AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Birinci Şah Təhmasibin qız övladlarının zikri



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə25/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   21   22   23   24   25   26   27   28   ...   96

Birinci Şah Təhmasibin qız övladlarının zikri: 

 

Həzrət cənnətməkan şahın hörmətli qızları səkkiz nəfərdir: 

Birinci  Gövhər  Sultan  bəyimdir  ki,  o,  mərhum  Bəhram 

Mirzənin  oğlu  Sultan  İbrahim  Mirzənin  arvadı  idi.  Mirzənin 

öldürülməsindən  sonra  bir  neçə  gün  ah-nalə  və  qəm-qüssə  etdi, 

natəvanlıq  yatağına  düşdü,  axırda  axirət  dünyasına  yollandı.  Bircə 

qızdan başqa övladı yox idi.   

İkincisi  Pərixan  xanımdır  ki,  Bəhram  Mirzənin  oğlu 

Bədiüzzaman Mirzənin nişanlısı idi. Amma, o, hələ ərə getməmişdi 

və  öz  böyük  atasının  yanında  çox  böyük  hörmət-izzətlə  yaşayırdı. 

Camaat çətin məsələlərin həllində yanına gəlib onu öz dərdlərindən 

həll  edirdi.  Ağıl  və  biliyin  çoxluğundan  əlahəzrət  şahın 

                                                           

189


 Şah Təhmasibin vəfatı vaxtı - Ş.F. 

190


 Şah Abbasın - Ş.F. 

191


 Şah Təhmasibin vəfatı vaxtına yaxın - Ş.F. 

 

 



262 

 

məsləhətçilərindən  idi.  Onun  haqqında  cənnətməkan  şahın 



xəstəliyinin  təsviri  zamanı  bir  qədər  danışıldı  və  bundan  sonra  da 

danışılacaqdır. Xülasə, Pərixan xanım cənnətməkan şahın vəfatından 

sonra  İsmayıl  Mirzənin  hakimiyyətə  gəlməsi  üçün  xeyli  çalışsa  da 

qədr-qiyməti  bilinmədi.  Onun  vaqiəsindən  sonra

192

  Sultan 



Məhəmməd  Mirzənin  xidmətində  arzu  olunmaz  bir  şəxs  oldu. 

[Tezliklə]  aradan  götürüldü  və  hadisənin  şərhi  bu  kitabda  öz 

vaxtında təfsilatla veriləcəkdir. 

Üçüncüsü, Biyəpəs  valisi Cəmşidxanın arvadı olan Xədicə 

Sultan  bəyimdir.  Cəmşid  xanın  əhvalatından  sonra  zilləllah  şahın 

vaxtında  mirmiran  Yəzdinin  oğlu  Şah  Nemətullaha  ərə  getdi  və 

indiyə kimi sağdır. [Onun] Cəmşid xandan iki oğlu vardı ki, hər ikisi 

cavan öldü. 

Dördüncüsü,  Zeynəb  bəyimdir  ki,  qorçiye-şəmşir  Şahəli 

bəy Şamlı onun lələsi idi. Hurixan xanım (yəni Zeynəb bəyim - Ş.F.) 

Gürcüstanın  əzəmətli  qadınlardan  idi.  İsmayıl  Mirzə  onu  Herat 

hakimliyinə  yolladığı  Durmuş  xan  Şamlının  nəvəsi  Əliquhı  xana 

nişanlanmışdısa  da,  amma  hələ  ərə  getməmişdi.  Olduqca  ağıllı  və 

dünyadakı  rəhmli  adam[ların  biri]dir.  Əlahəzrət  zilləllah  şahın 

vaxtında  ali  hərəmxananın  banusu  idi  və  həzrətin  yanında  böyük 

hörməti  vardı. Bu kitabın yazıldığı bu  vaxta kimi ali hərəmxanada 

izzət  və ehtiram sahibidir. O, xeyrat  və xeyirçilik işlərini icra edir. 

Ümidvaram ki, öz təbii ömrünü salamatlıqla keçirəcək. 

Beşinci  məqamı  yüksək  olan  ülyəcənab  xanım  [Şah 

Məhəmməd Xudabəndənin] doğma bacısı Məryəm Sultan bəyimdir. 

İsgəndər  şanlı  şah  Sultan  Məhəmmədin  zamanında  Biyəpiş 

Gilanının  valisi  Xan  Əhməd  Sultanla  izdivac  etdi.  Xan  Əhməd  bu 

dövlətə xəyanət edəndən sonra, necə ki, aşağıda yazılacaqdır, Ruma 

getdi.  Onun  Xan  Əhməddən  olan  şahzadə  oğlu  öz  atasının  yerinə 

[Gilana] getdi. O, əlahəzrət zilləllah şahın zamanında vəfat etdi. Qızı 

[isə] səltənətin ən hörmətli qadınlarındandır. 

Altıncısı,  Fatimə  Sultan  xanımdır  ki,  İsgəndər  şanh 

nəvvabın  zamanında  Əmir  xan  Mosullu  Türkmanla  izdivac  etdi, 

[lakin] az sonra onun evində öldü. 

Yeddinci,  Şəhrəbanu  bəyimdir  ki,  İsgəndər  şanlı  nəvvabın 

zamanında, cənnətməkan şahın bacısı oğlu Şahəli Mirzə Ustaclının 

                                                           

192

 Yəni II Şah İsmayılın ölümündən sonra - Ş.F. 



 

263 

 

oğlu  Salman  xanla  izdivac  etdi.  O  da,  az  sonra  onun  evində  öldü. 



[Şəhrəbanu  bəyim]  Cəmşid  xanın  arvadı  olan  Xədicə  boyimlə 

doğma bacı idi və Dağıstan hakiminin qızından doğulmuşdu. 

Səkkizinci,  İmamqulu  Mirzənin  doğma  bacısı  Xanış 

bəyimdir  ki,  mirmiranın  oğlu  Şah  Nemətullah  Yəzdi  ilə  izdivac 

etmişdi. Onun evində də vəfat etdi. Xanış bəyimin Səncər Mirzə adlı 

bir oğlu vardır. 

Cənnətməkan  şahın  doğma  qardaşı  Bəhram  Mirzənin 

oğlanları,  nəvələri  və  qızlarından  on  üç  nəfər  o  həzrət  (Şah 

Təhmasib - Ş.F.) vəfat edəndə sağ idi. 

[Bəhrəm Mirzənin] doğma oğlanları üç nəfərdir: 

Birincisi,  Sultan  Hüseyn  Mirzədir  ki,  cənnətməkan  şahın 

zamanında Qəndəhar və Zəmindavərin mirzəsi oldu. O, uzun illər o 

vilayətdə  əmisinin  fərmanı  ilə  müstəqil  hakim  olmuşdu.  İsmayıl 

Mirzənin  hakimiyyəti  zamanı  təbii  ölümlə  öldü.  Beş  oğlu  vardı: 

Atasının  vəfatı  vaxtı  on  səkkiz  yaşında  olan  Məhəmməd  Hüseyn 

Mirzə.  Atası  onu  Oğlanpaşa  bəyim  adlı  bacısı  ilə  orduya 

göndərmişdi.  O  cənnətməkan  şahın  xidmətində  duran  hörmətli 

doğma  şahzadələr  silkindən  idi.  İsmayıl  Mirzənin  hakimiyyəti 

zamanı  öldürüldü.  Mizəffər  Hüseyn  Mirzənin  on  beş  yaşı  vardı. 

İsgəndər  şanlı  nəvvabın  cülusu  zamanı  atasının  əvəzinə  Qəndəhar 

valisi  oldu.  Rüstəm  Mirzənin  on  iki  yaşı  vardı.  Göstərilən  vaxtda 

Zəmindavar  hökuməti  ona  verilmişdi.  Səncər  Mirzə  və  Əbu  Səid 

Mirzə  hər  ikisi  azyaşlı  idi.  Hər  dörd  qardaşın  tərcümeyi-halı 

İsgəndər  şanlı  nəvvabın  [və]  əlahəzrət  zilləllah  şahın  hakimiyyəti 

zamanındakı hadisələrin şərhində müfəssəl bəyan ediləcəkdir. 

Onun  yuxarıda  adı  çəkilən  bacısı  İsgəndər  şanlı  nəvvabın 

hakimiyyəti zamanı kamkar şahzadə Əbülqalib Sultan Həmzə Mirzə 

ilə izdivac  etdi. Mirzənin  vəfatından sonra əlahəzrət zilləllah şahın 

sarayındakı  hörmətli  xanımlar  silkindən  idi.  Bir  neçə  il  sonra  o 

həzrətin əziz hərəmlərindən oldu. 

Bəhram  Mirzənin  ikinci  oğlu  İbrahim  Mirzədir  ki,  anası 

Şirvan vilayətinin əyanlarından idi və o, cənnətməkan şahın damadı 

idi. O həzrətin vəfatı zamanı İbrahim Mirzə ali sarayda əzəmətli və 

yüksək  eşikağası  vəzifəsində  idi.  Qabiliyyəti,  istedadı,  ağlı  və 

idrakına  görə  alimiqdar  əmisinin  yanında  izzətli,  möhtərəm, 

əzəmətli, öz rəyi və məşvərəti olan bir adam idi. Aşağıda yazılacağı 

kimi,  İsmayıl  Mirzə  zamanında  şəhadət  şərbəti  içdi.  Onun 

cənnətməkan şahın qızından olan bir qızı dini elmlərlə  məşğul idi, 



264 

 

fəzilətli  və  dindar  adamdı.    O,  əlahəzrət  zilləllah  şahın  zamanında 



Şirazdan 

beytüllahül-həramın 

ziyafətinə 

getdi, 


Məkkeyi-

müəzzəmədə  əzəmətli  Dəştəki  seyidlərindən,  adlı-sanlı    fəzilət 

sahiblərindən  və  dövrün  dindarlarından  olan  Əmir  Nəsirəddin 

Hüseyn Şirazı ilə izdivac etdi və həmin əzəmətli şəhərdə qaldı.  

Üçüncü  oğlu  Bədiüz-zaman  Mirzədir  ki,  böyük  əmisinin 

fərmanı  ilə  Sistanda  Nimruz  vilayətinin  valisi  idi.  Onun  lələsi  və 

atalığı  Teymur xan  Ustaclı  idi. Bəhram  adlı azyaşlı bir oğlu  vardı. 

İsmayıl Mirzənin hakimiyyəti vaxtı Teymur xan bu şahm fərmanı ilə 

onların hər ikisini aradan götürdü.  

Bu tarix kitabının yazan şəxsin qələmi kamkar şahzadələrin 

sayı  barədə  imkan  daxilində  məlumat  verdiyi  üçün,  indi  də  vaxtı 

çatmışdır  ki,  xoş  sözlər  yazan  qələm  yüksək  qızılbaş  tayfasının 

möhtərəm, əzəmətli əmirləri, xanları və başqaları haqqında ki, onlar 

məhrusə məmləkətlərində hakimlik və dövlət işləri ilə məşğul idilər, 

sözlər yazsın və bəyan səhifəmiz o adamların zikri ilə bəzənsin. 

 

ALİMİQDAR XAN VƏ SULTANLARDAN OLAN,  

BƏZİLƏRİ ALİ SARAYDA VƏ BƏZİLƏRİ İSƏ  

AYRI-AYRI MƏMLƏKƏTLƏRDƏ YAŞAYAN  

ADLI-SANLI ƏMİRLƏRİN ZİKRİ 

 

Həzrət şahın vəfatı zamanı əmirlik rütbəsi ilə şərəflənən və 



əksəriyyəti  təbilə,  bayrağa  və  qoşuna  sahib  olan  əzəmətli  əmirlər, 

uca məqamlı xanlar və böyük-kiçik sultanların sayı ali divanda səbt 

olunan məlumatlara əsasən yüz on dörd nəfər olmuşdur. Hər təbəqə 

və  hər  oymaqdan  olan  ən  mötəbər  və  böyük  əmirlərin  bir  neçə 

nəfərinin  adları  bu  səhifədə  dərc  edilir.  Hamısı  barədə  məlumat 

verməyin heç bir faydası yoxdur. 

 

Şamlı tayfa əmirlərinin adlarının zikri: 

 

[Bu  tayfal  qızılbaş  tayfalarının  əzəmətlisi  kimi  yerinə, 



xidmətinə,  hüquq  və  igidliyinə  görə  başqa  tayfaların  hamısından 

öndə  duranıdır  və  başqa  oymaqların  ən  üstünüdür.  Cahanı  ələ 

keçirən xaqanın (yəni Şah İsmayılın  - Ş.F.)  hakimiyyəti zamanı  və 

bu  dövlət  və  xanədanın  yaranması  vaxtı,  [həmçinin]  həzrət 

cənnətməkan şahın taxta cülusunun əvvəllərində şamlı təbəqəsindən 

çıxan  böyük  əmirlər  və  alişan  xanlar  bunlardır:  Süleyman  şanlı 



265 

 

xaqan  Şah  İsmayıl  bahadır  xanın  lələsi  Hüseyn  bəy,  o  həzrətə 



qohum olmaqla şərəflənən Əbdi bəy, onun oğlu Durmuş xan, onun 

qardaşı Hüseyn xan ki, həzrət cənnətməkan şahın (Şah Təhmasibin - 

Ş.F.) bacısı oğlu idi, başqa oymaq əmirlərindən yüksəkdə duran uca 

vəzifəli və çoxlu tiyulları olan Zeynal xan, Ağzıvar xan və başqaları. 

Amma onların arasında təbil  və bayraq sahibi olanları beş nəfərdən 

çox deyildi ki, onların da on əzəmətlilərindən  müqəddəs Məşhədin 

hakimi, başqa əmirlərdən daha çox qoşun sahibi, şamlı mirzəbrinin 

əksərinin  onun  qoşununda  çalışdığı  Vəli  Xəlifə  Ovçudur.  Fulad 

Xəlifə  isə  Həmədan  vilayətinin  hakimi  idi.  Başqası  ilə  Astrabad 

hakimliyindən kənar edilən və sarayda yaşayan Süleyman Xəlifə idi. 

 

Ustaclı tayfa əmirlərinin adlarının zikri: 

 

[Bu  tayfanın  dal  ölkələr  alan  Süleyman  şanlı  xaqanın  və 

cənnətməkan  şahın  zamanında  Diyarbəkr  hakimi  Xan  Məhəmməd, 

onun        qardaşı  Qaraxan,  Qılıncxan,  Çayan  və  Köpək  Sultan, 

Müntəşa  Sultan,  Sədrəddin  xan,  Faruq  Sultan,  Abdulla  xan, 

Çuxursəd hakimi Şahqulu Sultan  və sair kimi böyük əmirləri vardı. 

Onların  hamısının  məhrusə  məmləkətlərində  ülkaları  olmuşdur. 

Həzrət cənnətməkan şahın taxta cülusunun əvvəllərində  Div Sultan 

Təkəlinin  valilik  təlaşı  və  inadına  görə,  həzrət  şahın  cülusunun 

təsviri  zamanı  yazıldığı  kimi,  qəzəblənən  ustaclı  əmirləri  bir  neçə 

müddət  Gilanda  yaşamışdılar,  amma  təkəlilərin  hakimiyyətinin 

bitməsindən  sonra  ustaclılar  təzədən  tam  etibar  qazandılar.  O 

həzrətin  vəfatı  zamanı,  o  tayfa  üzvlərinin  əksəriyyətinin  əmirlik 

rütbələri vardı və onlar təbil, bayraq, qoşun və böyük tiyullara sahib 

idilər. Ali sarayda onların ən əzəmətlisi Həsən bəy Yüzbaşının oğlu 

Hüseyn  bəy  idi.  O,  əmisi  Nəzər  Sultanın  yerinə  əmir  olmuşdu  və 

adlı-sanlı şahzadə Sultan Mustafa Mirzənin lələsi idi. Şahın yanında 

onun  böyük  qədir-qiyməti  vardı  və  məsləhət-məşvərətli  bir  şəxs 

kimi  mülki  işlərə  qanşırdı.  Yaxşı  qoşunu  olan  Hüseyn  bəy  bu 

qüdrətli  dövlət  adamlarından  idi.  Başqa  biri,  Teymur  xanın  oğlu 

Muradxan  Süfrəçidir  ki,  ali  sarayın  böyük  əmirlərindən  idi.  O, 

cənnətməkan  şahın  vəfatı  zamanı  Kəcur  qalasını  tutmağa  getdiyi 

üçün orduda deyildi. Başqası, Gilan əyalətlərindən kənar edilən  və 

ali  sarayın  əmirlərindən  olan  Allahqulu  Sultan  Kərampa

193

  idi. 


                                                           

193


 Mətndə səhvən "Kəracya" kimi getmişdir - Ş.F. 

266 

 

Başqası,  saray  əmirlərindən  olan  Piri  bəy  Qoçuludur.  Həzrət  şahın 



vəfatı  zamanı  özünün  iqtası  olan  Vəraminə  getmişdi.  Məhrusə 

məmləkətlərinin  əmirlərindən  Pirə  Məhəmməd  xan  Cavuşlu 

Biyəpişin  əmirülüərası  və  İmamqulu  Mirzənin  lələsi  idi.  O,  böyük 

əmirlərdən  və  qoşun  sahibi  idi.  Başqası,  Məhəmmədi  xan 

Toxmaqdır ki, Çuxur-Səd əmirülümərası idi, mötəbər böyük əmirlər 

[zümrəsinə  daxil]  idi,  qoşununun  böyüklüyünə  görə  başqalarından 

irəli  idi.    Həzrət  cənnətməkan  şahın  vəfatı  zamanı  elçi  sifəti  ilə 

Ruma  getmişdi.  O,  İsmayıl  Mirzə  dövründə  geri  qayıtdı.  Başqası, 

Herat  darüssəltənəsinin  hakimi  və  Xorasan  əmirülümərası  olan 

Şahqulu  Sultan  Yegandır.  O,  İran  hakimliyinə  çatan  kamkar, 

alimiqdar şahzadə Abbas bahadur xanın lələsi idi. İzzətli və məşhur 

adam idi. O, böyük əmirlərdən və qoşun sahibi idi. 

Başqası,  Heratda  yasaqçı  (yasaqkeş)  olan  Nəzər  Sultan 

Asayeşoğludur.  Onun  Lusuyə  və  Quryanda  ülkası  vardı.  Başqası, 

Sərəxs  hakimi  Şahqulu  Sultan  Yeganın  oğlu  İbrahim  Sultandır. 

Başqası,  ustaclıların  şərəfli  oymağından  olan  Xorasan  çərxçibaşısı 

Vəlixandır.  O,  Xəvafın  və  Baxərzin  hakimi  idi.  Başqası,  Xorasan 

əmirlərindən olan  və o  vaxtlarda  Tərşiz hakimi  vəzifəsində işləyən 

Mahmudxan  Sufioğludur.  Başqası,  Murad  xanın  atası  Teymur 

xandır  ki,  Sistan  hakimi  və  Bədiüzzaman  Mirzənin  lələsi  idi. 

Başqası,  Şüştər  və  Dizful  hakimi  və  mötəbər  əmir  olan  Əlqovs 

Sultan  Çavuşlu  idi.  Başqası,  mahifəqiyyəli  oymağından  olan 

Şahqulu  Sultan  Qarınçaoğludur.  O,  Tiflisdə  Davud  xan  Gürciyə 

kömək  etmək  və  onun  işlərini  yoluna  qoymağa  məmur  edilmişdi. 

Başqası, Xorasanda olan Keçəl Şahverdinin oğlu Mustafa Sultandır. 

Bütün  ustaclı  əmirlərinin  adlarını  [bu  səhifədə]  zikr 

olunmasının  elə  bir  faydası  yoxdur,  [buna  görə  də,]  zikr  olunan 

adlarla kifayətlənildi. 

 

Türkman tayfa əmirlərinin adlarının zikri: 

              

Onların  ən  əzəmətlisi  Gülabi  xanın  nəvəsi      Əmir  xan 

Mosulludur    ki,  sabiqdə  adı  çəkilən  Əmir  xan  onun  ulu  babasıdır. 

Həzrət  Süleyman  şanlı  xaqanın  zamanı  o,  qoşunla  cahanpənah 

[şah]ın  sarayına  gəldi,  Mərvdə  baş  vermiş  Şahi  bəy  Özbəklə  olan 

döyüşdə  çoxlu  igidlik  göstərdi.  Bir  neçə  dəfə  Xorasan 

əmirülümərası  və  həzrət  cənnətməkan  şahın  lələsi  oldu.  Əmir  xan 

mötəbər  və  şanlı  bir  əmir  idi.  Həzrət  cənnətməkan  şahın  öldüyü 


267 

 

əsnada Sistanda işdən çıxarıldı. Xorasan türbətində və ona tabe olan 



yerlərdə  Əmir  xanın  ülkası  vardı.  İsgəndər  şanlı  nəvvabın  taxta 

cülusu  vaxtı  o,  yenilməz  dövlət  adamlarından  idi.  Başqası, 

türkman[lar]ın böyük əmirlərindən olan  Şahqulu xan Pornakdır.  O, 

İsfahanda  idi.  İsmayıl  Mirzə  zamanı  Məşhəd  hakimi  və  Xorasanın 

yarısının əmirülümərası oldu. Başqası, Qum hakimi  Heydər Sultan 

Çabuq  Tərxandır  ki,  sarayın  böyük  əmirlərindən  idi.  Başqası, 

sarayın böyük əmirlərindən olan Yadigar Məhəmməd Tərxanın oğlu 

Əbülməsum Sultandır. 

 

Rumlu tayfası: 

 

O vaxtlarda onların ən əzəmətlisi Şirvan  əmirülümərası və 



mötəbər  əmirlərdən  olan  Marus  xan  idi.  Başqası,  ali  sarayda 

xəlifətül-xüləfa mənsəbi daşıyan Hüseynqulu Xüləfa idi. O, təbil və 

bayraq  sahibi  olan  əmirdi,  olduqca  mötəbər,  məsləhət  sahibi  olan 

adamdı.  Diyarbəkrdən  və  Rumun  hər  bir  tərəfindən  ali  saraya 

gəlməkdə  olan  sufi  tayfası  tamamilə  ona  tabe  idi.  Başqası,  Xoy 

hakimliyindən  gəlib  ali  sarayda  olan  Dəli  Budaqdır.  Başqası,  ali 

sarayda olan Qurban Sultandır. 

Zülqədər  tayfası:  Sarayda  onların  on  əzəmətlisi 

Məhəmmədqulu  Xəlifə  Qoroğlu  idi  ki,  yenilməz  dövlət 

adamlarındandı və səliqə-sahmanlı qoşunu vardı. Başqası, Astrabad 

hakimi  İbrahim  xan  Hacıların  əmisi  oğlu  Məhəmməd  Xəlifədir. 

Başqası, Şiraz darülmülkünün hakimi və nəvvab Sultan Məhəmməd 

Mirzənin  lələsi  Vəli  Sultan  Qılmançı-oğludur

194

.  Başqası,  Xorasan 



Camının hakimi  Tebet  ağadır.  Başqası, böyük əmirlərdən olan  Lar 

və Fars bəhrinin hakimi  Şahqulu Xəlifədir.  Başqası, İbrahim xanm 

oğlu Mənsur bəy Hacilər

195


 Xoyda idi. 

Əfşar  tayfası:  Sarayda  onların  ən  əzəmətlisi  böyük 

əmirlərindən olan Əmir Aslan Sultan Ərəşlidir. Onun böyük qoşunu 

vardı və o, Sultan Əhməd Mirzənin lələsi idi. Başqası, Xəlilxan idi 

ki,  o  da  şanlı  əmirlərdən  olub,  Kuhi-Giluyə  hakimi  idi.  Onun 

ixtiyarında  on  min  əfşar  ailəsi  vardır.  Başqası,  Savə  hakimi  olan 

böyük  əmir  Mahmud  Sultan  idi.  Başqası,  Yusifqulu  Sultandır  ki, 

                                                           

194


 "Qılmançıoğlu" yox, "Qalxançıoğlu" olmalıdır - Ş.F. 

195


 Mətndə "Haci" sözü düşmüşdür — Ş.F. 

 


268 

 

qardaşı Yaqub Sultanın yerinə Kirman hakimi olmuşdu. Amma, hələ 



də  ali  sarayda  idi  və  Kirmana  getmədi.  İsmayıl  Mirzə  zamanında 

qorçibaşı və dövlət adamlarından oldu. Başqası, Xəlil xanın qohumu 

İsgəndər xan idi. O, Hezarcəribdə yaşayırdı. İsgəndər şanlı nəvvabın 

zamanında  Kuhi-Giluyə hakimi oldu. Başqaçı, Xorasanın Fərah  və 

Esfezar  [şəhərlərin]  hakimi  Yegan  Sultan  idi  və  mötəbər  əmirdi. 

Başqası, Xorasanda olan Xosrov Sultan Koroglu idi. Başqası, başqa 

əfşar  əmirləri  idilər  ki,  onların  bir  neçə  nəfərinin  zikri  ilə 

kifayətlənildi. 

 

Qacar tayfa əmirlərinin adlarının zikri: 

 

Şahverdi Sultan Ziyadoğlunun oğlu   Yusif Xəlifə İbrahim   



Sultanın  əvəzinə  Qarabag  bəylərbəyisi  və    Sultan  Əli    Mirzənin  

lələsi  olmuşdu.  O,  amma  hələ  ali  sarayda  yaşayırdı.  Başqası, 

Damğan  və  Bəstam  hakimi  Əli  Xəlifə  Ağçalı  idi.  Başqası,  Yusif 

Xəlifənin  qardaşı  Süleyman  bəy  Ziyadoğlu  idi.  Süleyman  Sultan 

Şikəmoğlu  da  əmirlik  mərtəbəsinə  yüksəldi.  Başqası,  böyük  mir 

olan  (mire-bozorg)  Solaq  Hüseyn  idi  ki,  Gilanda  ülkası  vardı. 

Başqası, o təbəqənin böyük əmiri olan Ərdoğlu Xəlifə  idi. Gilanda 

onun  [da]  ülkası  vardı.  Məhəmməd  xan  Təkəlinin  qohumu  Vəli 

Sultan  Şərəfəddinoğlunun  Xorasanda  bir  az  ülkası  vardı.  O  tayfa 

Əllamənin  düşmən  çıxmasına  görə  nəzərdən  düşmüşdü.  İsmayıl 

Mirzə  təkəlilərin  nüfuzunun  artmasına  çalışdı  və  onlar  etibar 

qazandılar. 



Talış tayfası: O təbəqənin böyük əmiri olan  Bayandurxan 

Astrabadda  idi.  Başqası,  Həmzə  Sultan  ali  dərgahın  mötəbər 

əmirlərindəndi.  Başqası,  Hacı  Üveys  Sultan  mötəbər  əmir  idi. 

Başqası, Qaraxan – Şurəgil və Çuxur Səd Ələskerdinin

196

 hakimi idi. 



Başqaları, Əlpavut və İbrahim Xəlifənin Çuxur Sədə ülkaları vardı. 

Xunuslu tayfası: Hüseyn xan Sultan mötəbər əmir idi.  

Kürd 

tayfalar: 

Şərəf 


xan 

Rudəki 


Bitlis

197


 

əmirzadələrindəndi.  Həzrət  cənnətməkan  şahın  yanında  təlim-

tərbiyə  almışdı,  mötəbər  idi,  Gilan  Təngabonunun  hakimi  idi. 

Başqası, Xəlil Sultan Siyahmənsur - Nəhas və Səvərluq hakimi idi. 

                                                           

196


 Alaşkert - Ş.F. 

197


 Mətndə səhvən Tiblis kimi getmişdir - Ş.F. 

 


269 

 

Başqası,  Oğlan  Budaği  Çekəni  Xorasanda  Xəbuşanın  hakimi  idi, 



fars  əmirlərindəndi.  Başqası,  Qılınc  Xəlifə  Baruki  Çuxur  Səd 

əmirlərindən  idi.  Başqası,  Teymur  xan  Ərdəlan  Həsənabad  və 

Pələkan  hakimi  idi.  Şah  Rüstəm  Abbasi  və  qardaşı  Məhəmmədi  - 

hər  ikisi  Lurkuçekin  hakimi  idilər.  Cənnətməkan  şah  [bir]  ülkanı 

qardaşlar  arasında  böldü,  belə  ki,  Xavə  və  Eysər  -  Şah  Rüstəmə, 

Xürrəmabad  və  başqa  yerlər  Məhəmmədiyə  verildi.  Məhəmmədi 

[şaha]  xəyanət  etdi,  amma  Şah  Rüstəm  öz  bəndəlik  yolundan 

sapmadı, sadiq adam idi. 



Çekəni  tayfası:  Mahmud  Xəlifə  və  Məhəmməd  Sultan 

Cəlaloğlu  hər  ikisi  Qarabağda  Ziyadoğlunu  qoruyurdu.  Zunmər 

Sultan da Qarabağda idi.  

Cığatay tayfası: Gəraylı əmiri Mirzə Əli Xəlifə Xorasanda 

idi.  Mir  Hüseyn  Sultan  Firuzcəngin  oğlu  İbn  Hüseyn  müqəddəs 

Məşhədin  Bənadkanında  yaşayırdı,  sonralar  Sərəxs  hakimi  oldu. 

Məşhur  kutval  Hacı  Məhəmməd  Sultan  Xorasanda  Savə  və  ona 

mənsub yerlərin hakimi idi və əzəmətli seyidlərdəndi. 

Şeyxavənd  tayfası:  Məsum  bəy  Səfəvinin  oğlu  Sədrəddin 

ali  dərgah  əmirlərindən  idi  və  adlı-sanlı  şahzadə  Sultan  Hüseyn 

Mirzəyə  xidmət  edirdi.  Qardaşı  Seyid  bəy  əzəmətli  əmirlər  silkinə 

mənsub  idi  və  Astrabadın  hakimiydi.  Cənnətməkan  şahın  vəfatı 

ərəfəsində ondan dönmüşdü. Seyid bəy  Kəmunə kimi  məşhur olan 

Seyid Süleyman Nəcəfi-Əşrəfin seyid  və nəqiblərindən idi va Seyid 

Məhəmməd  Kəmunə  övladlarındandır  [Seyid  Məhəmməd 

Kəmunəo] Süleyman şanlı xaqının zamanında dövlətxahlıq edərək, 

əmirlər silkinə daxil oldu. O, Bağdad Hilləsinin hakimi idi. Çaldıran 

döyüşündə şəhid oldu. Seyid Süleyman cənnətməkan şahın etibarını 

qazanmışdı. Şah onu dərgahın  mötəbər əmirləri [silkinə daxil etdi] 

və o, mübarək möhürün möhrdarı oldu. 

Bunlardan  başqa,  ayrı-ayrı  ölkələrdə  hər  tayfa  və  hər 

təbəqənin  başqa  əmir  və  hakimləri  də  olmuşdur  ki,  onların  da 

təfsilatını verməyin faydası yoxdur. 

 

ƏZƏMƏTLİ YÜZBAŞILAR, QİYMƏTLİ  



QORÇİLƏR, EŞİKAĞASILAR VƏ YASOVULLAR 

 

Həzrət cənnətməkan şahın  vəfatı ərəfəsində dərgahda olan 



əzəmətli  yüzbaşılar,  vəzifə  sahibləri,  qorçilər  və  başqa  mülazimlər 

altı  min  nəfər  idilər.  O  cümlədən  min  beş  yüz  qorçi  min  beş  yüz 



270 

 

nəfər daş qorçiləri, yasovullar, bükavullar və başqalardan ibarət olan 



xidmətçilər.  Bu  yasovulların  mötəbər  qorçilərin,  eşikağasıların, 

qur


198

  və  divan  yasavul  paşalarının,  mirşikarların,  topçubaşıların 

arasında hər təbəqə  və hər tayfadan bir çox adam  vardı ki, əmirlik 

dərəcəsinə  yüksəldilər.  Əmirlik  rütbəsinə  çata  bilməyənlər  vardısa 

da,  amma  onlar  heç  də  əmirlərdən  əksik  deyildilər  və  hər  birinin 

imkanına görə əlli nəfərdən beş nəfərədək işə yararlı nökərləri [də] 

vardı.  Altı  min  nəfər  də  padşahın  xüsusi  mülazimi  vardı.  Onların 

mülazimi  və  nökərlərinin  [sayı]  ki,  səhih  hesablana  bildi

199



təxminən  iyirmi  min  nəfər,  bəlkə  də,  daha  çox  idi.  Onların 



igidliklərinə  gəlincə,  elə  qorçilər  vardı  ki,  əgər  hansı  bir  döyüşdə 

yüz  nəfər  şah  qorçisi  vardısa,  onlar  min  nəfərdən  ibarət  qoşuna 

bərabər döyüşürdülər. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin