Sultanın  vəkili 

Məhəmmədi bəy Sarı Solaq iki-üç yüz qızılbaşla Kuhdəmə gedərək 

onu Qara Bahadur  və  yoldaşları ilə birlikdə Məncilə  gətirdi. O isə 

Xan Əhməd ləşkərinin elə həmin gecə hücum edəcəyi qorxusundan 

Salman  xana  qoşularaq,  xanı  oradan  çıxanb  Kuhdəmə  apardı.  Xan 

Əhmədsə  Salman  xanın  gəlişindən  və  Mirzə  Kamranın  xana 

qoşulmasından  xəbər  tutaraq  öz  adamlarına  geri  dönmə  əmrini 

verdi. 


Amma,  Salman  xana  dedi:  "Mirzə  Kamran  hiyləgər, 

fitnəkar  və  qəddar  adamdır,  onun  sözlərinə  aldanmayın.  Yaxşısı 

budur ki, ondan Cəmşid xanın qan əvəzini alıb, özünü həbs, ülkasını 

isə  zəbt  edəsiniz.  Orada  yaşayıb,  ağacların  yarpaqlardan  və 



464 

 

meyvələrdən üryan olduğu və Biyəpəsin rəzil adamlarının müdafiyə 



və cəngə macalları olmadığı payrz fəslində mənimlə birlikdə həmin 

ülkaya gedərək oranı öz əlimizə keçirək". 

Mirzə Kamran ağıllı, sözlü-söhbətli, yağlı dilli və zarafatcıl 

bir  adamdı.  Amma  Salman  xanın  yağlı  sözlərinə  inanıb  ona  bunu 

xatırlatdı:  "Xan  Əhməd  mənim  iqtidarım  və  istiqlalımın 

qorxusundan qızılbaş qoşununu buraya çağırdı. O hal-hazırda  məni 

gücsüz hesab edib sizin buraya  gəlməyinizi istəmir.  İndi Şirzad  və 

Cəmşid  xanın  oğlu  kimi  adı  hallanan  və  Biyəpəs  Gilanına 

sahiblənən  Sultan  Mahmud  onun  mülazimi  olmaq  kimi  alçaq  bir 

hökm  altındadır.  Əgər  belə  davam  edərsə  hər  iki  Gilan  onun 

olacaqdır.  Onun  köməyinə  sizin  qətiyyən  ehtiyacınız  yoxdur.  Sizə 

isə heç bir minnət qoymadan mən özüm onun Biyəpəs ülkasını sizin 

üçün ala bilərəm". 

Salman  xan  Cəmşid  xanın  oğullarını  onun  əlindən  alıb 

Qərvinə göndərdi, Şahqulu Sultanın Xan Əhmədin yanına getməsinə 

görə,  onun  tabeliyindəki  əmirlərin  gəlib  bir  yerə  toplanmasını 

gözlədi. Bir neçə gün sonra Şahqulu Sultan gəlib dedi: "Xan Əhməd 

deyir ki, meşələrin yamyaşıl, hər ağacın isə bir qala timsalı keçilməz 

olduğu hazırkı vaxtda, hələ Gilana getmək vaxtı gəlib çatmamışdır. 

Gərək qışın gəlməyini gözləyək". 

Bu    sözlər   Mirzə      Kamranın    fikrinin    qüvvətlənməsinə 

səbəb  oldu.  Oraya  toplaşan  əzəmətli  əmirlər  də  getməyi  məsləhət 

görüb Rəhmətabaddan çıxdılar, Mehdiqulu Sultan Çavuşlunu çərxçi 

təyin edərək Peykərli Berdi Xəlifə Kəngərlini birinci dəstəyə (cənd) 

başçı qoydular və irəliyə getdilər.   Şirzad  və  Sultan  Mahmud  xan  

Əli    bəylə    və  cənnətməkan  şahın  dövründə  Cəmşid  xanın  vəkili 

olmuş  Karkiya  Əhməd  Fuməninin  oğlu  Mahmud  bəylə  birlikdə 

qızılbaş ləşkərini müdafiə etmək məqsədilə Rəşt şəhərinə tabe olan 

Bicarpəstdən çıxdılar. 

 

Şirzadın həbsi: 

 

Mirzə  Kamran   isə  qeyri-ənənəvi yolu ilə hərəkət edərək, 



bir dəstə qızılbaş ləşkəriylə Rəştə rəvan oldu. Qızılbaşların başqa bir 

yolla  Rəştə  yollanmalarından  xəbər  tutan  Şirzad  döyüşçüləri 

ehtiyatkarlıq üzündən xanlığa qaldırdığı oğlunun ixtiyarına buraxıb, 

özü  şəhərdən  xəbər  tutmaq  üçün  bir  neçə  nəfərlə  Rəştə  gəldi.  O 

Cəmşid  xanın  evinin  yanındakı  Siyahqurab  meydanına  çatarkən 


465 

 

qızılbaş  ləşkərinin  bir  neçə  çərxçisi  də  gəlib  Rəştə  çatdı.  Şirzad 



həmin  meydanda  bir  neçə  qızılbaşı  görüb  onlara  hücum  etdi  və 

çərxçi  qaziləri  ilə  döyüş  başlandı.  Şirzadı  tanımayan  qazilərin  biri 

nizə  ilə  onu  atdan  yerə  saldı,  ardı-ardınca  gələn  qızılbaşlar  isə 

tutdular  və,  özünün  kimliyini  bildirən  Şirzad  ələ  keçdi,  on-on  beş 

nəfər yoldaşının bəzisi yaralandı və bəziləri öldürüldü. Şirzadın ələ 

keçirilməsindən  agah  olan  Salman  xan  və  qızılbaş  əmirləri  zəfərlə 

Rəştə  gələrək  Siyahqurab  meydanında  özlərinə  iqamət  xeymələri 

qurdular. 

Amma,  qızılbaşların  Biçarpəs  yoluyla  gələcəyini 

gözləməkdə olan  Gilan ləşkəri  günün axırında onların şəhərə daxil 

olmaları  və  Şirzadın  ələ  keçməsindən  xəbərdar  oldular,  cəng  əzmi 

ilə oradan şəhərə gəldilər. Onların səsləri qazilərə çatdıqda Salman 

xan  və  əmirləri  orada  bir  dəstə  əskəri  onların  qarşısına  yolladılar, 

aralarında  cəng  başlandı.  Gilanlılar  bir  qədər  döyüşdükdən  sonra 

üzlərini  fərar  vadisinə  tərəf  tutdular.  Axşam  düşdüyünə  və  sıx 

meşədə  olmalarına  görə  qızılbaş  süvariləri  onları  təqib 

edəbilmədilər. Kuhdəm piyadaları isə təqibə keçərək çoxlu adam ələ 

keçirdilər.  Onlar  Mirzə  Kamranın  əmriylə  nəfəslərini  belə 

dərmirdilər.  Xülasə,  tutulan  adamların  çoxunu  qətlə  yetirdilər. 

Gilanlılar  dağılışmağa  başladılar,  Məhəmməd  bəy  və  Əli  bəy 

Fumənə getdilər. 

Salman  xan  və  əmirlərin  vəziyyəti  ali  dərgaha  ərz 

etmələrindən  sonra,  şahın  əmriylə,  Cəmşid  xan  hərəmxanasının 

şahzadə  xanımı  orduya  göndərildi.  Salman  xan  Cəmşid  xanın 

evində,  əmirlər  isə  münasib  mənzillərində  yerləşdilər.  Qara 

Bahaduru  Salman  xanın  vəkili  kimi  rəiyyəti  nəvazişləndirməyə 

rəvan etdilər. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin