AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Əmisi İkinci Şah İsmayılın əmrindən



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə35/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   31   32   33   34   35   36   37   38   ...   96

Əmisi İkinci Şah İsmayılın əmrindən 

Sultan Həsən Mirzənin xəbər tutması: 

 

[İsmayıl  Mirzə]  bu  sözləri  əlində  əsas  tutub,  həmin 



günahsız şahzadənin həyat ipinin qırılması xüsusunda fərman verdi. 

Əvvəlcə,  nəvvab  Sultanımın  bacısı  oğlu  və  nəvvab  İsgəndər  şanlı 

İsmayıl  Mirzənin  dayısı  oğlu  olan  Müseyib  xan  Şərəfəddinoğlu 

Təkəlini bu işin icraçısı təyin etdi. 

Müseyib  xan  ikrah  hissi  ilə  yola  düşdü.  Dörd-beş  gündən 

sonra xəbər çatdı ki, o, yavaş-yavaş hərəkət edir və hələ [indiyədək] 

Kərəcdən keçib Savucbulağa çatmamışdır. 

İsmayıl Mirzə onun ləngimə və səhlənkarlığından inciyərək 

türkman əmrlərindən olan  Kosa Əliqulunu  hər oymaqdan iki nəfər 


374 

 

olmaqla  qırx-əlli  nəfər  qorçi  ilə  birlikdə  göndərdi  ki,  iyirmi  iki 



nəfərin  hər  biri  əllərinə  ip  götürərək  şahzadəni  boğsunlar.  Bu 

vəziyyəti eşidən Müseyib xan sevindi və geri qayıtdı. Göndərilənlər 

[isə]  qəfil  bəla  kimi  Tehrana  çatdılar.  Şahzadə  Tehranda  çox 

ləngidiyindən  iltifatsızlıq  rayihəsini  ciyərlərinə  çəkib,  namehriban 

əmisinə  qarşı  qəlbində  olan  şəfqətini  tamamilə  itirdi,  vəziyyətdən 

çıxış  yolunu  qapalı  gördü.  Qorçilər  gələn  zaman  o,  giriş  qapısını 

bağlayıb  öz  ox  qabını  kamanla  birgə  dama  apardı,  qüvvəsi 

qalıncayadək onlarla atışmağı və kişi kimi ölməyi qərara aldı. 

Qorçilər  vəziyyəti  belə  gördükdə  Kosa  Əliqulu  dedi:  "Biz 

əmrə görə şahzadəni aparmaq üçün gəlmişik". 

Onlar  Quranı  ələ  götürüb  sözlərinin  düzgünlüyünə 

yalandan  and  içdilər.  Şahzadə  gələnlərin  andlarına  inanıb  onlarla 

görüşdü.  Qorçilər  Allahdan  bixəbər  halda  birdən-birə  onun  üstünə 

atılaraq, aldıqları tapşırığa əsasən şahzadənin nazənin boğazını iplə 

tarıma  çəkdilər,  izzət  çəmənində  böyüyüb  boya-başa  çatan  və 

səltənət  arxı  kənarında  bitən  həmin  sərv  ağacını  həlak  etdilər.  Elə 

həmin gün İsmayıl Mirzə Qazı bəy adlı zülqədər qorçisini İsgəndər 

şanlı nəvvabı və onun fərzəndlərini həbs etməyə, onların yanına heç 

kəsi  buraxmamaq,  zülqədər  və  başqa  tayfalardan  bir  nəfərə  də 

onunla görüş icazəsi  verməmək  və gələcək əmri gözləməkdən ötrü 

Şiraza  yollamışdı.  Söyləyirlər  ki,  İsmayıl  Mirzə  nəhayət  Heratda 

olan  İsgəndər  şanlı  nəvvabın  və  fərzəndlərinin  dəf  olunması  və 

onların  qətli  xüsusunda  hökm  vermişdir.  Amma,  o  buna  nail  ola 

bilmədi.  Bu  alçaq  işin  yerinə  yetirilməsindən  əvvəl  elə  özü  əcəlin 

qaçılmaz hadisəsinə giriftar oldu, həyatına əlvida etdi. Bu əhvalatın 

təfsilatı  öz  məqamında  yazılacaqdır.  Allah-taala  əlahəzrət  zilləllah 

şahın  müqəddəs  zatında  bir  neçə  təəccüblü  işin  baş  verəcəyini 

müəyyənləşdirdiyindən,  [həmçinin]  səltənət  və  padşahlığı 

xüsusunda  onun  alın  lövhəsində  (lovhe-məhfuz)  "[Ey  Allah]  mülk 

sahibi  sənsən,  istədiyin  kimsəyə  mülk  verirsən..."

298

  yazısı  artıq 



yazılmışdı.  Elə  buna  görə  də  [İsmayıl  Mirzənin]  çıxardığı  hökmə 

[Allah  tərəfindən]  imza  atılmadı,  hökm  yerinə  yetirilməzdən  əvvəl 

qəddar  zəmanə  onun  dövlət  tuğrasını*  xətm  qələmi  ilə  yazdı  və 

[İsmayıl Mirzə] ömür və dövlətdən həzz ala bilmədi. 

 

                                                           



298

 İfadənin ərəbcəsi: "... tu-ti-l-mulkə mən-təşa-u..." 



375 

 

İSMAYIL MİRZƏNİN ŞAHLIĞI DÖVRÜNDƏN VƏFATINA 



QƏDƏR BAŞ VERƏN BƏZİ ƏHVALATLARIN ZİKRİ 

 

Qardaşları  və  əmioğlularından  İsmayıl  Mirzə  xətircəm 



olandan  sonra  ölkə  işlərinin  icrasına  başladı.  Vəzir  Mirzə 

Şükürullahın hərəkətləri İsmayıl Mirzənin təbinə müvafiq olmadığı 

üçün  o,  həmişə  bu  vəzirdən  şikayətlənirdi.  [Buna  görə  də]  onu  ali 

divan  vəzirliyindən  kənar  edib,  həmin  ali  mənsəbi  nazir  Mirzə 

Salmana  verərək, onun qədr-qiymətini fələyə qədər qaldırdı. Mirzə 

Salmana  tapşırdı  ki,  alişan  əmirlərin  heç  biri  önündə  əyilməsin. 

[Yeni vəzir] müstəqil surətdə bu vəzifənin icrasına başladı. İsmayıl 

Mirzənin  özü  isə  dövlət  məsələləri  ilə  az  məşğul  olurdu.  O 

ölkədaxili  işlərdən  və  sərhəd  məsələlərindən  təmamilə  bixəbər 

olmaqla  işlərin  həllini  hər  neçə  gündən  bir  müxtəlif  şəxslərə 

tapşırırdı.  Amma,  bəzi  əmirləri  öz  yerlərinə  hakim  təyin  etdi  ki 

onların  bir  neçəsi  öz  ülkalarına  yollandılar.  Əmirlərin  hamısı  ali 

orduda  olan  vaxt  isə  İsmayıl  Mirzənin  vəfatı  hadisəsi  baş  verdi. 

İsmayıl  Mirzənin  təkəli  tayfasından  yaxın  qohumu  olan  xanzadə 

Müseyib  xan  Şərəfəddinoğlu  əyalət  və  xanlıq  mərtəbəsinə 

(hakimliyə  - Ş.F.) qaldırıldı və Rey ülkası ona inayət edildi. Solağ 

Hüseyn Təkəlini Kürdüstan səmtinə yollayaraq Əli Şükür uluslarını 

və bəzi başqa yerləri ona  verdi. Əliqulu xan Şamlını  və onun atası 

Sultan  Hüseyn  xanı  əmirlik  rütbəsinə  qaldırıb,  Herat  hakimliyinə 

Əliqulu  xanı  təyin  etdi.  Cənnətməkan  şahın  qızı  Zeynəb  bəyimin 

kəbinini onunla kəsdirdi və qərara alındı ki, bəyimi  gələn il Herata 

[ərinin  yanına]    yollasınlar.    [İsmayıl  Mirzə]    Murtəzaqulu  xan 

Pornakı  müqəddəs  Məşhədə  hakim  yollamaqla  onu  şərəfləndirdi. 

Cənnətməkan şahın Yusif Xəlifə Ziyadoğluya vermiş olduğu Gəncə 

əyalətini  və  Qarabağ  əmirülüməralığını  onun  əmisi  oğlu  Peykər 

Sultana tapşırdı. Peykər Sultan isə Yusif Xəlifə Zİyadoğlunu Sultan 

Heydər  tərəfdarı  olduğuna  görə  töhmətləndirib,  onun  qətlinin  öz 

şövkət  və  etimadının  artacağına  səbəb  olacağını  düşünürdü.  [Belə 

ki,]  Yusif  Xəlifə  sübh  vaxtı  hamamdan  çıxıb  paltarlarını  geyindiyi 

zaman  bir  neçə  mülazim  qılınclarını  sıyıraraq  hamama  girdilər  və 

onu  qətl  etdilər.  O  bununla  kifayətlənməyərək,  Yusif  Xəlifənin 

anasını  və  qardaşını  da  öldürdü.  Bu  iş  İsmayıl  Mirzənin  xoşuna 

gəlmədiyindən  Peykər  Sultanı  vəzifəsindən  kənar  edib  Gəncə 

əyalətini İmamqulu xan Qacara  verdi. O, Kirman hakimi Allahqulu 



376 

 

bəy  Əfşara  qorçibaşı  vəzifəsi  verib,  Kirman  hakimliyini  Mahmud 



Sultan Əfşara tapşırdı. Şiraz əyaləti Vəlixan Qalxançıoğluya verildi. 

 

İsmayıl Mirzənin oğlu Şah Şücanın təvəllüdü: 



 

O vaxtlarda İsmayıl Mirzənin hamilə olan   cariyələrindən 

biri doğuşdan azad olub dünyaya bir oğlan gətirdi. İsmayıl Mirzə bu 

münasibətilə olduqca sevindi. Təvəllüd müjdəsindən ötrü hər əmirin 

yanına  adam  göndərildi,  hər  kəs  öz  imkanına  rəğmən  müjdə  pulu 

(mojdegani)  verdi.  Bir  neçə  gündən  sonra  adını  Şah  Şücaəddin 

Məhəmməd  qoydu  və  onun  lələliyini  müzəffərilər  sultanlarının 

məkanı olan Şirazda hakim olan Vəli Sultan Zülqədərə tapşırdı ki, 

həmin vilayətdə "Şah Şücaye-Müzəffəri" ayinini (qayda-qanununu - 

Ş.F.)  yenidən  bərpa  etsin.  Vəli  Sultan  [bu  münasibətlə]  öz  evində 

şahanə bir ziyafət verib, şahzadənin beşiyini mübarək dövlətxanadan 

çıxardı,  ata  süvar  olub  yola  düşdü.  Əmrə  müvafiq  olaraq  bütün 

əmirlər  və  dövlət  adamları  piyada  halda  beşiyin  ardınca  hərəkət 

edib,  onu  Vəli  Sultanın  evinə  gətirdilər.  [Beləliklə]  İsmayıl  Mirzə 

Vəli Sultanın qədr-qiymətini  və  məqamını olduqca ucaltdı. Şirazda 

isə  onunla  İsgəndər  şanlı  nəvvab  arasında  soyuqluq  yarandı.  Vəli 

Sultanın belə yüksəlişinin səbəbi bu idi ki, Şirzada onunla İskəndər 

şanlı nəvvab arasında narazılıq (ğobar) baş vermiş, zülqədər tayfası 

sufilik  adətinə  əməl  edərək  İskəndər  şanlı  nəvvab  ilə  xoş,  Vəli 

Sultanla  kobud  davranmağa  başlamışdılar.  Buna  görə  də  o,  [Vəli 

Sultan  -  Ş.F.]  etibarını  itirib  Şirazdan  çıxdı  və  saraya  gəldi.  Öz 

böyük qardaşına qarşı bərk inadı olan İsmayıl Mirzə nəvvab şahzadə 

ilə  qaba  davranmış  zülqədər  ağalarını,  xüsusilə  Əli  bəyi  və 

qardaşlarını,  həmçinin  sabiq  Şiraz  hakimi  Məhəmməd  xan  ağa 

Şadibəylinin övladını etibardan saldı, onları məzəmətləndirdi. 

Bu  arada  xalq  arasında  məzhəb  əxlaqı  barədə  danışıq 

başlandı.  İsmayıl  Mirzənin  hərəkətlərinə  və  şiə  məfkurəsi  barədə 

gizli  və  üstüörtülü  söhbətlərinə  görə  camaat  onu  şiəlikdə  süst 

etiqadlı şəxs kimi tanıdı, onun sünni olduğunu güman etdi. 

 

İsmayıl Mirzənin şiə məzhəbinə qarşı əqidə zəifliyi və  



onun sünni məzhəbi əhlinə qarşı meylinin bəyanı: 

 

Bu  gümanın  birinci  səbobi  o  idi  ki,  o,  Ayişəni** 



lənətləyənlərə  qarşı  çıxdı,  özünün  xidmətində  olan  islam 

377 

 

üləmalarına,  xüsusilə    Xacə      Əfzəl  Türkəyə  şiə  tayfasının  hansı 



dəlillə  Allahın Peyğəmbərinin  möhtərəm  hərəmini  lənətləmələrinin 

cayiz  olması  xüsusunda  sual  verib  dedi.  Halbuki  onun  isməti  və 

təmizliyi  barədə  ayələr  vardır.  O,  Peyğəmbər  (s)  xidmətində 

durmuş, o sərvərə mərhəm və məhbubə olmuşdur. [Belə olan halda] 

Peyğəmbərə xidmət edən və onun məhbubəsi olan ismətli bir qadın 

necə ola bilər ki, axirətdə yanmağa məruz qalsın? Bəsrədə Təlhə və 

Zübeyrin  yalan sözləri  (əğva)  və təhriki ilə  həzrət əmirəl-möminin 

Əli  ibn  Əbu  Talıb  və  Aişə  arasında  narazılıq  yarananda  həzrət 

əmirəl-möminin, qadınların fikri zəifliyi və əqli nöqsanları olduğuna 

görə  onu  əfv  etdi.  Onun  əfvinə  səbəb  budur  ki,  həzrət  Əli  Aişəni 

izzət  və  ehtiramla  Mədinəyə  göndərdi,  Allahın  elçisinə  hörmət 

əlaməti kimi onu, [hətta] həzrətlər Həsəneynlə (Həsən və Hüseynlə - 

Ş.F.)  bir  neçə  mənzil  məsafədə  gedərək  yola  saldı.  Buna  görə  də, 

Ayişənin  tənbeh  edilməsi  o  sərvərin  (peyğəmbərin  -  Ş.F.)  də 

lənətlənməsi  deməkdir.  Belə  olan  halda  bəs  şiə  üləmasının  fikri 

necədir?" 

Bu məsələni o, bir neçə məclisdə bəzən kinayə ilə, bəzənsə 

müstəqim  şəkildə  açıq-aydın  izhar  etdi.  Üləmanın  bu  sual-cavaba 

müəyyən izahı olmadı və onlar hər dəfə tutduqları məqama görə bu 

barədə  öz  aralarında  gizlicə  danışırdılar.  Cənnətməkan  şahın 

zamanında  təsənnünə  rəğbətinə  görə  töhmətləndirilən  Mirzə 

Məxdum Şərifi İsmayıl Mirzənin fikrini təsdiq edən dəlillər gətirdiyi 

üçün  gündən-günə  şah  tərəfindən  ucaldılırdı.  O,  pərdə  ardından 

çıxaraq  sünnət  əhlinin  məzhəbinin  güclənməsi  və  ilk  üç  xəlifənin 

lənətlənməsinin  aradan  götürülməsi  xüsusunda  üləmalarla 

mübahisələr  edirdi.  Üləmalar  isə  əksər  vaxtlarda  onun  dediklərini 

qəbul etmir, onu az müdafiə edirdilər. 

Günlərin  bir  günü,  İsmayıl  Mirzə  uca  xüləfa  mənsəbinə 

yetməklə  başınca  olmuş  Bolqar  Xəlifəyə  dedi:  "Xəlifə,  əgər  bir 

adam  camaatın  arasında  sənin  arvadının  adını  çəkib  onu  söysə 

acığına gələr, ya yox?" 

Xəlifə  bu  sualın  cavabında  "bəli"  söylədi.  İsmayıl  Mirzə 

ondan  soruşdu:  "Bəs  adamlar  nəyə  görə  Allahın  rəsulunun 

möhtərəm hərəmini lənətləyir?" 

Bolqar  Xəlifə  cavabında  dedi:  "Söyüş  söymək  haramdır, 

lənət  -  Allah  rəhmətindən  uzaqlaşanlara  aiddir.  Qoy  pis

 

əməl  hər 



kəsin  cəzası  Xudaya  həvvalə  olunsun.  Bunun  heç  bir  qüsuru 

yoxdur." 



378 

 

İsmayıl Mirzə soruşdu: "Sən sadolövh bir türk kişisisən. Bu 



məsələdə səni kim təlimləndirmişdir?" 

Dedi: 


"Cənnətməkan  şahın  zamanında  üləmadan 

eşitmişdim". 

İsmayıl Mirzənin təbrikinə gələnlər şaha ərz etdilər: "Xəlifə 

düz  danışmır,  bir  neçə  gün  bundan  əvvəl,  şah  sarayında  Sultan 

İbrahim  Mirzənin  yanında  üləma  arasında  bu  məsələ  müzakirə 

olunurdu. Bu sözləri ona Mir Seyid Hüseyn Müctəhid və Xacə Əfzəl 

demişlər". 

Bundan  qəzəblənən  İsmayıl  Mirzə  qorçilərə  işarə  edib 

buyurdu  ki,  mürşidi-kamilə

299


  yalan  deyən  xəlifə  cəzaya  layiqdir. 

Sufilər  hücum  edib  ona  bir  neçə  təpik  vurdular  və  o,  həyatdan  öz 

ümidini kəsdi. Hamə onun öldüyünü güman etdi. Onun əndamını bir 

kətana büküb, dəfn etmək üçün evinə apardılar. Təsadüfən bir neçə 

ləhzədən  sonra  huşu  özünə  qayıtdı,  iki-üç  aydan  sonra  özündə 

hərəkət etmə gücünü hiss etdi. İsmayıl Mirzə, onun mənsəbini Dədə 

Xüləfa Ustaclıya verdi və üləmaya etirazla dedi: 

"Həzərat  hər  gün  məclis  qurub,  belə  alçaq  sözlərlə 

qızılbaşların  əqidəsini  mənə  qarşı  çevirirlər.  Onlar  yalançılıq  və 

ikiüzlülüklə 

atamı 

aldatmışdılar, 



[amma] 

mən 


onlara 

aldanmayacağam".  

 

İsmayıl Mirzənin müxaliflərin təbərra  

rəsmini lənətləmələrini şiələrə qadağan etməsi: 

 

O    üləmalara,  xüsusən    Mir    Seyid  İsmayıl  Mirzənin 



Hüseynə və qatı şiə olan astrabadlılara qarşı sözlərini dedi və onların 

rəyi əleyhinə belə hökm  verdi:Təbərra rəsmi küçə  və  məhəllələrdə 

qadağan  olsun  və  bundan  sonra  təbərraçılar  bu  əməllərini  tərk 

etsinlər! 

O, deyirdi: 

"Lənəti   özlərinin   sərmayəsinə   çevirən   təbərraçilarla 

mənim yaxşı münasibətim yoxdur". 

                                                           

299

 Mürşidi-kamil -  Şah  İsmayıldan başlayaraq bütün  Səfəvi şahları özlərinə  mürşidi-



kamil (kamil mürşid) deyirdilər - Ş.F. 

 


379 

 

Mirzə Məxdum Şərifi, əlləmatül-üləma Mövlana Mirzəcan 



Şirazi  və  Mir  Məxdum  Lalə  kimi  sünnilikdə  töhmətləndirilən  bir 

dəstə üləma onun hörmət və nəvazişinə layiq görüldülər. 

Bəzən vəz oxuyan Mir Məxdum Şərifi İsmayıl Mirzəyə ərz 

etdi ki, təbərraçılar məclisdə təbərra vəzi edib mənə kinayəli sözlər 

deyirlər.  İsmayıl  Mirzə  vəz  məclisina  on  iki  qorçi  göndərdi  ki, 

təbərra dilini açan hər nəfəri cəzalandırsınlar. Bir cümə axşamı vəz 

məclisi quruldu Məclisin sonunda Dərvis Qənbər Təbərrayi bu beyti 

oxudu: 


 

Beyt 

 

Əli və ale-Əliyə salavat hey göndər,  

Əli düşmənlərinə daim ola lənətlər!

300


 

 

Mirzə Məxdum bu kinayəyə dözdü, amma çox keçmədi ki, 



qorçilər  Dərviş  Qənbəri  elə  kötəklədilər  ki,  başı  bir  neçə  yerdən 

yarıldı.  Bu  məsələni  bildikləri  zaman  şiələrin  gözlərindən  həsrət 

yaşları  axmağa  başladı.  Bu  hadisədən  sonra  İsmayıl  Mirzə[nin 

sünniliyi]  barədə  camaatın  gümanı  daha  da  çoxaldı,  araya  gizli 

danışıq  düşdü,  bu  məsələdən  qızılbaş  əqidəsi  zərərə  düçar  oldu, 

amma heç kimdə bu barədə danışmaq curəti yox idi. 

Bütün  üləmalardan  bədgüman  olan  İsmayıl  Mirzə  Mir 

Seyid Hüseyn Müctəhidə, Mir Seyid Əli Xətibə və təşəyyö (şiəlik - 

Ş.F.)  və  təbərrada  üstün  olan  bütün  astrabadlılara  başqalarından 

daha çox iltifatsızlıq göstərdi və onların bəzisini ordudan çıxardı. O 

Mir  Seyid  Hüseynin  bütün  elmi  kitablarının  bir  evə  toplanıb 

möhürlənməsi  əmrini  verdi.  Onu  yaşadığı  mənzildən  çıxarıb,  evini 

müsadirə  etdilər.  İsmayıl  Mirzə  [həmçinin]  buyurdu  ki,  ömürləri 

boyu  "əşəreyi-mübəşşirəni"  ("yaxşı  xəbər  verən  onluq") 

lənətləməyən islam əhlinə  müəyyən  məbləğ pul nəzir olsun. Mirzə 

Məxdum  Şərifi  o  adamları  müəyyən  etməyə  başladı.  Tamahkar 

adamların  çoxu  özlərinin  sünni  olduqlarını  bildirdisə  də,  qəbul 

edilmədi.  Bütün  ömürləri  boyu  əshabələrə  qarşı  özlərinın  lənət 

                                                           

300


 Beytin farcası: 

Əli-vo ale-Əlira ze can-o del sələval  

Ke doşmənane-Əlira modam lənət bad! 

 


380 

 

ağızlarını  açmayan  bir  dəslə  Qəzvin  camaatı  adlarını  yazdırdı. 



Qədim zamanlardan bəri şafei məzhəbindən olan bir dəstə qəzvinlini 

Mirzə Məxdum təsdiq etdi və onlara iki yüz tümənə qədər pul verdi. 

Amma, həmin məbləğ pul İsgəndər şanlı nəvvabın hakimiyyəti vaxtı 

onlardan  geri  alındı  və  onların  etibar  kisələrində  təsənnün 

bədnamlığından başqa heç nə qalmadı. 

Xülasə,  İsmayıl Mirzənin sünnilərə  rəğbəti barədə türk  və 

tacik  camaatı  arasında  fikir  yarandı,  amma  onun  qorxusundan  heç 

kəs  bu  haqda  bir  söz  deməyə  cürət  etmədi.  Cənnətməkan  şahın 

hakimiyyəti  vaxtı  təbərra  xüsusunda  söz  danışan  və  indi  də  öz 

sözlərindən  dönməyən  bəzi  üləmalar  sakitcə  dayandılar,  etibardan 

düşdülər,  onların  xidmətləri  qadağan  edildi  və  çağırış  olmadan 

saraya gəlmək hüququndan məhrum oldular. Bəzi əqidə sahibləri isə 

Xacə Əfzəl Türkənin məclisinə gedərək gizli söhbətlər edirdilər. 

Amma, bir gün isnaəşəri imamlarının - onlara salam olsun - 

həqiqiliyi  və  sünnilərin  əqidələrinin  puçluğu  barədə  ona  (İsmayıl 

Mirzəyə  -  Ş.F.)  bəzi  xoşagələn  sözlər  dedilər.  O,  söhbət  edənlərin 

lənətləmələrini və müxalif fikirləri sakit halda dinləyir və bu barədə 

heç  nə  demirdi.  Bəziləri  isə  bu  söhbətə təəccüb  (estebad)  etdikləri 

halda  dinmir,  padşahın  məsləhətlərinə  və  öz  qəlblərinin  sözlərinə 

qulaq  asırdılar.  Amma,  qızılbaş  əmir  və  əyanları  söhbətin  belə 

aparılması ilə qətiyyən razılaşmırdılar. Bir gün isə onun məclisində 

dedilər ki, məscidlərdə şer demək və divarlara şer yazmaq haramdır, 

Qəzvin  məscidinin  divarlarısa  camaatın  yazdığı  şerlərlə  doludur. 

İsmayıl  Mirzə  həmişə  təşəyyö  tərəfdarı  olan  Mir  Zeynalabdin 

Möhtəsib  Kaşiyə  məscidlərə  gedib,  divarlardan  şerləri  pozmaq 

əmrini  verdi.  O  da,  gedərək,  İsmayıl  Mirzəyə  xoş  gəlsin  deyə, 

əmirəl-mömininin  adını  (Həzrət  Əlinin  -  Ş.F.)  və  məsum  imamlar 

barədə  yazılmış  mədhiyyələri  də  pozdurdu.  Bu  iş  bəzi  adamların 

xoşuna  gəlmədi,  türklər  arasında  söz-sov  yarandı.  Bəzi  əmirlər  və 

əyanlar  "Baği-Səadətabad"  sarayında  yığışıb  belə  dedilər:  "Camaat 

cənnətməkan şahın doğma oğlu  və Şeyx Səfi  və Əli ibn əbu-Talib 

əleyhüssəlavatın  fərzəndi  olan  mürşidimizin  və  vəlinemətimizin 

məzhəbi barədə qəribə söhbətlər danışır və onu şahın düşmənləri ilə 

dostluqda  günahlandırırlar.  [Amma]  bu  çətin  ki,  belə  olsun. 

Bilmirəm  ki,  belə  söz-söhbətə  səbəb  nədir?  Camaatın  belə 

danışığına səbəb nə olmuşdur? Bizim sədaqətimiz və sufigərliyimiz 

müşkülata  düçar  olmuşdur.  Bn  müşkülatın  həll  olunması  üçün 

mürşidin  (İsmayıl  Mirzənin  -  Ş.F.)  yanına  getməyə  cürətimiz 



381 

 

yoxdur. Bəzi ağsaqqallar və ağıllı adamlar deyirlər ki, belə söhbətlər 



qızılbaş etiqadı ilə düzgün gəlmir  və bu ailəyə qarşı küfrdür. Niyə 

biz  bu  xüsusda  olan  ehtimallara  inanaq?  Yox,  əgər  əşrəf  (İsmayıl 

Mirzə  -Ş.F.)  tərəfindən  bəzi  məsələlər  ortaya  çıxmış  və  boşboğaz 

adamların tənəsinə səbəb olmuşsa, bunun özü də əsassız deyildir. Bu 

xüsusda heç danışmamaq məsləhətdir, çünki padşahın hüzurunda bu 

haqda söhbət etmək biz bəndələr tərəfindən  ədəbsizlikdir. [Bundan 

başqa]  kimin  həddi  vardır  ki,  bu  barədə  ondan  bir  söz  soruşa 

bilsin?". 

İsmayıl Mirzənin sufilərindən və etibarlı adamlarından olan 

və onun tərbiyət və nəvazişinə layiq görülən Ərdoğdu Xəlifə Təkəli 

iradəli adam olduğu üçün dedi: 

"Mən inanmıram (haşa) ki, bu məsələdə düzgünlük vardır. 

Yox, əgər arxayın olmaq istəyirsinizsə, böyük əmirlər zümrəsindən 

olan  Əmir  xan  öz  qazi  və  sufilərinin  bir  dəstəsi  ilə  başçı  kimi  ilə 

hümayunun (şahın  - Ş.F.)  yanına  gəlsin ki,  mən o həzrətlə danışıb 

sizin müşkülünüzü həll edə bilim". 

Həmin  məclisdə  olan  və  şaha  yaltaqlanmaq  istəyən  bəzi 

izzəttələb adamlar tez-tələsik özlərini  İsmayıl Mirzəyə  çatdırıb ona 

xəlvətcə dedilər: 

"Başçıları  Əmir  xan  və  Ərdoğdu  Xəlifə  olan  bir  dəstə 

türkman və təkəli əmirləri bir-biriləri ilə ittifaqa girərək deyirlər ki, 

bizim  padşahımız  Haqqın  məzhəbini  tərk  etmişdir.  Onlar  birləşib 

həzrət  şahı  aradan  götürmək  və  Tehranda  olan  İsgəndər  şanlı 

nəvvabın  oğlu  Sultan  Həsən  Mirzəni  padşah  etmək  istəyirlər. 

Ərdoğdu  Xəlifə  qızılbaşların  arasında  belə  demişdir  ki,  qoy  Əmir 

xan gəlib mənə kömək etsin və mən irəli düşüb padşahla danışım". 

Bir  dəstə  adam  da  məsələdə  adı  çəkilən  şəxsin  İsmayıl 

Mirzəyə  yaxın  olan  Xəlifə  Ənsar  olduğunu  güman  etdilər,  onun 

sabiq  işlərin  unudulması  naminə  İsmayıl  Mirzəyə  belə  demiş 

olduğunu bildirdilər. Düzünü Allah bilir. 

İsmayıl  Mirzə  bu  söhbəti  eşidib  pərişan  oldu,  o  camaata 

qarşı  onun  qəzəb  şöləsi  şiddətləndi.  Əmir  xanı  yanına  çağırıb  ona 

acıqla dedi: 

"Siz  məni  qızılbaşların  içində  bədnam  edib  demisiniz  ki, 

mən  güya  təsənnün  məzhəbini  qəbul  etmişəm.  Siz  belə  deməklə 

əhalinin mənə olan əqidəsini dəyişirsiniz". 

Əmir xan ona  mərdanə cavab  verib dedi: "Bizim heç  vaxt 

belə  niyyətimiz  olmamışdır  və  mümkün  deyil  ki,  biz  həzrət  şah 



382 

 

barədə  səhv  fikrə  düşə  bilək.  Biz  deyirik  ki,  əgər  hərdənbir  şah 



məzhəb  barədə  bəzi  söhbətlər  edirsə,  bütün  bunların  hamısı  bu 

mülkün  işlərindən  və  müxaliflərin  ürəklərini  düz  yola  çəkməkdən 

ötrü  edilir.  Amma,  Mirzə  Məxdum  Şərifi  işin  üstündən  pərdəni 

götürüb  nəvvab  şahı  bədnam  etmişdir.  O  açıq-aşkar  camaata  deyir 

ki,  həzrət  şahın  təsənnünə  meyli  vardır  və  onunla  şiə  üləmaları 

arasında o məzhəb barədə münaqişə düşmüşdür. Əgər həzrət şah bu 

məsələdən  şübhələnirsə  qoy  onu  cəzalandırsın,  daha  bizim  nə 

günahımız var?". 

İsmayıl Mirzə Ərdoğdu Xəlifəyə xitab edib dedi: 

"Bax ki, Əmir xan sənin arxanda dayanıbdır və səni himayə 

edir. Bu barədə nə bilirsənsə de". 

O inkar etdi. Əmir xan şaha ərz etdi: 

"Həzrət şah nə üçün qərəzkarların biz dövlətxah adamlara 

qarşı  olan  sözlərinə  qulaq  asır?  Niyə  bu  məsələnin  yalan-

doğruluğunu bilmədən biz sadiqləri nifaq əhli güman edir?" 

İsmayıl Mirzə dedi: 

"Görünür ki, mənim qızılbaşlara padşahlıq etmək ləyaqətim 

yoxdur, əgər belə olmasaydı, siz öz aranızda Sultan Həsən Mirzəni 

Tehrandan gətirib padşah etmək istəməzdiniz". 

Əmir xan qorxu-hürküsüz ərz etdi: 

"Biz iyirmi ildir ki, nəvvab əşrəfin tərəfdarı  və dostu kimi 

hərəkət  etmişik.  Mətləbimizə  yetişdiyimiz  bir  vaxtda  biz  nəyin 

xatirinə xəyalımıza belə gəlməyən Sultan Həsənin padşahlığı barədə 

düşünə bilərik?" 

Xülasə, söhbət uzun çəkdi. Ərdoğdu Xəlifəni tutub sandığa 

saldılar  (yəni  həbs  etdilər  -  Ş.E).  Dəftərxana  daruğəsi  olan  Əlixan 

bəyi öz qardaşı olan və onunla ədavət saxlayan Babur bəyin təhriki 

ilə  güya  Ərdoğdu  Xəlifə  ilə  əlbir  olması  bəhanəsi  ilə  həbs  etdilər. 

Özünün  tərbiyəsi  altında  böyüyən  Əmir  xana  və  Müseyib  xan 

Təkəliyə isə dedi: 

"Əgər doğruçu adamlarsınızsa məni Sultan Həsən tərəfdən 

xatircəm edin". 

Onlar istər-istəməz bu işə razılıq verdilər. Əmirlərdən olan 

Kosa Əliqulu  Türkman  qırx dörd nəfər qorçi ilə belə alçaq əməlin 

icrası üçün təyin edildi. 

Yuxarıda  məlumat  verildiyi  kimi,  onlar  Tehrana  gedib  bu 

dövlətin  izzət  bulağının  suyu  ilə  göyə  ucalan  həmin  dövlət 

çəməninin xoşbəxt nihalını qətl etdilər. 



383 

 

İsmayıl  Mirzə  bu  hadisədən  sonra  türkman  və  təkəli 



əmirlərinə  qarşı  bir  qədər  etimadsız  oldu,  ustaclı  tayfasını 

nəvazişləndirdi,  Yegan  Şahqulunun  övladlarına  vəzifə  verdi.  Belə 

ki,  o,  Mürşidqulu  Sultanı  Sistana  hakim  göndərdi.  Mürşidqulunun 

qardaşı  İbrahim Sultan isə öz əmisi övladlarına xidmət etməklə öz 

ehtiramını  qoruyub  saxladı.  Məhəmmədi  xan  Toxmağa  Çuxur-Səd 

əyalətini verdi. Məhəmmədi xanın əvəzinə Çuxur-Səd hakimi olmaq 

istəyən Əbu Turab Sultana isə Şirvan əyalətini müəyyənləşdirdi. 

Beləliklə,  ustaclı  tayfası  arxayınlaşdı,  qorxu  və  təşvişdən 

qurtuldu. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin