AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə37/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   33   34   35   36   37   38   39   40   ...   96

 

 

                                                           

310

  Qeyd:  İsgəndər  Münşi  Şah  Məhəmməd  Xodabəndənin  arvadı  Xeyrənnisa  bəyimi 



(Məhdülya) bəzən dövləti idarə edən nəvvab (nəvvabe-cəhanbani) adlandırır ki, bu da 

əsassız  deyil.  Oxucular  elə  mətnin  özündən  gördülər  ki,  Məhdülya  olduqca  qüvvətli 

və  zabitəli  bir  qadın  olmuşdur.  O,  dövlət  işlərini  zəif  təbiətli  ərinin  iştirakına  imkan 

vermədən  özü  idarə  edir,  dövlət  vəzifələrində  özü  məsləhət  bildiyi  dəyişiklikləri 

edirdi (Bax: O.Əfəndiyev. Göst. əsəri, səh. 144-145). 


398 

 

Şamxal Sultanın Nəvvab Pərixan  



xanımın və Şah Şücanın öldürülməsi: 

 

Nəvvab    xanımın  mülazimləri  bu  işlərin  başlanğıcında 

oraya  getmək  istəməyərək,  məsələni    başa    düşə  bilmirdilər.    O 

zaman Xəlil xanın adamları belə bir hökmün padşahın rəyi ilə yerinə 

yetirildiyini  bildirdilər.  Nəvvab  xanını  kəcavənin  içində  əyləşib 

kəcavəni aparanların məqsədlərini başa düşdü, Allahın məsləhətinin 

yerinə  yetirilməsinə  razılıq  verdi,  [qorxulu]  bir  hadisənin  baş 

verəcəyinə hələ də inana bilməyən nəvvab xanımı Xəlil xanın evinə 

apardılar. 

Elə  həmin  gün  Aslana

311

  hökm  olundu  ki,  Şəntənə  gedib 



Şamxal  Sultanı  qətl  etsin.  O,  xeyli  adamla  onu  təbrik  etmək 

bəhanəsi ilə Şəntənə getdi, görüş zamanı əfşar tayfasından olan bir 

neçə adam onu qılınclayıb öldürdü. 

Çərkəslərin isə əl-qol atmaq imkanı olmadı. Əmiraslan xan 

onun başını uca dərgaha gətirib xanlıq rütbəsinə

312


 və nəvazişə layiq 

görüldü. 

Elə  həmin  gecə  Xəlil  xanın  bir  neçə  mülazimi  əmrə  görə 

nəvvab xanımı boğub öldürdü. 

Camaatın  fikrincə,  xanıma  mənsub  olan  bütün  şeylərin 

qiyməti  təxminən  on  min  tümən  olardı.  Bu  xidmətin  müqabilində 

həmin şeylər Xəlil xana verildi. 

İsmayıl  Mirzənin  hələ  bir  yaşı  tamam  olmayan  oğlu  Şah 

Şüca  da  ədəm  yoluna  göndərildi.  Vəli  Sultan  Qalxançıoğlunu  da 

tutub, onun əleyhdarları olan Şiraz zülqədərlərinə verdilər və o da öz 

cəzasına çatdı. 

Bu  hadisələr  baş  verib  qurtardıqdan  sonra  Məryəm  şanlı 

Məhdülya tam əzəmət və istiqlal ilə səltənət və şahlıq işlərini idarə 

etməyə  başladı.  Ona  ərz  olunmadan  və  icazəsi  olmadan  heç  bir  iş 

həyata  kcçirilmirdi.  Beləliklə,  "nowabi-cahanbani"  (Sultan  Həmzə 

Mirzə - Ş.F.) ali divanın vəkili vəzifəsinə təyin edildi. Qərara alındı 

ki, şahın höknı və fərmanlarında onun möhürü vəzirin möhüründən 

yuxarıda vurulsun. 

                                                           

311


 Əmiraslan xan Ərəşli Şamlı -Ş.F. 

312


  İsgəndər  bəy  Münşi  Əmiraslana  hələ  "xan"  titulu  verilməzdən  əvvəl  onu  xan 

adlandırırdı ki, bıı ola bilsin ki, onun Əmiraslana şəxsi

 

ehtiramı ilə əlaqədar idi - Ş.F. 



399 

 

Özü Əliqulu xan Şamlının dayısı, bacısı Xanican xanım isə 



nəvvab  Məhdülyanın  yanında  etibara  malik  olan  Xacə  Şücaəddin 

Şirazinin  oğlu  Hüseyn  bəy  [Sultan  Həmzə  Mirzənin]  vəziri 

məqamına  yüksəldi  və  vəkillik  möhürünü  ona  verdilər.  Nəvvab 

Məhdülyanın  ailəvi  yaxını  olan  Molla  Əfzəl  Münəccim  Qəzvini 

etibar  və  iqtidar  səviyyəsinə  çatdı,  Qəzvinin  kəlantəri  oldu  və  o 

şəhərin  divan  işləri  ona  tapşırıldı.  Mirzə  Salman  tam  müstəqil 

şəkildə  rüknüs-səltənə  və  etimadüd-dövlə  vəzifəsini  əlinə  aldı  və 

ölkənin  işlərini  idarə  etməyə  başladı.  Fəzilətli  seyid,  xoşəxlaq, 

yetkin  və  dərviş  xislətli  adam  olan  Mir  Şəmsəddin  Məhəmməd 

Xəbisi  Kirmani  ali  sədr  mənsəbinə  layiq  görüldü.  Onun  sədr 

olmasının  səbəbi  belədir:  İsgəndər  şanlı  nəvvab  Heratdan  Şiraza 

yollandığı  zaman  Xəbis  qəsəbəsində  həzrət  mir  onun  yanına  gəlib 

ləyaqətli  xidmət  göstərmişdi.  Onun  fəziləti,  kamalı  və  söhbəti 

İsgəndər  şanlı  nəvvabın  xoşuna  gəlmiş  və  mirə  demişdi  ki,  onun 

kimliyi  və  istedadı  barədə  cənnətməkan  şaha  məlumat  verəcək  və 

şahdan xahiş edəcəkdir ki, ali sədarət mənsəbini ona versin. Amma 

bu  fikir  həyata  keçmədi.  Səltənət  və  hakimiyyət  ona  çatdıqda  isə 

sözünə  vəfa  edib,  şahanə  lütfkarlıqla  həmin  seyidi  bu  böyük 

vəzifəyə təyin etdi, hümayun hökmlə onu Şiraz darülmülkündən öz 

yanına çağırdı. Həzrət mir də böyük izzət və etibarla sayaya gəldi və 

tam  müstəqil  olaraq  sədarət  işinə  başladı.  İsgəndər  şanlı  nəvvab 

ölkənin  məmləkətlərini  əzəmətli  qızılbaş  əmirləri  arasında  böldü. 

Təbriz  darüssəltənəsinə  Əmir  xan  Mosullu  təyin  edildi  və  onun 

məsləhəti  ilə  qardaşları  İsmayıl  Sultan  və  Şahqulu  Sultan,  oğlu 

Sultan  Murad  xan  və  türkman  piyadası  İbrahim  Sultan  əmirlik 

rütbəsi  ilə  sərəfraz  oldular  və  onlara  Azərbaycanda  ülkalar  verildi. 

Çuxur-Sədin  əmirülüməralığı  cənnətməkan  şahın  fərmanı  ilə 

Məhəmmədi  xan  Toxmaq  Ustaclının  əlində  idi,  lakin  İsmayıl 

Mirzənin  əmri  ilə  İmamqulu  xan  Qacara  verilən  Qarabağ 

əmirülüməralığı  Məhəmmədi  xan  Toxmağa  tapşırıldı.  Şirvan 

əmirülüməralığı  və  Şirvanın  bütün  mülkiyyəti  Ərəs  xan  Rumluya 

şamil edildi. Ərdoğdu Xəlifə Təkəliyə, rumlu  və başqa tayfalardan 

olan  əmirlərə  də  Şirvanda  ülka  verdilər.  Vəlixan  Təkəliyə  Bəndan 

əyaləti verildi və o, ora göndərildi. 

Ustaclı  əmirlərindən  Mürşüdqulu  xan  Yegana  Dürtacir  və 

Xorasanın bəzi  yerləri, onun qardaşı  İbrahim xana isə Əsfərayində 

ülka  verildi.  Tərşizi  Mahmud  xan  Sufioğluya,  Xafı  isə  Vəlixan 

Çərxçibaşıya  inayət  etdilər.  Xəbuşanı  və  Xorasanın  bəzi  yerlərini 



400 

 

Budaq  xan  Çekəniyə  tapşırdılar,  Ağzıvar  xan  Şamlının  oğlu 



Əbülfəth xana - Xoşxəbər xana Kusuyə və Guryanda ülka verdilər. 

Qorçibaşılardan olan Vəlixan Əfşara Kirman darüləmanı çatdı, Kuh-

Guluyə isə Xəlil xan Əfşara verildi. İraq mahalı əksərən ali dərgahın 

əmirləri  arasında  bölüşdürüldü.  Məğlubedilməz  əmirlərdən  olan 

Əmir  xanın  qohumu  Məhəmməd  xan  Mosulluya  Kaşan, 

Sultanhüseyn Şamlıya isə Qəzvin darüssəltənəsi verildi. Qum ülkası 

keçmişdə  olduğu  kimi  Heydər  Sultan  Çabuq  Türkmana,  Savə  isə 

Əbülməsum Sultan Tərxan Türkmana mərhəmət olundu. Rey ülkası 

Müseyib xan  Təkəliyə, Xar  və Semnan  - Şahqulu Sultan Beytoğlu 

Zülqədərə, Savə, Çeblağ, Cuşqan və ərəblərin yaşadıqları bəzi yerlər 

Şahrux  xan  Möhdara,  Tarom,  Xəlxal  və  oraların  bəzi  yerləri  Pir 

Məhəmməd  xan  üçün  müəyyən  edildi.  Fars  məmləkəti  Zülqədər 

əmirləri  arasında bölüşdürüldü. Astrabad  İbrahim xanın əmisi oğlu 

Məhəmməd  xan  Hacılar  Zülqədərə  verildi,  həmçinin  hər  tayfanın 

hər  bir  əmirinə  münasib  ülkalar  çatdı.  Vəd  olunduğu  kimi  Gilanın 

Biyəpişi


313

  və  bütün  mülkiyyəti  uca  "Üxüvvət"  ləqəbi  ilə  Xan 

Əhməd xan Gikmiyə  verildi və o həmin xanədanı tutmağa yollandı. 

Cənnətməkan şahın hörmətli qızlarından Məryəm Sultan bəyim ona 

ərə  verildi,  Qəzvin  darüssəltənəsində  layiqli  bir  toy  edildi,  adı 

çəkilən  Xan  Əhməd  xan  da  şadman  halda  Gilana  rəvan  oldu.  Hər 

ikisi  Ələmut  qalasında  məhbus  olan  və  İsmayıl  Mirzə  tərəfindən 

azad  edilən  Ləvənd  xanın  oğlu  İsa  xan  Gürcü  və  Luvarsabın  oğlu 

Hümayun xana  mərhəmət olundu, cənnətməkan şahın qardaşı Sam 

Mirzənin qızını İsa xana verdilər və onu Şəki əyalətinə göndərdilər. 

Hümayun  xan  İslamı  qəbul  edərək  "Sultan  Mahmud"  xan 

adlandırıldı  və  o  da  "Üxüvvət"  ("Qardaş")  ləqəbinə  layiq  görüldü, 

izzət və ehtiramla Gürcüstana rəvan oldu, öz irsi ülkasını ələ aldı. 

Məmləkətlərin  əzəmətli  seyidləri  və  əyan-əşrafi,  istər 

bəziləri  cənnətməkan  şahın  dövründə  orduda,  istərsə  də  İsmayıl 

Mirzənin  zamanında  ali  sarayda  idilər,  öz  istədikləri  münasib 

vəzifələrə  təyin  edildilər,  şahdan  gözəl  xələtlər  alıb  öz  işlərinə 

yollandılar.  O  cümlədən  islam  məmləkətləri  mürtəzası  olan 

("mürtəzaye-məmaleke-eslam") 

Mirmiran 

Yəzdi

314


 

yeni 


soyurqallara  sahibləndi.  Mirmiranın  bacısı  ilə  nikahdan  doğulmuş 

                                                           

313

  Məlum  olduğu  kimi,  Gilan  o  zaman  iki  hissədən  ibarət  idi.  Biyəpəs  və  Biyəpiş  - 



Ş.F. 

314


 Yəqin ki, Mürtəza Mirmiran Yəzdi oxunmalıdır - Ş.F. 

401 

 

İsmayıl  Mirzənin  qızı  Sultan  bəyimi  onun  kiçik  oğlu  Şah 



Xəlilullaha, cənnətməkan şahın qızı Xanış xanımı onun böyük oğlu 

Şah  Nemətullaha  verildi  və  mirmiram  izzət  və  ehtiramla  Yəzd 

darülibadəsinə  yolladılar.  O  da  yüksək  "Qardaş"  ləqəbinə  layiq 

görüldü. 

Xülasə,  İsgəndər  şanlı  nəvvab  dərya  böyüklüyündə  olan 

əlini  böyük  inayət  və  ehsanla  açıb  xəzinə  qapılarını  qapamadı  və 

xeyli  pul  məsrəf  etdi.  Dövlət  adamları  və  vəzir  Mirzə  Salman 

adamların  qəlbini  cəzb  etmək  və  onları  tamahlandırmaq  məqsədilə 

məmləkətlərə  göndərilən  bütün  əzəmətli  əmirlərə  şah  xəzinəsindən 

xərclik  və  onların  gözləmədikləri  bir  illik  və  iki  illik  maaşlarını 

verdilər.  Belə  ki,  Əmir  xana  və  adamlarına  yeddi  min  tümən  pul 

verildi. Başqa əmirlərə, dövlət işçilərinə, kəlantərlərə və əyanlara da 

cənnətməkan şahın dövründə xüsusi xələtlərlə dolub sanki bəhrə və 

mədənə  çevrilmiş  xasseye  -  sərifə  qiçaçixanasından*  (dərzixana  - 

Ş.F.) xələtlər verildi. Elə bir gün olmurdu ki, İsgəndər şanlı nəvvab 

tanımadığı  adamlara  belə  on-iyirmi  xələt  verməsin.  Əksəriyyəti  on 

il, bəlkə də daha çox müddətdə məvacib almayan əzəmətli qorçilərə 

illik  maaşlarının  verilməsi  əmr  olundu.  Cənnətməkan  şahın 

borclarını  ödəmək  üçün  hökm  edildi  və  şah  xəzinəsindən  sandıq-

sandıq nəğd qızıl gətirib qorçilərə ətək-ətək verməyə başladılar. 

Münasib  adamlarının  üzünə  [o  zaman]  divanın  mənfəət 

qapıları  açıldı  və  rüşvət  rəvac  tapdı.  Qızılbaş  tayfaları  oymaq 

ağsaqqallarının  himayəsi  ilə  müxalif  əməllərə  əl  atıb  vəzirləri  və 

dövlət başçılarını rüşvət almağa şirnikləndirir, istədiklərini edirdilər. 

Yenidən  hər  oymağa  əmirlər  təyin  olunurdu.  Ülkalar  və  məmləkət 

bölüşdürüldüyündən  maaşlar  şah  xəzinəsindən  paylanırdı.  Hər 

oymağın  təəssübkeş  adamları  qiyam  və  fitnə-fəsada  başlayıb  hətta 

istiqlal bayrağı qaldırmaq qərarına gəldilər. 

Xülasə, qızılbaş tayfalarının hər birisi fəqət öz mətləblərini 

həyata  keçirməklə  məşğul  olduqlarından  din  və  dövlət  işlərinə  az 

diqqət  yetirirdilər.  Nəticədə,  az  vaxt  içində  şah  xəzinələri  pul  və 

maldan xali oldu. Əlli il ərzində mədənlərdən yığılmış firuzə torpağı 

əllərin  küləyi  ilə  torpaqla  bərabər  oldu.  Həmin  tayfaların 

özbaşnalıqları  və  təkəbbürləri  ucbatından  ara  qarışdı,  orduda  iki 

tirəlik  yarandı.  İxtilafın  yaranması  və  qızılbaşların  dövlət  işlərində 

zəiflik  göstərmələri  barədə  söz-söhbət  yarandı.  Buna  görə  də 

dövlətdə nöqsanlar görünməyə başladı. Belə günün gəlişini çoxdan 

gözləyən  dövrün  başqa  padşahları  və  müxalif  adamları  fıirsəti 



402 

 

qənimət bilib,  açıq-aşkar əcəm  məmləkətlərinə göz dikdilər. Sultan 



Murad  Azərbaycan  və  Şirvan  məmləkətlərinə  tamah  saldı.  Ətraf 

yerlərin  illərlə  itaətdən  boyun  qaçıran  adamları  istiqlal  və 

istibdaddan söhbət açıb öz zülm əllərini açdılar. Bu deyilənlərin hər 

biri haqqında, inşaallah, vaxtlı-vaxtında danışılacaqdır. 



 

CƏLAL XAN ÖZBƏYİN XORASANA GƏLİŞİ VƏ ONUN 

MÜRTƏZAQULU XAN TÜRKMAN TƏRƏFİNDƏN 

QƏTLİNİN ZİKRİ 

 

İsmayıl  Mirzənin  hakimiyyəti 



vaxtı  şahzadələrin 

öldürülmələri  və  səltənət  köklərinin  qırılması  xəbəri  hər  yana 

yayıldığından  belə  qənaət  hasil  olmuşdu  ki,  Şah  İsmayıl  bahadur 

xanın övladlarından hal-hazırda İsmayıl Mirzədən və onun bir yaşlı 

oğlundan başqa kimsə sağ qalmamışdır. İsmayıl Mirzə  vaqiəsindən 

sonra  isə,  ətraf  yerlərin  müxalifətdə  olan  adamları  artıq  bu  sülalə 

əsaslarının  tamamilə  zəiflədiyini  və  qızılbaşların  hərc-mərcliyini 

görərək,  ayaqlarını  itaət  dairəsindən  kənara  çıxarıb,  əl-qol  atmağa 

başladılar.  O  cümlədən,  Ürgənc  sultanlarından,  Əbülməhəmməd 

xanın  vəfatından  sonra  başqa  sultanlardan  özünün  şücaəti  ilə 

fərqlənən Dinməhəmməd xanın oğlu Cəlal xan, sayı təxminən altı-

yeddi  min  nəfərdən  çox  olan  imansız  özbək  dəstəsi  ilə  Nisa  və 

Əbivərddən  çıxıb  Xorasanı  qarət  etmək  və  viran  qoymaq  məqsədi 

ilə  müqəddəs  Məşhəd  yaxınlığına  gəldi.  Əzəmətli  əmirlərdən  heç 

kəsin  ona  müqavimət  göstərmək  qüdrəti  olmadığından,  hər  biri  öz 

qalasına  qonub  gözləyirdilər  ki,  mütəsəddi  bəylərbəyilərindən  kim 

isə  onunla  döyüşə  başlasın  və  onlar  ona  qoşularaq  müdafiə 

olunmağa  başlasınlar.  Cəlal  xan  o  ətrafda  çoxlu  soyğunçuluq  və 

qarətkarlıq etdikdən sonra Cam vilayətinə getdi, oradan da qənimət 

əldə  edib  Sərəxs  yolu  ilə  geri  qayıtmaq  və  Xorasandan  topladığı 

qənimətləri  öz  vilayətinə  çatdırmaq  istədi.  Müqəddəs  Məşhəd 

bəylərbəyisi  Mürtəzəqulu  xan  Pornak  ətraf  yerlərə  adam  yollayıb, 

vəzifələri  ona  kömək  etmək  olan  əmirlərdən  ləşkər  tələb  etdi. 

Eşitdikdə  ki, Cəlal  xan  vilayəti  fəth  etmədən  qarətlə  kifayətlənmiş 

və  geri  qayıtmaq  fikrindədir,  kömək  və  əsgəri  qüvvə  gəlməsini 

gözləmədən  özünün  az  miqdar  mülazimi  və  Məşhəddə  olan  qorçi 

əmirləri ilə şəhərdən çıxaraq, onun ardınca Cam vilayətinə gəldi. O 

yerlərin bir dəstə əmir və camaatı da ona qoşulduqdan sonra az-çox 

üç  min  nəfər  adam  toplandı.  Cəlal  xan  Camın  Eşqabadında 


403 

 

Mürtəzaqulu  xanın  və  qızılbaş  ləşkərinin  gəlişindən  xəbər  tutub 



getməkdən  əl  çəkdi.  Təcrübəli  özbək  atalıq

315


  və  ağsaqqallarından 

bəziləri ona belə məsləhət görmüşdü: "Biz buraya qarət məqsədi ilə 

gəldiyimizdən  gərək  müharibəyə  baş  qoşmayaq,  qarət  etdiyimiz 

malları sağ-salamat öz yerinə çatdıraq". 

Cəlal  xan  təkəbbürünün  çoxluğundan  qızılbaş  ləşkərini 

saya  almayıb  dayandı  və  döyüşə  hazırlaşdı.  Qoşunlar  hər  iki 

tərəfdən  döyüşə  hazır  vəziyyətdə  düzüldülər.  Kərənayın  fəryadı 

fələyin qulağını doldurdu, hər iki tərəfin igidləri döyüşə başladılar. 

Gün  doğandan  gün  batanadək  vuruşub  bir-birinə  öz  igidliklərini 

göstərdilər.  Qızılbaş  qazilərinin  döyüş  məharətini  və  onların 

meydandakı əzm və səbatını təsəvvür belə etməyən Cəlal xan bunu 

öz  gözləri  ilə  gördü.  Onun  qarşısına  çıxan  bu  az  miqdar  qoşunun 

cürət  və  igidliyini  görüb  təəccüb  etdi,  müharibəyə  başladığına 

peşiman  oldu.  Cahanı  işıqlandıran  və  torpağın  hər  yerinə  yayılan 

günəş  şüaları  gizləndikdən  sonra  hər  yan  abbasilərin  qara  libasları 

ilə bəzəndi. Hər iki dəstə döyüşdən əl çəkib hərə öz yerinə çəkildi və 

sabaha qədər hərbə fasilə verildi. Qızılbaş qaziləri özbək ləşkərinin 

cəsarətli hücumlarından elə təşvişə düşmüşdülər ki, daha onlara tab 

edə bibcəklərini öz qüvvələrindən xaric sanırdılar. Mürtəzaqulu xan 

böyük  mərdanəliklə  özbək  qoşununu  məğlub  etmək  səyində  oldu. 

Ertəsi  gün  bütün  sabit  və  səyyar  [ulduzların]  sultanı  olan  günəş 

fırlanmaqda  olan  fələyin  mavi  asimanında  göründükdə  və  öz  atəş 

yağdıran  qılınc  şüaları  ilə  ulduzlar  (kəvakib)  qoşununu  məğlub 

etdikdə  Mürtəzaqulu  xan  qızılbaş  qazilərini  müharibəyə 

şirnikləndirdi,  döyüşə  başladı.  Cəlal  xan  da  o  biri  tərəfdən 

qoşunlarını  səf-səf  düzdü.  Ardıcıl  həmlələrdən  sonra  igidliklə  özü 

hərbə  başladı,  atını  döyüş  meydanına  sürdü.  Döyüşün  şiddətli 

vaxtında,  Allahın  təqdiri  ilə  Ümmət  bəy  Ustaclı  Cəlal  xana  çatıb, 

tanımadan  onu  nizə  ilə  yerə  sərdi.  Atdan  düşüb  başım  bədənindən 

ayırmaq  istədikdə  Cəlal  xanla  birlikdə  olan  özbəklərin  biri  fəryad 

çəkib dedi ki, öldürməyin, o Cəlal xandır. "Cəlal xan'" adını eşidən 

türkman  və  çekəni  qızılbaşlarından  bir  neçə  nəfər  adam  hücum 

edərək  onu  Ümmət  bəyin  və  ustaclıların  əlindən  alıb  çəkə-çəkə 

Mürtəzaqulu xanın yanına gətirdi. 

Həmin döyüşdə iştirak edənlər [mənə] söylədilər ki, Cəlal 

xanla  baş  verən  müharibədə  ustaclılar  igidlik  göstərmiş  və  ustaclı, 

                                                           

315


 Atalıq - atabəy və lələ mənasındadır. 

404 

 

türkman  və  çekəni  tayfaları  arasında  Cəlal  xanın  əsir  düşməsi 



xüsusunda münaqişə düşmüşdü. Onların hər bin onun tutulmasını öz 

işi  kimi  qələmə  verirdi.  Mürtəzaqulu  xan  onun  qətlini  məsləhət 

gördü,  xanın  qürur  və  təbəkkürlə  dolu  olan  başını  bədənindən 

ayırdılar.  Cəlal  xanın  ələ  keçirildiyini  eşidən  özbəklər  qaçmağa 

başladılar, onların bir hissəsi yarımcan halda aradan çıxa bildi. Şüarı 

zəfər  olan  ləşkərin  əlinə  xeyli  qənimət  keçdi.  Cəlal  xanın  başını 

çoxlu  yaraq  və  sursatla  ali  saraya  yolladılar  və  mükafata  layiq 

görüldülər. Mürtəzaqulu xan bu məşhur qələbədən sonra Xorasanda 

öz istiqlal bayrağını qaldırdı.  Amma, belə  mühüm bir  fəthin  Herat 

bəylərbəyi  olan  Əliqulu  xan  Şamlının  köməyi  olmadan  həyata 

keçirdiyi  üçün  o,  tez-tez  qürurlanaraq  Heratın  bəylərbəyi  və  kama 

yetən  şahzadənin,  yəni  əlahəzrət  zilləllah  şahın  lələsi  olan  Əliqulu 

xanla  hesablaşmamağa  başladı.  Mürtəzaqulu  xan  Əliqulu  xanın 

mətləbinin  ziddinə  hərəkət  edərək,  özünü  ondan  üstün  sayırdı. 

Beləliklə, onların arasında fitnəkar adamların təsiri ilə günü-gündən 

düşmənçilik tozu ucalmağa başladı ki, bu da döyüşlə nəticələndi. Bu 

haqda aşağıda danışılacaqdır, inşallah. 

 

AZƏRBAYCAN VƏ ŞİRVAN HADİSƏLƏRİ, RUM 



SULTANININ ORAYA LƏŞKƏR GÖNDƏRMƏSİ VƏ BU 

HADİSƏLƏR ZAMANI BAŞ VERƏN ƏHVALATLARIN 

ZİKRİ 

 

Söz  meydanının  qoşun  bəzəyənləri  (sepəhara)  qələmin 



müşk  yayan  ucu  ilə  hadisə  təsvirlərinə  başlayaraq  sözlərini  belə 

cilvələndirdilər: Allahın iradəsi (məşiyyət) ilə Azərbaycan və Şirvan 

diyarı sakinlərinin arasına qarışıqlıq düşdüyündən, İsmayıl Mirzənin 

başına  gələn  hadisədən  sonra  onların  gün-güzəranı  əziyyət  və  bəla 

ilə keçirdi və əmin-amanlıq o diyardan kənar olmuş, orada yaşayan 

əhalinin  üzünə  möhnət  və  bəla  qapıları  açılmış,  o  diyardan  əmin-

amanlıq  yox  olmuş,  fitnəkarlıq  alovu  göyə  qalxıb  hərbiçilərin  və 

rəiyyətin  ömür  və  mal  xırmanını  yandırmış,  gözəl  vilayətin  pak 

yerləri  [baş  verən]  hadisələrin  təpiyi  altında  qalmış  (ləgədkub), 

pərişanlıq küçəsinin (kuy) avaralarında (averagan) dinclik və pənah 

qalmamış, behişt kimi gözəl olan bostanları bəla tikanlığı (xarestan) 

bürümüşdü.  Xülasə,  iki  ilə  yaxın  müddət  ərzində  biganə  əsgərlər 

oraya hücum edib, qətl  və qarətə qurşandılar. O  vaxtadək heç  vaxt 

baş verməmiş bir məsələ - İslam əhalisinin əsir götürülməsi hadisəsi 



405 

 

(şive)  baş  verdi,  o  vilayətin  seyidlərinin  (sadat)  və  əyan-əşrafının 



qadın  və  qızlarının  çoxu  zorla  köləliyə  (rəqiyyət)  düçar  oldular.  O 

vəziyyətin  təfsilatı  bəxt  və  taleyin  izni  ilə  bu  dəftərin  zeylində 

qələmə  alınacaqdır.  İran  mülkünün  iqtisadiyyatı  və  iranlılarının 

vəziyyətinin  yaxşılaşması  cahanı  bəzəyən  zilləllah  adil  sultanın 

divanından

316


,  yəni  kamyab  nəvvab  [Şah  Abbasdan]  asılı 

edildiyindən,  qalibiyyət  bəxtli,  hökmranlıq  taxtı  o  həzrətin  vücudu 

ilə hələ bəzənmədiyi (arayeş) üçün qarışıqlıq azalmadı. Allaha şükür 

ki, o həzrətin uzaqgörən əqlinin düzgün istiqaməti, həmçinin məşəl 

kimi  atəş  saçan  qılıncının  şüası  sayəsində  idbar  zülmətini  iqbal 

sübhü  əvəz  etdi,  qarabəxt  müxaliflər  öz  əməllərinin  cəzasına 

mübtəla  oldular  və  əldən  çıxan  məmləkətlər  [yenidən]  ələ  gəldi. 

Onun  ədalət  günəşi  rəiyyətin  əmin-amanlığı  üzərinə  işıq  saçdı, 

əhalinin məişəti onun dövlət baharı kimi İrəm gülzarının təravətinə 

malik  oldu,  ziddiyyətli  (əzdad)  dörd  sütun  onun  ədalət  memarının 

yardımı  ilə  möhkəmləndirildi,  biri  digəri  ilə  xilaf  və  nifaqda  olan 

tayfalar  razılıq  (vəfaq)  və  ittifaq  yoluna  düşdülər.  Bu  gün  İran 

məmləkətləri cahan şahənşahının ədaləti sayəsində cənnət gülzarının 

qibtəsinə  səbəb  olur.  Ümidvarıq  ki,  onun  hakimiyyət  müddəti  əmr 

sahibinin  zühuruna  qədər  uzansın,  aləmdəkilər  onun  zavalsız 

iqbalının sayəsində şəfqət (rafət) və inam (emtenan) kölgəsi altında 

asudə  olsunlar,  onun  cahan  sakinlərinin  asayişinə  səbəb  olan 

mübarək  zatı  dövranın  məkr  və  müsibətlərindən  qurtulub,  Allahın 

amanında  olsun.  Sübhənallah!  Gör  ki,  iqbal  rəhbəri  (qayed)  müşk 

ətirli  qələmi  tutub  haradan-hara  apardı.  Xülasə,  bəzi  fitnəkar 

kürdlər,  xüsusilə  Van  və  Azərbaycan  arasında  yaşayan  Qazi  bəy, 

Şahqulu Bülbülanın və Qaziqıranın başqa övladları vaxt və zamanın 

tələbi  ilə  şahlardan  birinin  itaətinə  gəlib  özünü  onun  bir  mülazimi 

edərdi,  [bəzən  də]  fəsad  yaradıb  öz  işləri  məşğul  olardı.  Onlar 

İsmayıl Mirzənin hakimiyyəti vaxtı onun xidmətinə üz tutub ondan 

nəvaziş  gördülər,  İsmayıl  Mirzənin  vəfatından  sonra  dövlətin 

nizamsızlığını  və  ləşkərin  intizamsızlığını  müşahidə  edərək  Vana 

qayıtdılar,  fitnəkarlığa  başladılar,  Van  hakimi  Xosrov  paşanı  da 

şirnikləndirib fəsadlı işlər törətdilər. 

Xosrov  paşa  ya  özbaşına,  ya  da  Rum  padşahının  əmri  ilə, 

cənnətməkan  şah  və  Sultan  Süleyman  -  Allah  onların  hər  ikisinə 

rəhmət  etsin  -  arasında  bağlanmış  və  təsdiqlənmiş  sülh  əhd-

                                                           

316


 İfadənin ərəbcəsi: "əs-sultanu-l-adelu zill-u-l-lahi" 

406 

 

peymanını pozaraq, Sültan Süleymanın öz xətti ilə yazılan və nəsil-



nəsil arada mövcud olan əhdnaməni unutqanlıq (nesyan) tağı üstünə 

qoyaraq,  o  hüduddakı  əskərləri  kürd  əmirləri  ilə  birlikdə  Xoya, 

Səlmasa  və  o  hüdudun  başqa  yerlərinə  göndərdi,  illərlə  yuxya 

getmiş fitnəni oyatdı, özünü bu kəlamda dediyi kimi "Allah-təalanın 

oyatmadığı kəslər həmişə yatar"

317


 deyiminə giriftar etdi. 

Xülasə baş verən birinci hadisə belədir: Azərbaycan bəylərbəyi 

Əmir  xan  və  onunla  həmkar  olan  başqa  əmirlər  Təbriz 

darüssəltənəsinə  çatmazdan  əvvəl  Yaraqqalada,  Urmiyədə, 

Səlmasda və Xoyda olan Hüseynxan Sultan Xəbutlu

318


  və Mahmud 

Sultan Rumlunun üzərinə hücum etdilər. Neçə  müddətdən bəri hər 

iki  tərəf  arasında  sülh  və  dostluğu  görən  qızılbaş  qaziləri  Rum 

sultanının əhd-peymanı pozacağını güman etmirdilər. Buna görə də 

onlar  ehtiyatı  əldən  verərək,  sakitcə  öz  yerlərində  əyləşmişdilər. 

Kürdlərin  üsyan  və  tüğyan  yolunu  tutduqlarından  və  rum  əsgərləri 

ilə  hücuma  keçdiklərindən  xəbər  tutan  qızılbaş  döyüşçüləri 

canlarından  əl  çəkib  müdafiəyə  başladılar.  Müxalif  tərəfin 

döyüşçüləri qızılbaşlardan zəif olduqları üçün onların bu əməlindən 

bir nəticə hasil olmadı. Amma kürdlər hiylə işlədərək onları məğlub 

etdilər. Qızılbaşların çoxunun arvad-uşaqları yanlarında olduğundan 

mərdanə  döyüşüb  şəhid  oldular,  arvadları  və  qızları  kürdlər 

tərəfindən əsir, malları tarac, rəiyyətlərinin var-yoxu qarət edildi. Bu 

hadisədən sonra Göyərçinlik qalası və Urumi qalasının yaraq-sursatı 

kürdlər tərəfindən zəbt olundu. 

Bundan  sonra  Əmir  xan  Təbrizə  çatıb  bu  vəziyyəti  düzəltmək 

üçün öz əmir  yoldaşları  və  Azərbaycan ləşkəri ilə, təxminən on-on 

beş nəfər adamla döyüşə yollandı. Kürd əmirləri müqavimət göstərə 

bilmədilər,  onların  bəzisi  qalada  gizləndi,  bəzisi  isə  öz  yerlərinə 

qayıtdı.  Ülka  qarətə  getdiyindən,  rəiyyət  dağıldığından  və  var-

yoxdan  çıxdıqlarından  qızılbaş  əmirlərindən  bir  nəfər  belə  həmin 

diyarda qala bilmədi. Əmir xan da oranın qalalarını  və bütövlükdə 

məmləkəti  oldə  saxlaya  bilmədiyi  üçün  geri  qayıdıb  Təbrizə  çatdı. 

Bu  get-gəl  o  mülkün  dağılmasına  səbəb  oldu.  Xoyun,  Səlmasın  və 

Urmiyanın  əksər  rəiyyəti  qaçıb  getdi.  Yavaş-yavaş  dönərək  o 

yerlərdə yenidən yaşayanlar isə çarəsiz qalıb müxaliflərə itaət etdilər 

və  həmin  məmləkət  onların  əlinə  keçdi.  Sərhəddə  çaxnaşma, 

                                                           

317

 Kəlamın ərəbcəsi: "əl-fiətu nəimətu-l-lahi mən əyqazahə". 



318

 Xunuslu olmalıdır. 



407 

 

rumilərin  müxalifəti,  kürdlərin  üsyanı  eşidiləndə  öz  boyunlarını 



ədəb  ciblərinə  yığmış  tayfaların  bəzi  adamları  biədəblik  ayaqlarını 

açaraq  fitnə-fasada  əl  uzatdılar.  İllərlə  bu  yerlərin  nemətini  yeyib 

boya-başa  çatan,  Sulduzda  və  Marağanın  Miyanduabında  yaşayan 

başqa tayfa üzvləri də öz duzlarına haram qatdılar. Onların sərdarı 

Əmirə bəy özünü "Əmirə xan" adlandırıb Marağaya  yaxınlaşmışdı. 

Cənnətməkan şahın xüsusi atlarından ibarət on min baş bədəvi, tazi, 

ayqır  və  madyan  atı  olan  Qaraçubuq  ilxısını  öz  yerindən  çıxarıb 

apardı.  Bu  xəbər  Əmir  xana  çatdıqda  onların  ardınca  düşdüsə  də 

tozlarına  belə  çata  bilmədi.  O,  yollarda  qalan  və  ləşkərin  gələcəyi 

qorxusundan  aparıla  bilməyən  bir  neçə  baş  atı  geri  qaytarıb  onları 

Təbrizə  gətirdi.  Şirvan  vilayətlərinin

319


  əhalisi  də  düşmənçilik 

fikrinə  düşmüşdü.  Şirvanın  sabiq  sultanlarının  nəslindən  olan 

Bürhanın  oğlu  Əbubəkr  Mirzə  qızılbaşların  qorxusundan  Dağıstan 

və  Çərkəs  hüdudlarında  avaralanırdı.  Əhali  onu  da  şirnikləndirdi. 

Şirvan hərbçiləri  qalıqları nəslindən (nejad) olan  ləzgi  və qarabörk 

tayfasının  iki-üç  min  adamı  onun  başına  toplaşıb  vilayətə  xəsarət 

yetirdi.  Əbubəkr  Mirzə  Rum  xandgarının  yanına  adam  yollayıb, 

rumilərin  köməyi  ilə  Şirvan  məmləkətini  alaraq,  özünü  xondgarın 

mülazimi etmək barədə ondan kömək istədi. Şirvan əhalisindən bir 

dəstə adam da  İstanbula  gedərək  məzhəblərinin bir olduğunu izhar 

etdi,  qızılbaşların  zülmündən  şikayətləndi.  Bu  işlərin  baş 

verməsindən istifadə edən Rum  valisi Sultan Murad atalarının sülh 

sazişini pozdu. O, bu beytdə deyildiyi kimi: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin