AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə40/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   36   37   38   39   40   41   42   43   ...   96

 

 

                                                           

332

 Şerin ərəbcəsi: 



Va kəm li-l-lahi min lutfin xəfa,  

Yəduqqu xəfahu an fəhmi-z-zəka.  

Va kəm yəsurru əta min bəda usrin,  

Va fərəcun kərbətu-l-qəlbi-ş-şəca.  

Va kəm əmrin təsau bihi səbahan  

Va tətikə-l-məsərrə tu bi-l-aşa 



427 

 

Rübai 



 

Ey şahı-cəhan, kim sənə bədxah oldu.  

Dövran elə hökm etdi həyatı soldu.  

Çatdırdı fələk kama şühud ərbabını

333

 

Qeybdən yetişən sirri-əcib



334

 oldu bu


335

 

 



 

Əliqulu  xan  ali  bir  məclis  quraraq  xilafət  və  cahandarlıq 

mücrüsünün  vahid  dürrü  olan  şahzadəni  özünün  sədaqət  çiyninə  

qaldırdı,   lələ   və  xidmətkarlıq  işlərinə  başladı. Döyüşçü, rəiyyət, 

oymaq əmirləri, bəluc və qıpcaq başçıları və başqaları - bütün xalq 

kütlələri  dəstə-dəstə  gələrək  mülazimət  və  təbrik  şərəfinə  çatdılar, 

şahzadə  tərəfindən  qiymətli  xələtlərlə  mükafatlandırıldılar,  baş 

verən  matəm  və  şahzadənin  salamət  qalması  münasibətilə  Allaha 

şükür  etdilər.  Amma,  Şahqulu  Yeganın  qatili  olub,  onun  var-

dövlətini  zəbt  etmiş  əfşar  əmirləri  şəhərin  kənarındakı  Məlik 

darvazasında  dayanmışdılar  və  onlarla  [Əliqulu]  xanın  vəkilləri 

arasında  həmin  var-dövlətin  təftiş  olunması  xüsusunda  danışıq 

aparılırdı.  Onlar  bu  vaxt  rüxsət  alaraq  özlərinin  tiyul  yerləri  olan 

Fərah  və  Esfezara  tərəf  getdilər  və  Əliqulu  xan  müqəddəs  zatın 

(şahzadə Abbas Mirzənin - Ş.F.) sağ-salamat olması barədə Qəzvin 

darüssəltənətinə müjdə göndərdi. 

 

Məhdülyanın öz qulamı Ağa Nəzəri 

şahı Qəzvinə gətirmək üçün Herata yollanması: 

 

İsgəndər  şanlı  nəvvab  Məhdülya  və  ad-sanlı  şahzadələr  o 



yaxşı xəbərdən şadlığa qərq oldular, o həzrət ilə qarşıdakı isti görüş 

şövqünün  (eşteyaq)  alovu  onun  valideyinlərinin  nurlu  qəlblərini 

[daha  da]  işıqlandırdı  Onlar  istədilər  ki,  əziz  (delbənd)  fərzəndi 

                                                           

333

 İrfani istilahdır, burada "hər hansı bir işin şahidi olan adamlar deməkdir.  



334

 Təəccüblü sirr. 

335

 Rübainin farscası: 



Ey şahe-cəhan, hər an ke bədxahe-to bud  

Pərdaxt zəmane omrəş əz molke-vocud.  

Gərdid fələk be kame-ərbabe-şohud, 

Serri-əcəbi ze ğeyb surət benəmud. 

 


428 

 

Heratdan ali taxt ayağına gətirib, gözlərini onun qiymətli görüşü ilə 



nurlandırsınlar,  cahil  qızılbaşlar  və  fitnə-fəsadlı  adlamların 

qorxusundan  adlı-sanlı  şahzadələrdən  heç  kimi  məmləkətlərdə 

saxlamayaraq  onları  ali  taxt  yanında,  valideyinlərin  xidmətində 

saxlasınlar,  qoy  bir-birləri  ilə  bir  yerdə  qalsınlar.  Bundan  ötrü, 

xüsusi  etimad  sahibi  (mötəmedül-xəvas)*  olan  və  Mir  Abdulla 

xandan sabiq qulam kimi nəvvab Mədülyaya varis qalmış, həmçinin 

İskəndər  şanlı  nəvvabın  yanında  etibara  layiq  görülmüş  mötəbər 

Ağa  Nəzəri  Xorasana  göndərdilər.  Hökm  olundu  ki,  Əliqulu  xan 

əlahəzrəti  yaraqla  təmin  etsin,  onu  gəlməyə  hazırlasın  ki,  tezliklə 

dövlət  başçılarından  və  etibarlı  ağsaqqallardan  bir  nəfər  bu  işin 

icrasını  yerinə  yetirmək  üçün  namizəd  təyin  olunsun.  Elə  ki,  bu 

xəbər  Xorasana  yayıldı,  o  vilayətin  əzəmətli  əmirləri  sevimli 

şahzadənin uzaq  yoldan aparılmasından nigaran oldular  və Əliqulu 

xana  dedilər:  "Bu  hökmün  qəbulundan  və  icra  olunmasından  sərf-

nəzər  etmək  lazımdır.    Xorasan    məmləkəti    Mavərənnəhrin  

yanındadır  və  çox  vaxt  hadisələrin  taptağı  altında  qalmışdır. 

Xorasan  özbəklərin  qarətindən  əldən  düşmüşdür.  Xorasanın  bu 

xilafət  dudmanının  əlinə  keçməsindən  bu  vaxtadək  Herat 

darülmülkü dövr sultanlarının və fərman sahiblərinin taxtgahı olaraq 

qalmış,  bu  mülk  həmişə  alişan  şahzadələrin  biri  tərəfindən  idarə 

olunmuşdur.  İndi  də  əgər  ali  rütbəli  şahzadələrdən  biri  bu  mülkün 

mühafizə  və  qorunması  ilə  məşğul  olmasa,  bu  iş  biz  bəndələr 

tərəfindən  qoruna  bilməz".  Xülasə,  Xorasan  əmirlərindən  on  çox 

Mürşüdqulu xan bu məsələdə israrlı oldu. O, Əliqulu xanla sözü bir 

yerə  qoydular.  Ağa  Nəzərin  qədəmi  Xorasan  vilayətinə  dəyən 

vaxtdan  başlayaraq  əmirlər  elə  bu  barədə  danışırdılar.  Məşhəd 

hakimi Mürtəzaqulu xan  məsələnin əvvəlində Əliqulu xanı heç bir 

vechlə  şahzadəni  şəhərdən  kənara  çıxarmasına  zahirən  razı 

olmamağa  təhrik  etsə  də,  amma  batində  nifaq  yaradaraq  Əliqulu 

xanın  əzəmət  və  iqtidarını  azaltmaqdan  ötrü  bu  işdən  boyun  da 

qaçırmırdı, hətta bunu istəyirdi də. Başqa əmirlər də şahzadənin yola 

düşməsinin  əleyhinə  idilər.  Ağa  Nəzər  onların  hər  biri  ilə  söhbət 

etdi.  Əmirlərin  ona  çox  təzim  etmələrinə  baxmayaraq,  bu  ancaq 

zahiri bir rəsmi təvazökarlıqdan başqa, bir şey deyildi. Onlar bu işə 

dövlətxahlıq libası geydirib, ona xatırladırdılar və xahiş edirdilər ki, 

gedib  nəvvab  Məhdülyaya  belə  desin:  "O,  qoy  bu  istəyindən  əl 

çəkib, Xorasanı o həzrətin qiymətli  vücudundan xali etməsin,  çünki 

belə bir əməl qüvvətli dövlətə layiq olmaz". 



429 

 

 



Ağa Nəzərin məqsədə çatmadan Xorasandan qayıtması: 

 

Onlar  Ağa  Nəzərə  birbaşa  dedilər  ki,  əgər  Məryəm  şanlı 



nəvvab  Məhdülya  bu  məsələdə  israr  edər  və  şahzadəni  aparmağa 

adam  göndərərsə,  biz  bəndələrin  o  hökmə  qarşı  çıxmaqdan  başqa 

əlacı  qalmayacaqdır.  Ağa  Nəzər  Xorasanın  vəziyyətini  yuxarıda       

yazıldığı kimi görüb, o vilayətdən çıxdı, ali saraya gələrək vəziyyəti 

ərz etdi. Məhdülya şövq və arzusunun çoxluğu səbəbindən əmirlərin 

və  Ağa  Nəzərin  söz-söhbətlərinə  qulaq  asmayıb,  mötəbər 

əmirzadələrdən  və  qızılbaş  əyanlarından  Heydər  Sultan  Çabuk 

Tərxan Türkmanın oğlu İbrahim bəyi Xorasana rəvan etdi. İbrahim 

bəy  əlli nəfər türkman ağası ilə Xorasana istiqamət  götürdü. Onun 

gəlmə xəbəri Xorasanda yayılanda Əliqulu xan və Mürşüdqulu xan 

bir-biriləri  ilə  görüşərək  belə  qərara  gəldilər  ki,  İbrahim  bəyi 

məqsədinə  çatmadan  geri  qaytarsınlar.  Buna  görə  də  Xorasanın 

bütün  əmirlərinin  yanına  öz  etibarlı  bir  adamını  yollayıb  onlardan 

kömək xahişini etdilər, əhd-peyman arzuladılar. Böyüklük xislətinə 

sadiq  olan  müqəddəs  Məşhədin  hakimi  Mürtəzaqulu  xan  Pornak 

qibtə  və  qürur  hissinə  qapılmışdı  və  Əliqulu  xanın  daha  böyük 

şöhrətə  və iqtidara çatmasını istəmirdi.  Amma, Əliqulu xanın adlı-

sanlı şahzadə əlahəzrət zilləllah şahın lələsi olması onun hörmətinin 

böyüklüyü  və  şan-şöhrətinin  artmasına  və  Xorasan  əmirlərinin 

hamısından  üstünlüyünə  səbəb  olmuşdu.  Məsələ  yuxarıda  deyilən 

vəziyyətə  çatdıqda  Mürtəzaqulu  xan  ondan  dönərək  təşkil  etmək 

istədiyi  ittifaqa  qoşulmadı,  əmirlərlə  əlbirlikdən  sərf-nəzər  etdi, 

özünün  tabeliyindəki  əmirlərə  də  Əliqulu  xanın  məsləhətinə  qulaq 

asmağı qadağan etdi. Bu hərəkət Əliqulu xanın hörmətini sarsıtdı və 

get-gedə  onların  arasındakı  ülfət  və  birlik  vəhşət  və  biganəliyə 

çevrildi.  İbrahim  bəy  müqəddəs  Məşhədə  çatdıqda  Heratda  olan 

Əliqulu  xan,  Mürşüdqulu  xan  və  başqa  əmirlər  onun  gəlişindən 

xəbər tutaraq, ona dostluq məktubları yazdılar, ehtiram göstərdilər. 

Amma,  onların  hamısı  birlikdə  ona  bildirdilər  ki,  əgər  həmin 

məqsədlə Herata gələrsə, qoy gəlsin, lakin bilsin ki, onun istədiyi iş 

baş tuta bilməyəcək, onun gəlişinin faydası olmayacaqdır. 

 

 



 

430 

 

İbrahim bəyin də məqsədə çatmadan geri qayıtması: 

 

Onlar  bu  barədə  ali  saraya  da  bir  məktub  yazaraq 



bildirdilər:  "Şahzadənin  İraqa  aparılması  özbək  müxaliflərinin  

cürətlərinin    artmasına səbəb ola bilər və belə hərəkət bu əzəmətli 

dövlətə  məsləhət  görülmür.  Buna  görə  də  biz  dövlətxahlar  cəsarət 

edib o işə razı olmadıq". 

İbrahim  bəy  Qəzvin  darüssəltənətinə  gedən  məktubdan 

cavab  gələnədək  Məşhəddə  qalmaq  istəyirdi.  Amma  Mürtəzaqulu 

xan  padşah  hökmünün  icrasında  və  İbrahim  bəyə  kömək 

edilməsində israrlı oldu. Ağıllı, nəfsitox, məsləhət eşidən adam olan 

İbrahim  xan  Əliqulu  xana  qarşı  Mürtəzaqulu  xanın  hərəkətlərində 

nifaq rayihəsinin olduğunu hiss edir və bilirdi ki, bu məsələdə xanın 

israr  etməsi  nəhayət  böyük  fitnə-fəsadın  baş  verməsinə  səbəb 

olacaqdır.  Buna  görə  də  o,  Guryana  gəlib  orada  bir  neçə  gün 

gözlədi,  sonrasa  Əliqulu  xanın  və  mirlərin  məsləhətinə  əməl  edib 

cahanpənah  dərgaha  yollandı,  məsələni  padşaha  və  Məhdülyaya 

çatdırdı.  Nəvvab  Məhdülya  hirslənib  təvaçibaşı,  mötəbər  əmir  və 

əzəmətli  dövlətin  sütunlarından  biri  olan  Hüseyn  xanı  -  Əliqulu 

xanın atasını ali dərgaha çağırdı, bol nəsihətlər verdi, təhdidlər etdi. 

O,  öz  oğlu  adından  üzürxahlıq  edib  dedi:  "Əgər  bütün  Xorasan 

əmirləri birləşib o işi etmək istəyirlərsə, mənim oğlum nə edə bilər?" 

Xülasə,  Məryəm  şanlı  nəvvab  Məhdülya  Əliqulu  xanı  öz 

nəzərindən  saldı.  Belə  qərara  gəldilər  ki,  onu  və  mənsub  olduğu 

adamları  etibar  nəzərindən  düşürsünlər,  Mürtəzaqulu  xanı  onun 

əvəzinə yuxarı çəksinlər. Sultan Hüseyn xanın isə dövlətin bu kimi 

məsələlərini  qaydaya  salmaq  fikirlərinə  qulaq  asılmadı.  Nəhayət 

qərara  alındı  ki,  qoy  onun  özü  Xorasana  gedib  bu  məsələni  həll 

etsin.  Ona  Xorasana  gedərək  oğlunu  o  cəsarət  və  özbaşınalığından 

uzaqlaşdırmağı, xilafətin qünətüleynini (gözünün nurunu - Ş.F.) yəni 

əlahəzrət zilləllah şahı özüylə  götürüb İraqa  gətirməsini tapşırdılar. 

Yox, əgər bu dəfə də Əliqulu xan və onunla müttəfiq olan Xorasan 

əmirləri  üsyan  edərək  şah  fərmanından  boyun  qaçırarlarsa,  qoy 

Sultan  Hüseyn  xan  da  Xorasanda  qalsın,  bir  daha  ali  saraya 

qayıtmasın,  çünki,  onlar  artıq  bu  dövlətin  düşmənləri  sayılacaqlar. 

Sultan  Hüseyn  xan  bu  məsələdə  padşahın  və  nəvvab  Məhdülyanın 

cidd-cəhdinin  qəti  olduğunu  başa  düşdü,  naəlac  üz  tutub  Xorasana 

rəvan oldu. Onun gəlmə xəbəri Xorasanda eşidildikdə Əliqulu xanla 


431 

 

ittifaqda  olan  Xorasan  əmirləri  yenidən  qilü-qal  edərək  əlahəzrətin 



Xorasandan aparılmasına heç vəchlə razı olmadılar. 

Sultan  Hüseyn  xan  Herat  darüssəltənəsinə  gəlib  çatdıqda 

ata-oğul  görüşdü,  amma  atasının  gözlədiyi  oğlunda  görünmədiyi 

üçün əmirlər yenidən qətiyyətlə bir yerə yığışdılar. Heratdakı şamlı 

tayfasının  ağıllı  və  ağsaqqal  adamlarının  əksəriyyəti  padşahın 

əmrinə  itaət  etməyi,  Sultan  Hüseyn  xanı  məqsədinə  çatdırıb  geri 

yollamağı, şamlı tayfasını müxalifət və üsyan damğası ilə müttəhim 

etməyi məsləhət bildilər. Amma türk və taciklərin bir dəstəsi isə bu 

fikrə  qarşı  çıxaraq  belə  deyirdilər:  "Əgər  bu  əzəmətli  dövlətin 

dövlətxah  adamları  etdikləri  işi  dövlətin  xeyrinə  edirlərsə,  bu  niyə 

üsyan kimi anlaşılmalıdır? Əksinə belə hərəkət dövlətxahlıq və duz-

çörəyə ehtiram əlaməti kimi başa düşülməlidir". 

Xülasə, belə söz-söhbət çox davam etdi. Get-gedə ata-oğul 

arasında  pis  münasibət  çoxalırdı.  Hüseyn  xan  deyirdi:  "Əgər  mən 

məqsədə  yetmədən  geri  qayıtsam,  dərgahın  qapıları  üzümə 

bağlanacaqdır. Elə halda qayıtmamağını məsləhətdir". 

Amma,  Mürşüdqulu  xan  və  onunla  sözü  bir  olan  əmirlər 

Əliqulu xanın atasının təkidi və şamlı ağsaqqallarının  məsləhəti ilə 

savab 

yoldan 


dönəcəyindən 

qorxdular. 

Onlar 

Səbzvar 


darülmömininə  - əmirlərlə sözü bir olan oranın hakimi  Qubad xan 

Qacarın  yanında  toplaşdılar,  cənnətməkan  şahın  zamanında 

Azərbaycan və Şirvanın mötəbər vəziri Mirzə Ətaullahın oğlu,  indi 

isə Mürşüdqulu xanın vəziri, mütləq ixtiyar sahibi və bu hadisələrin 

iştirakçısı  olan  Mirzə  Əhmədi  Herat  darüssəltənəsinə  yolladılar, 

əzəmətli  xanlara  və  mötəbər  şamlılara  bir  daha  tapşırdılar:  "Başqa 

fikri  başınızdan  silib  atın,  faydasız  yerə  səy  etməyin.  Əgər  bütün 

şamlı tayfası xoşbəxt şahzadənin Qəzvinə  göndərilməsinə razı olsa 

belə,  biz  canımız  və  bütün  var-dövlətimizlə  qoymarıq  ki,  bu  iddia 

baş tutmasın. Biz İraq yolunun ortasında olan Səbzvarda qətiyyətlə 

dayanıb müntəzir olaraq ki, əgər şamlı tayfası səltənət mücrüsünün o 

qiymətli  gövhərini  əldən  vermiş  olsa,  biz  himmətin  və  iqlalın 

qüvvəsi ilə onu əlimizə alaq, Xorasanda iftixar bayrağı qaldıraq". 

Əliqulu  xan  bu sözlərdən  narahat  olub,  atasını  məqsədinə 

yetmədən  geri  qaytarmağa  çalışdı.  Oğlunun  və  Xorasan  əmir  və 

döyüşçülərinin bu məsələdə israrlı olduqlarını görən Sultan Hüseyn 

xan  məcbur  olub  geriyə  dönmə  yüyənini  ələ  alaraq  istər-istəməz 

yola  üz  tutdu.  O,  Səbzvarda  əzəmətli  əmirlərlə  görüşüb  xeyli 

söhbətləşdi,  bu  məsələnin  xeyir  və  zərəri  barədə  danışıqlar  apardı, 


432 

 

ali  dərgaha  çatandan  sonra  məsələni  narazılıq  olmadan  necə  ərz 



edəcəyi  xüsusda  düşüncələrə  daldı  ki,  özünün  və  oğlunun  etibarı 

aradan getməsin. Əmirlərlə onun arasında davam edən bu söhbətlər 

hələ  bitməmişdi  ki,  Məryəm  şanlı  Məhdülyanın  zəif  əhd  və  sınıq 

peymanlı  əmirlər  tərəfindən  qətlə  yetirilməsi  xəbərini  çatdırdılar. 

Baş verən bu hadisədən sonra dövlət başçıları məsləhət gördülər ki, 

əlahəzrət  şahzadənin  gətirilməsi  dayandırılsın  və  o,  qoy  hələlik 

Herat darüssəltənəsində qalsın. Sultan Hüseyn xana məktub yazaraq 

onu  baş  verən  məsələdən  agah  etdilər  və  geri  qayıtması  haqda 

sərəncam  göndərildi.  Səbzvarda  məktubu  alan  Hüseyn  xan  İraqa 

yollandı,  əmirlərinsə  hər  biri  çıxıb  öz  yerinə  getdi.  Amma,  Əliqulu 

xan  və  Mürşüdqulu  xan  bu  vaqiəni  eşitdikdən  sonra  əksəriyyəti 

şamlı  və ustaclı tayfasından olan bütün Xorasan əmirləriylə  məclis 

(kənqaş)  qurub  yeni  əhd-peyman  bağladılar,  əlahəzrəti  Xorasanda 

özləri üçün sərmayə kimi hifz etdilər, çünki o vaxt əksəriyyəti təkəli 

və  türkman  tayfasından  olan  dövlət  adamlarının  şamlılar  və 

ustaclılarla  ədavətləri  olduğundan  şahzadəni  onlara  etibar  etmək 

olmazdı.  Qoy  Əliqulu  xanın  söz  və  məsləhətindən  kənara 

çıxmasınlar,  onu  xanlar  xanı,  özlərinin  böyüyü  və  ağsaqqalı 

bilsinlər. 

Mürtəzaqulu  xan  və  adamlarından  başqa  Xorasan 

əmirlərinin  əksəriyyəti  öz  itaət  qədəmlərini  irəli  ataraq  iki  dəstəyə 

bölünüb,  Heratda  və  müqəddəs  Məşhəddə  iki  alişan  xanın  ətrafına 

toplaşdılar,  onların  arasındakı  vəhşət  və  düşmənçilik  gün-gündən 

çoxaldı.  Nəticədə,  aşağıda  yazılacağı  kimi,  onların  arasında  dava-

dalaş başladı. Bu haqda, yeri çatanda məlumat veriləcəkdir. 

 

ALÇAQ BİR HADİSƏNİN BAŞ VERMƏSİ - MƏRYƏM  



ŞAN-ŞÖVKƏTLİ MƏHDÜLYANIN FİTNƏ-FƏSAD 

NƏTİCƏSİNDƏ ÖLDÜRÜLMƏSİNİN ZİKRİ 

 

Qəzanın  məsləhəti,  asimanın  təqdiri  və  ruzigarın 



təcrübəsindən məlum olur ki, hər kamalın öz zavalı və hər nişatın öz 

məlalı vardır. 

Cənnətməkan  şahın  hakimiyyəti  zamanı  qoşunun  və 

rəiyyətin  rahatlıq  və  rifahının  təmin  olunduğu  ölkənin  abadanlığı, 

şəhərlərin  sakitliyi,  qulamların  asayişinin  olduqca  yüksəldiyi  bir 

vaxtda  dövlət  hadisələrinin  nəhsliyi  və  əhalinin  qudurğanlığı 

üzündən  bu  vəziyyət  zavala  uğradı.  Qızılbaş  tayfası  müqəddəs 


433 

 

səfəvi xanədanı üzvləri ilə mürid və pis münasibətlərdə olub sədaqət 



yolunun  yolçuları  kimi  hərəkət  etsələr  də,  şeytani  fitnəkarlığa 

uyaraq,  öz  nəfsani  istəkləri  və  üstün  olmaları  kimi  arzuları 

səbəbindən  birlik  və  ittifaq  yolundan  kənara  çıxdılar,  get-gedə 

həmin  vəfalı  insanlara  və  saf  əqidəli  sufilərə  sədaqətsizlik  meyli 

sirayət  etdi.  Onlar  ədəbə  və  sədaqətə  zidd  olan  işlərə  cəsarət  edib, 

cahilliyə,  fitnə-fəsada  və  xətakarlığa  başladılar,  nəticədə  özləri  də 

müxtəlif  bəlalara  məruz  qaldılar.  Onların  pis  xasiyyətli  cahil  və 

fitnəkarlarından əqidə və sədaqətə zidd olan işlər göründü, nəticədə 

isə  elə  bu  səbəbdən  də  öz  əməllərinin  cəzasına  giriftar  oldular, 

müxtəlif bəlalar gördülər. onların nemətə ağ olmaları (kofrannemət) 

bu şerdə deyildiyi kimi: 

 

Nəsildə ağılsızlıq etsə kimsə,  



Şərəf qalmaz böyükdə və kiçikdə

336


 

 

sələflərdən xələflərə keçərək bütün oymaqlara yayıldı. Elə 



buna görə də o tayfaya böyük qarışıqlıq düşdü. 

Hal-hazırda,  hicri  tarixlə  min  iyirmi  beşinci  ildir  (miladi 

1616)  və  həmin  hadisələrin  üstündən  qırx  beş  il  keçmişdir,  lakin 

(miladi 1616) o adamların ədəbsiz hərəkətlərindən onların sağ qalan 

adamları  hal-hazırda  da  danışırlar  və  bu  adamlar  öz  atalarının 

günahkar əməllərindən əzab-əziyyət içindədirlər. Həmin fitnə-fəsad 

əhli  olan  kinli  adamların  ən  qəbahətli  əməli  zamanın  mələkəsi 

dövranın  iffətlisi,  Zəhranın  Zöhrəsi,  seyyidə  qadınların  gözəl 

törəməsi  (zürriyyə)  Məryəm  şanlı  Məhdülya  Xeyrənnisa  bəyimin 

qətlidir. 

Kamyab  nəvvabın  (Məhəmməd  Xodabəndənin  -  Ş.F.) 

möhtərəm hərəmi və ali nəsilli şahzadələrin məşhur (macedə) anası 

olmasını  nəzərə  almayan  [canilər]  əql  və  salamatlığın  (afiyət) 

düzgün yolundan çıxdılar, öz vəziyyətlərin düzəlməsi və müvəqqəti 

rütbələrinin  qorunmasından  ötrü  etdikləri  əməlin  alçaqlığını 

görmədilər,  dünya  və  axirətdən  mədəd  (xezlan)  aramadan  və 

etdikləri  ədəbsizliyin  nəticəsindən  qorxmadan  elə  bir  qəbih  əmələ 

                                                           

336

 Beytin farscası: 



Ço əz qovmi yeki bidaneşi kərd, 

Nə keh-ra mənzelət manəd, nə meh-ra. 

 


434 

 

cəsarət  etdilər.  Hadisənin  təfsilatı  belədir:  Nəvvab  Məhdülya  öz 



adlı-sanlı  ərinin  gözlərinin  zəifliyi  və  şahzadələrin  yaşlarının  az 

olması səbəbindən səltənət və şahlıq namusunun işini özünün qeyrət 

işi  bilərək,  dövlət  işlərinin  aparılmasında,  mülk  və  millət  qayda-

qanununun  nizamlanmasında  iştirak  edir,  mülk  və  millət 

məsələlərinin  nizama  düşməsi  üçün  çalışır,  iqtidarlı  sultanların 

qanun-qayda  və  ədab-ərkanına  uyğun  cah-cəlal  sahibi  (şah  -  Ş.F.) 

tərəfindən  sadir  olan  hər  əmr  və  fərmanın  vaxtında  yubadılmadan 

icra  olunmasını  istəyirdi.  Bu  işin,  özləri  haqqında  yüksək  fikirdə 

olan  əmirlərin  məzaclarına  uyğun  olmaması,  həmçinin  Şahrux 

xanın, Pirə Məhəmməd xanın və Qorxmaz xanın Mazandaranda baş 

verən  hadisələrdən  narazılıqları,  onların  məsləhəti  olmadan  Mirzə 

xanın  öldürülməsi  sabiq  narazılıqları  daha  da  artırdı.  Əmirlər  öz 

izzət  və  etibarlarını  çoxaltmaq,  azalmaqda  olan  qüdrət  və 

iqtidarlarını  isə  artırmaq  fikrində  idilər.  Bu  vaxt  Kasan  əhalisi 

divana  gələrək,  orada  hakim  olan  və  tamahkarlığı  həddən  aşan 

Məhəmməd  xan  Türkmanın  kobud  (nahəmvar)  rəfdarından 

şikayətləndilər.  Səltənət  idarəsindən  onun  müamilə  məsələlərinin 

araşdırılması  xüsusunda  hökm  verildi.  Divan  işçiləri  araşdıraraq 

xanın  zülmkarlıq  və  yekəxanalığını  ifşa  etdilər.  Danlağa  məruz 

qalan xanın ülkasının dəyişdirilməsi haqqında ali hökm sadir oldu. 

Məhəmməd xan böyük əmirlərdən və dövlətin sütunlarından biri idi. 

Bu məsələnin baş verməsi onun etibarının aradan getməsi deməkdi. 

Xan  bitab  olub  bu  hadisədən  qurtulmağa  xeyli  çalışsa  da,  nəvvab 

Məhdülya  da  dövlət  və  səltənət  namusu  naminə  onun 

bağışlanılmasının  dövlətin  naqisliyi  və  padşahın  iqtidarının 

karsızlığı  əlaməti  hesab  etdi,  xanın  xahişi  nəzərə  alınmadı.  Bu 

hadisədən əzilən Məhəmməd xan başqa fitnəkar əmirlərlə əlbir oldu. 

Onlar hiyləgərlik və nifaq qapılan açdılar. Dövlətin dayaqlar dayağı 

(rokne-rəkin)  olan  və  əhali  arasında  nəfsinin  sağlamlığı, 

məsləhətinin  faydalılığı,  əql  və  bacarığının  [çoxluğu]  ilə  şöhrət 

(eştehar)  tapan  Qulu  bəy  Əfşar  Qorçibaşını  da  düzgün  yoldan 

azdırıb  bu  məsələ  xüsusunda  tədbir  fikirləşməyə  başladılar.  Onlar 

bilirdilər ki, nə qədər ki, nəvvab Məhdülya sağdır, onu öz ad-sanlı 

fərzəndlərindən  və  ərindən  uzaqlaşdırmaq  mümkün  olmayacaq.  O, 

nə öz hərəkətindən (tövr), nə də öz iqtidarından əl çəkməyəcəkdir. 

Buna  görə  də,  onlar  Məhdülyanı  aradan  götürmək  məqsədi  ilə 

gizlicə ayrı-ayrı oymaqların qürurlu əmirlərini gözəl-gözəl  vədlərlə 

aldadıb özlərinə əlbir etdilər. 



435 

 

Xülasə,  xudpəsənd  və  sadəlövh  qızılbaş  tayfa  əmirləri 



yersiz  bəhanələrlə,  o  cümlədən  mazandaranlıların  tərbiyət 

olunmaları, vilayət hakimlərinin dəyişilməsini (təvfiz), onlara vəzifə 

və  ənamlar  verilməsini,  hərəmxana  xəzinələrinin  Mazandarana 

aparılması kimi töhmət  və iftiralarla dolu  və həqiqətdən uzaq olan 

yalanları  əsas  tutaraq  bir-biriləri  ilə  birləşdilər,  Məhdülyanı  yox 

etmək fikrinə düşdülər. 

Bu  qəsdi  həyata  keçirilməkdən  ötrü  hər  tayfanın  əyan 

əmirləri  və  böyük  adamları  mübarək  dövlətxanın  Çehelsütun 

sarayında  toplaşıb  şahın  hüzurunda  ərz  etdilər:  "Məryəm  şanlı 

Məhdülyanın  əmirlər  və  dövlət  başçıları  ilə  kobud  davranışı, 

mazandaranlıları himayə etməsi, dövlət işlərinə müdaxiləsi sədaqətli 

tayfa ağsaqqalları tərəfindən bəyənilmir. Hər tayfadan olan cahil və 

fitnəkar  adamlar  daim  ona  qarşı  çıxır,  tədbir  edirlər.  Qoy  kamyab 

nəvvab bu haqda savablı fikir sahibi olsun, əks halda tezliklə böyük 

fəsad  yarana  bilər."  Bu  xəbər  hərəmxanaya  məhrəm  adamlar 

vasitəsilə

 

Məhdülyaya  çatdıqda  o  da  qeyrətinin  və  od-alovunun 



çoxluğundan  əmirlərə  sərt  cavablar  verdi.  Əzəmətli  əmirlər  bu 

söhbətdən  pərişan  olub  qəzəblə  dövlətxanadan  çıxdılar  və  fitnəkar 

bir  tədbir  görməyə  başladılar.  Xainlərdən  biri  elə

 

həmin  gün 



nəvvabın vəziri Əmir Qəvaməddin Şiraziyə yaxın adam olan Mirşah 

Qazi  Müstovfini  məvacib  almaq  bəhanəsi  ilə  yaraladı.  Ertəsi  gün 

təkəbbürlü və fitnəkar əmirlər Qəzvinin Səadətabad bağında yığışıb 

Məhdülyanı  aradan  götürmək  barədə  əlbir  oldular.  Əmirlərdən 

İsgəndər  şanlı  nəvvabın  xalası  oğlu  (xalezade)  və  şahın  etimadlı 

adamı,  həmçinin  təkəli  oymağının  ağsaqqalı,  dövlət  başçılarından 

biri olan Müseyib xan Şərəfəddinoğlu  Təkəlini də bu işdə özlərinə 

müttəfiq  etdilər.  Bu  ittifaq  barədə  xəbər  yayıldıqda  İsgəndər  şanlı 

nəvvab  və  Məryəmməkan  Məhdülya  onu  hümayun  dövlətxanaya 

çağırıb  dedilər:  "Əgər  əmirlər  hücum  edərlərsə,  o,  şah 

dövlətxanasındakı  sadiq  adamları  öz  ətrafına  toplayıb,  onlara  qarşı 

qoy tədbir görsün". Müseyib xan həlim xasiyyətli və gözütox adam 

olduğundan bu işin qarşısını ala bilmədi, gedib öz evində sakit gün 

keçirməyi  qərara  aldı.  Sədaqətsiz  əmirlər  Çələbi  bəy  Mehmandar 

Təkəlini onun ardınca yolladılarsa da, o, əvvəlcə bir neçə üzürxahlıq 

edib onların yanına getməkdən imtina etdi. Əmirbr israr etdikləri və 

yanına  çoxlu  adam  göndərdiklərinə  görə  Müseyib  xan  onlarla 

razılaşdı,  bağa  gedib,  onlara  qoşuldu.  Bütün  müttəfiqlər  bir  nəfəri 

hümayun  dövlətxanaya  göndərib  şaha  belə  ərz  etdilər:  "Şaha 


436 

 

məlumdur  ki,  qadınlar  öz  ağıllarının  azlığı,  rəylərinin  zəifliyi  və 



inadkarlıqları  ilə  məşhurdurlar.  Nəvvab  Məhdülya  da  həmişə  biz 

dövlətxah 

adamların 

əleyhinə 

gedərək, 

dövlət 


işlərinin 

nizamlanması  xüsusundakı  məsləhətlərimizə  razılıqla  yanaşmamış, 

əzamətli  dövlət  ağsaqqalarının  göstərişlərinə  əməl  etməmiş  və  bizi 

təhqir etmişdir. Bizdən indiyə kimi bir ədəbsizlik  və qorxaqlıq baş 

verməmişdir və bundan sonra da biz qorxmaz olacağıq. İndı tərəflər 

arasında  inadkarlıq  yaranmış,  aradan  pərdə  götürülmüşdür  və 

Məhdülya tayfa ağsaqqalarını məzəmmət etmişdir. O, bizi nifaq əhli 

sayıb,  müxtəlif təhdidlərə əl  atır. Belə olan halda biz necə arxayın 

ola  bilərik?  Biz  istəmirik  ki,  "səltənətdə  olan  qızılbaş  xanları 

arasında  bir  adam  yoxdur  ki,  övrətlərin  dövlət  işlərinə  dəxalət 

etməsinin  qarşısını  ala  bilsin"  xəbəri  başqa  padşahlar  arasında 

yayılsın.  Sözün  qısası  budur  ki,  Məhdülyanın  dövlət  və  şahlıq 

işlərinə  dəxaləti  və  idarəçiliyi  bütün  qızılbaş  tayfalarının  əleyhinə 

yönəlmişdir və biz heç bir vəchlə buna razı ola bilmərik". 

İsgəndər şanlı nəvvab öz alicənab əcdadından ona yadigar 

qalan  mülayim  təbiət,  dərvişanə  xislət,  nəfs  toxluğu  və  məsləhətə 

qulaq asmaq xasiyyətinə  malik olduğundan, övliya  və  Allah əhlinə 

xas  mülayimliklə  əmirlərə  dedi:  "Əgər  siz  onun  dövlət  işlərinə 

dəxalət  etməsini  istəmirsinizsə,  belə  razılaşaq  ki,  o,  bundan  sonra 

qoy mülki işlərə qarışmasın. Əgər, Məhdülya bununla razılaşmazsa, 

mənim şah atamın anamı Quma yollayıb uzun vaxt orada saxladığı 

kimi  hərəkət  edərik  və  onu  Quma  yollayarıq  ki,  gedib  orada  bir 

müddət öz oğlunun yanında yaşasın. Əgər onun Qumda qalması da 

mümkün olmazsa, onu öz mülkü  və atasının evi olan Mazandarana 

yollayarıq. Əgər bu da olmasa,  mən öz xoşumla səltənəti  tərk edib 

öz  azyaşlı  övladlarımla  Şiraza  gedərəm  və  siz  kimi  istəsəniz 

özünüzə şah təyin edərsiniz. Mən o günahsız seyid qadının edamına 

razı ola bilmərəm". 

Həmin  insafsız  fitnəkarlar  zülm  qapılarını  açıb,  həddən 

artıq  yaramaz  sözlər  dedilər.  Amma  nəvvab  Məhdülya  qeyrət  və 

tündməcazlığının çoxluğundan İsgəndər şanlı nəvvabın bu mülayim 

hərəkəli ilə razılaşmadı. O, əmirlərin qarşısından geri çəkilmədi  və 

dedi: 

"Nə  qədər  ki,  sağam  öz  xasiyyətimi  dəyişməyəcəm  və 



tutduğum  yoldan  geri  çəkilməyəcəm.  Əgər  qızılbaşlar  padşahın 

dedikləri  ilə  razılaşmayıb,  onun  möhtərəm  hərəmini  zülmlə  qətl 



437 

 

etməyə  iqdam  edərlərsə,  hökm  böyük  Allahındır,



337

  mən  dörd 

şahzadə  anası  öz  qanımın  sizdən  alınmasını  Allah-təalanın  izni  ilə 

övladlarıma tapşıraram". 

Düzgün  danışan  adamlardan  eşitmişəm  ki,  o  vaxt 

Məhdülyanın vəziri Qəvaməddin Hüseyn Şirazi gəlib ona ərz etdi: 

"Gərək  Məhdülya  əmr  etsin  ki,  xəzinələrdən  Çehelsütun 

sarayına qızıl kisələri gətirilsin və qorçilərə qızıl paylanacağı halda 

xəbər verilsin. Qorçilər qızıl almaqdan ötrü dövlətxanaya gəldikləri 

zaman  əmirlərin  arasına  təfriqə  daşı  düşəcək"  (yəni  onlar  bir-

birilərindən ayrılacaqlar - Ş.F.). 

O şir ürəkli qadın qeyrətlə cavab  verdi: "Ey  gözəl tədbirli 

Asəf!  Sizin  ki,  saraydan  xaricdə  baş  verən  məsələdən  xəbəriniz 

vardır.  Gərək  elə  tədbirə  əmirlərin  [bizim  əleyhimizə] 

birləşməsindən  əvvəl  əl  atılaydı.  İndi  ki,  iş  belə  vəziyyətə  gəlib 

çatıb, bu mümkün olan tədbir deyildir. Qızıl gücünə şahlıq iqtidarını 

ələ  almaq  alçaqlıqdır.  Mən  buna  razı  deyiləm.  Hər  şeyi  Allahın 

qəza-qədəri həll edir". 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin