O DÖVRDƏ ZAMANIN YEGANƏLƏRİ OLAN
XOŞNEVİSLƏRİN (XƏTTATLARIN - Ş.F.) ZİKRİ
O dövrün başqa ustadlarının xətləri üzərindən ləğv qələmi
çəkən bir çox nəstəliq yazan xoşnevislər zümrəsi vardı ki, onlar
şahın cahanı tərk etdiyi vaxt özləri də bu fani dünyadan
köçmüşdülər. O cümlədən Mövlana Əbdi Nişaburi, Mövlana
Şahməhəmməd Zərrinqələm, Mövlana Dust Herati, Ustad Behzadın
bacısı oğlu Mövlana Rüstəməli, Mənsur Hafiz Babaxan Türbəti və
Mövlana Malik Deyləmi Qəzvini dövranın məşhur şəxsləri və əsrin
xoşnevisləri idilər. Elə buna görə də biz sağ olanlardan bəhs etməklə
kifayətlənəcəyik.
Xoşnevislərin sağ qalanları aşağıdakılardır: Birinci,
Herat, Xorasan və İraq əhalisinin fikrincə Mövlana Mahmud İshaq
Siyavuşanidir.
İkinci xoşnevis isə birinci ilə birgə Mövlana Mirəlinin
şagirdi olmuş Mir Seyid Əhməd Məşhədidir. O dövrdə heç kim
nəstəliqi yuxarıda adı çəkilən Mövlana Mahmud kimi incə yazmağı
bacarmırdı, amma Herat əhli onun xəttinin Mir Seyid Əhmədin
xəttindən üstün olduğu fikrindədir. Məqsədləri Mövlana Mir Əlini
özlərinin bu fikrinə şahid etmək olmuşdur.
Şer
Xacə Mahmud gərçi bir müddət
Bu fəqirin olubdu şagirdi.
"Təqsiri yox, dedilər, birzərrə",
Gərçi yoxdu onun də təqsiri.
Yaxşı-pis hər nə yazsa da, amma
Sahibi zənn eləyir mənfəqiri.
225
225
Şerin farscası:
311
Deyirlər ki, Xacə Mahmud bu qitəni eşidib dedi: "Mövlana
yaxşı-pisi (nik-o bəd) dedikdə səhv işlədib. Mən bütün yazdıqlarımı
ona aid edirəm. Doğrudur onun yazdıqlarında gözəllik və zəriflik
var, amma yazdıqları olduqca biədəb tərzdədir". Məşhəd əhli isə Mir
Seyid Əhmədi ondan üstün tutur. Doğurdan da, cənab mirzə tayı-
bərabəri olmayan xoşnevis və misilsiz bir qitənevisdir. Onun söhbəti
Xorasanda, İraqda və hər yerdə yayılmışdı. Xəttatların hamısı
üstünlüyü onun xəttinə verirlər. Həqiqətən də, o, bu peşədə
yeganədir və öz həməsrlərindən üstündür. Xətti ən gözəl xətt kimi
qəbul olunurdu. Onun yazdığı qitələri isə dünyanın hər yerinə,
xüsusilə Hindistana və Mavərənnəhrə aparırdılar. Onun çox şagirdi
olubdur və ondan çox şey öyrəniblər. Amma son vaxtlarda zəiflədi
və elə yazmağa başladı ki, sənət əhli tərəfindən bəyənilmədi.
Başqa
nəstəliqnevislərdən
biri
də
Mövlana
Məhəmmədhüseyn Təbrizidir. O, Mövlana İnayətullahın oğludur.
Yuxarıda "alimlər zümrəsi" hissəsində haqqında danışdığımız
Mövlana Məhəmmədəli İraq və Azərbaycan xoşnevislərinin
yazdıqları, lakin Xorasan xoşnevisləri tərəfindən bəyənilməyən
nəstəliq xətti sahəsində yaxşı inkişaf etmişdi və bişmiş qələmə sahib
olan bir şəxs idi. Onun qələmindən çıxan yazılar qüsursuzdu, səhv
və düzəlişlərdən xali idi. Elə inkişafdaydı ki, əgər əcəli aman
versəydi, bizim ustadların yazılarının üstündən cızıq çəkərdi. Cavan
vaxtında onun həyat qələmi ömür səhifəsini qaraladı. Hal-hazırda
onun yazılarından hansı birisə kiminsə əlində görünürsə, əl-əl
gəzməkdədir və xətt həvəskarları onun xəttiylə yazılmış vərəqləri
bir-birinin əllərindən qapırlar.
Mir Müəzzi Kaşi - O vaxtlarda xoşnevislik iddiasında idi
və yaxşı xətti vardı. Kitab yazmazdı, amma qitənevislik edərdi.
Amma Kaşan və İraq camaatının ona göstərdikləri böyük etiqad
gerçək deyildi. Yuxarıda adları çəkilən Xorasan xoşnevisləri ondan
üstün idilər.
"Xacə Mahmud gərce yek çəndi
Bud şagerde-in fəqire-həqir,
Dər həqe-u nərəft təqsiri,
Gərçe u həm nəmikonəd təqsir.
Hərçe xod minevisəd əz bəd-o nik,
Mikonəd comle-ra bename-fəqir".
Qeyd: İskəndər bəy Münşi "bu fəqir, mən fəqir" dedikdə özünü nəzərdə tutur - Ş.F.
312
Mövlana Babaşah İsfahani - İraq nəstəliqnevislərindəndi.
Məktub yazmaqda (kitabət) bütün cahanda məşhurdu. Həqiqətən də
onun kimi yaxşı katib (kitab üzü köçürən - Ş.F.) İraqda yoxdu. O
zaman elə mahir adam heç Xorasanda da yoxdu. Vaxtını kitabətə
həsr edir, dolanışığını yazı yazmaqla təmin edirdi. Böyüklər və
əyanlar onun xəttinə maraq göstərir və ona etiramlar edirdilər. Onun
kitabəti İraq camaatında çox olsa da, hal-hazırda az tapılır, çünki
əksəriyyətini müxtəlif yerlərə aparıb baha qiymətə satmışlar.
Mir Sədrəddin Məhəmməd - Dövrün xoşnevislərindən olan
nəstəliqyazan Mirzə Əsrəfin oğludur. Qəzvinin seyfi-hüseyni
seyidlərindəndir. O və qardaşı Mir Ruhullah hər ikisi böyük seyid və
ruzigarın istedad sahiblərindəndirlər. Ata-babalarının isə şöhrət,
qabiliyyət, istedad, fəzilət və mənəvi kamillik cəhətdən təriflərə heç
bir ehtiyacları yoxdur. Mirzə Əşrəfin xüsusi tərzdə və məlahətlə
yazdığı müxtəlif aşiqanə qəzəllər dövr söz ustadları (soxənvər)
arasında elə şur və şövq yaratmışdır ki, ədalət naminə həqiqətən də
misilsizdir. Onun adları çəkilən comərd oğulları dövr elmlərini
mənimsəməkdə başqa həmkarlarından seçilirdilər, belə ki, onların
hər ikisi gözəl əxlaqlı, fəzilətli və bilikli idilər. Olduqca münasib
olardı ki, mirin və qardaşının şərif adları əzəmətli seyidlər və
möhtərəm böyüklər zümrəsinə yazılaraq, onlar təbiblər silkinə
(ətobba) daxil ediləydilər.
Xülasə, mir yaxşı nəstəliqnevis idi. İraq xoşnevisləri
arasında qeyd-şərtsiz yaxşı şagirdi olan və xətt təlimini mirdən
mənimsəyən Mövlema Malik Deyləmi Qəzvini isə cavanlıq
dövründə olduqca səliqə-sahmanlı yazı yazırdı, amma qocalıqda
gözünün zəifləməsi cəhətindən yazı məşqini tərk etdi, özünün ilk
yazılan ilə kifayətləndi.
Nəstəliqdə o, Mövlana Sultanəlinin yolunu davam
etdirmişdi, başqalarından tam seçilirdi və üstün idi, Mövlana
Sultanəlinin xəttinə Mövlana Mirəlidən artıq etiqad vardı ki, yalnız
bir-iki nadir xoşnevis haqda belə söyləyirlər. Bu fənndə Mövlana
Mirəli çox inkişaf etmiş və məşhurlaşmışdı, amma qələm sahibləri
Mövlana Sultanəliyə üstünlük verirdilər. Günlərin bir günü cənab
mir mövlananın yanına gəlməzdən əvvəl onun üç gözəl xətli qitəsini
özü ilə götürdü, hər üçünün üzünü köçürdü və mövlanaya göstərdi.
Mövlana Sultanəli həmin xətlərə baxıb onların hansının kimə
məxsus olduğunu təyin edə bilmədi. Bir qədər sonra mövlana mirin
xəttini bəyəndi. Xülasə, cənab mirin (Sədrəddinin - Ş.F.) qabiliyyət
313
və istedadı yüksək idi. O, illərlə qədimə adamların tarix kitablarını
və şerlərini oxumuş və elə bir təzkirə qələm almışdı ki, keçmişlərdə
ona bərabər əsər yazan olmamışdı. Dünyanın harasında olur-olsun,
əgər hansı kəs (şair - Ş.F.) mövzun bir misra yazmışdırsa cənab mir
onu taparaq öz təzkirəsində əks etdirmişdi. Cənab mirin həyatı,
beləliklə, bu işə sərf oldu, amma onu öz istədiyi kimi tamamlaya
bilmədi. Musiqi və ədvar elmi aləmində də çox səy etdi və ruzigarın
məşhur musiqiçilərindən oldu. Bəstəkarlıqda (qovl və əməl) nadir
fikir və əməl sahibi idi, gözəl (bədi) musiqisi ilham sahibləri olan
adamların məclislərinin bəzəyi olmaqla, nəğmələri dövr
xanəndələrin dillərinin əzbəridir. İsgəndər şanlı nəvvabın
hakimiyyəti vaxtı xoşbəxt şahzadə Həmzə Mirzənin "məclis əhli və
yaxın adamları" ("məclisiyan və moqərrəvan") zümrəsinə daxil
edilmişdi. Əlahəzrət zilləllah şahın xoşbəxt əyyamı zamanı isə
olduqca böyük iltifata yetişmişdi və həmişə şahın yanında olardı.
Xorasan səfərlərinin birində axirət səfəri mahnısını yazaraq bəqa
aləminə yollandı.
Mirzə İbrahim İsfahani - O da qabil, bacarıqlı, xoşnevis
bir vəzirzadə idi. Bu mirzə də mir kimi yaxşı yazan idi, lakin ona
çatmazdı. Mövzun təbli, cidd-cəhdli, qələndər rəftarlı, dərvişanə
adamdı. Əlinə düşən pulu sədaqət süfrəsi üstünə qoyurdu, ev-eşiyi
həmişə savadlı şəxslər, şairlər və bu kimi adamlarla dolu olardı. Gah
böyük adamlara xas olan tərzdə ömür-gününü naz-nemət içində, gah
da həftələrlə arpa çörəyi yeməklə keçirirdi. Təvəkkül qapısı önündə
oturub vəzifəli şəxslərdən və əyanlardan xeyli xətir-hörmət görürdü.
Amma, olduqca şux təbli və söhbətcildi. Şerdə fəhmli, izahlı lüğət
(loğate-fors) tərtib etməkdə özünün vahid olduğunu iddia edirdi.
Cənab mirzənin yanında həm aşağı, həm də yüksək şəxslər
barəsində söhbətlər olunar, onların xasiyyətləri haqqında zarafat
olunar, onların xəbislikləri kobudluqları (bədguyi), alçaqlığı (vəzi)
və şərafəti hallandırılardı. Onun izahlı lüğət sahəsində yazdığı risalə
hazırda İraqda yayılmışdır.
Hər təbəqədən çıxan başqa nəstəliq yazanlar da vardı.
Məsələn, tayı-bərabəri olmayan əzikenevislərdən (?) Şatir
Məhəmmədin oğlu, Şatir Əlinin isə nəvəsi olan İsa bəy,
türklər
arasında sayılıb seçilən və nəstəliq xəttində çox inkişaf edən
Pirbudaq bəy Filanoğlu Şamlı. Biklu (Bəyli - Ş.F.) Vəli Ərəbgirlinin
oğlanları da nəstəliqnevis idilər. Əgər bizim ənbər ətirli qələmimiz
onların hər biri haqqında yazarsa çox uzun çəkər. Amma o dövrün
314
təliqnevislərindən* ən xoşnevisi hümayun məclis münşilərindən
olan Xacə Əlaəddin Mənsur Münşidir. Onun adı "münşilər zümrəsi"
siyahısındadır. Xosnevislərdən olduğu üçün onun haqqında təkrar
yazmaqdan çəkinməyib, barəsində yenidən yazdıq. O, Kərəhrud
ülkasının kəlantərzadələrindəndir. Mövlana Dərvişin xəttini olduqca
gözəlləşdirdi və özünü təsdiq etdi ki, ki, buna heç bir şəkk-şübhə
yoxdur. Amma, özlərinin yaxşı yazanlar olduqlarını iddia edən
şəxslərin özləri də onun xəttinin kamal mərtəbəsinə çatdığını
bildirirlər, lakin o, hərfləri çox böyük yazır və dairələri çox iri çəkir.
Bu yazı üslubu əslində də kitablar, məktublar və nişanlar (əmr və
fərmanlar - Ş.F.) üçün xoş görünüşlüdür. O şikəstə nəstəliq xəttində
də çox mahir olmuşdu.
Mirzə Əhməd Mirzə Ətaulla oğlu - O da təliq xəttinin
xoşnevislərindəndir. Öyrənməyə başlayan vaxltarda Xacə Əlaəddin
Mənsurun şagirdlərindən olmasına baxmayaraq, son illərdə olduqca
inkişaf etdi. Mövlana Dərvişin küt qələmlə yazdığı şikəstə xəttini
çox gözəlləşdirdi. Onun yazdığı xətt dairələri Xacə Əlaəddin
Mənsur və başqa xəttatların dairələrinə nisbətən daha əyri (şikəste)
idi, lakin o qədər də qabarıq deyildi. O, cənnətməkan şah dövrünün
möhtəbər vəzirzadələrindəndi. Atası Azərbaycan və Şirvanın vəziri
olan vaxt cənnətməkan şahın diqqətini özünə cəlb etmiş və ondan
xeyli inayətlər görmüşdüsə də, amma taciklərin həsədinə səbəb
olmuşdu. Ali orduda onun məclisləri keçirilirdi və o, oranın "xidmət
əhli" silkinə mənsub olmuşdu. Cənnətməkan şah üçün mürəkkəb,
qələm hazırlamaq, qələm yonmaq işi ona tapşırılmışdı. Son
vaxtlarda iftiraçı adamlar onu şahın işıqlı nəzərindən saldılar. Bir
neçə müddət pərişanlıq keçirdi, amma Ruma məktublar yazılarkən
onu da çağırırdılar. Məktub inşasını yaxşı bacarırdı. Cənnətməkan
şahın xəstələnməsindən sonra Şüştər və Xuzistanın vəziri oldu.
İsgəndər şanlı nəvvabın dövründəsə Mürşidqulu xanın vəzarəti
tərkibində Xorasana getdi. Adı çox hallandığı və çox yuxarı
uçduğundan, Xorasan hadisələrində təqsirləndirildi və Türbət
qalasında qardaşı oğlu tərəfindən qətl olundu.
Mirzə Məhəmməd Hüseyn Mirzə Şükrullah oğlu - Atası
cənnətməkan şahın müstovfil-məmaliki idi və onun adı vəzirlər
silkində yazılmışdı. Bənzərsiz təliqnevis və tayı-bərabəri olmayan
xoşnevis idi. Mirzə Əhməddən sonra bərk inkişaf etdi, təliq xəttini
kamal sərhoddinə çatdırdı. O da Mövlana Dərvişin yolu ilə getdisə
də, yazdıqlarından görünür ki, onların hər ikisinin Mövlana Dərviş
315
üslubunda yazmalarına baxmayaraq öz yazı üslubları olmuşdur və
onların heç biri Mövlana Dərvişdən aşağı səviyyədə deyildir.
Amma, Mirzə Məhəmməd Hüseyn Şirazinin xəttindəki qabarıqlıq
Mirzə Əhməd xəttindən daha çoxdur. O, əlahəzrətin hakimiyyəti
vaxtı Hindistana gedib onların hökmdarının mülazim və münşiləri
silkinə daxil oldu və mahir xətti ilə öz ömür səhifəsində ölüm yazısı
yazdı.
Mirzə Hüseyn Münşi - Yaxşı təliqnevis idi və Xacə
Əlaəddin Mənsurun şagirdlərindəndi, hümayun darül-inşa
mühərrirləri (mirzə, katib - Ş.F.) zümrəsinə daxil olmuşdu. Ustadı
kimi o da dairəvi hərflərlə (kavaknevis) küt qələmlə yazırdı. Sürətlə
yazırdı və nəstəliq xəttini yaxşı mənimsəmişdi.
Başqa xoşnevislərdən Mövlana Məhəmməd Əmin Münşi
Qəzvini və başqalarını da göstərmək olar. Amma, bizim sınıq
qələmimiz xoşnevislərin hamısı haqqında yazası olsa, məsələ çox
uzanar. Buna görə də, biz padşahın xidmətində olan bəzi məşhur
xəttatlar barədə yazmaqla ki fayətləndik və qələmimizin bəyan dili
başqa qələm sahibləri haqqında məlumat vermədi.
DÖVRÜN MAHİR ADAMLARI OLAN
SƏNƏTKAR NƏQQAŞLARIN ZİKRİ
O vaxt (Şah Təhmasibin vəfatı vaxtı - Ş.F.) zəmanə
varaqları onların varlıqları ilə bəzənmişdi.
Şer
Behzada* bənzəyən nəqqaş, əliylə,
Sözün sarayını bəzədi belə.
226
Yeri cənnət olan, Cəm məqamlı həzrət şahın [özü] nadir
əsərləri olan nəqqaş və sehrkar qələmli rəssam idi. O həzrətin şərif
isminin dövrün hünərvər [rəssamları] ilə birgə çəkilməsinin qeyri-
münasib olmasına baxmayaraq, onun amalı, xeyirli olan həyatı bu
bədii sənətlə bəzəndiyindən, bu barədə yazmağa cürət etdik. O
226
Şerin farscası:
Negarende nəqqaşe-Behzaddəst,
Sərire-soxən-ra çenin nəqs bəst.
316
həzrət məşhur rəssam Sultan Məhəmmədin* şagirdi idi və öz qələm
məharətini
kamal
mərtəbəsinə
qaldırmışdı.
Cavanlığının
əvvəllərində bu işə olduqca böyük həvəsi vardı. Bu fənnin bənzərsiz
olan və qələm işlətməkdə dünya şöhrəti tapan ustadlarından Behzad
və Sultan Məhəməmməd kitabxanada işləyirdilər. Oranın böyük
seyidlərindən olan Ağa Mirək Nəqqaş İsfahani bu fəndə xüsusi
istedada malik idi. O həzrətin bu təbəqədən olan adamlarla ülfəti
vardı. Cahandarlıq (ölkələr tutmaq - Ş.F.) və məmləkət işlərindən
vaxt tapan kimi nəqqaşlıq məşqi ilə məşğul olurdu. Ömrünün
sonunda işinin çoxluğundan bu işə fürsət tapa bilmədi. Həmin
ustadların da varlıq surətləri həyatın rəngkarlığından silinib getdi
(yəni, vəfat etdilər - Ş.F.). Buna görə də [Şah Təhmasib nəqqaşlıqla]
çox az məşğul olmağa başladı. Bəzi sağ qalan kitabxana işçilərini
işdən azad etmişdi və onlar özləri üçün işləyirdilər. Ömrünün
sonunda, gözəl süls xəttinə malik və o həzrətin yetişdirməsi olan
xassə qulamı Mövlana Yusifi kitabdar vəzifəsinə keçirərək xasseyi-
şərifə kitablarını ona təhvil vermişdi. Cənnətməkan şahın vəfatından
sonra zaman səhifəsinin ziynətləndirməkdə olan bu fənn
ustadlarından biri dövranın nadir rəssamı Mövlana Müzəffər Əlidir
ki, tükdən incə qələmi ilə gözəl çöhrələr yaradırdı. Onun ustad
Behzad ilə qohumluğu vardır və onun yanında bu peşəyə yiyələnib
kamal mərtəbəsinə çatdı. Nadir ustadların hamısı onu bu fənndə
tayı-bərabəri olmayan bir adam kimi tanıyırdılar. Yaxşı rəssam,
nəzirsiz nəqqaş idi. Hümayun dövlətxana şəkilləri və "Çehelsütun"
qəsrinin (eyvan) məclis otağı onun tərəfindən hazırlanmışdır, oranın
şəkillərinin əksər hissəsi onun zərrin qələminin məhsuludur.
Cənnətməkan şahın dəhşətli vəfatından sonra o, öz varlıq səhifəsini
ölüm nəqşəsi ilə əvəz etdi.
Mir Zeynalabdin: Cənnətməkan şahın ustadı idi. Olduqca
nəfsitox və xoşəxlaq adamdı. Dövran adamlarının saflıqlarını,
səbrini, rəftar gözəlliyini özünə şüar etmişdi. İstər aşağı (vəzi),
istərsə də şərəfətli (şərif) təbəqədən olan adamların yanında izzətli
idi. Yaxşı nəqqaş, məclis adamı və bənzərsiz rəssam, təmiz iş görən
sənətkar idi. Onun şagirdləri nəqqaşlıq karxanası təşkil edib
fəaliyyət göstərirdilər. Amma onun özü həmişə şahzadələr, əmirlər
və əyanlar üçün işləyir, ehtiram görürdü. Böyük adamların cürbəcür
diqqət və mərhəmətinə layiq olmuşdu. İsmayıl Mirzənin hakimiyyəti
dövründə kitabxana yenidən təşkil olunduğu vaxt Mir Zeynalabdin
də həmin kitabxana işçilərindən biri oldu.
317
Sadiqi bəy Əfşar
227
- hərtəfəfli inkişafa malik, sözü bütöv
adam idi. Təxəllüsü Sadiqi* idi. Hələ gənc ikən nəqqaşlığa meyl
etmiş, gecə-gündüz əsrin nadir şəxsiyyəti olan Ustad Müzəffər
Əlinin xidmətində olmuşdur. Ustad onun qabiliyyət və bacarığını
müşahidə edib təlim-tərbiyəsi ilə məşğul olmuşdu. Sadiqi bəy
şagirdlikdə kamal mərtəbəsinə yetişdi. Lakin, təbiətin qürur və inadı
üzündən, habelə nəqqaşlığın bir müddət rəvacda olmaması
səbəbindən, həmçinin zəmanənin onun arzularına uyğun dövran
etməməsinə görə həmin peşəni tərk etdi, zahirpərəstlik libasını
əynindən çıxartdı "qələndərlər zümrəsi" tərkibində səyahətə çıxdı. O
vaxtlarda Həmədan hakimi olan Əmir xan Mosullu Sadiqinin
vəziyyətindən xəbər tutub, onu qələndərlik libasından çıxarıb, özünə
mülazim etdi. O, onunla yaxşı rəftar edirdi. Türkçülüyünün
(tərkiyyət) və qızılbaşlığının (qızılbaşi) təbiətinə uyğun olaraq [özü]
şücaət iddiasına düşdü və dövrünün şücaətli adamlarına saymazyana
yanaşdı. İskəndər şanlı nəvvabın dövründə Bədr xan və İsgəndər xan
Əfşarın mülazimi oldu. Astrabad türkmanlarının mərəkəsi vaxtı o
ağılasızmaz igidliklər etdisə də, amma heç vaxt nəqqaşlığından əl
çəkmədi. Nəhayət, çox böyük inkişafa nail oldu, bənzərsiz qələmi
olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz layihəçi
[tərrah] oldu. Sadiqi bəy, özünün iti qələmi ilə minlərlə sənət əsəri
yaratdı, qabiliyyət qabiliyyət və istedad zirvəri ilə bəzəndi, şairliyə
və söz demək məharətinə yiyələndi. Onun yaxşı qəsidə, qəzəl və
məsnəviləri mövcuddur. Öz "Cəngnamə"sində olduqca yaxşı
məsnəvi beytləri vardır:
Şer
Peykanlı
228
çəyirtgə elə uçdu ki,
Doluşdu həyatın bəlası təki.
Təbərzin
229
daima parçalayırdı,
Tiyəsi çox başı candan ayırdı.
230
227
Əksər müəlliflər onun adını "Sadiq" bəy yazmışlar - Ş.F.
228
Peykan - ox ucu.
229
Təbərzin – balta.
230
Beytlərin farscası:
Mələxhaye-peykan ze-pərrəndegi
Şode məzrəe - afəte - zendegi.
Təbəzrin həmikoşt əz ruzpoşt
318
O, bu fənnin (nəqqaşlığın - Ş.F.) zümrəsinə daxil
olduğundan, onun adı şairlər silkinə yazılmadı. İsmayıl Mirzənin
zamanında kitabxana işçilərindən idi, amma cənnətməkan şahm
dövründə
231
hörmətli kitabdarlıq vəzifəsinə yetişdi, şəfqətə layiq
görüldü. Amma olduqca bədməzac, özündən razı və tənghövsələ
adamdı. Xasiyyətinin yaxşı, ya pis olmasından asılı olmayaraq o,
həmişə nəfsani qərəzkarlıq (əğraze-nəfsani) edir, öz dostları və
həmkarları ilə keyfinin necəliyinə görə, həddindən artıq pis
davranışa yol verirdi. Onlarsa onun bu xasiyyətinə dözürdülər.
Ayağını insaf dairəsindən kənara qoyaraq hər kəslə pis
davranmağını ifrat həddə çatdırdı. Buna görə də, büsatdan uzaqlaşdı,
ehtiramını itirdi, xidmətdən kənar oldu. Amma, ömrünün sonuna
qədər mənsəbi əlindən alınmadı. Sadiqi bəy Əfşar öz kitabdarlıq
məvacibini ali divandan alırdı.
Mövlana Əbdülcabbar Astrabadi - Təliqnevisdir. İlk
vaxtlar nəqqaşlıq sənəti ilə dolanırdı. Bu sənətdə dərəcəsi alidir.
Xətt məşqi ilə də məşğul olmuşdur. Əla məktubyazan idi. Olduqca
yeknəsəqlikdən uzaq, xoşsöhbət, zarafatcıl, şirindil bir kişiydi.
Böyüklər və əyanların onun söhbətlərini dinləməyə meyilləri vardı
və ona söhbətdən ayrılıb işləmək fürsəti vermirdilər. Bir müddət
Gilana gedib oranın valisi Xan Əhməd xanın mülazim və nədimləri
silkinə daxil oldu. O, diyardakı qarmaqarışıqlıqdan və Xan Əhməd
xanın həbsindən sonra Qəzvin darüssəltənəsinə gələrək orada qaldı.
Baxmayaraq ki, onun orada nəqqaşlıq karxanası vardı, vaxtının
əksəriyyətini əmir və əyanların məclislərində keçirir, nəqqaşlıqla az
məşğul olurdu. Oğlu Xacə Nəsir atası kimi, bəlkə də ondan da artıq
istedad sahibi idi və şagirdləri vardı. O (Mövlana Əbdülcabbar –
Ş.F.), Sultan Heydərçilərin başçısı Həsən bəy Yüzbaşının yanında
başqalarından çox olardı. Buna görə də İsmayıl Mirzənin dövründə
kitabxana xidmətindən aralandı, onun əvəzinəsə oğlu kitabxana
işçiləri silkinə daxil oldu. İsgəndər şanlı nəvvabın hakimiyyəti vaxtı
Xan Əhməd xan yenidən Gilana hakim təyin olunanda Mövlana
Əbdülcabbar yenidən onun mülazimi kimi Gilana getdi və elə orada
da axirət aləminə yollandı.
Yeki-ra betiğ-o yeki-ra bemoşt.
231
Səhvdir! "Zilləllah şahın (Şah Abbasın - Ş.F.) dövründə" yazılmalıdır!
319
Səyavuş bəy - O həzrət (Şah Təhmasib - Ş.F) Səyavuş
bəydə qabiliyyət nişanələri görərək, onun nəqqaş olmasına imkan
yaratdı. Ustad Əli Müsəvvərin şagirdi idi. Sənətində mahir olduqda,
qələminin gözəlliyi (nəzakət) şah tərəfindən bəyənildi və şaxsən özü
onu təlimatlandırmağa başladı. Əşyaların təsvirini çəkməkdə çox
inkişaf etdi. Olduqca zərif nəqşlər edərdi. Bənzərsiz rəssamdı.
Qoşun və dağ şəkillərini heç bir ustad onun kimi çəkə bilmirdi.
Məclislər təşkil etməkdə qüsursuzdu. İsmayıl Mirzə dövründə
kitabxana işçilərindən oldu. İsgəndər şanlı nəvvabın dövründə o və
qardaşı Fərrux bəy cavanbəxt şahzadə Sultan Həmzə Mirzənin
etibarlı adamları silkində idilər. Əlahəzrət şah zamanı isə uzun
müddət onun mülazimliyində olmuşdu. Ömrü də elə o həzrətin
müqəddəs qoşununda olduğu vaxt bitdi.
Mövlana Şeyx Məhəmməd Səbzvari - Zarafatcıl, şirin-söz,
[yaxşı] görünüşlü və xoş ixtilat bir adamdı. Boyarkarlıq (rəngamizi)
sənətində tayı-bərabəri yoxdu. Həqiqətən də bu işdə bənzərsizdi,
Sadiq [bəy Əfşar] və bütün nəqqaş ustadlar bunu etiraf edirdilər.
Nəstəliqi çox yaxşı yazırdı. Ustadların qitələrini elə görünürdü ki,
xəttatlar həmin işlərin əsl, yaxud köçürmə olub-olmamasını
ayırmaqda çətinlik çəkirdilər. Səbzvarda Sultan İbrahim Mirzənin
mülazimi idi və bu şahzadənin yanında İraqa getdi. İsmayıl Mirzə
zamanında kitabxana işçilərindən oldu. Sonra Xorasana getdi,
əlahəzrət zilləllah şahın uğurlu dövranının gəlib-çatacağını bilərək o
həzrətin yanına gəldi, onun mülazimi kimi yeni dövlətxana binasının
tikilməsində əmək sərf etdi, həmin astanada da canı çıxdı.
Mövlana Əli Əsğər Kaşi - Misilsiz ustad və gözəl rəssam
idi. Rəngli boya ilə işləməkdə bənzərsizdi, dağ təsvirlərində və ağac
çəkməkdə bütün nəqqaşlardan irəlidəydi. O da Sultan İbrahim
Mirzənin xidmətində idi. İsmayıl Mirzə zamanı kitabxana
işçilərindən oldu. Oğlu Ağa Rza təsviri rəssamlıqda, surət və çöhrə
çəkməkdə çox inkişaf etmişdi və zəmanənin möcüzü oldu ki,
dövrümüzdə buna şəkk-şübhə yoxdur. Qələm işlətməkdə məharətinə
baxmayaraq, həmişə gücünü sınayır, pəhləvanlıq (koştigiri) edir və
bundan həzz alırdı. İstedad adamları ilə söhbətə meyil etmir,
pəhləvanlarla yaxınlıq edirdi. Son vaxtlarda həmin işdən əl
çəkmişdisə də, az şəkil çəkirdi. O da Sadiqi bəy kimi bədxasiyyət,
səbirsiz, qaradinməz adamdır. Təbiətində alicənablıq (esteğnayi)
vardır. Həzrət əlahəzrət zillallah şahın xidmətində iltifatlara yetişdi,
çoxlu hörmət gördüsə də, yersiz (nahəncar) hərəkətlərinə görə etibar
320
sahibi olmadı. Həmişə müflis və pərişan haldır. Bu beyt onun halına
münasibdir:
Dostları ilə paylaş: |