AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


XORASANIN ƏHVALI, MƏRHƏMƏTLİ ALLAH-



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə49/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   45   46   47   48   49   50   51   52   ...   96

XORASANIN ƏHVALI, MƏRHƏMƏTLİ ALLAH-

TƏALANIN TƏQDİRİ İLƏ BAŞ VERƏN DÖVRAN 

HADİSƏLƏRİ VƏ O DİYARIN ALIŞAN ƏMİRLƏRİ 

ARASINDAKI HADİSƏLƏRİN ZİKRİ 

 

Yuxarıda  bəyan  qələmiylə  qeyd  olunduğu  kimi, 



Mürşüdqulu  xan  müqəddəs  Məşhədi  tutub,  Xorasan  mahalının 

üsyankar  adamlarının  əksəriyyətini  öz  gələcəyini  fikirləşən  əqli ilə 

yumşaqcasına sakitləşdirdi, özünə tabe  və  müti elədi. Onun yanına 

yığışmış qızılbaş tayfalarından əmirlər təyin edib, həmin vilayəti öz 

hakimləri arasında bölüşdürdü və həmin il bu işlərin tənzimlənməsi 

ilə  məşğul  oldu.  O,  cari  ildə  baş  verən  işlərdən  Əliqulu  xana 

məlumat  verərək,  əlahəzrətin  yolunda  həyata  keçirdiyi  məsələlər 

barədə ona hesabat keçdi. 

Meymun  ilinin  əvvəlində  (miladi  1584)  ilk  növbədə 

əvvəllər  İsfərayın  hakimi  olmuş  və  Guryan  cəngində  tutulub  İraqa 

aparılmış,  oradan  da  fərar  edərək  sərhəd  yoluyla  Xorasana  getmiş 

qardaşı  İbrahim  xanı  Herat  darüssəltənəsinə  yolladı  ki,  əlahəzrətin 

yanında  olsun,  Əliqulu  xanı  əlahəzrətin  cahanı  tutan  ləşkərini 

Heratdan  çıxarıb  müqəddəs  Məşhədə  və  ətraf  yerlərə  hücumuna 

sövq  etsin,  Damğan,  Bəstam  və  Astrabad  darülmömininə  qədər 

gedib İraq sərhədinədək bütün Xorasan mahallarını əlinə keçirsinlər. 

İbrahim  xan  əlahəzrətin  mülazimi  olmaq  səadətinə  çatıb, 

cənab Əliqulu xanla görüşdü,  məqsəd  və  mətləbini onlara ərz etdi. 

Mürşüdqulu xandan incik olan şamlı tayfasının bəzi ağsaqqaları əks 

mövqedə  (təqəyyoz)  dayanıb  onunla  danışığa  bağladılar. 

Müzşüdqulu  xanın  sözü  beləydi:  "Hələlik  səltənət  qəsrinin  qayda-

qanunu möhkəmlənmədiyi üçün dövrün məsləhət və dövlətxahlığına 

uyğun olaraq hamının fikrini birliyə yönəltmək yolundadır. O, (yəni 

Mürşüdqulu xan - Ş.F.) cənab Əliqulu xan təmsilçisi kimi (nəyabət) 

belə  cəsarət  edibdir,  öz  səyi  ilə  fəth  olunan  bəzi  məmləkət 

məsələlərini öz rəyi ilə də həll edəcəkdir." 

Məmləkətlər  baradə  xatircəm  olduqdan  sonra  ondan 

(Mürşüdqulu xandan  - Ş.F.)  itayət  və tabelikdən başqa  müxalif bir 

əməl  görünmürdü.  Amma,  şamlı  və  ustaclı  əmirləri  arasında  bu 

məsələ  xüsusunda  danışıqlar  uzanır  və  fitnə-fəsad  sahibləri  arada 

fəsad törədirdilər. 

Bu  işləri  eşidən  Mürşüdqulu  xan  Əliqulu  xanı  və  şamlı 

tayfasını özünə tərəf yönəltməkdən ötrü Herata getmək fikrinə gəlib 


516 

 

heç  nə  düşünmədən  və  qorxu  bilmədən  şəhərə  çatdı,  şahzadənin 



ayağını öpmək şərəfi ilə müşərrəf oldu. Cənab xan da onun gəlişini 

alqışladı,  dostluq  nümayiş  etdirdi.  Şamlı  tayfasının  onun 

öldürülməsi  xüsusunda  cidd-cəhdlə  Əliqulu  xanı  təhrik  etməsinə 

baxmayaraq  cənab  xan  bununla  razılaşmadı,  onun  Heratda 

cəzalandırılmasını qonaqpərvərlikdən uzaq bir əməl sandı, gələcəyi 

düşünüb əlini o bədnam hərəkətə bulaşdırmadı. Amma, Mürşüdqulu 

xan  hər  bir  tayfa  arasında  mövcud  olan  sözgəzdirənlərin  sözlərinə 

inanıb şamlı əyanlarından şübhələndi. Bir gün o hamama  getmişdi. 

Əlində  sıyrılmış  qılıncı  olan  bir  adam  hamama  daxil  olub 

Mürşüdqulu xana oxşayan bir dəlləyi (dəllak) qətlə yetirərək aradan 

çıxdı. Mürşüdqulu xanın adamları belə düşündülər ki, o adam xanı 

öldürmək  üçün  hamama  gəlibmiş,  həmin  dəllək  də  səhvən 

öldürülmüşdür.  Bu  adamlar  dözməyib  hamama  girdilər  və  xanı  bu 

məsələdən  şübhələndirdilər.  Xanın  canındakı  qorxu  hissi  daha  da 

çoxaldı.  Qeyri-ixtiyari  hamamdan  çıxaraq  mənzilinə  getdi.  Bu 

xəbəri  eşidən  Əliqulu  xan  Mürşüdqulu  xanı  inandırmaqdan  ötrü 

onun  evinə  yollandı,  zəmanənin  məsləhətinə  uyğun  gələn  tərzdə 

dostluqdan danışdı. Hər iki xan dəlləyin öldürülməsi xüsusunda belə 

zənn edirdi ki, o adam dəlləyin düşməni olmuş və fürsət taparaq onu 

qətlə yetirmişdir. 

Amma,  buna  baxmayaraq  şamlı  tayfasının  xisləti  artıq 

Mürşüdqulu xan  üçün  açıqlanmış  və  xanın  onlara  olan  etibarı  yox 

olmuşdu.  O,  daha  Heratda  qalmağı  məsləhət  bilməyib  müqəddəs 

Məşhəd  yolunu  önə  tutdu.  Xan  hadisələr  burulğanına  düşərək 

özlərini  nicat  sahilinə  çatdırmaq  istəyən  dəryada  boğulan  adamlar 

kimi  gedişini  şiddətləndirdi,  özünü  müqəddəs  Məşhədə  çatdırdı. 

Xanın qardaşı İbrahim xan isə Heratda qalmışdı. Mürşüdqulu xanın 

səbəbsiz yerə çıxıb getməsindən inciyən Əliqulu xan öz incikliyini 

bildirib,  İbrahim  xana  iltifatsızlıq  nümayiş  etdirməyə  başladı. 

Araqarışdıran  adamlar  bundan  istifadə  edib  fitnə-fəsad  qapılarını 

açdılar,  Mürşüdqulu  xan  və  Əliqulu  xan  arasında  qorxu-hürkü 

başlandı,  tərəflər  biri  digərinə  qarşı  etimadsız  oldular.  Şamlıların 

qəsdindən  vahiməyə  düşən  İbrahim  xan  da  Heratdan  qaçıb 

müqəddəs  Məşhədə  getdi.  Xanlar  arasında  yazışma  və  elçi  gediş-

gəlişinin davam etməsinə baxmayaraq bu hadisə vəhşətin artmasına 

səbəb oldu. 

Tərəflər  arasındakı  kin-küdurət  günbəgün  artırdı.  Nəhayət 

şamlı ağsaqqalları Əliqulu xanı onun cəzalandırmasına vadar etdilər. 



517 

 

Buna  görə  də  o,  bir  dəstə  fitnə-fəsad  əhlinin  təhriki  ilə  Xorasan 



işlərini  yoluna  qoymaqdan  ötrü  əlahəzrətin  ordusu  ilə  Herat 

darüssəltənəsindən çıxmağı qərara aldı. Xanın fikri beləydi: Xorasan 

işlərini  yoluna  qoyaraq,  Mürşüdqulu  xanın  adamlarından,  əgər  hər 

hansının  vəzifədə  qalmasını  məsləhət  bilməzsə,  onun  yerinə  öz 

adamlarını vəzifədar etsin. 

Mürşüdqulu  xanın  fikrincə  bu  fitnənin  hazırlanmasının 

səbəbkarı  Əliqulu  xanın  vəziri  Xacə  Əfzəl  idi.  O,  Əliqulu  xana 

xatırlatmışdı  ki,  Qayin  hakimi  Fulad  Xəlifənin  qardaşı  oğlu 

Sultanəli  Xəlifə  batində  Mürşüdqulu  xanla  müvafiqdir  və 

ittifaqdadır.  Buna  görə  də  Əliqulu  xan  Qayinə  hücuma  keçib  onu 

həbs etdi,  var-dövlətini öz əlinə keçirdi.  Tərşiz  vilayətinə yollandı, 

qorçilərlə oradan bütün Xorasan əmirlərinə, istər Mürşüdqulu xanın 

əmirləri  olsun,  istərsə  də  qeyri  xanın,  tabeiyyət  hökmləri  yollayıb 

hamını  əlahəzrət  qarşı  əlbir,  həmçinin  onun  lələ  və  bəylərbəyinə 

tabe  olmağa  səslədi,  müzəffər  əskərlərə  şah  bayrağının  kölgəsi 

altında hazır vəziyyətdə dayanmağı buyurdu. 

Mürşüdqulu xan bu vəziyyətdən xəbər tutaraq elə özü də öz 

təbəələrinin  yanına  adam  yollayıb  müqəddəs  Məşhəddən  çıxdı. 

Etimadları  ona  olan  etibarlı  adamlara  məlum  oldu  ki,  Mürşüdqulu 

xanın  heç  bir  vəchlə  cəng  və  dava-dalaş  etmək  fikri  yoxdur  və 

istəyir  ki,  dövlət  adamlarının  səyləri  ilə  bütün  məsələlər  islah 

olunsun, bu xüsusda tərəflərin arasında görüşlər keçirilsin, hümayun 

şah  ordusunun  tərkibində  haraya  məsləhətsə  oraya  da  getsinlər. 

Amma, torəflərin ağsaqqallarının heç biri belə danışıq vadisinə tərəf 

qədəm  almadı.  Baxmayaraq  ki,  Mürşüdqulu  xan  adam  göndərib 

Xacə Əfzəli və bir neçə şamlı ağsaqqalını zəruri danışığa dəvət etdi, 

amma  buna  əməl  etmədilər.  Çünki,  Xacə  Əfzəl  onun  yanına 

getməyə  cürət  etməyib,  bu  fəsadın  islahına  baş  qoşmadı,  bəlkə  də 

Mürşüdqulu  xanın  və  onun  etimad  bəslədiyi  tərəfdarlarının 

cəzalandırmalarının  tərəfdarı  oldu.  İlk  ləşkər  bir-birinə  yaxınlaşdı, 

Tərşizin Susfəd (?) adlı kəndində (qorye) üzbəüz dayandılar, orada 

xeymə və çadırlar qurub, biri-birlərinə elçi və məktublar yollamağa 

başladılar. Günlərin bir günü Mürşüdqulu xanın qohumlarından olan 

və  onun  yanına  gəlməsi  barədə  hökm  alan  İbrahim  Sultan  Şərəfli 

gəlib  orduya  çatdı.  Mürşüdqulu  xanın  və  ustaclı  əmirlərinin 

ordusunun əlahiddə bir yerdə dayandığını görüb, onunla olan oymaq 

təəssübkeşliyi  səbəbindən  təbil,  bayraq  və  qoşunla  xanın  ordusuna 

tərəf  getdi.  Mürşüdqulu  xan  onun  qarşılanmasından  ötrü  bir  dəstə 



518 

 

adam  da  göndərmişdi.  Silahlı  süvariləri  görən  və  təbil  səslərini 



eşidən  şamlı  ordusu  seyr  etdi  ki,  Mürşüdqulu  xan  nizamlanmış 

qoşunla  silahlanıb  döyüşə  hazırlaşmış  və  artıq  cəng  təbilini 

döyməkdə  və asimanın təqdiri və qəza  məclisinin pərdə açarlarının 

səyləri  ilə  gizli  çadırdan  (cəlbab)  çıxaraq  zühur  cilvəgahına  tərəf 

gəlməkdədir. Əliqulu xan da ehtiyat tədbiri görərək qarşı tərəfdə ata 

süvar  olub  ordusunun  qol,  sağ  tərəf  və  sol  tərəfini  tənzimlədi  və 

döyüşə hazır vəziyyətdə dayandı. 

 

Əliqulu xan və Mürşüdqulu xan qarşıdurması: 

 

Bu  xəbər  Mürşüdqulu  xana  gəlib  çatdı.  O  da,  zərurət 



üzündən qoşunu   düzüb   cəng   hazırlığı    ilə məşğul oldu. Bu vaxt 

bir  neçə  gün  bundan  əvvəl  Əliqulu  xan  tərəfindən  həbs  olunan, 

sonra  isə  günahı  bağışlanan  və  yenidən  orduya  qoşulan  Sultanəli 

Xəlifə,  Əliqulu  xandan  incidiyinə  görə,  hərbin  başlanğıcında 

qoşunun  səfini  pozaraq  öz  adamlarıyla  birlikdə  Mürşüdqulu  xana 

birləşdi.  

Bu  məsələ  şamlı  qoşununun  həyəcanına  səbəb  oldu  və 

ustaclı tayfası ürəkləndi. Xülasə, hər iki tərəf qılınc və oxlara əl atdı, 

tozun  çoxluğundan  göyün  üzü  qaraldı.  Əliqulu  xanın  gözü, 

içərisində  Mürşüdqulu  xanın  da  olmasını  güman  etdiyi  bir  dəstəyə 

sataşdıqda,  ehtiyatını  unudub,  özü  şəxsən hərbə  başladı.  Mərəkədə 

onunla  birlikdə  vuruşan  şamlı  şücaətliləri  o  dəstənin  üstünə  at 

çəkərək  onları  dağıtdılar  və  məğlub  etdilər.  Əliqulu  xanın  həmin 

dəstənin  təqibi  ilə  məşğul  olduğu  vaxt  başqa  tərəfdə  dayanan 

Mürşüdqulu  xan  və  onun  bir  dəstə  adamı  hücuma  keçdi  və  xanın 

gözü  padşahlıq  bayrağına  sataşdı,  istədi  ki,  az  miqdar  adamla 

qoşunun  qəlb  hissəsində  dayanan  xilafət  və  şəhriyarlığın  o 

dürdanəsini

 366  

(dorre-yekta) özünə tərəf gətirsin. [Buna görə də] bir 



dəstə  adanımı  onun  üstünə  yolladı.    Onlar  bu    hümayun  qoşunun 

şamlı  döyüşçülərinin  arasında  olduğunu  görüb,  fürsəti    qənimət 

bildilər, şahzadənin  zəfər  bayrağı  kölgəsindəki həmin az  miqdar 

döyüşçüyə  həmlə  etdilər.  Onlar  bu  həmləyə  tab  etməyərək 

pərakəndə  oldular.  Mötəbər  əmirlərdən  və  Mürşüdqulu  xanın 

yoldaşlarından  olan  Əbu  Müslüm  xan  Çavuşlu  olahəzrətə  çataraq, 

həmin dövlət və iqbal taxtının fələk (gərdun) kimi sakit dayanmayan 

                                                           

366

  Şahzadə Abbası – Ş. F. 



519 

 

bozumtul  at  üstündə  əyləşmiş  şahzadəni  özündə  sonsuz  hikmət 



cəmləşdirən  təqdir  valisinin  (yəni  Allahın  -  Ş.  F.)  fərmanı  ilə  ələ 

keçirdi. 

 

Əliqulu xanın məğlubiyyəti: 

 

Qəzavü-qədərin  xəbər  gətirənləri  bu  səadətli  müjdə 



xəbərini  o  tayfaya  çatdırdılar,  şahzadənin    ləyaqətli  zatını  Allah-

təalanın zəmanəti ilə Mürşüdqulu xanın ordusuna gətirdilər. 

Əliqulu xan isə həmin dəstənin təqibinə yollanarkən nə qol 

döyüşçülərindən,  nə  də  əlahəzrətin  fələyə  ucalan  çətirindən  nişan 

gördü. Vəziyyətdən xəbərdar olub heyrət barmağını təəccüb dişi ilə 

dişlədi,  etdiyi  qəflətdən  peşman  olub  gözlərindən  peşmançılıq 

yaşları  axıtmağı  başladı,  təəssüf  və  nakamlığının  çoxluğundan 

hərbdən əl çəkdi, ah-naləyə qərq oldu, xəcalət çəkə-çəkə öz səadət 

sərmayəsini əlindən verdi və Herat yoluna üz tutdu. 

Mürşüdqulu  xan  isə  əbədi  bir  səadətə  yetişərək,  Allah 

dərgahının  ona  bəxş  etdiyi  bu  böyük  sovqatdan  olduqca  şadlandı, 

onun şadimanlıq papağı fələyin başınadək ucaldı. Əlahəzrətə özünün 

can  sədəfində  qiymətli  bir  dürr  kimi  yer  verdi,  əvvəldən  qərara 

aldığı  kimi  müqəddəs  Məşhədə  qayıtdı.  Uşaqlıq  vaxtından  şamlı 

tayfası arasında pəzvəriş tapan və Əliqulu xan və onun adamları ilə 

ünsiyyət  və  ülfət  şəraitində  yaşayan  əlahəzrət  baş  verən  bu 

vəziyyətdən incimiş oldu. Amma, iqbalının ilhamlanmasından vəcdə 

gələn  şahzadənin  hümayun  çöhrəsində  məlaldan  əsər-əlamət 

qalmadı. O,  vəlayət  və imamət taxt-tacının sultanı olan cinlərin  və 

insanların  imamı  Əbülhəsən  Əli  ibn  Musa-əl  Rza  salavatullahın  – 

ona Allahın salamı olsun - ziyarəti şərəfinə yetişdi, həmin müqəddəs 

rövzədə  gecə-gündüz xidmət səadətinə çatdı, baş  vermiş hadisədən 

şad oldu. Mürşüdqulu xan da, haqqına qalsa, şamlı tayfası ilə insani 

rəftar  etdi,  günahları  üzərindən  əfv  qələmi  çəkdi,  onların  hamısına 

izzət  və  ehtiram  göstərdi.  O,  hökm  etdi  ki,  orduda  öz  malını, 

dəvəsini  və  yaraq-əsbabını  tanıyan  hər  birkəs  onlara  yenidən 

sahiblənsin, Herata getmək istəyən qoy getsin, ali hümayun qoşunla 

qalmaq  arzusunda  olanlar  isə  qalsınlar.  İndiyə  kimi  Əliqulu  xanın 

vəziri  olan  Xacə  Əfzəl  artıq  əlahəzrətin  vəzarətinə  keçirilməklə 

şərəfləndi. Şamlı camaatından burada qalan hər bir kəs  əlahəzrətin 

mülazimi adlandırılaraq qorçilər, yüzbaşılar və şahzadə məiyyətinin 

mülazimləri  silkinə  daxil  edildilər.  Mürşüdqulu  xan  Əliqulu  xana 



520 

 

məhəbbətli  bir  məktub  yazaraq  dostcasına  gileylərini  bildirdi,  baş 



verən hadisəni qəzavü-qədərə və asiman qüvvəsinə həvalə etdi. 

Amma,  vəzir  Xacə  Əfzəl  və  şamlı  ağsaqqalarının  fikirləri 

Herata  getmək  olduğundan,  ustaclı  tayfası  içərisində  aram  ola 

bilmirdilər,  buna  görə  də  bir  neçə  gün  ərzində  dəstə-dəstə  Herata 

getdilər.  Şamlı  tayfasında  xasseyi-şərifənin  cilovdan  olan  və  cəng 

baş  verən  gün şahzadənin ali müəyyətini tərk etməyən  Hüseyn bəy 

Əbdüllüdən  və  məğlubiyyət  zamanı  Əliqulu  xandan  ayrı  düşən  və 

şahzadənin mülazimi olmaq məqsədilə müqəddəs Məşhədə qayıdan 

Şahəli  bəy  Kəramətlinin  oğlu  Əli  bəydən  başqa,  müqəddəs 

Məşhəddə  və ali  məiyyətdə bir adam da qalmadı. Mürşüdqulu xan 

əlahəzrət  üçün  səltənət  və  padşahlıq  əlaməti  olan  əşyaların 

hazırlanması əmrini verərək, şahzadənin xidmətinə münasib adamlar 

təyin etdi, özü isə müstəqil şəkildə vəkalət və lələlik taxtına əyləşdi. 

Bütün  Xorasan  əhalisi  onun  yanına  gəlib  təbrik  və  mübarəkbadlıq 

mərasimini  yerinə  yetirdi,  Xorasanda  [şahzadənini]  iqtidar  və 

istiqlalı əvvəlkidən artıq oldu. 



 

AZƏRBAYCAN HADİSƏLƏRİNİN ZİKRİ, RUM SƏRDARI 

OSMAN PAŞANIN TƏBRİZƏ HÜCUMU, HƏMİN  

CƏNNƏTNİŞAN YERİN ALINMASI, DÖVRANIN TƏLƏBİ 

VƏ ALƏMLƏR PƏRVƏRDİGARININ TƏQDİRİ İLƏ 

TƏBRİZİN VİRAN EDİLMƏSİNİN ZİKRİ 

 

Bundan  əvvəl  Azərbaycan  hadisələrinin  [şərhində]  ənbər 



ətirli qələm bəyan səhifəsində belə yazdı: Şirvan Dərbəndində olan 

Osman paşa xandgara ərz etmişdi ki, bütün Şirvan və Gürcüstanı ələ 

keçirmişəm  və  Sinan  paşanın  yazdığı  guya  "Dərbənd  qalasından 

başqa heç bir yer [osmanlılar tərəfindən] fəth olunmamışdır" sözləri 

yalandır.  Bu  məlumatlar  Fərhad  paşanın  sərdar  təyin  edilib 

Azərbaycana gəlməsinə səbəb oldu. 

Cəlal  bayraqları  [qızılbaş  ordusu  -  Ş.F.)  Xorasanda  olan 

vaxt,  yuxarıda  yazıldığı  kimi  [osmanlılar]  İrəvanı  zəbt  etmiş,  qala 

qurmuş, Osman paşa bütün Şirvan vilayətini və Şəkini ələ keçirmiş, 

o yerləri öz adamlarına vermiş, özü isə İstanbula rəvan olmuşdu. O, 

(Fərhad  paşa  -  Ş.F.)  xandgara  bütün  Azərbaycanı,  hətta  İraqı  da 

almağa söz verdi, vəzarət rütbəsi aldı, sərdarlığa yetdi. 

Fərhad paşa  Azərbaycanı fəth etmək üçün saysız-hesabsız 

qoşunla  Ərzruma  yollandı.  Meymun  (piçi)  ilinin  qışı  sona  yetdiyi, 



521 

 

türkicə  xoruz  (təxaquy)  ilinə  bərabər  olan  doqquz  yüz  doxsan 



üçüncü  (miladi  1585/86)  ilin  novruzu  gəldiyi  üçün,  novruz 

məclisinin  şahidləri  Xəta  türkləri  kimi  vəfa  ərbablarının  ürəklərini 

ələ almaqdan ötrü bəzənib-düzənməyə, yeniyetmə cavanlar isə bahar 

məclisini qurmağa başladılar. Nəvvabe-cəhanbani bahar əyyamının 

gəlişinə  və  özünün  cavanlığına  görə  laləüzlü  gülruxlardan  kam 

almaqda  idi.  O,  baharın  fərəhli  günlərini  Təbriz  işrətabadında 

şadyanaqlıqla keçirib, Əliqulu xan Fəthoğlunun İsfahandan gətirdiyi 

üzü  gözəlikdən  dəmirçi  kürəsi  kimiyanan  Şeytan  adlı  bir  dəmirçi 

oğlu ilə eşqə qurşanmış və vüsal bağından arzu gülləri dərməkdə idi. 

Onun [Şeytanın] barəsində Şahqulu bəy Ərbaoğlu (?) Rumlu türkcə 

bu beytləri gözəl demişdir: 

 

Könlüm quşun ol nərgize-fəttan apara,  



Kimdir ki, onun qəmzəsidən can apara?  

Şeytan, şeytan dedikləri gər bu isə  

Mən razıyam imanımı şeytan apara.

367


 

 

Zarafatcıl şairlərin başqa biri [isə] demişdir. 



 

Rübai 

 

Aşıq gözü dəycək sənə, ey şux pesər,  



Kiprik oxuna tuş oluban can verər. 

 

Şeytanla adaş xəlq edib Allah səni,  



Şəkk yox ki, o, şeytan günahın əfv eləyər

368


 

 

Xülasə,  bahar  əyyamı  və  gül-çiçək  mövsümü  başa  çatdı, 



hava  istiləşməyə,  hər  tərəf  yaşıllaşmağa  başladı.  Hümayun  ordu 

Əşkənbər və Gülənbər yaylağına yollandı, oradan [isə] Bazarcahiyə 

təşrif gətirdilər. Yayın üç ayını yaylaqlarda keçirdilər. İşrət və şadlıq 

                                                           

367

  Bu  şerin  ikinci  və  üçüncü  misralarında  onıın  vəzninə  uyğun  kiçik  düzəliş  etməli 



olduq - Ş.F. 

368


 Rübainin farscası: 

Aşeq ço roxe-to binəd əz can gözərəd,  

Tire-mojeət ze sine pərran gözərəd.  

Əz dövləte-həmnamiyət ey sone-Xoday,  

Şəkk nist ke Həqq ze-corme-şeytan qozərəd. 


522 

 

qapıları  şahın  və  ordunun  üzünə  açılmışdı.  Çuxur-Səd  vilayəti  ilə 



heç  bir  əlaqəsi  qalmayan  və  oraya  yaxın  yerlərdə  sərgərdan  olan 

Məhəmmədxan Toxmaq fələk əzəmətli orduya qoşuldu. 

Bu  əsnada  Osman  paşanın  gəlmə  xəbəri  eşidildi,  araya 

çaxnaşma  düşdü.  Əmirlərin  və  əsgərlərin  çağırılmaları  xüsusunda 

məhrusə  məmləkətlərə  itaət  hökmləri  göndərildi.  Bəhram  təbiətli 

qorçilər müəyyənləşdirdilər ki, İraq, Fars və Kirmandan qələbə əsər-

əlamətli  qızılbaş  əsgərləri  qeyrət  və    mərdliklə  ali  saraya  yollanıb 

fələk şövkətli orduya birləşmişlər. Şahzadənin şərafətli fikri belə idi 

ki,  təkmilləşmə  (nəşv-o  noma)  dövrü  dövlət  və  hökmranlığın 

başlanğıc dövrüdür. Sədaqətli tayfalar və müzəffər qızılbaş əsgərləri 

din  təəssübü  və  məzhəb  qeyrətinə  qapılaraq  qoy  əvvəlki  illərdəki 

kimi,  o  həzrətin  qoşununda  sıralanıb  müxalif  qoşunla  mərdanəliklə 

döyüşsünlər.  [Buna  görə  də]  Məhəmməd  xan,  Vəli  xan,  Müseyib 

xan  və  bütün  təkəli  və  türkman  tayfa  əmirlərinə  bu  məzmunda 

məktub  və  istimalətnamələr  göndərildi:  "Qızılbaş  tayfaları  bu 

vəlayətnişan xanədanın sufiləri  və yekdil adamlarıdırlar. Vəlinemət 

[şah] uğrunda candan keçməyi özlərinə sədaqət  mərtəblərinin aşağı 

pilləsi sanırlar. Əmir xan sədaqət yolundan sapdığı üçün ondan bir 

neçə  kobud  iş  baş  verdi  ki,  bunlar  da  onun  (şahzadənin  -  Ş.F) 

şərafətli  xatirini  qəzəbləndirdi  və  o  öz  cəzasına  çatdı.  Daha  başqa 

heç bir əmir və türkman qazilərindən [bizim] narazılığımız yoxdur. 

O tayfa böyüklərindən Ədhəm xan Türkman o hərzrətə xidmət edən 

izzətli  (moəzzez)  və  möhtərəm  bir  şəxs  kimi  şəfəqqət  nəzərləri 

altındadır.  Qoy  onlar  (təkəli  və  türkman  tayfa  əmirləri  -  Ş.F.)  puç 

xəyalları  beyinlərindən  çıxarsınlar,  özlərini  iztiraba  (dəğdəğe) 

salmasınlar.  Elə  davranış  tərzi  ilə  irsi  istək  və  sədaqət  iddiası 

arasında  ziddiyyət  vardır.  Buna  görə  də,  müxaliflər  İran  mülkünü 

tutmağa və qızılbaş tayfalarını yox etməyə (estisal) meyillənmişlər. 

Hazırda  qızılbaşların  yüz  illik  gurxanəsi  nə  İran  sultanlarının 

təxtgahı  olan  məşhur  Təhriz  şəhəri  üzərinə  hücuma  keçmək 

istəyirlər.  Uzaqgörən  əqlin  tələbinə  (eqteza)  əməl  edərək  öz 

vəziyyətinizə  nəzər  salın,  istək,  sədaqət,  dövlətxahlıq  və  əlbirliklə 

bir yerə yığılıb səltənət taxtına tərəf yola düşün. Özünüzün yüz illik 

istək  və  sədaqət  ətəyini  üsyan  çirkabına  (lovs)  bulamayın.  Fələk 

əzəmətli  qoşunlarınızla  döyüş  meydanına  atılıb,  müxaliflərin 

[tamamilə]  dəf  olunmalarına  səy  edin.  Biganə  düşmənin 

məğlubiyyətindən sonra  mətləblərinizin icrasından (əncah) ötrü hər 

nə xahişiniz olarsa, həll etməyə çalışaraq. Məlumdur ki,  əgər Təbriz  



523 

 

şəhəri    və    vilayəti    qızılbaşların    əlindən  çıxarsa,  həmçinin  İran 



məmləkətinin  əsas  ləşgər  yığımının  mərkəzi  olan  Azərbaycan 

məmləkəti müxaliflər tərəfindən alınarsa, o zaman bu dövlətə böyük 

ziyan dəyəcək, elə fitnəkarlıq başqa məmləkətlərə də sirayət edəcək. 

[Əgər] elə olarsa qızılbaşların halının necə ola biləcəyi məlumdur". 

Qorçilərin  və  məktubların  göndərilməsindən  sonra  Osman  paşanın 

Qarabağa      hücumu  ehtimalının  qarşısını      almaq  məqsədilə  o 

yerlərdə üç ay  gözlədilər. Bir aydan sonra onun  (Osman paşanın  - 

Ş.F.)  Təbrizə  hücum  xəbəri  məlum  oldu.  Əzəmətli  əmirlər  behişt 

ayinli  şahın  məclisində  cəmlənib  Təbrizin  mühafizəsi  və 

müxaliflərin dəf olunması barədə məsləhətləşməyə başladılar. 

Tədbirli  və  ağıllı  adamların  bir  dəstəsi  belə  məsləhət 

gördülər ki, cənnətməkan şahın zamanındakı kimi  Təbriz şəhərinin 

və  müxalif  qoşunun  keçəcəyi  istiqaməti  boşaldıb  rəiyyəti  və  şəhər 

əhalisini  təhlükəsiz  Qaracadağa  köçürsünlər,  şəhərdə  azuqə 

saxlamasınlar,  türkman  və  təkəli  ləşkərinin  gəlişinə  qədər  döyüşü 

təxirə  salsınlar,  müxaliflərin  ordusuna  azuqə  daxil  olmamasından 

ötrü  yolları  bağlasınlar,  ləşkər  gəlib  çıxandan  sonra  döyüşsünlər. 

Qürur badəsindən məst olan bəzi adamlar və cahillər bu düzgün rəyi 

qüsurlu sanıb belə məsləhət gördülər: "Təbriz şəhərində səkkiz min 

[döyüşçü]  vardır  ki,  onların  ən  azı  yarısı  hazırlıqlı  və  çevik 

gənclərdir.  Onlar  çalışacaqlar  ki,  öz  əhli-əyalını  qorumaqdan  ötrü 

şəhərdə  səngər  qurub  döyüşsünlər,  təbrizlilər  hər  küçə  başında 

müdafiə  olunsunlar,  müxaliflərin  şəhərə  giriş  yollarını  bağlasınlar, 

şəhərin  daxilində  Təbriz  əhli,  xaricində  isə  qızılbaş  [döyüşçüləri] 

onları dəf etsinlər. 

Bu  rəyi  adamların  əksəriyyəti  bəyəndi.  Şahzadənin 

xidmətində  hörmətləri  olan  bəzi  divanə  təbiətli  şəxslər  Təbriz 

şəhərini  boşaltmağa  qoymadılar.  Hamılıqla  bu  səhv  fikri  düzgün 

sandıqları üçün Təbriz əhlinin [şəhərdə] qalmalarına razılıq verdilər. 

Təbrizin  əyan  və  şərəfli  adamlarına  şərafətli  hökm  verildi  ki, 

düşmənlərin  dəfində  mərdanə  olsunlar,  öz  övladlarını,  adamlarını, 

can  və  mallarını  onların  şərindən  qorusunlar.  Ev  ləvazimatı  və 

ailənin  şəhərdən  çıxarılması  şəhərdə  [həmişə]  çaxnaşmaya  səbəb 

olduğundan,  heç  kim  öz  ailəsini  kənara  çıxarmadı  və  [düşündülər 

ki,]  biz  də  daxildən  ləşkər  düzəldib,  onlarla  döyüşə  hazırıq  və 

qoymarıq ki, müxaliflərin sizə zərəri dəysin. 

Əzəmətli  əmirlərdən  bir-iki  nəfəri,  xüsusən  Pir  Qeyb  xan 

Ustaclını öz qoşunuyla şəhərə göndərdilər ki, Əliqulu xanın qardaşı 



524 

 

olan  və  qardaşı  tərəfindən  şəhərin  hakimi  və  məmələkətin 



qoruyucusu  təyin  edilən  Hüsenqulu  Sultanla  birgə  küçə  yollarını 

kəssin,  şəhəri  möhkəmlətsin,  əhalini  küçəbəndlərin  müdafiəsinə 

tərğib etsin, heç kimin öz ailəsini kənara aparmasına icazə verməsin. 

Əgər  belə  vəziyyət  aşkar  olarsa  ev  sahibi  cəzalandırılsın  və  onun 

var-yoxu  qarət  edilsin.  Yuxarıdakı  məzmunda  ali  hökm  Təbrizə 

çatdıqda  həmin  böyük  osmanlı  ordusunun  hücumla  gəlişindən 

yaranan çaxnaşma və narahatlıq bir qədər sakitləşdi və təbrizlilər öz 

əqidə  və  sədaqətlərinə  görə  o  böyük  işə  girişdilər,  küçəbəndlər 

qurmağa,  məhəllələri  bölməyə  girişdilər.  Hər  bir  yolu  məhəllə 

pəhləvanlarına  tapşırdılar,  hər  küçəbəndə  nəzarəti  mötəbər 

qızılbaşların birinə və çevik adamlara həvalə etdilər. 

Amma  bəla  selinin  və  inad  atəşinin  qarşısının  alınmasını 

asan  sandılar,  əzəli  qüdrətin  (Allahın  -  Ş.F.)  rəyi  o  şərif  şəhərin 

dağıdılması, məkanın və Təbriz əhalisinin çaşqınlığını, pərişanlığını 

və  pərakəndəliyini  artıq  müəyyənləşdirdiyindən  onların  bu 

səylərinin heç bir təsiri olmadı. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin