Beytlər
...Səni aşiqlərinin ehtiyacı nazlı etmişdir!
Vəfalı bir nigar idin, səni mən bivəfa etdim...
257
...Yanıma gəlmək idi istəyi yarın, amma
Qəmzəsi keçdi ona dərs, peşiman etdi...
258
Mövlana Fəhmi: Köhnə soxənvər şairdir. Kaşanda
Mövlana Möhtəşəmdən sonra özünün yeganə şair olduğundan dəm
256
Beytlərin farscası:
Bər aşiyaneye-bolbol nəsim pa zəd-o goft
Ke xanemane-əsiran xərab mibayəd.
257
Beytlərin farscası:
Niyaze-aşiqanətra tora bər naz midarəd,
To sər ta pa vəfa budi, tora mən bivəfa kərdəm.
258
Dər deləş, bud ke, yek çənd bər ayəd ba ma,
Qəmze təlime-soxən kərd-o peşimanəş kərd.
331
vururdu. Başqa əmirlərdən hörmətli və üstün idi. Hamı üçün onun
sözləri qanun idi. İsfahan vəzirinin tərifində dediyi qəsidə olduqca
gözəldir. Aşiqanə qəzəllərindən bu beytlər məşhurdur.
Beyt
...Göstərmə mənə cilvələrin, çünki heyfdir.
Qoy ki, mən ölüm təkcə təmənnan ilə, ey şux.
259
Mövlana Hatəm Kaşi: Şirinsöz şair idi. Mövlana olduqca
qara rəngli adamdı. Kaşanın zarafatcıl şəxsləri onu "Hindu"
adlandırır, yanında olduqları vaxt Hindistandan danışırdılar. Bu
zarafatlardan, onun qanı qaralırdı. Bir gün qara şalvar (çaqşur)
geyinmişdi. Xoştəb adamlardan biri [onun üzünə baxıb] soruşdu:
"Molla, bəyəm sən şalvarının balağını yuxan çəkmisən?" Cənab
mövləvi həmişə belə zarafatların hədəfi olurdu. Qəzəl deməkdə
bənzərsizdi. Bu bir neçə beyt onundur:
Beytlər:
...Həşrdə sorsalar "Öldürmüsən sən Hatəmi neyçün? "
Dilin qoy hər nə istərsə desin, mən eyləyim təsdiq.
260
Qıllam namaz, amma ürək eylər bütə səcdə,
Bəs, harda bürəhmən ki, gülə öylə nəmazə?
261
Mir Hüzuri Qumi: Dövrün əməllisaleh, ruzigarın pakizə
seyidi idi. İllərini ali məzargahlarda taət və ibadətlə keçirmişdi.
Cənnətməkan şahın vəfatı və Qəzvin darüssəltənəsində İsmayıl
Mirzənin cülusu zamanı o da ali sarayda idi. Mirzə artıq yaşlaşmışdı
və yuxarı təbəqə yaşının çoxluğuna, seyidliyinə və şeyxliyinə görə
259
Bər həmço məni celvegərihaye-to heyfəst,
Bogzar məra ta betəmənnaye-to mirəm.
260
Beytlərin farscası:
Beməhşər gər beporsəndət ke, Hatəmra çera koşti?
Sərət gərdəm, çe xahi goft la mən həm həman guyəm.
261
Beytlərin farscası:
Mən dər nəmaz-o səcdeye-bot mikonəd deləm,
Ku berhəmən ke xənde konəd bər nəmaze-mən.
332
onunla izzət və ehtiramla davranırdı. Şeri az yazmağına
baxmayaraq, qəzəldə şirin söz sahibi olan şairdir. Bu beyti yaxşı
deyib:
Beyt
İntizar zövqü bəsim, və dini mən gözləyirəm
Ki, sənin həsrətinə eyş ilə işrət çatmaz...
262
Mir Səbri Ruzbehan İsfahani: İsfahanda yaşayırdı. Atası
Ərdəstan seyidlərindəndir Qəzəl şairidir və bu beytlər onundur:
Beyt[lər]
Kimdir o, həya örtüyünü başına atdı,
Gördükdə ədəbsizliyimi qüssəyə batdı.
Mən böylə rəhmsiz kəsi Haqdan diləyirdim,
Çatdırdı cəzaya məni, məqsudinə çatdı.
263
Mirzə Hesabi Nətənzi: Nətənz əhlidir və Məhəmməd
Qasım Müstovfinin* qohumudur. Qabiliyyətli cavan idi. Yaxşı şer
deyirdi. Musiqi elmində mahirdi. Onun baməzə təsnifləri və bədii
nəqşləri İraqda dillər əzbəridir. O, vaxtını Qəzvində, Güllər xanın
eyş-işrət məclislərində keçirir, günlərini gözəl adamların
söhbətlərindən nəyi isə əxz etməyə sərf edirdi. Bu kitab yazılan vaxt
onun şerlərindən yadımda qalan bu iki beyt məşhurdu:
Beyt
...Həkim qeyri-həqiqi nöqtədən məclisdə söz açdı,
Hamı əndişəyə, mənsə dəhanın fikrinə düşdum.
264
262
Ze vədehaye-toəm, zovqe-entezar bəsəst
Ke hiç eyş bərabər be entezare-to nist.
263
An kist ke, əz şərm-o həya pərdeneşinəst
V-əz didəne-qostax-e mənəş çinbecəbinəst.
Birəhme-çeninra ze Xoda mitələbidəm
An kos ke səraye-dele-mən midəhəd inəst.
264
Beytin farscası:
333
Hesabi, yar ilən söhbət gərəkdir ki, qəşəng olsun.
Çatıbdır xoş görüş vaxtı, özümdən getmisəm mənsə.
265
Buna görə də onun şerlərinin hamısı gözəgəlimlidir. Onun
qəsidə
266
və qəzəllərindən bu bir neçə beyt şer bu səhifədə səbt
olundu:
Onda ki, şux nəzərin xaneyi-kəmanə dəyir,
Atılan oxlara bax ki, neçə min canə dəyir.
Sən bu halsiz ürəyə qəsd eləyib atsan da,
Necə yersizsə də ox, amma ki, nişanə dəyir.
267
Qazi Nur İsfahani: O, İsfahanın Əndəlan adlı yerindəndir.
Elm öyrənənlər zümrəsinə daxil idi. Qəzvində Xacə Əfzəl Türkə ilə
əlaqəsi vardı və fəziləti ondan əxz etmişdi. Bəzən Mir Fəxrəddin
Səmakinin məclislərində şagirdlik edirdi. O zamanlarda [hələ] şer və
şairlikdə məşhur olmamışdı. Şerləri olduqca azdır, amma xoştəbiətli,
şirin danışıqlı bir şəxsdir. Parlaq təbinin dənizindən zühur sahilinə
çıxan nümunələrinin tayı-bənzəri yoxdur. Deyilənə görə, Şeyx Feyzi
Hindi bu beytini onun şəninə söyləmişdir.
Beyt
Dürd* yoxsa sözüm içrə təəccüblü nə var ki?
Saf eyləmişəm badəni qəlb pərdəsi ilə.
268
Həkim əz noqteye-movhum hərfi qoft dər məcles,
Be fekri rəft hər kəs, mən be fekre-an dəhan rəftəm.
265
Beytin farscası:
Hesabi, yar mibayəd be ayini ke midani
Tora didar ərzani ke mən əz xiştən rəftəm.
266
Qeyd: Əslində aşağıda Qazi Nur İsfahanın qəsidəsindən yox, bir qəzəlindən misal
gətirilmişdir.
267
Beytlərin farscası:
Gəhi ke, çeşme-to dər xaneye-kəman ayəd,
Şekəst bər səfe-çəndin hezar can ayəd.
To çon beqəsde-dele-xəste navək əndazi,
Əgərçe tire-to bicast bər neşan ayəd.
268
Beytin farscası:
334
Mövlana Hüzni: Elm öyrənən, fazil, şux təbli adamdı, çox
yaxşı şer yazırdı və şeri yaxşı da başa düşürdü. Beytlərin mənasını
anlamaqda qarşıya çıxan hər çətinliyi, həmçinin şairlərin dolaşıq
fikirləri mübahisəyə səbəb olduqda onları yaxşı izah edirdi. Təbi
olduqca çiçəklənmişdi. Üləma və fuzəla zümrəsindən olmaq
istəyirdi. Şeri başa düşməkdə, şairlərə xas boşboğazlıq (hərzegərdi)
etməkdə və zarafatcıllıqda başqalarından üstün olduğu üçün şair
kimi məşhur oldu. Onun bu beyti dillər əzbəridir:
Beyt
Çəməni gəzdi Züleyxa və dedi həsrətlə:
Edirəm zindanı yad, orda [o Yusif] vardı.
269
Bu beytlər də onundur:
İstisindən ciyərin nəmli gözüm yandı dünən,
Çırağı gözlərimin sübhəcən odlandı dünən...
270
Mövlananın bu məqtəi (son beyt - Ş.F.) də məşhurdur və
həqiqətən də aşiqanədir:
Hələ eşq tazə başlanmaqdadu; Hüzni, gəl az ağla
Ki, ağlarkən edir pərvaz ürək qəm-qüssəsi candan
271
Mövlana Həlaki Həmədanı: Dərvişxislət adam idi. Savadı
yoxdu. Əsla dərs oxumamışdı və bazarda gördüyü hər kəsdən
Gər dord nist dər soxəne-mən, əcəb mədar,
K-in badera be pərdeye-del saf kərdeəm.
269
Beytin farscası:
Dər çəmən bud Zoleyxa və behəsrət migoft:
Yad zendan ke, dər-u əncomənarayi bud.
270
Beytin farscası:
Ze gərmiye-cegərəm duş çeşme-tər misuxt,
Çerağe-dide be rahe-to ta səhər misuxt.
271
Beytin farscası:
Hənuz in əvvəli-eşqəst, Hozni, gerye kəmtər kon
Ke vəqte-geryeheye-dərde-del pərvaz miayəd.
335
iltimas edərdi ki, onun dediyi şerləri onun üçün kağıza yazsınlar.
Xalqa uzun müddət onun bu cəhəti məlum olmadı. Qəzəl və
qəsidələri var. Onun bu beyti olduqca məşhurdur:
Mənim tək çoxbilənsən sən, fəqət bilməzlik eylərsən,
Həlak olsun sənin tək qoy Həlakiye-Həmədani
272
İsmayıl Mirzənin təbrikinə bir qəsidə demişdi və həmən bir
neçə gündə saraya gəlib onu təqdim etdi, on iki min tümən mükafat
aldı. Bundan həvəslənən başqa şairlər də [İsmayıl Mirzənin] şəninə
qəsidələr yazdılar, amma onlara mükafat verilmədi.
Məzhəri Kəşmiri: Xoş simalı, yaraşıqlı (vəcih) və məlahətli
hüsnü olan bir cavan idi. Hüsnünün cizgiləri gözəllərin çöhrə
vərəqəsinin üstündən xətt çəkmişdi. Şirin sözləri dünya süxənvərləri
arasında şur və vəlvələ yaratmışdı. Gəncliyinin başlanğıcında
ürəkaçan Kəşmir vilayətindən şairlərlə tanış olmaq və onlardan
öyrənmək məqsədi ilə İrana gəldi. Bir neçə vaxt bu diyarda dolandı
və yenidən səfərə əzm edib öz ölkəsinə qayıtdı. Bu beytlər onun
şerlərindən [seçilib] səbt olunur:
...Qəlbimi etdi gəlib qayğılı, çox əyləşdi
Və pərişan ürəyə verdi təsəlli o pəri.
Məcnunun gözləri görmür daha biganə kəsi,
Dedi o: "Var idi Leyladə yaxın dost nəzəri. "
273
Qəzvin darüssəltənəsinin şairləri: Bir neçə nəfər təb sahibi
olmuşdur ki, o vaxtlarda qızğın şairliklə məşğul idilər. Onların
bəziləri məşhur oldu. O, mülkün əhalisi kasıblıqla güzaran keçirir.
Şair və nədimlərin arasında da tamahkar adamlar olduğuna
baxmayaraq, Qəzvin şairlərindən tamah naminə qitə və qəsidə
yazanlar az olmuşdur. Xülasə, kasıbçılıqla dolanan və adlarını
272
Beytin farscası:
To tovre-mən həme dani-yo bogzəri betəğafol
Həlake-tovre to gərdəd Həlakiye-Həmədani.
273
Beytlərin farscası:
Rəsid moztərebəm kərd-o anqədr beneşəst
Ke aşenaye-dele-xod konəm təsəllira.
Bebəst dideye-Məcnun ze xiş bigane
Çe aşena negəhi bud çeşme-Leylara.
336
yazacağımız bir neçə əziz [qəzvinli şair] bu peşədən özlərinə
dolanacaq pulu qazanırdılar. O cümlədən:
Mövlana Füruği Əttar: Söz qədrini bilən və hal sahibi
olan bir adamdı, əttarlıqla məşğul olurdu. Dükanının qabagı nəzm
sahiblərinin yığıncaq yeri idi. Alver zamanı şairlərlə şer barədə
söhbətləşirdi. Onun qəzəllərinin bu iki-üç beyti əttarların dibçəyi
kimi müşk ətri saçır və dövran süxənvərlərinin burnuna dolurdu.
Səndən ayrı, ondan ötrü ölmürəm rahətcə mən
Qalmayıbdır öylə zalimlik ki, etdin sən mənə.
...Sən kimi namehribanə kim ki, vermişdir könül,
Öylə covr etdin ki, sən indi o bədbəxt can verir.
274
Mövlana Təbxi Qəzvini: Boyu balaca, dərvişxislət, xoş
görünüşlü bir adam idi. Qəmkədərdən çox danışardı. Kasıb, nakam
və ehtiyaclı binəva [şairlər] səhər-axşam onun təbbaxlıq [aşxana]
dükanında vaxt keçirirdilər. Onun bu iki-üç beyti məşhurdur:
Beyt
Ol gün ki, dişlədi ayağımdan onun iti,
Gəlməkdə sümükdən hələ də nalə səsləri.
275
Mövlana Təbxi Mir Hümayunun divanma cavab da yazırdı.
Mirin divanındakı qəzəllərdən bu beyt yaddaşdadır:
Qətlgahdan başıma qəm samanı yağmaqda,
Orda bir arpaya dəyməz fələyin xırmanı.
276
274
Beytlərin farscası:
Dər farağat z-an nəmimirəm ke, nayəd bəs delet
K-an setəmnadide ruzi çənd ba hecrəm nəsaxt.
Şadəm ke, hər ne del be to namehriban dəhəd,
Çəndan bexak-o xiş təpani ke, can dəhəd.
275
Beytlərin farscası:
Ruzi ke beşkənəd səge-u ostxane-mən,
Ayəd sədaye-naleəm əz ostxan hənuz.
276
Kahe-qəm bər sərəm əz koştgəhi mibarəd
Ke be yek çov nəbovəd xərməne-əflak anca.
337
Sultane-füqəra: Cavanlığında sərraflıq və dərzilik edirdi,
kasıbdı, dərviş libası geyinirdi. Şerdə Xacə Hafiz Şirazinin işlətdiyi
bədi üsulunu yamsılayırdı. Xacənin "Divan"ına cavab yazır, ona
bərabər olduğunu iddia edirdi. Bir müddət Hind vilayətində yaşadı.
Yenidən İrana qayıdıb, günlərin bir günü əlahəzrət şahın (Şah
Abbasın - Ş.F.) yanına yol tapdı və ondan lütf və ehtiram gördü.
Müqəddəs Məşhədi özünə vətən etmək fikrinə düşdü, oranın
sərkarının yanında işlədi. Əcəl isə onun ömür vəzifəsini
imzaladığından o, öz məqsədinə çata bilmədi. Onun Hafiz
qəzəllərinə cavab olaraq yazdığı bu beyt xatirimdədir:
...Qapısı bağlı deyil heç kəsə meyxanəmizin,
Necə mümkündü deyim mən ki, "mələklər döydü".
277
Kakaye-Qəzvini: Xurmayı çöhrəli, xoş görkəmli bir
adamdır. Meyvə satmaq və baqqallıq etməklə məşğul olub, bu
peşələrin sayəsində güzəran edirdi. Burada yazılan bu iki-üç beyt
onun məşhur qəzəllərindəndir:
Beyt[lər]
Qətlimi sabbahə saxlar ol pəripeykər yenə,
Qorxuram sübh eyləyər bir və deyi-digər yenə.
278
Qorxuram ki, hövsələm gər kəm olarsa, kəc baxar,
Sərxoşa, əlbəttə, meysaqi verər kəmtər yenə...
279
Mövlana Şərmi: Xəyyatlıq edən bir oğlan idi və bazarda
kasıbkarlıq işləyirdi. Olduqca utancaq və sevməli adamdı. Elə
utancaq olduğundan da şairlərlə az görüşürdü. Şairlərdə az-az
görünən utancaqlıqdan və öz həyasının çoxluğundan özünə "Şərmi"
277
Dəre-in xane ke, bər ruye kəsi bəste nəşod,
Çe təvan goft məlayek dəre-meyxane zədənd.
278
Beytlərin farscası:
Vədeye-qətləm befərda an pəripeykər dəhəd,
Leyk mitərsəm ke, fərda vədeye-digər dəhəd.
279
Çon konəm bitaqəti suyəm kəm əndazod nəzər,
Hər ke bədməsti konəd saqi meyəş kəmtər dəhəd.
338
təxəllüsünü götürmüşdü.
280
Raməndi (?) dilində və Hafiz Sabuni
tərzində duzlu şerlər yazırdı. Axır vaxtlarda qəzəldə çox inkişaf etdi.
Onun bu beyti olduqca ali və təravətlidir.
Beyt
Tazə etdim dırnağımla sinəmin mən dağını,
Gülləriylə eşqimin pakizə etdim bağını.
281
ÇALĞIÇI MÜTRİB VƏ NƏĞMƏ
OXUYANLARIN (ƏHLİ-NƏCME) ADLARI
Cənnətməkan şah qadağan olunmuş işlərdən çəkindiyi üçün
tərəb sahiblərinin
282
onun şəri nəzərində mövqeyi və etibarı
qalmamışdı. Ustad Hüseyn Şüştəri Bəlyam və hümayun
nağaraxananın zurnaçısı olan Ustad Əsəddən başqa əyan-əşrafın
xidmətində olan bütün tərəb sahibləri işdən kənar edilmişdilər, bu
təbəqədən heç kəsşahin mülazimi deyildi.
[Şah] həyatının sonunda, şahzadələrin onlara rəğbət
etməmələrindon ötrü, qadağan olunmuş işlərə rəğbətləri olan bəzi
lələ və dədəni, o cümlədən orduda şöhrət qazanmış tərəb əhlindən
sərrast nitqli və dadlı-duzlu avazı ilə dünya şöhrəti qazanmış Hafiz
Əhməd Qəznəvini, Hafiz Lələ Təbrizini və hələ də orduda qalan
başqalarının günah işlədəcəklərini ehtimal edib ordudan xaric etdi.
Məclislərə gedən Ustad Hüseyn Zurnaçını (Surnayini) tutub bir neçə
gün həbs etdilər. Nəhayət ona and içdirdilər ki, humayun
nağaraxanadan başqa [bir də] heç yerdə zurna çalmayacaqdır.
Amma, şahın vəfatı vaxtı bütün tərəb sahibləri İsmayıl Mirzənin
dövründə [yenidən] orduda cəmləşdilər.
Natiqlərdən Əhməd nitqdə olduqca mahir, avazda
başqalarından üstün idi.
280
"Şərmi" elə "utancaq" deməkdir - Ş.F.
281
Tazə misazəm benaxon baz dage-xişra,
Ab-o rəngi midəhəm golhaye-bage-xişra.
282
Ərbabe-lərəb - çal-çağır sahibləri, yəni musiqiçi və xanəndələr – Ş.F.
339
Hafiz Cəlacel
283
: Xanəndəliyi və nitqi özündə cəmləşdirmiş və hər
iki sənətdə kamal mərtəbəsinə çatmışdı və bu qismdən olanlardan
üstün idi. İsmayıl Mirzənin dövründə "Çalçıbaşı”
284
oldu. Bu beyt
onun vəziyyətinə münasibdir:
Şer
Necə xoşdur ki, əgər olsa da səhra içrə
Qulağa qoy dəyə hər ləhzə Cəlaceldən səs.
285
Əlahəzrətin (Şah Abbasın - Ş.F.) xoşbəxt hökmranlığı vaxtı
onunla tam yaxınlığı (qorbe-mənzelət) vardı. O, Qəzvin
darüssəltənəsində özünün axirət ahəngini çaldı.
Hafiz Müzəffər Qumi: Xatirələrdə qalıbdır ki, xanəndəlik
Xorasan əhalisinə, natiqlik isə İraq əhlinə xasdır. Baxmayaraq ki,
Hafiz Müzəffər İraqlı idi, amma Xorasan üsulu ilə xanəndəlik
edirdi. Bu şivə hal-hazırda da İraqda dəbdədir.
Hafiz Haşim: O vaxtlarda başqa tərəb əhli ilə birgə
olmamasına və şöhrətinin azlığına baxmayaraq, son vaxtlarda bərk
inkişaf etdi. Onun səsinin şöləsi fələyə yüksəlirdi. Mərhum şahzadə
Sultan Həmzə Mirzəyə yaxın adam idi. Həmyaşları və özü
qəbilindən olanlar arasında hamıdan irəli idi.
Mirzə Məhəmməd Kamançeyi: Tayıbərabəri olmayan
sazəndə idi. İsmayıl Mirzənin hakimiyyəti vaxtı mülazim olmuşdur.
Başqalarından baş idi.
Məhəmməd Mömin: Bənzərsiz ud çalan və misilsiz
sazəndə idi. Mizrabın itiliyi və əlinin bərəkəti onun çalğısına elə
siyarət etmişdi ki, başqa bir əl onunla rəqabətə girə bilməzdi. Öz
peşəsində vahid və hamıdan fərqlənən sazəndə idi. Xan Əhməd
Gilanın
286
mülazimətinə girib Gilana getdi və cavanlığının əvvəlini
orada keçirdi.
283
Cəlacel - zınqrov deməkdir ki, atın sinəsinə bağlayırlar (Bax: D -r M.Moin. Göst.
lüğət, c. I, s.1235).
284
Güman ki, "çalğıçıbaşı" mənasındadır - Ş.F.
285
Şerin farscası:
Ey xoş an dayereye-daməne səhra ke dər u
Hər zaman həmço Cəlacel befəğan ayəd cel
286
Məşhur Gilan hökmdarı Xan Əhməd Gilani.
340
Şahsuvar: Dörd simli tənbur (tənbure-çəhartar) çalırdı.
Ustadlıqda vahid olduğunu deyərdi, amma çalğısının bir o qədər də
məzəsi və yapışıqlığı yox idi.
Şəmsi Şotorğuhi: Misilsiz ustad idi, yüksək mükafat
almışdı. Məzəli təsnifləri vardı. Mərhum şahzadə Sultan Həmzə
Mirzənin zamanında mülazim oldu. O, həmin həzrət şahzadənin
yanında möhtərəm, şəfqətə layiq görülən çalğıçı idi. Əlahəzrət şahın
vaxtında da saraya çox yaxın adamlardandı.
Ustad Məsum Kamança: Onun tayı-bərabəri yoxdu.
Vəramində bir çox qardaşlarının feyzi ilə sazəndəlik mərtəbəsinə
yetişdi və nəğmə oxumaqda bütün qardaşlarından uca oldu.
Ustad Sultan Mahmud Tənbureyi: Bu peşədə misilsiz və
bənzərsiz idi. O, Məşhəddə Sultan İbrahim Mirzənin xidmətində idi
və oradan heç yana getmədi.
Mirzə Hüseyn Tənbureyi: O, bu peşədə bərk inkişaf etdi.
İraqda ən yaxşı tənburnəvaz idi, amma cavan yaşında bəqa aləminə
yollandı.
Ustad Sultan Məhəmməd Çəngi: Çəng çalmaqda ustad idi.
Bu sənəti kamal mərtəbəsinə çatdırmışdı.
Ətraf yerlərdə başqa sazəndələr də çoxdu, lakin biz bu bir
neçə nəfərin adını çəkməklə kifayətləndik.
Qissəxan
287
, şahnamaxanlar
288
və bu qisimdən olan başqa
sənətkarlar çoxdur, amma bu iki üç nəfər barədə danışmaqla
kifayətlənirik:
Mövlana Heydər Qissəxan: Tayı-bərabəri yoxdu və o
vaxtlarda bənzərsiz bir [qissəxan] idi.
Mövlana Məhəmməd Xurşid İsfahani: O, da qissəxan idi.
Yaxşı gənc idi. Amma, bu peşədən başı çıxan adamlar Mövlana
Heydərə üstünlük verirdilər.
Mövlana Fəthi: Qardaşı misilsiz şahnaməxan idi. Avazının
şöləsi asanlıqla bir fərsəx məsafədən eşidilirdi. Zənguləsi olduqca
ürəyəyatandı. Xülasə, şahnaməxanlıq şivəsini kamal sərhəddinə
çatdırmışdı.
287
Dastan danışan - Ş.F.
288
Firdovsinin "Şahnamə" əsərini məclislərdə qiraət edənlər - Ş.F.
|