AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


ƏZƏMƏTLİ SEYİDLƏR, MÖHTƏRƏM ÜLƏMALAR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə26/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   22   23   24   25   26   27   28   29   ...   96

 

ƏZƏMƏTLİ SEYİDLƏR, MÖHTƏRƏM ÜLƏMALAR

VƏZİRLƏR, QƏLƏM SAHİBLƏRİ VƏ BƏLAĞƏTLİ 

ŞAİRLƏRİN ZİKRİ 

 

Bu  [ağ]  vərəqləri  qaralayan  naqis  adamın  (yəni  müəllif 



İsgəndər  bəy  Münşinin  -  Ş.F.)  yadına  bu  səhifəni  həzrət 

cənnətməkan  şahın  zamanında  ali  sarayda  və  məmləkətlərdə  olan 

qədirləri  ali  seyidlərlə,  bərəkət  mənbəyi  olan  sədrlərlə,  qiymətli 

üləmalarla, imamlarla, vəzirlərlə, mustovfilərlə, istedad sahibləri ilə, 

bəlağətşüar şairlərlə bəzəmək düşdü. Buna görə də həmin, fəzilət və 

kamal sahiblərinin bir neçəsi barədə məlumat verilir. 



Seyidlər  və  üləma  şeyxlərin  zikri:  Münasib  idi  ki,  bu 

ləyaqətli  təbəqənin  hörmət  və  ehtiramına  görə  onlar  barədə  alişan 

şahzadələrdən sonra danışılaydı, amma əksər hadisələrdə əmirlər və 

qəhrəmanlıq  əhli  barədə  tez-tez  söz  açıldığından  və  onların 

vəziyyətləri  tarixin  yazılmasında  zəruri  olduğundan  cəsarət  qələmi 

[məhz] onlar barədə [əvvəlcə] məlumat verməli oldu. 

 

 

 

                                                           

198

 Silah anbarı, arsenal - Ş.F. 



199

 "Hesablana bilmədi" olmalıdır – Ş.F. 

 


271 

 

QƏDİR-QİYMƏTİ, MƏQAMI VƏ ŞAN-ŞÖHRƏTİ UCA 



SEYİDLƏRİN ALLAHIN KÖMƏYİ İLƏ ZİKRİ 

 

Əzəmətli seyidlərin hamısı gözəl və pak nəsildən olduqları 

üçün  onlara  hörmət  olunur,  onların  ehtiramı  üçün  bərk  ciddi  cəhd 

edilirdi. Bu fikrin təsdiqi üçün Təbrizin Əskuyə seyidlərinə olunan 

həddindən  çox  təzim  və  ehtiramı  misal  çəkmək  olar  ki,  onlar  bir 

müddət  cənnətməkan  şahın  hədsiz  ehtiramına  layiq  olmuşdular. 

[Buna  görə  də]  onları  barədə  indi  məlumat  vermək  münasib 

göründü. O seyidlər dörd qardaş idilər: Mir Sədrəddin Məhəmməd, 

Əmir Nizaməddin Əhməd, Əmir Qəmərəddin  və Əmir Əbülhamid. 

Onların  babası  Mir  Əbülqasim  alişan,  zahiri  və  daxili  gözəlliyə 

malik adam idi və onun sultanların yanında ehtiramı  vardı. Amma, 

o, cənnətməkan şahın xidmətində elə yüksəldi ki, yaxınlıq, izzət və 

etibar  mərtəbəsinə qalxdı. Elə bir  mərtəbəyə ki, heç nə  və heç kəs 

sultanların  yanında  belə  məqam,  izzət  və  etibar  yaxınlığına  nail 

olmamışdı. Onlar imkan daxilində olan (məqdur) və olmayan (qeyri-

məqdur) hər hansı bir işin həllindən ötrü hələ heç ağızlarını açmadan 

istədikləri  dərhal  yerinə  yetirilərdi.  Dövlət  işlərində  müəyyən 

çətinlik (məhzurat) olmasına baxmayaraq, təxirə salınmadan onlara 

həftənin  hən  günü  ənam  və  ehsan  verilərdi.  O  dərəcə 

həyasızlaşmışdılar  ki,  sərkare-xassədə  onların  gözlərinə  dəyən  hər 

şey - libaslar, töhfə  və hədiyyələr dərhal fərmanla onlara  verilərdi. 

Tez-tez  (əksər  ovqat)  öz  xahişlərini  [şaha]  ərz  edərdilər.  O  həzrət 

dəfələrlə  Əskuyədə  olan  evinə  getməkdən  ötrü  şəhərdən  çıxdıqda 

həmin seyidlərə sevinc gətirən büsat məclisləri qururdu. O seyidlər 

[arama]  bu  mərtəbə  və  vəzifənin  qədrini  bilmədilər,  öz 

hakimiyyətlərini  hifz  etməyi  bacarmadılar,  ağılsızlıqlarından  öz 

ciddi işlərini dilə-dişə saldılar. Çünki onlar divan işlərini bacarmır, 

ali  qayda-qanun  barədə  heç  nə  bilmir,  mətləbdən  uzaq  işlər 

görürdülər.  Get-gedə  onların  xilaf  işləri  şahın  incikliyinə  gətirib 

çıxardı.  Çünki,  onlar  səltənət  işlərində  vəkillərin,  vəzirlərin, 

sədrlərin  və  başqa  vəzifə  sahiblərinin  işə  təyin  olunma  və 

çıxarılmasında  dəyişiklik  etmək  istəyirdilər.  Hiyləgərlikdə  onların 

mürəbbisi ola bilən vəzir  Qazi Cahan onların yararsızlığını anlayıb 

inandırıcı  dəlillər  gətirərək  [həmin  seyidləri]  yavaş-yavaş  şahın 

etibar  gözündən  saldı.  [Onlara]  hökm  edildi  ki,  bundan  sonra  öz 

evlərində qalıb çağırılmayanadək saraya gəlməsinlər. Onlara verilən 

soyurqallara  toxunulmadı.  Bu  tarixçənin  yazılmasından  məqsəd  o 


272 

 

həzrətin  (Şah  Təhmasibin  -  Ş.F.)  seyidlərə  etiqadındandır  ki,  bu 



təbəqəyə  nə  qədər  yaxşılıq  etmişdir.  Bu  vəlayətnişan  dudmanda 

(yəni  Səfəvilər  dövlətində  -  Ş.F.)  seyidlərin  və  var-dövlət 

sahiblərinin  [şaha]  təqdim  olunması  və  onların  işə  götürülməsi, 

ovqafın* zəbti, dini işlərdon ötrü vəsait ayrılması sədarət vəzifəsinə 

aiddir.  Bu  vəzifəyə  yüksək  qədir-qiymətli,  fazil,  pəhrizkar 

seyidlərdən  başqa  qeyri  kəs  təyin  edilə  bilməzdi.  Həzrət 

cənnətməkan  şahın  zamanında  bu  yüksək  zümrədən  iki  nəfər  ali 

sədarət  vəzifəsinə  layiq  görüldü.  Hümayun  cülusun  əvvəlləridə 

Əmir  Qəvaməddin  Həsən  İsfahani  və  Mir  Cəmallədin  Astrabadi 

birlikdə  sədr  oldular.  Mir  Cəmaləddinin  vəfatından  sonra  Hellənin 

fəzilət sahiblərindən olan Mir Neymətullah Helli Əmir Qəvaməddin 

Həsənlə  birlikdə  sədr  təyin  edildi.  Əmir  Qəvaməddin  Hüseynin

200

 

vəfatından  sonra  üləmalar  əllaməsi  (əllamətül-üləmayi)  Əmir 



Qiyasəddin  Mənsur  Şirazi  Əmir  Neymətullah  Helli  ilə  birlikdə 

sədarətə  şərik  oldular.  Mir  Neymətullah  xatəmül-müctəhedin  Şeyx 

Əli Əbdüləla  ilə düşmənçiliyinə  və xatəmül-müctəhedinin düşməni 

olan  şeyx  İbrahim  Qətifi  ilə  dostluğuna  görə  sədarət  vəzifəsindən 

çıxarıldı və Helləyə getdi. Əllamətül-üləmayi bundan sonra sədrliyi 

tək  idarə  etməyə  başladı.  Amma  onunla  xatəmül-müctəhedin  arası 

pozuldu.  Mir  onu  dinsizlikdə,  o  isə  mirzəni  etinasızlıqda 

təqsirləndirdi.  Bir  gün  şahın  hüzurunda  onlar  arasında  elmi  bir 

mübahisə düşdü və savaşla nəticələndi. Həmin savaş [isə]  get-gedə 

möhkəm  söyüşə  çevrildi.  Həzrət  şah  xatəmül-müctəhidinin  tərəfini 

tutdu  və  mirzə  sədarətdən  azad  edildi.  O,  həmin  bir  neçə  gündə 

icazə  almadan  Şiraza  getdi.  Sədarət  mənsəbi  isə  müctəhedüz-

zəmaninin  istəyinə  görə,  elmi  və  əməli  biliklər  mücəssəməsi  olan 

Mir  Müizzəddin  Məhəmməd  İsfahaniyə  verildi.  O,  bu  vəzifəni 

səkkiz il müstəqil idarə etdi. [Amma]  Həkim Kazeruninin  məkri ilə 

vəzifədən  çıxarıldı,  Mir  Əsədulla  Mərəşi  Şüştəri  ali  sədarət 

vəzifəsinə  layiq  görüldü  və  ölənədək  bu  vəzifədə  qaldı.  Onun 

vəfatından  sonra  Şah  Təqiəddin  Məhəmməd  İsfahani  bu  vəzifəyə 

təyin  edildi.  Bəzi  hərəkətlərinə  görə  şahın  mübarək  məzaçı  ondan 

küsdü  və o işdən çıxarıldı. Sədarət  mənsəbi [ondan sonra]  fəzilətli 

alim  zümrəsindən  olan  Mir  Məhəmməd  Yusif  Astrabadi  və  Mir 

Əsədullanın oğlu Mir Seyid Əliyə tapşırıldı. 

                                                           

200


 Hüseyn yox, Həsən olmalıdır - Ş.F. 

273 

 

Mirmiran kimi məşhur olan Mir Qiyasəddin Məhəmməd o 



vaxtlarda  İsfahanın  Həsəniyyə  seyidlərinin  böyüyü  və  nəqibül-

nüqəba  Təqiəddin  Məhəmmədin  qardaşı  idi.  Öz  irsi  mənsəbinə 

yetmək  istədi  və  nəhayət  ali  sədarət  rütbəsinə  layiq  görüldü. 

Cənnətməkan  şahın  vəfatı  vaxtı  o,  sədarət  xalçası  üstündə 

oturmaqda  idi.  Olduqca  tamahı  az  və  pəhrizkar  adam  idi.  İsfahan 

darüs-səltənəsində  xeyli  əmlakı  və  adamları  olduğundan  oradan 

gələn mənfəət hesabına dolanırdı. İki oğlu vardı: [Bir oğlu] dövrün 

fəzilətli alimlərindən olan  Mirzə Məhəmməd Məxdum,  ikincisi isə 

olduqca  əməlisaleh,  dindar  və  pəhpizkar  Mirzə  Məhəmməd  Əmin 

idi. 


Başqası,   ölkə   seyidləri   təbəqəsindən   olan   Mirmiran 

Yəzdidir.  O,  bu  dudmanla  qohumluğu  sayəsində  sərəfraz  olan  Şah 

Neymətullahın  oğludur.  Şah  Neymətullah  Vəli  kimi  tanınan  sabiq 

Şah Neymətullahın müridləri onunla müridanə hərəkət edir, firavan 

yaşayırdılar. O, şahanə lütfkarlığa nail olmuşdu  və  çoxlu soyurqalı 

vardı. Həmin sülalənin əmlakı və idarələrindən əldə olunan gəlir beş 

min  tümənə  yaxın  olardı.  O,  şahənşahlıq  iltifatı  sayəsində  Yəzd 

darülibadəsində əzəmət və iqbal taxtına söykənərək gününü işrət və 

kamranlıqla  keçirirdi.  Övladlarından  Şah  Neymətullah  və  Şah 

Xəlilullah  -  hər  ikisi  bu  dudmanla    qohum    olduqlarına  görə 

başıucalıq tapdılar. Cənab  mir bu dudmanın qədrini bilmədiyindən 

və  cahan  nəvvabı  -Sultan  Həmzə  Mirzənin  zamanında,  əlahəzrət 

şahın cülusunun əvvəllərində bəzi nalayiq əməllərinə, xüsusən üsyan 

və  tüğyandan  dəm  vuran  Bəktaş  xan  Əfşarı  müdafiə  etdiyinə, 

həmçinin  sədaqətdən  uzaq  olan  başqa  əməllərinə  görə  bu  əbədi 

dövlət  tərəfindən  cəzalandırıldı.  Bizim  sadiqliyimiz  izin  vermir  ki, 

qələm cənab mirzənin (Mirmiran Yəzdinin - Ş.F.) vəziyyəti, ucalığı 

və böyüklüyünü olduğu kimi yazsın. 



Şah Qasım Nurbəxş: O, Reyin Toroşt qəsəbəsində yaşayan 

qüdvətül-məsakin 

Seyid 

Məhəmməd 



Nurhəxşin 

əzız 


övladlarındandır.  Onun  nəcibliyi,  böyüklüyü  və  şanının  ucalığı 

xarici görünüşündən də hamıya  görünür. O, ali dərgahda şahın lütf 

və  məhəbbətini  qazanmışdı  və  nurbəxşiyyə**  sülalə  müridlərinin 

müraciət  etdikləri  şəxs  idi.  Rey  vilayətində,  Şəhriyarda  və  bunlara 

yaxın  olan  yerlərdə  yaxşı  torpaq  sahələri  və  tarlaları  vardı.  Ona 

əksər seyidlərin soyurqallarından istifadə etmək üçün şah tərəfindən 

imtiaz verilmişdi. 


274 

 

Mir  Seyid  Hüseyn  əl-Hüseyniye-Cəbəlamil:  O,  xatəmül-

müctəhcdin Şeyx Əli Əbdülalinin qız nəvəsidir. Həzrət cənnətməkan 

şah  zamanında  Cəbəlamildən  gəlib,  bir  müddət  Ərdəbil 

darülirşadında  tədrislə,  şeyxülislamlıqla  və  şəri  işlərin  həlli  ilə 

məşğul oldu. Sonra ali dərgaha gələrək ictihad iddiasında (müctəhid 

olmaq - Ş.F) oldu və həzrət cənnətməkan şahın diqqətini özünə cəlb 

etdi. [Mir] nəfsinə nəzarət edən, ali fitrətli, kamil təbli və ali hafizəli 

şəxs idi. Hərdənbir ordunun [da] şəri məsələlərinin həlli ilə  məşğul 

olduğundan hər gün onun yanına çoxlu adam gəlirdi. Katiblərin şəri 

sənədlərinin  və  məhkəmə  işlərinin  əmrə  uyğun  hazırlanmasında 

[bacarığına  görə]  onu  "seyyidəl-mühəqqeqin"  ("din  alimlərinin 

seyidi"),  "sənədül-müdəqqeqin"  ("dini  tədqiq  edənlərin  istinad 

etdikləri 

şəxs"), 

"varesi-ülumül 

ənbiya 

və-l 


mürsəlin" 

("Peyğəmbərlərin  və  mürsəllərin  (göndərilmişlərin)  elmlərinin 

varisi"),  "xatəmül-mücləhidin"  ("müctəhidlərin  sonuncusu"), 

adlandırırdılar.  Hərçənd  üləmalar  onun  ardınca  bu  xüsusiyyəti 

barədə tərifli sözlər danışır və ona tabe olurdular, amma onların heç 

biri  bu  sözləri  əyani  şəkildə  ona  bildirmirdi.  Olduqca  bəlağətli  və 

şirindil  idi.  Dolaşıq  hər  hansı  məsələ  barədə  həzrət  cənnətməkan 

şahın  hüzurunda  heç  bir  dövlət  işçisi,  yaxud  ali  şahzadələr  dillənə 

bilmədikləri  halda  [şah]  mirin  köməyinə  bel  bağlayırdı.  Mirin 

xahişləri o həzrət tərəfindən qəbul edilirdi. Onun Allah bəndələrinə, 

xüsusən  əlsiz-ayqsızlara  çox  köməyi  dəyirdi.  Mirin  fiqh,  isnaəşəri 

məhzəbinin  həqiqəti  və  sonralar  yaradılan  (mobtəde)  məzhəblər 

haqqında çoxlu əsəri var idi. 

Mir Fəxrəddin Səmakı: Astrabad darülmömininə aid olan 

Səmakın  böyük  adamlarından,  dövrün  fəzilətli  üləma  və 

daneşməndlərindən  və  fəxrüssadat  v-əl  üləma  olan  (seyid  və 

üləmaların  iftixarı) 

Əmir  Qiyasəddin  Mənsur  Şirazinin 

şagirdlərindəndir.  Ali şah dərgahında  yaşamış, həzrət cənnətməkan 

şahın diqqətinə və mərhəməlinə nail olmuşdu. Təlim almaqdan ötrü 

o cənabın yanına hər gün xeyli adam təşrif gətirir, onun bildiyindən 

faydalanır  və ifadələrindən bəhrələnirdilər. "Haşiyə bər ilahiyyəte  - 

təcrid" 


[əsərini] 

yazmışdır. 

Söylədikləri 

elmi 


cəhətdən 

əsaslandırılmışdır. 



Mir  Rəhmətullah  Pişnamaz  -  Nəcəfi-əşrəf  seyidlərindən 

və  dövrün  fəzilət  sahiblərindən  idi.  Ali  dərgahda  pişnamaz 

vəzifəsində  idi.  Şahanə  şəfqəti,  xosrovanə  izziti  və  ehtiramı  vardı. 

Olduqca  Allahpərəst  və  pəhrizkar  adamdı.  Ərəbcə  çox  yaxşı  şer 



275 

 

deyirdi.  Fiqh,  təfsir  və  hədis  elm[lər]ində  hamıdan  yüksəkdə 



dururdu.  Mərhum  müctəhid  Şeyx  Zeynalabdin  əleyhür-rəhmənin  - 

Allah rəhmət eləsin  - şagirdi idi. Vaxtının çoxunu dərs deməklə  və 

elmi  mübahisələrlə  keçirirdi  (109)      yüksək  ifadə  qabiliyyəti  də 

vardı. 


Mir  Əlaün-Nəbi:  Qəzvin  darüssəltənəsinin  Mərəş 

seyidlərindən  [idi].  Ali  dərgahda  bəzi  vaxtlarda  müzəffər  "qaziye-

məəskər"  ("əsgər  qazisi")  vəzifəsində  işləmişdir.  Gilanın  fəthindən 

sonra  bu  vilayətin  sədri  kimi  başqa  sədrlərdən  seçilirdi.  Bütün 

dünyəvi,  mənəvi  məsələlərdə  üsul*  və  rical**  elmində  hamıdan 

üstün  idi.  Hədisləri  yaxşı  bilirdi.  Olduqca  xoşsöhbət,  zarafatcıl  və 

təbii  xüsusiyyətlərə  malik  adam  idi.  Ayini  behişt  olan  şahın 

məclisində  həmişə  başqalarından  çox  müsahibə  etmək  şərəfinə 

malik idi. Olduqca təqvalı və pəhrizkardı. Zahiri görünüşcə də gözəl 

idi.  Qərəzsiz  söhbətləri,  təbii  danışığı  ilə  idrak  əhlinin  və 

həmsöhbətlərinin sevincinə səbəb olurdu. 

Mir  Məhəmməd  Mömin  Astrabadi:  Astrabadın  əzəmətli 

seyidlərindən  idi.  Mir Fəxrəddin  Səmakın  bacısı  oğludur.  Olduqca 

fəzilətli, dindar, xoşəxlaq və möhkəm adamdı. Hərdənbir şer yazırdı. 

Yaxşı  qəsidələri,  qəzəlləri  və  rübailəri  vardı.  Düzgünlükdə  və 

təqvada ali dərəcəli şəxs idi. 

O,  həzrət  xaqanın  fərmanı  ilə  rəhmətlik  şahzadənin 

təlimiylə  məşğul  olmağa  başladı.  İsmayıl  Mirzənin  istilası  zamanı 

İranda qala bilməyərək Dekən vilayətinə getdi. 

Qütbşahi  sülabsində  şiəlik  (təşəyyö  -  Ş.F.)  məzhəbinin 

yayılmağa  başladığına  görə  Dekənin  əzəmətli  valilərindən 

Məhəmmədqulu  Qütbşahın  xidmətində  çalışmağa  başladı  və  bu 

sülalə  üzvləri  arasında  olduqca  mötəbər  şəxsə  çevrildi.  Orada 

vəkalət  və rəhbərliyə (pişvayi) nail oldu. Hal-hazırda, bu səhifənin 

yazıldığı  zamanda,  hicri  tarixlə  min  iyirmi  beşinci  ildir  (miladi 

1516/17), o, sağ-salamatdır  və hər bir diyarın nəyəsə  ehtiyacı olan 

adamları öz xahişlərini cənab mirzənin vasitəsilə həmin ali sülaləyə 

çatdırılır. 

Mir Məhəmməd Bağır Damad: Həzrət mir mərhum Seyid 

Məhəmməd Damad Astrabadinin doğma oğlu və məhrum müctəhid 

Şeyx  Əli  Əbdülalinin  qız nəvəsidir.  Bu  [qohumluğa]  görə  də  atası 

"Damad"  adlandırılmışdı.  Qüvvətli  fəhmə  və  əla  təbə  malikdir. 

Uşaqlığı  müqəddəs  Məşhəddə  keçmiş,  müdərrislərin  və  fazil 

adamların  yanında  elm  öyrənmiş,  az  bir  vaxtda  böyük  bir  inkişafa 



276 

 

nail olmuşdu. Nəvvab İsgəndərşanın zamanında ali orduya gəlib, ali 



dərgahın  üləmaları  və  fəzilət  sahibləri  ilə  həmsöhbət  olmuş,  bir 

müddət  Əmir  Fəxrəddin  Səmak  Astrabadi  və  başqa  alimlərlə 

mübahisələr etmiş, əqli və ənənəvi elmlər sahəsində öz dövrünün ən 

məşhur adamlarından olmuşdur. Elə bu günün özündə də öz fəzilət 

və  kamalının  nuru  ilə  elm  mərtəbəsində  parlamaqda,  günəş  kimi 

qızğın  təbi  ilə  ətrafa  nur  saçmaqdadır.  Həzrət  cənnətməkan  şahın 

vəfatından bu günədək ki, hicri tarixilə min iyirmi beşinci ildir, onun 

bir anı belə  mütaliəsiz  və [elmi]  mübahisələrsiz  ötmür.  O, şərafətli 

vaxtının  bir  ləhzəsini  belə  boş  keçirmir  və  hal-hazırda  dünyəvi  və 

mənəvi  kamal  mücəssəməsidir.  Yer  və  göy  kəşflərinin  kaşefidir. 

Hikmət  elmlərinin  əksəriyyətini  və  çətin  fənləri-riyaziyyatı,  fiqhi, 

təfsiri  və  hədisi  çox  gözəl  bilir,  ali  rütbəsi  vardır,  dini-hüquqi 

biliklərin ən yüksək pilləsinə qalxmışdır. 

Dövrün  fəqihləri  o  cənabın  yazdığı  şəri  fitvaları  mötəbər 

sayırlar.  Əksər  elmlər  sahəsində  əsərləri  vardır.  Mənə  məlum 

əsərlərindən  hikmət  inciləri  və  kəlam  [elminin]  dəqiq  fikirlər 

məcmusu  olan  "Siratül-müstəqim  və  əfuqül-mübin",  imamiyyə 

hədislərinin şərhinə yazdığı  "Rəvaşehe-səmaviyyə",  "Kitabi-kafi  və 

Şərhe-Koleyni",  "Sədrətül-müntəha"  adlı  Quran  təfsiri,  "Təazüat" 

adlanan  "Xülqi-əmal"  risaləsi,  "Xolseye-mələkutiyyə",  "Əyunəl-

məsail",  "İmazat",  "Zəvabitür-rəz'a",  "Səbe-Şəddad",  üsul  və 

qiyasatın  müxtəsər  şərhini  verən  "Həqqül-yəqin  fi  hüdusül-aləm", 

ibn  Kəmunənin  şübhəsinin  rəf  edilməsi  üçün  yazdığı  "Kitabi-

təqdisat" kitablarıdır. Cənab mirin bir neçə risaləsi və başqa kitabları 

da zühur köynəyi geymişdir (yəni qələmə alınmışdır  – Ş.F.).  Ümid 

edirik ki, o, hələ bitirə bilmədiyi əsərlərininin bitməsinə  müfəvvəq 

olacaq, şərafətli bilgisinin gizli və hələ açılmayan kitabları işıq üzü 

görəcəkdir.  Cənab  mirin  hafizəsi  elə  güclüdür  ki,  o,  təbiətin 

xəzinəsindən, onun hafizəsinə verilən əyarlı nəğdin (pulun) hamısını 

hifz etmiş, əmanət kimi saxlamışdır. Təbiət xəzinəsindən onda olan 

bircə  fuls  pul  da  dövranın  fəlsəfə  səbasında  yanmamışdır.  Taət, 

təqva və ibadətdə ali dərəcəsi və yüksək rütbəsi vardır. Xülasə, onun 

vaxtı  mütaliə,  mübahisə  və  ilahi  ibadətə  sərf  olunmuş  və 

olunmaqdadır.  Arabir şer  yazmaqla  da  məşğul olur. Təvazökarlığın 

ali mərtəbəsinə yüksəlməsinə baxmayaraq, ariflərin ən böyüyü adlı-

sanlı söz ustadı Şeyx Nizami əleyhürrəhmənin məşhur beytindəki bu 

buyruğa əməl edərək, 

 


277 

 

Nəzm 



 

Yaradan elə səf düzəltdi, həmən,  

Şairlər sonradır peyğəmbərlərdən

201


 

sədaqətli  dili  ilə  şerlər  deyir  və  onları  "Əşraq"  təxəllüsü  ilə 



imzalayır.  Qəzəl,  qəsidə  və  Şeyx  Nizamininin  mənalar  bəhrindən 

bəhs edən "Məxzənül-əsrar"  məsnəvisi kimi  məsnəvi də  yazmışdır. 

Cənab mirin şerlərinə  misal olaraq, həzrət xatəmül-ənbiya sələllahi 

əleyli və alihin - ona və nəslinə Allahın salamı olsun - (Məhəmməd 

Peyğəmbər  -Ş.F.)  nətində

202


  dediyi  rübaidir  ki,  onu  bəlağət  ipinə 

düzmüşdür və həmin rübai bu səhifədə səbt olunur. 

 

Rübai 

 

Ey son Nəbi, əflak sənin bəndəndir,  

Dünya ilə üqbayə bəzək səndəndir.  

Vardırmı təəccüb yeri kölgən yoxsa?  

Nursan elə ki, günəş sənin kölgəndir.

203


 

 

[Mir]  indi  İsfahan  darülsəltənəsində  yaşayır.  Ümid  edirik 



ki,  onun  şərafətli  vücudu  ruzigar  gülşənini  hələ  uzun  illər 

bəzəyəcəkdir, elm öyrənən  adamlar (təlbe) onun günəş kimi parlaq 

işığından feyzyab olacaqlar. 

Mir Mahmud İsfahani: "Xəlifə Sultan" adı ilə məşhur olan 

mərhum Mir Seyid Əlinin oğludur. İsfahanın böyük seyidlərindəndir 

ki,  orada  "Sadat  Xəlifə"  kimi  məşhurdur.  Ata-babaları  Mazandaran 

vilayətindəndir.  Onun  nəslindən  olan  o diyarın  valisi  Mire-Bozorg 

ruzigar  hadisələrinin  gedişi  ilə  əlaqədar  İsfahana  gəlmiş  və  orada 

qalmalı olmuşdur. 

                                                           

201


 Beytin farscası: 

"Piş-o pəsi bəst səfe-kebriya,  

Pəs şoəra aməd-o piş ənbiya. 

202


 Nət - Peyğəmbərin tərifini əks etdirən şer - Ş.F. 

203


 Rübainin farscası: 

Ey xətme-rosəl do kovn pirayeye-tost,  

Əflak yeki mənbəre-noh payeye-tost.  

Gər şəxs to-ra saye nəoftəd çe əcəb,  

To nuri-yo aftab xod sayeye-tost. 


278 

 

Xəlifə Sultanın yaxşı təbi, zarafatcıllığı cənnətməkan şahın 



xoşuna gəlmişdi. Cənab Mir Şücaəddin Mahmud da fəzilətli və alim 

seyid idi, ali fitrəti vardı. Məlum olan elmləri, xüsusilə məqulatı* və 

hekəmiyyatı*  çox  yaxşı  bilirdi.  Onun  təşkil  etdiyi  şərafətli 

məclislərdə  elmlər  öyrənilir,  mübahisələr  aparılırdı.  Fəqir  adamlar, 

dərvişlər  elm  öyrənmək  istəyənlər  öyrənmək  üçün  həmişə  ona 

müraciət edirlər. 



Şah  Təqiəddin  Məhəmməd:  Şiraz  darülmülkününün 

nəsabə seyidlərindəndir. Olduqca fəzilətli və bilikli [Şah Təqiəddin] 

Əllami  Şah  Fəthullah  Şirazinin  şagirdlərindən  idi.  O,  əllamətül-

üləma  Mövlana Mirzəcan Şirazi  ilə mübahisələrə  girişmiş, məqulat 

və  hekəmiyyatda  bacarıqla  tərəqqiyə  nail  olmuş,  Şirazın  darül-

fəzlində ifadə və tədris mərtəbəsinə ucala bilmişdir. Fazil adamların 

və elm öyrənmək istəyənlərin bir çoxu onun dərslərinə gəlir, ondan 

elm öyrənirdilər. O, öz dövrünün alimlər zümrəsindəndir. 



Mir 

Mahmud 

Şulestani: 

Şulestanın 

böyük 

seyidlərindəndir.  Fəzilətli,  dindar,  xoşəxlaq  adamdır  və  Şeyx 



Zeynəddin əleyhür-rəhmənin şagidlərindən idi. Sultanül-üləma Əmir 

Qiyasəddin  Mənsur  Dəştəki  Şirazinin  yanında  məqulat  elmlərini 

öyrənmişdi. 

Əmir Əbülvəli və Mir Əbülməhəmməd: Mir Şah Mahmud 

Əncəvi  Şirazinin  övladlarındandırlar.  Mir  Əbülvəli  fazil  seyid  və 

təşəyyödə  mütəssib fəqih idi. Fəzilət və kamalda qardaşından irəli, 

fiqh  məsələlərində  başqa  fəqihlərdən  artıqdı.  Bu  astanaye-

mütəbərrikənin  (yəni  səfəvi  xanədarının  -  Ş.F.)  yarandığı  ilk 

vaxtlarda rezəviyyə* mərtəbəsinə təyin edilmiş, bir müddət rövzeyi-

mütəbərrikədə  işləmişdir.  Müqəddəs  Məşhədin  hakimi  Şahvəli 

Sultan  Zülqədərlə  onun  arasında  yaranan  düşmənçiliyə  görə  bu 

xeyirli  sərkarlıq  vəzifəsindən  çıxarılıb,  ali  orduya  gəldi  və  qardaşı 

ilə birlikdə Qazan ovqafının mütəvvəlisi** oldu. Cənnətməkan şahın 

ömrünün sonlarında  müqəddəs səfəviyyə  astanasının sərkarlığı Mir 

Əbülvəliyə  tapşırıldı,  qardaşı  isə  sərbəst  şəkildə  Qazan  [xan] 

ovqafının  mütəvəllisi  vəzifəsində  qaldı.  İsgəndər  şanlı  nəvvabın 

vaxtında  "qəzaye  məskəre-zəfərəsəz"  ("müzəffər  əskər  qazisi") 

vəzifəsi  ona  verildi.  Əlahəzrət  zilləllah  şahın  hümayun  cülusu 

zamanı  ali  sədr  vəzifəsinədək  yüksəlib,  bu  hörmətli  işdə  çalışdı. 

Onun gələcək həyatı barədə sonra danışılacaqdır. 

Əmir Əbilvəlinin başqa qardaşı Şah Müzəffərəddin Əlidir. 

O, Şiraz darülmülkünün fazil adamlarından idi, orada şeyxülislamlıq 


279 

 

vəzifəsində  işlədi,  xasseyi-şərifə  sərkarının  həlaliyyət  işləri  üzrə 



vəkili ("vəkalətə-həlaliyyəte-sərkare-) oldu. İsgəndər şanlı nəvvabın 

hakimiyyəti  zamanı  o  həzrətin  yanında  Şirazdan  əbədi  səltənət 

paytaxtına

204


  gəldi,  zəfərli  əskər  qazisi  vəzifəsinə  layiq  görüldü. 

Mirə İsgəndər şanlı nəvvabın xüsusi diqqət və məhəbbəti var idi. 



Mirzə Məxdum Şərifi: O, Qazi Cahan Şirazinin qız nəvəsi 

Mir  Şərif  Şirazinin  oğlu  idi.  Ali  dərgahda  yaşayırdı.  Fəzilət  və 

kamal sahibi idi. Ali fəhmi və fitrəti (təbiəti, xasiyyəti - Ş.F.) vardı. 

Yaxşı  təfsirçi  və  hədis  bilən  adamdı.  Olduqca  söhbətcil  idi.  Gözəl 

vəz  edirdi.  Müqəddəs  vaxtının  əksər  hissəsi  Qəzvin  Heydəriyyə 

məscidinin  ona  xas  olan  cəvarxanasında  mövizə  etməklə  keçirdi. 

Onun  vəzini  dinləməkdən  ötrü  minbərinin  ətrafına  çoxlu  adam 

toplaşırdı. 

Təsənnündə 

(sünnilikdə) 

şübhələnildiyindən 

cənnətməkan  həzrət  şahın  diqqət  və  iltifatını  çox  görə  bilmirdi. 

Amma  bəzən  yaxınlıq  etdiyinə  görə  aləmdəkilərin  şahzadəsi  olan 

Pərixan  xanımın  diqqət  və  lütfünə  yetişirdi.  İsmayıl  Mirzənin 

zamanında  tam  etibara  malik  oldu,  sədarətin  yarısı  ona  verildi. 

Amma  təsənnün  məzhəbinə  rəğbəti  olduğundan  və  rəğbət  davam 

etdiyindən,  habelə  düşüncəsizlikdən  onun  işlərinin  üstü  açıldı, 

vəzifədən çıxarıldı. Bu barədə yeri gələndə yazılacaqdır. 



Şah  İnayətullah  İsfahani:  İsfahan  darüssəltənəsinin 

nəqiblər (nüqəba) seyidlərindəndir. Ali dərgahda zəfərli əsgər qazisi 

vəzifəsində  işləyirdi  və  bu  vəzifəni  ləyaqətlə  (kəmayənbəği)  icra 

edirdi.  Olduqca  dindar  və  pəhrizkar  adam  idi.  İsmayıl  Mirzə 

zamanında  əzəmətli  sədarət  vəzifəsinin  yarısı  onun  oldu.  İsgəndər 

şanlı nəvvabın vaxtında vəzifədən çıxarıldı, öz vətəninə qayıtdı. 



Mir  Seyid  Əli  Şüştəri:  O,  Mir  Əsədulla  Sədrin  böyük 

oğludur.  [Mir  Əsədulla  Sədr]  bir  neçə  il  cənnətməkan  şahın 

xidmətində ali sədarət  vəzifəsini müstəqil idarə etmişdir. Həyatının 

son vaxtlarında, yaşının çoxluğundan bu vəzifədən əl çəkərək, yerini 

özünün  sədaqətli  oğluna,  yuxarıda  adı  çəkilən  Mir  Seyid  Əliyə 

verdi. O, bəzi vaxtlarda ali qiymətli atasının köməyi, bəzən isə  Mir 

Məhəmməd Yusif Astrabadinin şərikliyi ilə həmin vəzifəni aparırdı. 

Bəzən  nurlu  (feyzəsər)  Rəzəviyyə  rövzəsisinin  sərkarının 

mütəvəllisi  oldu  və  müqəddəs  Məşhəddə  yaşadı.  O  böyük  seyid, 

ruzigarın  pakizə  şəxsiyyəti,  dərin  fəzilətli  və  bəyənilən  davranışlı 

                                                           

204


 Qəzvinə - Ş.F. 

 


280 

 

adam  kimi  məşhur  idi.  Vəzifədə  olduğu  zaman  öz  himmət  və 



pəhrizkarlıq  ətəyini  tamah  çirkabına  bulaşdırmadı.  Onun  əcdadı 

Şüştəp  vilayətinin  olduqca  böyük  mötərəm  və  məşhur  adamları 

idilər.  Qardaşı  Mir  Əhdülvahab  böyük  dövlətxahlığı  və  xidmətinə 

görə Dizful əmirliyinə qədər yüksəldi, o mülkün şəriyyat və ürfiyyat 

işləri ona tapşırıldı. 

Mir Kəmaləddin Məhəmməd Astrabadi və Mir Əbülqasim 

İsfahani:  İşıqlı  Rəzəviyyə  rəziyyəsinin  bacarıqlı  mütəvəlliləri 

olublar  ki,  cənnətməkan  şahın  dövründə  onların  hər  ikisi  həmin 

məscidin  mühüm  vacibi  və  sünnəti  tövliyyət  işləri  ilə  məşğul 

olmuşlar. Mir Kəmaləddin Astrabadın, Mir Əbülqasim isə İsfahanın 

"xəlifə" seyidlərindən idi. Onlar "Mazandaran seyidləri" adı ilə [də] 

məşhur  idilər.  [Mir  Kəmaləddin]  Cəm  məqamlı  şahin  (Şah 

Təhmasibin  -  Ş.F.)  hakimiyyətinin  sonlarında  "sərkare-feyzasar" 

("feyzli sərkar") vəzifəsinə təyin olundu. Mir Kəmaləddin  "sünnəti" 

mütəvəlliliyini,  Mir  Əbülqasim  isə  "vacibi"  mütəvəlliliyini  icra 

edirdi. 


"Sünnəti"  ibarəsindən  məqsəd  budur:  Soyurqalların 

[verilməsi]  və  sərkare-xasseyi-şərifədən  sərkarın  məsrəfləri 

(məsarefül-sərkar)  üçün,  [həmçinin]  xərclənmə  hüququ  sırf 

cənnətməkan xaqanın ixtiyarında olan xidmətçilərə* (xoddam), dərs 

oxuyanlara (modərres), vəzifə sahiblərinə, idarə [işlərinin] işçilərinə, 

seyidlərə,  ixtisassız  fəhlələrə  (oməla),  fazil  (fozəla)  və  ləyaqətli 

adamiara  (ərbabe-estehqaq)  ehtiyaclarının  ödənilməsindən  ötrü 

verilən  pullara  "sünnəti"  deyilir.  Müəyyən  məsrəfləri  olan  ovqat

205

 

(?)  və  nəzirlərdən  (nəzrovat)  əldə  olunan  pulların  xərclənməsi  isə 



vəqf  sahiblərinin  şərtlərinə  görə  xərclənməlidir  ki,  bu  da  "vacibi" 

adlanır. 



Mirzə 

İbrahim 

Həmədani: 

Təbatəbaül-hüseyni 

seyidlərindəndir.  Atası  Həmədanda  qazilik  və  şəri  işlərin  icrası  ilə 

məşğul  olurdu.  O, bir  müddət  Mirzə  Məxdum  İsfahaninin  yanında 

şagird  oldu.  Qəzvin  darüs  səltənəsində  əllamətül  üləma  Mir 

Fəxrəddin  Səmakinin  yanında  işlədi,  əqli  elmləri  öyrəndi, 

hekəmiyyatda (fəlsəfi, zehni elmlər - Ş.F.) böyük inkişafa nail oldu. 

Cənnətməkan  şahın  vəfatından  sonra  Həmədanda  irsi  qazilik 

vəzifəsinə  təyin  edildi,  amma  özü  qazilik  mürafiə  (məhkəmə 

işlərinin həlli  -  Ş.F)  işləri  ilə  az  məşğul  olurdu,  onun  əvəzində  isə 

                                                           

205


 Ovqaf olmaldır, yəni “vəqf”in cəmi - Ş.F. 

281 

 

naibləri  işlərini  həll  edirdilər.  Cənab  mirzə  öz  şərafətli  vaxtının 



çoxunu sırf mütaliə  və bəhslərlə keçirirdi  və onun dərs hövzəsində 

xeyli tələbə elm öyrənirdi. Onun "Risaleye-esbate-vacebe qədim və 

cədid", "Şərhe-şəfaye-Şeyx Əbu Əli", "Haşiyeye-şərhe-eşarat" və s. 

kimi məntiqə əsaslanan fikirləri və hikmət kitabları vardır. Əlahəzrət 

zilləllah şahın hakimiyəti vaxtı o, yenidən ali orduya gələrək, şahanə 

inayətlərə,  layiqli  soyurqal  və  mükafatlara,  yaxşı  və  bol  ənamlara 

layiq  görüldü.  Belə  ki,  bir  dəfə  onun  yeddi  yüz  tüməni-İraqi 

məbləğində olan borcu xəzaneye-amirədən verirdi və həmin məbləğ 

"müsəlmanların  borcu"  maddəsindən  ödənildi.  Onun  sözlərini 

dövrün üləma, füzəla və alimləri tez-tez işlədirdilər. İlan ili olan min 

iyirmi  altıncı  ildə  (miladi  1617/18)  Gürcüstan  səfərindən  qayıdıb 

Həmədana gedərkən yolda onun ömür yolu başa çatdı. 



Mir  Cəfər  Möhtəsibür-məmalik:  O,  təbatəbaül-hüseyni 

seyidlərindən  Mir  Rastinin  oğludur.  Əzəmətli  əbdülvahabiyyə 

seyidlərinə  qəribə  bir  yaxınlığı  vardı.  Cənnətməkan  şahın 

xidmətində  [olduğu  zaman]  ölkələr  möhtəsibi  (ehtesabi-məmalik) 

vəzifəsinə  yüksəldi  və  nə  qədər  ki,  sağ  idi  bu  vəzifədə  işlədi. 

Hümayun  zilləllah  şahın  cülusunun  əvvəlləridə  o,  fani  həyatı  tərk 

etdi. Olduqca xoşəxlaq, dərviştəbiət, rəvan təbli, xoşxasiyyətli seyid 

idi. 


Mirzə  Əbdülhüseyn:  Mir  Fəsihin  oğludur.  O  da  hüseyni 

seyidlərindən  olub,  Əmirə  Cəfərlə  əmioğlanları  idilər.  Onun  anası 

"Cahanşahi"  sülaləsinə  xas  qadınlardan  olduğundan  ona  Mirzə 

Əbülhüseyn  Cahanşahi  deyirdilər.  O,  Təbriz  darüssəltənəsində 

cahanşahiyyə  büqəsinin  yaxınlığında  yaşayırdı,  Müzəffəriyyə  kimi 

məşhur olan və anasından ona qalan həmin büqənin mütəvəllisi idi. 

İsgəndər şanlı nəvvabın zamanı  və  Əmir xan  Türkmanın  hakimliyi 

vaxtında  Təbriz  darüssəltənəsi  kəlantəri*  o  idi.  Olduqca  şanlı  və 

mötəbər  adamdı.  Rumiyyə  istilası  zamanı  İraqa  gəldi,  Mir  Cəfərin 

vəfatından sonra möhtəsibül-məmalik oldu və elə həmin günlərdə də 

axirət evinə  getmək üçün əyninə əməl paltarı  geyindi (yəni axirətə 

köçdü - Ş.F). 



Şah  Əbdüləli  Yəzdi:  Qədir-qiyməti  yüksək,  şan-şöhrətli 

Yəzd  darül-ibadəsi  seyidlərindən  idi.  Onun  ata-babaları  Bəme-

Kirman vilayətindən idilər və Yəzd darülibadəsinə köçmüşdülər. O, 

elə orada da şəri yüksəklik əldə etdi. Olduqca pəhrizkar və tamahsız 

adamdı.  Yüksək  nurbəxşiyyə  sülaləsi  ilə  qohumluğu  vardı.  Onun 

möhürü və sicili olan sənədlər əhali arasında etibarlı idi. 



282 

 

Mir  Kəlan  Astrabadi:  Astrabad  darülmöminin  əzəmətli 

seyidlərindən  və  əllamətül-üləma  Mir  Fəxrəddin  Səmakinin 

qohumlarından  idi.  Fiqh  elmində  böyük  məharəti  vardı.  Olduqca 

zarafatcıl, xoştəb, dindar və pəhrizkar adam idi. Cənnətməkan şahın 

vəfatına  yaxın  o  həzrətin  əyan  bacısı  mərhum  şahzadə  Sultanım 

həzrətləri  on  dörd  məsum  şərəfinə  çoxlu  vəqf  bağışladı,  tovliyyət 

hüququnu  şahin  müqəddəs  zatına  və  ondan  sonra  şahlıq  taxtına 

cülus edəcək hər bir adlı-sanlı övladına verdi, [Mir Kəlan Astrabadi] 

isə  bu  işin  icrası  ilə  məşğul  oldu.  Diyanətdə  (dindarlıq)  və 

düzgünlükdə təriflərə layiq adam idi. 

Mir Seyid Əli Xətib: O da Astrabad seyidlərindən idi və ali 

dərgahda  xitabəf  vəzifəsində  işləyirdi.  Bəzi  vaxtlarda  möhtəsibül-

məmalik  də  olmuşdu.  Əmre-məruf  və  nəhye  monkər***  işlərində 

etdiyi  mübaliğə  ifrat  sərhəddinə  çatırdı,  çünki  dünyəvi  riya  və 

qərəzkarlığa şübhə ilə yanaşırdı (müştəbeh). Məzacı tünd olması və 

şəri  işlərə  insanı  vadar  edən  nəfs  (nəfse-əmmarə)  xüsusda  alim  və 

fazil şəxslər onunla həyati söhbətlər edirdilərlərsə də, ona qalib gələ 

bilmirdilər.  



Mir  Tahir  Kaşi:  Kaşan  seyidlərindəndir.  Ali  dərgahda 

xətibliyə qədər yüksəlmişdi. 



Mir  Zeynalabdin:  O  da  Kaşan  seyidlərindəndir,  "Mirə 

Kəllə" adı ilə  məşhur idi.  Mir Yəhya Ələvi Qəzvininin  damadı idi. 

O,  dini  işlərin  icrasında  Mir  Seyid  Əli  və  Mir  Tahirin  yolu  ilə 

gedirdi.  İsmayıl  Mirzənin  vaxtında  onlar  şahın  qəzəbinə  düçar 

oldular, Mir Zeynalabdin möhtəsib vəzifəsinə təyin edildi. 

Mir  Əbu  Taleb:  İsfahan  seyidlərindəndir.  İsfahandakı 

imaməl-sacedin  və  qiblətül-arifin  olan  (səcdə  edənlərin  imamı  və 

ariflərin    qibləsi)    Zeynalabdin    əleyhüssallama    mənsub  şərafətli 

büqənin  mütəvəllisi  idi.  Məqulat  və  hekəmiyyatda  özünü  əqidə 

cəhətincə başqadarından üstün sayırdı. 

Mir 

Məhəmməd 

Əşrəf: 

Astrabadın 

derazgeysu 

seyidlərindəndir. Öz diyanəti, məsləhətçilliyi və pəhrizkarlığına görə 

şahın  etimadına  nail  olmuş,  həmişə  cənnətməkan  şahın  şəri 

nümayəndəsi  sifətilə  həzrət  imamın  astanəsinin  ziyarətinə  və 

təvafına*  gedir  və  ziyarətini  yerinə  yetirirdi.  Ehtirama  layiq  adam 

idi.  O  həzrətin  [şahlığı]  zamanı  məhrusə  məmləkətlərində  başqa 

qədir-qiymətli  seyidlər  də  vardı  ki,  onların  əksəriyyəti  əyinlərinə 

şahdan  əvvəl  ölüm  libası  geyinmişdilər  və  o  həzrət  ölərkən  sağ 

deyildilər: Onlardan zəmanənin üllamətül-üləması və şah məclisinin 


283 

 

üzvləri  zümrəsindən  olan  Dəstqeyb  Şirazini,  özünü  Mir  Şərif 



Əllameyi-Cürcaninin  nəbirələrindən  sayan  Mir  Seyid  Şərif  Şərifi 

Şirazini,  Fars şeyxülislamının həlaliyyat işləri üzrə  vəkili  Şah Əbu 

Türab Əncunu, Xorasan seyidlərindən Mirzə Əbu Taleb Rezəvini və 

onun oğlu  Mirzə Əbulqasimi,  [həmçinin]  Mir Əbdülkərim Xadimi, 

Mir  Şəmsəddin  Əli Sultan ibn Muxtar Səbzvarini,  habelə  Nişapur, 

Bəme-Kirman  seyidlərini,  Həsən  padşah  Türkmanın  oğlu  Yusif 

Mirzənin  qız  nəvələrindən  olan,  Təbrizin  Əbdülvahabiyyə 

seyidlərini,  gülüstanə  və  məmuriyyə  seyidlərini,  İsfahan 

məmurəsinin seyidlərini və şahın sağlığında sağ olan onlar kimi bir 

çox  təbəqədən  olan  seyidləri  misal  göstərmək  olar  ki,  aşağıda 

onlardan danışılır: 

Müqəddəs  Məşhəd  seyidləri:  Əzəmətli  Rezəvi  və  Musəvi 

seyidlərindəndirlər. Onlar  müqəddəs Məşhəddə  müqəddəs rövzənin 

yüksək xidmətçilərindən olub, izzət və etibara malik idilər. Amma, o 

ali qədirli təbəqə seyidlərindən Mirzə Əbülqasimin oğlu Mirzə Əbu 

Talib  Rezəvi  Xorasan,  xüsusilə  müqəddəs  Məşhəd  seyidləri 

içərisində olduqca böyük, şöhrətli, varlı və bədiyyatda tayı-bərabəri 

olmayan  şəxs  idi.  O,  cənab  Mir  Şəmsəddin  Əli  Sultan  ilə  qohum 

olmağı vəsiyyət etmişdi və onun möhtərəm qızı, Mirzə Əbülqasimin 

arvadı  idi.  Bu  qohumluq  ruzigarın  tələbi  və  hər  iki  tərəfin 

düşmənçiliyi  nəticəsində  əziyyət  və  sədəmədən  başqa  heç  nə 

vermədi.  Ata  və  oğlunun  vəfatından  sonra  Mirzə  Əbülqasimdən 

Mirzə Əbu Talib  və Mirzə İbrahim adlı oğlanları qaldı. Onların hər 

ikisi  uşaqlıq  yaşlarından  əlahəzrət  zilləllah  şahın  zamanında  boya-

başa çatmışlar. İndi ki, hicri tarixlə min iyirmi beşinci ildir (miladi 

1616/17), onlar şahanə  mərhəmət kölgəsi altında izzət  və hörmətlə 

əmr edirlər  və onlardan qalan irsi soyurqalların və başqa  mülklərin 

və məhsulların hesabına yaxşı yaşayırlar. 

Mir  Müseyib  Nəqib,  Mir  Məhəmməd  Cəfər  ibn  Mir 

Məhəmməd  Səid  və  Mirzə  Uluğ  da  Rezəviyyə  seyidlərindəndir. 

Nəqib* mənsəbində olan Mir Müseyib başqalarından daha hörmətli 

və  izzətli  idi.  Mir  Məhəmməd  Cəfər  fəzl  və  kamal  kəsb  etməklə 

məşğul idi. Son vaxtlarda fəqihlik və elm öyrənməkdə bərk tərəqqi 

edib,  ictihad  mərtəbəsinə  çatdı.  Amma,  ehtiyatının  çoxluğu  və 

etiqadının  sədaqəti  üzündən  müctəhid  olmaq  iddiasına  düşmədi. 

Olduqca  dindar  və  pəhrizkar,  şübhəli  yemək-içməkdən  yayınan 

adam  idi.  O,  Mirzə  Uluğ  və  adı  çəkilən  Mirzə  Əbu  Taleb  ilə 

əmioğludur.  Olduqca  dərvişxislət,  həlim  və  gözü  tox  idi.  Zilləlləh 


284 

 

həzrət  şahın  zamanında  yüksəldi  və  şahanə  hörmətlərə  layiq 



görüldü.  Bütün  Məşhəd  seyidləri  və  onların  musəviyyə  təbəqələri 

barədə  danışmaq  sözümüzü  uzadacağı  üçün  bu  kiçik  qeydlərlə 

kifayətləndik. 

Əzəmətli  Səbzvar  seyidləri:  Mir  Şəmsəddin  Əli  Sultanın 

oğlu Mirzə Mahmud qədir-qiymətli Bəni-Muxtar seyidlərindəndir. 

Mir  Şəmsəddin  Əliye-Mazi  və  Əli  Həddad  əzəmətli 

cığatay-gürganiyyə

206

  sultanlarının  [hakimiyyəti]  zamanında  öz 



qoşun və xidmətçiləri ilə birlikdə Ərəb diyarından Xorasana gələrək 

Səbzvarda  yaşamağa  başladılar.  Onlar  çoxlu  var-dövlət  yığıb,  öz 

vəkillərini  və  [Başqa]  adamlarını  əkinçiliyə  və  inşaata 

rəğbətləndirdilər. Bu işdən çoxlu pul əldə etdilər. "Həbibüs-siyər"də 

yazılmışdır ki, Hicazdan və Ərəb İraqından hələ Mir Şəmsəddin Əli 

qədər  məşhur, ilhamlı, çoxlu  mülazimləri  və sərvəti olan başqa bir 

seyid əcəm  [diyarına]  gəlməmişdir. O, dövr sultanlarının diqqət və 

iltifatına nail olmuş, xeyli ehtirama layiq görülmüş, bütövlükdə İran 

məmləkətlərinin,  xüsusi  olaraq  isə  Xorasan  vilayətinin  nəqiblər-

nəqibi  (nəqibül-nüqəba)  vəzifəsi  ona  layiq  görülmüşdü.  Qədir-

qiymətli səfəviyyə padşahlarının hakimiyyəti  və qızılbaş dövlətinin 

zühuru  zamanı  onun  övladları  get-gedə  şahanə  təzimatla 

şərəflənmişlər. Mirzə Məhəmmədin oğlu Mir Şəmsəddin özbəklərin 

hakimiyyəti  və  Übeyd  xan  Özbəyin  Xorasana  yürüşü  zamanı  öz 

dövlətxahlıq borcunu yerinə yetirmiş və buna görə də cənnətməkan 

həzrət şah tərəfindən yüksək əmirlik rütbəsinə və xan ləqəbinə layiq 

görülmüşdü.  Onun  sabiq  vəzifəsinə  hümayun  şahın  nəyabəti 

(köməkçisi,  naibi  -  Ş.F.),  yəni  seyidlərə,  kəlantərələrə,  böyük 

ərbablara  və  bütün  Xorasan  əhalisinə  sərvərlik  etmək  də  əlavə 

olundu. 


O alicah seyid barəsində deyilmiş bu beyt məşhurdur. Belə 

ki, şair demişdir: 

                                                           

206


  Qeyd:  Cığatay  -  gürganiyyə  sultanları  adı  altında  əsasən  Əmir  Teymur  Gürganın 

(Gurəkan  -  Ş.F.)  vəfatından  sonra  (1405)  hakimiyyətdə  olan  özbək  hökmdarları 

nəzərdə  tutulur.  Çingiz  xanın  oğullarından  1242-ci  ildə  ölən  Cığatayın  adı  onun 

vəfatından  bir  neçə  əsr  sonra  da  bu  sülalənin  qurduğu  dövlətə  ad  olaraq  davam 

etmişdir.  Hətta  Mavərənnəhr  bölgəsinin  türk  və  ya  türkləşmiş  əhalisi  də  XV-XVl 

əsrlərdə,  orada  Cığatay  soyundan  heç  bir  hökmdarın  qalmadığı  vaxtda  belə,  cığatay 

adı ilə adlanmaqdaydı. Qeyd olunmalıdır ki, bu sülalə ilə heç bir əlaqəsi olmadığı bir 

halda  Şərqi  Türk  ədəbi  dilinə  "cığatay  dili  deyilmişdir.  (Bax:  Prof.  Dr.  İsmail  Aka. 

Timur ve dövleti, Ankara, 1991, seh. 23.) 

 


285 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin