AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə31/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   27   28   29   30   31   32   33   34   ...   96

Beytlər 

 

...Səni aşiqlərinin ehtiyacı nazlı etmişdir!  

Vəfalı bir nigar idin, səni mən bivəfa etdim...

257


  

...Yanıma gəlmək idi istəyi yarın, amma  

Qəmzəsi keçdi ona dərs, peşiman etdi...

258


 

 

Mövlana  Fəhmi:  Köhnə  soxənvər  şairdir.  Kaşanda 

Mövlana Möhtəşəmdən sonra özünün  yeganə şair olduğundan dəm 

                                                           

256

 Beytlərin farscası: 



Bər aşiyaneye-bolbol nəsim pa zəd-o goft  

Ke xanemane-əsiran xərab mibayəd. 

257

 Beytlərin farscası: 



Niyaze-aşiqanətra tora bər naz midarəd, 

To sər ta pa vəfa budi, tora mən bivəfa kərdəm. 

258

 Dər deləş, bud ke, yek çənd bər ayəd ba ma, 



Qəmze təlime-soxən kərd-o peşimanəş kərd. 

331 

 

vururdu. Başqa əmirlərdən hörmətli  və üstün idi. Hamı üçün onun 



sözləri  qanun  idi.  İsfahan  vəzirinin  tərifində  dediyi  qəsidə  olduqca 

gözəldir. Aşiqanə qəzəllərindən bu beytlər məşhurdur. 

 

Beyt 

 

...Göstərmə mənə cilvələrin, çünki heyfdir.  

Qoy ki, mən ölüm təkcə təmənnan ilə, ey şux.

259


 

 

Mövlana Hatəm Kaşi: Şirinsöz şair idi. Mövlana olduqca 

qara  rəngli  adamdı.  Kaşanın  zarafatcıl  şəxsləri  onu  "Hindu" 

adlandırır,  yanında  olduqları  vaxt  Hindistandan  danışırdılar.  Bu 

zarafatlardan,  onun  qanı  qaralırdı.  Bir  gün  qara  şalvar  (çaqşur) 

geyinmişdi.  Xoştəb  adamlardan  biri  [onun  üzünə  baxıb]  soruşdu: 

"Molla,  bəyəm  sən  şalvarının    balağını  yuxan  çəkmisən?"  Cənab 

mövləvi  həmişə  belə  zarafatların  hədəfi  olurdu.  Qəzəl  deməkdə 

bənzərsizdi. Bu bir neçə beyt onundur: 

 

Beytlər: 

 

...Həşrdə sorsalar "Öldürmüsən sən Hatəmi neyçün? " 



Dilin qoy hər nə istərsə desin, mən eyləyim təsdiq.

260


 

 

Qıllam namaz, amma ürək eylər bütə səcdə,  



Bəs, harda bürəhmən ki, gülə öylə nəmazə?

261


 

 

Mir  Hüzuri  Qumi:  Dövrün  əməllisaleh,  ruzigarın  pakizə 

seyidi  idi.  İllərini  ali  məzargahlarda  taət  və  ibadətlə  keçirmişdi. 

Cənnətməkan  şahın  vəfatı  və  Qəzvin  darüssəltənəsində  İsmayıl 

Mirzənin cülusu zamanı o da ali sarayda idi. Mirzə artıq yaşlaşmışdı 

və  yuxarı təbəqə  yaşının çoxluğuna, seyidliyinə  və şeyxliyinə  görə 

                                                           

259


 Bər həmço məni celvegərihaye-to heyfəst, 

Bogzar məra ta betəmənnaye-to mirəm.  

260

 Beytlərin farscası: 



Beməhşər gər beporsəndət ke, Hatəmra çera koşti? 

Sərət gərdəm, çe xahi goft la mən həm həman guyəm. 

261

 Beytlərin farscası: 



Mən dər nəmaz-o səcdeye-bot mikonəd deləm,  

Ku berhəmən ke xənde konəd bər nəmaze-mən. 



332 

 

onunla  izzət  və  ehtiramla  davranırdı.  Şeri  az  yazmağına 



baxmayaraq,  qəzəldə  şirin  söz  sahibi  olan  şairdir.  Bu  beyti  yaxşı 

deyib: 


 

Beyt 

 

İntizar zövqü bəsim, və dini mən gözləyirəm  

Ki, sənin həsrətinə eyş ilə işrət çatmaz...

262


 

 

Mir Səbri Ruzbehan  İsfahani:  İsfahanda  yaşayırdı.  Atası 

Ərdəstan seyidlərindəndir Qəzəl şairidir və bu beytlər onundur: 

 

Beyt[lər] 



 

Kimdir o, həya örtüyünü başına atdı,  

Gördükdə ədəbsizliyimi qüssəyə batdı. 

 

Mən böylə rəhmsiz kəsi Haqdan diləyirdim,  



Çatdırdı cəzaya məni, məqsudinə çatdı.

263


 

 

Mirzə  Hesabi  Nətənzi:  Nətənz  əhlidir  və  Məhəmməd 

Qasım  Müstovfinin*  qohumudur.  Qabiliyyətli  cavan  idi.  Yaxşı  şer 

deyirdi.  Musiqi  elmində  mahirdi.  Onun  baməzə  təsnifləri  və  bədii 

nəqşləri  İraqda  dillər  əzbəridir.  O,  vaxtını  Qəzvində,  Güllər  xanın 

eyş-işrət  məclislərində  keçirir,  günlərini  gözəl  adamların 

söhbətlərindən nəyi isə əxz etməyə sərf edirdi. Bu kitab yazılan vaxt 

onun şerlərindən yadımda qalan bu iki beyt məşhurdu: 

 

Beyt 

 

...Həkim qeyri-həqiqi nöqtədən məclisdə söz açdı,  

Hamı əndişəyə, mənsə dəhanın fikrinə düşdum.

264


 

                                                           

262

 Ze vədehaye-toəm, zovqe-entezar bəsəst  



Ke hiç eyş bərabər be entezare-to nist.  

263


 An kist ke, əz şərm-o həya pərdeneşinəst  

V-əz didəne-qostax-e mənəş çinbecəbinəst.  

Birəhme-çeninra ze Xoda mitələbidəm  

An kos ke səraye-dele-mən midəhəd inəst. 

264

 Beytin farscası: 



333 

 

 



Hesabi, yar ilən söhbət gərəkdir ki, qəşəng olsun.  

Çatıbdır xoş görüş vaxtı, özümdən getmisəm mənsə.

265

 

 



Buna görə də onun şerlərinin hamısı gözəgəlimlidir. Onun 

qəsidə


266

  və  qəzəllərindən  bu  bir  neçə  beyt  şer  bu  səhifədə  səbt 

olundu: 

 

Onda ki, şux nəzərin xaneyi-kəmanə dəyir,  



Atılan oxlara bax ki, neçə min canə dəyir. 

 

Sən bu halsiz ürəyə qəsd eləyib atsan da,  



Necə yersizsə də ox, amma ki, nişanə dəyir.

267


 

 

Qazi Nur İsfahani: O, İsfahanın Əndəlan adlı yerindəndir. 

Elm öyrənənlər zümrəsinə daxil idi. Qəzvində Xacə Əfzəl Türkə ilə 

əlaqəsi  vardı  və  fəziləti  ondan  əxz  etmişdi.  Bəzən  Mir  Fəxrəddin 

Səmakinin məclislərində şagirdlik edirdi. O zamanlarda [hələ] şer və 

şairlikdə məşhur olmamışdı. Şerləri olduqca azdır, amma xoştəbiətli

şirin  danışıqlı  bir  şəxsdir. Parlaq  təbinin  dənizindən  zühur  sahilinə 

çıxan nümunələrinin tayı-bənzəri yoxdur. Deyilənə görə, Şeyx Feyzi 

Hindi bu beytini onun şəninə söyləmişdir. 

 

Beyt 

 

Dürd* yoxsa sözüm içrə təəccüblü nə var ki? 

 Saf eyləmişəm badəni qəlb pərdəsi ilə.

268


 

                                                                                                               

Həkim əz noqteye-movhum hərfi qoft dər məcles,  

Be fekri rəft hər kəs, mən be fekre-an dəhan rəftəm. 

265

 Beytin farscası: 



Hesabi, yar mibayəd be ayini ke midani  

Tora didar ərzani ke mən əz xiştən rəftəm. 

266

 Qeyd: Əslində aşağıda Qazi Nur  İsfahanın qəsidəsindən yox, bir qəzəlindən  misal 



gətirilmişdir. 

267


 Beytlərin farscası: 

Gəhi ke, çeşme-to dər xaneye-kəman ayəd,  

Şekəst bər səfe-çəndin hezar can ayəd.  

To çon beqəsde-dele-xəste navək əndazi,  

Əgərçe tire-to bicast bər neşan ayəd. 

268


 Beytin farscası: 

334 

 

 



Mövlana Hüzni: Elm öyrənən, fazil, şux təbli adamdı, çox 

yaxşı şer yazırdı  və şeri  yaxşı da başa düşürdü. Beytlərin mənasını 

anlamaqda  qarşıya  çıxan  hər  çətinliyi,  həmçinin  şairlərin  dolaşıq 

fikirləri  mübahisəyə  səbəb  olduqda  onları  yaxşı  izah  edirdi.  Təbi 

olduqca  çiçəklənmişdi.  Üləma  və  fuzəla  zümrəsindən  olmaq 

istəyirdi. Şeri başa düşməkdə, şairlərə xas boşboğazlıq (hərzegərdi) 

etməkdə  və  zarafatcıllıqda  başqalarından  üstün  olduğu  üçün  şair 

kimi məşhur oldu. Onun bu beyti dillər əzbəridir: 

 

Beyt 

 

Çəməni gəzdi Züleyxa və dedi həsrətlə:  

Edirəm zindanı yad, orda [o Yusif] vardı.

269


 

 

Bu beytlər də onundur: 



 

İstisindən ciyərin nəmli gözüm yandı dünən,  

Çırağı gözlərimin sübhəcən odlandı dünən...

270


 

 

Mövlananın  bu  məqtəi  (son  beyt  -  Ş.F.)  də  məşhurdur  və 



həqiqətən də aşiqanədir: 

 

Hələ eşq tazə başlanmaqdadu; Hüzni, gəl az ağla  



Ki, ağlarkən edir pərvaz ürək qəm-qüssəsi candan

271


 

 

Mövlana Həlaki Həmədanı: Dərvişxislət adam idi. Savadı 

yoxdu.  Əsla  dərs  oxumamışdı  və  bazarda  gördüyü  hər  kəsdən 

                                                                                                               

Gər dord nist dər soxəne-mən, əcəb mədar,  

K-in badera be pərdeye-del saf kərdeəm. 

 

269


 Beytin farscası: 

Dər çəmən bud Zoleyxa və behəsrət migoft:  

Yad zendan ke, dər-u əncomənarayi bud. 

270


 Beytin farscası: 

Ze gərmiye-cegərəm duş çeşme-tər misuxt,  

Çerağe-dide be rahe-to ta səhər misuxt. 

271


 Beytin farscası: 

Hənuz in əvvəli-eşqəst, Hozni, gerye kəmtər kon 

Ke vəqte-geryeheye-dərde-del pərvaz miayəd. 


335 

 

iltimas  edərdi  ki,  onun  dediyi  şerləri  onun  üçün  kağıza  yazsınlar. 



Xalqa  uzun  müddət  onun  bu  cəhəti  məlum  olmadı.  Qəzəl  və 

qəsidələri var. Onun bu beyti olduqca məşhurdur: 

 

Mənim tək çoxbilənsən sən, fəqət bilməzlik eylərsən,  



Həlak olsun sənin tək qoy Həlakiye-Həmədani

272


 

 

İsmayıl Mirzənin təbrikinə bir qəsidə demişdi və həmən bir 



neçə gündə saraya gəlib onu təqdim etdi, on iki min tümən mükafat 

aldı. Bundan həvəslənən başqa şairlər də [İsmayıl Mirzənin] şəninə 

qəsidələr yazdılar, amma onlara mükafat verilmədi. 

Məzhəri Kəşmiri: Xoş simalı, yaraşıqlı (vəcih) və məlahətli 

hüsnü  olan  bir  cavan  idi.  Hüsnünün  cizgiləri  gözəllərin  çöhrə 

vərəqəsinin üstündən xətt çəkmişdi. Şirin sözləri dünya süxənvərləri 

arasında  şur  və  vəlvələ  yaratmışdı.  Gəncliyinin  başlanğıcında 

ürəkaçan  Kəşmir  vilayətindən  şairlərlə  tanış  olmaq  və  onlardan 

öyrənmək məqsədi ilə İrana gəldi. Bir neçə vaxt bu diyarda dolandı 

və  yenidən  səfərə  əzm  edib  öz  ölkəsinə  qayıtdı.  Bu  beytlər  onun 

şerlərindən [seçilib] səbt olunur: 

 

...Qəlbimi etdi gəlib qayğılı, çox əyləşdi  



Və pərişan ürəyə verdi təsəlli o pəri. 

 

Məcnunun gözləri görmür daha biganə kəsi,  



Dedi o: "Var idi Leyladə yaxın dost nəzəri. "

273


 

Qəzvin darüssəltənəsinin şairləri: Bir neçə nəfər təb sahibi 

olmuşdur  ki,  o  vaxtlarda  qızğın  şairliklə  məşğul  idilər.  Onların 

bəziləri  məşhur  oldu.  O,  mülkün  əhalisi  kasıblıqla  güzaran  keçirir. 

Şair  və  nədimlərin  arasında  da  tamahkar  adamlar  olduğuna 

baxmayaraq,  Qəzvin  şairlərindən  tamah  naminə  qitə  və  qəsidə 

yazanlar  az  olmuşdur.  Xülasə,  kasıbçılıqla  dolanan  və  adlarını 

                                                           

272


 Beytin farscası: 

To tovre-mən həme dani-yo bogzəri betəğafol  

Həlake-tovre to gərdəd Həlakiye-Həmədani. 

273


 Beytlərin farscası: 

Rəsid moztərebəm kərd-o anqədr beneşəst  

Ke aşenaye-dele-xod konəm təsəllira.  

Bebəst dideye-Məcnun ze xiş bigane  

Çe aşena negəhi bud çeşme-Leylara. 


336 

 

yazacağımız  bir  neçə  əziz  [qəzvinli  şair]  bu  peşədən  özlərinə 



dolanacaq pulu qazanırdılar. O cümlədən: 

Mövlana  Füruği  Əttar:  Söz  qədrini  bilən  və  hal  sahibi 

olan  bir  adamdı,  əttarlıqla  məşğul  olurdu.  Dükanının  qabagı  nəzm 

sahiblərinin  yığıncaq  yeri  idi.  Alver  zamanı  şairlərlə  şer  barədə 

söhbətləşirdi.  Onun  qəzəllərinin  bu  iki-üç  beyti  əttarların  dibçəyi 

kimi müşk ətri saçır və dövran süxənvərlərinin burnuna dolurdu. 

 

Səndən ayrı, ondan ötrü ölmürəm rahətcə mən  



Qalmayıbdır öylə zalimlik ki, etdin sən mənə. 

 

...Sən kimi namehribanə kim ki, vermişdir könül,  



Öylə covr etdin ki, sən indi o bədbəxt can verir.

274


 

  

Mövlana  Təbxi  Qəzvini:  Boyu  balaca,  dərvişxislət,  xoş 

görünüşlü bir adam idi. Qəmkədərdən çox danışardı. Kasıb, nakam 

və  ehtiyaclı  binəva  [şairlər]  səhər-axşam  onun  təbbaxlıq  [aşxana] 

dükanında vaxt keçirirdilər. Onun bu iki-üç beyti məşhurdur: 

 

Beyt 



 

Ol gün ki, dişlədi ayağımdan onun iti,  

Gəlməkdə sümükdən hələ də nalə səsləri.

275


 

 

Mövlana Təbxi Mir Hümayunun divanma cavab da yazırdı. 



Mirin divanındakı qəzəllərdən bu beyt yaddaşdadır: 

 

Qətlgahdan başıma qəm samanı yağmaqda,  



Orda bir arpaya dəyməz fələyin xırmanı.

276 


                                                           

274


 Beytlərin farscası: 

Dər farağat z-an nəmimirəm ke, nayəd bəs delet  

K-an setəmnadide ruzi çənd ba hecrəm nəsaxt.  

Şadəm ke, hər ne del be to namehriban dəhəd,  

Çəndan bexak-o xiş təpani ke, can dəhəd. 

275


 Beytlərin farscası: 

Ruzi ke beşkənəd səge-u ostxane-mən,  

Ayəd sədaye-naleəm əz ostxan hənuz.  

276


 Kahe-qəm bər sərəm əz koştgəhi mibarəd   

Ke be yek çov nəbovəd xərməne-əflak anca. 

 


337 

 

 



Sultane-füqəra:  Cavanlığında  sərraflıq  və  dərzilik  edirdi, 

kasıbdı, dərviş libası geyinirdi. Şerdə Xacə Hafiz Şirazinin işlətdiyi 

bədi  üsulunu  yamsılayırdı.  Xacənin  "Divan"ına  cavab  yazır,  ona 

bərabər olduğunu iddia edirdi. Bir müddət Hind vilayətində yaşadı. 

Yenidən  İrana  qayıdıb,  günlərin  bir  günü  əlahəzrət  şahın  (Şah 

Abbasın  -  Ş.F.)  yanına  yol  tapdı  və  ondan  lütf  və  ehtiram  gördü. 

Müqəddəs  Məşhədi  özünə  vətən  etmək  fikrinə  düşdü,  oranın 

sərkarının  yanında  işlədi.  Əcəl  isə  onun  ömür  vəzifəsini 

imzaladığından  o,  öz  məqsədinə  çata  bilmədi.  Onun  Hafiz 

qəzəllərinə cavab olaraq yazdığı bu beyt xatirimdədir: 

 

...Qapısı bağlı deyil heç kəsə meyxanəmizin,  



Necə mümkündü deyim mən ki, "mələklər döydü".

277


 

 

Kakaye-Qəzvini:    Xurmayı  çöhrəli,    xoş  görkəmli  bir 

adamdır.  Meyvə  satmaq  və  baqqallıq  etməklə  məşğul  olub,  bu 

peşələrin  sayəsində  güzəran  edirdi.  Burada  yazılan  bu  iki-üç  beyt 

onun məşhur qəzəllərindəndir: 

 

Beyt[lər] 



 

Qətlimi sabbahə saxlar ol pəripeykər yenə,  

Qorxuram sübh eyləyər bir və deyi-digər yenə.

278


 

 

Qorxuram ki, hövsələm gər kəm olarsa, kəc baxar,  



Sərxoşa, əlbəttə, meysaqi verər kəmtər yenə...

279


 

 

Mövlana  Şərmi:  Xəyyatlıq  edən  bir  oğlan  idi  və  bazarda 

kasıbkarlıq  işləyirdi.  Olduqca  utancaq  və  sevməli  adamdı.  Elə 

utancaq  olduğundan  da  şairlərlə  az  görüşürdü.  Şairlərdə  az-az 

görünən utancaqlıqdan və öz həyasının çoxluğundan özünə "Şərmi" 

                                                           

277

 Dəre-in xane ke, bər ruye kəsi bəste nəşod,  



Çe təvan goft məlayek dəre-meyxane zədənd. 

278


 Beytlərin farscası: 

Vədeye-qətləm befərda an pəripeykər dəhəd,  

Leyk mitərsəm ke, fərda vədeye-digər dəhəd.  

279


 Çon konəm bitaqəti suyəm kəm əndazod nəzər,  

Hər ke bədməsti konəd saqi meyəş kəmtər dəhəd.  



338 

 

təxəllüsünü  götürmüşdü.



280

  Raməndi  (?)  dilində  və  Hafiz  Sabuni 

tərzində duzlu şerlər yazırdı. Axır vaxtlarda qəzəldə çox inkişaf etdi. 

Onun bu beyti olduqca ali və təravətlidir. 

 

Beyt 

 

Tazə etdim dırnağımla sinəmin mən dağını,  

Gülləriylə eşqimin pakizə etdim bağını.

281


 

 

ÇALĞIÇI MÜTRİB VƏ NƏĞMƏ  



OXUYANLARIN (ƏHLİ-NƏCME) ADLARI 

 

Cənnətməkan şah qadağan olunmuş işlərdən çəkindiyi üçün 



tərəb  sahiblərinin

282


  onun  şəri  nəzərində  mövqeyi  və  etibarı 

qalmamışdı.  Ustad  Hüseyn  Şüştəri  Bəlyam  və  hümayun 

nağaraxananın  zurnaçısı  olan  Ustad  Əsəddən  başqa  əyan-əşrafın 

xidmətində  olan  bütün  tərəb  sahibləri  işdən  kənar  edilmişdilər,  bu 

təbəqədən heç kəsşahin mülazimi deyildi. 

[Şah]  həyatının  sonunda,  şahzadələrin  onlara  rəğbət 

etməmələrindon  ötrü,  qadağan  olunmuş  işlərə  rəğbətləri  olan  bəzi 

lələ  və  dədəni,  o  cümlədən  orduda  şöhrət  qazanmış  tərəb  əhlindən 

sərrast nitqli və dadlı-duzlu avazı ilə dünya şöhrəti qazanmış  Hafiz 

Əhməd  Qəznəvini,  Hafiz  Lələ  Təbrizini  və  hələ  də  orduda  qalan 

başqalarının  günah  işlədəcəklərini  ehtimal  edib  ordudan  xaric  etdi. 

Məclislərə gedən Ustad Hüseyn Zurnaçını (Surnayini) tutub bir neçə 

gün  həbs  etdilər.  Nəhayət  ona  and  içdirdilər  ki,  humayun 

nağaraxanadan  başqa  [bir  də]  heç  yerdə  zurna  çalmayacaqdır. 

Amma,  şahın  vəfatı  vaxtı  bütün  tərəb  sahibləri  İsmayıl  Mirzənin 

dövründə [yenidən] orduda cəmləşdilər. 

Natiqlərdən  Əhməd  nitqdə  olduqca  mahir,  avazda 

başqalarından üstün idi. 

                                                           

280


 "Şərmi" elə "utancaq" deməkdir - Ş.F. 

281


 Tazə misazəm benaxon baz dage-xişra,  

Ab-o rəngi midəhəm golhaye-bage-xişra. 

282

 Ərbabe-lərəb - çal-çağır sahibləri, yəni musiqiçi və xanəndələr – Ş.F. 



 

339 

 

Hafiz Cəlacel



283

:  Xanəndəliyi  və  nitqi  özündə  cəmləşdirmiş  və  hər 

iki  sənətdə  kamal  mərtəbəsinə  çatmışdı  və  bu  qismdən  olanlardan 

üstün  idi.  İsmayıl  Mirzənin  dövründə  "Çalçıbaşı”

284


  oldu.  Bu  beyt 

onun vəziyyətinə münasibdir: 

 

Şer 

 

Necə xoşdur ki, əgər olsa da səhra içrə  

Qulağa qoy dəyə hər ləhzə Cəlaceldən səs.

285


 

 

Əlahəzrətin (Şah Abbasın - Ş.F.) xoşbəxt hökmranlığı vaxtı 



onunla  tam  yaxınlığı  (qorbe-mənzelət)  vardı.  O,  Qəzvin 

darüssəltənəsində özünün axirət ahəngini çaldı. 



Hafiz Müzəffər Qumi: Xatirələrdə qalıbdır ki, xanəndəlik 

Xorasan  əhalisinə,  natiqlik  isə  İraq  əhlinə  xasdır.  Baxmayaraq  ki, 

Hafiz  Müzəffər  İraqlı  idi,  amma  Xorasan  üsulu  ilə  xanəndəlik 

edirdi. Bu şivə hal-hazırda da İraqda dəbdədir. 



Hafiz  Haşim:  O  vaxtlarda  başqa  tərəb  əhli  ilə  birgə 

olmamasına  və şöhrətinin azlığına baxmayaraq, son  vaxtlarda bərk 

inkişaf etdi. Onun səsinin şöləsi fələyə yüksəlirdi. Mərhum şahzadə 

Sultan  Həmzə  Mirzəyə  yaxın  adam  idi.  Həmyaşları  və  özü 

qəbilindən olanlar arasında hamıdan irəli idi. 

Mirzə  Məhəmməd  Kamançeyi:  Tayıbərabəri  olmayan 

sazəndə idi. İsmayıl Mirzənin hakimiyyəti vaxtı mülazim olmuşdur. 

Başqalarından baş idi. 

Məhəmməd  Mömin:  Bənzərsiz  ud  çalan  və  misilsiz 

sazəndə  idi.  Mizrabın  itiliyi  və  əlinin  bərəkəti  onun  çalğısına  elə 

siyarət  etmişdi  ki,  başqa  bir  əl  onunla  rəqabətə  girə  bilməzdi.  Öz 

peşəsində  vahid  və  hamıdan  fərqlənən  sazəndə  idi.  Xan  Əhməd 

Gilanın

286


  mülazimətinə  girib  Gilana  getdi  və  cavanlığının  əvvəlini 

orada keçirdi. 

                                                           

283


 Cəlacel -  zınqrov deməkdir  ki, atın sinəsinə bağlayırlar (Bax: D -r M.Moin. Göst. 

lüğət, c. I, s.1235). 

284

 Güman ki, "çalğıçıbaşı" mənasındadır - Ş.F. 



285

 Şerin farscası: 

Ey xoş an dayereye-daməne səhra ke dər u  

Hər zaman həmço Cəlacel befəğan ayəd cel 

286

 Məşhur Gilan hökmdarı Xan Əhməd Gilani. 



340 

 

Şahsuvar:  Dörd  simli  tənbur  (tənbure-çəhartar)  çalırdı. 

Ustadlıqda vahid olduğunu deyərdi, amma çalğısının bir o qədər də 

məzəsi və yapışıqlığı yox idi.  



Şəmsi  Şotorğuhi:  Misilsiz  ustad  idi,  yüksək  mükafat 

almışdı.  Məzəli  təsnifləri  vardı.  Mərhum  şahzadə  Sultan  Həmzə 

Mirzənin  zamanında  mülazim  oldu.  O,  həmin  həzrət  şahzadənin 

yanında möhtərəm, şəfqətə layiq görülən çalğıçı idi. Əlahəzrət şahın 

vaxtında da saraya çox yaxın adamlardandı. 

Ustad  Məsum  Kamança:  Onun  tayı-bərabəri  yoxdu. 

Vəramində  bir  çox  qardaşlarının  feyzi  ilə  sazəndəlik  mərtəbəsinə 

yetişdi və nəğmə oxumaqda bütün qardaşlarından uca oldu. 

Ustad  Sultan  Mahmud  Tənbureyi:  Bu  peşədə  misilsiz  və 

bənzərsiz idi. O, Məşhəddə Sultan İbrahim Mirzənin xidmətində idi 

və oradan heç yana getmədi. 

Mirzə Hüseyn Tənbureyi: O, bu peşədə bərk inkişaf etdi. 

İraqda ən yaxşı tənburnəvaz idi, amma cavan yaşında bəqa aləminə 

yollandı. 

Ustad Sultan Məhəmməd Çəngi: Çəng çalmaqda ustad idi. 

Bu sənəti kamal mərtəbəsinə çatdırmışdı. 

Ətraf yerlərdə başqa sazəndələr də çoxdu, lakin biz bu bir 

neçə nəfərin adını çəkməklə kifayətləndik. 

Qissəxan

287


,  şahnamaxanlar

288


  və  bu  qisimdən  olan  başqa 

sənətkarlar  çoxdur,  amma  bu  iki  üç  nəfər  barədə  danışmaqla 

kifayətlənirik: 

Mövlana  Heydər  Qissəxan:  Tayı-bərabəri  yoxdu  və  o 

vaxtlarda bənzərsiz bir [qissəxan] idi.  



Mövlana Məhəmməd Xurşid İsfahani: O, da qissəxan idi. 

Yaxşı  gənc  idi.  Amma,  bu  peşədən  başı  çıxan  adamlar  Mövlana 

Heydərə üstünlük verirdilər. 

Mövlana Fəthi: Qardaşı misilsiz şahnaməxan idi. Avazının 

şöləsi  asanlıqla  bir  fərsəx  məsafədən  eşidilirdi.  Zənguləsi  olduqca 

ürəyəyatandı.  Xülasə,  şahnaməxanlıq  şivəsini  kamal  sərhəddinə 

çatdırmışdı. 

 

                                                           



287

 Dastan danışan - Ş.F. 

288

 Firdovsinin "Şahnamə" əsərini məclislərdə qiraət edənlər - Ş.F. 



341 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin