AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə27/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   23   24   25   26   27   28   29   30   ...   96

Beyt 

 

Mir Şəmsəddin Əli çıxmış Xorasandan elə  

"Sanki, doğmuş gün Xorasandan " deyir əhli-İraq.

207


 

 

O uca sülalənin əlli tüməne-şahiye-İraqi məbləğində bütün 



sərkarlıq vergiləri (motəvəccehat) kimi cənab mir və onun əzəmətli 

övladı  üçün  qəti  (məsəlləmi)  olaraq  soyurqal  təyin  olundu.  İndi 

Mirzə  Mahmudə  sülalə  arasında  əla  münasibət  vardır.  [Mir 

Şəmsəddin  Əlinin]  vəfatına  yaxın  vaxtlarda  o  həmin  yerin  izzət, 

etibar, öncüllük və kəlantərlik taxtında əyləşdi. 

Mir  Məhəmməd  Kəskən  Səbzvarlıdır.  O,  həmin  vilayətdə 

əmlakı,  çoxlu  torpağı  olmaqla  başqalarından  seçilirdi.  Güclü  fəhm 

və  fitrətə  malik  idi.  Şairlər,  nədimlər  və  fəhmli  adamlarla  yaxşı 

davranırdı.  Şer  yazmaqda  bacarığı  və  yüksək  yeri  vardı.  Bəzən  öz 

şer dilini açırdı. 

Onun bu beyti məşhurdur: 

 

Beyt 



 

Güllər gecə açmaqda hərəmxanə hağında,  

Gülrüxlər edirlər belə təlim, həyadan.

208


 

 

Astrabad  darülmömininin  seyidləri:  Astrabadın  ali 

dərgahda  olan  izzətə  malik  ali  dərəcəli  seyidlərinin  bir  hissəsinin 

şərif  adları  yuxarıda  çəkildi.  Onlardan  başqa  Mir  Həbibullah 

Bərməki,  Mir  Qiyasəddin  Şemşəki  və  "Padşah"  kimi  məşhur  olan 

Mir  Hüseyn  də  vardır.  Mir  Hüseyn  şahın  mülazimi  idi,  qorçilər  və 

mülazimlər  silkinə  daxildi.  Onların  bəziləri  müqəddəs  Rezəviyyə 

rövzəsində  də  çalışırdılar.  Həmin  seyidlərin  bəziləri  isə  öz 

vətənlərində  yaşayırdılar.  O  cümlədən  Mir  Təqiəddin  Məhəmməd 

ibn  Əminəddin  Hüseyn  rəhmətlik  sədr  Mir  Cəlaləddinin  oğlu  [da] 

Astrabad  darülmömininində  yaşayır  və  orada  bir  ağsaqqal  kimi 

                                                           

207

 Beytin farscası: 



Əz Xorasan Mir Şəmsəddin Əli aməd berun,  

Rast miguyəd İraqi "k-əz Xorasan aftab". 

208

 Beytin farscası: 



Göl nimeşəb şekofte şəvəd dər hərime-bağ,  

Təlime-golroxan behəya in qədr bəsəst. 



286 

 

həyat  tərzi  keçirirdi.  Mir  Cəmaləddinin  xidmətlərinə  maaş 



cənnətməkan  şah  tərəfindən  təyin  edilmiş,  sülalənin  qırx  tümən 

məbləğində  mal,  torpaq  sahəsi  və  əmlakı,  onları  soyurqal  sifətilə 

müəyyən  olunmuşdu.  Cənnətməkan  şahın  vəfatından  sonra  o 

vilayətdə  bir  müddət  müstəqil  hakim  olmadığından,  orada  o  cənab 

seyid hamıdan çox etibarlı  və iqtidarlı oldu. Amma onun övladları 

siyahpuşların  dövründə  qızılbaşların  vəziyyətlərinin  qarmaqarışıq 

olduğu vaxtlarda bu sülalənin onlara verdiyi maaş, edilən hörmət və 

xeyirxahlığı  (ectenaat)  müqabilində  lazımi  səviyyədə  sədaqət  və 

dövlətxahlıq göstərmədilər. 

Mir  Zəyaəddin  Fendereski:  O  da  Astrabadın  yüksək 

dərəcəli  seyidlərindən  idi.  Fenderesk  əhalisinin  qiymətli 

nümayəndəsi  olan  [Mir  Ziyaəddin]  böyük  və  mötəbər  seyid  idi. 

Çoxlu  mənfəətli  əmlakı  və  torpaq  sahələri  vardı.  Üsyan  və  inqilab 

günlərində  ayağını  ədəb  ətəyində  saxlayaraq  üsyankar  sərdarlara 

qoşulmadı. O, Fenderskdə qalaraq, qarışıqlıq və üsyan məkanı olan 

Astrabada çox az gedirdi. Həzrət zilləllah şahın hakimiyyəti zamanı 

Xorasana yürüş vaxtı Bəstamda ehtişamı göyə ucalan orduya gəldi, 

şahm  xidmətinə  girməklə  şərəfləndi.  Onun  vəfatından  sonra  oğlu 

Mirzə  bəydən  də  dövlətxahlıq  hərəkətləri  görsəndi.  O,  şahın 

mülazimi kimi vaxtının çoxunu şaha xidmətdə keçirir, behişt ayinli 

məclislərdə həmişə iştirak edərdi. Mirzə bəy ona verilən soyurğal və 

ənamların  çoxluğuna  görə  özü  ilə  həmyaşar  (oqran)  olan 

yoldaşlarından üstün idi. Əlahəzrətin o seyidə xüsusi şəfəqqəti vardı. 



Təbrizin Əbdülvahabiyyə seyidləri: Əbdülvahabiyyənin ən 

əzəmətli seyidlərinin əksəriyyəti Təbriz darüssəltənəsində yaşayırdı. 

Hazırda,  onların  bəziləri  Yəzddə,  Kaşanda  və  İsfahanda  ömür 

sürürlər. Bu seyidlərin ulu babası Mir Əbdülvahab böyük  və alişan 

seyid idi, dövr sultanlarının diqqətinə yetmişdi. O  Yusif Mirzə ihn 

Həsən  padşahın  yanında  da  ehtiramlı  idi.  Onun  övladından  olan 

Seyid  Həsən  bəy  Yusif  Mirzənin  qızının  nəslindən  olduğu  üçün 

həzrət  cənnətməkan  şahın  zamanında  Təbrizin  Sahibabadında 

yerləşən və "Nəsriyyə" kimi məşhur olan "Həsən padşah" büqəsinin 

tovliyyəti övladının çox hissəsi o sülaləyə aid idi və bu gün də onun 

övladının əlindədir. 

Həmin  seyidlərin  başqa  biri  Mir  Nemətullahdır.  O  qədir-

qiymətli  və  pəhrizkar  adam  idi.  Cahanşahiyyə  sülaləsi

209 


ilə 

                                                           

209

 Cahanşah Qaraqoyunlunun nəslindən olanlar - Ş.F. 



287 

 

qohumluğu  vardı.  Rumiyyənin  hücumu  zamanı  İraqa  gəldi,  bir 



müddət  Kaşanda  səri  işlər  üzrə  mütəsəddi*  oldu,  axır  vaxtlarda 

İsfahan  qazisi  vəzifəsində  də  işlədi.  Vəzifədə

 

olduğu  vaxt 



tamahkarlıqdan  uzaq  oldu.  Yaşı  doxsanı  ötmüşdü.  Qardaşı  Mir 

Əbülqasim  Təbriz darüssəltənəsinin qazisi idi.  Ali dərəcəli seyidlər 

və  bərəkət  mənbəyi  olan  nəqiblərin  bəziləri  haqqında  imkan 

daxilində  yazıldı.  İndi  isə  bu  məqsəd  səhifəsi  həzrət  cənnətməkan 

şahın vəfatı zamanı sağ olan bəzi böyük şeyxlər, alimlər (üləma) və 

fəzilətli  (fazel)  şəxslər  haqqında  bədaye  sözlü  qələmin  köməyi  ilə 

yazılmağa başlayacaqdır. Sözü uzaltdığımıza (ətnab) görə bu pərişan 

kəlmələri mütaliə edənlərdən tüzrxahlıq edirik. 



 

QİYMƏTLİ ŞEYXLƏRİN, MƏŞHUR  

ÜLƏMALARIN İZZƏTLİ VƏ EHTİRAMLI  

FƏZİLƏT SAHİBLƏRİNİN ZİKRİ 

 

O  ali  təbəqənin  fəzl  və  bilik  cəridəsinin  başlanğıcı 



müctəhidüs-sani,    əsrinin    və    zəmanənin    yeganəsi      olan    Şeyx 

Əbdülaldır.   O,   mərhəmətpənah   [olan]   və   müctəhidüz-zəmani 

[adlanan]  Şeyx  Əbdülalinin  sədaqətli  oğludur.  Məqul  və  mənqul 

elmlər  sahəsində*  zəmanənin  ömçülü,  olduqca  söhbətcil,  gözəl 

görünüşlü, əxlaqlı adam idi. Özünün müstəqil (fikri) istedadına görə 

ali  ictihad  (müctəhidlik  -  Ş.F.)  taxtına  əyləşmişdi.  Əsrin 

üləmalarının  əksəriyyəti  ictihadı  o  cənabdan  öyrənirdilər.  O, 

vaxtının çoxunu gözəl Kaşan məkanında keçirirdi, dərs verməklə və 

ifadə  elmi  ilə  (söz  və  onun  mənaları  haqqında  elm)

210


  məşğul 

olurdu. Hamını hadisələri düzgün həll etməyə və öz aralarında əmin-

amanlıq yaratmağa dəvət edirdi. Özü şəxsən ayrı-ayrı yerlərdə aydın 

(ğorra)  şəriət  ehkamlarının  icra  olunması  üçün  səfərlər  edir,  çətin 

məsələləri  öz  yoluna  qoyurdu.  Ali  dərgaha  təşrif  gətirdiyi  zaman 

cənnətməkan şah o cənaba böyük təzim və ehtiramla yanaşırdı. İstər 

ali orduda, istərsə də  Kaşanda əsrin üləma  və alimlərinin  müraciət 

etdiyi adamlardan idi. Üləmanın əksəriyyəti üsul  və  firuda** onun 

dediklərinə  əməl  edirdi.  O  cənabın  ictihadları  əksər  üləmalar 

tərəfindən  təsdiqlənirdi.  O  həqiqətən  də  öz  mələk  sifətli  zatına  və 

müsbət  xüsusiyyətlərinə  görə  o  vaxtlarda  İranın  və  cahan 

adamlarının bəzəyi idi. 

                                                           

210


 Bax: D-r M.Moin. Göst. lüğət, c.I. səh. 310. 

288 

 

Şeyx  Əli  Mənşar:  O,  fəzilətli  ərəb,  fəqih  və  mərhum 

müctəhid  Şeyx  Əli  Əbdülalinin  rəşadətli  şagidlərindəndi.  Şəri 

məsələlərdə  dedikləri  mötəbər  və  əsaslı  idi.  Şəri  və  ürfi  işlərin 

nizamlanmasında  düzgün  rəyə  gəlir  və  başqalarından  seçilirdi. 

Həzrət cənnətməkan şahın diqqət işığı onun üzərinə düşmüş, başqa 

məmləkətlərdən  ən  əzəmətlisi  və  məşhuru  olan  İsfahan  darüs 

səltənəsinin şeyxülislamı və həlaliyyət vəkili olmuşdu. O, bu işlərdə 

tam  müstəqil  idi,  o  diyarın  dini  və  dünyəvi  məsələlərinin 

tənzimlənməsində  və  zülmkarlığın  qarşısının  alınmasında  zəhməti 

böyükdü. 

Mövlana  Abdullah  Şüştəri:  Şüştər  darülmülkündə 

doğulmuşdur.  Uşaqlıq  vaxtı  bir  müddət  fəzlpərvər  suyu  və  havası 

olan  Şirazda  dövrün  məqul  elmlərini  öyrənməklə  keçirmişdi. 

Məqsədi məqul elmləri [mükəmməl] bilmək olduğu üçün Ərəbistana 

səfərə  yollamış,  o  diyarın  bir  çox  fəzilət  sahibləri  və  alimləri, 

xüsusən  Cəbəlamil  fəqihləri  ilə  söhbətlər  etmiş,  şəriət  və  irşad 

üsullarını öyrənməklə ali dərəcə almışdı. Oradan ali orduya gələrək, 

cənnətməkan  şahla  görüşdən  sonra  müqəddəs  Məşhəddə  yaşamış, 

həzrət  imaməl-çinn-və-n-nasın  (imam  Rzanın  -  Ş.F.)  rövzəsində 

mücavir olmuşdur. Bir müddət o şərafətli məkanda elmlərin ifadəsi, 

əhalinin hidayəti  və irşadı, xəlqüllah  məzhəbinin rəvaçı ilə  məşğul 

olmuş  və  agahlıq  yoluna  çıxmışdı.  Xülasə,  onun  bütün  hərəkətləri 

böyük-kiçik  tərəfindən  bəyənilirdi.  Həzrət  zülləllah  şahın  səadətli 

cülusu vaxtı müqəddəs Məşhəddə o həzrətin əziz nasehi (nəsihətçisi 

–  Ş.F.)  olmuş,  həmişə  şahanə  mərhəmətə  yetişmişdi.  Bu  iqbal 

kitabının ikinci səhifəsində yazılacağı kimi, hicri tarixlə doqquz yüz 

doxsan yeddinci ildə

211


 (miladi 1588/89) - həmin müqəddəs büqənin 

özbəklərin  əlinə  düşdüyü  ildə,  özbəklər  cənab  mövlananı  tutub 

Mavərənnəhrə  apardılar.  Orada  onunla  o  vilayətin  üləmaları 

arasında  mübahisələr  və  görüşlər  başlandı.  Əhli-beytin  tərəfdarı 

oduğunu  gizlədib  (təqiyye),  özünü  şofei*  kimi  göstərsə  də, 

Mavərənnəhrin  böyükləri  və  həzrət  hənəfi**  (məzhəbinin) 

fəəssübkeş  adamları  onun  qətlinə iqlam  etdilər,  o  səadət  arzulayan 

və  xeyirxah  adamı  uca  şəhadət  dərəcəsinə  çatdırdılar.  Bununla 

kifayətlənməyən  özbəklər  onun  şərafətli  cəsədinə  Buxara 

meydanında ədalətsizlik odu vurdular. Ona rəhmət olsun! 

                                                           

211


 Mətndə səhvən 897-ci il yazılmışdır - Ş.F. 

289 

 

Mövlana Mirzəcan Şirazi: Alim  fazil üləmalardan bilikli, 

biliklilərdən  isə  fəzilətli  [adam  idi].  Şiraz  darülmülkündə  tam 

imtiyaz sahibi idi. Elmləri şəxsən ülləmatül-üləmayi olan  Mövlana 

Cəlaləddin  Dəvvaninin  şagirdi  olmuş  Xacə  Kəmaləddin  Mahmud 

Şirazidən  öyrənərək  böyük  irəliləyişə  nail  oldu.  Məqul  elmləri 

bilirdi. Həzrət cənnətməkan şahın zamanında şərafətli Şirazda tədris 

taxtında əyləşmişdi. Həmin gözəl məkana elm öyrənmək məqsədilə 

təşrif  gətirən  tələbələrin  əksəriyyəti  onun  dərs  dediyi  hövzəyə 

gələrək əqli (əqilə) elmləri öyrənirdi. Onun əksər şagirdi elmi bilik 

mərtəbəsinə  yüksələrək  dərs  demək  qabiliyyətinə  malik  oldu. 

Hekəmiyyat  sahəsində  ali  kitabları  vardı  və  özündən  əvvəlki 

müəlliflərin  əsərlərinə  dəqiq  şəhrlər  yazmışdır.  İsmayıl  Mirzənin 

zamanında  ali  orduya  gəldi.  Ali  dərgah  üləmaları  onun  sünni 

olduğunu güman etmişdilər. O, İsmayıl Mirzənin ona şəfqəti olduğu 

üçün bu gümana məhəl qoymadı. İsmayıl Mirzənin vəfatından sonra 

elə  bu  səbəbdən  də  İranda  qala  bilməyib,  Mavərənnəhrə  və 

Hindistana  getdi.  O,  elə  həmin  vilayətdə  də  (Hindistanda  -  Ş.F.) 

vəfat etdi, abad əbəm dünyasında özünə yer tutdu. 

Xacə  Əfzələddin  Türkə:  Adı  Məhəmməddir.  İsfahan 

darüssəltənəsinin türkə qaziləri nəslindən idi. Cavanlığında əqliyyə 

və  nəqliyyə  elmlərini  öyrənməyə  başlayaraq  böyük  tərəqqiyə  nail 

oldu və İsfanadan səadət nişanlı orduya getdi. [Orada] cənnətməkan 

şahın  şəfqətini  qazandı.  O,  bəzən  Mir  Əlaülmülk  Mərəşlə  birlikdə 

"qaziye-əsgəre-zəfərəsər" vəzifəsini icra etdi. [Həmçinin] ali orduda 

tədrislə  də  məşğul  oldu.  Şagirdləri  [Xacə  Əfzələddin  Türkənin] 

məclisində  onun  mübahisə  və  bəyanlarından  feyz  alırdılar.  İsmayıl 

Mirzənin  zamanında  başqa  üləmalardan  fərqli  olaraq  izzətə  və 

ehtirama  layiq  görülmüşdü,  vaxtının  çoxunu  şahın  məclisində 

keçirirdi.  İsmayıl  Mirzənin  vəfatından  sonra  İsfahana  gedərək, 

həmişə  türkə  sülaləsinə  mənsub  olan  qazilik  işinə  başladı. 

Hakimlərin  və  türklərin  (ətrak)  onunla  yola  getməməsi  səbəbindən 

bu peşədən əl çəkib dərs demək və müqəddəs Rezəviyyə rövzəsində 

işləməklə  məşğul  olaraq  müqəddəs  Məşhəddə  bu  gözəl  vəzifəsini 

yerinə  yetirdi.  Doqquz  yüz  doxsan  birinci  ilə  müvafiq  olan  qoyun 

ilində  (miladi  1583/84)  İsgəndər  şanlı  nəvvab  və  aləm  şahzadəsi 

Sultan  Həmzə  Mirzə  Xorasan  yürüşündən  qayıtdıqda  o,  müqəddəs 

Məşhəddən İraqa gəlib, Rey vilayətində öz həyat səhifəsini mütaliə 

etməkdən qaldı və axirət dünyasına köçdü. 



290 

 

Əsrin  yeganəsi  və  dünyanın  vahid  alimi  olan  Şeyx 



Bəhaəddin Məhəmməd*. Mərhum Əddülsəmədin sadiq övladıdır. O, 

(Əbdülsəməd - Ş.F.) Cəbəlamilin əzəmətli şeyxlərindən idi və bütün 

elmlərdə,  xüsusilə  fiqh, təfsir,  hadisə  və  ərəbiyyətdə  fazil  və  elmli 

adamdı.  Gəncliyi  şəhide-sani  (ikinci  şəhid)  və  diri  adamların  ən 

məşhuru  (zobde)  olan  mərhum  Şeyx  Zeynəddinlə  -  Allah  rəhmət 

eləsin  -  söhbətdə,  hədis  və  rical  [elminin]  təshih  olunmasında, 

ictihad  müqəddimatını  öyrənməkdə  və  biri  digərindən  kamal  kəsb 

etməkdə keçdi. Cənab şeyx şiə olması səbəbindən rumilər tərəfindən 

şəhadətə yetdikdən sonra, Bəhaddin vətənindən [çıxıb] əcəm [diyari] 

tərəfə  gəldi, behiştayin şahın təmtəraqlı  məclislərində iştirak etmək 

izzətinə  yetişdi  və  cürbəcür  inayətlərə  çatdı.  Fəqahət  və  ictihadı 

biməklə  dövrünün  üləmalarından  üstün  oldu.  O  üləmalar  arasında 

ixtilafa səbəb olan və uzun müddət icra olunmayan cümə namazının 

yenidən icra olunmasının şərtləri üçün böyük səy etdi, mömünlərin 

böyük  bir  hissəsi  ilə  bu  işin  yerinə  yetirilməsinə  başladı.  Uzun 

müddət  Xorasan  naibliyində  şeyxülislam,  şəriyyat  və  dövlət 

təsəddisi  vəzifələrində,  ümumiyyətlə  isə  darüssəltnədə  xidmətini 

yerinə  yetirir,  həmin  ürəkaçan  məkanda  aydın,  ifadəli  (ğorra) 

şəriətin  rəvaçı  və  xeyriyyə  binalarının  qaydaya  salınması  (tənsiq) 

üçün  çalışırdı.  O,  dini  elmlərin  ifadəsi,  yəqiniyyə  maarifinin 

genişlənməsi,  risalə  və  kitab  yazmaqla  məşğul  olur,  [bir  sıra] 

çətinliklərin həllinə çalışırdı. Həcc beytüllahül -həramına getdikdən 

və  insanların  ən  xeyirlisinin  (Məhəmməd  peyğəmbərin  -  Ş.F.), 

həmçinin yüksək məqamlı imanıların - onlara Allahın salamı olsun - 

müqəddəs  məzarlarının  ziyarətindən  sonra  orada  iqamət  etdi.  O, 

vaxtını  həmin  yerin  üləmaları  ilə  keçirirdi  və  elə  orada  dahəyat 

kitabxanəsinin  büsat  vərəqlərini  örtüb,  bəqa  aləmi  kitabının 

mütaliəsinə  başladı.  Cahanı  öz  şərafətli  vücudu  ilə  bəzəyən  onun 

sadiq  xələfi  kiçik  yaşlarında  öz  anası  ilə  birlikdə  əcəm  vilayətinə 

gəlib,  ciddi-cəhd  ilə  atasının  irsinin  toplanması,  elm  və  bilik 

öyrənməklə məşğul oldu. O, atasının təfsir, hədis, ərəbiyyət, fiqh və 

bunlar  kimi  başqa  əsərlərinin  mütaliəsi  və  ona  irsən  keçmiş 

qabiliyyət sayəsində kamal mərtəbəsinə yüksəldi, Mövlana Abdulla 

Müdərris  Yəzdi  ilə  olan  söhbətlərindən  hikmət  və  başqa  məqul 

elmləri  öyrəndi.  Riyaziyyatı  Molla  Əli  Müzəhhibdən  və  feyzli 

sərkar 


Mövlana  Əfzəl  Qayini  Müdərrisdən 

və  başqa 

riyaziyyatçılardan  mənimsədi.  Tibb  və  hüquqşünaslıq  elmlərini  isə 

o,  zəmanəsinin  Boqratı  adlanan  Həkim  İmadəddin  Mahmud 



291 

 

vasitəsilə ki, bu barədə "Ətobba" ("Təbiblər") bəhsində yazılacaqdır, 



öyrənmiş  və  [buna  görə  də]  ondan  tam  bəhrələnə  bilmişdi.  Az 

zaman  içində  o  cənab  məqul  və  mənqul  elmlərdə  bərk  tərəqqi  etdi 

və  hər  fənn  üzrə  əsrin  fəzilət  sahiblərindən  üstün  oldu,  yazdığı 

əsərlər  etibarlı  (zi  etibar)  üləmaların  diqqətini  cəlb  etdi.  Onun 

Qurani-məcidin  təfsirinə  həsr  etdiyi  "Ürvətül-vəsəqa",  [həmçinin] 

səhiyyə, hüsn, müvəssəq (?) və hər bir hədisin şərhinə aid "Həblül-

mətin",  [həmçinin]  "Məşriqüş-şəmseyn",  ehkam  ayələrinin  və 

səhiyyənin  təfsiri,  "Haşiyeye-təfsire-Qazi",  "Haşiyeyi-qəvaede-

şəhidi",  "Kitabe-hədayeqül-salehin",  "Dər  şərhe-səhifeye-kamele", 

"Ketabe-eynül-həyat 

fi  təfsirül-ayat",  "Ketabe-çehel  hədis", 

"Şərhüş-şərhe Çəhmini dər heyət",  "Haşiyeye-şərhe-moxtəsəre-osul 

və  haşiyeye    motul",    "Risaleye-təsrihül-oflak    dər  hey'ət", 

"Risaleye-xülasətül-hesab",      "Risaleye-səhife      dər      üstürlab  və 

əsnaəşəriyyat",  "Ərbəeye  -  təharət  və  sovm-o  səlavat  və  Həcc", 

"Ketabe zübdətül-üsul" və "Miftahül-fəllah dər təvafuqe-mərayez və 

sonən"  və  bu  səhifənin  təhrir  olunduğu  hicri  tarixlə  min  iyirmi 

beşinci  (miladi  1616/17)  ilə  bərabər  olan  tarixə  qədər  bitirdiyi,  bir 

neçə başqa risalə və kitabı vardır. Onun ali əmrlə yazmağa başladığı 

amma hələlik tamamlanmamış  "Cameyi-Abbasi" kitabı əsasən dini 

elmlər barəsindədir ki, əcəm xalqı ondan bəhrələnəcəkdir. Xülasə, o 

cənab  Şeyx  Əli  Mənşarın  vəfatından  sonra  şeyxülislamlıq 

mənsəbinin  sahibi,  həlaliyyət  vəkaləti,  İsfahan  darüssəltənəsinin 

şəriyyat təsəddisi  kimi  işlərdə  çalışıb  bir neçə  müddət  fəaliyyət 

göstərdi. Nəhayət, Həcc beytüllahi-həramına ziyarət etmək həvəsinə 

düşərək, çalışdığı vəzifələrdən ayrılıb həmin xeyirli səfərə yollandı. 

O,  bu  səadətə  nail  olduqdan  sonra  fəqirlik  və  dərvişliklə  həyat 

keçirməyə  başladı,  dərviş  libası  geyib  səfərə  çıxdı.  Uzun  müddət 

İraq-Ərəbdə,  Şamda,  Misirdə,  Hicazda  və  Beytül-müqəddəsdə 

yaşadı.  Səyahət  etdiyi  vaxtlarda  bir  çox  sufi  üləmaları  və 

rəhbərlərinin,  əhlüllah  silkinə  mənsub  adamların  həmçinin 

guşənişinlərin  fikirlərini  öyrənib,  onların  feyzbəxş  söhbətlərindən 

bəhrəmənd  oldu.  Onların  maddi  və  mənəvi  bütün  kamilliklərinə 

(camce-kəmalat)  yiyələnə  bildi.  O,  hal-hazırda  zahiri  və  batini 

elmlərdə  dövrünün  ən  bilikli  alimi  kimi,  üləma  və  fazil  adamlar 

arasında  ali  rütbəyə  malikdir.  Əlahəzrət  şah  da  o  səadət  nişanlı 

vaxtdan  etibarən  dövranın  yeganəsi  olan  o  şəxsə  (Şeyx  Bəhaəddin 

Məhəmmədin  oğluna  -  Ş.F.)  ehtiram  edir  və  o,  həmişə  şahın 

məiyyətindədir. Səfərlərin əksəriyyətinə şah onu özü ilə aparır, onun 


292 

 

feyzbəxş  söhbətlərindən  sevinir.  Baxmayaraq  ki,  şer  və  şairlik  o 



cənabın ali mərtəbələrindən aşağıda durur, amma böyük söz demək 

zövqünə  malik  adamdır.  O  cənabın  ərəb  və  fars  dillərində  gözəl 

şerləri,  rəngin  mənalı  sözləri,  şirin  kəlamları  dillər  əzbəridir. 

Xüsusilə Rum mollası (Mövlana Cəlaləddin Rumi - Ş.F.) üslubunda 

"Ğorər  və  dorər"  adlı  məsnəvilər  nəzmə  çəkmişdir  ki,  bu  beyt  o 

cümlədəndir: 

 

Beyt 

 

Din yolunda can əgər lərzan olur,  

Ol zaman fəqrü fəna asan olur.  

Dərd asandır mətləb-olsa gər uca, 

Köç tozu-qurdun gözündə tutuya.

212


 

 

Onun rəngarəng kəlam, bəlağətli ibarə, məlahətli şerlər, hər 



fənn üzrə bəhslər, hər cür lətif hekayətlərindən ibarət  "kəşkül" adlı 

yeddi  cilddən  ibarət  məcmuə  tərtib  olunmuşdur.  Xülasə,  o  elə 

dalğalı  bəhrdir  ki,  mənfəəti  hər  yana  çatır.  Hal-hazırda  əsrin 

yeganəsi  olan  o  şəxsin  şərafətli  vücudu  cahanın  cənnət  bağlarının 

bəzəyi  və  İran  mülkünün  təravətidir.  Dövrün  bir  çox  elm  və  fəzl 

öyrənməyə  cəhd  edən  şəxsləri  onun  yanına  gedib  ondan  məna 

öyrənirlər. Ümid edirəm ki, o təbii bir ömür yaşayacaqdır, adamlar 

onun fəzilət və sözlərindən bəhrələnməkdə olacaqlar. 



Şeyx  Lütfüllah  Teysi:  Müqəddəs  bir  mahaldandır.  Şeyx 

İbrahim  Teysinin  nəticəsidir.  O,  əsrin  mötəbər  fazillərindən  və 

fəqihlərindən  olmuşdur,  Cəbəlamilin  şərafətli  Teys  [adlı]  yerində 

doğulmuşdur.  Gəncliyinin  əvvəllərində  səkkizinci  imamın  -  ona 

salam  və səna (dua) olsun  – ziyarətinə getmiş, uzun  müddət həmin 

mələklər  yuvasında  dövr  elmlərini  öyrənmişdir.  Fiqh  elmi* 

xüsusunda Mövlana Abdullah Şüştəri və müqəddəs Məşhədin başqa 

üləmalarından  mükəmməl  bəhrələnmiş  və  "feyzli  sərkar 

müdərrisləri"  zümrəsinə  daxil  olmuşdur.  Əlahəzrət  zilləllah  şahın 

vaxtında tədrisdən əlavə ona uca xadimlik**  mənsəbi də  verildi  və 

                                                           

212


 Beytin farscası: 

"Səhl başəd dər rəhe-fəqr-o fəna  

Gər rəsəd tən-ra təəb, can ra əna.  

Dərd rahat dan ço şod mətləb bozorg,  

Gərde-gəlle tutiyaye çeşme-gorg.  


293 

 

Şeyx  Lütfulla  mübarək  rövzənin  sərkan  oldu.  Özbəklərin  yürüşü 



(fetrət) vaxtı o tayfanın bəlasından qurtulub ali dərgaha gəlidi və bir 

müddət  Qəzvində  dərs  deməklə  məşğul  oldu,  sonra  ali  əmrə  əməl 

edib  İsfahan  darüssəltənəsinə  gəldi,  oradakı  mübarək  Nəqşi-cahan 

dövlətxanası  qarşısında  inşa  olunmuş  məsciddə  yaşadı.  O,  hazırda 

əhaliyə  imamət***  etməklə  yanaşı,  fiqh,  hədis,  taət  və  ibadətdən 

dərs deməkdədir və indi, sərkare xasseye-sərifənin vəqflərinə baxır. 

Namaz  iqaməsi  zamanı***  xeyli  adam  ona  fərizə*****  etməyi 

özlərinə vacib bilməkdədir.  



Şeyx  Həsən  Davud  Xadim  Astrabadi:  -  Müqəddəs  və 

münəvvər  [Məşhəd]  rövzəsinin  uca  məqamlı  xadimlər  (xoddam) 

silkinə  daxildir.  Onun  məşhur  (maced)  atası  cənnətməkan  şah 

dövründə  hörmət-izzətli  bir  şəxs  sayılır,  behişt  ayinli  məclisdə 

həqiqət  deyən  (sedq  bonyan)  dili  ilə  başqa  adamlardan  daha  çox 

həqiqətə  söykənən  moizələr  edirdi,  [amma]  ifrat  sərhədinədək 

mübaliğəyə  varırdı. Dünyəvi  meyillərdən (eğrar) uzaq olduğu üçün 

Cəm məqamlı həzrət cənnətməkan şah onun nəsihətlərini qəbul edir 

və  razılaşardı.  Məşhur  atası  olduqca  ibadətkar  (mottəqi)  və 

pəhrizkar  idi.  Özbək  yürüşü  zamanı  sağ-salamat  İraqa  gələrək  bir 

neçə il ali hümayun şahın itltifat kölgəsi altında gün keçirdi, əksər 

səfərlərdə  müqəddəs  məiyyətin  mülazimi  oldu.  Özbəklərin  dəfi  və 

Xorasanın  fəthi  vaxtı  şahanə  diqqətlərə  yetişib  ərş  məqamlı 

müqəddəs  rövzənin  başqa  xadimləri  üzərində  sərkeşik*  oldu. 

Hümayun  şahın  naibi  (niyabət)  kimi  xadimbaşılıq  (xadimbaşigəri) 

mənsəbinə layiq görüldü, mübarək zərihin** kilidi də ona verildi. O, 

gecə-gündüz başqa şahneyibi sifətilə keşikbaşıların keşiyini çəkirdi. 

Bu lətif səhifənin yazıldığı dövrdə o,  müqəddəs astanada rahətliklə 

ömr sürməkdəydi. 

Şeyx  Fəzlullah  Ərəb  –  Müqəddəs  Məşhədin  xeyirxah 

(soləha)  və  ibadətkar  (etteqa)  fəqihlərindən  idi,  feyzli  sərkarın 

yanında işləyirdi. İbadətkar və pəhrizkarlıqda özünü hamıdan üstün 

sayırdı.  Müqəddəs  Məşhədin  came  məscidində  imamət  və 

pişnamazlıq  etdiyi  üçün  çoxlu  adam  onun  etdiyi  hərəkətləri  təqlid 

edirdi  (eqteda).  O,  həqiqətən  də  buna  layiq  idi.  Özbəklərin  yürüşü 

zamanı  başqa  xeyirxah  və  ibadətkar  adamlarla  birlikdə  şəhadət 

dərəcəsinə  yetişdi.  [Şeyx  Fəzrullah  Ərəb]  cənnət  bargahlı  şahın 

vəfatı vaxtı pişnamaz idi. 

Əgər,  hadisələri  yazmaqda  olan  qələm  o  təbəqədən  olan 

məşhur  adamların  [hamısının]  adlarını  yazmağa  başlarsa,  sözün 


294 

 

uzanmasına səbəb olar, buna görə də bu bir neçə əziz adamın zikri 



ilə kifayətləndik. 

Mövlana Məhəmməd Əli Təbrizi - Mövlana  İnayətullahın 

oğludur.  Nəfsitox,  fəzilətli,  pəhrizkar,  olduqca  xoşrəftar  (xəliq)  və 

pakizə  adamdı.  Həzrət  cənnətməkan  şahın  dövründə  atası  Molla 

İnayət  uzun  müddət  Təbriz  darülsəltənəsinin  şeyxülislamı  və 

sərkare-xasseye-şərifənin  həlaliyyat  vəkili  idi.  Məşhur  atasının 

vəfatından  sonra,  bir  çox  dərəcələrə  yetişdi.  Təbrizə  yürüş  zamanı 

İraqa  gedib  Rey  vilayətində  qaldı,  elə  o  diyarda  da  axirət  səfərinə 

yollandı, üqba aləminə getdi. Allah rəhmət eləsin! 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin