AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Xorasanın Fərah adlı yerində Hüseyn Sultan və qardaşı



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə45/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   41   42   43   44   45   46   47   48   ...   96

 

Xorasanın Fərah adlı yerində Hüseyn Sultan və qardaşı 

Əlixan Sultanın qələndərlərlə cəng zamanı öldürülmələri: 

 

Fərah  hakimi  Hüseyn  Sultan  Əfşar  onun  fitnəsinə  dəf 



etməkdən ötrü hücuma keçdi, arada hərb başlandı. Ğurlular   qalib    

gəldilər.      Allahın  qəzavü-qədəri  nəticəsində  Hüseyn  Sultan  döyüş 

zamanı      öldürüldü,  əfşar  tayfası  əzilib  Fəraha  qayıtdı.  Məsələ  ali 

saraya  ərz  olundu.  Hüseyn  Sultanın  qardaşı  və  əfşar  qorçilərinin 

yüzbaşısı olan  Əlixan Sultan  qardaşının yerinə təyin edildi, Fəraha 

gəldi,  qardaşının  qanını  almaq  üçün  qələndərə  hücum  etdi. 

Qələndərin  adamları  hərbə  başladılar.  Tərəflərin  uzun  sürən 

döyüşündən  sonra  Əlixan  Sultan  da  öldürüldü  və  əfşar  tayfası  bu 

döyüşdə  də  qələbə  qazanmadı.  [Sonra]  Yegan  Sultan,  onların 

qohumu,  Fəraha  hakim  təyin  edildi.  O,  Ğura  çatanda  qələndərin 

yalançılığı öz adamlarına bəlli oldu və onu öldürdülər. 

Xülasə, İsgəndər şanlı nəvvabın hakimiyyətindən dörd-beş 

il  keçən  müddətdə  [yalançı]  İsmayıl  Mirzə  əhvalatları  camaatın 

dilində dolaşmaqda idi. 

 

DOQQUZ VÜZ SƏKSƏN DOQQUZUNCU (1581/82) İLAN 

İLİNDƏ BAŞ VERMİŞ XORASAN HADİSƏLƏRİ VƏ 

ALLAHIN TƏQDİRİ İLƏ ƏLAHƏZRƏTİN (ŞAH ABBASIN - 

Ş.F.) O VİLAYƏT TAXTINA CÜLUSUNUN ZİKRİ 

 

Keçən  ilin  hadisələri  haqqında  qələm  bunları  yazmışdır: 



Müqəddəs  Məşhədin  hakimi  Mürtəzaqulu  xan  Pornakın  Herat 

bəylərbəyi Əliqulu xan Şamlıya, [həmçinin] Mürşüdqulu xan Yegan 

Ustaclı  və  yoldaşlarına  qarşı  üsyan  və  tüğyanı  baş  vermiş,  onlar 

müqəddəs  Məşhədə  və  Nişabura  hücuma  keçmiş  və  bu  hadisələr 

barədə  ali  dərgaha  ardıcıl  olaraq  ərz  olunmuşdu.  Əmir  xan  və 

türkman  omirləri  oymaqların  təəssübünü  çəkərək  bu  haqda 

danışıqlar aparmış, Mürtəzaqulu xana imdad və kömək göstərilməsi 


476 

 

təklifini  irəli  sürmüşdü.  Müzəffər  dövlətin  başçıları  də  Xorasan 



işlərinin  nizamlanmasını  Məhəmməd  xan  Türkmanın  öhdəsinə 

qoymuş  və  onu  atasının  qanını  almağı  tələb  edən  İsmayılqulu  xan 

Şamlı,  Qorxmaz  xan  və  bəzi  əmir  və  döyüşçülərlə  birlikdə  həmin 

fitnə  atəşini  əql  və  tədbirlə  söndürməkdən,  Xorasan  əmirlərini 

İsgəndər  şanlı  nəvvab  və  aləm  şahzadəsi  Sultan  Həmzə  Mirzə  ilə 

müxalifətdən  çəkindirməkdən,  Əliqulu  xan  və  Mürtəzaqulu  xan 

arasındakı  anlaşılmazlığı  ya  islah  etməkdən,  ya  da  zamanın  və 

dövlətin  məsləhətiylə  aradan  qaldırmaqdan,  qızılbaşlar  arasında 

başlayan  iki  tərəfliyi  qadağan  etməkdən  və  hamının  başı  bir  yaxa 

altından  çıxarmasından  ötrü  yollamışdılar.  Onlar  fərmana  əməl 

edərək yola düşmüş, bir neçə gün İraqda qoşun və ləşkər tərtibi ilə 

məşğul  olmuş,  yürüş  cilovunu  Xorasan  tərəfə  döndərmişdilər. 

Onların  gəlmə  xəbəri  Xorasanda  yayılan  vaxt  Əliqulu  xan  və 

Mürşüdqulu  xan  da  müqəddəs  Məşhədə  yürüş  məqsədilə  öz 

yoldaşlarına  xəbər  yollamış  və  adlı-sanlı  əlahəzrət  zilləllah 

şahzadənin ordusunun tərkibində Herat    darüssəltənəsindən    yola   

çıxmışdılar.   Onlarla   əhd-peymanda olan əmirlərin hamısı da öz 

ləşkərlərini  bəzəyərək  ali  orduya  gəlmiş,  əzəmət  və  təmtəraqla 

müqəddəs  Məşhədin  sərhədinə  çatmışdılar.  Mürtəzaqulu  xanın 

məqsədi böyük bir qoşun hazırlayıb üstünə gələn ağır qoşuna qarşı 

çıxmaq  olduğundan  o,  müqəddəs  Məşhədin  bütün  mədaxilini  və 

malikanə  ixracatını  özünə  götürdü,  adamlara  saysız-hesabsız 

ənamlar payladı, oymaq tayfalarına və döyüşçülərə qızıl verdi, uzun 

müddət  ərzində  müqəddəs  Məşhəddə  yaşayan  varlı  adamlardan  və 

tacirlərdən  kobud  tələblər  etdi.  Onun  müsadirə  edib  özünə 

götürdüyü  şeylər  həddini  aşdı  və  xan  ətraf  yerlərdəki  hər  şeyi  öz 

əlinə topladı. Hətta öz cəsarət əlini müqəddəs  astananın xəzinəsinə 

də  uzadaraq,  həmin  rövzənin  (İmam  Rza  məscidinin  -  Ş.F.)  zər-

zivərini  də  özünə  götürüb,  oranın  bütün  qızıl-gümüş  qəndil  və 

şamdanlarını da zəbt etdi və toplanmaş vəsaiti döyüşçülərin ülufə və 

mərsumatına xərclədi. Elə buna  görə də onun istəyi  yerinə  yetmir, 

düşündüyü  əks  nəticə  verir  və  bəyənilmirdi.  Xülasə,    Məhəmməd  

xan   və   İsmayılqulu  xan  onlara göndərilən döyüşçülərlə birlikdə 

müqəddəs Məşhədə çatdılar və orada Məhəmməd xanla Əliqulu xan 

arasında nəsihətamiz yazışma baş verdi. 

Amma  Məhəmməd  xan  türkman  oymaqlarının  bir 

təəssübkeşi  kimi,  İsmayılqulu  xan  isə  Vəli  Xəlifənin  qan  qisasını 

almaqdan  ötrü  gəldiklərindən  onlarla  Mürtəzaqulu  xan  arasında  iş 



477 

 

məsləhətdən  keçmişdi.  Buna  görə  də  məktubların  heç  bir  təsiri 



olmadı.  Əliqulu  xanın  iddiası  beləydi:  "Bizimlə  Mürtəzaqulu  xan 

arasındakı  fitnə  və  savaş  atəşi  elə  alovlanmışdır  ki,  o,  mövizə  və 

nəsihət suyu ilə sönməz və bizim aramızda heç bir vəchlə razılaşma 

mümkün  olmaz.  Əgər  onun  yerini  dəyişib  Müqəddəs  Məşhəd 

hakimliyini  başqa  əzəmətli  əmirlərdən  birinə  versələr  və  öz 

alimiqdar  atasının  hökmü  ilə  bu  sərhədə  gələn  şahzadə  bununla 

razılaşsa, Mürtəzaqulu xan məsələni belə görüb tapşırıqdan və lələ-

bəylərbəyinin  məsləhətindən  çıxmaz.  Biz  isə  elə  həmişəki  kimi 

dövlətxah bəndəyik". 

Qürur  badəsindən  məst  olan  Məhəmməd  xan  və 

Mürtəzaqulu  xan  türkman  tayfasının  çoxluğundan  və  ali  dərgahda 

sahib  olduqları  ali  mərtəbəyə  güvəndiklərindən  məsələnin  bu  cür 

həllinə  yol  vermədilər,  məktublaşma  və  elçi  gediş-gəlişini 

dayandıraraq,  ətraf  yerlərdən  öz  təbəələrini  toplamağa  başladılar. 

Müqəddəs Məşhəddə də çoxlu adam yığıldı. 

Amma,   Əliqulu   xan   və   Mürşüdqulu   xan   müqəddəs 

Məşhədə   getməyin   onlara   fayda   verməyəcəyini başa düşdülər, 

çünki onlar keçən il Dərviş Məhəmməd xanın davranışından narazı 

qalmışdılar.  Zəmanəyə  görə,  belə  məsləhət  gördülər  ki,  əvvəlcə 

Dərviş  Məhəmməd  xanı  cəzalandırmağa  yollansınlar.  Dedilər  ki, 

əgər Məşhəd əmirləri ona kömək məqsədilə  şəhərdən çıxsalar,  hər 

iki  tərəf  qarşılaşar  və  pərdə  aradan  qalxar,  Nişaburdan  xətircəm 

olduqdan sonra müqəddəs Məşhədə hücuma keçərik. 

 

Əliqulu xanın Nişabur qalasını tutmaq əzmi ilə gəlişi: 

 

Beləliklə,  Məşhəddən  cilovu  döndərərək  Nişabura 



yollandılar,      şəhər  ətrafına  çatdılar.  Dərviş  Məhəmməd  xan  isə 

qaladarlıq silahları toplamağa və qalanı möhkəmləndirməyə başladı, 

şəhər  qapıları  bağlandı,  xan  üzünə  maneçilik  qalxanı  tutdu.  Qarşı 

tərəf  isə  qalanı  araya  alaraq,  qala  tutmaq  tədbirləri  ilə  məşğul 

olmağa  başladılar.  Onların  Nişabura  getmələrindən  xəbər  tutan 

Məhəhmməd  xan  və  Mürtəzaqulu  xan  müqəddəs  Məşhədi  boş 

qoymağın  səhv  fikir  və  günahkar  tədbir  olduğunu  düşünüb,  bu 

hadisəni  dəf  etməyin  asan  olacağını  sandılar,  özləri  şəhərdə  qalıb, 

İsmayılqulu xan Çekəninin sərkərdəliyi altında bir dəstə döyüşçünü 

Dərviş  Məhəmməd  xana  kömək  üçün  Nişabura  tərəf  rəvan  etdilər. 

Nişabur  yaxınlığında  tərəflər  arasında  cəng  başlandı.  Amnıa,  iqbal 


478 

 

nəsimi Abbas dövləti əmirlərinin bayrağı üstündə əsdi və əlahəzrətin 



adamları  qələbə  çaldılar.  İsmayıl  xan,  Budaq  xan  və  yoldaşları  isə 

məğlubiyyət  yoluna  düşərək  məğlub  və  bədhal  tərzdə  gəlib 

müqəddəs Məşhədə çatdılar. Bu hadisə Abbas əmirlərinin şövkət və 

qüdrətlərinin  artmasına  Məhəmməd  xan,  Mürtəzaqulu  xan  və 

Məşhəd əmirlərininsə pərişanlığına səbəb oldu və Məşhəd ləşkəri bu 

vaqiədən  sonra  özündə  onlarla  döyüş  qüdrəti  görməyib,  şəhərdən 

kənara  çıxmadı,  onların  sayca  çox  olmaları  azalmağa  başladı. 

Məşhəd  ləşkərinin  məğlubiyyətindən  sonra  Abbasın  əmirləri, 

xüsusən  ustaclı  tayfası  belə  bir  fikrə  düşdülər:  "Qəzavü-qədərin 

hökmü  ilə  bizə  bu  qələbə  qismət  oldu.  Bir  halda  ki,  müzəffəər 

İsgəndər şanlı nəvvab dövlətinin başçıları bizim tayfanın alnı üstünə 

müxalifət  və  üsyan  qələmi  çəkmişdir,  biz  hamılıqla  öz  vasitəçilik 

əlimizi  əlahəzrət zilləllah şahın iqbal ətəyinə uzatmalı  və o  həzrəti 

"padşah"  adlandırıb  Xorasan  taxtına  əyləşdirməliyik.  Qoy  hamıya 

məlum olsun ki, bizim etdiyimiz səy və xidmətimiz fəqət o həzrətin 

yolundadır. Qoy dost və düşmənin kimliyi məlum olsun". 

Onlar  bu  haqda  Əliqulu  xan  Lələ  ilə  də  söhbət  etdilər.  O 

həzrətin xilafət və padşahlığı artıq qəzavü-qədərin təqdir qələmi ilə 

yazıldığından bütün xoşxah adamlar bu fikri münasib bilib, belə bir 

ali mətləbin baş tutmasına çalışdılar. 

 

ƏLAHƏZRƏT ZİLLƏLLAH ŞAHIN  

XORASAN TAXTINA CÜLUSUNUN ZİKRİ 

 

Doqquz  yüz  həştad  doqquzuncu  (miladi  1581/82)  ilə 



bərabər  olan  türkicə  ilan  ilində  -  ayın  (qəmər)  məsud  şərəf 

məqamında  (beytüş-sərəf)  olduğu  və  nəhs  (mənhusə)  ulduzların 

çətinliyin  (vəbal)  ən  aşağı  nöqtəsində  (həziz)  düzüldiyi  bir  gündə 

şahanə məclis qurub, sultanlıq və padşahlıq taxtımnı bəzədilər və o 

iqbal ölkəsinin şahənşahı başqa sultanların qanun-qaydası üzrə cülus 

etdi,  bu  vaxtadək  gözəl  adı  xalq  arasında  "Abbas  Mirzə"  kimi 

məşhur olan şahzadəni "Şah Abbas" adlandırdılar. O həzrət hərçənd 

ki, yaşının azlığına görə bu işə qarışmır və məşhur atasının və böyük 

qardaşının  razılığı  olmadan  buna  razılıq  vermirdi,  amma  qəza  və 

qədər  işbilənlərinin  köməyi  ilə  bu  böyük  iş  ixtiyarsız  olaraq  baş 

verdi, şahlıq tuğrasına hökmlər yazıldı və Xorasanda sikkə və xütba 

onun  hümayun  adı  ilə  bəzəndi.  Dillər  mübarəkbadlıq  üçün  açıldı, 

Xorasanın  əksər  əyan-əfşarı,  ərbabı  və  əhalisi  ali  dərgaha  üz  tutub 


479 

 

itaət və tabeçilik göstərdilər. O vilayətin böyük adamlarından və ali 



orduda  münşiül-məmalik  olan  Mir  Şahhüseynin  oğlu  Mir 

Məhəmməd  Yusif  Nişaburi  başqalarından  daha  çox  canfəşanlıq 

etdiyindən,  əmarət  rütbəsinə  çatdı  və  "Mir  Məhəmməd  Yusifxan" 

adı ilə ləqəbləndi. O həzrətin maddeyi-tarixi "in sale-fərxəndefal"

355

 

oldu. Elə ki, bu xəbər müqəddəs Məşhədə yetişdi, Məhəmməd xanın 



və Məşhəd ləşkərinin pərişanlığına səbəb oldu. Xan bu məsələni ali 

dərgaha  yazaraq  məktubunu  yel  kimi  surətlə  gedən  qasidlərlə 

Azərbaycana      göndərdi.      Allah-təala      o      həzrətin        vücud 

cövhərini əzəldən parlaq və bəxt ulduzunu xürrəm və işıqlı yaratdığı 

üçün o, hələ cocuqluq vaxtından hamının ürəyində yer tutmuşdu və 

əhali  onun  hakimiyyətini  arzulayırdı.  Cülus  xəbəri  hər  tərəfə 

yayılaraq  şadyanalığa  səbəb  olur,  qeybdən  müşahidə  olunan 

əlamətlər hamıya onun cülusu nıünasibətilə müjdə verirdi. 

Xülasə,  bu  xoş  səmərəli  xəbər  orduda  yayıldıqda  hamının 

təəccübünə  səbəb  oldu,  çünki  belə  bir  əhvalat  Səfəvi  xanədanı 

üzvləri arasında hələ görünməmişdi.  Bu sətirlərin müəllifi  əzəmətli 

sədr  Qazi  xan  əl-Hüseynidən  bu  sözləri  eşitdi:  İsgəndər  şanlı 

nəvvabın  Qarabağda  qışladığı  ildə  Aleksandr  xanın  müşrifi  Xacə 

Ziyaəddin  Kaşi  orduya  gələrək  məndən  soruşdu:  "Bu  xoşbəxt 

şahzadənin  Xorasanda  padşah  olmasından  xəbərin  varmı?".  Mən 

onun  cavabında  dedim:  "Bəli,  bu  görünür  ki,  belədir,  amma,  hələ 

yəqinlik  hasil  deyildir".  Kamal  İsmayılın  divanını  açan  Xacə 

şahzadənin  vəziyyəti  barədə  o  kitabdan  fal  açdı.  Elə  ilk  səhifənin 

sağında (yəmin), bu qitə göründü. 

 

Qitə 

 

O cahan şahı öylə Xosrovdur  



Ki, qılıncıyla dövrdür bərhəzər.   

Bu fələk töhfə kimi verdi ona  

Müjdeye-fəth, dövləte-digər.  

Əqli müdrik, özü izə gəncdir,  

Əli dəryadı, xəncəri gövhər.  

Asiman böylə dünən ərz etdi:  

"Bizə olduqca yaxındır bu xəbər.  

Günəşin gəzdiyi hər bir tərəfi  

                                                           

355


  "Bu xoşbəxt fallı il" - Ş.F. 

480 

 

Al günəş tək tutacaqdır ol ər. "  



Əql də təsdiq eylədi bu işi:  

"Tutduğu mülk olacaqdır o qədər?  

Tutduğu mülk ilə müqayisədə  

Yeddi gərdun özü də az görünər.  

Sübh olarkən olacaq sərvəti çox,  

Zəfəri bəlli olar xəlqə səhər. "

356

 

 



Əliqulu xanın məqsədə yetmədən Nişaburdan qayıtması: 

 

Xülasə, bu hadisənin baş verməsindən sonra əmirləri (yəni 



Abbasın  tərəfdarları  -  Ş.F.)  tam  cidd-cəhdlə  qala  tutmağa  çoxlu 

səylər  etdilər,  amma  ağıllı,  mərdanə  və  tədbirli  adam  olan  Dərviş 

Məhəmməd  xan  qalanın  mühafizəsi  üçün  bərk  çalışdı.  Qala 

xaricində  olanlar  nə  qədər  çalışdılarsa  da,  oranı  tutmağa  müvəffəq 

olmadılar.  Mühasirə  müddətinin  uzanması  və  qışlaq  vaxtının 

yaxınlaşmasına  görə,  həmçinin  İraq  ləşkərinin  gəlmə  xəbəri 

yetişdiyindən,  onlar  məcburiyyət  üzündən  Nişabur  qalasından 

uzaqlaşmağı  məsləhət  bilib,  məqsədə  yetişmədən  Herat 

darüssəltənəsinə  üz  tutdular.  Əzəmətli  əmirlərin  hər  biri  izn  alaraq 

öz iqtasına getdi. 

Xorasanda  baş  verən  hadisələrin  xəbəri  Qarabağın 

Meydancuq  adlı  yerində  İsgəndər  şanlı  nəvvabın  ordusuna  gəlib 

çatdıqda  o,  sərdar  Sənan  paşa  ilə  sülh  danışıqlarına  başladı. 

                                                           

356

 Qitənin farscası 



Xosrove-tacbəxş-o şahe-cəhan  

Ke ze tiğəş zəmane bər həzərəst,  

Tohfeye-çərx suye-u hər dəm  

Mojdeye-fəth-o dovləte-degərəst.  

Rəye-u pir-o dovləteş bornast,  

Dəste-u bəhr-o xəncərəş govhər.  

Aseman duş ba xerəd migöfl  

Ke, benezdike-ma çenin xəbərəst  

Ke, begirəd be tiğ çon xorşud  

Hər çe xorşid-ra bər an gözərəst.  

Xerədəş goft: "To çe pendari?  

Ərseye-molke-u həmin qədərəst?  

Nə ke, dər conbe-padşahiye-u 

Həft gərdun hənuz moxtəsərəst.  

Baş ta sobh dovlətəş bedəməd  

K-in hənuz əz nəticeye-səhərəst." 



481 

 

Yuxarıda  barəsində  yazılan  və  elçi  kimi  İstanbula  göndərilən 



İbrahim xan Türkman İraqa qayıtmaq qərarına gəldi. Onlar köç-köç 

səltənət paytaxtına yollandılar. Qış fəslini Qəzvin darüssəltənəsində 

keçirib, at ilinin əvvəlində Xorasan fitnəsini yatırmaqdan ötrü yaraq 

hazırlığı  görmək  məqsədilə  qorçiləri  əmir  və  əsgər  çağırısı  üçün 

ətraf  yerlərə  yolladılar.  Belə  ki,  bu  varaqlardan  sonra  o  ilin 

hadisələri şirin söhbətli qələmimizlə yazılmağa başlayacaqdır. 



 

XORASANLILARIN FİTNƏ-FƏSAD MƏŞƏLİNİ 

SÖNDÜRMƏK MƏQSƏDİLƏ İSGƏNDƏR ŞANLI 

NƏVVABIN ZƏFƏRNİŞAN MƏİYYƏTİNİN XORASANA 

YOLLANMASININ ZİKRİ 

 

Türki  ilan  ilinin  qış  fəsli  mübarəkbadlıq  və  qələbə  ilə 



cilvələndiyindən  bahar  (rəbi)  və  fərvərdin  aylarının  məşşatəsi 

özünün  pərdəli  (ehtecab)  niqabını  təzə  reyhan  gəlinlərinin 

rüxsarından götürdü. Ürək açan bahar isə eyş-işrət dövlətini hamıya 

göndərib zəmanə səhnəsindən paklıq və xürrəmlik bayrağını ucaltdı. 

Şah və adlı-sanlı şahzadə səltənət paytaxtında olub eyş və müxtalif 

dəvətlərlə  məşğul  idilər.  Nəvvab  isə  işrət  və  kamranlıqla  Mirzə 

Salmanın  qızına  elçi  göndərib  öz  meyli  və  istəyi  ilə  onunla  nikah 

kəsdirdi.  Mirzə  Salman  şahanə  bir  toy  qurdu  və  rəsmi  evlənmə 

mərasimi  ləyaqətlə  icra  olundu.  Bu  işlə  əlaqədar  bütün  məsələlər 

tərəflər  arasında  yerinə  yetirildi  və  qərara  alındı  ki,  bu  il  o  izzətli 

gəlinin  yaraq-yasağı  və  zəruri  zinət  əşyaları  hazırlansın,  Allah-

təalanın  izni  ilə  toy  və  zifaf  şənliyi  isə  gələn  ilə  qalsın.  Bu 

məsələdən  Mirzə  Salmanın  iftixar  başı  ərşədək  ucaldı,  hər  şeydən 

üstünü  bu  oldu  ki,  o,  müstəqil  şəkildə  vəzarət  vəzifəsinin  icrasına 

başladı.  Baxmayaraq  ki,  əmirlər  və  dövlət  başçıları  bu  işlərdən 

narazı idilər,  amma  şahzadənin  xatirinə  razılıq  verdilər, özlərini 

gözdən  salmadılar.  Xorasan  hadisələri,  yuxarıda  bəhs  olunduğu 

kimi, bəlli olunduqda Xorasan əmirlərinin üzündən pərdə  açıldı  və 

əlahəzrət  zilləllah  şahın  padşah  olunması  xəbəri  Xorasandan  gedib 

İraqa  çatdı,  məsələnin  doğruluğu  dəqiqləşdi.  Məhəmməd  xan, 

İsmayılqulu xan və Xorasana  gəlmiş əmirlər  müqəddəs Məşhəddən 

qayıdaraq,  onun  görüşünə  yetmək  şərəfinə  çatdılar,  Xorasan 

əhvalatını  olduğu  kimi  ona  ərz  etdilər.  Mirzə  Salman  və  İsgəndər 

şanlı  nəvvabın  başqa  dövlətxah  və  yaxın  adamları,  habelə  aləm 

şahzadəsinin yaxınları çaxnaşmaya düşüb, xorasanlıların fitnə-fəsad 


482 

 

məşəlini söndürməkdən ötrü Xorasan yasaqına başladılar. Bu məsəb 



qorçibaşı, Şahrux xan və əmirlərin məcazlarına uyğun olmadı. Onlar 

[canqi,  canəqi]  məclislərində  deyirdilər:  "Rumilərin  sözlərinə 

inanmaq  olmaz.  Xorasana  hümayun  yürüşün  başlanması  xəbəri 

rumilərə  çatan  kimi  Sinan  paşa  fürsəti  qənimət  bilib,  biz  olmayan 

vaxt  Azərbaycana  tərəf  hərəkət  edər,  həmin  diyarda  fitnə  və 

qarışıqlıq  yaranar.  İndi  hümayun  yürüşün  Azərbaycana  yönəlməsi 

və  düşmən  şərinin  dəf  olunması  dana  məsləhətdir  və  dövlətin 

xeyrinədir. Hal-hazırda isə o adlı-sanlı şahzadənin Xorasanda etibar 

və  iqtidarının  yüksəlməsindən,  əlbəttə,  özbəkiyyə  düşmənləri  öz 

hesablarını  alarlarsa,  Xorasan  əmirləri  də  ona  tabe  olarlarsa,  və 

Xorasan  əmirləri  ona  tabe  olacaqlar  ki,  bu  vəziyyətin  əbədi 

dövlətimizə heç bir ziyanı olmayacaqdır". 

Mirzə Salman  və özlərini nəvvabın tərəfdarı kimi göstərən 

bir dəstə adam isə həmin əmirləri nifaq əhli sayıb;  

 

İkilik ayini — həvəs və nifaq!  



Qibleyi-eşq bircədir ancaq!

357


 

 

beytinin  məzmununa  uyğun  olaraq,  Xorasana  getmək  meylinə 



düşənləri  suçlayırdılar.  Onlar  yeri  gəldikcə  İsgəndər  şanlı  nəvvaba 

və aləm şahzadəsinə xəlvəti və aşikar halda bu sözləri çatdırırdılar: 

"Xorasan  səfərini  pozmaq  istəyən  əmirlər  arasında  ikilik  ayini 

(qarşıdurma  -  Ş.F.)  qızışmaqdadır.  Onlar  çalışırlar  ki,  Xorasanda 

qurduqları dövlətin əsası möhkəmlənsin və beləliklə də ali dərgahda 

etibara nail olsunlar". 

Belə  söhbətlərin  nəticəsində  əmirlər  yürüşü  dayandırmaq 

məsələsindən  daha  söz  açmadılar,  Xorasana  səfər  məsələsində  bir-

birləri ilə müttəfiq oldular. Təbriz darüssəltənəsində olan Əmir xan 

Mosullu  da  nəvvabın  xatirinə,  yaxud  Mürtəzaqulu  xana  kömək 

etmək məqsədilə yürüş barədəki həmin razılıq sənədinə imza atdı. 

Xülasə,  Xorasana  yürüş  etmək  məsələsi  xüsusunda  bütün 

qızılbaş əyanları razılığa gəldilər. Ustaclı tayfasını arxayın etməkdən 

ötrü Salman xan Abdulla xan Ustaclının nəvəsi olan Şahəli Mirzənin 

oğluna  divanbaşı  vəzifəsini  verdi  və  ona  tapşırdı  ki,  öz  mərhum 

                                                           

357

 Beytin farscası: 



Həst ayine-dobini ze həvəs, 

 Qebleye-eşq yeki basəd-o bəs! 



483 

 

babasının yolu ilə gedərək ona əta olunan məktublara öz möhürünü 



vursun. Cənnətməkan şahın onunla nişanlanmış qızlarından biri olan 

Şəhrəbanu  bəyimə  layiqli  toy  edib  onun  evinə  yolladılar.  Şahqulu 

Sultan  Qarınca,  Əhməd  Sultan  Asayişoğlu  və  ali  ordudakı  başqa 

ülkasız  ustaclu  əmirlərinə  şahanə  şəfəqqət  göstərildi,  yasaq  xərci 

verildi  və  Xorasan  səfərinə  qoşulmaları  haqda  əmr  olundu. 

Tapşırıldı ki, əgər Xorasanda olan Mürşüdqulu xan və başqa üstaclı 

əmirləri  düzgün  yoldan  çıxsalar,  onların  dəf  olunmalarından  sonra 

adları  çəkilən  əmirləri  onlara  əvəz  təyin  etsinlər.  Salman  xan, 

əmirlər  və  ustaclı  ağsaqqalları  boyun  oldular  ki,  etibarlı  adamları 

Xorasana  yollayıb  başqa  ustaclı  el  və  tayfalarına  nəsihət  etsinlər, 

məsləklərinə  xilaf  çıxmasınlar,  üsyana  yol  verməsinlər.  İxtiyar 

püşkü  ustaclı  tayfasının  böyüklərindən  və  cənnətməkan  şahın 

hakimiyyəti vaxtı onun məsləhətçisi (müşir) və hazırda Mürşüdqulu 

xanın əmisi olan Şahverdi bəy Yeganın adına düşdü. Buna görə də, 

hamıdan əvvəl yürüşə onu yolladılar və Xorasana göndərdilər. 

Fars bəylərbəyi Əli xan Zülqədər yasaqa əməl etməməkdə 

taxsırlandığından və həmçinin bu iki-üç ildəki Azərbaycan səfərində 

Kuh-Giluyədə  qələndərin  qiyamı  bəhanəsilə  fars  ləşkərinin 

yasaqdan  qalmalarına  görə    Əli  xan  Zülqədər,  həmçinin  fars 

zülqədər  əmirlərinin  bir  neçəsi  vəzifəsindən  götürüldü.  Amma,  

zülqədər tayfasının böyüklərindən və ağsaqqallarından olan Ümmət 

bəy  Yüzbaşıya  xanlıq  rütbəsi  və  Süleymanın  taxtgahı,  kəyanilərin 

darülmülkü  sayılan  o  vilayətin  əmirülümərası  mənsəbi  verildi. 

Əmirlər  yenidən öz  vəzifələrinə təyin olundular, Ümmət xana Fars 

ləşkərinin bir dəstə əsgərinin qələndərin dəfi, həmçinin İsgəndər xan 

Əfşarın  imdadı  üçün  Kuh-Giluyəyə  göndərilməsi  xüsusda  hökm 

verildi,  ona  tapşırıldı  ki,  özü  ləşkərin  qalan  hissəsiylə  birgə 

Xorasana yollanıb müzəffər orduya birləşsin. Habelə belə bir fərman 

da  verildi  ki,  Həmədan  hakimi  Vəlixan  Təkəli,      Əlişəkər   

hüdudunun      bəylərbəyi      və      o    sərhədin  əmirləri,  Kirman 

darülamanının  hakimi    Vəlixan  Əfşar  o  vilayətin  döyüşçüləri  ilə 

birlikdə  Xorasan  yasaqına  getsinlər,  bu  səfərdə  hümayun  orduda 

olsunlar. 

Xülasə, baharın üç ayını Qəzvin darüssəltənəsində işrət və 

kamranlıqla keçirdilər, əbədi dövlətin başçıları Xorasan yasaqına aid 

məsələlərlə məşğul oldular, məhsullar yetişmə vaxtında o istiqamətə 

doğru  yollandılar.  Qorçilər  vasitəsiylə  Xorasan  əmirlərinə 

istimalətinamələr  göndərildi  və  onlarda  belə  yazıldı:  "Sədaqət  və 



484 

 

şahsevənlik  üzündən  Mürtəzaqulu  xan  Pornakın  ətrafında  bir  yerə 



toplaşsınlar və onunla birlikdə gələrək ali orduya birləşsinlər". 

Beləliklə,  zəfərəsər  əsgərlər  dəstə-dəstə  hər  tərəfdən  ayəsi 

qələbə olan bayrağın kölgəsi altında toplaşırdılar. Az vaxt ərzində o 

qədər adam yığıldı ki, qızılbaş ləşkərini heç zaman belə böyüklükdə 

görməmişdilər.  Yol  əsnasında  Şahverdi  bəy  Yegan  Xorasandan 

qayıdaraq  Mürşüdqulu  xanın  bəzi  üzrlərini  ərz  etdi,  amma  danışıq 

vaxtı  yekə-yekə  danışdığı  üçün  töhmətə  məruz  qalıb  vəzifəsindən 

kənar  edildi.  Ox-kaman  qorçisi  və  ustaclı  tayfa  böyük  və 

mötəbərlərindən  olan  Həsən  bəy  Çavuşluoğlu  Mehdiqulu  bəy  də 

əmirlərin  məclisində  oymaqların  təəssübü,  habelə  el  və  qəbilələrin 

himayəsi xüsusunda xoşagəlməz sözlər danışdığından etibarını itirdi 

və  cəzalandırıldı.  Salman  xan  və  ustaclı  ağsaqqalları  onların  hər 

ikisini qətl etdilər. 

Amma,  Əliqulu  xan  və  Mürşüdqulu  xan  İraq  ləşkərinin 

gəlib-çatma xəbərini eşidərək şahzadənin, yəni həzrət zilləllah şahın 

müqəddəs məiyyətində Herat darüssəltənəsindən çıxdılar. Əlahəzrət 

şahzadə ilə  müvafiqət, amma  İsgəndər şanlı nəvvabla    müxalifətdə  

olmaq    xüsusda    bir-birləriylə    əhd-peyman  bağlayan  əzəmətli 

əmirlərin  hamısı  onların  başında  cəm  oldular,  bir  neçə  mənzil  qət 

edib,  möminlər  məkanı  olan  Səbzvaradək  gəldilər.  Hümayun  şah 

ordusu  Damğana  çatan  vaxt  onlar  artıq  Səbzvarda  idilər.  İraq 

ləşkərinin  qüvvət  və  şövkətinin  şah  ordusundan  zəif  olmasına 

baxmayaraq,  xorasanlıların  qorxmazlığı  və  onların  Səbzvara  qədər 

gəlib-çıxmalarından  xatirləri  kədərli  və  pərişan  oldular.  Adamlar 

güman  edirdilər  ki,  o  iki  dəstə  arasında  elə  bu  neçə  gündə  böyük 

savaş  vaqe  olacaqdır.  Böyüklərin  və  ağsaqqalların  əksəriyyəti  bu 

savaşı arzuolunmaz hesab edirdi, çünki qızılbaş tayfalarının qohum-

əqrabaları bir-birləri ilə qaynayıb-qarışdıqlarından onların bir dəstəsi 

bu tərəfdə, digər dəstəsi isə o biri  tərəfdə qarşı-qarşıya durmuşdular.  

Məsləhətçi əmirlərdən xüsusilə Qulu bəy Qorçibaşı  və Şahrux xan 

müxalifətin tərk olunması barədə fikir söyləyirdilər. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin