AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə59/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   55   56   57   58   59   60   61   62   ...   96

Beyt: 

 

Gündüz-gecə dövlət ki, onu arzu edərdim,  



                                                           

420


 Misranın farscası: 

Be hər ke bengəri be həmin dərd mobləlast. 

 


621 

 

Yol tapdı evin həndəvərindən özü gəldi.



421

 

 



onun  istəyi  ali  hümayunun  gücü  ilə  asanlıqla  həyata  keçmiş  oldu. 

[Mürşidqulu  xan]  onların  gəlişini  çox  böyük  qələbə  sanıb  belə 

qərara  gəldi  ki,  hər  birini  bir  mülazimi  ilə  dövlətxanaya  gətirib 

başqa  adamlarını  saxlamasınlar,  onlar  qoy  öz  evlərinə  getsinlər  və 

sabah dövlətxanaya təşrif gətirsinlər. 

Sarayın  qapıçı  və  mühafizləri  dövlətxana  qapılarını  açıb 

əzəmətli xanları və onların yoldaşlarını içəri buraxıb, döyüşçülərini 

isə  uzaqlaşdırdılar.  Mürşidqulu  xan  onların  yanına  adam  yollayıb 

dedi:  "Siz  həzrətlər,  sədaqətli  və  sufipərəst  olduğunuza  görə, 

evlərinizə  qayıtmanızdan  əvvəl  mübarək  dövlətxanaya  gəlmişsiniz. 

Sufilik təriqi belədir ki, siz əvvəlcə (şahzadə Abbas Mirzənin – Ş.F.) 

ayağını öpməklə  müşərrəf olasınız. İndi şərafətli nəvvab  yatmışdır. 

Siz bu gün dövlətxanada qalın ki, sabah şaha baş əyməklə  müşərrəf 

olasanız". 

Onları  dövlətxana  və  "At  meydanı"  arasındakı  evlərə 

apardılar və həmin gecə üstlərində göz oldular. Əmirlər anladılar ki, 

həbs  olunublar,  ali  şahın  yanına  getmək  səadəti  ilə  şərəflənə 

bilməyəcəklər,  Mürşidqulu  xanla  görüşmək  onlara  qismət 

olmayacaqdır.  Sübh  açılan  kimi  mühafizəçilər  gəlib  onlarda  olan 

bütün silahları yığdılar və beləliklə də həbs əlaməti zahir oldu. 

İsgəndər şanlı nəvvabın ordusundakı vəziyyətə gəldikdə isə 

məsələ  belə  baş  vermişdir:  Alişan  xanların  gedişindən  xəbər  tutan 

başqa  əmirlərin  hər  birisi  öz  adamları  ilə  birlikdə  şəhərə  gəlib  öz 

evlərində gecələdilər. Ertəsi gün əmrə müvafiq olaraq Qorxmaz xan 

Şamlı,  Mürşidqulu  xanın  vəziri  Mirzə  Şahvəli  və  bir  dəstə  ustaclı 

ağsaqqalı  İsgəndər  şanlı  nəvvabı  Əbu  Talib  Mirzə  ilə  şəhərə 

gətirmək  üçün  onların  istiqbalına  getdilər.  Gördülər  ki,  İsgəndər 

şanlı nəvvab  və nəvvab şahzadə xeymədə əyləşib, İlahinin əməlinə 

heyran  vəziyyətdə  qalmışlar.  Hər  ikisini  atlara  mindirib  şəhərə 

gətirdilər.  Elə  ki,  dövlətxanaya  çatdılar,  əşrəf  kamyab  nəvvab 

(Abbas  Mirzə  -Ş.F.)  öz  böyük  atasını  istiqbal  etdi,  onun  əlini 

öpməklə  müşərrəf  oldu,  əziz  qardaşını  mehribanlıqla  qucaqladı. 

Atasının  əlindən  tutaraq  onu  müqəddəs  hərəmxanaya  gətirdi. 

                                                           

421

 Beytin farscası: 



An dövləti ke, mitələbidim ruz-o şəb,  

Porside rahe-xane-və xod bər dər aməde. 



622 

 

Fələyin nahamvar vəziyyətindən və fani dünyanın keşməkeşlərindən 



cana doymuş İsgəndər şanlı nəvvaba elə onsuz da dinc və rahat bir 

guşə  lazım  idi.  O,  öz  əziz  fərzəndi  ilə  görüşdən  olduqca  şadlandı, 

səltənət  və  padşahlıqdan  əl  çəkib,  oğlunun  humayun  başını  şahlıq 

tacı  ilə  bəzədi,  öz  ata-babasından  ona  çatan  irşad  əmanətini  əziz 

fərzəndinə təhvil verdi, əhali və İraq ləşkəri tərəfindən indiki vaxta 

qədər "Abbas Mirzə" çağırılan mübarək ad "Şah Abbas" adlanmağa 

basladı. 

Həmin gecə səltənət qadınları, cənnətməkan şahın pak qızı, 

alilər  alisi  və  İsgəndər  şanlı  nəvvabın  anası  olan  Zeynəb  bəyim 

başda  olmaqla  səltənət  çadırının  qadınları  şahzadələrlə  birlikdə 

şəhərə  gələrək  müqəddəs  hərəmxanaya  daxil  oldular,  [yeni  şahla] 

görüşmək şərəfinə yetdilər. Əlahəzrət zilləllah şahın bəxtindən onun 

güclü  düşmənləri  belə  asanlıqla  ələ  keçirildiklərindən  [Mürşidqulu 

xan],  onları  dəf  etmək  fikrinə  düşdü,  onları  -  o  dikbaşları  təcili 

olaraq  həyatdan  aparmağı  münasib  bildi.  İsmayılqulu  xanı 

öldürməklə  şamlı  tayfasından  bir  qədər  çəkinən  Mürşidqulu  xan 

Qorxmaz xana onu şamlıların  ağsaqqalı edəcəyi barədə  vədə  verib 

özünə müttəfiq etdi. 

Ertəsi  gün  o,  "Çehelsütun"  sarayına  gəlib  bəzədilmiş 

divanxanada,  oradakı  əmir  və  dövlət  başçılarının  hüzurunda 

əlahəzrət zilləllah şahı hörmətli anasının icazəsi ilə hümayun taxta 

əyləşdirdi. 

O  məclisdəki  bellərinə  dövlətxahlıq  kəməri  bağlamış  olan 

qızılbaş  əmirləri  və  əyanları  Əbu  Talib  Mirzənin  xanlarını  şəhid 

olan  şahzadənin  (Həmzə  Mirzənin  -  Ş.F.)  qanında  müqəssir  bilib, 

xüləfalara  və  ağsaqqallara  xitab  edərək,  qardaş  qanının  alınmasını 

tələb etdilər. Bir neçə qızılbaş tayfası razılıq verib, hümayun qərarı 

təsdiqlədilər. Belə hökm olundu ki, o camaatı "Çehelsütun" sarayına 

gətirsinlər  və  bu  xanədanın  sufiləri  və  havadarları  onlardan  qisas 

alsınlar. 

O camaat əmrə əməl edib aşağı düşdükdə, vəziyyət məlum 

oldu. Onlar tək-tək saraya yaxınlaşdıqca hər tərəfdən onlara qılınclar 

yönəlirdi. Əvvəlcə İsmayılqulu xanı doğradılar, ondan sonra Əliqulu 

xana  həmin  şərbətdən  içirdilər.  Məhəmməd  bəy  Sarı  Solağı 

Məhəmməd  Şərif  bəy  Çavuşlunun  evindən  gətirib  yoldaşlarına  tay 

etdilər. Əhməd Sultan Asayişoğlunun öldürülmək ehtimalı yox idi, 

amma o, qətl olunan xanlarla yaxın olduğundan, paltarının içərisində 

gizlətdiyi  xəncəri  çəkib  bir-iki  nəfəri  yaraladı  və  buna  görə  də 



623 

 

öldürüldü.  Dəllək  Xudaverdi  ilə  birlikdə  rəhmətlik  şahzadənin 



qətlində əli olan Rzaqulu bəy Eynallı da qətl olundu. 

Qürur  səhrasında  sərgərdan  olan  o  əmirlərin  hamısı 

qəbahətli  əməllərinə  görə  öz  əməl  paltarını  əcəl  paltarı  ilə  əvəz 

etdilər,  var-dövlətləri  isə  müsadirə  olundu.  Başqa  əmir,  vəzir  və 

mənsəb  sahiblərinin  günahları  əfv  edildi,  onlar  cərimə  ödəməklə 

ölümdən xilas oldular.  Hər birindən  müəyyən  məbləğ tələb olundu 

və  mühəssillər,  onlardan  alınacaq  pulları  Xorasandan  əşrəf 

şahzadənin məiyyətində gələnlərə cibxərcliyi və ənam vermək üçün, 

işə başladılar. Beləliklə, qarmaqarışıqlıq və fitnə-fəsad yeri olan İran 

torpağı  şahın  ədalət  nuru  ilə  günəş  kimi  parladı  və  bütün  camaat 

(kafeye-ənam) bu haqda belə dedi: 

 

Şer 



 

Səltənət taxtı bu gündən edər sərəfrazlıq  

Ki, onun üstünə birpadşah salıb sayə

422


 

 

Yuxarıda  qələm  bunu  bəyan  etmişdi  ki,  [kitabın]  bu  cildi 



on  iki  məqalədən  ibarətdir.  Allaha  həmd  olsun  ki,  (lillahül-həmd), 

on iki məqalənin birincisi o həzrətin (Şah Abbasın - Ş.F.) kəramətli 

sələflərinin  (əslaf)  və  ali  məqamlı  əcdadının  uca  məqamlarının 

(məqamat)  şərhi-halı  kimi  yazılmış,  zeyli  (məzəyyəl)  isə  onun 

özünün şərafətli adına,  mübarək  və uca (sami) isminə istək qələmi 

və sədaqət hüsnü ilə qələmə alınmışdır. Həmin təəccüblü və qəribə 

əyyamda  baş  verən  o  həzrətin  səadətli  təvəllüdündən  başlayaraq, 

onun cahanbanlıq və cahangirlik günəşinin dəğum (tülu) vaxtı olan 

dövlət  və  kamranlıq  taxtına  əyləşməsinə  qədər  üz  verən  hadisələri 

[bu  müəllif]  öz  bildiyi  və  bacardığı  səviyyədə  bəyan  səhifəsinə 

yazaraq,  bu  səadət  dəftərinin  dibaçəsini  bəzədisə  də,  amma  hal-

hazırda natamam vəziyyətdədir. Əvvəlki vədimə görə, yüyrək yerişli 

kəhərin  (cəvad)  yerişinə  bənzər  qələmimi  söz  demək  meydanında 

(mezmar)  cilvələndirərək,  qalan  ön  iki  məqaləni  o  həzrətin  öz 

zavalsız hökmranlığı zamanındakı zirək hərəkətləri (ətvare-zəkiyye), 

                                                           

422

  Beytin farscası: 



Sərire-səltənət əknun konəd sərəfrazi,  

Ke saye bər sərəş əfkənd xosrove-ğazi. 

 


624 

 

bəyənilən  müşahidələri  (seyəre-mərziyye)  və  səadət  amallı 



(xəcəsteməal)  əhvalatları  da  ikinci  səhifədə  Allahın  köməyi  və 

bəyəniş hüsnü ilə müfəssəl surətdə şikəstə qələmlə yazılacaqdır. Bu 

səhifənin  sonunda  yazılacaq  ki,  onu  mütaliə  edən  insanlar 

yazılanlardan  tam  məlumat  əldə  etsinlər  ki,  aləm  karxanəsini 

nizamlayanların,  yaradılan  (afərineş)  bu  cahana  nəzarət  edənlərin, 

bilik  və  qayda-qanun  icadçılarının  (əbda)  köməyi  sayəsində  o 

dövran yeganəsinin (Şah Abbasın - Ş.F) cahandarlığının düşünülmüş 

xüsusiyyətlərini və böyüklüyünü (bozorg-vari) seyr edərək onun nə 

qədər  yüksək  şəxsiyyət  olduğunu  bilsinlər  ki,  zülcəlalın  (Allahın  - 

Ş.F.)  köməyi,  iqbal  ulduzunun  (əxtər)  qüvvəsi  və  bəxt  ulduzunun 

(kövkəb) yardımı ilə onun tərəfindən nə kimi böyük fəthlər (fotuhat) 

baş  verib,  zəmanə  o  həzrətin  dövlət  övliyalarının  üzünə  tərəqqi 

qapılarını  necə  açıb,  O,  Allahın  (Xodadad)  mədədi  ilə  əhalinin 

işlərini öz hüsnü-tədbiri, düzgün rəyi  və  elmi ilə necə tənzimləyib. 

Qoy ki, ölkələr tutan (keşvərgir) sultanlar, rəy və tədbir sahibləri bu 

təqdir  divanının  dibaçəsinə  nəzər  saldıqda  [o  həzrətin]  bəyənilmiş 

qanunlarını  özlərinin  əməl  qanunu  [qanune-kerdar]  və  davranış 

dəsturül-əməli etsinlər.

423 

 

BU NƏŞRƏ ARDICIL DÜŞMƏYƏN (OFTADEGİ)  

HİSSƏLƏR (MƏQALƏLƏR) HAQQINDA 

 

İrəc  Mirzə  II  cildin  1097-ci  səhifəsində  yazır:  "İskəndər 



bəy  Münşi  "Tarixi-aləmaraye-Abbasi"nin  birinci  cildini  (birinci 

səhifə)  on  iki  məqaləyə  bölür,  amma  təəssüf  ki,  qədim  Tehran 

çapına  əsasən  həmin  səhifənin  yalnız  birinci  məqaləsi  dərc 

olunmuşdur.  Hazırkı  çap  da  həmin  nəşrin  üzündən  çapa 

hazırlandığından on bir məqalədən xali idi. Mən bu kitabın müxtəlif 

nüsxələrini əldə etdiyimdən çatışmayan hissələr iki əlyazma nüsxəsi 

əsasında  onun  bu  çapına  daxil  edildi.  Belə  ki,  Məclis 

Kitabxanasında  saxlanılan  və  1084-cü  ildə  (miladi  1673)  üzü 

köçürülən  bir  əlyazma  nüsxəsi  (N2  2111)  əsasında,  həmçinin 

                                                           

423

  Qeyd:  Bu  səhifədən  sonra  "Tarixe-aləmararaye-Abbasi"nin  hazırda  üzərində 



işlədiyimiz  İrəc Əfşar çapında  (üçüncü çapı) əsərin  II cildinin birinci yarısı  başlanır, 

lakin  I cildin əvvəlində  İskəndər bəy Münşinin bu cildin 12  məqalədən ibarət olması 

qeydi  nəzərə  yetirildi.  Biz  buna  görə  də  II  cildin  birinci  yarısının  tərcüməsinə 

başlamadan  göstərilən  məqalələrin  hamısını  ardıcıl  olaraq  tərcüməmizin  674-cü 

səhifəsindən sonra verəsi olduq - Ş.F. 


625 

 

yazılma tarixi bilinməyən başqa əlyazma nüsxəsinə əsasən həmin on 



bir məqalə bu çapa salındı və düşünürəm ki, kitabın nöqsanı aradan 

qaldırıldı.  Kitaba  düşməyən  on  bir  məqalə  birinci  məqalənin 

bitməsindən  sonra  373-cü  səhifənin  on  yeddinci  sətrindən 

başlayır".

424 

 

İrəc Əfşar 

 

Qeyd:  Məni  bir  mütərcim  kimi  düşündürən  də  elə  budur. 

Ustad İrəc Mirzə "Tarixe-aləmaraye-Abbasi" əsərinin çapı əsnasında 

bu nəşrə ardıcıl düşməyən həmin on bir məqaləni 373-cü səhifənin 

on  yeddinci  sətrindən  sonra  öz  yerinə  qoya  bilməzdimi?  Mən 

ustadın  o  səhvini  təkrar  etmək  istəmədim  və  onun  tərəfindən  II 

kitabın  sonunda  yer  tutmuş  məqalələri  birinci  cildin  birinci 

məqaləsinin bitməsindən sonra verdim. 

 

Şahin Fazil 

 

İKİNCİ MƏQALƏ 



 

O HƏZRƏTİN ALLAH DƏRGAHINA DİQQƏT  

VƏ HƏDSİZ BAĞLILIĞININ (ESTEĞRAQ) ZİKRİ 

 

Yüksək    seyid    mənsubiyyətinə    (nəsəb),      həmçinin    ali 



mənəvi      fəqirlik    və    dərvişlik    mərtəbələrinə,    əgər    bunlara 

pəhrizkarlıq  (riyazət)  və  cahad  (mocahede)  də  əlavə  olunsa,  o 

həzrətin əcdadı təriqət ərbabı, şeyxlər  və  Allaha tapınan  (əhlullah) 

olduqlarından,    onlardan  həmişə  Allah  dərgahı  naminə  yüksək 

möcüzələr (adat) həyata keçirilmişdir, eləcə o həzrət də öz əzəməti, 

yüksək mərhəməti (məvaheb) və əqidə zənginliyi, [həmçinin] etiqad 

paklığı  baxımından  "uşaq  atasının  sirridir"

425


  qeybdən  gələn 

ilhamatın  və  İlahi  nurun  həyata  bəxş  etdiyi  hərtərəfli  mənəviyyat 

nümayəndəsi  kimi  özündə  zahiri  (suri)  və  mənəvi  hökmranlığı 

birləşdirmiş, irsən (be həsbe-ers) öz əcdadlarının ali məqamlarından  

bəhrələnmişdir.      Hakimiyyət,    cahangirlik,  dünya  işlərinin 

                                                           

424

 Bizim tərcüməmizdə 674-cü səhifədən sonra - Ş.F. 



425

 İfadənin ərəbcəsi: "əl-vələdu sirru əbihi. 

 


626 

 

nizamlanması mənəvi bir rabitə və imtahan olduğundan o həzrətdən 



çoxlu  yüksək  adətlər  müşahidə  olunmuşdur  ki,  bütün  bunların 

təfsilatla  verilməsi  uzunçuluğa  səbəb  ola  bilər.  O  həzrət  heç  vaxt 

Allah  dərgahına  hədsiz  bağlılığından  (esteğraq)  uzaqlaşmamışdır. 

Tanrıya  itaət  və  dini  ehkamların  icrası  vaxtı  vahidlik  (əhədiyyət) 

dərgahının  vüsal  bəhrinə  o  elə  qərq  olur  ki,  bu  vaxt  sanki  öz 

varlığını  unudur.  O,  dövlət  işlərini  yerinə  yetirərkən  Allahın 

məsləhəti  olmadan  hakimiyyətin  və  dövlətin  nizamı  və  idarə 

olunmasında fal (tefal) və istixarəsiz* heç bir işə başlamır, Qurane-

Məcidin gözəl kəlamlarla (nəs) buyurduğu yoldan dönmür, hər hansı 

bir  işin  icrası  nə  qədər  zəruri  olsa  belə,  yenə  də  Allahın 

məsləhətindən uzaq olmur, Allahdan ayrılmır. 

 

ÜÇÜNCÜ MƏQALƏ 

 

[O HƏZRƏTDƏ] TƏQDİR SƏHİFƏSİNƏ UYĞUN GƏLƏN 

İLAHİ MƏSLƏHƏT VƏ BİLİYİN OTURUŞU (ESABƏT), 

HABELƏ GÖRDÜYÜ İŞLƏRİN GÖZƏLLİYİ HAQQINDA 

 

Biz   məddahlıq    və   söz   bəzəmək   şivəsindən   uzaq   



olaraq  [xatırladırıq  ki,]  o  həzrət  fəhm  və  fərasətinin  zənginliyi,  ali 

idrakı,  yüksək  fitrəti  (olovve-fetrət)  cəhətincə  mükəmməl  biliyə 

malik bir şəxsdir, dünyanın cari işlərində düzgün  mülahizə  və fikir 

sahibidir. Hökmranlıq   taxtına   əyləşən   kimi   zəmanə   sultanları   

arasında  cahandarlıq  qaydalarını,  cəng  etmə  və  qoşun  çəkmə 

üsullarını, döyüş səfi bəzəmək məharətini, ədalət və səxavət (dad-o 

dehəş)  tərzini  yeniləşdirdi,  onun  bəyənilən  fərmanları  və  qanunları 

kamkar  padşahların  cahanı  idarə  etmək  (karnameye-cəhan) 

düsturüləməlinə  çevrildi.  Erkən  yaşlarından  başlayaraq  indiyədək 

onun  bu  əbədi  hakimiyyəti  zamanında  baş  verən  böyük  hadisələr, 

müharibələr, qala və şəhərlərin alınmasında ona mülazimlik edən və 

dövlət  işlərini  nizamlayan  ağıllı  və  işbilən  insanların  fikir  və 

mülahizələri olması ilə yanaşı o həzrətin bütün işlərdə uzaqgörənliyi 

onların  hamısından  üstün  olmuş,  hökmranlıq  məsələlərində 

meydana çıxan hər bir çətinlik nəhayət etibarilə onun müşkillər açan 

fikri ilə öz həllini tapmışdır. Onun hər barədə düşündüyü hər tədbir 

təqdirə  müvafiq  olmuş,  bəxt  oxu  qəzavü  qədər  oxları  kimi  murad 

hədəfinə  tuş  gəlmişdir.  Aqil  insanların  nəzərincə  onun  düzgün 

bilinməyən işləri ən nəhayətdə düzgün çıxmışdır. Hamıya bu  məna 


627 

 

zahir  və aşkar olmuşdur ki, ən cüzi işlər də daxil olmaqla əhalinin 



bütün  məsələləri,  cahandarlıq  ayinləri,  ölkələrin  fətholunma 

qaydaları  bilavasitə  asimani  ilham  və  Allahın  köməkliyi  ilə, 

şübhəsiz ki, o həzrətin düzgün mülahizəsi və düzgün fikri ilə həyata 

keçmişdir,  onun  uzaqgörən  (durbin)  rəyinin  nəticəsidir  və  heç  kim 

onun işinə müdaxilə etməmişdir. 

 

Nurlu hər rəy ki, olmuşdur onun,  



Hamısı sirridir ilkin və sonun.  

O düyünlər ki, vurub elmi-bəşər

Bilmədi açmağı heç kim o təhər.  

Elə aqil ki, rəyinin fikri 

Mat edir ustadı ustad təki.

426


 

 

O  həzrət  öz  nəfis  nəfəsi  (nəfəse-nəfis)  ilə  hökmranlıq 



taxtına  əyləşərək  aləmi  bəzədikdə  yaşının  azlığına,  düşmənlərinin 

çoxluğuna, yardımçılarının azyaşlı olmalarına baxmayaraq, İlahinin 

ona  iltifatı  sayəsində,  həmçinin  bəxtinin  və  iqbalının  köməyi  ilə, 

dövlət  işlərinin  nizamlanmasını  və  səltənət  intizamını  elə  bir  şəklə 

gətirdi ki, 

 

Misra 

 

Ən bəsirətli adamlar ona heyran oldu.



427

 

 



Çünki,  on  ildən  artıq  idi  ki,  İran  məmləkətləri  güclü  və 

hökm sahibi olan bir padşahdan xali qalmışdı. Bəzi ləşkər cahilləri, 

qoşun  başçıları  və  tayfa  mötədilləri  özlərinin  cəhalət,  nadanlıq  və 

                                                           

426

 Beytlərin farscası: 



Ançe məxzune-rəye-ənvəre-ust  

Həme əsrar məbdəəst-o məad*.  

Oqdehaye-cəhane-daneşra  

Hiç təbi ço təbe-u nəqoşad.  

Tefle-rəyəş ze bəs xurədməndi  

Mizənəd təxte bər səre-ostad. 

* Qeyd: Məbdə və məad həyatın başlanğıcı və sonun ifadə edən 

istilahlardır. D-r Moin "məad" sözünü "axirət aləmi" kimi göstənr 

(Bax: M.Moin. Göst. Lüğət, c. III, s. 4210). 

427


 Misranın farscası: 

Ke xire mand dər u dideye-ülul-əbsar. 



628 

 

xəbisliklərinə  görə  xudbinləşmiş  və  iki  dəstəyə  ayrılmışdılar. 



Onların  təmiz  əqidə  ətəyi  sədaqətsizlik  çirkabına  bulaşmış,  hər 

başda bir sevda  yaranmışdı. Bu səbəbdən məmləkətə xələl dəymiş, 

güclü düşmənlər (yəni osmanlılar - Ş.F.) və özbəklər iki yandan İran 

məmləkətinə tamah salmış, hər il bir məmləkət əldən getmişdi. Belə 

bir  vəziyyətin  və  möhkəm  qarışıqlığın  olmasına  baxmayaraq,  o 

həzrət  İranın  vəziyyətinin  yaxşılaşmasına  iqdam  etdi.  Əvvəlcə, 

yüksək  xanlıq  və  sultanlıq  rütbələrinə  yiyələnən  əmirləri  və 

özbaşınalığa  adət  edərək  həmişə  el  və  oymaq  arasında  ixtilaf 

yaradan  qoşun  başçılarını,  el-oba  arasında  düşmənçiliyə  rəvac 

verənləri  aradan  qaldırmağa  başladı,  habelə  bu  zümrələrdən  olan 

şəxsləri öz səyinin çoxluğu  və tədbirinin münasibliyi ilə bir-bir ələ 

keçirib  ədəm  diyarına  yolladı,  işə  yararlı  insanları  isə 

tərbiyələndirib, yüksək  məqamlara  və əmirlik dərəcələrinə çatdırdı. 

Get-gedə  əvvəlki  yolverilməz  vəziyyət  əhali  tərəfindən  unuduldu, 

mövcud  ziddiyyət  bir  qədər  azalmağa  başladı,  ləşkərlər  arasında 

şahın  əmrləri  və  qadağa  tədbirlərinin  (nəvahi)  nüfuzu  artdı,  əldən 

çıxmış məmləkətlər geri qaytarıldı, [üstəlik də] bir çox başqa yerlər 

onlara  əlavə  olundu.  Bu  haqda  ikinci  səhifədə  öz  məqamında 

məlumat veriləcəkdir. 

 

DÖRDÜNCÜ MƏQALƏ  

 

[O HƏZRƏTƏ VERİLƏN] SAHİBQRANLIQ* RÜTBƏSİNİN 

LƏYAQƏTİ, BAŞ VERƏN TƏHLÜKƏLƏRİN VƏ XOŞ 

SONLUQLA BAŞA ÇATAN SƏADƏTLİ QRANLARIN" 

ZİKRİ 

 

Bəsirət  sahibi  olan  şəxslərdən  gizli  deyil  ki,  hər  sabiq 



padşahın  adının  əvvəlinə  "sahibqran"  sözü  artırılmışdır.  Bu  söz 

əksər  halda  [müxtəlif]  bəzədilmələrlə  münşi  və  katiblər  tərəfindən 

işlədilmişdir, lakin, əlahəzrətin şəninə uyğun olan bu ifadə tamamilə 

haqlı  yazılmışdır,  çünki  onun  səadətli  təvəllüdündən  hal-hazıra 

qədər  asimani  ulduz  yaxınlaşma  və  birləşmələri  (qranat)  baş 

vermişdir  ki,  onların  hökmləri  (ehkam)  həqiqətən  də  o  padşahın 

əhvalına  uyğundur.  Nücum  elminin  isbat  etdiyinə  görə,  müxtəlif 

asimani qranlar iqtidarlı bir sahibqranın zühur etməsinə dəlalət edir. 

Mahir  ulduzşünaslar  əgər  bu  hadisəyə  dərindən  nəzər  salsalar, 

görərlər  ki,  səltənətin  zühuru  və  dövlətin  möhkəmliyi  o  yüksək 



629 

 

sifatlı  zata  ulduzların  qranları  nəticəsində  inayət  olunmuş,  onun 



ləyaqətli  xüsusiyyətləri  məhz  həmin  qranların  təsiri  və  hökmü  ilə 

baş  vermişdir. Min on ikinci ildə (miladi 1603/04) üç ulduz qövsü 

(borce-qovse-mosəllesə) 

bürcündə  bir  atəş  parladı.  Sabiq 

münəccimlər,  xüsusilə  Mövlana  Məhyəddin  Ənarpiyazi  bu  elmə 

möhür  vuran  yüksək  dərəcəli  bir  bilici  kimi  yazmışdı  ki,  bu  hadisə 

böyük  bir  dövlat  başçısının  zühurunun  əlamətidir,  elə  bir  başçının 

ki,  onun  səadətli  zamanında  dünyada,  müxtəlif  məzhəblərdə  və 

dinlərdə  dəyişiklik  yaranacaq,  bəzi  məmləkətlər  viran  olacaq, 

sürgünlər,  qətl-qarətlər,  talanlar  baş  verəcəkdir.  Bu  deyilənlər  o 

xoşbəxt  həzrətin  səadətli  əyyamında  Azərbaycan,  Şirvan  və 

Gürcüstanda  baş  verən  hadisələrlə  üst-üstə  düşür.  Dövranın 

dəyişkənliyı nəticəsində həmin məmləkətlərdə yayılan batil məzhəb 

və  dinlər  [o  şəhriyarın]  məhz  iti  qılıncı  sayəsində  zavala  uğradı, 

qiyamət  təsirli  ləşkərin  gediş-gəlişi,  fələyin  tələbi  və  qranların 

təsirindən  bəzi  islam  ölkələrində  dağıntılar  yarandı.  Bır  çox 

müsəlman  və  qeyri-müsəlmanlardan  ibarət  xalq  kütləsi  öz 

vətənlərindən ayrı düşdülər, ətraf  yerlərə səpələndilər,  Gürcüstanda 

qətl-qarətlər  baş  qaldırdı  və  bircə  dəqiqə  də  səngimədi,  onların 

minlərlə qızı və qadını islam dinini qəbul etdi. Kütlə əqidəli adamlar 

böyük təhlükələri "qran" adlandırırlar. O həzrət südəmər  vaxtından 

(reza)  bu  günədək  çox  böyük  xətərlər  və  qranlardan  qurtulmuşdur 

ki, elə hal heç bir sahibqranın başına gəlməmişdir. [Məsələn:] 

Birincisi: 

Körpəlikdən  ana-atadan  ayrılmaq  böyük 

məhrumiyyət  (şədayed)  və  kədərdir  ki,  həyatının  başlanğıcında 

(bədayət) o həzrətə üz vermişdir. 

İkincisi: İsmayıl Mirzənin hakimiyyəti zamanı şahzadələrin 

qətli  həyata  keçirilmişdir  ki,  [o  həzrət]  bu  pis  əməli  öz  gələcək 

mətləbinə  qeyri-müvafiq  bilmişdir.  Onun  lələsi  Şahqulu  Sultan 

Yegan  da  [o  vaxt]  Heratda  qətlə  yetirildi,  amma  Allah  o  zatın 

yeganə  hamisi  olmuş,  yüksək  məqamlar  arzusunda  olan 

dünyapərəst,  xudbin,  özündənrazı  cahillərin  gözləri  qarşısına  hicab 

pərdəsi  tutduğundan  [Şah  Abbas]  düşmənlərin  məkr  və 

təhlükələrindən qurtula bildi. 

Üçüncüsü:  Ən  böyük  təhlükə  [isə]  bu  olmuşdur:  Xalq 

arasında  yayılan  söhbətlərə  görə  Əliqulu  xan  Şamlı  İsmayıl  Mirzə 

tərəfindən  bu  alçaq  işin  (Abbas  Mirzənin  öldürülməsinin  -  Ş.F.) 

yerinə  yetirilməsi  üçün  gödərildi.  O,  mübarək  ramazan  ayında 

Herata çatdı, asimani göstərişlərlə 



630 

 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin