AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə29/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   25   26   27   28   29   30   31   32   ...   96

O DÖVRDƏ ZAMANIN YEGANƏLƏRİ OLAN 

XOŞNEVİSLƏRİN (XƏTTATLARIN - Ş.F.) ZİKRİ 

 

O dövrün başqa ustadlarının xətləri üzərindən ləğv qələmi 



çəkən  bir  çox  nəstəliq  yazan  xoşnevislər  zümrəsi  vardı  ki,  onlar 

şahın  cahanı  tərk  etdiyi  vaxt  özləri  də  bu  fani  dünyadan 

köçmüşdülər.  O  cümlədən  Mövlana  Əbdi  Nişaburi,  Mövlana 

Şahməhəmməd Zərrinqələm, Mövlana Dust Herati, Ustad Behzadın 

bacısı oğlu  Mövlana Rüstəməli, Mənsur Hafiz Babaxan  Türbəti  və 

Mövlana Malik Deyləmi Qəzvini dövranın məşhur şəxsləri və əsrin 

xoşnevisləri idilər. Elə buna görə də biz sağ olanlardan bəhs etməklə 

kifayətlənəcəyik. 



Xoşnevislərin  sağ  qalanları  aşağıdakılardır:  Birinci, 

Herat, Xorasan  və  İraq əhalisinin fikrincə  Mövlana Mahmud  İshaq 

Siyavuşanidir. 

İkinci  xoşnevis  isə  birinci  ilə  birgə  Mövlana  Mirəlinin 

şagirdi  olmuş  Mir  Seyid  Əhməd  Məşhədidir.  O  dövrdə  heç  kim 

nəstəliqi yuxarıda adı çəkilən Mövlana Mahmud kimi incə yazmağı 

bacarmırdı,  amma  Herat  əhli  onun  xəttinin  Mir  Seyid  Əhmədin 

xəttindən  üstün  olduğu  fikrindədir.  Məqsədləri  Mövlana  Mir  Əlini 

özlərinin bu fikrinə şahid etmək olmuşdur. 

 

Şer 



 

Xacə Mahmud gərçi bir müddət  

Bu fəqirin olubdu şagirdi.  

"Təqsiri yox, dedilər, birzərrə",  

Gərçi yoxdu onun də təqsiri.  

Yaxşı-pis hər nə yazsa da, amma  

Sahibi zənn eləyir mənfəqiri.

225


 

                                                           

225

 Şerin farscası: 



311 

 

 



Deyirlər ki, Xacə Mahmud bu qitəni eşidib dedi: "Mövlana 

yaxşı-pisi (nik-o bəd) dedikdə səhv işlədib. Mən bütün yazdıqlarımı 

ona  aid  edirəm.  Doğrudur  onun  yazdıqlarında  gözəllik  və  zəriflik 

var, amma yazdıqları olduqca biədəb tərzdədir". Məşhəd əhli isə Mir 

Seyid  Əhmədi  ondan  üstün  tutur.  Doğurdan  da,  cənab  mirzə  tayı-

bərabəri olmayan xoşnevis və misilsiz bir qitənevisdir. Onun söhbəti 

Xorasanda,  İraqda  və  hər  yerdə  yayılmışdı.  Xəttatların  hamısı 

üstünlüyü  onun  xəttinə  verirlər.  Həqiqətən  də,  o,  bu  peşədə 

yeganədir  və öz həməsrlərindən üstündür. Xətti ən  gözəl xətt kimi 

qəbul  olunurdu.  Onun  yazdığı  qitələri  isə  dünyanın  hər  yerinə, 

xüsusilə Hindistana və Mavərənnəhrə aparırdılar. Onun çox şagirdi 

olubdur və ondan çox şey öyrəniblər. Amma son  vaxtlarda zəiflədi 

və elə yazmağa başladı ki, sənət əhli tərəfindən bəyənilmədi. 

Başqa 


nəstəliqnevislərdən 

biri 


də 

Mövlana 


Məhəmmədhüseyn  Təbrizidir.  O,  Mövlana  İnayətullahın  oğludur. 

Yuxarıda  "alimlər  zümrəsi"  hissəsində  haqqında  danışdığımız 

Mövlana  Məhəmmədəli  İraq  və  Azərbaycan  xoşnevislərinin 

yazdıqları,  lakin  Xorasan  xoşnevisləri  tərəfindən  bəyənilməyən 

nəstəliq xətti sahəsində yaxşı inkişaf etmişdi və bişmiş qələmə sahib 

olan bir şəxs idi. Onun qələmindən çıxan  yazılar qüsursuzdu, səhv 

və  düzəlişlərdən  xali  idi.  Elə  inkişafdaydı  ki,  əgər  əcəli  aman 

versəydi, bizim ustadların yazılarının üstündən cızıq çəkərdi. Cavan 

vaxtında  onun  həyat  qələmi  ömür  səhifəsini  qaraladı.  Hal-hazırda 

onun  yazılarından  hansı  birisə  kiminsə  əlində  görünürsə,  əl-əl 

gəzməkdədir  və  xətt  həvəskarları  onun  xəttiylə  yazılmış  vərəqləri 

bir-birinin əllərindən qapırlar. 



Mir  Müəzzi Kaşi  -  O  vaxtlarda  xoşnevislik  iddiasında  idi 

və  yaxşı  xətti  vardı.  Kitab  yazmazdı,  amma  qitənevislik  edərdi. 

Amma  Kaşan  və  İraq  camaatının  ona  göstərdikləri  böyük  etiqad 

gerçək deyildi. Yuxarıda adları çəkilən Xorasan xoşnevisləri ondan 

üstün idilər. 

                                                                                                               

"Xacə Mahmud gərce yek çəndi 

Bud şagerde-in fəqire-həqir,  

Dər həqe-u nərəft təqsiri, 

Gərçe u həm nəmikonəd təqsir.  

Hərçe xod minevisəd əz bəd-o nik,  

Mikonəd comle-ra bename-fəqir".  

Qeyd: İskəndər bəy Münşi "bu fəqir, mən fəqir" dedikdə özünü nəzərdə tutur - Ş.F. 


312 

 

Mövlana Babaşah İsfahani - İraq nəstəliqnevislərindəndi. 

Məktub yazmaqda (kitabət) bütün cahanda məşhurdu. Həqiqətən də 

onun  kimi  yaxşı  katib  (kitab  üzü  köçürən  -  Ş.F.)  İraqda  yoxdu.  O 

zaman  elə  mahir  adam  heç  Xorasanda  da  yoxdu.  Vaxtını  kitabətə 

həsr  edir,  dolanışığını  yazı  yazmaqla  təmin  edirdi.  Böyüklər  və 

əyanlar onun xəttinə maraq göstərir və ona etiramlar edirdilər. Onun 

kitabəti  İraq  camaatında  çox  olsa  da,  hal-hazırda  az  tapılır,  çünki 

əksəriyyətini müxtəlif yerlərə aparıb baha qiymətə satmışlar. 

Mir Sədrəddin Məhəmməd - Dövrün xoşnevislərindən olan 

nəstəliqyazan  Mirzə  Əsrəfin  oğludur.  Qəzvinin  seyfi-hüseyni 

seyidlərindəndir. O və qardaşı Mir Ruhullah hər ikisi böyük seyid və 

ruzigarın  istedad  sahiblərindəndirlər.  Ata-babalarının  isə  şöhrət, 

qabiliyyət, istedad, fəzilət və mənəvi kamillik cəhətdən təriflərə heç 

bir  ehtiyacları  yoxdur.  Mirzə  Əşrəfin  xüsusi  tərzdə  və  məlahətlə 

yazdığı  müxtəlif  aşiqanə  qəzəllər  dövr  söz  ustadları  (soxənvər) 

arasında elə şur və şövq yaratmışdır ki, ədalət naminə həqiqətən də 

misilsizdir.  Onun  adları  çəkilən  comərd  oğulları  dövr  elmlərini 

mənimsəməkdə  başqa  həmkarlarından  seçilirdilər,  belə  ki,  onların 

hər  ikisi  gözəl  əxlaqlı,  fəzilətli  və  bilikli  idilər.  Olduqca  münasib 

olardı  ki,  mirin  və  qardaşının  şərif  adları  əzəmətli  seyidlər  və 

möhtərəm  böyüklər  zümrəsinə  yazılaraq,  onlar  təbiblər  silkinə 

(ətobba) daxil ediləydilər. 

Xülasə,  mir  yaxşı  nəstəliqnevis  idi.  İraq  xoşnevisləri 

arasında  qeyd-şərtsiz  yaxşı  şagirdi  olan  və  xətt  təlimini  mirdən 

mənimsəyən  Mövlema  Malik  Deyləmi  Qəzvini  isə  cavanlıq 

dövründə  olduqca  səliqə-sahmanlı  yazı  yazırdı,  amma  qocalıqda 

gözünün  zəifləməsi  cəhətindən  yazı  məşqini  tərk  etdi,  özünün  ilk 

yazılan ilə kifayətləndi. 

Nəstəliqdə  o,  Mövlana  Sultanəlinin  yolunu  davam 

etdirmişdi,  başqalarından  tam  seçilirdi  və  üstün  idi,  Mövlana 

Sultanəlinin xəttinə Mövlana Mirəlidən artıq etiqad vardı ki, yalnız 

bir-iki  nadir  xoşnevis  haqda  belə  söyləyirlər.  Bu  fənndə  Mövlana 

Mirəli çox inkişaf etmiş  və  məşhurlaşmışdı, amma qələm sahibləri 

Mövlana  Sultanəliyə  üstünlük  verirdilər.  Günlərin  bir  günü  cənab 

mir mövlananın yanına gəlməzdən əvvəl onun üç gözəl xətli qitəsini 

özü ilə götürdü, hər üçünün üzünü köçürdü və mövlanaya göstərdi. 

Mövlana  Sultanəli  həmin  xətlərə  baxıb  onların  hansının  kimə 

məxsus olduğunu təyin edə bilmədi. Bir qədər sonra mövlana mirin 

xəttini bəyəndi. Xülasə, cənab mirin (Sədrəddinin - Ş.F.) qabiliyyət 


313 

 

və istedadı yüksək idi. O, illərlə qədimə adamların tarix kitablarını 



və şerlərini oxumuş və elə bir təzkirə qələm almışdı ki, keçmişlərdə 

ona bərabər əsər yazan olmamışdı. Dünyanın harasında olur-olsun, 

əgər hansı kəs (şair - Ş.F.) mövzun bir misra yazmışdırsa cənab mir 

onu  taparaq  öz  təzkirəsində  əks  etdirmişdi.  Cənab  mirin  həyatı, 

beləliklə,  bu  işə  sərf  oldu,  amma  onu  öz  istədiyi  kimi  tamamlaya 

bilmədi. Musiqi və ədvar elmi aləmində də çox səy etdi və ruzigarın 

məşhur  musiqiçilərindən  oldu.  Bəstəkarlıqda  (qovl  və  əməl)  nadir 

fikir  və  əməl  sahibi  idi,  gözəl  (bədi)  musiqisi  ilham  sahibləri  olan 

adamların  məclislərinin  bəzəyi  olmaqla,  nəğmələri  dövr 

xanəndələrin  dillərinin  əzbəridir.  İsgəndər  şanlı  nəvvabın 

hakimiyyəti vaxtı xoşbəxt şahzadə Həmzə Mirzənin "məclis əhli və 

yaxın  adamları"  ("məclisiyan  və  moqərrəvan")  zümrəsinə  daxil 

edilmişdi.  Əlahəzrət  zilləllah  şahın  xoşbəxt  əyyamı  zamanı  isə 

olduqca  böyük  iltifata  yetişmişdi  və  həmişə  şahın  yanında  olardı. 

Xorasan  səfərlərinin  birində  axirət  səfəri  mahnısını  yazaraq  bəqa 

aləminə yollandı. 



Mirzə  İbrahim  İsfahani  -  O  da  qabil,  bacarıqlı,  xoşnevis 

bir  vəzirzadə  idi. Bu  mirzə də  mir kimi  yaxşı yazan idi, lakin ona 

çatmazdı.  Mövzun  təbli,  cidd-cəhdli,  qələndər  rəftarlı,  dərvişanə 

adamdı. Əlinə düşən pulu sədaqət süfrəsi üstünə qoyurdu,  ev-eşiyi 

həmişə savadlı şəxslər, şairlər və bu kimi adamlarla dolu olardı. Gah 

böyük adamlara xas olan tərzdə ömür-gününü naz-nemət içində, gah 

da həftələrlə arpa çörəyi yeməklə keçirirdi. Təvəkkül qapısı önündə 

oturub vəzifəli şəxslərdən və əyanlardan xeyli xətir-hörmət görürdü. 

Amma, olduqca şux təbli  və söhbətcildi. Şerdə fəhmli, izahlı lüğət 

(loğate-fors)  tərtib  etməkdə  özünün  vahid  olduğunu  iddia  edirdi. 

Cənab  mirzənin  yanında  həm  aşağı,  həm  də  yüksək  şəxslər 

barəsində  söhbətlər  olunar,  onların  xasiyyətləri  haqqında  zarafat 

olunar,  onların  xəbislikləri  kobudluqları  (bədguyi),  alçaqlığı  (vəzi) 

və şərafəti hallandırılardı. Onun izahlı lüğət sahəsində yazdığı risalə 

hazırda İraqda yayılmışdır. 

Hər  təbəqədən  çıxan  başqa  nəstəliq  yazanlar  da  vardı. 

Məsələn,  tayı-bərabəri  olmayan  əzikenevislərdən  (?)  Şatir 

Məhəmmədin  oğlu,  Şatir  Əlinin  isə  nəvəsi  olan  İsa  bəy,

 

türklər 


arasında  sayılıb  seçilən  və  nəstəliq  xəttində  çox  inkişaf  edən 

Pirbudaq bəy Filanoğlu Şamlı. Biklu (Bəyli - Ş.F.) Vəli Ərəbgirlinin 

oğlanları da nəstəliqnevis idilər. Əgər bizim ənbər ətirli qələmimiz 

onların hər biri haqqında yazarsa çox uzun çəkər.  Amma o dövrün 



314 

 

təliqnevislərindən*  ən  xoşnevisi  hümayun  məclis  münşilərindən 



olan Xacə Əlaəddin Mənsur Münşidir. Onun adı "münşilər zümrəsi" 

siyahısındadır.  Xosnevislərdən  olduğu  üçün  onun  haqqında  təkrar 

yazmaqdan  çəkinməyib,  barəsində  yenidən  yazdıq.  O,  Kərəhrud 

ülkasının kəlantərzadələrindəndir. Mövlana Dərvişin xəttini olduqca 

gözəlləşdirdi  və  özünü  təsdiq  etdi  ki,  ki,  buna  heç  bir  şəkk-şübhə 

yoxdur.  Amma,  özlərinin  yaxşı  yazanlar  olduqlarını  iddia  edən 

şəxslərin  özləri  də  onun  xəttinin  kamal  mərtəbəsinə  çatdığını 

bildirirlər, lakin o, hərfləri çox böyük yazır və dairələri çox iri çəkir. 

Bu  yazı  üslubu  əslində  də  kitablar,  məktublar  və  nişanlar  (əmr  və 

fərmanlar - Ş.F.) üçün xoş görünüşlüdür. O şikəstə nəstəliq xəttində 

də çox mahir olmuşdu. 

Mirzə  Əhməd  Mirzə  Ətaulla  oğlu  -  O  da  təliq  xəttinin 

xoşnevislərindəndir. Öyrənməyə başlayan  vaxltarda  Xacə  Əlaəddin 

Mənsurun şagirdlərindən olmasına baxmayaraq, son illərdə olduqca 

inkişaf  etdi.  Mövlana  Dərvişin  küt  qələmlə  yazdığı  şikəstə  xəttini 

çox  gözəlləşdirdi.  Onun  yazdığı  xətt  dairələri  Xacə  Əlaəddin 

Mənsur və başqa xəttatların dairələrinə nisbətən daha əyri (şikəste) 

idi, lakin o qədər də qabarıq deyildi. O, cənnətməkan şah dövrünün 

möhtəbər  vəzirzadələrindəndi. Atası  Azərbaycan  və Şirvanın  vəziri 

olan  vaxt  cənnətməkan  şahın  diqqətini  özünə  cəlb  etmiş  və  ondan 

xeyli  inayətlər  görmüşdüsə  də,  amma  taciklərin  həsədinə  səbəb 

olmuşdu. Ali orduda onun məclisləri keçirilirdi və o, oranın "xidmət 

əhli"  silkinə  mənsub  olmuşdu.  Cənnətməkan  şah  üçün  mürəkkəb, 

qələm  hazırlamaq,  qələm  yonmaq  işi  ona  tapşırılmışdı.  Son 

vaxtlarda  iftiraçı  adamlar  onu  şahın  işıqlı  nəzərindən  saldılar.  Bir 

neçə  müddət  pərişanlıq  keçirdi,  amma  Ruma  məktublar  yazılarkən 

onu  da  çağırırdılar.  Məktub  inşasını  yaxşı  bacarırdı.  Cənnətməkan 

şahın  xəstələnməsindən  sonra  Şüştər  və  Xuzistanın  vəziri  oldu. 

İsgəndər  şanlı  nəvvabın  dövründəsə  Mürşidqulu  xanın  vəzarəti 

tərkibində  Xorasana  getdi.  Adı  çox  hallandığı  və  çox  yuxarı 

uçduğundan,  Xorasan  hadisələrində  təqsirləndirildi  və  Türbət 

qalasında qardaşı oğlu tərəfindən qətl olundu.  

Mirzə  Məhəmməd  Hüseyn  Mirzə  Şükrullah  oğlu  -  Atası 

cənnətməkan  şahın  müstovfil-məmaliki  idi  və  onun  adı  vəzirlər 

silkində  yazılmışdı.  Bənzərsiz  təliqnevis  və  tayı-bərabəri  olmayan 

xoşnevis idi. Mirzə Əhməddən sonra bərk inkişaf etdi, təliq xəttini 

kamal sərhoddinə çatdırdı. O da Mövlana Dərvişin yolu ilə getdisə 

də, yazdıqlarından görünür ki, onların hər ikisinin Mövlana Dərviş 



315 

 

üslubunda  yazmalarına  baxmayaraq  öz  yazı  üslubları  olmuşdur  və 



onların  heç  biri  Mövlana  Dərvişdən  aşağı  səviyyədə  deyildir. 

Amma,  Mirzə  Məhəmməd  Hüseyn  Şirazinin  xəttindəki  qabarıqlıq 

Mirzə  Əhməd  xəttindən  daha  çoxdur.  O,  əlahəzrətin  hakimiyyəti 

vaxtı  Hindistana  gedib  onların  hökmdarının  mülazim  və  münşiləri 

silkinə daxil oldu və mahir xətti ilə öz ömür səhifəsində ölüm yazısı 

yazdı. 


Mirzə  Hüseyn  Münşi  -  Yaxşı  təliqnevis  idi  və  Xacə 

Əlaəddin    Mənsurun  şagirdlərindəndi,  hümayun  darül-inşa 

mühərrirləri  (mirzə,  katib  -  Ş.F.)  zümrəsinə  daxil  olmuşdu.  Ustadı 

kimi o da dairəvi hərflərlə (kavaknevis) küt qələmlə yazırdı. Sürətlə 

yazırdı və nəstəliq xəttini yaxşı mənimsəmişdi. 

Başqa  xoşnevislərdən  Mövlana  Məhəmməd  Əmin  Münşi 

Qəzvini  və  başqalarını  da  göstərmək  olar.  Amma,  bizim  sınıq 

qələmimiz  xoşnevislərin  hamısı  haqqında  yazası  olsa,  məsələ  çox 

uzanar.  Buna  görə  də,  biz  padşahın  xidmətində  olan  bəzi  məşhur 

xəttatlar barədə  yazmaqla ki fayətləndik  və qələmimizin bəyan dili 

başqa qələm sahibləri haqqında məlumat vermədi. 

 

DÖVRÜN MAHİR ADAMLARI OLAN  



SƏNƏTKAR NƏQQAŞLARIN ZİKRİ 

 

O  vaxt  (Şah  Təhmasibin  vəfatı  vaxtı  -  Ş.F.)  zəmanə 

varaqları onların varlıqları ilə bəzənmişdi. 

 

Şer 



 

Behzada* bənzəyən nəqqaş, əliylə,  

Sözün sarayını bəzədi belə.

226


 

 

Yeri  cənnət  olan,  Cəm  məqamlı  həzrət  şahın  [özü]  nadir 



əsərləri olan nəqqaş və sehrkar qələmli rəssam idi. O həzrətin şərif 

isminin  dövrün  hünərvər  [rəssamları]  ilə  birgə  çəkilməsinin  qeyri-

münasib  olmasına  baxmayaraq,  onun  amalı,  xeyirli  olan  həyatı  bu 

bədii  sənətlə  bəzəndiyindən,  bu  barədə  yazmağa  cürət  etdik.  O 

                                                           

226


 Şerin farscası: 

Negarende nəqqaşe-Behzaddəst,  

Sərire-soxən-ra çenin nəqs bəst. 


316 

 

həzrət məşhur rəssam Sultan Məhəmmədin* şagirdi idi və öz qələm 



məharətini 

kamal 


mərtəbəsinə 

qaldırmışdı. 

Cavanlığının 

əvvəllərində bu işə olduqca böyük həvəsi vardı. Bu fənnin bənzərsiz 

olan və qələm işlətməkdə dünya şöhrəti tapan ustadlarından Behzad 

və  Sultan  Məhəməmməd  kitabxanada  işləyirdilər.  Oranın  böyük 

seyidlərindən  olan  Ağa  Mirək  Nəqqaş  İsfahani  bu  fəndə  xüsusi 

istedada  malik  idi.  O  həzrətin  bu  təbəqədən  olan  adamlarla  ülfəti 

vardı.  Cahandarlıq  (ölkələr  tutmaq  -  Ş.F.)  və  məmləkət  işlərindən 

vaxt  tapan  kimi  nəqqaşlıq  məşqi  ilə  məşğul  olurdu.  Ömrünün 

sonunda  işinin  çoxluğundan  bu  işə  fürsət  tapa  bilmədi.  Həmin 

ustadların  da  varlıq  surətləri  həyatın  rəngkarlığından  silinib  getdi 

(yəni, vəfat etdilər - Ş.F.). Buna görə də [Şah Təhmasib nəqqaşlıqla] 

çox  az  məşğul  olmağa  başladı.  Bəzi  sağ  qalan  kitabxana  işçilərini 

işdən  azad  etmişdi  və  onlar  özləri  üçün  işləyirdilər.  Ömrünün 

sonunda,  gözəl  süls  xəttinə  malik  və  o  həzrətin  yetişdirməsi  olan 

xassə qulamı Mövlana Yusifi kitabdar vəzifəsinə keçirərək xasseyi-

şərifə kitablarını ona təhvil vermişdi. Cənnətməkan şahın vəfatından 

sonra  zaman  səhifəsinin  ziynətləndirməkdə  olan  bu  fənn 

ustadlarından biri dövranın nadir rəssamı  Mövlana Müzəffər Əlidir 

ki,  tükdən  incə  qələmi  ilə  gözəl  çöhrələr  yaradırdı.  Onun  ustad 

Behzad ilə qohumluğu  vardır  və onun  yanında bu peşəyə  yiyələnib 

kamal  mərtəbəsinə  çatdı.  Nadir  ustadların  hamısı  onu  bu  fənndə 

tayı-bərabəri  olmayan  bir  adam  kimi  tanıyırdılar.  Yaxşı  rəssam, 

nəzirsiz nəqqaş idi. Hümayun dövlətxana şəkilləri  və  "Çehelsütun" 

qəsrinin (eyvan) məclis otağı onun tərəfindən hazırlanmışdır, oranın 

şəkillərinin  əksər  hissəsi  onun  zərrin  qələminin  məhsuludur. 

Cənnətməkan şahın dəhşətli vəfatından sonra o, öz varlıq səhifəsini 

ölüm nəqşəsi ilə əvəz etdi. 

Mir  Zeynalabdin:  Cənnətməkan  şahın  ustadı  idi.  Olduqca 

nəfsitox  və  xoşəxlaq  adamdı.  Dövran  adamlarının  saflıqlarını, 

səbrini,  rəftar  gözəlliyini  özünə  şüar  etmişdi.  İstər  aşağı  (vəzi), 

istərsə də şərəfətli (şərif) təbəqədən olan adamların  yanında izzətli 

idi. Yaxşı nəqqaş, məclis adamı və bənzərsiz rəssam, təmiz iş görən 

sənətkar  idi.  Onun  şagirdləri  nəqqaşlıq  karxanası  təşkil  edib 

fəaliyyət  göstərirdilər.  Amma onun özü həmişə şahzadələr, əmirlər 

və əyanlar üçün işləyir, ehtiram görürdü. Böyük adamların cürbəcür 

diqqət və mərhəmətinə layiq olmuşdu. İsmayıl Mirzənin hakimiyyəti 

dövründə kitabxana  yenidən təşkil olunduğu  vaxt Mir Zeynalabdin 

də həmin kitabxana işçilərindən biri oldu. 


317 

 

Sadiqi bəy Əfşar

227

  -  hərtəfəfli  inkişafa  malik,  sözü  bütöv 



adam  idi.  Təxəllüsü  Sadiqi*  idi.  Hələ  gənc  ikən  nəqqaşlığa  meyl 

etmiş,  gecə-gündüz  əsrin  nadir  şəxsiyyəti  olan  Ustad  Müzəffər 

Əlinin  xidmətində  olmuşdur.  Ustad  onun  qabiliyyət  və    bacarığını  

müşahidə    edib   təlim-tərbiyəsi      ilə    məşğul  olmuşdu.  Sadiqi  bəy 

şagirdlikdə kamal mərtəbəsinə yetişdi. Lakin, təbiətin qürur və inadı 

üzündən,  habelə  nəqqaşlığın  bir  müddət  rəvacda  olmaması 

səbəbindən,  həmçinin  zəmanənin  onun  arzularına  uyğun  dövran 

etməməsinə  görə  həmin  peşəni  tərk  etdi,  zahirpərəstlik  libasını 

əynindən çıxartdı "qələndərlər zümrəsi" tərkibində səyahətə çıxdı. O 

vaxtlarda  Həmədan  hakimi  olan  Əmir  xan  Mosullu  Sadiqinin 

vəziyyətindən xəbər tutub, onu qələndərlik libasından çıxarıb, özünə 

mülazim  etdi.  O,  onunla  yaxşı  rəftar  edirdi.  Türkçülüyünün 

(tərkiyyət) və qızılbaşlığının (qızılbaşi) təbiətinə uyğun olaraq [özü] 

şücaət iddiasına düşdü və dövrünün şücaətli adamlarına saymazyana 

yanaşdı. İskəndər şanlı nəvvabın dövründə Bədr xan və İsgəndər xan 

Əfşarın  mülazimi  oldu.  Astrabad  türkmanlarının  mərəkəsi  vaxtı  o 

ağılasızmaz  igidliklər  etdisə  də,  amma  heç  vaxt  nəqqaşlığından  əl 

çəkmədi.  Nəhayət,  çox  böyük  inkişafa  nail  oldu,  bənzərsiz  qələmi 

olan  rəssam,  tayı-bərabəri  olmayan  nəqqaş  və  əvəzsiz  layihəçi 

[tərrah] oldu. Sadiqi bəy, özünün iti qələmi ilə minlərlə sənət əsəri 

yaratdı, qabiliyyət qabiliyyət  və istedad zirvəri ilə bəzəndi, şairliyə 

və  söz  demək  məharətinə  yiyələndi.  Onun  yaxşı  qəsidə,  qəzəl  və 

məsnəviləri  mövcuddur.  Öz  "Cəngnamə"sində  olduqca  yaxşı 

məsnəvi beytləri vardır: 

 

Şer 

 

Peykanlı



228

 çəyirtgə elə uçdu ki,  

Doluşdu həyatın bəlası təki.  

Təbərzin


229

 daima parçalayırdı,  

Tiyəsi çox başı candan ayırdı.

230


 

                                                           

227

  Əksər müəlliflər onun adını "Sadiq" bəy yazmışlar - Ş.F. 



228

 Peykan - ox ucu. 

229

 Təbərzin – balta. 



230

 Beytlərin farscası: 

Mələxhaye-peykan ze-pərrəndegi  

Şode məzrəe - afəte - zendegi.  

Təbəzrin həmikoşt əz ruzpoşt  


318 

 

 



O,  bu  fənnin  (nəqqaşlığın  -  Ş.F.)  zümrəsinə  daxil 

olduğundan,  onun  adı  şairlər  silkinə  yazılmadı.  İsmayıl  Mirzənin 

zamanında  kitabxana  işçilərindən  idi,  amma  cənnətməkan  şahm 

dövründə


231

  hörmətli  kitabdarlıq  vəzifəsinə  yetişdi,  şəfqətə  layiq 

görüldü.  Amma  olduqca  bədməzac,  özündən  razı  və  tənghövsələ 

adamdı.  Xasiyyətinin  yaxşı,  ya  pis  olmasından  asılı  olmayaraq  o, 

həmişə  nəfsani  qərəzkarlıq  (əğraze-nəfsani)  edir,  öz  dostları  və 

həmkarları  ilə  keyfinin  necəliyinə  görə,  həddindən  artıq  pis 

davranışa  yol  verirdi.  Onlarsa  onun  bu  xasiyyətinə  dözürdülər. 

Ayağını  insaf  dairəsindən  kənara  qoyaraq  hər  kəslə  pis 

davranmağını ifrat həddə çatdırdı. Buna görə də, büsatdan uzaqlaşdı, 

ehtiramını  itirdi,  xidmətdən  kənar  oldu.  Amma,  ömrünün  sonuna 

qədər  mənsəbi  əlindən  alınmadı.  Sadiqi  bəy  Əfşar  öz  kitabdarlıq 

məvacibini ali divandan alırdı. 



Mövlana  Əbdülcabbar  Astrabadi  -  Təliqnevisdir.  İlk 

vaxtlar  nəqqaşlıq  sənəti  ilə  dolanırdı.  Bu  sənətdə  dərəcəsi  alidir. 

Xətt məşqi ilə də məşğul olmuşdur. Əla məktubyazan idi. Olduqca 

yeknəsəqlikdən  uzaq,  xoşsöhbət,  zarafatcıl,  şirindil  bir  kişiydi. 

Böyüklər  və  əyanların onun söhbətlərini dinləməyə  meyilləri  vardı 

və  ona  söhbətdən  ayrılıb  işləmək  fürsəti  vermirdilər.  Bir  müddət 

Gilana gedib oranın valisi Xan Əhməd xanın mülazim və nədimləri 

silkinə daxil oldu. O, diyardakı qarmaqarışıqlıqdan və Xan Əhməd 

xanın həbsindən sonra Qəzvin darüssəltənəsinə gələrək orada qaldı. 

Baxmayaraq  ki,  onun  orada  nəqqaşlıq  karxanası  vardı,  vaxtının 

əksəriyyətini əmir və əyanların məclislərində keçirir, nəqqaşlıqla az 

məşğul olurdu. Oğlu Xacə Nəsir atası kimi, bəlkə də ondan da artıq 

istedad  sahibi  idi  və  şagirdləri  vardı.  O  (Mövlana  Əbdülcabbar  – 

Ş.F.),  Sultan  Heydərçilərin  başçısı  Həsən  bəy  Yüzbaşının  yanında 

başqalarından çox olardı. Buna görə də İsmayıl Mirzənin dövründə 

kitabxana  xidmətindən  aralandı,  onun  əvəzinəsə  oğlu  kitabxana 

işçiləri silkinə daxil oldu. İsgəndər şanlı nəvvabın hakimiyyəti vaxtı 

Xan  Əhməd  xan  yenidən  Gilana  hakim  təyin  olunanda  Mövlana 

Əbdülcabbar yenidən onun mülazimi kimi Gilana getdi və elə orada 

da axirət aləminə yollandı. 

                                                                                                               

Yeki-ra betiğ-o yeki-ra bemoşt. 

231

 Səhvdir! "Zilləllah şahın (Şah Abbasın - Ş.F.) dövründə" yazılmalıdır! 



319 

 

Səyavuş  bəy  -  O  həzrət  (Şah  Təhmasib  -  Ş.F)  Səyavuş 

bəydə  qabiliyyət  nişanələri  görərək,  onun  nəqqaş  olmasına  imkan 

yaratdı. Ustad Əli Müsəvvərin şagirdi idi. Sənətində mahir olduqda, 

qələminin gözəlliyi (nəzakət) şah tərəfindən bəyənildi və şaxsən özü 

onu  təlimatlandırmağa  başladı.  Əşyaların  təsvirini  çəkməkdə  çox 

inkişaf  etdi.  Olduqca  zərif  nəqşlər  edərdi.  Bənzərsiz  rəssamdı. 

Qoşun  və  dağ  şəkillərini  heç  bir  ustad  onun  kimi  çəkə  bilmirdi. 

Məclislər  təşkil  etməkdə  qüsursuzdu.  İsmayıl  Mirzə  dövründə 

kitabxana işçilərindən oldu. İsgəndər şanlı nəvvabın dövründə o  və 

qardaşı  Fərrux  bəy  cavanbəxt  şahzadə  Sultan  Həmzə  Mirzənin 

etibarlı  adamları  silkində  idilər.  Əlahəzrət  şah  zamanı  isə  uzun 

müddət  onun  mülazimliyində  olmuşdu.  Ömrü  də  elə  o  həzrətin 

müqəddəs qoşununda olduğu vaxt bitdi. 



Mövlana Şeyx Məhəmməd Səbzvari - Zarafatcıl, şirin-söz, 

[yaxşı] görünüşlü və xoş ixtilat bir adamdı. Boyarkarlıq (rəngamizi) 

sənətində  tayı-bərabəri  yoxdu.  Həqiqətən  də  bu  işdə  bənzərsizdi, 

Sadiq  [bəy  Əfşar]  və  bütün  nəqqaş  ustadlar  bunu  etiraf  edirdilər. 

Nəstəliqi  çox  yaxşı  yazırdı.  Ustadların  qitələrini  elə  görünürdü  ki, 

xəttatlar  həmin  işlərin  əsl,  yaxud  köçürmə  olub-olmamasını 

ayırmaqda  çətinlik  çəkirdilər.  Səbzvarda  Sultan  İbrahim  Mirzənin 

mülazimi  idi  və  bu  şahzadənin  yanında  İraqa  getdi.  İsmayıl  Mirzə 

zamanında  kitabxana  işçilərindən  oldu.  Sonra  Xorasana  getdi, 

əlahəzrət zilləllah şahın uğurlu dövranının gəlib-çatacağını bilərək o 

həzrətin yanına gəldi, onun mülazimi kimi yeni dövlətxana binasının 

tikilməsində əmək sərf etdi, həmin astanada da canı çıxdı. 



Mövlana Əli Əsğər Kaşi - Misilsiz ustad və  gözəl rəssam 

idi. Rəngli boya ilə işləməkdə bənzərsizdi, dağ təsvirlərində və ağac 

çəkməkdə  bütün  nəqqaşlardan  irəlidəydi.  O  da  Sultan  İbrahim 

Mirzənin  xidmətində  idi.    İsmayıl  Mirzə  zamanı  kitabxana 

işçilərindən oldu. Oğlu Ağa Rza təsviri rəssamlıqda, surət və çöhrə 

çəkməkdə  çox  inkişaf  etmişdi  və  zəmanənin  möcüzü  oldu  ki, 

dövrümüzdə buna şəkk-şübhə yoxdur. Qələm işlətməkdə məharətinə 

baxmayaraq, həmişə  gücünü sınayır, pəhləvanlıq (koştigiri) edir  və 

bundan  həzz  alırdı.  İstedad  adamları  ilə  söhbətə  meyil  etmir, 

pəhləvanlarla  yaxınlıq  edirdi.  Son  vaxtlarda  həmin  işdən  əl 

çəkmişdisə də, az şəkil çəkirdi. O da Sadiqi bəy kimi bədxasiyyət, 

səbirsiz,  qaradinməz  adamdır.  Təbiətində  alicənablıq  (esteğnayi) 

vardır. Həzrət əlahəzrət zillallah şahın xidmətində iltifatlara yetişdi, 

çoxlu hörmət gördüsə də, yersiz (nahəncar) hərəkətlərinə görə etibar 



320 

 

sahibi olmadı. Həmişə müflis və pərişan haldır. Bu beyt onun halına 



münasibdir: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin