Beyt
Mir Şəmsəddin Əli çıxmış Xorasandan elə
"Sanki, doğmuş gün Xorasandan " deyir əhli-İraq.
207
O uca sülalənin əlli tüməne-şahiye-İraqi məbləğində bütün
sərkarlıq vergiləri (motəvəccehat) kimi cənab mir və onun əzəmətli
övladı üçün qəti (məsəlləmi) olaraq soyurqal təyin olundu. İndi
Mirzə Mahmudə sülalə arasında əla münasibət vardır. [Mir
Şəmsəddin Əlinin] vəfatına yaxın vaxtlarda o həmin yerin izzət,
etibar, öncüllük və kəlantərlik taxtında əyləşdi.
Mir Məhəmməd Kəskən Səbzvarlıdır. O, həmin vilayətdə
əmlakı, çoxlu torpağı olmaqla başqalarından seçilirdi. Güclü fəhm
və fitrətə malik idi. Şairlər, nədimlər və fəhmli adamlarla yaxşı
davranırdı. Şer yazmaqda bacarığı və yüksək yeri vardı. Bəzən öz
şer dilini açırdı.
Onun bu beyti məşhurdur:
Beyt
Güllər gecə açmaqda hərəmxanə hağında,
Gülrüxlər edirlər belə təlim, həyadan.
208
Astrabad darülmömininin seyidləri: Astrabadın ali
dərgahda olan izzətə malik ali dərəcəli seyidlərinin bir hissəsinin
şərif adları yuxarıda çəkildi. Onlardan başqa Mir Həbibullah
Bərməki, Mir Qiyasəddin Şemşəki və "Padşah" kimi məşhur olan
Mir Hüseyn də vardır. Mir Hüseyn şahın mülazimi idi, qorçilər və
mülazimlər silkinə daxildi. Onların bəziləri müqəddəs Rezəviyyə
rövzəsində də çalışırdılar. Həmin seyidlərin bəziləri isə öz
vətənlərində yaşayırdılar. O cümlədən Mir Təqiəddin Məhəmməd
ibn Əminəddin Hüseyn rəhmətlik sədr Mir Cəlaləddinin oğlu [da]
Astrabad darülmömininində yaşayır və orada bir ağsaqqal kimi
207
Beytin farscası:
Əz Xorasan Mir Şəmsəddin Əli aməd berun,
Rast miguyəd İraqi "k-əz Xorasan aftab".
208
Beytin farscası:
Göl nimeşəb şekofte şəvəd dər hərime-bağ,
Təlime-golroxan behəya in qədr bəsəst.
286
həyat tərzi keçirirdi. Mir Cəmaləddinin xidmətlərinə maaş
cənnətməkan şah tərəfindən təyin edilmiş, sülalənin qırx tümən
məbləğində mal, torpaq sahəsi və əmlakı, onları soyurqal sifətilə
müəyyən olunmuşdu. Cənnətməkan şahın vəfatından sonra o
vilayətdə bir müddət müstəqil hakim olmadığından, orada o cənab
seyid hamıdan çox etibarlı və iqtidarlı oldu. Amma onun övladları
siyahpuşların dövründə qızılbaşların vəziyyətlərinin qarmaqarışıq
olduğu vaxtlarda bu sülalənin onlara verdiyi maaş, edilən hörmət və
xeyirxahlığı (ectenaat) müqabilində lazımi səviyyədə sədaqət və
dövlətxahlıq göstərmədilər.
Mir Zəyaəddin Fendereski: O da Astrabadın yüksək
dərəcəli seyidlərindən idi. Fenderesk əhalisinin qiymətli
nümayəndəsi olan [Mir Ziyaəddin] böyük və mötəbər seyid idi.
Çoxlu mənfəətli əmlakı və torpaq sahələri vardı. Üsyan və inqilab
günlərində ayağını ədəb ətəyində saxlayaraq üsyankar sərdarlara
qoşulmadı. O, Fenderskdə qalaraq, qarışıqlıq və üsyan məkanı olan
Astrabada çox az gedirdi. Həzrət zilləllah şahın hakimiyyəti zamanı
Xorasana yürüş vaxtı Bəstamda ehtişamı göyə ucalan orduya gəldi,
şahm xidmətinə girməklə şərəfləndi. Onun vəfatından sonra oğlu
Mirzə bəydən də dövlətxahlıq hərəkətləri görsəndi. O, şahın
mülazimi kimi vaxtının çoxunu şaha xidmətdə keçirir, behişt ayinli
məclislərdə həmişə iştirak edərdi. Mirzə bəy ona verilən soyurğal və
ənamların çoxluğuna görə özü ilə həmyaşar (oqran) olan
yoldaşlarından üstün idi. Əlahəzrətin o seyidə xüsusi şəfəqqəti vardı.
Təbrizin Əbdülvahabiyyə seyidləri: Əbdülvahabiyyənin ən
əzəmətli seyidlərinin əksəriyyəti Təbriz darüssəltənəsində yaşayırdı.
Hazırda, onların bəziləri Yəzddə, Kaşanda və İsfahanda ömür
sürürlər. Bu seyidlərin ulu babası Mir Əbdülvahab böyük və alişan
seyid idi, dövr sultanlarının diqqətinə yetmişdi. O Yusif Mirzə ihn
Həsən padşahın yanında da ehtiramlı idi. Onun övladından olan
Seyid Həsən bəy Yusif Mirzənin qızının nəslindən olduğu üçün
həzrət cənnətməkan şahın zamanında Təbrizin Sahibabadında
yerləşən və "Nəsriyyə" kimi məşhur olan "Həsən padşah" büqəsinin
tovliyyəti övladının çox hissəsi o sülaləyə aid idi və bu gün də onun
övladının əlindədir.
Həmin seyidlərin başqa biri Mir Nemətullahdır. O qədir-
qiymətli və pəhrizkar adam idi. Cahanşahiyyə sülaləsi
209
ilə
209
Cahanşah Qaraqoyunlunun nəslindən olanlar - Ş.F.
287
qohumluğu vardı. Rumiyyənin hücumu zamanı İraqa gəldi, bir
müddət Kaşanda səri işlər üzrə mütəsəddi* oldu, axır vaxtlarda
İsfahan qazisi vəzifəsində də işlədi. Vəzifədə
olduğu vaxt
tamahkarlıqdan uzaq oldu. Yaşı doxsanı ötmüşdü. Qardaşı Mir
Əbülqasim Təbriz darüssəltənəsinin qazisi idi. Ali dərəcəli seyidlər
və bərəkət mənbəyi olan nəqiblərin bəziləri haqqında imkan
daxilində yazıldı. İndi isə bu məqsəd səhifəsi həzrət cənnətməkan
şahın vəfatı zamanı sağ olan bəzi böyük şeyxlər, alimlər (üləma) və
fəzilətli (fazel) şəxslər haqqında bədaye sözlü qələmin köməyi ilə
yazılmağa başlayacaqdır. Sözü uzaltdığımıza (ətnab) görə bu pərişan
kəlmələri mütaliə edənlərdən tüzrxahlıq edirik.
QİYMƏTLİ ŞEYXLƏRİN, MƏŞHUR
ÜLƏMALARIN İZZƏTLİ VƏ EHTİRAMLI
FƏZİLƏT SAHİBLƏRİNİN ZİKRİ
O ali təbəqənin fəzl və bilik cəridəsinin başlanğıcı
müctəhidüs-sani, əsrinin və zəmanənin yeganəsi olan Şeyx
Əbdülaldır. O, mərhəmətpənah [olan] və müctəhidüz-zəmani
[adlanan] Şeyx Əbdülalinin sədaqətli oğludur. Məqul və mənqul
elmlər sahəsində* zəmanənin ömçülü, olduqca söhbətcil, gözəl
görünüşlü, əxlaqlı adam idi. Özünün müstəqil (fikri) istedadına görə
ali ictihad (müctəhidlik - Ş.F.) taxtına əyləşmişdi. Əsrin
üləmalarının əksəriyyəti ictihadı o cənabdan öyrənirdilər. O,
vaxtının çoxunu gözəl Kaşan məkanında keçirirdi, dərs verməklə və
ifadə elmi ilə (söz və onun mənaları haqqında elm)
210
məşğul
olurdu. Hamını hadisələri düzgün həll etməyə və öz aralarında əmin-
amanlıq yaratmağa dəvət edirdi. Özü şəxsən ayrı-ayrı yerlərdə aydın
(ğorra) şəriət ehkamlarının icra olunması üçün səfərlər edir, çətin
məsələləri öz yoluna qoyurdu. Ali dərgaha təşrif gətirdiyi zaman
cənnətməkan şah o cənaba böyük təzim və ehtiramla yanaşırdı. İstər
ali orduda, istərsə də Kaşanda əsrin üləma və alimlərinin müraciət
etdiyi adamlardan idi. Üləmanın əksəriyyəti üsul və firuda** onun
dediklərinə əməl edirdi. O cənabın ictihadları əksər üləmalar
tərəfindən təsdiqlənirdi. O həqiqətən də öz mələk sifətli zatına və
müsbət xüsusiyyətlərinə görə o vaxtlarda İranın və cahan
adamlarının bəzəyi idi.
210
Bax: D-r M.Moin. Göst. lüğət, c.I. səh. 310.
288
Şeyx Əli Mənşar: O, fəzilətli ərəb, fəqih və mərhum
müctəhid Şeyx Əli Əbdülalinin rəşadətli şagidlərindəndi. Şəri
məsələlərdə dedikləri mötəbər və əsaslı idi. Şəri və ürfi işlərin
nizamlanmasında düzgün rəyə gəlir və başqalarından seçilirdi.
Həzrət cənnətməkan şahın diqqət işığı onun üzərinə düşmüş, başqa
məmləkətlərdən ən əzəmətlisi və məşhuru olan İsfahan darüs
səltənəsinin şeyxülislamı və həlaliyyət vəkili olmuşdu. O, bu işlərdə
tam müstəqil idi, o diyarın dini və dünyəvi məsələlərinin
tənzimlənməsində və zülmkarlığın qarşısının alınmasında zəhməti
böyükdü.
Mövlana Abdullah Şüştəri: Şüştər darülmülkündə
doğulmuşdur. Uşaqlıq vaxtı bir müddət fəzlpərvər suyu və havası
olan Şirazda dövrün məqul elmlərini öyrənməklə keçirmişdi.
Məqsədi məqul elmləri [mükəmməl] bilmək olduğu üçün Ərəbistana
səfərə yollamış, o diyarın bir çox fəzilət sahibləri və alimləri,
xüsusən Cəbəlamil fəqihləri ilə söhbətlər etmiş, şəriət və irşad
üsullarını öyrənməklə ali dərəcə almışdı. Oradan ali orduya gələrək,
cənnətməkan şahla görüşdən sonra müqəddəs Məşhəddə yaşamış,
həzrət imaməl-çinn-və-n-nasın (imam Rzanın - Ş.F.) rövzəsində
mücavir olmuşdur. Bir müddət o şərafətli məkanda elmlərin ifadəsi,
əhalinin hidayəti və irşadı, xəlqüllah məzhəbinin rəvaçı ilə məşğul
olmuş və agahlıq yoluna çıxmışdı. Xülasə, onun bütün hərəkətləri
böyük-kiçik tərəfindən bəyənilirdi. Həzrət zülləllah şahın səadətli
cülusu vaxtı müqəddəs Məşhəddə o həzrətin əziz nasehi (nəsihətçisi
– Ş.F.) olmuş, həmişə şahanə mərhəmətə yetişmişdi. Bu iqbal
kitabının ikinci səhifəsində yazılacağı kimi, hicri tarixlə doqquz yüz
doxsan yeddinci ildə
211
(miladi 1588/89) - həmin müqəddəs büqənin
özbəklərin əlinə düşdüyü ildə, özbəklər cənab mövlananı tutub
Mavərənnəhrə apardılar. Orada onunla o vilayətin üləmaları
arasında mübahisələr və görüşlər başlandı. Əhli-beytin tərəfdarı
oduğunu gizlədib (təqiyye), özünü şofei* kimi göstərsə də,
Mavərənnəhrin böyükləri və həzrət hənəfi** (məzhəbinin)
fəəssübkeş adamları onun qətlinə iqlam etdilər, o səadət arzulayan
və xeyirxah adamı uca şəhadət dərəcəsinə çatdırdılar. Bununla
kifayətlənməyən özbəklər onun şərafətli cəsədinə Buxara
meydanında ədalətsizlik odu vurdular. Ona rəhmət olsun!
211
Mətndə səhvən 897-ci il yazılmışdır - Ş.F.
289
Mövlana Mirzəcan Şirazi: Alim fazil üləmalardan bilikli,
biliklilərdən isə fəzilətli [adam idi]. Şiraz darülmülkündə tam
imtiyaz sahibi idi. Elmləri şəxsən ülləmatül-üləmayi olan Mövlana
Cəlaləddin Dəvvaninin şagirdi olmuş Xacə Kəmaləddin Mahmud
Şirazidən öyrənərək böyük irəliləyişə nail oldu. Məqul elmləri
bilirdi. Həzrət cənnətməkan şahın zamanında şərafətli Şirazda tədris
taxtında əyləşmişdi. Həmin gözəl məkana elm öyrənmək məqsədilə
təşrif gətirən tələbələrin əksəriyyəti onun dərs dediyi hövzəyə
gələrək əqli (əqilə) elmləri öyrənirdi. Onun əksər şagirdi elmi bilik
mərtəbəsinə yüksələrək dərs demək qabiliyyətinə malik oldu.
Hekəmiyyat sahəsində ali kitabları vardı və özündən əvvəlki
müəlliflərin əsərlərinə dəqiq şəhrlər yazmışdır. İsmayıl Mirzənin
zamanında ali orduya gəldi. Ali dərgah üləmaları onun sünni
olduğunu güman etmişdilər. O, İsmayıl Mirzənin ona şəfqəti olduğu
üçün bu gümana məhəl qoymadı. İsmayıl Mirzənin vəfatından sonra
elə bu səbəbdən də İranda qala bilməyib, Mavərənnəhrə və
Hindistana getdi. O, elə həmin vilayətdə də (Hindistanda - Ş.F.)
vəfat etdi, abad əbəm dünyasında özünə yer tutdu.
Xacə Əfzələddin Türkə: Adı Məhəmməddir. İsfahan
darüssəltənəsinin türkə qaziləri nəslindən idi. Cavanlığında əqliyyə
və nəqliyyə elmlərini öyrənməyə başlayaraq böyük tərəqqiyə nail
oldu və İsfanadan səadət nişanlı orduya getdi. [Orada] cənnətməkan
şahın şəfqətini qazandı. O, bəzən Mir Əlaülmülk Mərəşlə birlikdə
"qaziye-əsgəre-zəfərəsər" vəzifəsini icra etdi. [Həmçinin] ali orduda
tədrislə də məşğul oldu. Şagirdləri [Xacə Əfzələddin Türkənin]
məclisində onun mübahisə və bəyanlarından feyz alırdılar. İsmayıl
Mirzənin zamanında başqa üləmalardan fərqli olaraq izzətə və
ehtirama layiq görülmüşdü, vaxtının çoxunu şahın məclisində
keçirirdi. İsmayıl Mirzənin vəfatından sonra İsfahana gedərək,
həmişə türkə sülaləsinə mənsub olan qazilik işinə başladı.
Hakimlərin və türklərin (ətrak) onunla yola getməməsi səbəbindən
bu peşədən əl çəkib dərs demək və müqəddəs Rezəviyyə rövzəsində
işləməklə məşğul olaraq müqəddəs Məşhəddə bu gözəl vəzifəsini
yerinə yetirdi. Doqquz yüz doxsan birinci ilə müvafiq olan qoyun
ilində (miladi 1583/84) İsgəndər şanlı nəvvab və aləm şahzadəsi
Sultan Həmzə Mirzə Xorasan yürüşündən qayıtdıqda o, müqəddəs
Məşhəddən İraqa gəlib, Rey vilayətində öz həyat səhifəsini mütaliə
etməkdən qaldı və axirət dünyasına köçdü.
290
Əsrin yeganəsi və dünyanın vahid alimi olan Şeyx
Bəhaəddin Məhəmməd*. Mərhum Əddülsəmədin sadiq övladıdır. O,
(Əbdülsəməd - Ş.F.) Cəbəlamilin əzəmətli şeyxlərindən idi və bütün
elmlərdə, xüsusilə fiqh, təfsir, hadisə və ərəbiyyətdə fazil və elmli
adamdı. Gəncliyi şəhide-sani (ikinci şəhid) və diri adamların ən
məşhuru (zobde) olan mərhum Şeyx Zeynəddinlə - Allah rəhmət
eləsin - söhbətdə, hədis və rical [elminin] təshih olunmasında,
ictihad müqəddimatını öyrənməkdə və biri digərindən kamal kəsb
etməkdə keçdi. Cənab şeyx şiə olması səbəbindən rumilər tərəfindən
şəhadətə yetdikdən sonra, Bəhaddin vətənindən [çıxıb] əcəm [diyari]
tərəfə gəldi, behiştayin şahın təmtəraqlı məclislərində iştirak etmək
izzətinə yetişdi və cürbəcür inayətlərə çatdı. Fəqahət və ictihadı
biməklə dövrünün üləmalarından üstün oldu. O üləmalar arasında
ixtilafa səbəb olan və uzun müddət icra olunmayan cümə namazının
yenidən icra olunmasının şərtləri üçün böyük səy etdi, mömünlərin
böyük bir hissəsi ilə bu işin yerinə yetirilməsinə başladı. Uzun
müddət Xorasan naibliyində şeyxülislam, şəriyyat və dövlət
təsəddisi vəzifələrində, ümumiyyətlə isə darüssəltnədə xidmətini
yerinə yetirir, həmin ürəkaçan məkanda aydın, ifadəli (ğorra)
şəriətin rəvaçı və xeyriyyə binalarının qaydaya salınması (tənsiq)
üçün çalışırdı. O, dini elmlərin ifadəsi, yəqiniyyə maarifinin
genişlənməsi, risalə və kitab yazmaqla məşğul olur, [bir sıra]
çətinliklərin həllinə çalışırdı. Həcc beytüllahül -həramına getdikdən
və insanların ən xeyirlisinin (Məhəmməd peyğəmbərin - Ş.F.),
həmçinin yüksək məqamlı imanıların - onlara Allahın salamı olsun -
müqəddəs məzarlarının ziyarətindən sonra orada iqamət etdi. O,
vaxtını həmin yerin üləmaları ilə keçirirdi və elə orada dahəyat
kitabxanəsinin büsat vərəqlərini örtüb, bəqa aləmi kitabının
mütaliəsinə başladı. Cahanı öz şərafətli vücudu ilə bəzəyən onun
sadiq xələfi kiçik yaşlarında öz anası ilə birlikdə əcəm vilayətinə
gəlib, ciddi-cəhd ilə atasının irsinin toplanması, elm və bilik
öyrənməklə məşğul oldu. O, atasının təfsir, hədis, ərəbiyyət, fiqh və
bunlar kimi başqa əsərlərinin mütaliəsi və ona irsən keçmiş
qabiliyyət sayəsində kamal mərtəbəsinə yüksəldi, Mövlana Abdulla
Müdərris Yəzdi ilə olan söhbətlərindən hikmət və başqa məqul
elmləri öyrəndi. Riyaziyyatı Molla Əli Müzəhhibdən və feyzli
sərkar
Mövlana Əfzəl Qayini Müdərrisdən
və başqa
riyaziyyatçılardan mənimsədi. Tibb və hüquqşünaslıq elmlərini isə
o, zəmanəsinin Boqratı adlanan Həkim İmadəddin Mahmud
291
vasitəsilə ki, bu barədə "Ətobba" ("Təbiblər") bəhsində yazılacaqdır,
öyrənmiş və [buna görə də] ondan tam bəhrələnə bilmişdi. Az
zaman içində o cənab məqul və mənqul elmlərdə bərk tərəqqi etdi
və hər fənn üzrə əsrin fəzilət sahiblərindən üstün oldu, yazdığı
əsərlər etibarlı (zi etibar) üləmaların diqqətini cəlb etdi. Onun
Qurani-məcidin təfsirinə həsr etdiyi "Ürvətül-vəsəqa", [həmçinin]
səhiyyə, hüsn, müvəssəq (?) və hər bir hədisin şərhinə aid "Həblül-
mətin", [həmçinin] "Məşriqüş-şəmseyn", ehkam ayələrinin və
səhiyyənin təfsiri, "Haşiyeye-təfsire-Qazi", "Haşiyeyi-qəvaede-
şəhidi", "Kitabe-hədayeqül-salehin", "Dər şərhe-səhifeye-kamele",
"Ketabe-eynül-həyat
fi təfsirül-ayat", "Ketabe-çehel hədis",
"Şərhüş-şərhe Çəhmini dər heyət", "Haşiyeye-şərhe-moxtəsəre-osul
və haşiyeye motul", "Risaleye-təsrihül-oflak dər hey'ət",
"Risaleye-xülasətül-hesab", "Risaleye-səhife dər üstürlab və
əsnaəşəriyyat", "Ərbəeye - təharət və sovm-o səlavat və Həcc",
"Ketabe zübdətül-üsul" və "Miftahül-fəllah dər təvafuqe-mərayez və
sonən" və bu səhifənin təhrir olunduğu hicri tarixlə min iyirmi
beşinci (miladi 1616/17) ilə bərabər olan tarixə qədər bitirdiyi, bir
neçə başqa risalə və kitabı vardır. Onun ali əmrlə yazmağa başladığı
amma hələlik tamamlanmamış "Cameyi-Abbasi" kitabı əsasən dini
elmlər barəsindədir ki, əcəm xalqı ondan bəhrələnəcəkdir. Xülasə, o
cənab Şeyx Əli Mənşarın vəfatından sonra şeyxülislamlıq
mənsəbinin sahibi, həlaliyyət vəkaləti, İsfahan darüssəltənəsinin
şəriyyat təsəddisi kimi işlərdə çalışıb bir neçə müddət fəaliyyət
göstərdi. Nəhayət, Həcc beytüllahi-həramına ziyarət etmək həvəsinə
düşərək, çalışdığı vəzifələrdən ayrılıb həmin xeyirli səfərə yollandı.
O, bu səadətə nail olduqdan sonra fəqirlik və dərvişliklə həyat
keçirməyə başladı, dərviş libası geyib səfərə çıxdı. Uzun müddət
İraq-Ərəbdə, Şamda, Misirdə, Hicazda və Beytül-müqəddəsdə
yaşadı. Səyahət etdiyi vaxtlarda bir çox sufi üləmaları və
rəhbərlərinin, əhlüllah silkinə mənsub adamların həmçinin
guşənişinlərin fikirlərini öyrənib, onların feyzbəxş söhbətlərindən
bəhrəmənd oldu. Onların maddi və mənəvi bütün kamilliklərinə
(camce-kəmalat) yiyələnə bildi. O, hal-hazırda zahiri və batini
elmlərdə dövrünün ən bilikli alimi kimi, üləma və fazil adamlar
arasında ali rütbəyə malikdir. Əlahəzrət şah da o səadət nişanlı
vaxtdan etibarən dövranın yeganəsi olan o şəxsə (Şeyx Bəhaəddin
Məhəmmədin oğluna - Ş.F.) ehtiram edir və o, həmişə şahın
məiyyətindədir. Səfərlərin əksəriyyətinə şah onu özü ilə aparır, onun
292
feyzbəxş söhbətlərindən sevinir. Baxmayaraq ki, şer və şairlik o
cənabın ali mərtəbələrindən aşağıda durur, amma böyük söz demək
zövqünə malik adamdır. O cənabın ərəb və fars dillərində gözəl
şerləri, rəngin mənalı sözləri, şirin kəlamları dillər əzbəridir.
Xüsusilə Rum mollası (Mövlana Cəlaləddin Rumi - Ş.F.) üslubunda
"Ğorər və dorər" adlı məsnəvilər nəzmə çəkmişdir ki, bu beyt o
cümlədəndir:
Beyt
Din yolunda can əgər lərzan olur,
Ol zaman fəqrü fəna asan olur.
Dərd asandır mətləb-olsa gər uca,
Köç tozu-qurdun gözündə tutuya.
212
Onun rəngarəng kəlam, bəlağətli ibarə, məlahətli şerlər, hər
fənn üzrə bəhslər, hər cür lətif hekayətlərindən ibarət "kəşkül" adlı
yeddi cilddən ibarət məcmuə tərtib olunmuşdur. Xülasə, o elə
dalğalı bəhrdir ki, mənfəəti hər yana çatır. Hal-hazırda əsrin
yeganəsi olan o şəxsin şərafətli vücudu cahanın cənnət bağlarının
bəzəyi və İran mülkünün təravətidir. Dövrün bir çox elm və fəzl
öyrənməyə cəhd edən şəxsləri onun yanına gedib ondan məna
öyrənirlər. Ümid edirəm ki, o təbii bir ömür yaşayacaqdır, adamlar
onun fəzilət və sözlərindən bəhrələnməkdə olacaqlar.
Şeyx Lütfüllah Teysi: Müqəddəs bir mahaldandır. Şeyx
İbrahim Teysinin nəticəsidir. O, əsrin mötəbər fazillərindən və
fəqihlərindən olmuşdur, Cəbəlamilin şərafətli Teys [adlı] yerində
doğulmuşdur. Gəncliyinin əvvəllərində səkkizinci imamın - ona
salam və səna (dua) olsun – ziyarətinə getmiş, uzun müddət həmin
mələklər yuvasında dövr elmlərini öyrənmişdir. Fiqh elmi*
xüsusunda Mövlana Abdullah Şüştəri və müqəddəs Məşhədin başqa
üləmalarından mükəmməl bəhrələnmiş və "feyzli sərkar
müdərrisləri" zümrəsinə daxil olmuşdur. Əlahəzrət zilləllah şahın
vaxtında tədrisdən əlavə ona uca xadimlik** mənsəbi də verildi və
212
Beytin farscası:
"Səhl başəd dər rəhe-fəqr-o fəna
Gər rəsəd tən-ra təəb, can ra əna.
Dərd rahat dan ço şod mətləb bozorg,
Gərde-gəlle tutiyaye çeşme-gorg.
293
Şeyx Lütfulla mübarək rövzənin sərkan oldu. Özbəklərin yürüşü
(fetrət) vaxtı o tayfanın bəlasından qurtulub ali dərgaha gəlidi və bir
müddət Qəzvində dərs deməklə məşğul oldu, sonra ali əmrə əməl
edib İsfahan darüssəltənəsinə gəldi, oradakı mübarək Nəqşi-cahan
dövlətxanası qarşısında inşa olunmuş məsciddə yaşadı. O, hazırda
əhaliyə imamət*** etməklə yanaşı, fiqh, hədis, taət və ibadətdən
dərs deməkdədir və indi, sərkare xasseye-sərifənin vəqflərinə baxır.
Namaz iqaməsi zamanı*** xeyli adam ona fərizə***** etməyi
özlərinə vacib bilməkdədir.
Şeyx Həsən Davud Xadim Astrabadi: - Müqəddəs və
münəvvər [Məşhəd] rövzəsinin uca məqamlı xadimlər (xoddam)
silkinə daxildir. Onun məşhur (maced) atası cənnətməkan şah
dövründə hörmət-izzətli bir şəxs sayılır, behişt ayinli məclisdə
həqiqət deyən (sedq bonyan) dili ilə başqa adamlardan daha çox
həqiqətə söykənən moizələr edirdi, [amma] ifrat sərhədinədək
mübaliğəyə varırdı. Dünyəvi meyillərdən (eğrar) uzaq olduğu üçün
Cəm məqamlı həzrət cənnətməkan şah onun nəsihətlərini qəbul edir
və razılaşardı. Məşhur atası olduqca ibadətkar (mottəqi) və
pəhrizkar idi. Özbək yürüşü zamanı sağ-salamat İraqa gələrək bir
neçə il ali hümayun şahın itltifat kölgəsi altında gün keçirdi, əksər
səfərlərdə müqəddəs məiyyətin mülazimi oldu. Özbəklərin dəfi və
Xorasanın fəthi vaxtı şahanə diqqətlərə yetişib ərş məqamlı
müqəddəs rövzənin başqa xadimləri üzərində sərkeşik* oldu.
Hümayun şahın naibi (niyabət) kimi xadimbaşılıq (xadimbaşigəri)
mənsəbinə layiq görüldü, mübarək zərihin** kilidi də ona verildi. O,
gecə-gündüz başqa şahneyibi sifətilə keşikbaşıların keşiyini çəkirdi.
Bu lətif səhifənin yazıldığı dövrdə o, müqəddəs astanada rahətliklə
ömr sürməkdəydi.
Şeyx Fəzlullah Ərəb – Müqəddəs Məşhədin xeyirxah
(soləha) və ibadətkar (etteqa) fəqihlərindən idi, feyzli sərkarın
yanında işləyirdi. İbadətkar və pəhrizkarlıqda özünü hamıdan üstün
sayırdı. Müqəddəs Məşhədin came məscidində imamət və
pişnamazlıq etdiyi üçün çoxlu adam onun etdiyi hərəkətləri təqlid
edirdi (eqteda). O, həqiqətən də buna layiq idi. Özbəklərin yürüşü
zamanı başqa xeyirxah və ibadətkar adamlarla birlikdə şəhadət
dərəcəsinə yetişdi. [Şeyx Fəzrullah Ərəb] cənnət bargahlı şahın
vəfatı vaxtı pişnamaz idi.
Əgər, hadisələri yazmaqda olan qələm o təbəqədən olan
məşhur adamların [hamısının] adlarını yazmağa başlarsa, sözün
294
uzanmasına səbəb olar, buna görə də bu bir neçə əziz adamın zikri
ilə kifayətləndik.
Mövlana Məhəmməd Əli Təbrizi - Mövlana İnayətullahın
oğludur. Nəfsitox, fəzilətli, pəhrizkar, olduqca xoşrəftar (xəliq) və
pakizə adamdı. Həzrət cənnətməkan şahın dövründə atası Molla
İnayət uzun müddət Təbriz darülsəltənəsinin şeyxülislamı və
sərkare-xasseye-şərifənin həlaliyyat vəkili idi. Məşhur atasının
vəfatından sonra, bir çox dərəcələrə yetişdi. Təbrizə yürüş zamanı
İraqa gedib Rey vilayətində qaldı, elə o diyarda da axirət səfərinə
yollandı, üqba aləminə getdi. Allah rəhmət eləsin!
Dostları ilə paylaş: |