AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə42/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   38   39   40   41   42   43   44   45   ...   96

Məşhəd hakimi Mürtəzaqulu xanın  

Herat hakimi Əliqulu xanla cəngi: 

 

Əliqulu xan və yoldaşları Mürtəzaqulu xanı dəf, Müqəddəs 



Məşhədi  isə  fəth  etməyi  qərara  alıb,  nizamlı  ləşkərlə  o  tərəfə 

hücuma  keçdilər.  Xorasana  gəlməkdə  olan  İraq  əmirlərindən  Vəli 

Xəlifə  Şamlı  hamıdan  tez  yetişib  artıq  Məşhədə  yaxınlaşmışdı  ki, 

onun yolu üstünə bir adam yollayaraq dayandırdılar. Cəng başlandı. 

Vəli Xəlifə məğlub olub, Mahmud xan Sufioğlunun mülazimlərinin 


447 

 

əliylə  qətlə  yetirildi.  Onun  öldürülməsindən  sonra  Əliqulu  xan  və 



yoldaşları  müqəddəs  Məşhədə  çatdılar.  Mürtəzaqulu  xan  Xəbuşan 

hakimi  Budaq  xan  Qacar  Çekəni,  Nişahur  hakimi  Dərviş 

Məhəmməd xan Rumlu, Tun (?) hakimi Süleyman Xəlifə Türkman, 

Cam hakimi Şahqulu Sultan Əfşar və sair kimi özünün tabeliyindəki 

əmirləri  toplayaraq  cəngə  hazırlaşdı.  Şəhərdən  kənarda  o  iki  ağır 

qoşun  bir-birilərinin  qarşısında  səf  bəzədilər,  tərəffərin  igidləri 

döyüş  meydanına  qədəm  basdılar.  Çoxlu  döyüşdən  sonra  şamlı  və 

ustaclı tayfaları öz vuruş addımlarını irəli ataraq türkman ləşkərinin 

səfinə şığıdılar və qələbə çaldılar. O igidlərin ardıcıl həmlələrindən 

türkman  tayfasının  əhvalı  pozuldu,  Mürtəzaqulu  xanın  səbat  və 

qərar  ayağının  möhkəmliyinə  və  onları  cəngə  təhrik  etməsinə 

baxmayaraq,  bunun  faydası  olmadı,  məcbur  olub  döyüşdən  əl 

çəkərək  məğlubiyyət  vadisinə  yollandılar,  dağınıq  halda  şəhərə 

qayıtdılar,  bürc  və  barıları,  habelə  darvazaları  möhkəmləndirməyə 

başladılar,  qalanı  mühafizədən  ötrü  qala  silahları  tədarük  etdilər. 

Şamlılar  və  ustaclılar  atlarını  darvazayadək  qovub  onların  bir  çox 

döyüşçüsünü  öldürdülər  və  yaraladılar.  Bu  mərəkədə  bayrağın 

yanında  dayanmış  müqəddəs  Məşhəd  məscidinin  mütəvvəllisi  Mir 

Əbdülkərim  onu  tanımayan  döyüşçülər  tərəfindən  öldürüldü. 

Türkmanlarla  birlikdə  olan  Qubad  xan  Qacar  özünü  şamlıların 

arasına atdı. Cam hakimi Şahəli

344 


Sultan Əfşar əsir alındı. 

Vəli  Xəlifənin  öldürülməsi  və  Xorasandakı  çaxnaşma 

xəbəri  xəlifənin  ardınca  gəlməkdə  olan  Əmir  Həmzə  xana  və 

Şahqulu  Sultan  Qarınca  Ustaclıya  çatdıqda  onlar  qayıdış  təbilini 

döyüb İraqa qayıtdılar. 

Xülasə, Əliqulu xan və Mürşüdqulu xan müqəddəs Məşhəd 

şəhərini mühasirəyə aldılar. Mühasirə dörd ay davam etsə də, fəlh və 

zəfər  Öz  üzünü  onlara  göstərmədi.  Dərviş  Məhəmməd  xan 

müqəddəs  Məşhəd  hakiminin  yanında  olub  Nişabur  qalasını 

mühafizəsiz  qoyduğu  üçün  Əliqulu  xan  və  yoldaşları  Nişabura 

getməyi və o vilayəti tutmağı, Mürtəzaqulu xanın ətrafındakı yerləri 

boşaltmağı  və  sonra  onun  dəfinə  yollanmağı  məsləhət  bildilər.  Bu 

məqsədlə  də  müqəddəs  Məşhədin  mühasirəsindən  əl  çəkərək 

Nişabura  rəvan  oldular.  Bundan  agah  olan  Dərviş  Məhəmməd  xan 

Mürtəzaqulu  xandan  izn

 

alaraq  Nişabura  yollandı,  həmin  dəstədən 



                                                           

344


 Qeyd: Yuxarıda bu ad "Şahqulu" kimi yazılmışdı - Ş.F. 

 


448 

 

əvvəl  özünü  şəhərə  çatdırdı,  qaladarlıq  fikrinə  düşdü.  Amma, 



Əliqulu  xan  və  yoldaşları  Nişapura  çatdıqları  vaxt  Dərviş 

Məhəmməd xan qala hazırlığına hələ layiqincə hazırlaşa bilməmişdi. 

O, özünün çıxış yolunu itaət etməkdə gördü, əhd-peyman niyyəti ilə 

çölə çıxdı, şahzadə ilə görüş şərəfinə çatdı, ali nəsilli xanla görüşdən 

feyziyab  oldu.  Onlar  Dərvişin  Nişapurda  qalmağını  məsləhət 

bilməyib,  həmin  vilayəti  Mürşüdqulu  xana  verdilər,  xan  isə  öz 

etibarlı  adamlarını  qalada  saxlayıb,  Dərviş  Məhəmməd  xanla 

birlikdə  Mürtəzaqulu  xanın  qardaşı  Fərrux  xanın  əlində  olan 

"Heydəriyyə  türbəsi"nə  yollandılar.  Fərrux  xan  da  Dərviş 

Məhəmməd  xan  kimi  əhd-peymanla  qalanı  onlara  verib  müqəddəs 

Məşhədə  getdi.  Əliqulu  xan  həmin  vilayəti  Nişabura  əvəz  olaraq 

Dərviş  Məhəmməd  xana  verdi,  qərara  alındı  ki,  Dərviş  adamlar 

yollayıb əhalini oraya köçürsün. 

Bu  hadisələrin  baş  verməsindən  sonra  Əliqulu  xan 

şahzadənin  ordusunun  tərkibində  Herat  darülsəltənəsinə  tərəf 

yollandı,  başqa  əzəmətli  əmirlər  də,  izin  alaraq,  hərə  öz  vilayətinə 

qayıtdı. 

Əliqulu  xanın  qayıdışından  sonra  Dərviş  Məhəmməd  xan 

onlarla  əhd-peyman  etdiyindən  peşiman  oldu,  çünki  gözü  Nişapur 

ülkasındı  qalmışdı.  Yanındakı  rumlu  tayfası  ilə  "Heydəriyyə 

türbə"sindən  keçib,  özünü  hücumla  Nişapura  çatdırdı,  gümansız 

halda  şəhərə  daxil  oldu.  Amma,  gəlişindən  xəbər  tutan  adamların 

əksəriyyəti  onun  ətrafında  toplaşdı  və  onlar  Mürşüdqulu  xanın 

adamlarını  şəhərdən  qovdular,  hökumət  işinə  başladılar.  Qayıdış 

əsnasında  bu  xəbəri  eşidən  Əliqulu  xan  qoşunun  dağınıqlığı  və 

yolun  uzaqlığı  səbəbindən  Məhəmməd  xanın  bu  yersiz  hərəkətini 

qulaq  ardına  vurdu,  onunla  haqq-hesablaşmağı  gələn  ilə  saxladı, 

Herat darülsəltənəsinə çatıb eyş-işrətlə məşğul oldu. 

Mürtəzaqulu  xan  və  müqəddəs  Məşhədin  sakinləri  isə, 

mühasirə  darısqallığından  xilas  olduqları  üçün,  ləşkərlərin  gəliş-

gedişləri zamanı baş verən şəhər dağıntılarını bərpa etməklə məşğul 

oldular və Mürtəzaqulu xan olub-keçən hadisələri ali saraya ərz etdi. 

Onun  göndərdiyi  xəbər  Mirzə  Salmanın  və  əmirlərin  Şirvandan 

Təbrizə  gəldikləri  vaxt  gəlib  çatdı,  onların  pərişanlıqlarına  səbəb 

oldu. 

Xorasandan  qayıdıb  Qəzvin  darülsəltənəsinə  çatan  Sultan 



Hüseyn  xan  ona  layiq  olmayan  bəzi  əməllər  etdi.  Belə  ki,  onun 

divan  vəkilləri  onu  varlıların  mallarını  mənimsəməyə  sövq  etdilər, 



449 

 

xanın alver bazarı rəvac tapdı. O mülkün əhalisi və diyarın tacir və 



varlı  adamları  cana  doydular.  Xan  isə  cahil  və  nəfskar  şəxslərin 

təhriki  ilə  o  məmləkətdən  xeyli  pul  və  mal  kənara  aparıldı,  hədər 

məsrəflər  xərcləndi,  xanın  etibar  kisəsində  bədnamlıq  və  söyüşdən 

başqa heç nə qalmadı. O, ali dərgaha gəlməkdən də çəkinib, olduqca 

yubandı. Ali ordunun fəsədkar və bəhanə axtaran adamları onun bu 

yaramaz işlərini  görüb, qarşı  çıxmaq  və onu cəzalandırmaq  fikrinə 

düşdülər. Nəhayət onların istədikləri vaxt gəlib çatdı və bu dəftərin 

zeylində  yazılacağı  kimi,  xana  olan-oldu  ki,  bu  haqda  məlumat 

veriləcəkdir. 

 

NƏHƏNG (LUY) İLİ OLAN DOQQUZ YÜZ HƏŞTAD 



SƏKKİZİNCİ İLİN (1580/81) ƏVVOLLƏRİNDƏ ALLAH-

TƏALANIN TƏQDİRİ İLƏ TƏBRİZ 

DARÜSSƏLTƏNƏTİNDƏ BAŞ VERƏN  

HADİSƏLƏRİN ZİKRİ 

 

Qələm sabiqdə bəyan etdi ki, Şirvanda Əmir xan Türkman 



və  Şahrux  xan  arasında  Xaxmirə  getmək  üstündə  mübahisə 

başlamış,  başçıları  Məhəmməd  xan  Ustaclu  və  Hüseynqulu  Sultan 

Eşikağasıbaşı  Şamlı  olan  şanlı  və  ustaclı  tayfaları  da  türkmanlarla 

vuruşmağa  başlamışdılar.  Nəticədə,  qorçibaşının  səyi  ilə  sülh 

yaranmışdı.  Elə  o  vaxtlar  da  Xorasanda  baş  verən  hadisələr  - 

Əliqulu  xanla  Mürşüdqulu  xanın  gedərək  müqəddəs  Məşhədi 

mühasirə  etmələri  xəbəri  Təbrizə  yetişdi.  Əmir  xan  və  türkman 

əmirləri  [öz  aralarında]  danışmağa  başladılar  və  onlar  şamlı  və 

ustaclı  tayfalarını  qiyamda  töhmətləndirib,  təqsirləndirməyə 

başladılar. Sultan Hüseyn-xanın qeyri-məqbul bir hərəkəti də onların 

vəziyyətini ağırlaşdıran dəlil oldu. Əliqulu xanın anası olan Sultan 

Hüseyn xanın arvadı cahan nəvvabı Sultan Həmzə Mirzənin dayəsi 

(qabele)  idi  və  əri  Sultan  Hüseyn  xanla  birlikdə  Heratdan  İraqa 

gəlmişdi.  O,  ali  hərəmxanada  yaşayır  və  nəvvab  mirzəyə  analıq 

edirdi.  Onun  qardaşı  Hüseyn  bəy  isə  nəvvab  mirzənin  vəziri  idi. 

Şamlı tayfasının əyanlarının çox hissəsi mirzənin xidmətində idi. 

Məsələn,  "Yoldaş"  ləqəbli  İsmayılqulu  bəy

345


  Vəli  Xəlifə 

oğlu,  mötəbər  eşikağasıbaşı  Mehdiqulu  bəy  Hüseynqulu  Sultan 

oğlu, əmiraxurbaşı Əbülfəth bəy Fulad bəy oğlu, Təhmasibqulu bəy 

                                                           

345

 Yuxarıda: Yoldaşbaşı - Ş.F. 



450 

 

Qorxmaz  xan  oğlu  şahzədəyə  yaxın  adamlar  silkindən  idilər. 



Türkmanlar  şamlılara  həsəd  aparır,  həmişə  onların  etibarının 

azalmasına  çalışırdılar.  Vəzir  Mirzə  Salman  da  bu  mənsəb 

sahiblərinin  bir-biri  ilə  olan  münasibətlərini  izləyir,  cahan 

nəvvabının  vəziri  Hüseyn  bəyin  əleyhinə  gedərək,  Əmir  xan  və 

Türkman tayfasının tərəfini tuturdu. 

Xülasə, Əmir xan, Məhəmməd xan Türkman, Müseyib xan 

Təkəli və onların adamları fürsət tapıb [şaha] ərz etdilər ki, Əliqulu 

xan  və  Mürşüdqulu  xandan  üsyan  zahirdir  və  onlar  İsgəndər  şanlı 

nəvvab və aləm şahzadəsi

346


 ilə  müxalifət  mövqeyində dayanmışlar 

və Əliqulu xanın anasının hərəmxanada qalmasına bizim etibarımız 

yoxdur.  Əgər  məğlubedilməz  dövlətin  sütunlarından  olan  şamlı  və 

ustaclı  tayfaları  bu  bədnamlıqdan  uzaqlaşmasalar,  qızılbaşlar 

arasında  saldıqları  bu  ikitirəliyi  rəf  etməsələr,  şah  və  şahzadə  ilə 

yekdil  olmasalar,  onların  izzət  və  etibarları  dövlətin  məqsədinə 

müvafiq olmayacaqdır. 

Onların aradan götürülməsinin əksinə olan Pirə Məhəmməd 

xan  Ustaclı  və  Hüseynqulu  Sultan  Şamlı  Xorasanda  baş  verən 

hadisələri  oymaqlar  arasında  nifaq  və  inada  çevirib  [Əmir  xanın] 

niyyətinin əleyhinə idilər. Onlar deyirdilər: "Allah eləməmiş, birdən 

bu  iş  şah  və  şahzadənin  əleyhinə  yönələ  bilər.  Bəlkə  də  Xorasan 

əmirlərinin  məqsədi  belədir:      Mürtəzaqulu      xan      Türkman   

Məşhəddə      istiqlal  cəhdində  olub  Əliqulu  xanın  etibarını 

çoxaltmağa  çalışır.    Qızılbaşların  vəziyyətinin  pisləşirdiyi  və 

rumiyyənin Azərbaycan  və Şirvanı ələ keçirdikləri belə bir  vaxtda, 

Allah eləməsin ki, özbəklər də bizə qarşı hərəkətə başlasınlar, əgər 

belə  olarsa  Xorasan  əmirlərinin  aralarındakı  nifaq  və  inad 

məmləkətin  əldən  getməsinə  səbəb  olar.  Gərək  Xorasanın  bütün 

əmirləri  adlı-sanlı  şahzadə  və  əlahəzrət  zilləllah  şah  ilə  müttəfiq 

olsunlar  və  hər  hansı  bir  hadisə  baş  versə  onların  başına  yığışıb 

nifaqı  yerə  qoysunlar.  Onların  bundan  başqa  bir  niyyəti  yoxdur. 

Yayılan sözlər isə Mürtəza qulu xanın yalan və iftiralarıdır." 

 

Hüseynqulu Sultanın qətli: 

 

Belə vəziyyət bir neçə gün davam etdi. Tərəflər silahlanıb 



savaşmaq niyyətində idilər. Xeyirxah adamların məsləhəti ilə hələlik 

                                                           

346

 Yəni, Sultan Həmzə Mirzə - Ş.F. 



451 

 

qan  tökülməsinin  qarşısı  alınırdı. Birdən-birə  Vəli  Xəlifə Şamlının 



öldürülməsi  xəbəri  eşidildi.  Onun  oğlu  İsmayılqulu  bəy  qiyama 

qalxıb atasının qanını tələb etdi. Ustaclı və şamlılar arasında həmişə 

razılıq və dostluq olduğundan Əmir xan, təkəli və türkman tayfaları 

onların  arasına  nifaq  və  fitnə-fəsad  salmaq  istədilər.  Onlar  fürsət 

tapıb  İsmayılqulu  bəyə  dedilər  ki,  Vəli  Xüləfanın  başına  gələn 

hadisə  Sultan  Hüseyn  xan  və  onun  oğlu  Əliqulu  xanın  əmri  ilə 

həyata keçirilmişdir. Onlar şamlı və ustaclılar arasına nifaq toxumu 

səpərək,  şaha  və  adlı-sanlı  şahzadəyə  inandırıcı  sözlər  dedilər, 

onların  hər  ikisini  bu  tayfalardan  bədgüman  etdilər,  Hüseyn  bəyin 

arvadını  hərəmxanadan  çıxarıb  boğdular,  bu  işin  arxasını 

fikirləşmədilər.  Sultanhüseyn  xanın  əvəzinə  İsmayılqulu  xanı 

Qəzvinə  təyin  edib,  onu  xanlıq  tituluna  və  təvaçibaşılıq  vəzifəsinə 

layiq  gördülər  və  atası  Vəli  Xəlifənin  qanını  Sultan  Hüseyn  xanı 

öldürməklə  almasını  tapşırdılar.  İllərlə  Vəli  Xəlifənin  xidmətində 

olan  və  əmirlik  dərəcəsinə  qədər  yüksələn  Qorxmaz  xan  Şamlıya 

eşikağası  olan  Əliqulu  xanın  tərəfdarı  Hüseynqulu  Sultanın 

vəzifəsini  verdilər.  Beləliklə,  onlar  gah  Vəli  Xəlifənin  qanının 

alınması,  gah  da  hakimlik  və  böyüklük  təmənnaları  barədə  sözlər 

danışıb  öz  əleyhdarlarının  yağlı  sözlərinə  aldandılar,  külüngü  öz 

ayaqlarına  vurdular.  İsmayılqulu    xanın    qardaşları      əvvəlcə   

Sürxab    dağının  ətəyindəki  qəbirsanlıqda  Mahmud  xan  Sürfoğlu 

Ustaclının  qardaşını  öldürdülər  və  beləliklə  həmişə  bir-biri  ilə 

müttəfiq olan şamlı  və ustaclılar arasında dava-dalaş qapıları açıldı. 

Gecə  yarısı Xəlifə Ənsar Qaradağlı bir dəstə şamlı ilə  Hüseynqulu 

Sultanın evinə gedib onu qətl etdi, vəziri Hüseyn bəy fərar etdisə də, 

iki-üç  gündən  sonra  Mir  Məqtulbənb  təkyagahında  ələ  keçirilib 

öldürüldü.  Şamlı  tayfası  bu  əməlləri  türkmanlıların  təhrikləri  ilə 

etdiklərindən,  zahirən  belə  görünürdü  ki,  guya  bu  işlərin  baş 

verməsində  türkmanların  əlləri  yoxdur.  Buna  görə  də,  Pirə 

Məhəmməd  xan  intiqam  məqamına  gəlmədi,  ali  divanın 

vəzirliyindən  əlavə  şahzadənin  divan  vəziri  vəzifəsi  də  Mirzə 

Salmana verildi. Qəzvin əyaləti hakimliyi  İsmayılqulu xan Yoldaşın 

adına  yazıldı  və  əmr  olundu  ki,  Qəzvindəki  Sultanhüseyn  xanın 

mülazimləri      indi  İsmayılqulu  xana  xidmət  etsinlər.  Sultanhüseyn 

xanı  isə  tutub  saraya  gətirdilər.  [Şahın]  eşikağasıbaşı    vəzifəsi 

Qorxmaz  xana,  şahzadənin  eşikağasıbaşı  vəzifəsi  isə  Piri  həy 

Eynallı Şamlıya verildi. Şah Qazi Mustovfini Mirzə Salmana əks və 

ona  xilaf  olanlarla  müttəfiq  olduğu  üçün  həbs  etdirdi,  mustovfiül-



452 

 

məmalik  mənsəbi  İsgəndər  şanlı  nəvvaba  sabiqdə  xidmət  göstərən 



Xacə Məhəmmədbağır Herəviyə verdi. 

İsmayılqulu  xanın  hakimliyi  barədə  hökm  Qəzvinə  gəlib 

çatdıqda Sultan Hüseyn xan şəhərdən çıxıb, Çəkiçəki şəhərinə gəldi. 

Onun  mülazimlərinin  bir  hissəsi  onunla  idi,  başqa  hissəsi  isə  hələ 

Qəzvində qalmışdı. Onlar Sultan Hüseyn xandan gördükləri hörməti 

unudub  ondan  döndülər,  ordusundakılar  dağıldılar,  ən  mötəbər 

adamları isə İsmayılqulu xanın xidmətinə girdilər.  

Sultan  Hüseyn  xan  öz  vəziyyətini  müşahidə  edib  həbs 

olunma  qorxusundan  bir-iki  nəfərlə  Ərdəbil  darülirşadına  qaçdı, 

oraya  sığındı.  Bu  müddətdən  sonra  şeyxavənd  tayfası,  xüsusən 

Şeyxşah  bəyin  qardaşı  Vastar  bəy  hiylə  ilə  onu  oradan  çıxarıb 

düşmənlərinə verdi və o, qətl olundu. 

Təbrizdə baş verən bu hadisədən sonra vəzir Mirzə Salman 

və  qorçibaşı,  habelə  Şahrux  xan  Möhrdar  ilə  Əmir  xan  və  Pirə 

Məhəmməd xan arasında yenidən dostluq yarandı, aralarında görüş 

və gediş-gəliş qapıları açıldı. 

Əmir xanın toyu oldu. Təbriz darüssəltənətində üç gün eyş-

işrət baş verdi və iffət zirvəsinin Müştərisi və səltənətin pərdəneşini 

(səradeq) olan  və keçən il Əmir xanla kəbini oxunan  cənnətməkan 

şahın qızı Fatimə Sultan xanım  Əmir xanın evinə aparıldı  və Əmir 

xan tərəfindən şaha  və adlı-sanlı şahzadəyə layiqli töhfələr  verildi. 

Onun  özünə  də  qiymətli  xələtlər-bahalı  daşlarla  bəzənmiş  tac, 

xəncər kəməri, şəmsirbənd, daş-qaşlı qəbzə və qın (ğelaf), daş-qaşla 

bəzənmiş  yəhəri  və  yüyəni  olan  at,  qızılla  tikilmiş  çəharğəb  (?), 

qəba,  çaharzəri  (?)  və  başqa  geyimlər  verildi.  O  da  İskəndər  şanlı 

nəvvabın  və  aləmlər  şahzadəsinin,  xidmətçilərinə,  nədimlərinə  və 

çalğı ərbablarına qiymətli xələtlər verdi. Əmir xan Pirə Məhəmməd 

xanın və ustaclı tayfasının ürəyini ələ almaq  məqsədi  və aralarında 

olan  qohumluq  münasibətinə  görə  -  Pirə  Məhəmməd  xanın  qızı 

Əmir xanın oğlu Sultan Murad xanın evində idi - onu sağdış (tuye-

saqduşi), Müseyib xan Təkəlini isə solduş (tuye-soldişi) etdi. Onlar 

da hər biri öz evlərində şahanə toy etdilər.  İsgəndər şanlı nəvvabla 

aralarında  olan  qohumluğa  görə  Müseyib  xan  özünü  Əmir  xandan 

yüksək  tuturdu.  Səltənət  dənizinin  həmin  pakizə  gövhərində  (yəni 

Fatimə  Sultan  xanımda  -  Ş.F.)  onun  da  gözü  var  idi,  lakin  bəzi 

məsləhətlərə  görə  bu  iş  baş  tutmadı  və  o  böyük  töfhə  Əmir  xana 

nəsib  oldu.  Müseyib  xan  razılıq  barmağını  gözünün  üstünə  qoyub, 


453 

 

şahın  əmri  ilə  solduşluğu  qəbul  etdi,  türkcə  bu  rübaini  yazıb 



İsgəndər şanlı nəvvaba (şaha - Ş.F) göndərdi: 

 

Rübai 



 

Ey şahe-cəhən, biəsər oldi deməgim,  

Tutdi qəm-əli, ələm tikani-ətəgim.  

Yüzyildi kixidmətimlə dərgahində!  

Solduş əməginə döndi axir əməgim. 

 

Bu hadisələrdən sonra əmirlər  və tayfalar arasındakı savaş 



qapıları təmamilə bağlandı. Həmçinin Şahəli Mirzənin oğlu Salman 

xan  da  [şah]  ilə  qohumluq  şərəfinə  yetməklə  şərəfləndi, 

cənnətməkan şahın qızı Şəhrbanu xanımın kəbinini onunla kəsdirdi. 

Pirə Məhəmməd xan oymaqlar təəssübündən və Abgulla xanın sabiq 

xidmətlərinə  görə  bu  toyun  xərcini  öz  öhdəsinə  götürdü,  nikah 

mərasimi  onun  evində  yüksək  səviyyədə  keçirildi.  Əmir  xan  bu 

zaman  rəsmi  təvazökarlıqlar  göstərdi  Şirvan  məmləkətini  Salman 

xana  və  ustaclı  əmirlərinə  verərək  onları  yola  saldılar.  Onlan 

Ərəsbar  yolu  ilə  gedib  Kür  cayının  kənarında  hava  bərk  isti 

olduğundan  "Həmətərə"  adlı  məşhur  yaylaqda  dayandılar  və 

havaların  dəyişəyəcəyini  gözləyərək  ləşkər  və  yaraq  toplamaqla 

məşğul oldular.  O əmrlərin ən  əzəmətlisi Şirvan  və Şamaxı hakimi 

Salman  xan  idi.  Ondan  başqa,  "lələ"  kimi  məşhur  olan  Nəzər 

Sultanın oğlu Hüseynqulu Sultana, Eşşək (?) Əvəz Çavuşlunun oğlu 

Əliqulu  Sultana,  Mustafa  Sultan  Şərəfliyə,  Ənut  (?)  bəyin  oğlu 

Mehdiqulu Sultan Çavuşluya, həmçinin cagirli, qaramanlı və başqa 

tayfalardan  olan  iki-üç  əmirə  Şirvan  ölkəsində  tiyullar  verib  rəvan 

etmişdilər.  Bu  il,  ülkasını  dörd  il  bundan  əvvəl  tərk  edən  Kuh-

Giluyə  hakimi  Xəlil  xan  Əfşar  bir  qələndərin  qiyamı  (xüruc)  və 

oradakı  üsyan  üzündən  Kuh-Giliyəyə  getməyə  rüsxət  aldı.  Bu 

məsələnin  şərhi  və  Xəlil  xan  və  övladlarının  aqibətləri  aşağıda 

veriləcəkdir. Qərara alındı ki, Fars [vilayəti] bəylərbəyisi Xəlil xan 

Zülqədər tabeliyindəki əmirlərlə, həmçinin Kurman hakimi Vəlixan 

Əfşar Azərbaycan yasaqına getsinlər. 

 

 

 


454 

 

HÜMAYUN ŞAH MƏİYYƏTİNİN ƏŞKƏNBƏR VƏ 



KƏLƏNBƏR YAYLAĞINAGETMƏSİ VƏ ONUN 

QARABAĞDA QIŞLAMASI, BAŞ VƏZİR SİNAN PAŞANIN 

MƏKTUBLARI VƏ O VAXTLARDA BAŞ VERƏN 

HADİSƏLƏRİN ZİKRİ 

 

Bahar  fəsli  bitdiyindən  Təbriz  havası  istiləşməyə  başladı. 



Qəhətlik  və  məhsul  [azlığının]  təsirindən  şəhərdə  vəba  xəstəliyi 

yarandı. Hümayun şah məiyyəti yaylağa tərəf yola düşüb Əşkənbər 

və  Kələnbərdə dayandı. Bu il Rum xandgarı Sinan paşanı [qoşuna] 

sərdar  təyin  edib,  Şirvan  məmləkətinin  sair  yerlərini  ələ  keçirmək 

üçün  Osman  paşanın  köməyinə  yolladı.  Sinan  paşa  saysız-hesabsız 

döyüşçü  ilə  Ərzruma  gələrək,  ilk  növbədə  şah  sarayına  elçi 

göndərdi.  O,  Mirzə  Salmana  məktubunda  belə  lüzumsuz  sözlər 

yazmışdı:  "Osmanlı  əsgərlərinin  daxil  olduqları  hər  bir  vilayətdə 

gərək  şahın  (sultanın  -  Ş.F.)  adına  xütbə  oxunsun,  yox,  əgər 

oxunmasa  bu  əməl  osmanlı  qayda-qanununa  zidd  bir  əməl 

sayılacaqdır.  Şirvan,  Şəki,  Azərbaycanın  bəzi  yerləri  və  Gürcüstan 

ale - Osman tərəfindən fəth olunduğu üçün, bundan sonra o yerlərə 

qızılbaşlar  tərəfindən  hücum  baş  verməsin.  Adı  çəkilən  vilayətlər 

islama  pənah  verənlərə  (yəni  osmanlılara)  mənsub  olduğundan 

[qızılbaşlar] münaqişədən əl çəksinlər. Sabiqdə etdikləri əməldən əl 

çəkib, şah xandgara dostanə bir məktub yazsın, mötəbər və mahir bir 

elçi  yollasın.  Bu  xeyirxah  isə  (yəni  Sinan  paşa  -  Ş.F.)  arada 

vasitəçilik edib, həzrət xandgarı sülh bağlamağa rəğbətləndirəcəkdir. 

Əgər belə etməsəniz, bütün İran  məmləkətləri [bizim tərəfimizdən] 

fəth olunacaqdır". 

Xüdpəsənd  qızılbaş  əmirləri,  xüsusilə  Şahrux  Möhrdar, 

saysız-hesabsız  Rum  qoşunu  ilə  döyüşməyi  özünün  imkanı 

xaricində bilməyinə baxmayaraq, bu təkliflə razılaşmadı və belə bir 

cavab  məktubu  yazdı:  “Əgər  sülh  cənnətməkan  şahın  zamanında 

olduğu  şəkildə  bağlansa  biz  onu  qəbul  edərik,  yoxsa  yarım  zər” 

torpağı  da  öz  xoşumuzla  əldən  verən  deyilik.  Əgər  yüz  min 

qızılbaşdan  cəmi  bircəsi  də  sağ  qalarsa,  torpaq  uğrunda 

döyüşəcəyik.  Sənin  və  sənə  bərabər  on  nəfərin  də  hücumundan 

qorxumuz yoxdu. Qoy o, (yəni Sinan paşa -Ş.F.) özünü Lələ paşa

347


 

ilə  müqaisə  etməsin.  [Lələ  paşa]  bizə  hücum  edən  vaxt  bizim 

                                                           

347


 Osmanlı sərkərdəsi Lələ Mustafa paşa - Ş.F. 

455 

 

padşahımız İraqda idi və Azərbaycan əmirləri arasında heç bir ittifaq 



yox  idi.  İndi  isə  bütün  qızılbaş  ləşkəri  Azərbaycanda  şahın 

ixtiyarında  hazır  vəziyyətdə  dayanıb  döyüş  gözləyirlər.  Sizin 

yazdığınız  "Şirvan  ölkəsi  ale  -  Osmanın  əlinə  keçmişdir"  fikri 

qələtdir. Dörd divardan başqa heç nəyi olmayan Dərbənd qalasından 

başqa Şirvan qızılbaş əmirlərinin zəbtindədir. Əgər o vaxtlarda (yəni 

osmanlıların  hücumu  zamanı  -  Ş.F.)  qızılbaşlar  arasında  birlik 

olsaydı, 

düşmənlər 

bizim 

məhrusə 


(qorunan 

Ş.E) 



məmləkətlərimizə əl uzada bilməzdilər". 

Sinan  paşa  bu  məktubdan  ehtiyatlanıb,  hücum  barədə  bir 

daha söz yazmayaraq, yenidən sülh məsələsindən söhbət açdı. O, bu 

dəfə  yumşaq  tərzdə  bir  məktub  yazıb  bildirdi  "Osman  paşa  həzrət 

xandgara  yazıb  ki,  mən  Şirvan  məmləkətini  fəth  etmişəm.  Əgər  bu 

doğrudan  da  belədirsə,  gərək  qızılbaşlar  bir  daha  Şirvana  hücum 

etməyələr.  Siz  əgər  mənim  bu  fikrimlə  razılaşsanız,  mən  sülhə 

boyun oluram". 

Bu  biri  tərəfdən  də  (yəni  qızılbaşlardan  -  Ş.F.)  həmin 

məktublara cavablar yazıldı və vaxtın tələbinə görə [paşaya] rəğbətli 

sözlər  ünvanlandı.  Sinan  paşa  belə  qərara  gəldi  ki,  bu  ili  hər  iki 

ləşkər  qoy  öz  olduqları  yerlərdə  qışlasınlar.  Qoy  rumilər  tərəfdən 

bir, qızılbaşlardan da bir adam Şirvana gedib, oranın kimin əlində - 

rumilərin, yoxsa qızılbaşların əlində olmasını müəyyənləşdirsinlər. 

Bu tapşırığı yerinə yetirməkdən ötrü [Sinan paşa] Ömər ağa 

adlı bir şəxsə tapşırıq verdi və özü gedib Ərzrumda qışladı. 

Hümayun  şah  məiyyəti  Naxçıvan  yaylağından  yola  düşüb 

Qarabağa  yollandı.  Xorasandan  xoşagəlməz  xəbərlər  gəlir, 

Mürtəzaqulu  xan  dalbadal  məktub  yazaraq    Əliqulu  xan  Şamlı, 

Mürşüdqulu xan Ustaclı və onların tabeliyində olan adamların üsyan 

etdiklərini  bildirirdi.  İşbilən  adam  olan  Məhəmməd  xan  Türkmanı 

Əliqulu  xana  qarşı  çıxan  əmirlərdən  İsmayılqulu  xan  Şamlu  və 

Qorxmaz  xan  Şamlunu  Xorasan  əmirləri  ilə  danışmaqdan,  onlarla 

Mürtəzaqulu  xan  arasında  yaranmış  fitnə-fəsad  alovunu 

söndürməkdən  və  onu  üsyandan  çəkindirməkdən  ötrü  Xorasana 

yolladılar. Bu hadisələr zamanı Adil Gəray xan Tatar və Səfi Gəray 

xan  ağır  qoşunla  hücum  edib  Şirvana  gəldilər.  Qızılbaş  bəylərbəyi 

Salman  xan  və  əmirlər  hələ  öz  yerlərində  qalıb  Şirvana 

yollanmamışdılar.  Onlar  (rumilər  -  Ş.F.).  Şirvanda  qızılbaşlardan 

əsər-əlamət  görməyib  etimadsız  şirvanlılara  bildirdilər  ki,  qızılbaş 

bəylərbəyisi  və  Şirvana  təyin  olunan  əmirlər  filan  yerdə 


456 

 

dayanmışlar.  Tatar  ləşkəri  təxirə  salmadan  Şirvan  dağlılarının 



bələdçiliyi  ilə  çayı  keçib,  əmirlərin  ordusu  üzərinə  tökülüşdülər. 

Ordu  döyüşçülərinin  silah  gətirmək  və  bir  yerə  toplaşmaq  imkanı 

olmadığından  qızılbaş  ləşkəri  arasına  dağınıqlıq  düşdü.  Onlar  var-

dövlət və yaraq-yasaqdan əl çəkib həyəcanla bəzisi piyada, bəzisi isə 

ata  süvar  olub  fərar  etdilər.  Döyüşə  girişən  bir  neçə  adam  isə 

mərdliklə şəhadət şərbəti  içdi. Qızılbaşların bütün var-yoxları tarac 

olundu.  Ustaclı  əmirlərindən  Eşşək  Əvəzin  oğlu  Əliqulu  Sultan 

Çavuşlu  qətl  edildi,  qalanları  isə  canlarını  qurtarıb  pərişan  və 

nizamsız halda Qızılağac yaxınlığında dayandılar. Tatarlar isə o gün 

hədsiz-hesabsız qənimətlə geri döndülər. 

Tatarların  sözlərinə  görə  Osman  paşa  bir  dəstə  rumini 

Badkubə qalasına yolladı və rumilər həmin möhkəm qalanı daha da 

möhkəmlədib oraya çoxlu silah yığdılar. 

[Şahın  məiyyəti]  Qarabağa  qayıtdığı  zaman  bu  xəbər  ali 

orduya  yetişdi,  şahın  və  döyüşçülərin  acığına  səbəb  oldu.  Onlar 

qışlaq yeri olan Qızılağacın Sultanbud adlı yerində dayandılar. Vəzir 

Mirzə  Salman,  Əmir  xan,  qorçibaşı,  Şahrux  xan,  Pirə  Məhəmməd 

xan Ustaclı  və başqa əmir, qorçi  və  müzəffər  əsgərlər  Şirvanı tatar 

xanlarından müdafiə etmək üçün oraya yollandılar. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin