AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə34/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   30   31   32   33   34   35   36   37   ...   96

Şer 

 

Qılınc da yağsa, baş verərik biz

Sənin yolunda hökmüylə Rəbbin.

292


 

                                                           

292

 Beytin farscası: 



Gər tiğ barəd dər kuye-an mah,  

363 

 

 



Bu  əsnada  [İsmayıl  Mirzə]  bir  dəstə  adamı  ustacluların 

çadırlarını  onların  öz  başlarına  uçurmaq  və  yoxsullar  tərəfindən 

onların var-dövlətlərini taraca etmək üçün yolladı. Əhali hücum edib 

qarətə  başladı.  Ustaclular,  Allah  göstərməsin,  bu  rüsvayçılıqdan 

qaçıb özlərini yaşadıqları yerlərə atdılar. 

Pirə Məhəmməd xan bir neçə  gün qəzəbli  gəzdi. Bir nəçə 

vaxtdan  sonra  [İsmayıl  Mirzə]  onu  yanına  çağırıb  belə  izhar  etdi: 

"Sultan Mustafanın Sultan Heydərlə dostluğunu, Sultan Süleymanın 

isə  öz  bacısı  Pərixan  xanımın  zahiri  etibarını  qazanmalarına 

baxmayaraq,  istəkləri  yerinə  yetmədi.  Onların  mənimlə  ədavətləri 

olduğu üçün mən onlardan arxayın deyiləm". 

Pirə  Məhəmməd  xan  ona  cavab  verdi:  "Əgər  padşahın 

mübarək  xatiri  onlardan  şübhəlidirsə,  qoy  onları  qalalardan  birinə 

göndərsin ki, ömürləri orada keçsin". 



İsmayıl  Mirzə  iztehza  ilə  dedi:  "Sultan  Mistafa  ustaclı 

tayfasının  tərbiyəsi  ilə  böyümüşdür  ki,  onu  sənə,  Süleymanı  isə 

dayısı  Şamxal  Çərkəsə  tarşırıram.  Onları  qalada  tərbiyələndirib, 

sonra əgər istəsəniz padşah edin". 

Ertəsi  gün  hökm  verildi  ki,  Sultan  Mustafa  Mirzəni  qoy 

Hacı Veys Sultan Pirə Məhəmməd xanın evinə aparıb ona tapşırsın 

və  bu  barədə  qəbz  alsın.  Həmçinin  Sultan  Süleyman  Mirzənin  də 

dayısı evinə göndərdi. 

Bu  barədəki  söhbətlər  bir  neçə  gün  ustaclılar  arasında 

davam  etdi,  onlar  hərçənd  ki,  cənnətməkan  şahın  övladının  qanına 

bulaşmaq  istəmədiklərinə  baxmayaraq,  bu  tayfanın  ağıllı  adamları 

İsmayıl  Mirzənin  şahzadələri  edam  etməkdən  başqa  heç  nə  ilə 

razılaşmayacağmı  başa  düşdülor.  Başqa  çarələri  qalmamışdı. 

Nəhayət, onların hamısı şahzadəni (Sultan Mustafa Mirzəni  - Ş.F.) 

aradan götürmək qərarına gəldilər. 

 

Sultan Mustafa Mirzə və Sultan  



Süleyman Mirzənin öldürülmələri: 

 

Şahzadə  [Sultan    Mustafa    Mirzə]  ağıllı  və    fərasətli 

olduğundan  bu  fikri    anladı.    O,    Pirə    Məhəmməd  xanın  evində 

yaşadığı bu bir neçə gün  ərzində  hər  gecə  öz  qətlini gözləyir, taət 

                                                                                                               

Gərdən nehadim əl-hökmi-Allah. 



364 

 

və ibadətlə məşğul olurdu. Gecə o tayfanın bir neçə nəfər rəzil üzvü 



şahzadənin yataq otağına girib onu boğdular. 

Şamxal da Sultan Süleymanla elə rəftar etdi və onların hər 

ikisi bir gecədə şəhadət şərbəti içdilər, onların cəsədlərini İmamzadə 

Hüseyn müqəddəs zövzəsinə (astanə) aparıb dəfn etdilər. 

Bu qəziyyələrdən sonra Pirə Məhəmməd xan şəfəqqətə nail 

oldu. [Belə ki,] İsmayıl Mirzə nişanlısı olduğu onun qızı ilə evləndi, 

şahanə  bir  toy  məclisi  qurdu,  zifafa  girdi.  O,  Şamxal  Sultan 

Çərkəsin  və  Hüseynxan  Sultan  Xəbuşlunun  qızlarını  da  istədi  və 

qızların hər ikisini bir gecədə hərəmxanaya gətirdilər. 

Bu qohumluqdan (damadı) sonra İsmayıl Mirzə ustaclılarla 

mehribanlaşaraq  Yegan  Şahqulunun  oğlanları  İbrahim  Sultanı  və 

Mürşüdqulu  Sultanı  öz  tərbiyəsi  altına  aldı.  İbrahim  Sultanı  - 

Qəzvinə, Mürşüdqulu Sultanı isə Sistana hakim təyin etdi. Beləliklə, 

bütün ustaclu tayfasının abır-həyası yerinə qayıtdı və bundan sonra 

heç kimin onlara əliuzunluq etməsinə yol verilmədi. 

Adlı-sanlı  şahzadələrdən  Sultan  İbrahim  Mirzə  onun 

müsahibi və xüsusi məclisinin yaxın adamı idi. 

İsmayıl Mirzə ona dedi: 

-  Sən  cənnətməkan  şahın  fərzəndi  idin  və  ona  can-başla 

xidmət  edirdin. İndi isə  mənim qardaşımsan,  eşikağasıbaşı  vəzifəsi 

sənə layiq deyil. 

Vəzifəsini dəyişərək, onu möhrdar* etdi ki, qoy həmişə öz 

gözü önündə əyləşib, onunla həmsöhbət və yekdil olsun. O eşikağası 

mənsəbini  Hüseynqulu  Sultan  Şamluya  verib  cənnətməkan  şahın 

mustovfiül-məmaliki  olan  Mirzə  Şükrullah  İsfahanini  ali  divanın 

vəziri  təyin  etdi,  mustovfiül-bəqaya  olan  Mir  Şah  Qaziyə 

mustovfiül-məmalik vəzifəsini verdi. 

İsmayıl Mirzənin özünə təyin etdiyi cülus gününə hələ çox 

qaldığından,  hələlik  ölkənin  mühüm  vəzifələrində  çoxlu  dəyişiklik 

etmədi,  amma  ali  saraya  gəlməkdə  olan  türkə,  tacikə,  əskərə  və 

rəiyyətə culus gününün tezliklə olacağını bildirdi. Dövlətxanada ali 

imarətlər tikdirildi. [Tikinti işlərində] hər gün mahir ustadlar işləyir, 

onların  hər  birinə  bir  mötəbər  qızılbaş  başçılıq  edirdi.  Xülasə, 

[İsmayıl  Mirzə]  səltənətin  əsasını  və  padşahlıq  təmtərağını  elə 

mərtəbəyə  qaldırmışdı  ki,  qeysərləri  və  xaqanları  özünün  ən  aşağı 

rütbəli mülazimi hesab edirdi. Onun cidd-cəhdinin, cahanbanlığının 

vüsəti,  [həmçinin]  səltənət  və  kamranlıq  əzəməti  hər  yerə 

yayıldığına  görə,  heç  bir  şərəfli  padşahın  xəyal  aynasında  onunla 



365 

 

müxalifət  etmək  nəqşi  görünmürdü.  Bütün  sərhədlər  əmirlərdən, 



gözətçilərdən  aə  döyüşçülərdən  xali  olmuşdu.  Heç  bir  düşməninsə 

qüdrəti deyildi ki, ona tabe olmaqdan əl çəkib hücum etmək fikrinə 

düşsün,  yaxud  qızılbaş  dövlətinin  sərhədlərindən  bir  keçi  belə 

aparıla bilsin. O, həqiqətən də böyük təmtəraqa və sərtliyə (səlabət) 

malikdi. 

Vəd  etdiyi  cülus  günü  yaxınlaşdığından,  əvvəlcə  nəvvab 

cənnətməkanın ruhunu xatırlamaqdan ötrü ehsan verdi, onun hələ də 

dövlətxanada  qalan  pak  nəşini  müqəddəs  Hüseyn  imamzadəsinə 

aparıb orada saxlamaq və payızda müqəddəs Məşhəddə dəfn etmək 

istədi.  Şahın  yaraq  və  başqa  şeylərini  həmin  imamzadə  məzarına 

aparıb, orada çoxlu çadır qurdurdu, böyük yas mərasimi keçirdi. Bu 

münasibətlə  on  iki  min  qab  növbənöv  yemək  və  halva  (həlavə) 

hazırlanmasına  sərəncam  verdi,  hər  min  qaba  sərkarlıq  olunmasını 

böyük əmirlərin birinə tapşırdı. Sonra [Şah Təhmasibin] pak cəsədi 

dövlətxanadan çıxarıldı. Günahları bağışlanılmış o cənazəni İsmayıl 

Mirzənin  özü  çiyninə  aldı  və  başqa  şahzadələr  də  kömək  etdilər. 

Dövlətxanadan  eşikdə  o,  ata  süvar  oldu,  amma  digər  şahzadələr 

cənazəni müqəddəs Hüseyn imamzadəsinədək öz çiyinlərində aparıb 

məzara  çatdırdılar.  Onlara  bəzi  əmirlər  də  kömək  edirdi.  Nəşi 

məscidin  içində  imamzadənin  qəbrinin  yanında  bir  sandığa  qoyub 

yavaş-yavaş  məzara  endirdilər.  Hafizlər  Quran  təlavətini  xitama 

yetirdikdən sonra, İsmayıl Mirzə ehsan məclisinə getdi. Orada on iki 

min ədəd qaba xörək və halva çəkildi, füqəra, miskinlər, mömünlər, 

döyüşçülər və rəiyyət ehsan yeməyə başladılar. 

Bu  işi  yerinə  yetirib  rahat  olandan  sonra  cəmadül-əvvəl 

ayının  iyirmi  yeddisinə,  (22  avqust)  çərşənbə  gününə  təyin  etdiyi 

hümayun cülus həyata keçdi və "Çehelsütun" qəsrində padşahanə bir 

ziyafət və şahanə bir məclis quruldu. Əmirlər, şahzadələr və dövlət 

başçıları toplaşdılar. İsmayıl Mirzə böyük təntənə və əzəmətlə qəsrə 

gəlib  şahlıq  taxtında  cülus  etdi  və  cənnətməkan  şahın  məkanında 

əyləşdi.  Qəddar  və  [qərarında]  möhkəm  olmayan  zəmanənin 

vəziyyəti bu şerdə olan kimiydi: 



Şer 

 

Saqinin zülfünü oxşar o həriflər hələlik, 

Versə imkan fələk qoy belə olsun həmişə.

293


 

                                                           

293

 Beytin farscası: 



366 

 

 



Bir  sözlə,  əvvəlcə  şahzadələr,  sonra  seyidlər,  üləmalar, 

müctəhidlər,  onlardan  sonra  Qəhəqəhə  qalasından  çıxarıb 

gətirdikləri Ləvənd xanın oğlu İsa xan və Luvarsab Gürcünün oğlu 

Səmayun, həmçinin Şah Rüstəm  Lur, onlardan sonra alişan əmirlər, 

qızılbaş  əyanları,  vəzirlər,  qələm  əhli,  hörmətli  şəxslər,  ayrı-ayrı 

məmləkətlərin əhalisi, Nizamşahın (Moğol hökmdarı - Ş.F.) elçiləri, 

İbrahim  xan,  Mazandaran  valisi  Mirzə  xan,  Ərəbistan  valisi  Seyid 

Səhhar və firəng elçiləri ayaq öpmək şərəfinə layiq oldular. Qaladan 

çıxmasından  bu  cülus  gününə  qədər  sarayda  toplaşan  ətraf 

məliklərin  yolladıqları  töhfə  və  hədiyyələri  şahın  ali  nəzərinə 

yetirdilər.  Cülusdan  sonra  ölkənin  ali  vəzifələrinə  təyinatlar 

yubadıldı.  Heç bir vəzifəyə adam təyin  olunmurdu. Xalqın intizarı 

öz həddini keçdi. Camaatın söz-sovunun qarşısını almaqdan ötrü şah 

nəvvab  Sultan  İbrahim  Mirzəyə  tarşırdı  ki  Məhəmmədi  xan 

Toxmaq, Mirzə Əli Qacar və Mirzə Şükrullah Vəzirlə birlikdə ədalət 

qəsrində  əyləşib  xalqın  maliyyə  ölkələrin  xeyriyyə  işlərini  yoluna 

qoysunlar,  ali  divandan  sadir  olan  hökm  və  məktubları  məhz  bu 

işlərdən ötrü hazırlanmış mübarək divan möhürü ilə möhürləsinlər. 

[Şah]  şer  yazırdı  və  təxəllüsü  "Adili"  idi.  Öz  hökm  və 

məktublarına da "Hüvəl-adü"

294

 sözləri yazılırdı. 



O,  ölkənin  yarısının  sədarət  mənsəbini  seyid  olan  Mirzə 

Məxdum Şərifiyə, başqa yarısını isə cənnətməkan şahın zamanında 

qaziye-əskər  olmuş  Şah  İnayətulla  Nəqib  İsfahaniyə  verdi,  əhaliyə 

şəri hökm və göstərişlərlə rəhbərlik etməyi onlara tapşırdı. Bir-iki ay 

hər  diyar  əhalisinin  şəri  və  mali  işlərinin  bəziləri  ədalət  divanında 

həll  edildi,  hökmlər  və  məktublar  ali  divanın  möhürü  ilə 

möhürləndi. Amma ölkənin böyük dövlət işləri, əmirlərin təyinatı və 

buna  bənzər  başqa  işlər  yenə  də  yubadılmaqda  idi.  Şah  əksər 

vaxtlarda  Mirzə  Şükrullah  Vəzirin  bacarıqsızlığından  şikayətlənir, 

ona  haqsız  yerə  etiraz  edirdi.  Heç  kim  bu  vəziyyətə  fikir  vermir, 

etinasızlıq edirdi. 

Belə  bir  vəziyyətdə,  cənnətməkan  şahın  hökmü  ilə 

Qəndəhar  vilayətində  hakim  və  hökmran  olan  Bəhram  Mirzənin 

oğlu  Sultan  Hüseyn  Mirzənin  vəfatı  xəbəri  gəldi.  O,  təbii  əcəllə 

                                                                                                               

Xoş gereftənd hərifan sore-zolfe-saqi,  

Gər fələkşan begozarəd ke qərari girənd. 

294


 "Hüvəl-l-adil" - o, adildir (Allaha ünvanlanan ifadədir – Ş.F.) 

367 

 

müvəqqəti  olan  dövlətə  və  ömrə  vida  etmiş,  bəqa  aləminə 



yollanmışdı.  Qardaşının  vəfatı  xəbərini  eşidən  İbrahim  Mirzə  yas 

paltarı  geyinib,  onun  təziyəsi  ilə  bağlı  işlərin  icrasına  başladı. 

İsmayıl Mirzə təskinlik verməkdən ötrü onun evinə gedib, başsağlığı 

mərasimini  yerinə  yetirdi,  nəvvab  mirzəyə,  onun  hərəminə 

müqəddəs qızı ilə birlikdə, həmçinin ali sarayda olan Sultan Hüseyn 

Mirzənin oğlu Məhəmməd  Hüseyn Mirzəyə qiymətli xələtlər  verib, 

onları  yas  libasından  çıxardı.  Amma,  bu  hadisədən  çox  keçmədən 

İsmayıl Mirzənin onunla rəftarı dəyişildi, İbrahim Mirzənin burnuna 

bir daha şahın şəfəqqət və iltifat qoxusu dəymədi. Şahin ona yersiz 

etirazları başlandı,  get-gedə  İbrahim Mirzəyə  və başqa şahzadələrə 

yönələn  davranışı  elə  bir  mərhələyə  gəlib  çatdı  ki,  belə  vəziyyət 

onların  hamısının  həmin  bir  neçə  gün  ərzində  edam  edilməsinə 

gətirib çıxartdı. 

 

SƏBATSIZ VƏ QƏDDAR ZƏMANƏNİN QƏHRİ  



ÜZÜNDƏN ADLI-SANLI ŞAHZADƏLƏRİN ŞƏHADƏTƏ 

YETİRİLMƏLƏRİ, SOYUQ KÜLƏYİN (SƏRSƏR)  

ƏSMƏYİ NƏTİCƏSİNDƏ ONLARIN ÖMÜR  

AĞACLARININ QIRILMALARININ ZİKRİ 

 

Bütün  məxluqatı  yaradan  qadir  Allah  qohumluq  tellərinin 



qırılmasını  (seleye-rəhm)  mənfur  rəzillik,  həmin  tellərin  qalmasını 

isə  bəyənilmiş  əməl  (mohəssənat)  bilmişdir.  İsmayıl  Mirzənin 

amansızlığı  məşhur  idi  və  o,  belə  əməldən  heç  vaxt  heç  bir  xeyir 

görməmişdi.  Qardaşlarına,  əmisi  oğlanlarına  və  qardaşı  uşaqlarına 

qarşı məhəbbəti və mehribanlığı olmamasına və onların vücudlarını 

öz  dövlət  gülzarının  tikanları  hesab  etməsinə  baxmayaraq,  o, 

hərdənbir  nəvvab  Sultan  İbrahim  Mirzəyə  ehtiram  göstərirdi. 

Nəticədə məlum oldu ki, bu ehtiramın səbəbi Qəndəharda olan onun 

qardaşı  Sultan  Hüseyn  Mirzə  ilə  əlaqədardır,  çünki  İsmayıl  Mirzə 

onun Xorasanda ona qarşı fitnə-fəsad yaratmasından ehtiyat edirdi. 

Sultan Hüseyn Mirzənin vəfatından çox keçməmiş İsmayıl Mirzənin 

Sultan İbrahim Mirzəyə  münasibəti dəyişdi və öz etiraz dilini açdı. 

Öz  istedadı  sayəsində  Əflatun  biliyinə  malik  olan  nəvvab  mirzə 

(İbrahim Mirzə - Ş.F.) [özünə qarşı] iltifatsızlıq qoxusunu hiss etdi, 

[şahın]  onun  həyat  rişəsini  qırmaqdan  başqa  təsəlli  tapmayacağını 

bilərək,  mülaziəti  və xidməti tərk edərək, inzivaya (guşənişinliyə  -

Ş.F.) çəkilməyi qərara aldı ki, belə etməklə, ola bilsin ki, öz qəmgin 


368 

 

həyatının  davamına  iki-üç  gün  təsəlli  vermək  imkanına  ümidvar 



olsun.  O,  ağa  və  mülazimlərinə  də  evlərində  oturub,  işi  tərk 

etmələrini əmr etdi. Amma, hər ləhzə öz qətlini gözləyirdi. 

[İsmayıl  Mirzə]  on-on  beş  nəfər  göygöz  (əzrəq)  və 

nifrətəlayiq  (kerye)  çərkəsi  Mirzənin  evinin  keşiyini  çəkməkdən 

ötrü yolladı. Çərkəslər onun evinə yetişdikləri vaxt mirzə öz hərəm 

otağında  idi.  Çərkəslər  giriş  və  çıxış  qapılarını  bağlayaraq,  keşik 

çəkirdilər. Beləliklə, dörd-beş gün keçdi. Günlərin bir günü "Səadət 

meydanında  camaat  ilə  Qəzvinin  darüğəsi

295

  Əbdülqəni  bəy 



Ustaclının  tabeliyindəki  mülazimlər  arasında  bir  qoyunun  alqı-

satqısı üstündə dava-dalaş başladı. 



 

Qəzvin darüğəsinin sufilərlə döyüşü və sufilərin qətli: 

 

Sufilər  hücum  edib  darüğənin  bazar  darüğəsini  və  başqa 



mülazimlərini  döyməyə  başladılar.  Bu  xəbər  darüğəyə  çatanda  bir 

dəstə  döyüşçünü  onları  həbs  etmək  üçün  göndərdi.  Sufilər  onun 

əmrinə baş əyməyərək ifrat şəkildə tabesizik göstərdilər. Darüğənin 

özü bütün adamları ilə atlanıb meydana gəldi. Sufilər darüğəni daşa 

basaraq get-gedə bıçaq-xəncərə əl atdılar, hücumla darüğəni məğlub 

etdilər.  Bu  xəbər  İsmayıl  Mirzəyə  çatdı.  Xüləfa  ilə  ittifaqa 

gəldiklərinə  görə  onun  sufilərlə  rəftarı  pişləşmişdi.  Bütün  əmirlərə 

yaraqlanıb,  "Şah  atı  meydanına"  gəlmələri  əmrini  verdi.  Əmirlər 

yaraqlarına  sarılaraq  dəstə-dəstə  gəlir  və  [şah]  onları  sufiləri 

cəzalandırmaq  üçün  yollayırdı.  İşin  sonunda,  sufilərin  qətliam 

edilmələri  əmrini  verdi.  Museyib  xan  Təkəli  və  Murtəzaqulu  xan 

Pornak  başda  olmaqla  bir  dəstə  qoşun  Xüləfanın  evinə  yaxın  olan 

sufi  mənzillərinə  hücuma  keçdilər.  Sufilər  vəziyyəti  belə  görüb 

silahları ataraq qaçır, qızılbaş qaziləri isə onlara çatıb qətl edir, əsir 

götürürdülər.  Bir  göz  qırpımında  (türfətül-eyn)  sufilərin  beş  yüz 

nəfərə yaxını öldürürdü. 

Döyüşçüləri  sufilərin  üzərinə  göndərib,  onları  qırmaqla 

məşğul olan İsmayıl Mirzə şahzadələrin qətlinə hökm etdi. 

 

                                                           



295

 Darüğə  istilahı  və  vəzifəsi   haqqında  geniş   məlumat üçün baxın: Doktor Şahin 

Fazil. "Təhəvvole-məfahime-estelahe-daruğə (məqalə), "Xorasan" jurnalı, 1360, № 5, 

Kabul, səh. 154-167.  

 


369 

 

II Şah İsmayıl olan   İsmayıl Mirzənin əmri  



ilə altı şahzadənin qətli: 

 

Tapşırığa  əməl  olunması  üçün  hər  bir  keşikçinin  yanına 

adam yolladı. Çərkəslər  əvvəlcə  nəvvab   Sultan İbrahım  Mirzənin   

hərəmxanasına  hücum  edib,  onu  cənnətməkan  şahın  pak  qızı  olan 

arvadının yanından çıxararaq iplə boğdular. Elə o andaca [İbrahim] 

Mirzənin evindən fəryad və fəğan səsləri eşidilməyə başladı və onun 

artıq qətl edilməsi bəlli oldu. Belə əməli həmçinin hər bir şahzadə 

ilə  də  etdilər.  Şahzadələrin  qətl  edilmələri  xəbəri  [Şah  İsmayıla] 

çatandan sonra arxayınlaşdı, sufilərin cəzasından keçdi, onların sağ 

qalanları nicat tapdı. Məlum oldu ki, [İsmayıl Mirzə] bu  mərəkəni 

şahzadələrin  qətlindən  ötrü  qaldırıbmış.  O,  qorxurdu  ki,  məbadə 

qızılbaşlar onun əmrindən baş qaçırar və nəsə bir fitnə törədərlər. O, 

beləliklə  onları  bu işlə  məşğul  edib,  özünü  arxayınlaşdırdı.  Həmin 

gün  Qəzvində  şahzadələrin  altısı  şəhadət  şərbəti  içdi.  Dövrün 

savadlı  adamlarından  bir  çox  fəzilət  və  kamal  öyrənən,  sənət 

fənlərini  mənimsəyən,  olduqca  gözəl  nəstəliq  xətti    yazan,  incə 

qələmli  rəssam  olan,  musiqi  və  dövrün  elmləri  sahəsində 

məşhurlaşan  Sultan  İbrahim  Mirzə  də  öldürülən  şahzadələrin  biri 

idi. O, təsnif sahəsində Mövlana Qasım Qanuninin şagirdi idi, yaxşı 

saz çalırdı, dülgərlik (dorudgəri), saztəraşlıq (saztəraşi) və mozaika-

inkrustasiya,  (xatembəndi)  sənətlərində  çox  mahir  idi.  Xorasanda 

vaxtının  çox  hissəsini  şairlərlərlə,  nəzm  və  bəlağət  sahibləri  ilə 

söhbətdə  keçirirdi.  Özünün  təxəllüsü  "Cahi"  idi.  Ondan  aşiqanə 

qəzəllər  qalmışdır.  O  cümlədən,  bu  iki  məqtə  (qəzəlin  son  beyti  - 

Ş.F.) onun əhvalını yazarkən yadımıza düşdü: 

 

Qitə 



 

Gəldi yarın yola düşmək zamanı, ey Cahi,  

Taqətin varsa əgər baxmağa, göz aç bax ona.

296


 

 

Qitə 

 

                                                           



296

 Qitənin farscası: 

Yar aməd besərət dər dəme-rəftən, Cahi,  

Dide bogşay əgər taqete-didən dari. 



370 

 

Min gün ötmüş və onun məclisinə gəlmişsən,  



Cahiya, çəkmə göz ondan, bu qənimətdi sənə.

297


 

 

O, ali bir kitabxana yaratmışdı ki, orada sabiq ustadların və 



mahir xəttatların, tayı-bərabəri olmayan qızıl qələmli (zərrinqələm) 

rəssamların  və sairənin əsərləri  və başqa töhfələr də çox idi. Onun 

çinixanası Çin və Xəta* rəssamlıq sərgilərinin (negarxane) həsədinə 

səbəb olurdu. Onun xanımı Mirzənin başına gələn hadisədən sonra 

həmin  əsərləri,  İsmayıl  Mirzənin  əlinə  keçməməsindən  ötrü,  suya 

tökdü, çiniləri sındırdı, yerdə qalanları odladı. O, mirzənin matəmini 

saxlayaraq  həddindən  çox  kədərləndi,  yataqa  düşdü,  elə  həmin  ay 

fani dünyanı tərk etdi, bəqa aləminə getdi. 

Qardaşı  oğlu  Məhəmməd  Hüseyn  Mirzə  on  yeddi  yaşlı 

qabiliyyətli  cavan  bir  oğlan  idi.  Əvvəlcə  onun  gözlərinə  mil 

çəkdilər.  O,  ağrının  şiddətindən  bərk  fəryad  edir,  sakitləşmək 

bilmirdi.  Bu  xəbər  İsmayıl  Mirzəyə  çatan  kimi  o,  onun  çəkdiyi 

işgəncədən  azad  olması  üçün  [qətlinə]  fərman  verdi.  Fərmanı  alan 

adamlar dərhal buna əməl etdilər. 



 

Sultan Mahmud Mirzənin bir yaşlı oğlu  

Məhəmməd Bağır Mirzə ilə birlikdə qətl olunması: 

 

Rumlu    camaatının      arasında    yaşayan  Sultan  Mahmud 



Mirzə  olduqca  nəfsitox  və  sağlam  bir  cavan  idi.  Onun  xəyal 

aynasında ucalmaq  və  Mirzə ilə birlikdə qətl  yüksək vəzifə tutmaq 

fikri heç zaman olmamışdısa da, oz namehriban qardaşının əmri ilə 

başqa  qardaşları  kimi  əmrə  tabe  oldu.  Amma  qüsl  və  təkfin  vaxtı 

tərpənib  gözlərini  açdı  ki,  bu  hadisə  İsmayıl  Mirzənin  nəzərindən 

yayınmadı.  Məlum  oldu  ki,  boğdurulması  zamanı  ip  onun  boyun 

damarının birini tutmamışdır. Bundan agah olan və bəsirət gözü belə 

qəbahətli  və  alçaq  əməllərdən  tutulmuş  İsmayıl  Mirzə,  onun işinin 

bitirilməsi üçün əmr etdi və mirzəni bir yaşlı oğlu Məhəmməd Bağır 

Mirzə ilə başqa şahzadələr kimi qətl etdilər. 



 

 

                                                           

297

 Qitənin farscası: 



Bəd əz hezar şəb ke be bəzməş rəsideyi,  

Cahi, qənimətəst, əz u bər mədar çeşm. 



371 

 

İmamqulu Mirzənin qətli: 



 

İmamqulu  Mirzəni  və  Sultan  Əhməd  Mirzəni  birlikdə 

dövlətxanaya  gətirib  "At  meydanı"nın  yaxınlığında  saxlayırdılar. 

Elə  orada  da  onlara  ölüm  şərbəti  içirdirdilər.  [İsmayıl  Mirzə] 

həmçinin  Sistana  adam  yollayıb,  Bəhram  Mirzənin  oğlu 

Bədiüzzaman  Mirzəni  Bəhram  adlı  azyaşlı  oğlu  ilə  birlikdə  qətl 

etdirdi.  Sonra  Gəncədə  olan  Sultan  Əli  Mirzədən  ötrü  adam 

göndərdi.  Bir  neçə  gün  keçəndən  sonra  Qacar  camaatı  Mirzəni 

gətirdi.  İsmayıl  Mirzə  ona  rəhm  edib  öldürmədi,  amma  gözlərinə 

mil çəkdirib, onu dünya nurundan məhrum etdi. 

Onun doğma qardaşı  İsgəndər şanlı nəvvabın isə  [gələcək 

Şah  Məhəmməd  Xudabəndə  -  Ş.F.]  gözləri  zəif  görürdü.  İsmayıl 

Mirzə  onun  adlı-sanlı  övladını  məhv  etmək  fikrinə  gəldi,  amma 

Bilqeys məkanlı cənnətməkan ülyacənab anası Sultanımın oğluna və 

nəvələrinə olan böyük məhəbbətindən çəkinirdisə də, gecələr onların 

da  işlərini  bitirmək  fikrinə  dalmaqda  idi.  Nəticədə,  onlara  qarşı 

ürəyindəki  xəbis  niyyətini  büruzə  verib,  öz  məqsədini  onlara  qarşı 

da  həyata  keçirdi,  əvvəlcə,  İsgəndər  şanlı  nəvvabın  Tehranda  olan 

böyük oğlu Sultan Həsən Mirzəni qətl etdirdi. 

Həmin yaxşı xasiyyət və rəftarlı şahzadənin şərhi-halı belə 

olmuşdur: Cənnətməkan nəvvab (Şah Təhmasib - Ş.F.) onu [Sultan 

Həsən Mirzəni - Ş.F.] Herat darüssəltənəsindən geri çağırıb, sarayda 

öz  yanında  saxlamışdı.  O,  bir  neçə  il  alimiqdar  atasının  (Sultan 

Məhəmmədin  -  Ş.F.)  yanında  yaşayıb,  kamal  mərtəbəsinə 

yüksəldikdən  sonra,  Mazandaran  valisi  Sultan  Murad  xanın  vəfatı 

ilə  əlaqədar  [şah]  həmin  vilayətin  yarısını  ona,  başqa  yarısını  isə 

Sultan  Murad  xanın  oğlu  Mirzə  xana  verdi  və  Mazandaran 

divlərindən  (böyüklərindən  -  Ş.F.)  olan  və  öz  əqli  və  bacarığı  ilə 

başqalarından başda dayanan Mirək Divi onun vəkili təyin etdi. 

Nəvvab  Mirzə  xan  şahanə  inayətlə  mükafatlandırılıb  izzət 

və etibarla Mazandarana getdi, həmin əyalətin taxtına və o vilayətin 

yarısının  var-yoxuna  yiyələndi.  Mirək  Div  isə  onun  vəkili  və 

işlərinin  tənzimçisi  vəzifəsini  yerinə  yetirməyə  başladı.  Amma, 

onun işi nəvvab  mirzənin xoşuna gəlmədi, çünki o, işləri yalnız öz 

bildiyi  kimi  idarə  edir,  şahzadənin  çoxdan  bəri  yanında  olan 

mülazimlərinin  işlərə  qarışmasına  razılıq  vermirdi.  Bu  əməl 

şahzadənin xoşuna gəlmədi, onun iqtidar və sərbəstliyinə dözmədi, 

bir  dəstə  mülaziminin  təhriki  ilə  amma  bu  barədə  cənnətməkan 



372 

 

şahın  əmri  və  işarəsi  olmadan,  onu  qətl  edərək  Mazandaran 



divlərinin  əlini  o  mülkün  işlərindən  uzaqlaşdırdı.  Bu  hadisə  o 

tayfanın (mazandaranlıların - Ş.F.) etirazına səbəb oldu. Məsələ şaha 

çatdıqda şahzadənin cəsarət və özbaşınalığından narazı qaldı, ondan 

incidi.  Şaha  xəbər  verdilər  ki,  şahzadə  bu  işi  bir  müddət  orduda 

onunla dostluq edən ögey dayısı Mir Abdulla xanın oğlu Mir Əziz 

xanın  təhriki  ilə  həyata  keçirmişdir.  Adam  yolladı  və  qəfildən 

mirzənin  bütün  kağızlarını  və  əşyalarını  ona  gətirdilər,  Kağızların 

arasında  mirzəni  bu  işə  təhrik  edən  Mir  Əziz  xanın  məktubunu 

tapdılar.  Buna  görə  də  onu  həbs  edib  Estəxr  qalasına  saldılar. 

Mazandaran  divlərinə  təsəlli  vermək  və  onların  ürəklərini  ələ 

almaqdan  ötrü  mirzənin  köhnə  mülazimlərinin  Mazandarandan 

çıxarılmasına  hökm  etdi,  şahzadənin  yanında  yalnız  bir  neçə 

xidmətçi qaldı. 

[Beləliklə], cənab mirzənin etibarı Mazandaranda bir qədər 

zəiflədi.    Şahzadə    [Şah  Təhmazibə]  belə    ərz  etdi:  "Mirək  Div 

ayağını  itaət  dairəsindən  çıxarmış,  üsyan  və  tüğyan  məqamına 

gəlmişdi. Biz əgər onun şərinin dəf olunmasını şaha ərz və işarə edə 

bilsəydik, tezliklə müxtəlif fitnə-fəsad zahir olacaqdı. Buna görə də 

özbaşına  olaraq  belə  bir  ədəbsizliyə  yol  verdik."  Şahzadənin 

üzürxahlığı  qəbul  olundu  və  vəziyyəti  yüngülləşdi,  amma  [şah]  bu 

məsələnin  üstündə  çox  da  dayanmadı.  Mirzə  çox  naqis  tərzdə 

hakimlik edirdi. O, nəhayət bir neçə Mazandaran əhlini mülayim və 

iltifat tərzi ilə özünə ram edərək, düşdüyü  vəziyyəti islafi etməkdə 

ikən cənnətməkan şahın vaqiəsi baş verdi yə İran padşahlığı  [Sultan 

Həsən Mirzənin] doğma əmisi İsmayıl Mirzənin əlində qərar tutdu. 

Baş  verən  əhvalatdan  Sultan  Həsən  Mirzə  xəbər  tutduqda 

İsmayıl Mirzənin ali anası, özününsə nənəsi olan Sultanının bu əziz 

nəvəsinə  ifrat  məhəbbət  bəslədiyini  düşünüb,  möhtərəm  əmisinin 

şahlığı dövründə özünün ixtiyar və iqtidar sahibi olacağım təsəvvür 

edirdi, çünki hal-hazırda bu əmisinin oğlu yox idi. Buna görə də, o, 

Mazandaran  vilayəti  kimi  [bir  yerdə]  çox  kiçik  (mohəqqər)  hakim 

olması ilə razılaşmayaraq, düşündü ki, möhtərəm əmisinin və nənəsi 

[Sultanımın]  yanında  xidmət  etməklə  bütün  İran  işlərinin  ixtiyar 

sahibi,  lap  elə  bəlkə  də  [əmisinin]  vəliəhdi  və  qayimməqamı 

olacaqdır.  [Buna  görə  də,]  İsmayıl  Mirzənin  əmri  və  razılığı 

olmadan  Mazandarandan  çıxdı.  Amma,  əsla  düşünmürdü  ki, 

namehriban əmisi onun barəsində də qəddar bir əməl düşünmüşdür. 


373 

 

Tehrana  gəlib  çatdıqda  İsmayıl  Mirzə  onun  gəlişindən 



xəbər rutdu. Öz fikir və ehtiyatkarlığına rəğmən onun gəlişindən razı 

qalmadı, amma zahirən hələ onun dəfi xüsusunda heç bir tədbir görə 

bilmədi.  Onun  bir  qardaşı  Şirazda  zülqədər  tayfası  arasında,  başqa 

qardaşı  isə  Heratda  ustaclı  tayfası  içində  yaşayırdı.  Həmçinin, 

əhalinin yanında ana ehtiramına riayət etmək lazım idi. Onun yanına 

bir  adam  yollayıb  bildirdi.  "Sənin  nənən  olan  mənim  möhtərəm 

anam  Qumdadır.  İstəyirik  ki,  onu  tam  izzət,  ehtiram  və  şahanə 

təmtəraq  ilə  buraya  gətirək.  Eşitmişəm  ki,  şahzadənin  də  işləri 

yararsız  (bisaman)  vəziyyətdədir.  Hal-hazırda  mən  anamdan  ötrü 

yaraq hazırlanması ilə məşğulam, buna görə də qoy o fərzənd hələ 

Tehranda  qalsın  ki,  mən  anaraın  yarağı  tədarük  olunduqdan  sonra 

onun  da  çağırılmasından  ötrü  adam  yollayacağam.  [Əlbəttə]  o 

fərzənddən  ötrü  də  yaraq  hazırlamaqdayam,  tezliklə  əzəmətli 

əmirlərin  birini  onun  ardınca  göndərəcəyəm  ki,  anası  ilə  onun 

görüşü birdəfəlik baş tutsun". Buna görə də nəvvab mirzə əmrə baş 

əyərək Tehranda qaldı. 

Amma,  İsmayıl Mirzə onun  və  anasının gətirilməsini hələ 

ləngidirdi. O, gah imarət tikilişinin tamamlanmasını, gah da onlara 

mənzil ayrılmasını  və sair  məsələləri bəhanə  gətirib  vaxtı uzadırdı. 

Orduda məzhəb ixtilafı başlayan vaxta qədər mirzə Tehranda qaldı. 

"Xoş  gəldin"ə  gələn  bəzi  adamlar  İsmayıl  Mirzəyə  dedilər  ki, 

qızılbaşların  əksəriyyəti  ali  nəvvabın  təsənnünə  (sünniliyə  -  Ş.F.) 

meyil  etdiyini  güman  edib,  o  cənabdan  dönmüşlər  və  istəyirlər  ki, 

Sultan Həsən Mirzəni gətirib özlərinə padşah etsinlər. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin