AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Tatarların məğlubiyyəti və Adil Gəray xanın tutulması



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə39/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   35   36   37   38   39   40   41   42   ...   96

Tatarların məğlubiyyəti və Adil Gəray xanın tutulması: 

 

Molla Həsən adlı bir yerdə onlar bir biriləri ilə qarşılaşdılar. On 



iki min tatar, dörd-beş min ləzgi, qarabökr və şirvanlılarla birgə Adil 

Gəray  xan  mərdliklə  müzəffər  qoşunun  önünə  çıxdı.  Bu  tərəfdən 

qoşunun  cərxçisi  olan  Əmir  Həmzə  xan  bəzi  ustaclı  və  başqa 

əmirlərlə qarşıya gəldi, döyüş başlandı. Tatar ləşkəri ilə döyüşlərdə 

mərdlik  göstərmiş  olan  və  Şamaxıda  qalan  bəzi  əmirlər  öz 

namuslarını  və  ad-sanlarını  qorumaqdan  ötrü  döyüşə-döyüşə  gəlib 

orduya birləşdilər, döyüşə hazırlaşdılar. Ardıcıl qızılbaş hücumlarına 

tab  gətirməyən  tatar  döyüşçüləri  sübhün  açılışından  günəşin 

qürubuna qədər igidliklə döyüşdülərsə də, məcbur olub döyüşdən əl 

çəkdilər. Adil Gəray xan tatar qoşununda zəiflik müşahidə edərək öz 

döyüşçülərini  döyüşə  şirnikləndirib  özü  də  meydana  girdi.  Döyüş 

vaxtı  pənahı  zəfər  olan  qoşunun  (qızılbaşıların  -  Ş.F.) 

döyüşçülərindən olan Baba Xəlifə Danqaralı özünü Adil Gəray xana 

çatdırıb  onu  canalan  nizəsi  ilə  atından  yerə  saldı.  Xan,  özünün 

kimliyini bildirdi. Onu əsir götürdülər. Tatar qoşunu əzilərək qaçış 

vadisinə tərəf üz tutdu. Əzəmətli qazilər onların əksəriyyətinin ömür 

xırmanlarını qılınc və nizələrindən qopan atəşlə yandırdılar. Döyüş 

yerinə bələd olan əksər ləzgi və şirvanlı döyüşçülər isə dağa, meşəyə 

dağılışdı. Zəfər küləyi qələbə bayrağını dalğalandırdı. Döyüşçülərin 

gözləri  tatarların  qarət  etdikləri  mallara  dəyəndə  qaçanları  təqib 

etməkdən əl çəkib həmin  mallara tərəf üz tutdular.  Tatarların əlinə 

düşən Araz xan ordusu əsirlərinin var-dövləti və tatarların özlərinin 

dəvələrlə  daşıdıqları  malların  çox  hissəsi  qazilərin  əlinə  keçdi. 

Həmin  var-dövlət  sahibsiz  qaldığından  onların  hamısını  özlərinə 

götürdülər. 

Bu  böyük  qələbədən  sonra  Mirzə  Salman  və  əzəmətli  əmirlər 

Şamaxıya  üz  tutdular.  Osman  paşa  tatarların  məğlubiyyəti  və  Adil 

Gərayın  əsir  düşməsindən  xəbər  tutdu,  lakin  onlara  kömək  edə 

bilmədi, Şamaxıda qala bilməyib, qaçmağa məcbur olaraq Dərbəndə 

tərəf  yola  düşdü.  Əzəmətli  əmirlər  onun  ardınca  bir  dəstə  adam 

                                                           

327


 "Osman paşaya" olmalıdır - Ş.F. 

417 

 

yolladılar  və onlar Şabrana qədər getdilər, oranın bir hissə topxana 



və silahını ələ keçirib geri qayıtdılar. 

Osman paşa özünü Dərbənd qalasına çatdırıb, Dağıstan camaatı 

və ləzgilərin köməyi ilə orada sakin oldu. 

Əmirlər  qələbə  və  Adil  Gərayın  əsir  düşməsi  barədə  nəvvab 

[şahzadəyə]  və  Məhdülyaya  xəbər  göndərdilər.  Orduda  şadlıq 

nağaraları döyülməyə başladı. Adil  Gəray xanın orduya gətirilməsi 

üçün  bir  neçə  nəfər  əzəmətli  qorçi  yola  salındı,  əmirlərin  isə 

Dərbənd  qalasının  fəthinə  göndərilmələri  qərara  alındı.  Amma 

Mirzə  Salman  və  əmirlər  Məhdülyanın  məsləhətinə  əməl  etməyib, 

Şirvanda  bir  dəstə  adam  saxlayaraq  Adil  Gərayı  özləri  ilə  götürüb 

Qarabağa  gəldilər,  nəvvabla  görüş  şərəfinə  nail  oldular.  Ağıllı  və 

tədbirli adamlar belə məsləhət gördülər ki, tatarlarla dostluq yaradıb, 

onları  rum  qoşununa  kömək  etməkdən  çəkindirsinlər  və  Şirvan 

vilayətini  onların  təhlükəsindən  xilas  etsinlər.  Bu  təklif  nəvvabın 

xoşuna  gəldi  və  Adil  Gəray  xan  ehtirama  layiq  görüldü.  Əsir 

tutulmuş  tatarlardan  bir  neçə  nəfərini  azad  edib  ona  mülazim  təyin 

etdilər,  bir  neçə  qorçiyə  də  onun  xidmətində  durmağı  tapşırdılar. 

Əmirlər  Şirvan  əyalətinin  Həmzə  xana  verilməsini  məsləhət 

gördüklərindən  və  nəvvab  Məhdülya,  onun  məsləhətinə  əməl 

etməyib  qalaya  girməyən  əmirlərdən  incidiyi  üçün  onların 

məsləhətini  qəbul  etmədi.  Məğrur  və  ədəbsiz  əmirlərlə  Məhdülya 

arasında  bir  neçə  məsələdə  mübahisələr  baş  verdiyi  üçün  etiraz 

səsləri  ucaldı.  Belə  gərəksiz  qilü-qal  Məhdülyanın  Azərbaycanda 

qalmayaraq  geri  qayıtmasına  səbəb  oldu.  Bu  yersiz  hərəkətə  mane 

olmağa  heç  kimdə  cürət  görünmədi.  Qışın  əvvəl  çağı  soyuğun 

şiddətli  dövrü  idi.  Deyin  (dekabr-yanvar)  şaxtasının  qorxusundan 

dağ və göl sincab (qaqom) kürkü kimi olan qar örtüyünə bürünmüş, 

sincab  dərisindən  tikilmiş  papağa  bənzər  buludu  başlarına 

qoymuşdular.  Ordibeheşt  (İran  hicri-şəmsi  ilinin  ikinci  ayı  -  Ş.F.) 

gülzarının arzusundan buluddan (səhab) gecə-gündüz  civə [rənginə 

bənzər]  göz  yaşları  damcılayırdı.  Çətinliklə  keçilən  həmin  uzaq 

məsafəni bir ay əvəzinə on dörd gündə qət etdilər və on beşinci gün 

Qəzvin  darüssəltənəsinə  daxil  oldular.  Əzəmətli  əmirlər  də 

Məhdülya  və  müzəffər  şahzadə  ilə  etdikləri  həmin  ədəbsiz  danışıq 

və  mühabisələrdən  geri  çəkilməyərək  Qəzvinə  çatdılar,  İsgəndər 

şanlı  nəvvabla  görüş  şərəfinə  nail  oldular.  Nəvvab  [Həmzə  Mirzə] 

Adil Gəray xanı  mübarək dövlətxanada, divanxanaya  yaxın evlərin 

birində  yerləşdirib,  onun  keşiyini  çəkməyi  bir  neçə  qorçiyə  həvalə 



418 

 

etdi,  onların  (tatarların  - Ş.F.)  geyim-keçiminə  və  yemək-içməyinə 



olduqca  ləyaqətlə  yanaşdı.  Belə  qərara  alındı  ki,  o,  gərək  bir  neçə 

adamını qardaşı Məhəmməd Gəray xan və anasının yanına göndərib 

özünün  sağ-salamat  olması  və  ehtirama  layiq  görülməsi  barədə 

onlara  məlumat  çatdırılsın.  Adil  Gəray  xanın  etibarlı  ən  mülazimi 

şahın dostluq məktubu da götürüb bir şah qorçisi ilə yola çıxdılar. 

İsgəndər  şanlı  nəvvab  Şirvan  əyalətini  cənnətməkan  şahın  son 

günlərində  Astrabad  hakimi  olan,  lakin  qara  geyimli  adamların 

(siyahpusan)  və  Yəqə  türkmanlarının  qiyamına  davam  gətirməyib 

Qəzvinə  gələn  Məhəmməd  Xəlifə  Hacılar  Zülqədərə  verdi.  O, 

həmçinin  Şirvanın  ayrı-ayrı  mahallarını  əmirlər  arasında  bölüb 

onları  öz  yerlərinə  yolladı.  Məhəmməd  Xəlifə  və  əmirlər  Şirvana 

gedərək, hərə öz ülkasında yerləşdi. 

 

Qalmağa qoysa fələk qoy orada qalsınlar



328

 

 



Amma  bir  neçə  vaxt  dövlətxanada  yaşayan  Adil  Gəray  xanın 

hərəkətləri əmirlərin və dövlət başçılarının xoşlarına gəlmədiyindən, 

belə  qərara  alındı  ki,  onu  dövlətxanadan  çıxarıb,  ya  başqa  yerdə 

yerləşdirsinlər,  ya  da  qarşıda  Azərbaycan  yasağı  durduğu  üçün  və 

tatar  şahzadəsinin  oraya  aparılması  münasib  olmadığından,  ona 

yaxşı  mənzili olan qalalardan birində yer  versinlər.  Çünki, qarşıda 

Azərbaycan  yasağı  (əskər  toplanışı  -  Ş.F.)  durur  və  xanı  həmişə 

yanımızda  saxlamaq  münasib  deyil.  Qoy  gedəcəyi  yerdə  rahat 

yaşasın. 

 

Tatar Adil xanın öldürülməsi və bu  

hadisənin ixtiyarsız baş verməsi: 

 

İsgəndər   şanlı   nəvvab   isə   belə buyurdu:   Cənnətməkan şah 

başqa  dindən  olan  Gürcü  gürcülərin  qəlblərini  ələ  almaq  üçün  bir 

müddət  dövlətxanada      yerləşdirmişdi.    İlk  gündən  biz  tatar 

şahzadəsinə  izzət  və  ehtiramla  yanaşdığımız  üçün,  yaxşı  yer  olsa 

belə, onu qalaya salmaq bədnamlıq ola bilər. O, qoy yasaq zamanı 

dövlətxanada qalsın, sonra isə  məsləhət nə olsa, elə də edərik. Elə 

                                                           

328

 Misranın farscası: 



Gər fələkşan begozarəd ke qərari girənd. 

 


419 

 

əslində də onun dövlətxana daxilində qalib yaşaması həbsdə olması 



deməkdir. O, mülki geyimdədir və başqa yerə gedə büməz. Bir dəstə 

qorçi də gecə-gündüz onu qorumaqla məşğuldur". 

Əzmətli əmirlər onun məsləhətinə əməl etməyərək, Adil Gəray 

xanı  dövlətxanadan  çıxarmaqdan  ötrü  bir  dəstə  adam  yolladılar. 

Tatar xanı isə qızılbaşların davranışlarına bələd olduğu üçün, başqa 

bir xəyala düşdü. Onunla birlikdə olan bir neçə tatarla cəhalətli bir 

əmələ əl atmağı məsləhət görüb, əllərində tutduqları ox-yay ilə iki-

üç nəfəri yaraladı. Tatarlar danışığa başlanılmasına imkan verməyib 

döyüşdən əl çəkmədilər. Qarşı tərəfin döyüşçüləri də hücuma keçib 

onun şər hərəkətini dəf etməyə girişdilər. Tatarların cəhaləti həddini 

aşdı və bir neçə nəfəri də öldürdülər. Eşikdən də onlara ox və güllə 

yağdırıldı. Bu arada tatar xanı yaralanıb öldürüldü. O qətl edildikdən 

sonra, ölüm növbəsi başqalarına da çatdı. Bu hadisə təsadüf üzündən 

baş  verdi.  Əhvalatın  əmirlərin  Mazandarandan  qayıdışından  sonra 

baş verməsinə baxmayaraq, Şirvan səfəri hadisələri ilə bağlı olduğu 

üçün, Adil Gəray xanın qətli barədə burada yazmağı münasib bildik. 

 

DÖVRAN MƏLƏKƏSİNİN (ŞAH MƏHƏMMƏD 

XUDABƏNDƏNİN ARVADI MƏHDÜLYANIN - Ş.F.) İRADƏ 

VƏ RAZILIĞI İLƏ MAZANDARANA TƏRƏF LƏŞKƏR 

GÖNDƏRİLMƏSİ VƏ O BEHİŞTƏ BƏNZƏR DİYARIN 

VALİSİ MİRZƏ XANIN T UTULMASININ ZİKRİ 

 

Cənnətməkan şahın dövründə Mazandaranın hakimliyi irsən və 



icazə təriqiylə nəvvab Məhdülyanın atası MirAbdullah xana mənsub 

idi.  Onun  əmioğullarından  Mir  Sultan  Murad  onunla  düşmənçiliyə 

və hərbə başlayaraq istiqlal savaşına qalxdı. Mir Abdullahdan narazı 

olan  bir  dəstə  mazandaranlı  Mir  Sultan  Muradın  başına  yığışdı.  O, 

cahanpənah  şah  dərgahına  gələrək  öz  sədaqət  və  bəndəliyini  izhar 

etdi.  Mir  Abdullah  xan  bəzən  sərkeşlik  edib  vergi  və  xəracı 

ləngitdiyi üçün cənnətməkan şah Sultan Murad xanın tərəfini tutdu. 

Mir  Abdullah  xan  etdiyi  hərəkətdən  peşiman  olub  şaha  öz 

tabeçiliyini  izhar  edən  vaxta  qədər  Sultan  Muradın  vəziyyəti  gün-

gündən  yaxşılaşmaqdaydı.  Cənnətməkan  şah  [buna  görə  də] 

Mazandaran  ülkasını  onların  arasında  böldü  və  xanların  hər  ikisi 

onunla razılaşdı. Belə qərara gəldilər ki, bir-biriləri ilə qardaş kimi 

davranaraq  biri  digərinin  məmləkətinə  dəxalət  etməsinlər.  Amma, 

Mir Abdullah xan Əmir Sultan Murad xanın etibar və iqtidarına tab 



420 

 

edə  bilməyib  şahın  razılığına  xilaf  olaraq  onu  etibardan  salmağa 



cəhd etməkdəydi, imkan vermirdi ki, ona verilən vilayətdə müstəqil 

hakimiyyət  sürsün.  Bu  hadisə  barədə  ali  saraya  dəfələrlə  məlumat 

verilməsinə baxmayaraq hökmlər hər ikisinin adına yazılırdı. Məsələ 

Mir Abdullah xanın əvvəlcə  verilən hökmü pozmasına səbəb oldu. 

Mir  Sultan  Murad  ona  hücum  edərək  tutdu,  bütün  Mazandaran 

əhalisini  özünə  birləşməsini  təklif  etdi.  Mir  Abdullahı  kamanın  ipi 

ilə boğub aradan  götürdü, bütün Mazandaran hakimliyi Mir Sultan 

Murad xanın oldu. Amma, qədim adətlərə görə dünya qəddardır və 

buna  görə  də  onun  iqtidar  və  kamranlığına  imkan  vermədi, 

zamanənin  pis  gözü  ona  dəydi,  ömürdən  və  dövlətdən  ləzzət  ala 

bilmədi,  bir  neçə  gündə  mülk  və  mala  əlvida  deyib  həyatını  qolu 

zorlu fələyə tapşırdı. 

Xülasə, Mir Abdullah xanın qəziyyəsindən sonra cənnətməkan 

şah  ona  xas  olan  mərhəmət  üzündən  mərhum  xanın  sağ  qalan 

üzvlərinə qayğı göstərərək xanın müqəddəs qızı nəvvab Məhdülyanı 

aləmlər şahzadəsinə, yəni İsgəndər şanlı nəvvab Sultan Məhəmməd 

Mirzəyə  aldı  və  bu  izdivacdan  qədir-qiymətli  fərzəndlər  doğuldu. 

Xanın oğlu Mir Əzizxanı şaha yaxın adamlar silkinə daxil etdi və o 

ali sarayda  əziz  və  möhtərəm adamlardan oldu. Yuxarıda  yazıldığı 

kimi, onlara aid olan Mazandaran vilayətinin yarısını şahzadə Sultan 

Həsən  Mirzəyə,  o  biri  yarısını  isə  "Mirzə  xan"  ləqəbi  ilə  məşhur 

olan  Sultan  Mahmud  Mir  Sultan  Murad  oğluna  verdi.  Amma 

cənnətməkan şahın başına gələn ölüm hadisəsindən və Sultan Həsən 

Mirzənin  aradan  götürülməsindən  sonra  Şəmsəddin  Divin  səyi  ilə 

bütün  Mazandaran  məmləkəti  Mirzə  xana  verildi.  Yer  və  səma 

Xaliqinin istəyi ilə ülyahəzrət Məhdülya İranın  mələkəsi olduqda, o 

bu məsələni  münasib bildi: Həmin  vilayət Məhdülyanın irsi  mülkü 

olduğu  üçün  belə  qərara  alındı  ki,  Mirzə  xan  ali  saraya  gələrək 

atasının  əhvalatına  görə  üzr  istəsin,  göstərişlərə  əməl  etsin, 

Məhdülyanın  özü  izn  alaraq  Mazandarana  getsin,  əgər  onun 

hakimliyi  mələkənin  istəyinə  müvafiq  olmasa,  ağlının  göstərişi  ilə 

zəmanə  qanununa  saz  olsun,  ona  tapşırılmayan  işlərə  dəxalət 

etməsin: 

 

Hər yerə kəhəri çapmaq nə demək?  



Yer yer sahibinə verilsin gərək.

329


 

                                                           

329

 Beytin farcası: 



421 

 

 



Amma,  əgər Mirzə  xan hərgah özündən  razılıq hissinə qapılıb  

cəng  məqamına   gələrsə,   qeyrət  və təəssüb  mədəni   olan   mələkə  

onu    cəzalandıracaqdır.    Mirzə  xan  sadəlövhlüyündən,  fitnə-fəsad 

əhlinin  fəsadından,  xüsusən  mələkə  nəslindən  olan  şəxslərə  qarşı 

yaramaz hərəkətlər etmiş Şəmsəddin Divin sözünə qulaq asıb səvab 

yoldan dönərək,  mələkənin xidmətinə getmədi, hətta sərkeşlik etdi. 

Bu  iş  mələkəyə  ağır  gəldi  və  o  intiqam  almaq  məqamında  qərar 

tutdu, atasının qanını almaq istədi. O, Mazandaran əyalətini atasının 

qohumlarından  olan  Mir  Əlixana  verib,  öz  nəslinə  yaxınlığı  ilə 

şərəflənən    Vəlican  xan  Türkmanı  ona  yardımçı  təyin  etdi.  Mirzə 

xan  dərvişxislət  bir  cavandı.  Cahanpənah  dərgaha  getməyə  cürət 

etməyib 


qorxusundan 

və 


canını 

qorumaq 


məqsədindən 

Mazandaranın  möhkəm  qalalarından  olan  Firuzcaha  sığındı,  Mir 

Sultan Murad xanın bir dəstə mülazimi də ona qoşuldu. Baxmayaraq 

ki, Mirzə xan   məmləkətdən   əlini  üzmüşdü və Mazandarandaydı, 

həmin  qalanı  olə  keçirmək  təsəvvürə  belə  sığmırdı,  amma  nəvvab 

Məhdülya Sultan Murad xan nəslinin yox edilməsi qərarına gəlmişdi 

və  onun  bu  hissi  günü-gündən  artırdı.  O,  bir  gün  dövlət 

adamlarından  biri  olan  Pirə  Məhəmmədi  Qorxmaz  xan  Şamlı  və 

bəzi əmirlərlə Firuzcah qalasına yolladı. Bir neçə müddət keçməsinə 

baxmayaraq  qalanın  fəthi  xəbəri  gəlmədi.  Nəvvab  Məhdülyanın 

səbri  tükəndi,  göndərdiyi  ləşkərlə  kifayətlənməyib  Şahrux  xan 

Möhrdarı  Mazandarana  göndərdi.  Şahrux  xan  dövlətin  möhkəm 

sütunlarından  idi.  O,  özünün  tutduğu  məqamı  belə  səfərlərə 

çıxmaqdan  üstün  tutduğu  üçün  ona  tapşırılan  səfərdən  imtina  etdi, 

ərz  edib  dedi  ki,  bu  səfərə  göndərilən  Pirə  Məhəmməd  xanın 

getməyi  kifayətdir,  yox  əgər,  nəvvab  Mohdülya  bu  işi  görməyə 

başqa  adam  yollayarsa,  bu  mənim  işdən  soyumağıma  səbəb  ola 

bilər, əgər köməyə ehtiyac olarsa, kimi istərsə, onu da  göndərərik. 

Nəvvab  Məhdülya  bu  sözlərdən  inciyərək  İsgəndər  şanlı  nəvvaba 

Şahrux 


xanın 

cəzalandırılmasının 

və 

məcburən 



qalaya 

göndərilməsinin  zəruri  olduğunu  bildirdi.  Şahrux  xanın  bu 

məsələdən  yaxa  qurtarma  cəhdinə  baxmayaraq,  bunun  heç  bir 

faydası  olmadı.  Mirzə  Salman  qorçibaşı  və  əmirlər  ürəkaçan 

nəsihətlər  yolu  ilə  onu  qalaya  getməyə  razı  saldılar.  Şahrux  xan 

                                                                                                               

"Nə hər cay mərkəb təvan taxtən,  

Ke ca casepor bayəd əndaxtən". 



422 

 

məcbur  olub  istər-istəməz  Mazandarana  rəvan  oldu.  O,  Firuzcah 



qalasının  yanında  Pirə  Məhəmməd  və  Qorxmaz  xanla  görüşüb, 

qalanın  möhkəmliyi  və  Mirzə  xanın  qaladarlıq  səriştəsi  haqda 

məlumat  əldə  etdi.  Onlar  bu  qalanın  belə  tezliklə  fəth 

olunmayacağını  və  qızılbaş  ləşkərinə  xəsarət  dəyəcəyini  başa 

düşdülər. Buna görə də Şahrux xan Mirzə xanla dostluq münasibəti 

yaratmağa çalışdı və arada  yazışma və elçi get-gəli başlandı. Mirzə 

xana təsəlli verib dedi: "Əgər İran padşahı Mazandaran hakimliyini 

dəyişmək  istəsə,  onunla  döyüşməyiniz  sizin  nəslinizin  qırılmasına 

və böyük fəsada səbəb ola bilər. Yox, əgər qalanın mühasirəsi bir-iki 

il  davam  edərsə,  sizə  heç  bir  yandan  kömək  gəlib  çata  bilməz  və 

nəticədə qala fəth oluna bilər. Əgər siz müxalifətdə və qaladarlıqda 

belə davam etsəniz, qala alındıqdan sonra vəziyyətiniz bədbəxtliklə 

nəticələnə  bilər.  İndi  məsləhət  budur  ki,  müxalifəti  tərk  edərək 

dərgahın mötəbər qulamları və dövlətin sütunları olan bizlərlə birgə 

yola  düşəsiniz  və  nəvvab  Məhdülya  sizin  bu  hərəkətiniz 

müqabilində ola bilsin ki, sizi əfv etsin. Əgər belə olmasa, siz haranı 

istəsəniz  oranı  özünüzə  vətən  edib,  həyatınızı  arxayınlıqla  davam 

etdirə bilərsiniz". 

Mirzə  xan  düşünüb  bu  təkliflə  razılaşmadı,  dedi: 

"Mazandaranlılar  heç  bir  lətəfata  yol  vermədən  kiçik  bir  cəza 

almaqla bu işdən yaxa qurtara bilməzlər, Məhdülya atamın atasının 

qanlısı olduğunu bilir. O, şəksiz-şübhəsiz atasının qanını almaqdan 

ötrü  məni  qətlə  yetirəcək.  Mələkənin  bu  işi  təkcə  mal  və  mülkdən 

ötrü deyil, mənim ömrümü fəqət bir neçə gün uzatmaq üçündür". 

Şahrux  xan  və  əmirlər  onun  iddialarına  zamin  durub  Allah-

təalaya  and  içərək  dedilər:  "Onu  öldürməyəcək  və  gözlərini 

çıxarmayacaqlar.  Biz  İsgəndər  şanlı  nəvvabdan  və  nəvvab 

Məhdülyadan  onun  qanının  bağışlanmasını  xahiş  edəcəyik  və  ona 

sədəmə yetirilməsinə razı olmayacayıq". 

Adı  çəkilən  adamların  dövlət  adamları  olduqlarını  və  heç  bir 

böyük  və  ya  kiçik  işlərin  onların  razılığı  olmadan  həyata 

keçirilmədiyini  bilən  Mirzə  xan  onların  andlarına  inanıb  qalanı 

təslim edərək çölə çıxdı. 

 

 



 

 

423 

 

Mazandaran hakimi Mirzə xanın  



Məhdülyanın əmri ilə öldürülməsi: 

 

Əmirlər  onun  xatircəmliyi  üçün  mal-dövlətinə  əl  uzatmadan 



qalanı  nəvvab  Məhdülyanın  adamlarına  verdilər,  onu  isə  özləri  ilə 

götürüb  ali  saraya  rəvan  oldular.  Həqiqətən  də  onlar  güman 

etmirdilər ki, nəvvab Məhdülya onların xahişi ilə razılaşmayacaqdır. 

Amma  elə  ki,  qalanın  fəthi  və  Mirzə  xanın  ələ  keçirilməsi  xəbəri 

nəvvab Məhdülyaya ərz olundu, əmirlərin Mirzə xanla etdikləri əhd-

peymandan  incidi.  Mələkə  istəyirdi  ki,  qala  hücumla  alınsın  və 

Mirzə  xan  döyüş  zamanı  ələ  keçirilsin.  Belə  olası  təqdirdə,  bəlkə 

onun qətlindən əl çəkər və Mirzə xan buna görə ondan məmnun qala 

bilərdi. 

Amma, mələkə əmirlərin xahişlərinin əksinə gedib Mirzə xanın 

qətlini  qərara  aldı.  Xülasə,  Şahrux  xan  və  əmirlər  Qəzvinin  bir 

fərsəxliyinə  çatıb  atdan  düşdülər  ki,  ertəsi  gün  Qəzvinə  daxil 

olsunlar. Nəvvab Məhdülya əmirlərin ordusuna gedərək Mirzə xanı 

onlardan  almaq  üçün  əzəmətli  qorçilərdən  otuz  nəfərini  orduya 

göndərdi.  O,  qorçilərlə  belə  qərara  gəlmişdi  ki,  Mirzə  xan  onlara 

verilən kimi elə həmin gecə əmirlərin xəbərləri olmadan onu həlak 

etsinlər. 

Elə  ki,  qorçilər  əmirlərin  ordusuna  gedib  çatdılar,  Mirzə  xanı 

tələb  etdilər.  Əmirlər  bu  tələbdən  şübhələndilər  onu  təhvil 

verməkdən boyun qaçırdılar və dedilər: "Biz öz işimizi görmüşük və 

sabah  onu  qızılbaşların  əhatəsində  ali  dərgaha  gətirib  padşahın 

nəzərinə  yetirərik".  Qorçilər  aldıqları  fərmana  əməl  edib  onların 

dediyini qəbul etmədilər, padşah hökmünün icrasında israrlı oldular. 

Əmirlər  xanın  qətl  olunacağını  bilmədikdən  padşah  hökmünün 

əleyhinə  getmədilər  və  xanı  qorçilərə  verdilər  ki,  gecəni  orduda 

qalıb sübh onlarla birlikdə şəhərə gəlsinlər. Qorçilər isə hökmə əməl 

edib elə həmin gecə xanı həlak etdilər. Şahrux xan, Pirə Məhəmməd 

xan,  Qorxmaz  xan  və  əzəmətli  əmirlər  bu  hadisənin  baş 

verməsindən  bərk  incidilər  və  onların  nəvvab  Məhdülyaya 

ürəklərində  bəslədikləri  kinləri  daha  da  artdı.  Amma,  əlacları 

olmadığından  bir  daha  bu  haqda  danışmayıb  şəhərə  gəldilər,  şahla 

görüş şərəfinə yetişdilər. Onlar nəvvab mələkənin səcdəsinə gedərək 

ona dua etdikləri üçün, gözlədikləri xanın əfvi məsələsi həyata keçə 

bilmədi  və  bu  məsələ  onların  nəvvab  Məhdülyaya  olan  qəzəbini 

daha  da  artırmış  oldu.  İş  gətirib  buna  çıxardı  ki,  onlar  Kaşan 


424 

 

hakimliyindən  çıxarılan  Məhəmməd  xan  Türkmanın  müdafiəsinə 



qalxdılar  və  öz  fikirlərini  aşkar  şəkildə  zahirə  çıxardılar.  Saleh  bir 

günahsız  adam  və  seyidzadə  olan  Mirzə  xanın  qətl  hadisəsi  çərxi-

fələyin məsləhəti və əmirlərin pis münasibəti, qadınların cəhalət və 

qüruru,  həmçinin  şeytanın  yoldan  çıxarmasıyla  ağızlarda 

hallanmağa başladı. Bu isə nəvvab Məhdülyanın xoşuna gəlmədi ki, 

bunun  şərhi  Xorasan  hadisələrinin  şərhindən  sonra  təfsilatla 

veriləcəkdir. 

Mir Əlixan da Mazandaran hakimliyindən xeyir görməyib, elə o 

günlərdə  öz  ömür  aləminə  vida  etdi,  Mazandaranda  hərc-mərclik 

yarandı,  hər  bir  tayfa  məlikinin  başında  bir  sevda  baş  qaldırdı. 

Nəticədə övlad qalasını və Mazandaranın yarısını Ağa Əlvənd Div, 

digər  yarısını  isə  Mazandaran  əmirlərindən  olan  Seyid  Müzəffər 

Mürtəzayi zəbt etdilər. O mülkün əyanları da iki tərəfə ayrılaraq bir 

tərəf  Əlvənd  Div,  o  biri  tərəfsə  Seyid  Müzəffərə  itaət  etdi. 

Qızılbaşların  arasında  baş  verməkdə  olan  hadisələrin  çoxluğu 

üzündən  əzəmətli  əmirlər  və  dövlət  başçılarının  heç  biri 

Mazandaranda baş verənlərə baş qoşmadı. 

 

XORASAN MÜLKÜNDƏ BAŞ VERƏN  



ÜRƏKAÇAN BİR HEKAYƏT BARƏDƏ SÖHBƏT 

 

Baş  verən  hadisələri  bədii  tərzdə  yazan  qələmlə  bundan  əvvəl 



xəbər vermişdik ki, İsmayıl Mirzə dövlət və iqbal sütunlarını (payə), 

qardaşlarını  və  imam  övladlarını  qırmaqla  kifayətlənməyərək, 

özünün rəhm şilləsini birdəfəlik olaraq böyük və adlı-sanlı qardaşı, 

bir  anadan  doğulduqları  İsgəndər  şanlı  nəvvabın  sifətinə  vurmaq 

istəyirdi, amma bu zaman ilahi qeyrət hərəkətə gəldi və bu cəza baş 

tutmadı.  Xülasə,  özünün  Herata  hakim  və  əmirül-üməra  vəzifəsinə 

təyin  etdiyi  Əliqulu  xan  Şamlıya  -  Durmuş  xanın  nəvəsinə 

tapşırmışdı  ki,  nəvvab  Herata  gəlib  çatan  kimi  dövlət  və  iqbal 

çəmənini  bəzəyən  o  səadətli  nihalı  (ağac,  qələm  -  Ş.F.)  yəni 

əlahəzrət zilləllah şahı aradan götürsün  və beləliklə onlardan asudə 

olsun.  İsgandər  şanlı  nəvvabın  nökərzadəsi  və  o  həzrətin  illərlə 

çörək verib boya-başa çatdırdığı adam olan Əliqulu xan axı belə bir 

işə  -  öz  vəlinemətzadəsinə  qarşı,  Allah  eləməsin,  necə  əl  qaldıra 

bilərdi?  Əliqulu  xan  və  o  sülalənin  yaxınlarından  olan  xanın 

hörmətli  anası  əlahəzrətin  (Abbas  Mirzənin  -  Ş.F.)  və  başqa 

şahzadələrin  süd  anası  (madəre-rezai)  idi.  Onlar  elə  bir  hökmdən 



425 

 

kədərləndilər.  Amma,  İsgəndər  Mirzə  tərəfindən  vəzifəyə  təyin 



olunan  və  yüksək  xan  ləqəbinə  və  mərtəbəsinə  layiq  görülən  o 

şərafətli əmirül-üməranın padşahın əmrini yerinə yetirməkdən başqa 

heç  bir  çarəsi  yox  idi.  Onun  və  şanlı  ağalarının  fikirləri  onlara 

tapşırılan əmrə  görə beləydi ki, onların gəlib şəhərə daxil olduqları 

vaxt  tapşırığa  əməl  etsinlər,  hətta  bircə  gün  belə  onların 

yaşamalarına  imkan  verilməsin.  O  vaxt  Heratda  olan  etibarlı 

adamların sözlərinə görə bunlar  məlum olur: Ali  mənsəbə çatan  və 

yüksək  xan  ləqəbinə  layiq  görülən  Əliqulu  xan  Şamlı  bu  dəhşətli 

işdən  boyun  qaçırdı  və  qəmgin  halda  yol  gəlib  mübarək  Ramazan 

ayının  iyirmi  altısında  (7  dekabr)  cəhar  şənbə  günü  gözəl  Herata 

çatdı.  Amma,  ramazanın  iyirmi  yeddisi  (8  dekabr)  İslam  əhlinini  

etiqadına görə, qədir  gecəsi  olduğundan həmin sülalə qadınları bu 

mübarək  gecədə  o  bigünahların  -  o  seyidzadələrin  qətlinə  mane 

oldular və bu işin yerinə yetirilməsini bir gündən sonraya saxladılar. 

O günün özü də cümə  gününə təsadüf  etdiyindən həmin işə iqdam 

olunmadı.  Sonrasa  bayram  günləri  başlandı  ki,  belə  günlər  də 

şadyanalıq günləridir [Xan] eys və şadlıq (sorur) günlərində bayram 

günlərinə  zəhər  qatıb  adamlara  damcı-damcı  zəhər  (təcərro) 

içirilməsini istəmədi, bayramın bitməsini gözlədi. 

 

"Görək nə doğacaq hamilə gecə"



330

 

 



Sanki, asimani bir ilham onların  yaddaş  güzgüsünə zühur işığı 

saldı və bildirdi ki, yaxın vaxtlarda qeyb pərdəsi arxasından qəribə 

və  təəccüblü  (əcib)  bir  vəziyyət  görünəcəkdir.  Övliyalar  şahı,  pak 

adamların  (ətqiya)  sərvəri,  bağlı  xəzinələrin  (künuz)  açarı,  "Mən 

elmin  səhəriyəm,  Əli  isə  onun  qapısıdır"

331 


deyən  o  həzrətin 

(Məhəmməd  peyğəmbərin  -  Ş.F.)  söylədiyi  bu  fikir  qeyb 

mələklərinin  gətirdikləri  xəbərə  (soruş)  və  həqiqəti  əks  etdirən 

aşağıdakı beytlərə uyğun gəlir: 

 

Allahın nə gizlin səxavəti var  



Ki, qahil insana fəqət həxş olar. 

                                                           

330

 Misranın farscası: 



"Bebin ta çe zayəd, şəb abestənəst". 

331


 Cümlənin ərəbcəsi: 

"Ənə mədinətu-l-elmi və Əliyyun bəbuhə". 



426 

 

 



Kədərdən sonrakı fərəh nə gözəl!  

Kədərin hitməsi seyincə təməl 

 

Gün var ki, sübhünü qəmə döndərir,  



Elə gün də var ki, sənə həzz verir:

332


 

 

Xülasə,  bayramdan  sonra  şəvval  ayının  ikisində  (13 



dekabr)  padşahın  qəzəb  ümmanının  dalğalarını  təlatümə  gətirən  o 

qətl hadisəsinin bu gecə həyata keçiriləcəyi haqda xəbər rəiyyət  və 

döyüşçülər arasında yayıldı. Günün axırında bəzi işlərin icrası  üçün 

Qəzvində qalan Əliqulu xanın vəkili Sultan Mahmud bəy Beyxərli, 

İsmayıl Mirzənin vəfatından sonra bu xəbəri yaymaqdan ötrü Herat 

darüssəltənəsinə  rəvan  oldu,  gəlib  oraya  çatdı.  Elə  ki,  İraq 

dərvazəsindən  keçib  şəhərə  daxil  oldu,  dərvazəbanlardan* 

(qapıçılardan  -  Ş.F.)  şahzadənin  mübarək  vücudunun  sağ-salamat 

olub-olmamasını  soruşdu.  Qapıçılar  hümayun  zatın  salamatlıq 

müjdəsini  bildirdilər.  Sonra  o,  Əliqulu  xanın  yanına  gələrək  baş 

vermiş hadisəni bəyan etdi. Ötən neçə gün ərzində Herata gələn və 

hələ  hakimlik  və  qaladarlıqla  məşğul  ola  bilməyən  cənab  xan  və 

şamlı ağaları İsmayıl Mirzənin başına gəlmiş ölüm hadisəsindən hali 

olaraq,  ətraf  məliklərin  və  özbəklərin  üsyana  qalxacaqlarından 

qorxdular, amma şahzadənin və əlahəzrət zilləllah şahın sağ-salamat 

qalmalarından şad oldular, İlahiyə şükr və dua (səcdə) eldilər, xilafət 

və şadimanlıq dəryasının yenicə böyüməyə başlayan cavan ağacının 

(burada: şahzadəsinin - Ş.F.) əziz vücudunun məmləkətin əmniyyəti 

və inkişafı üçün sərmayə olduğunu düşünərək, səmimi-qəlbdən ona 

mülazim və qulam olmağı özlərinə borc bildilər, o həzrətin dövlət və 

iqbalına ümid etdilər. O diyarın əhalisi baş verənləri vəziyyətin dili 

ilə belə tərənnüm etməkdəkdir: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin