Beyt:
Gündüz-gecə dövlət ki, onu arzu edərdim,
420
Misranın farscası:
Be hər ke bengəri be həmin dərd mobləlast.
621
Yol tapdı evin həndəvərindən özü gəldi.
421
onun istəyi ali hümayunun gücü ilə asanlıqla həyata keçmiş oldu.
[Mürşidqulu xan] onların gəlişini çox böyük qələbə sanıb belə
qərara gəldi ki, hər birini bir mülazimi ilə dövlətxanaya gətirib
başqa adamlarını saxlamasınlar, onlar qoy öz evlərinə getsinlər və
sabah dövlətxanaya təşrif gətirsinlər.
Sarayın qapıçı və mühafizləri dövlətxana qapılarını açıb
əzəmətli xanları və onların yoldaşlarını içəri buraxıb, döyüşçülərini
isə uzaqlaşdırdılar. Mürşidqulu xan onların yanına adam yollayıb
dedi: "Siz həzrətlər, sədaqətli və sufipərəst olduğunuza görə,
evlərinizə qayıtmanızdan əvvəl mübarək dövlətxanaya gəlmişsiniz.
Sufilik təriqi belədir ki, siz əvvəlcə (şahzadə Abbas Mirzənin – Ş.F.)
ayağını öpməklə müşərrəf olasınız. İndi şərafətli nəvvab yatmışdır.
Siz bu gün dövlətxanada qalın ki, sabah şaha baş əyməklə müşərrəf
olasanız".
Onları dövlətxana və "At meydanı" arasındakı evlərə
apardılar və həmin gecə üstlərində göz oldular. Əmirlər anladılar ki,
həbs olunublar, ali şahın yanına getmək səadəti ilə şərəflənə
bilməyəcəklər, Mürşidqulu xanla görüşmək onlara qismət
olmayacaqdır. Sübh açılan kimi mühafizəçilər gəlib onlarda olan
bütün silahları yığdılar və beləliklə də həbs əlaməti zahir oldu.
İsgəndər şanlı nəvvabın ordusundakı vəziyyətə gəldikdə isə
məsələ belə baş vermişdir: Alişan xanların gedişindən xəbər tutan
başqa əmirlərin hər birisi öz adamları ilə birlikdə şəhərə gəlib öz
evlərində gecələdilər. Ertəsi gün əmrə müvafiq olaraq Qorxmaz xan
Şamlı, Mürşidqulu xanın vəziri Mirzə Şahvəli və bir dəstə ustaclı
ağsaqqalı İsgəndər şanlı nəvvabı Əbu Talib Mirzə ilə şəhərə
gətirmək üçün onların istiqbalına getdilər. Gördülər ki, İsgəndər
şanlı nəvvab və nəvvab şahzadə xeymədə əyləşib, İlahinin əməlinə
heyran vəziyyətdə qalmışlar. Hər ikisini atlara mindirib şəhərə
gətirdilər. Elə ki, dövlətxanaya çatdılar, əşrəf kamyab nəvvab
(Abbas Mirzə -Ş.F.) öz böyük atasını istiqbal etdi, onun əlini
öpməklə müşərrəf oldu, əziz qardaşını mehribanlıqla qucaqladı.
Atasının əlindən tutaraq onu müqəddəs hərəmxanaya gətirdi.
421
Beytin farscası:
An dövləti ke, mitələbidim ruz-o şəb,
Porside rahe-xane-və xod bər dər aməde.
622
Fələyin nahamvar vəziyyətindən və fani dünyanın keşməkeşlərindən
cana doymuş İsgəndər şanlı nəvvaba elə onsuz da dinc və rahat bir
guşə lazım idi. O, öz əziz fərzəndi ilə görüşdən olduqca şadlandı,
səltənət və padşahlıqdan əl çəkib, oğlunun humayun başını şahlıq
tacı ilə bəzədi, öz ata-babasından ona çatan irşad əmanətini əziz
fərzəndinə təhvil verdi, əhali və İraq ləşkəri tərəfindən indiki vaxta
qədər "Abbas Mirzə" çağırılan mübarək ad "Şah Abbas" adlanmağa
basladı.
Həmin gecə səltənət qadınları, cənnətməkan şahın pak qızı,
alilər alisi və İsgəndər şanlı nəvvabın anası olan Zeynəb bəyim
başda olmaqla səltənət çadırının qadınları şahzadələrlə birlikdə
şəhərə gələrək müqəddəs hərəmxanaya daxil oldular, [yeni şahla]
görüşmək şərəfinə yetdilər. Əlahəzrət zilləllah şahın bəxtindən onun
güclü düşmənləri belə asanlıqla ələ keçirildiklərindən [Mürşidqulu
xan], onları dəf etmək fikrinə düşdü, onları - o dikbaşları təcili
olaraq həyatdan aparmağı münasib bildi. İsmayılqulu xanı
öldürməklə şamlı tayfasından bir qədər çəkinən Mürşidqulu xan
Qorxmaz xana onu şamlıların ağsaqqalı edəcəyi barədə vədə verib
özünə müttəfiq etdi.
Ertəsi gün o, "Çehelsütun" sarayına gəlib bəzədilmiş
divanxanada, oradakı əmir və dövlət başçılarının hüzurunda
əlahəzrət zilləllah şahı hörmətli anasının icazəsi ilə hümayun taxta
əyləşdirdi.
O məclisdəki bellərinə dövlətxahlıq kəməri bağlamış olan
qızılbaş əmirləri və əyanları Əbu Talib Mirzənin xanlarını şəhid
olan şahzadənin (Həmzə Mirzənin - Ş.F.) qanında müqəssir bilib,
xüləfalara və ağsaqqallara xitab edərək, qardaş qanının alınmasını
tələb etdilər. Bir neçə qızılbaş tayfası razılıq verib, hümayun qərarı
təsdiqlədilər. Belə hökm olundu ki, o camaatı "Çehelsütun" sarayına
gətirsinlər və bu xanədanın sufiləri və havadarları onlardan qisas
alsınlar.
O camaat əmrə əməl edib aşağı düşdükdə, vəziyyət məlum
oldu. Onlar tək-tək saraya yaxınlaşdıqca hər tərəfdən onlara qılınclar
yönəlirdi. Əvvəlcə İsmayılqulu xanı doğradılar, ondan sonra Əliqulu
xana həmin şərbətdən içirdilər. Məhəmməd bəy Sarı Solağı
Məhəmməd Şərif bəy Çavuşlunun evindən gətirib yoldaşlarına tay
etdilər. Əhməd Sultan Asayişoğlunun öldürülmək ehtimalı yox idi,
amma o, qətl olunan xanlarla yaxın olduğundan, paltarının içərisində
gizlətdiyi xəncəri çəkib bir-iki nəfəri yaraladı və buna görə də
623
öldürüldü. Dəllək Xudaverdi ilə birlikdə rəhmətlik şahzadənin
qətlində əli olan Rzaqulu bəy Eynallı da qətl olundu.
Qürur səhrasında sərgərdan olan o əmirlərin hamısı
qəbahətli əməllərinə görə öz əməl paltarını əcəl paltarı ilə əvəz
etdilər, var-dövlətləri isə müsadirə olundu. Başqa əmir, vəzir və
mənsəb sahiblərinin günahları əfv edildi, onlar cərimə ödəməklə
ölümdən xilas oldular. Hər birindən müəyyən məbləğ tələb olundu
və mühəssillər, onlardan alınacaq pulları Xorasandan əşrəf
şahzadənin məiyyətində gələnlərə cibxərcliyi və ənam vermək üçün,
işə başladılar. Beləliklə, qarmaqarışıqlıq və fitnə-fəsad yeri olan İran
torpağı şahın ədalət nuru ilə günəş kimi parladı və bütün camaat
(kafeye-ənam) bu haqda belə dedi:
Şer
Səltənət taxtı bu gündən edər sərəfrazlıq
Ki, onun üstünə birpadşah salıb sayə
422
Yuxarıda qələm bunu bəyan etmişdi ki, [kitabın] bu cildi
on iki məqalədən ibarətdir. Allaha həmd olsun ki, (lillahül-həmd),
on iki məqalənin birincisi o həzrətin (Şah Abbasın - Ş.F.) kəramətli
sələflərinin (əslaf) və ali məqamlı əcdadının uca məqamlarının
(məqamat) şərhi-halı kimi yazılmış, zeyli (məzəyyəl) isə onun
özünün şərafətli adına, mübarək və uca (sami) isminə istək qələmi
və sədaqət hüsnü ilə qələmə alınmışdır. Həmin təəccüblü və qəribə
əyyamda baş verən o həzrətin səadətli təvəllüdündən başlayaraq,
onun cahanbanlıq və cahangirlik günəşinin dəğum (tülu) vaxtı olan
dövlət və kamranlıq taxtına əyləşməsinə qədər üz verən hadisələri
[bu müəllif] öz bildiyi və bacardığı səviyyədə bəyan səhifəsinə
yazaraq, bu səadət dəftərinin dibaçəsini bəzədisə də, amma hal-
hazırda natamam vəziyyətdədir. Əvvəlki vədimə görə, yüyrək yerişli
kəhərin (cəvad) yerişinə bənzər qələmimi söz demək meydanında
(mezmar) cilvələndirərək, qalan ön iki məqaləni o həzrətin öz
zavalsız hökmranlığı zamanındakı zirək hərəkətləri (ətvare-zəkiyye),
422
Beytin farscası:
Sərire-səltənət əknun konəd sərəfrazi,
Ke saye bər sərəş əfkənd xosrove-ğazi.
624
bəyənilən müşahidələri (seyəre-mərziyye) və səadət amallı
(xəcəsteməal) əhvalatları da ikinci səhifədə Allahın köməyi və
bəyəniş hüsnü ilə müfəssəl surətdə şikəstə qələmlə yazılacaqdır. Bu
səhifənin sonunda yazılacaq ki, onu mütaliə edən insanlar
yazılanlardan tam məlumat əldə etsinlər ki, aləm karxanəsini
nizamlayanların, yaradılan (afərineş) bu cahana nəzarət edənlərin,
bilik və qayda-qanun icadçılarının (əbda) köməyi sayəsində o
dövran yeganəsinin (Şah Abbasın - Ş.F) cahandarlığının düşünülmüş
xüsusiyyətlərini və böyüklüyünü (bozorg-vari) seyr edərək onun nə
qədər yüksək şəxsiyyət olduğunu bilsinlər ki, zülcəlalın (Allahın -
Ş.F.) köməyi, iqbal ulduzunun (əxtər) qüvvəsi və bəxt ulduzunun
(kövkəb) yardımı ilə onun tərəfindən nə kimi böyük fəthlər (fotuhat)
baş verib, zəmanə o həzrətin dövlət övliyalarının üzünə tərəqqi
qapılarını necə açıb, O, Allahın (Xodadad) mədədi ilə əhalinin
işlərini öz hüsnü-tədbiri, düzgün rəyi və elmi ilə necə tənzimləyib.
Qoy ki, ölkələr tutan (keşvərgir) sultanlar, rəy və tədbir sahibləri bu
təqdir divanının dibaçəsinə nəzər saldıqda [o həzrətin] bəyənilmiş
qanunlarını özlərinin əməl qanunu [qanune-kerdar] və davranış
dəsturül-əməli etsinlər.
423
BU NƏŞRƏ ARDICIL DÜŞMƏYƏN (OFTADEGİ)
HİSSƏLƏR (MƏQALƏLƏR) HAQQINDA
İrəc Mirzə II cildin 1097-ci səhifəsində yazır: "İskəndər
bəy Münşi "Tarixi-aləmaraye-Abbasi"nin birinci cildini (birinci
səhifə) on iki məqaləyə bölür, amma təəssüf ki, qədim Tehran
çapına əsasən həmin səhifənin yalnız birinci məqaləsi dərc
olunmuşdur. Hazırkı çap da həmin nəşrin üzündən çapa
hazırlandığından on bir məqalədən xali idi. Mən bu kitabın müxtəlif
nüsxələrini əldə etdiyimdən çatışmayan hissələr iki əlyazma nüsxəsi
əsasında onun bu çapına daxil edildi. Belə ki, Məclis
Kitabxanasında saxlanılan və 1084-cü ildə (miladi 1673) üzü
köçürülən bir əlyazma nüsxəsi (N2 2111) əsasında, həmçinin
423
Qeyd: Bu səhifədən sonra "Tarixe-aləmararaye-Abbasi"nin hazırda üzərində
işlədiyimiz İrəc Əfşar çapında (üçüncü çapı) əsərin II cildinin birinci yarısı başlanır,
lakin I cildin əvvəlində İskəndər bəy Münşinin bu cildin 12 məqalədən ibarət olması
qeydi nəzərə yetirildi. Biz buna görə də II cildin birinci yarısının tərcüməsinə
başlamadan göstərilən məqalələrin hamısını ardıcıl olaraq tərcüməmizin 674-cü
səhifəsindən sonra verəsi olduq - Ş.F.
625
yazılma tarixi bilinməyən başqa əlyazma nüsxəsinə əsasən həmin on
bir məqalə bu çapa salındı və düşünürəm ki, kitabın nöqsanı aradan
qaldırıldı. Kitaba düşməyən on bir məqalə birinci məqalənin
bitməsindən sonra 373-cü səhifənin on yeddinci sətrindən
başlayır".
424
İrəc Əfşar
Qeyd: Məni bir mütərcim kimi düşündürən də elə budur.
Ustad İrəc Mirzə "Tarixe-aləmaraye-Abbasi" əsərinin çapı əsnasında
bu nəşrə ardıcıl düşməyən həmin on bir məqaləni 373-cü səhifənin
on yeddinci sətrindən sonra öz yerinə qoya bilməzdimi? Mən
ustadın o səhvini təkrar etmək istəmədim və onun tərəfindən II
kitabın sonunda yer tutmuş məqalələri birinci cildin birinci
məqaləsinin bitməsindən sonra verdim.
Şahin Fazil
İKİNCİ MƏQALƏ
O HƏZRƏTİN ALLAH DƏRGAHINA DİQQƏT
VƏ HƏDSİZ BAĞLILIĞININ (ESTEĞRAQ) ZİKRİ
Yüksək seyid mənsubiyyətinə (nəsəb), həmçinin ali
mənəvi fəqirlik və dərvişlik mərtəbələrinə, əgər bunlara
pəhrizkarlıq (riyazət) və cahad (mocahede) də əlavə olunsa, o
həzrətin əcdadı təriqət ərbabı, şeyxlər və Allaha tapınan (əhlullah)
olduqlarından, onlardan həmişə Allah dərgahı naminə yüksək
möcüzələr (adat) həyata keçirilmişdir, eləcə o həzrət də öz əzəməti,
yüksək mərhəməti (məvaheb) və əqidə zənginliyi, [həmçinin] etiqad
paklığı baxımından "uşaq atasının sirridir"
425
qeybdən gələn
ilhamatın və İlahi nurun həyata bəxş etdiyi hərtərəfli mənəviyyat
nümayəndəsi kimi özündə zahiri (suri) və mənəvi hökmranlığı
birləşdirmiş, irsən (be həsbe-ers) öz əcdadlarının ali məqamlarından
bəhrələnmişdir. Hakimiyyət, cahangirlik, dünya işlərinin
424
Bizim tərcüməmizdə 674-cü səhifədən sonra - Ş.F.
425
İfadənin ərəbcəsi: "əl-vələdu sirru əbihi.
626
nizamlanması mənəvi bir rabitə və imtahan olduğundan o həzrətdən
çoxlu yüksək adətlər müşahidə olunmuşdur ki, bütün bunların
təfsilatla verilməsi uzunçuluğa səbəb ola bilər. O həzrət heç vaxt
Allah dərgahına hədsiz bağlılığından (esteğraq) uzaqlaşmamışdır.
Tanrıya itaət və dini ehkamların icrası vaxtı vahidlik (əhədiyyət)
dərgahının vüsal bəhrinə o elə qərq olur ki, bu vaxt sanki öz
varlığını unudur. O, dövlət işlərini yerinə yetirərkən Allahın
məsləhəti olmadan hakimiyyətin və dövlətin nizamı və idarə
olunmasında fal (tefal) və istixarəsiz* heç bir işə başlamır, Qurane-
Məcidin gözəl kəlamlarla (nəs) buyurduğu yoldan dönmür, hər hansı
bir işin icrası nə qədər zəruri olsa belə, yenə də Allahın
məsləhətindən uzaq olmur, Allahdan ayrılmır.
ÜÇÜNCÜ MƏQALƏ
[O HƏZRƏTDƏ] TƏQDİR SƏHİFƏSİNƏ UYĞUN GƏLƏN
İLAHİ MƏSLƏHƏT VƏ BİLİYİN OTURUŞU (ESABƏT),
HABELƏ GÖRDÜYÜ İŞLƏRİN GÖZƏLLİYİ HAQQINDA
Biz məddahlıq və söz bəzəmək şivəsindən uzaq
olaraq [xatırladırıq ki,] o həzrət fəhm və fərasətinin zənginliyi, ali
idrakı, yüksək fitrəti (olovve-fetrət) cəhətincə mükəmməl biliyə
malik bir şəxsdir, dünyanın cari işlərində düzgün mülahizə və fikir
sahibidir. Hökmranlıq taxtına əyləşən kimi zəmanə sultanları
arasında cahandarlıq qaydalarını, cəng etmə və qoşun çəkmə
üsullarını, döyüş səfi bəzəmək məharətini, ədalət və səxavət (dad-o
dehəş) tərzini yeniləşdirdi, onun bəyənilən fərmanları və qanunları
kamkar padşahların cahanı idarə etmək (karnameye-cəhan)
düsturüləməlinə çevrildi. Erkən yaşlarından başlayaraq indiyədək
onun bu əbədi hakimiyyəti zamanında baş verən böyük hadisələr,
müharibələr, qala və şəhərlərin alınmasında ona mülazimlik edən və
dövlət işlərini nizamlayan ağıllı və işbilən insanların fikir və
mülahizələri olması ilə yanaşı o həzrətin bütün işlərdə uzaqgörənliyi
onların hamısından üstün olmuş, hökmranlıq məsələlərində
meydana çıxan hər bir çətinlik nəhayət etibarilə onun müşkillər açan
fikri ilə öz həllini tapmışdır. Onun hər barədə düşündüyü hər tədbir
təqdirə müvafiq olmuş, bəxt oxu qəzavü qədər oxları kimi murad
hədəfinə tuş gəlmişdir. Aqil insanların nəzərincə onun düzgün
bilinməyən işləri ən nəhayətdə düzgün çıxmışdır. Hamıya bu məna
627
zahir və aşkar olmuşdur ki, ən cüzi işlər də daxil olmaqla əhalinin
bütün məsələləri, cahandarlıq ayinləri, ölkələrin fətholunma
qaydaları bilavasitə asimani ilham və Allahın köməkliyi ilə,
şübhəsiz ki, o həzrətin düzgün mülahizəsi və düzgün fikri ilə həyata
keçmişdir, onun uzaqgörən (durbin) rəyinin nəticəsidir və heç kim
onun işinə müdaxilə etməmişdir.
Nurlu hər rəy ki, olmuşdur onun,
Hamısı sirridir ilkin və sonun.
O düyünlər ki, vurub elmi-bəşər,
Bilmədi açmağı heç kim o təhər.
Elə aqil ki, rəyinin fikri
Mat edir ustadı ustad təki.
426
O həzrət öz nəfis nəfəsi (nəfəse-nəfis) ilə hökmranlıq
taxtına əyləşərək aləmi bəzədikdə yaşının azlığına, düşmənlərinin
çoxluğuna, yardımçılarının azyaşlı olmalarına baxmayaraq, İlahinin
ona iltifatı sayəsində, həmçinin bəxtinin və iqbalının köməyi ilə,
dövlət işlərinin nizamlanmasını və səltənət intizamını elə bir şəklə
gətirdi ki,
Misra
Ən bəsirətli adamlar ona heyran oldu.
427
Çünki, on ildən artıq idi ki, İran məmləkətləri güclü və
hökm sahibi olan bir padşahdan xali qalmışdı. Bəzi ləşkər cahilləri,
qoşun başçıları və tayfa mötədilləri özlərinin cəhalət, nadanlıq və
426
Beytlərin farscası:
Ançe məxzune-rəye-ənvəre-ust
Həme əsrar məbdəəst-o məad*.
Oqdehaye-cəhane-daneşra
Hiç təbi ço təbe-u nəqoşad.
Tefle-rəyəş ze bəs xurədməndi
Mizənəd təxte bər səre-ostad.
* Qeyd: Məbdə və məad həyatın başlanğıcı və sonun ifadə edən
istilahlardır. D-r Moin "məad" sözünü "axirət aləmi" kimi göstənr
(Bax: M.Moin. Göst. Lüğət, c. III, s. 4210).
427
Misranın farscası:
Ke xire mand dər u dideye-ülul-əbsar.
628
xəbisliklərinə görə xudbinləşmiş və iki dəstəyə ayrılmışdılar.
Onların təmiz əqidə ətəyi sədaqətsizlik çirkabına bulaşmış, hər
başda bir sevda yaranmışdı. Bu səbəbdən məmləkətə xələl dəymiş,
güclü düşmənlər (yəni osmanlılar - Ş.F.) və özbəklər iki yandan İran
məmləkətinə tamah salmış, hər il bir məmləkət əldən getmişdi. Belə
bir vəziyyətin və möhkəm qarışıqlığın olmasına baxmayaraq, o
həzrət İranın vəziyyətinin yaxşılaşmasına iqdam etdi. Əvvəlcə,
yüksək xanlıq və sultanlıq rütbələrinə yiyələnən əmirləri və
özbaşınalığa adət edərək həmişə el və oymaq arasında ixtilaf
yaradan qoşun başçılarını, el-oba arasında düşmənçiliyə rəvac
verənləri aradan qaldırmağa başladı, habelə bu zümrələrdən olan
şəxsləri öz səyinin çoxluğu və tədbirinin münasibliyi ilə bir-bir ələ
keçirib ədəm diyarına yolladı, işə yararlı insanları isə
tərbiyələndirib, yüksək məqamlara və əmirlik dərəcələrinə çatdırdı.
Get-gedə əvvəlki yolverilməz vəziyyət əhali tərəfindən unuduldu,
mövcud ziddiyyət bir qədər azalmağa başladı, ləşkərlər arasında
şahın əmrləri və qadağa tədbirlərinin (nəvahi) nüfuzu artdı, əldən
çıxmış məmləkətlər geri qaytarıldı, [üstəlik də] bir çox başqa yerlər
onlara əlavə olundu. Bu haqda ikinci səhifədə öz məqamında
məlumat veriləcəkdir.
DÖRDÜNCÜ MƏQALƏ
[O HƏZRƏTƏ VERİLƏN] SAHİBQRANLIQ* RÜTBƏSİNİN
LƏYAQƏTİ, BAŞ VERƏN TƏHLÜKƏLƏRİN VƏ XOŞ
SONLUQLA BAŞA ÇATAN SƏADƏTLİ QRANLARIN"
ZİKRİ
Bəsirət sahibi olan şəxslərdən gizli deyil ki, hər sabiq
padşahın adının əvvəlinə "sahibqran" sözü artırılmışdır. Bu söz
əksər halda [müxtəlif] bəzədilmələrlə münşi və katiblər tərəfindən
işlədilmişdir, lakin, əlahəzrətin şəninə uyğun olan bu ifadə tamamilə
haqlı yazılmışdır, çünki onun səadətli təvəllüdündən hal-hazıra
qədər asimani ulduz yaxınlaşma və birləşmələri (qranat) baş
vermişdir ki, onların hökmləri (ehkam) həqiqətən də o padşahın
əhvalına uyğundur. Nücum elminin isbat etdiyinə görə, müxtəlif
asimani qranlar iqtidarlı bir sahibqranın zühur etməsinə dəlalət edir.
Mahir ulduzşünaslar əgər bu hadisəyə dərindən nəzər salsalar,
görərlər ki, səltənətin zühuru və dövlətin möhkəmliyi o yüksək
629
sifatlı zata ulduzların qranları nəticəsində inayət olunmuş, onun
ləyaqətli xüsusiyyətləri məhz həmin qranların təsiri və hökmü ilə
baş vermişdir. Min on ikinci ildə (miladi 1603/04) üç ulduz qövsü
(borce-qovse-mosəllesə)
bürcündə bir atəş parladı. Sabiq
münəccimlər, xüsusilə Mövlana Məhyəddin Ənarpiyazi bu elmə
möhür vuran yüksək dərəcəli bir bilici kimi yazmışdı ki, bu hadisə
böyük bir dövlat başçısının zühurunun əlamətidir, elə bir başçının
ki, onun səadətli zamanında dünyada, müxtəlif məzhəblərdə və
dinlərdə dəyişiklik yaranacaq, bəzi məmləkətlər viran olacaq,
sürgünlər, qətl-qarətlər, talanlar baş verəcəkdir. Bu deyilənlər o
xoşbəxt həzrətin səadətli əyyamında Azərbaycan, Şirvan və
Gürcüstanda baş verən hadisələrlə üst-üstə düşür. Dövranın
dəyişkənliyı nəticəsində həmin məmləkətlərdə yayılan batil məzhəb
və dinlər [o şəhriyarın] məhz iti qılıncı sayəsində zavala uğradı,
qiyamət təsirli ləşkərin gediş-gəlişi, fələyin tələbi və qranların
təsirindən bəzi islam ölkələrində dağıntılar yarandı. Bır çox
müsəlman və qeyri-müsəlmanlardan ibarət xalq kütləsi öz
vətənlərindən ayrı düşdülər, ətraf yerlərə səpələndilər, Gürcüstanda
qətl-qarətlər baş qaldırdı və bircə dəqiqə də səngimədi, onların
minlərlə qızı və qadını islam dinini qəbul etdi. Kütlə əqidəli adamlar
böyük təhlükələri "qran" adlandırırlar. O həzrət südəmər vaxtından
(reza) bu günədək çox böyük xətərlər və qranlardan qurtulmuşdur
ki, elə hal heç bir sahibqranın başına gəlməmişdir. [Məsələn:]
Birincisi:
Körpəlikdən ana-atadan ayrılmaq böyük
məhrumiyyət (şədayed) və kədərdir ki, həyatının başlanğıcında
(bədayət) o həzrətə üz vermişdir.
İkincisi: İsmayıl Mirzənin hakimiyyəti zamanı şahzadələrin
qətli həyata keçirilmişdir ki, [o həzrət] bu pis əməli öz gələcək
mətləbinə qeyri-müvafiq bilmişdir. Onun lələsi Şahqulu Sultan
Yegan da [o vaxt] Heratda qətlə yetirildi, amma Allah o zatın
yeganə hamisi olmuş, yüksək məqamlar arzusunda olan
dünyapərəst, xudbin, özündənrazı cahillərin gözləri qarşısına hicab
pərdəsi tutduğundan [Şah Abbas] düşmənlərin məkr və
təhlükələrindən qurtula bildi.
Üçüncüsü: Ən böyük təhlükə [isə] bu olmuşdur: Xalq
arasında yayılan söhbətlərə görə Əliqulu xan Şamlı İsmayıl Mirzə
tərəfindən bu alçaq işin (Abbas Mirzənin öldürülməsinin - Ş.F.)
yerinə yetirilməsi üçün gödərildi. O, mübarək ramazan ayında
Herata çatdı, asimani göstərişlərlə
|